Azərbaycan Respublikası adından HÖKM Lerik rayonu İş № 1(048)-9/2024 17.04.2024 LERİK RAYON MƏHKƏMƏSİ Saat: 10:00 Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və mülki iddiaçı X4, Müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, Lerik Rayon Məhkəməsinin binasında xx xxxx 1988-ci ildə Lerik rayonun Xanəgah kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Lerik rayonun Xanəgah kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Qaradağ rayonu, Qobustan qəsəbəsi Massiv 1 A-da yaşayan, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.2, 29, 177.2.3 və 67.1-ci maddələri ilə təqsirli bilinərək 03 il 02 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, barəsində “həbs qətimkan” tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxxxxx 1974-cü ildə Lerik rayonun Xanəgah kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkum olunmamış, Lerik rayonun Xanəgah kəndində qeydiyyatda olmaqla Qaradağ rayon Lökbatan qəsəbəsində yaşayan, barəsində “həbs qətimkan” tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirmək məqsədilə 2023-cü ilin avqust ayının 21-də qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək əlbir olub bir qrup şəxs halında birləşmiş 22 avqust 2023-cü il tarixdə, saat təxminən 01 radələrində Lənkəran-Lerik yolunun 50-ci km-də yerləşən, rayonunu Noda kənd sakini Zərərçəkmiş şəxs məxsus, saxlanc yeri hesab olunan «50 km» marketə yaxınlaşdıqdan sonra əvvəlcədən aralarında razılaşdırılmış cinayətkar plana uyğun olaraq ətrafı nəzarətdə saxlamaq və əraziyə gələnlər haqqında vaxtında ona xəbər vermək üçün qrupun üzvü Təqsirləndirilən şəxs2 kənarda dayanmış, özü isə marketin zirzəmisinin giriş qapısını hadisə yerinə gətirdiyi laqunda aləti ilə kəsib açdıqdan sonra anbar kimi istifadə olunan zirzəmiyə qanunsuz daxil olmuş, zirzəmidə 01 ədədi 0,80 manat olmaqla 7 ədəd, 5,60 (beş manat altmış qəpik) manat dəyərində «Bizon» içkisini, daha sonra anbardan götürdüyü linglə pəncərənin üzərinə bağlanmış jalyüzününün asma qıfılına mexaniki təsir göstərib asılqanı gövdədən dartmaqla qıfılı açıb marketə qanunsuz daxil olduqdan sonra piştaxtanın üzərində və şkafında olan 160 (bir yüz altmış) manat nağd pulu, bir qutusu 2,40 manat olan 720,00 manat dəyərində 300 qutu «Vikeroy», 1 qutusu 2.40 manat olan 192,00 manat dəyərində 80 qutu «Maqna», 1 qutusu 2,60 manat olan 156,00 manat dəyərində 60 qutu «Want» və 1 qutusu 2,20 manat olan 176,00 manat dəyərində 80 qutu «Bakı» markalı filterli siqaret olmaqla ümumilikdə Zərərçəkmiş şəxs 1409,60 (bir min dörd yüz doqquz manat altmış qəpik) manat dəyərində əmlakını, həmçinin marketdə quraşdırılmış, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus, saxlanc yeri hesab olunan APP-2 markalı «Emanat» avtomatlaşdırılmış ödəmə terminalını sürüyüb pəncərə qarşısına gətirdikdən sonra Təqsirləndirilən şəxs2 köməkliyi ilə marketdən kənara çıxarıb terminalın qap kilidini birlikdə sındırmaqla oradan 410 (dörd yüz on) manat dəyərində kasseti və içərisində olan 2880 (iki min səkkiz yüz səksən) manat nağd pul olan zərərçəkmiş hüquqi şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus 3290 (üç min iki yüz doğsan) manat dəyərində əmlakını yaşayış sahəsinə habelə binaya və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaqla oğurlayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 1409,60 (bir min dörd yüz doqquz manat altmış qəpik) manat və zərərçəkmiş hüquqi şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyət 3290 (üç min iki yüz doğsan) manat məbləğində maddi ziyan vurmuşdur. Bu hərəkətləri ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirmək məqsədilə 2023-cü ilin avqust ayının 21də qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək əlbir olub bir qrup şəxs halında birləşmiş 22 avqust 2023-cü il tarixdə, saat 01 raldələrində Lənkəran-Lerik yolunun 50-ci km-də yerləşən, rayonunu Noda kənd sakini Zərərçəkmiş şəxs məxsus marketə yaxınlaşdıqdan sonra əvvəlcədən aralarında razılaşdırılmış cinayətkar plana uyğun olaraq ətrafı nəzarətdə saxlamaq və əraziyə gələnlər haqqında vaxtında qurupun üzvü Təqsirləndirilən şəxs1 xəbər vermək üçün qalmış sonuncu marketin zirzəmisinin giriş qapısını hadisə yerinə gətirdiyi laqunda aləti ilə kəsib açdıqdan sonra anbar kimi istifadə olunan zirzəmiyə qanunsuz daxil olmuş, zirzəmidə 01 ədədi 0,80 manat olmaqla 7 ədəd, 5,60 (beş manat altmış qəpik) manat dəyərində «Bizon» içkisini, daha sonra anbardan götürdüyü linglə pəncərənin üzərinə bağlanmış jalyüzününün asma qıfılına mexaniki təsir göstərib asılqanı gövdədən dartmaqla qıfılı açıb marketə qanunsuz daxil olduqdan sonra piştaxtanın üzərində və şkafında olan 160 (bir yüz altmış) manat nağd pulu, bir qutusu 2,40 manat olan 720,00 manat dəyərində 300 qutu «Vikeroy», 1 qutusu 2.40 manat olan 192,00 manat dəyərində 80 qutu «Maqna», 1 qutusu 2,60 manat olan 156,00 manat dəyərində 60 qutu «Want» və 1 qutusu 2,20 manat olan 176,00 manat dəyərində 80 qutu «Bakı» markalı filterli siqaret olmaqla ümumilikdə Zərərçəkmiş şəxs 1409,60 (bir min dörd yüz doqquz manat altmış qəpik) manat dəyərində əmlakını, həmçinin marketdə quraşdırılmış, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus, saxlanc yeri hesab olunan APP-2 markalı «Emanat» avtomatlaşdırılmış ödəmə terminalını sürüyüb pəncərə qarşısına gətirdikdən sonra onun köməkliyi ilə marketdən kənara çıxarıb terminalın qap kilidini birlikdə sındırmaqla oradan 410 (dörd yüz on) manat dəyərində kasseti və içərisində olan 2880 (iki min səkkiz yüz səksən) manat nağd pul olan zərərçəkmiş hüquqi şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus 3290 (üç min iki yüz doğsan) manat dəyərində əmlakını yaşayış sahəsinə habelə binaya və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaqla oğurlayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 1409,60 (bir min dörd yüz doqquz manat altmış qəpik) manat və zərərçəkmiş hüquqi şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyət 3290 (üç min iki yüz doğsan) manat məbləğində maddi ziyan vurmuşdur. Bu hərəkətləri ilə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Bakı şəhəri, Qaradağ rayonu Qobustan qəsəbəsində yaşayır, şəxsi «Tofaş» markalı, **-TJ-*** qeydiyyat nişanlı avtomobili vardır, taksi fəaliyyəti ilə məşğul olub ailəsini dolandırır. Bahadir qardaşıdır, Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayır, ailəlidir. 2023-cü ilin iyun ayının 06-da şəxsiyyət vəsiqəsini götürmək üçün Lerik rayon polis şöbəsinə gələrək Lənkəran-Lerik yolunun 50-ci km-də yolun kənarında böyük market olduğunu görmüş və həmin vaxtdan dükana gəlib oğurluq etmək niyəti yaranmış, 20 avqust 2023-cü il tarixdə saat təxminən 13 radələrində Lökbatan qəsəbəsində yaşayan qardaşı Bahadirin evinə gedərək onunla söhbət etdiyi zaman Lənkəran-Lerik yolunun 50-ci km-də böyük market olduğunu deyərək marketə girib oğurluq etmək barədə danışmış, Bahadir da onunla razılaşıb «haçan istəsən səninlə gələrəm» demiş, pula ehtiyacları olduğuna görə Lerik rayonunun ərazisinə gəlib oğurluq etmək barədə tam qərara gəldikdən sonra idarə etdiyi avtomobili evinin həyətində saxlayıb yol maşını ilə 21 avqust 2023-cü il tarixdə günortadan sonra Bahadirin evinə gəlib və ona Lerkə gedək demiş, Bahadir əl sukasını götürmüş, sumkada laqunda aləti və paltar olmuşdur. Bahadir və özünün əynində qara paltar, qara yay papağı olmuş, Bahadirlə birlikdə evindən çıxıb yol maşını ilə Lökbatan dairəsinə, oradan taksi ilə Lənkəran şəhərinə «Dördyol» deyilən yerə gəlmiş, saat təxminən 17-18 radələrində Lənkərandan yol maşını ilə tanımadığı şəxsin idarə etdiyi nömrə-nişanına baxmadığı, qara rəngdə «Lada» markalı avtomaşınla Lerik rayonunun Günəşli kəndinin ərazisində yerləşən «Şəlalə» adlanan kafeyə kimi gəlmiş, həmin avtomobilin sürücüsünə 15 manat verib onu geri qaytarmış, kafedə oturub çörək yedikdən sonra yolə çıxmış, yoldan keçən tanımadığı şəxsin idarə eidiyi nömrə nişanına baxmadığı ağ rəngdə VAZ-2107 markalı avtomaşınla Lənkəran-Lerik yolunun 50-ci km-də yerləşən marketin yaxınlığına gəlib marketdən bir qədər aşağıda yolun kənarında maşından düşmüş, həmin avtomobilə 2 manat vermiş, avtomaşın Lerik şəhərinə doğru hərəkət etmiş, həmin avtomobildə onlardan başqa digər sərnişin olmamış, Lənkəran-Lerik yolunun 50-ci km-ə gələndən sonra hava qaralmış, saat təxminən 20 radələrində yoldan aşağı ağaclara gedib ağaclıqda oturub tam sakitçiliyin yaranmasını, dükanın bağlanması, yolda avtomobilərin hərəkətinin kəsilməsini gözləmişlər, saat təxminən 01 radələrində gizləndikləri yerdən çıxıb marketə Yanacaqdoldurma məntəqəsi tərəfdən yox yuxardan yaxınlışmışlar, marketin zirzəmisinə açılan qapını açmaq üçün marketin qarşısındakı soyuducuların kabelini açıb yəni perenoskanı uzadıb seyf qapaya kimi gətirmişlər. Marketin zirzəmisinin seyf qapısının qıfıl sahəsini özü kəsmiş, Bahadir isə kənarda qalıb gözləmiş, qapını açıb içəri daxil olaraq götürmək üçün heç nə əldə edə bilməmiş, yalnız zirzəmidə sular olduğuna görə oradan heç nə götürməmiş, lakin zirzəmidə mıxçıxardan ling taparaq götürəndən həmin yerdən bir qutu bizon içkisini götürüb bayıra çıxardıb bir neçəsini işlədiyi müddətdə içib boş bankaları orada atmış, içmədiyi bizonları isə divarın dibinə atmış, işlədiyi zaman Bahadir isə bayırda qalmış, marketin qarşısına gəlmiş və birinci jalyuzun qıfılını linglə basıb qıfılı açmış, daha sonra jalyuzu ehtiyatla qaldıraraq plastik pəncərənin açmasını içəri sıxıb açmış, işlədiyi zaman əlində fəhlə əlcəyi olmuş, marketə girdikdən sonra piştaxtanın açma qapısını açıb karton qutuda olan manatlıq əskinasları və piştaxtanın üzərində metal qabda olan dəmir qəpikləri götürüb çölə çıxaraq pulları Bahadirdə olan sumkaya qoymuş, marketdə olan «MilliÖn» ödəmə terimanılını götürmək üçün təkrar marketə daxil olaraq terminalı söyuducaların yanından götürüb sürüyüb açdığı pəncərənin qabağına gətirmiş, bayırda olan Bahadir ona kömək etmiş, terminalı bayıra çıxarıb yoldan aşağıda ayaqyolunun arxasında qoyub linglə qapısını açıb kasetində olan pulları götürüb Bahadirin sumkasına qoymuş, təkrar marketə daxil olub marketdə quraşdırılmış kameraların qoşulduğu soyuducunun üzərində olan pristavkanı naqillərdən ayırıb götürmış və bayıra çıxararaq sındırıb diskini marketin arxasındakı meşə sahəsinə atmış, bundan sonra dükanın anbar hissəində olan seyfi açmaq üçün marketə daxil olaraq andarda açıq olan pəncərədən yanacaqdoldurma məntəqəsinə tərəf baxaraq yanacaqşdoldurma məntəqəsində heç kəs olmamış, həmin açıq pəncərəni bağlayıb laquda ilə orada olan seyfin yuxarı qapısını qıfıl sahəsindən kəsmiş, lakin seyfin qapısını aça bilməmiş, qapını açmaq mümkün olmadığına göər lingi həmin otaqda saxlayıb marketdə olan siqaretlərdən cəmi 25 blok «Vikeroy», «Want» və «Maqna» siqaretləri götürüb marketdən çıxmış, pəncərənin üzərində olan açdığı jalyuzu aşağı yerinə çəkib qıfılı yerinə keçirtmiş, laqundanı marketin arxasındakı zibilliyə atmış, marketdən iki ədəd kisə götürüb siqaret qutularını və pulları həmin kisələrə yığmış, dəmir pulları sumkaya yığanda qaranlıq yerdə bir neçə ədədi yerə dağılmış, lakin həmin pulları tapıb yığa bilməmişlər. Kisələrdən birini özü digər birini isə Bahadir götürmüş, marketin arxasından meşəliklə enişə hərəkət edib Bilnə kəndinə tək getmişlər. Sonradan adını bildiyi Lerik rayonunun Nüvədi kəndinə çtan zaman hava işıqlanmağa başlamış, həmin vaxt bilmişdir ki, marketdə təxminən 3-4 saat işləmişlər. Maşın yolunun kənarında qəbristanlığın yaxınlığında qalıb insanların oyanmasını gözləmişlər, hava tam işıqlaşdıqdan sonra Bahadir kənd qəbristanlığın yanında qalmış özü isə Nüvədi kəndinə gəlib həyətdə bir yaşlı qadın görüb kənddə taksi olub-olmadığını soruşmuş, həmin qadın ona qonşusunun evini göstərərək onun maşını var demiş, həmin evin həyətinə gəlib həyətdə olan qadından maşın surəni çağırmasını xahiş etmiş, qadın bir nəfər orta yaşda kişini çağırmış, həmin şəxsin adını soruşmadan onları Lənkərana aparmasını xahiş etmiş, həmin şəxs ondan 30 manat pul istəmiş və razılaşmışlar, daha snra idarə etdiyi VAZ-2121 markalı avtomobilə oturmuş Bahadirin yanına gəlib kişələri avtomobilin yük yerinə qoyub Lənkəran şəhərinə yola düşmüşlər, sürücü onunla söhbət edib haradan olduğunu və haradan gəldiklərini soruşmuş, sürücüyə Yardımlı rayonunun Alar kəndindən olduğunu və hüzürdən gəldiyin demiş, Alardan onları gətirən göy rəngdə VAZ-2121 markalı avtomobilin yolda xarab olmasını və həmin avtomobilin UAZ markalı avtomobillə qoşqu vasitəsilə Şingədulan kəndinə aparılmasını demiş, yolda həmin şəxs onları digər bir VAZ-2121 markalı avtomobilə mindirərək «bu şəxs sizi lazım olan yerə aparacaq» demiş, həmin avtomobillərin sürücülərin adını və soyadını soruşmamış və bilməmiş, avtomobillərin nömrə nişanlarına baxmamış, birinci mindiyi avtomobilin rəngi göy, ikinci avtomobilin rəngi isə ağdır. Həmin sürücülərə 20 manat vermiş, onlar pulu aralarında bölərək 10 manat biri 10 manat isə digər biri götürmüşlər. Bahadirlə oturduğu ikinci VAZ-2121 markalı avtomobidə bir nəfər sərnişin olmuş, yola düşdükdən sonra digər bir cavan oğlanı da maşına götürmüş, onlardan əvvəl avtomobilə oturana sərnişin asfalt yola çıxan kimi yolda düşmüş, onlardan sonra avtomobilə oturan sərnişin, cavan oğlan isə «Relax» istirahət mərkəzinin qarşısında maşından düşmüş, Bahadirlə birlikdə həmin avtomobildə Lənkəran rayonunu Qurunba kəndindən keçən Bakı yoluna gəlib körpünün üzərində maşından düşüb yolun Bakı istiqamətində hərəkt edən tərəfə geçib avtomobil gözləmişlər, yoldan keçən nömrə nişanını xatırlamadığı «Vito» markalı avtomobil dayanaraq onları götürmüş, Lökbatan dairəsinə gəlib orada düşmüşlər, Bahadirin evində heç kəs olmadığına, arvadı və uşaqları soğan yığmaq üçün Ağcəbədi rayonuna getdiyinə görə onun evinə gəlib Lənkəran-Lerik yolunun 50-ci km-də yerləşən marketdən və terminaldan götürdükləri pulları saymışlar. Marketin piştacxtasından 54 manat məbləğində dəmir pullar, yəni qəpik və 106 ədəd bir manatlıq əskinslar, terminaldan isə 2880 mat pul götürmələrini bilmişlər, bundan əlavə cəmi 25 blok «Vikeroy», «Want» və «Maqna» siqaretləri götürmüşlər, cəmi 3040 (üç min qırx) manat pulu Bahadirlə tam ortadan bölüb borclarını vermişlər, 25 blok siqaretlər isə Bahadirin evində qalmış, Bahadirin həmin siqaretləri satıb-satmadığından məlumatı yoxdur. Törətdiyi əməldən peşamandır. Zərərçəkmiş şəxslərdən üzr istəmiş və onlarla barışmışdır. Zərərçəkmiş şəxslərə vurlmuş ziyanın tam ödənilməsini nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsində kirakeş yaşayır. Qaradağ rayonunun ərazisində olan daş karxanalarında günəmuzd işləyir və ailəsini dolandırır. Təqsirləndirilən şəxs1 qardaşıdır, o, ailəsi ilə Qarabağ rayonu Qobustan qəsəbəsində yaşayır. Münasibətləri yaxşı olduğuna görə teztez görüşürlər. Son vaxtlarda arvadı və həddibuluğa çatmış uşaqları Ağcabədi rayonuna soğan yığımına gedib günəmüz işləyirlər və orda qalırlar, özü isə evdə tək qalmışdır. Təhməz də rəsmi olaraq heç yerdə işləmir, şəxsi «Tofaş» markalı, **-TJ-*** qeydiyyat nişanlı avtomobili vardır, taksi fəaliyyəti ilə məşğul olub ailəsini dolandırır. Daş karxanalarında günəmuzd işləməsi ilə əlaqədar borcları vardır, borclarını ödəyə bilmir, borc sahibləri ondan pullarını tələb edirlər. 20 avqust 2023-cü il tarixdə saat təxminən 13 radələrində qardaşı Təhməz evinə gələrək ona «2 ay bundan əvvəl Lerik rayonuna şəxsiyyət vəsiqəmi götürmək üçün getmişdim, Lerik şəhərinə çatmamış yolun kənarında böyük market gördüm həmin marketdə pul ola bilər gedib marketdən pul götürüb borclarımızı verək» demiş, Təhməzlə razılaşaraq «haçan getmək istəsən mənə deyərsən səninlə gələrəm» demişdir. 21 avqust 2023-cü il tarixdə günortadan sonra Təhməz evinə gələrək Lerikə gedək demiş, əl sumkasını götürmüş, sumkaya laqunda aləti, paltar və fəhlə əlcəyi qoymuş, Təhməzin və öz əyinlərində qara praltar, qara yay papağı olmuş, Təhməzlə birlikdə evindən çıxıb yol maşını ilə Lökbatan dairəsinə oradan taksi ilə Lənkəran şəhərinə Dördyol deyilən yerə gəlmişlər, saat təxminən 17-18 radələrində Lənkərandan yol maşını ilə tanımadığı şəxsin idarə etdiyi nömrə-nişanına baxmadığı, qara rəngdə markasını xatırlamadığı avtomaşınla Lerik rayonunun Günəşli kəndinin ərazisində yerləşən «Şəlalə» adlanan kafeyə kimi gəlmişlər, həmin avtomobilin sürücüsünə 15 manat verib onu geri qaytarmışlar, «Şəlalə» kafesində oturub çörək yedikdən sonra yola çıxmış, yoldan keçən tanımadığı şəxsin idarə eidiyi nömrə nişanına baxmadığı ağ rəngdə VAZ-2107 markalı avtomaşınla Lənkəran-Lerik yolunun 50-ci km-də yerləşən marketin yaxınlığına gəlib marketdən bir qədər aşağıda yolun kənarında maşından düşüb həmin avtomobilə 2 manat vermişlər, avtomaşın Lerik şəhərinə doğru hərəkət etmiş, həmin avtomobildə onlardan başqa digər sərnişin olmamışdır. Lənkəran- Lerik yolunun 50-ci km-ə gələndən sonra hava qaralmış, saat təxminən 20 radələri olmuşdur. Yoldan aşağı ağaclığa gedərək ağaclıqda oturub tam sakitçiliyin yaranmasını, dükanın bağlanmasını, yolda avtomobilərin hərəkətinin kəsilməsini gözləmişlər, saat təxminən 01 radələrində gizləndikləri yerdən çıxıb marketə Yanacaqdoldurma məntəqəsi tərəfdən yox yuxardan yaxınlaşmışlar, marketin zirzəmisinə açılan qapını açmaq üçün marketin qarşısındakı soyuducuların kabelini Təhməz açıb perenoskanı uzadıb seyf qapıya kimi gətirmiş, özü market binasından təxminən 10-15 metr kənarda divarın qalıb Təhməzi gözləmiş, sonuncu marketin zirzəmsinin seyf qapısının qıfıl sahəsini laqunda ilə kəsərək qapını açıb içəri daxil olmuş oradan heç nə götürməmiş ona «götürmək üçün heç nə yoxdur» deyərək zirzəmidən bir kaset bizon içkisini çıxardıb kənarda qoyaraq hərdəm birini içmiş, özü də bir banka bizon içmişdir. Təhməz zirzəmidən mıxçıxardan ling tapıb lingi götürərək Marketin pəncərəsində olan jalyüzün qıfılını linglə basıb qıfılı açaraq jalyuzu ehtiyatla qaldırdıqdan snra plastik pəncərənin açmasını içəri sıxıb açıb marketə daxil olmuş, özü isə kənarda qalıb Təhməzi gözləmiş, az vaxtdan sonra Təhməz marketdən çıxıb əlində dəmir və kağız pul gətirərək onda sumkaya qoyub «dükanda ödəniş terminalı var onu gətirirəm» deyərək yenidən marketə girib ödəniş terminalını sürüyüb pəncərənin qarşısına gətirmiş, bayırdan ona kömək edərək terminalı pəncərədən çıxarıb binanın arxasına ayaqyolu olan yerə gətirmişlər Təhməz linglə terminalın qapısını açıb içindən pulları çıxarıb maymadan sumkaya qoymuş, bundan sonra təhməz ona «marketdə seyf vardır seyfə baxmaq üçün gedirəm» demiş, Təhməz təkrar marketə girib laqunda ilə içəridə işləmiş, özü isə kənarda qalıb onu gözləmiş, təxminən bir saatdan sonra Təhməz kənara çıxaraq bir neçə blok siqaretlər gətirmiş, qaranlıq oldğuna görə siqaretlərin markasını bilməmiş, hətta marketdən kameraların pristavkasını gətirib marketin arxasında sındıraraq diskini oradan meşəyə tərəf atmış, bundan sonra pəncərənin üzərində olan açdığı jalyuzu aşağı yerinə çəkib qıfılı yerinə keçirtmiş, laqundanı marketin arxasındakı zibilliyə atmiş, marketdən iki ədəd kisə götürüb siqaret qutularını və pulları həmin kisələrə yığmışlar. Dəmir pulları sumkaya yığanda qaranlıq yerdə bir neçə ədədi yerə dağılmış, lakin həmin pulları tapıb yığa bilməmişlər. Kisələrdən birini özü digər birini isə Təhməz götürmüş marketin arxasından meşəliklə enişə hərəkət etmiş, Lerik rayonunun Nüvədi kəndinə çatan zaman hava işıqlanmağa başlamış, markeitdə təxminən 3 saat işlədiklərini bilmiş, maşın yolunun kənarında qəbristanlığın yaxınlığında qalıb insanların oyanmasını gözləmişlər, hava tam işqlanandan sonra özü kənd qəbristanlığın yanında qalmış, Təhməz isə Nüvədi kəndinə getmiş, az vaxtdan sonra Təhməz VAZ-2121 markalı maşınla yanına gəlmiş, kisələri avtomobilin yük yerinə qoyub Lənkəran şəhərinə yola düşmüşlər, sürücü Təhməzlə söhbət edib haradan olduqlarını və haradan gəldiklərini soruşmuş, Təhməz sürücüyə Yardımlı rayonunun Alar kəndindən olduqlarını, hüzürdən gəldiklərini demiş, Alardan onları gətirən göy rəngdə VAZ-2121 markalı avtomobilin yolda xarab olmasını və həmin avtomobilin UAZ markalı avtomobillə qoşqu vasitəsilə Şingədulan kəndinə aparılmasını demiş, yolda həmin sürücü onları digər VAZ-2121 markalı avtomobilə mindirərək «bu şəxs sizi lazım olan yerə aparacaqdır» demiş, həmin avtomobillərin sürücülərinə ad və soyadlarını soruşmamış və bilməmiş, avtomobillərin nömrə nişanlarına baxmamış, birinci mindikləri avtomobilin rəngi göy, ikinci avtomobilin rəngi isə ağ olmuşdur. Həmin sürücülərə Təhməz 20 manat pul vermiş, onlar pulu aralarında bölmüşlər, 10 manat biri 10 manat isə digəri götürmüşdür. Təhməz birlikdə oturduqları ikinci VAZ-2121 markalı avtomobildə bir nəfər sərnişin olmuş, yola düşdükdən sonra digər bir cavan oğlanı da maşına götürmüş, maşina oturana kimi maşında olan sərnişin asfalt yola çıxan kimi yolda düşmüş, maşına minəndən sonra onların yanına oturan sərnişin, cavan oğlan isə «Relax» istirahət mərkəzinin qarşısnda maşından düşmüş, həmin avtomobildə Lənkəran rayonunu Qurumba kəndindən keçən Bakı yoluna gəlib körpünün üzərində maşından düşmüşlər. Daha sonra yolun Bakı istiqamətində hərəkət edən tərəfə geçib avtomobil gözləmişlər. Yoldan keçən nömrə nişanını xatırlamadığı «Vito» markalı avtomobil onları götürmüş, Lökbatan dairəsinə gəlib orada düşüb oradan öz evinə getmişlər. Lənkəran-Lerik yolunun 50-ci km-də yerləşən marketdən və terminaldan götürdükləri pulları saymışlar, məlum olmuşdur ki, 54 manat məbləğində dəmir pullar, yəni qəpik və 106 ədəd bir manatlıq əskinazlar, terminaldan isə 2880 mat pul, bundan əlavə təxminən 25 blok «Vikeroy», «Want» və «Maqna» siqaretləri götürmüşlər. Cəmi 3040 (üç min qırx) manat pulu aralarında böldükdən dərhal sonra borclarını vermiş, pul saxlamamış, siqaretlər onda qalmış, Təhməzin yaxalanmasını eşidəndən sonra evində saxladığı siqaret qutularını dərhal evdən çıxarıb zibilliyə atmış, 26 avqust 2023-cü il tarixdə səhər saatlarında Lerik RPŞ-nin əməkdaşları onun ardınca gəlib Lerik RPŞ-nə gətidikləri zaman siqaret qutularını atdığı zibilliyə baxmış, lakin heç nə orada aşkar edə bilməmişlər. Təhməz kameraların qoşulduğu pristavkanı görüntülər ələ keçməsin deyə götürüb sındıraraq atmış, Təhməzin deməsinə görə marketin içində olan dəmir seyfi açmaq istəmiş aça bilməmiş, qapısını zədələmiş, market binasının zirzəmisinə açılan qapını kəsib zədələmişdir. Törətdiyi əməldən peşamandır. Zərərçəkmiş şəxslərdən üzr istəmiş və onlarla barışmışdır. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tam ödənilməsini nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Bir daha cinayət törətməyəcəyinə söz verir. Məhkəmə iş üzrə toplanmış sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə əldə olunmuş hər bir sübutu mənbəyinə, mənsubiyyətinə və mümkünlüyünə görə qiymətləndirməklə təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməli onların özlərinin ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ailəsini dolandırmaq məqsədilə Lənkəran-Lerik yolunun 50-ci km-də mağaza binasını tikib «50 km market» adı altında fəaliyyət göstərir. Marketdə sənaye və ərzaq məhsullarını satır. Market binası arxa tərəfdən yamaclıq olduğuna görə 2 metr hündüryülündə zirzəmi üstündə tikilmişdir. Zirzəminin üstündə tikinti davam etdirilmiş, qarşı tərəfdən bir mərtəbəlidir. Market binası iki hissədən ibarətdir. Bir hissəsi anbar kimi istifadə olunur. Marketin yaxınlığında Yanacaqdoldurma məntəqəsi yerləşir. Yay mövsümü ilə əlaqədar marketi gündəlik olaraq saat 07 radələrində açıb saat 21 radələrində bağlayır. Bu saatlarda marketdə olur və müştərilərə xidmət göstərir. Marketdə daxildə təhlükəsizlik kamerasını quraşdırmış, kamera işlək vəziyyətdə olmuşdur. Bununla yanaşı marketdə giriş qapıdan sağ tərəfdə razılığı ilə Emanat MMC tərəfindən avtomatlaşdırılmış ödəniş terminalı quraşdırılmışdır. Həmin terminaldan həmişə istifadə olunur. 21 avqust 2023-cü il tarixdə saat 07 radələrində marketi açmış, saat 21 radələrinə kimi market açıq olmuşdur. Marketə gələn müştərilərə xitəmt göstərməklə saat 21 radələrində qapı-pəncərələrini yoxlayıb jalyüzları və qapını bağlayıb evinə getmiş, 22 avqust 2023-cü il tarixdə saat 07 radələrində marketi açmaq üçün gəlmiş, giriş qapının jalyüzünü və qapını tam sərbəst açıb içəri daxil olduğu zaman qapıdan sağ tərəfdə soyuducuların yanında quraşdırılmış elektron ödəmə terminalını görməyib şübhələnərək dərhal marketə baxmış, jalyuzun altında pəncərənin açıq olduğunu, piştaxtalarda yığılmış ərzaq məhsulların tam dağıldığını, hətta marketin anbar hissəsində qoyduğu metal seyfin yuxarı açmasının dəstəyinin laqunda ilə kəsilib qapının yarımçıq açıldığını, qapının tam açılmadığını, seyfdə qoyduğu siqaret qutularının yerində olduğunu, heç bir əmlakın götürülmədiyini görüb marketə kənar şəxslərin girdiyini bilib marketin ətrafına baxmış, marketdən çıxarılmış elektron ödəniş terminalını dükanın yaxınlığında yerləşən ayaqyolunun aşağı tərəfindən divarın dibində qıpısı sındırılmış vəziyyətdə, həmçinin market binasının zirzəmisinə giriş üçün quraşdırılmış metal konstruksiyalı qapının qıfıl yerləşdirilən sahəsinin laqunda aləti ilə kəsilərək qıfılın sındırılmasını və qapının açıldığını, zirzəmidə yığılmış içkilərdən bir kaset, yəni 24 ədə «BİZON» ikisinin götürülüb kənara çıxarılaraq divarın dibinə atılmasını, bunlardan 7 bankanın yerində olmadığını, «Bizon» içkisinin 4 ədəd boş banksını həmin yedə atıldığını, «Bizon» içkisinin bir bankasının dükanda 0,80 manata satıldığını, 7 ədədin dəyərinin 5,60 manat təşkil etdiyini, bundan sonra dükanda təftiş apararaq piştaxtanın dolabında saxlıdığı təxminən 150-160 manat dəmir qəpiklər və əskinasların, 1 qutusu 2,40 manatdan satılan 300 qutu Vikeroy filtrli siqaretin, 1 qutusu 2,40 manatdan satılan 80 qutu Maqna filtrli siqaretin, 1 qutusu 2,60 manatdan satılan 60 qutu Vant filtrli siqaretin və 1 qutusu 2,20 manatdan satılan 80 qutu Bakı filtrli siqaretin, bundan əlavə marketdə qurşadırdığı təxminən 300 manat dəyərində təhlükəsiz kamera qurğusunun pristavkasının oğurlandığını, bu hadisə ilə bağlı ona təxminən 1704 (bir min yeddi yüz dörd) manat məbləğində ziyan vurulduğunu müəyyən etmiş, 21 avqust 2023-cü il tarixdə saat təxminən 16 radələrində elektron ödəmə terminalında olan pullar şirkətin əməkdaşları tərəfindən götürlmüş, buna baxmayaraq bundan sonra bir neçə nəfər həmin terminal vasitəsi ilə ödəniş etmişdir. Lakin teriminalın kasaasında neçə manat pulun olduğunu bilmir. Hazırda təqsirləndirlən şəxslər ona vurulmuş ziyanı tam ödəmişlər. Ona görə də təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə qanunamüvafiq qaydada köməklik edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs və mülki iddiaçı X4 məhkəməyə ünvanladığı 24 noyabr 2023-cü il tarixli məlumatdan görünür ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və X11 tərəfindən "xxxx" QSC-yə vurulmuş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirlən şəxslərdən heç bir şikayət və tələbləri yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə qanunamüvafiq qaydada köməklik edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, Lerik rayonunun Nuvədi kəndində yaşayır, heç yerdə işləmir, 22 avqust 2023-cü il tarixdə səhər saat təxminən 07 radələrində yaşadığı evin həyətində toyuq-cücəsini çıxartdığı zaman dir nəfər təxminən 30-35 yaşda kişinin ona yaxınlaşıb çəpərdən ona salam verərək taksi olub-olmadığını soruşmuş, həmin şəxsə «bizdə taksi yoxdur lakin şofer vardır» deyərək qonşusu Balağanın evini ona göstərmiş, həmin şəxs ona «bizim maşınımız xarab olub yolda qalmışıq, bizi yola çıxatsınlar hörmət, yəni zəhməthaqqı verərik» demiş, lakin yolldahər hansı bir arkalı avtomobil görməmiş, naməlum şəxs Balağanın evinə tərəf getmiş, bundan sonra kimin hara getdiyini bilməmiş, sonradan eşitmişdir ki, Balağa həmin şəxsi maşınıilə harasa aparmışdır. Həmin şəxsi görsə tanıyar, əynində qısaqol qara köynək, qara şalvar, qara dimdikli papaq olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, Lerik rayonunun Nuvədi kəndində yaşamaqla Nüvədi kənd ümumi orta məktəbində labarant işləyir, şəxsi VAZ-2121 markalı, **-UT-*** qeydiyyat nişanlı avtomobili vardır, özü sürüb istifadə edir. 22 avqust 2023-cü il tarixdə, saat təxminən 06:40-də evində olduğu zaman tanımadığı bir nəfər həyətinə gəlib onu çağırmış, evindən həyətə çıxaraq onunla salamlaşmış, həmin şəxsin yaşı təxminən 35-40, boyu təxminən 180-185 sm, qarabəniz, əynində qara köynək və qara şalvar, başında qara kepkə olmuş, həmin şəxs ona «maşınımız xaprab olub gecədən yolda qalmışıq, maşın axitarırıq ki, bizi Lənkərana aparsın, 30 manat verirəm sən bizi Lənkərana apar, iki nəfərik yoldaşım yolda qalmışdır» demiş, həmin şəxslə razılaşaraq adını soyadını soruşmamış, onu maşınına götürərək Lənkəran istiqamətinə yola düşmüş, Rəzəvul kəndinə çatmamış kənd qəbristanlığının yanında maşın yolunda bir nəfərin qaldığını görmüş, avtomobilində olan şəxs ona « bu şəxs yoldaşımdır onu da götür» demiş, avtomobili həmin ikinci şəxsin ynında saxlamış, həmin şəxsin yanında iki ədəd ağ rəngdə kisə, kisələrdə əşyay olsmuş, lakin bağlı olduğuna görə içində nəyin olduğunu bilməmiş, yolda avtomobilinə götürdüyü şəxsin yaşı təxminən 45-50, boyu 170 sm, rəngi sarışın, sarı bığı, başında qara kepkası, əynində süd rəngində üç düymə köynəki və qara rəngdə şalvarı olmuşdur. Həmin şəxslər kisələri tək götürüb maşınına qoymuşlar, kisələri qaldıranda içində olan əşyaların yüngül olduğunu hiss etmiş, kisələr maşınaqoyulduqdan sonra sürmüş, yolda həmin şəsxlərə söhbət edib haradan gəldiklərini soruşmuş, ona «əslimiz Yardımlı rayonunun Alar kəndindəndir, lakin Cəlilabad rayonunda yaşayırıq» demişlr, konkret harada yaşadıqlarını bildirməmişlər, kisələrdə nəyin olduğunu soruşmuş, ona «paltarlarımızdır, soğandı, Alara yas məclisinə getmişdik, işləmişik bizə pay veriblər, Alardan göy rəngdə Niva ilə Lənkəran şəhərinə gedirdik, yolda maşınımız xarab oldu, həmin maşını UAZ markalı maşın qoşqu ilə Şingədulan kəndinə apardı, biz yolda maşınsız qalmışdıq» demiş, onlardan Yardımlı rayonundan birbaşa nə üçün getmədiklərini soruşmuş, ona «bizi gətirən avtomaşının Şingədulan kəndində işi var idi ona görə bu yolu gəldik» demişlər, onlarla söhbət etsə də adlarını soruşmamış, özləri də adlarını bildirməmişlər, hətta onun yanında bir-birilə danışmamı və adlarını səsləndirməmişlər.Bırkandul kəndinin ərazisində Vistən kənd sakini Şahid3lə rastlaşaraq hara getdiyini soruşmuş, Rufulla ona Lənkəran şəhərinə getdiyini demiş, avtomobilində Vistən kənd sakini Ramiki görmüş, Maşınında olan iki nəfəri Xanbabaya verərək Lənkəran şəhərinə aparmasını demiş, avtomobilində olan iki nəfər Rufullanın maşınına oturarkən ona pul vermək istəmişlər, xırda pulları olmadığına görə 20 manat Rufullayev vermişlər, Rufulla da həmin puldan ona 10 manat verərək Lənkəran şəhərinə yola düşsüş, avtomobilinə götürdüyü şəxslərdən adlarını və soyadlarını soruşmamış, özləri də bildirməmişlər, kisələrində hansı əşyların olduğunu bilməmiş, kisələri maşınına qoyduqları zaman kisənin yırtıq yerindən qırmızı rəngdə metal parçası görmüş, lakin nəyə aid olduğunu bilməmiş, həmin şəxsləri görsə sifət cizgilərinə, bədən quruluşlarına və boylarına görə onları tanıyar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsindən görünür ki, Lerik rayonunun Vistən kəndində yaşamaqla heç yerdə işləmir, şəxsi VAZ-2121 markalı, **-BE- *** qeydiyyat nişanlı avtomobili vardır, özü sürüb istifadə edir. 22 avqust 2023-cü il tarixdə, saat 07 radələrində idarə etdiyi avtomaşınla Lənkəran şəhərinə getdiyi zaman Lənkəran- Lerik yolunun 40-cı km-də maşından düşüb Lerik şəhərinə işə gedən həmkəndlisi Ramili də maşınına götürmüş və Bırkandul kəndinin ərazisində hərəkətdə olduğu zaman Nüvədi kənd sakini Balağa arxadan gəlib onu dayndıraraq hara getdiyini soruşmuş, Lənkəran şəhərinə gedəcəyini demiş, Balağa ona «iki nəfər qonaq maşınımda var onları da götür» dedikdən sonra razılaşaraq Lənkəran şəhərinə bir nəfəri 5 manata apracağını bildirmiş, Balağanın avtomaşınından iki nəfər düşərək iki ədəd ağ rəngdə kisə götürüb onun maşınının yük yerinə qoyub maşınına oturmuşlar, həmin şəxslər balağaya pul vermək istəmişlər, xırda olmadığına görə mənə 20 manat vermişlər, 10 manatı Balağaya vermiş, 10 manat özünə götürmüş və maşını sürüb yolda Relax istirahət mərkəzində mühafizəçi işləyən Bırkandul kənd sakini Abidinin adını bilmədiyi oğlunu maşina götürüb yoluna davam etmiş, Lənkəran-Lerik yolunun 40-cı km də Ramil, Relax istirahət mərkəzinin yanında isə digər sərnişin maşından düşdükdən sonra Balağanın maşınıdan götürdüyü iki nəfəri Lənkəran şəhərinə aprmaq üçün yola davam etmiş, yolda olduğu zaman həmin şəxslərlə söhbət edib haradan olduqlarını soruşmuş, həmin şəxslərdən əsasən bir nəfər nisbətən yaşlı olanı onunla söhbət edib Cəlilabadın Alar kəndindən olduqlarını bildirmiş, Alar kənd sakini Nazim adlı şəxsi ondan soruşmuş, tanımadığını demiş, həmin şəxs ondan Lerik rayonunun ərazisini soruşmuş, Lənkəran-Lerik yolunda polis postundan ərazinin başlandığını demiş, həmin yolda yol polis əməkdaşanın durub durmadığını soruşmuş, ona yolda ara-bir polis dayanır demiş, bundan əlavə heç bir söhbət etməmişlər. Həmin şəxslərdən adlarını soruşmamış, özləri də bildirməmişlər, hətta danışanda birbirinə mürciət zamanı adlarını çəkməmişlər, adlarını bilmədiyi iki nəfər sərnişin Lənkəran rayronunun Quronba kəndində körpünün üzərində yəni İpək yolunun girişində maşından düşmüşlər, həmin şəxslərlə bir yerdə olduğu müddətdə onlar mobil telefondan istifadə etməmişlər, onlara zənglər gəlməmiş, onlarla danışdığı zaman digərindən nisbətən yaşlı olan şəxs ona Yardımlıdan gətirən sürücü ilə yolda dalaşmalarını desə də hansı səbədən dalaşmalarını bildirməmiş, Balağanın onları satacağını soruşmuş, onlara «Balağanın sizinlə nə işi vardır» demiş, həmin şəxsləri görsə sifət cizgilərinə, bədən quruluşlarına və boyuna görə onları tanıyacaqdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 29 sentyabr 2023-cü il tarixli, 19/893 saylı rəyindən örünür ki, ekspertizaya təqdim edilmiş 1 ədəd qara rəngdə «Multistar» markvalı MS 2008 XM modeli 500gb yaddaşa malik DVR apparatı zədələnməmişdən əvvəl istifadə olunmuş, istifadəyə yararlı vəziyyətdə təxminən 110,00 manat, istifadəyə yararsız ehtiyat hissə kimi 30,00 manat təşkil edir. Tədqiqata təqdim edilmiş malların nəzəri qaydada manatla dəyəri 300 qutu «Vikeroy» markalı filterli siqaret 720,00 manat, 80 qutu «Maqna» markalı filterli siqaret 192,00 manat, 60 qutu «Want» filterli siqaret 156,00 manat və 80 qutu «Bakı» filterli siqaret 176,00 manat təşkil edir. Cinayət işinə əlavə edilmiş ifadənin yerində yoxlanması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiklərini hadisə yerində təqdim etməklə törətdiyi cinayət əməlini bir daha təsdiq etmiş, ifadənin yerində yoxlanılması zamanı vedeoçəkilişdən istifadə edilərək aparılan çəkiliş diskə köçürülmüş və tərtib olunmuş protokola əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş hadisə yerinə baxış keçirlməsi haqqında protokoldan görünür ki, 2023-cü ilin avqust ayının 21-dən 22-nə keçən gecə, saat təxminən 01 radələrində Lənkəran-Lerik yolunun 50-ci km-də yerləşən vət. Zərərçəkmiş şəxs məxsus «50 km» marketin zirzəmisinin metal konstruksiyalı qapısının qıfıl yerini laqunda aləti ilə kəsilib qapı açılmış, anbar kimi istifadə olunan zirzəmidən 1 kaset «Bizon» içkisi götürülüb kənara çıxarılaraq bundan 4 ədədi içilmiş, boş bankalar orada atımış, dolu bankalar ksetlə birlikdə divarın dibinə atılmış, daha sonra marketə daxil olmaq üçün plastik pəncərəsinin üzərində bərkidilmiş metal konstruksiyalı jalyuzun qıfılı basılıb açıldıqdan sonra pəncərənin açması basılaraq daxilə açılmış və içəri daxil olunmuş, bundan sonra marketin daxilində quraşdırılmış APP-2 markalı avtomatlaşdırılmış ödəniş terminalı kənara çıxarılaraq sındırılmış, marketin daxilind, piştaxtanın dolabından təxminən 300 manat dəmir pullar və müxtəlif adda 520 qutu tutun məmulatları oğurlamış, marketin anbar hissəsində olan metal konstruksiyalı seyfin 1-ci qapısı laqunda aləti ilə qismən kəsilsə də tam açılmadığına görə hər hansı bir əmlak götürülməmiş, marketdə quraşdırılmış təhlükəsizlik kamera qurğusunun pristavkası yerindən açılıb götürülərək bayıra çaxarılmış və sındırılaraq yaddaş kartı götürülməklə yararsız hala salınmışdır. Hadisə yerinə baxış zamanı cinayəti törətmiş şəxs və yaxud da şəxslər tərəfindən cinayətin aləti kimi istifadə olunan 01 ədəd laqunda aləti, 20 metr uzunluğundan elektrik uzadıcısı, 01 ədəd mıxçıxardan ling, 04 ədəd istifadə olunmuş «Bizon» içkisinin boş bankaları, siqaret kötüyü, saqqız, yerdə səpələnmiş vəziyyətdə 3 manat 70 qəpik məbləğində dəmir pullar, həmin sahədə 01 ədəd beşbarmaq sarı rəngdə fəhlə əlcəyi, jalyüzü bağlayan asma qıfıl, müxtəlif yerlərdən 6 ədəd barmaq izi, təhlükəsizlik kameraların sındırılmış vəziyyətdə pristavkası aşkar edilərək götürülmüşdür. Baxış zamanı fotoşəkillər çəkilərək protoklla əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş hadisə yerinə əlavə baxış zamanı marketin arxa tərəfində meşəlikdə marketdən götürülmüş təhlükəsizlik kameraların pristavkasının yararsız hala salınmış yalddaş kartı, şübhə doğuran 01 ədəd «Rothmans» markalı siqaret qutusu və 01 ədəd siqaret aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 24 avqust 2023-cü il tarixli, 3-13-11/2-10211/2023 saylı məktubdan görünür ki, DNT tədqiqatı nəticəsində müəyyən editlmişdir ki, təqdim olunmuş 01 ədəd «Bizon» markalı içki qabı üzərində olan bioloji mənşəli material Təqsirləndirilən şəxs1 ((xx.xx.1998-ci il Lerik r.) Quba RPŞ-nin xx.xx.2019-cu il tarixli, 146-20890-1219 №-li məktubu ilə KTİ-nə təqdim edilmiş) məxsusdur. Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 31 avqust 2023-cü il tarixli, 23/317 saylı arayışından görünür ki, tədqiqata təqdim olunmuş asma qıfıl zavod üsulu ilə hazırlanmışdır və işlək vəziyyətdə deyildir. Qıfılın asılqanı açıq vəziyyətdədir. Qıfılın gövdəsinin (korpusda), oval formalı asılqanın açar oyuğunun xarici səthi və ştiftlərin işçi və yan sətlərinin üzərində heç bir kənar alətin təsiri nəticəsində ələ gəlmiş işlər aşkar edilmədi. Qıfılın daxilində plastik materialdan olan mexanizmin kürələrə təmasda olan işlək səthinin birində çat izi olduğundan kənar predmetlə mexaniki təsir nəticəsində dartılaraq (asılqanın gövdədən dartaraq) açılması istisna edilmir. Təqdim edilmiş açar zavod üsulu ilə istehsal olunub. Açarqıfılın açar ouyğuna salınaraq saat əqrəbi və onun əksi istiqamətində tam burmaq mümkün olmadı. Ciayət işinin istintaqı zamanı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Təhlükəsizlik şöbəsinin 24 avqust 20230-cü il tarixli, 008/EƏ-23-1306 saylı məktubdan görünür ki, Lənkəran-Lerik yolunun 50-ci km-də yerləşən «50-km» marketdə quraşdırılmış "xxxx" QSC-nə məxsus İD-5076 saylı, «eManat» ödəmə terminalı marketdən kənara çıxarılaraq sındırıldıqdan sonra içərisində olan 2880 (iki min səkkiz yüz səksən) manat nağad pul oğurlanmış, oğurluğu törədən şəxslər tərəfindən teriminalın korpusunun üz hissəsi, kilidləri, pul qabısı və digər hissələri sındırılmış, pul kaseti pula birlikdə aparılması ilə terminala 800 (səkkiz yüz) manat məbləğində ziyan dəymişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Dadaşov X7 rayon məhkəməsinin 17 dekabr 2019-cu il tarixli hökmu ilə Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-ü maddələri ilə təqsirli bilinərək 01 il 04 ay 16 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Dadaşov X9 rayon məhkəməsinin 11 fevral 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası MM-nin 05 noyabr 2021-ci il tarixli Aministiya Qərarının 2.5-ci maddəsinə əsasən göstərilən höktmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən dərhal azad edilərək üzərindən məhkumluğu götürülmüşdür. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Dadaşov X13 rayon məhkəməsinin 04.12. 2018-ci il tarixli hökmu ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.1-ci maddələri ilə təqsirli bilinərək 01 il müddətində azadlığın məhdudlaşdırılması cəzasına və Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.2, 29,177.2.3 və 67.1-ci maddələri ilə təqsirli bilinərək 03 il 02 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı Çəzaçəkmə müəssisinin 540 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs1 cəzadan azad olduğu gündən 2 il müddət keçməmiş qəsdən hazırki cinayət əməlini törətdiyindən CM-nin 18 və 83-cü maddəsinin tələblərinə əsasən məhkumluğu ödənilməmiş və götürülməmiş, əməlində cinayətin sadə residivi vardır. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Osyedərə kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Lerik Rayon Xanagah kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Qaradağ Rayonu Qobustan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs1 himayəsində 2014, 2017 və 2018-ci il təvəllüdlü üç azyaşlı azyaşlı uşaqları vardır. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Osyedərə kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Lerik Rayon Xanagah kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Qaradağ Rayonu Qobustan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs2 himayəsində 2006,2009 və 2014-cü il təvəllüdlü üç azyaşlı azyaşlı uşaqları vardır. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Osyedərə kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 və X12 yaşayış yerindən müsbət xarakterizə olunurlar. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik Rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli arayışıdan görünür ki, Təqsirləndirilən şəxs1 44-günlük Vətən Müharibəsində könüllü iştirak etmişdir. Cinayət işinə əlavə edilmiş Lerik Rayon İcra Hakimiyyəti başçısının Osyedərə kənd inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, 44-günlük X5muş X2 təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və X6 dayısı oğludur. Cinayət işinə əlavə edilmiş zərərçəkmiş şəxs "xxxx" QSC-in səlahiyyətlərini müdafiə edən nümayəndəsi Fərid Hümbətovun məhkəməyə ünvanladığı 24 noyabr 2023cü il tarixli məlumatdan görünür ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və X11 tərəfindən "xxxx" QSC-yə vurulmuş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirlən şəxslərdən heç bir şikayət və tələbləri yoxdur. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və X11 tərəfindən ona vurulmuş ziyan tam olaraq ödənilmişdir. Odur ki, təqsirləndirlən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Cinayət işində olan materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı 25 avqust 2023-cü il tarixindən 26 avqust 2023-cü il tarixədək şübhəli şəxs kimi Lerik RPŞ-in MSY-də saxlanılmışdır. Cinayət işində olan materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı 26 avqust 2023-cü il tarixindən, 27 avqust 2023-cü il tarixədək şübhəli şəxs kimi Lerik RPŞ-in MSY-də saxlanılmışdır. Lerik rayon Məhkəməsinin 26 avqust 2023-cü il tarixli 4(048)-12/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 haqqında 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 25 avqust 2023-cü il tarixdən saat 18:00-dan hesablanmışdır. Lerik rayon Məhkəməsinin 27 avqust 2023-cü il tarixli 4(048)-13/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 haqqında 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 26 avqust 2023-cü il tarixdən saat 19:00-dan hesablanmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmələri məhkəmə istintaqı zamanı sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də onlar həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdırlar. Məhkəmə, Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanı ödənilməsini CM-nin 59.1.13-cü maddəsinə əsasən, əməlindən peşman olmasını, ailənin yeganə gəlir gətirən şəxsi olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, “İİ Qarabağ müharibəsi” iştirakçısı olmasını və 44-günlük X5muş X2 dayısı oğlu olmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 əməlində cinayətin sadə residivini Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanı ödənilməsini CM-nin 59.1.13-cü maddəsinə əsasən, əməlindən peşman olmasını, ailənin yeganə gəlir gətirən şəxsi olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və 44-günlük X5muş X2 dayısı oğlu olmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzalarını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinəəsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinəəsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdəədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cümaddəsinə görə cəza təyin edilərkən törədilmişcinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinəəsasən, cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm dəbaşqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd olunanlara əsaslanaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, törədilmiş əməlin xarakterini, təqsirlərini etiraf etməklə əməllərindən peşimançılıq hissi keçirmələrini, himayələrində azyaşlı uşaqları olmaqla ailənin yeganə qazanc gətirən üzvü olmalarını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəmələrini, zərərçəkmiş şəxslərin onlara qarşı şikayət və tələblərinin olmamasını, eləcə də Təqsirləndirilən şəxs1 “İİ Qarabağ müharibəsi” işitrakçısı olmasını, 44-günlük X5muş X2 təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və X6 dayısı oğlu olmasını nəzərə alıb təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-nın 70-ci maddəsi tətbiq edilərək sınaq müddəti müəyyən edilməklə barəsində təyin ediləcək cəzasının şərti hesab edilməsi və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddələrin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. Belə ki, Azərbaycan Respublikası CM-nın 70-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs1 üzərinə CM-nin 70.5-ci maddəsinə əsasən onun müəyyən vəzifələr qoyulmalıdır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs2 CM-in 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsə alındığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın azadlıqdan məhrum etmə müddətinə bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlığın mədhudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmasını qanuni və əsaslı hesab edir. Məhkəmə həmçinin, cəzaçəkmə müddətinin başlanğıcı təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmasını və onun üzəinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini yəni Bakı şəhəri, Qaradağ rayon Lökbatan qəsəbəsində yerləşdiyi evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmasını qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbirinə dəyişdirilməli və onlar, məhkəmə iclas zalından həbsdən azad edilmələri, barələrində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan 01 ədəd laqunda aləti, 20 metr elektrik uzadıcı, 01 ədəd mıxçıxardan ling, 3 manat 70 qəpik dəmir pullar, bir ədəd qıfıl, bir ədəd sındırılmış pristavka, bir ədəd yararsız halda olan yalddaş kartı, 04 ədəd «Bizon» içkisinin boş bankaları, siqaret kötüyü, saqqız, 01 ədəd beşbarmaq fəhlə əlcəyi, 01 ədəd «Rothmans» markalı siqaret qutusu və 01 ədəd siqaret məhv edilməli, 6 ədəd barmaq izi iş materiallarında saxlanılmalı, iş üzrə mülki iddianın olmaması nəzərə alınmalı və İş üzrə ekspertiza xərci olan 100 (yüz) manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin və ona 02 (iki) il sınaq müddəti təyin edilməklə hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası şərti hesab edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək və onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Onun davranışı üzərində nəzarətin həyata keçirlməsi daimi yaşdığı yer üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 26 avqust 2023-cü il tarixdən 17 aprel 1024-cü il tarixədək 07 (ay) 21 (iyirmi bir) gün həbsdə saxlanılmasının bir günü azadlıqdan məhrum etmə cəzasının iki gününə bərabər tutulub hesablanmaqla ona təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 01 (bir) il 03 (üç) ay 12 (on iki) gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini yəni Bakı şəhəri, Qaradağ rayon Lökbatan qəsəbəsində yerləşdiyi evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Onun davranışı üzərində nəzarətin həyata keçirlməsi daimi yaşdığı yer üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan 01 ədəd laqunda aləti, 20 metr elektrik uzadıcı, 01 ədəd mıxçıxardan ling, 3 manat 70 qəpik dəmir pullar, bir ədəd qıfıl, bir ədəd sındırılmış pristavka, bir ədəd yararsız halda yalddaş kartı, 04 ədəd «Bizon» içkisinin boş bankaları, siqaret kötüyü, saqqız, 01 ədəd beşbarmaq fəhlə əlcəyi, 01 ədəd «Rothmans» markalı siqaret qutusu və 01 ədəd siqaret məhv edilsin, 6 ədəd barmaq izi iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 100 (yüz) manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülsün. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə mülki iddia olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №1(048)-9/2024
Lerik Rayon Məhkəməsi Hökm — İş №1(048)-9/2024
17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver