Məhkəmə qərarları › İş №1(048)-9/2025

Lerik Rayon Məhkəməsi Qərar — İş №1(048)-9/2025

12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 1(048)-9/2025 12.03.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru – Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil – Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Lerik rayonu, Züvüç kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Lerik rayonu, Züvüç kəndində qeydiyyatda olan və Lerik rayonu, Zenoni kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 23 yanvar 2025-ci il tarixdə, saat 13:40 radələrində Lerik rayon Zenoni kəndində yaşayan Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında Alim Qasımova məxsus evin həyətində şəxsi münasibətlər zəmnində narazılıqları olmuş, nəticədə aralarında davadalaş baş vermiş, dava-dalaş zamanı Təqsirləndirilən şəxs əlindəki bel ilə və təpik-yumruq zərbələri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq sonuncuya sağ əl nahiyəsindəki yumuşaq toxumaların əzilməsi-hematoması, sol kürək, sol əlin İİ barmağı nahiyəsində qançırla nəticələnən, ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o ailə üzvüləri ilə birliklə Lerik rayonu, Zenoni kəndində yaşayır. Zərərçəkmiş şəxs tanıyır həmkəndlisidir. Belə ki, 23 yanvar 2025-ci il tarixində, saat 13:00 radələrində kənd ərazisində yerləşən Alim Qasımovun həyətindən keçən su xətti qırıldığı və onun həyətinə su gəlmədiyi üçün ora getmişdir. Zərərçəkmiş şəxs isə Alim Qasımovun həyətində qoyun otarmış və bu zaman ona yaxınlaşaraq nə üçün bura gəldiyini deyərək onun üstünə hücum çəkib əlindəki çomaqla qollarına, belinə, başının arxa nahiyəsinə vurmaqla ona xəsarət yetirmişdir. O, da dava-dalaş zamanı əlindəki bel ilə və təpik-yumruq zərbələri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq ona xəsarət yetirmişdir. Hadisə qısa müddət davam etmiş, ətrafda heç kim olmamışdır. Hazırda zərərçəkmiş şəxslə barışmış, ona vurulmuş ziyanı ödəmişdir. Məhkəmədən barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Lerik rayon Zenoni kəndində qeydiyyatda olmaqla ailə üzvlərilə birlikdə orada yaşayır. Təqsirləndirilən şəxs tanıyır, həmkəndlisidir. Belə ki, 23 yanvar 2025-ci il tarixində, saat 13:00 radələrində bacısı Şəhla Teymurovanın həyətində qoyun otardığı zaman Təqsirləndirilən şəxs onu söyərək oğlu Əli Quliyev isə ayaqlarından tutaraq onu itələyərək yerə yıxmış, Təqsirləndirilən şəxs əlindəki bel ilə onun qollarına, belinə, başının arxa nahiyəsinə vurmuş, daha sonra isə yumruq və təpik zərbələri ilə onu vuşmuş, nəticədə sağ əl nahiyəsinin əzilməsi, sol kürək, sol əlin iki barmağı nahiyələrindən xəsrətlər almışdır. Həmin vaxt o, Xoşbəxti vurmamış, Xoşbəxt onu döydükdə aralarındakı mübahisə bir neçə dəqiqə davam etmiş, mübahisə zamanı yeznəsi Alim Qasımov orda olmamış, davada iştirak etməmiş, münaqişə yerinə sonradan gəlmişdir. Hadisə qısa müddət davam etmiş, ətrafda heç kim olmamışdır. Hazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs şəxslə barışmış, ona dəymiş ziyan ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədən məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan Zərərçəkmiş şəxs 24 yanvar 2025-ci il tarixli şikayət ərizəsindən görünür ki, həmkəndlisi Təqsirləndirilən şəxs və onun atası 23 yanvar 2025-ci il tarixdə kəndin məktəbəinin yaxınlığında onu bel ilə qollarına, belinə və qollarına vuraraq döymüşlər. Həmin şəxslər barəsində tədbir görülməsini xahiş edir. İş materiallarında olan Təqsirləndirilən şəxs 25 yanvar 2025-ci il tarixli şikayət ərizəsindən görünür ki, 23 yanvar 2025-ci il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs və onun yeznəsi tərəfindən döyüldüyünü bildirmişdir. Həmin şəxslər barəsində tədbir görülməsini xahiş edir. İş materiallarında olan Lənkəran rayonlararası MTE və PA zona Mərkəzinin 25 yanvar 2025-ci il tarixli, 06 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - sağ əl nahiyəsindəki yumuşaq toxumaların əzilməsi - hematoması, sol kürək, sol əlin İİ barmağı nahiyəsində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, aşkar edilmiş xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, müddəti müayinədən 2-3 gün əvvələ uyğun gəlir və ümumilikdə drəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 19 fevral 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan törətdiyi cinayət əməlinə görə barəsində yekun protokol tərtib edilməsi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyindən, hadisə vaxtı ictimai qayda hər hansı bir formada pozulmadığından toplanmış məhkəməyədək sadələşdirilmiş icraat materalı üzrə həmin xüsusat xitam verilməsi, X4 hadisədə iştirakı müəyyən olunmadığından məsuliyyətdən azad edilməsi, X3 hadisə vaxtdı Zenoni kənd ümumi orta məktəbində dərsdə olması, hadisədə iştirakı tam müəyyən olunmadığından, həmçinin 01 09.2009-cu ildə anadan olmaqla 16 yaşı tamam olmadığından azyaşlı olduğu üçün Azərbaycan Respublikası CMnin 20.1 və 20.2-ci maddələrinə əsasən məsuliyyətdən azad edilməsi qərara alınmışdır. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lerik Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cəzası Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsi ilə xitam edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 32.5-ci, 177-ci, 32.5-ci və 177.2.3-cü maddəsi ilə 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan iş üzrə Zərərçəkmiş şəxs tərəfindən yazılmış xx.xx.2025-ci il tarixdə ərizədən görünür ki, o cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş, heç bir şikayət və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən yazılmış xx.xx.2025-ci il tarixdə ərizədən görünür ki, o Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı ödəmiş, ondan heç bir şikayət və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. Beləliklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin maddənin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinə əlavə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.4-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Lerik Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2016-cı il tarixdə, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72-ci maddəsinə “Qeyd” hissəsi əlavə edilməmişdən əvvəl Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törədilmiş əmələ görə cinayət məsuliyyətindən azad edildiyindən, hazırda o, həmin maddə ilə zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı tamamilə ödəməsi əsası ilə cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, göstərilən hal cinayət törətmiş şəxsin vəziyyətini ağırlaşdırdığından geriyə qüvvəsi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar