Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-1/2023 02.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ saat: 13:00 Lənkəran Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 23 avqust 1989-cu il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, Lənkəran Rayon məhkəməsinin 31 may 2019-cu il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1(bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 11 fevral 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, daha sonra həmin məhkəmənin 23 avqust 2021-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 2 il 7 ay 28 gün müddət azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli qərarı ilə barəsində amnistiya Qərarının 4-cü bəndi tətbiq edilərək təyin edilmiş cəzanın müddəti 6 ay azaldılmış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 15 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 29,177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 11 aprel 2021-ci il tarixdə saat 17 radələrində oğurluq, yəni özgənin əmlakının gizli olaraq talamaq məqsədi ilə hərəkət edərək, Lənkəran şəhərinin 21-ci məhəlləsində yerləşən Zərərçəkmiş şəxs məxsus olan yeni tikilən fərdi yaşayış evinin həyətinə, oradan isə birinci mərtəbədəki pəncərəni açıb evə qanunsuz daxil olaraq, evin ikinci mərtəbəsində saxlanılan inşaat materiallarını- 1 metrinin qiyməti 3 manat, ümumi qyiməti 24 manat olan 4 ədəd 2 metrlik inşaatda istifadə olunan alüminium profili, bir ədədinin qiyməti 35 qəpik, ümumi qiyməti 10 manat 50 qəpik olan 30 (otuz) ədəd diametri 32 mm, Türkiyə istehsalı olan ağ rəngli plastmas müftanı, bir ədədinin qiyməti 25 qəpik, ümumi qiyməti 13 manat 50 qəpik olan 54 (əlli dörd) ədəd diametri 25 mm, Türkiyə istehsalı olan ağ rəngli plastmas müftanı, bir ədədinin qiyməti 1 manat 40 qəpik, ümumi qiyməti 12 manat 60 qəpik olan 9 (doqquz) ədəd diametri 32 mm, Türkiyə istehsalı olan yivli metal içlikli ağ rəngli plastmas müftanı, bir ədədinin qiyməti 35 qəpik, ümümi qiyməti 11 manat 20 qəpik olan 32 (otuz iki) ədəd diametri 32 mm, Türkiyə istehsalı olan 90 dərəcəli ağ rəngli plastmas əyməni, bir ədədinin qiyməti 35 qəpik, ümui qiyməti 5 manat 25 qəpik olan 15 (on beş) ədəd diametri 32 mm, Türkiyə istehsalı olan 45 dərəcəli ağ rəngli plastmas əyməni, bir ədədinin qiyməti 35 qəpik, ümumi qiyməti 6 manat 30 qəpik olan 18 (on səkkiz) ədəd diametri 25 mm, Türkiyə istehsalı olan 45 dərəcəli ağ rəngli plastmas əyməni, bir ədədinin qiyməti 1 manat 30 qəpik, ümumi qiyməti 19 manat 50 qəpik olan 15 (on beş) ədəd diametri 25 mm, Türkiyə istehsalı olan 45 dərəcəli yivli metal içlikli ağ rəngli plastmas əyməni, bir ədədinin qiyməti 35 qəpik, ümumi qyiməti 4 manat 90 qəpik olan 14 (on dörd) ədəd diametri 25 mm, Türkiyə istehsalı olan üçlük (üç dəlikli ) ağ rəngli plastmas boru birləşdircini, bir ədədinin qiyməti 1 manat 50 qəpik, ümumi qiyməti 16 manat 50 qəpik olan 11 (on bir) ədəd diametri 32 mm, Türkiyə istehsalı olan yivli metal içlikli üçlük (üç dəlikli) ağ rəngli plastmas boru birləşdircini, bir ədədinin qiyməti 55 qəpik, ümumi qiyməti 23 manat 65 qəpik olan 43 (qırx üç) ədəd diametri 32 mm, Türkiyə istehsalı olan üçlük (üç dəlikli ) ağ rəngli plastmas boru birləşdircini, bir ədədinin qiyməti 70 qəpik, ümumi qiyməti 2 manat 10 qəpik olan 3 (üç) ədəd diametri 25 mm olan xaçşəkilli (dörd dəlikli) ağ rəngli plastmas boru birləşdircini, bir ədədinin qiyməti 2 manat 50 qəpik, ümumi qiyməti 12 manat 50 qəpik olan 5 (beş) ədəd yivli və metal içlikli ağ rəngli plastmasdan su kranı aksessuarını, bir ədədinin qiyməti 35 qəpik, ümumi qiyməti 4 manat 20 qəpik olan 12 (on iki) ədəd diametri 20 mm müxtəlif formalı orta və böyük ölçülü boru qapadıcı başlığını, bir ədədinin qiyməti 1 manat, ümumi qiyməti 6 manat olan 6(altı) ədəd, 1 ədədinin qiyməti 80 qəpik, ümumi qiyməti 1 manat 60 qəpik olan 2 (iki) ədəd, 1 ədədinin qiyməti 30 qəpik, ümumi qiyməti 1 manat 20 qəpik olan 4 (dörd) ədəd, ümumilikdə qiyməti 8 manat 80 qəpik olan 12 (on iki) ədəd müxtəlif formali kiçik ölçülü boru qapadıcı başlığını, bir ədədinin qiyməti 60 qəpik, ümumi qiyməti 19 manat 20 qəpik olan 32(otuz iki) ədəd diametri 50 mm-lik kanalizasiya borusu əyməsini, bir ədədinin qiyməti 1 manat, ümumi qiyməti 3 manat olan 3(üç) ədəd diametri 76 mm-lik kanalizasiya borusu əyməsini, bir ədədinin qyiməti 1 manat 60 qəpik, ümumi qyiməti 9 manat 60 qəpik olan 6 (altı) ədəd diametri 100 mm-lik kanalizasiya borusu əyməsini, bir ədədinin qiyməti 1 manat, ümumi qyiməti 2 manat olan 2(iki) ədəd diametri 50 mm-lik üçlük (üç dəlikli) kanalizasiya borusu birləşdiricisini, bir ədədinin qiyməti 2 manat 80 qəpik, ümumi qyiməti 16 manat 80 qəpik olan 6(altı) ədəd diametri 100 mm-lik üçlük (üç dəlikli) kanalizasiya borusu birləşdiricisini, bir ədədinin qiyməti 1 manat, ümumi qyiməti 5 manat olan 5(beş) ədəd diametri 76/50 mm-lik kanalizasiya borusunun keçid hissəsini, bir ədədinin qiyməti 1 manat 60 qəpik, ümumi qyiməti 16 manat olan 10(on) ədəd diametri 100/50 mm-lik kanalizasiya borusunun keçid hissəsini, bir ədədinin qiyməti 15 qəpik, ümumi qiyməti 3 manat 15 qəpik olan 21 (iyirmi bir) ədəd boru üçün bərkidici rezin halqaları, ümumilikdə 247 (iki yüz qırx yeddi) manat 25 qəpik dəyərində malları iki kisəyə yığaraq həyətdən çıxartmaq istəyəndə, onun oğurluq etdiyini görmüş hadisə yerinin qonuşuluğunda yaşayan Şahid1 oğlu tərəfindən saxlanılmış, bununla da biləvasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırmayıb, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək göstərmişdir ki, 11 aprel 2021-ci il tarixdə rayonun Şiləvar kəndində yaşayan qardaşı Cavidgilə gedəndə saat 17 radələrində piyada Lənkəran şəhərinin 21-ci məhəlləsindən keçəndə rayon mərkəzi xəstəxanasının yanındakı körpüdən sonra ayaqyoluna getmək istədikdə sola ayrılan küçəyə girmiş, həmin küçə ilə bir az gedəndən sonra yolun kənarındakı təzə tikilmiş evin həyətinin dəmir lövhələrdən olan darvazasının aralanmış olduğunu görmüş, maraq göstərib darvazaya yaxınlaşanda həyətdə heç kimin görünmədiyinə diqqət yetirmiş, həyətə baxanda evdə heç kimin yaşamadığını da bilmək olmuşdur. Həmin evin kimə məxsus olduğunu bilməmişdir. İstintaq zamanı ona evin sahibinin Zərərçəkmiş şəxs olmasını bilmişdir. Həyətə girəndən sonra fikrindən oğurluq etmək keçmiş, pulu olmadığına görə evə girib bir şey oğurlamaq və satıb pul əldə etmək istəmişdir. Evə yaxınlaşanda birinci mərtəbəsində pəncərəni açmaq üçün yoxlayanda orta layın açıq olduğunu görmüş, həmin pəncərəni açıb içəri girmişdir. Evin içində təmir işləri başa çatdırılmamış, pəncərədən daxil olduğu birinci mərtəbədən pilləkənlə ikinci mərtəbəyə qalxmış və orada zalda iki ədəd ağ kisəyə doldurulmuş plastik boru hissələrini görmüş, kisələrin birində nazik boru hissələri, digərində böyük diametrli borular olmuş, kisələrin yanında yerə tökülən əşyaları kisələrin içinə yığmışdır. Kisələrin yanında uzunluqları 2 metr olan dörd ədəd profil olmuş, bu cür profillər mala işlərində istifadə olunur. Evi nəzərdən keçirib oğurlamalı başqa bir şey olmadığını görüb kisələrdə olan plastik boru hissələrin aparıb bir yerdə satmaqla pul əldə etmək fikrinə düşmüş, amma hara satacağı barədə qərara gəlməmişdir. Əvvəl kisənin birini götürmüşdür ki, çıxardıb bir yerə qoyandan sonra ikinci kisə üçün gəlsin. Həmin kisəni və iki ədəd profili götürüb aşağı salandan sonra həyətdən çıxartmağa imkan tapmamış bayırdan həmin evin qonşusu olan, sonradan adını bildiyi Şahid1 qabağına çıxmış və qabağını kəsib soruşmuşdur ki, -«sən kimsən, burada nə edirsən, nə işin var başqasının həyətində, niyə bunları aparırsan?». Həyəcanlanaraq düşüb kisəni və profilləri yerə atmış, Ruslana yalvar-yaxar edib demişdir ki, -«üzrlü bil, qələt eyləmişəm, səhv etmişəm, bir daha məni buralarda görməzsən, burax çıxım gedim». Ruslan ondan əl çəkməyib kim olduğunu öyrənmək üçün sorğu-sual etməyə başlamış, kim və kimin oğlu olduğunu, harada yaşadığını soruşanda demişdir ki, Raypo məhəlləsində yaşayır, Allahyarın oğludur, qardaşı Cavid mebel ustasıdır, Lənkəran «Madeyra» şirkətinin mağazasında işləyir. Ruslan onu saxlayıb getməyinə icazə verməmiş və ev sahibi Elmar adlı şəxsə zəng vurub evinə adam girdiyini, evə girən şəxsi tutub saxladığını və Elmarı gözləyəcəyini bildirmişdir. Ruslandan dönə-dönə xahiş etmişdir ki, onu buraxsın, bu vəziyyətdə 10-15 dəqiqə qalandan sonra Ruslanın telefonla danışdığı məqamda diqqətinin onda olmamasından istifadə edib oradan qaçmış, 113 №-li texniki peşə məktəbinin həyətinə keçib aradan çıxaraq uzaqlaşmış, Ruslan onun ardınca gəlməmişdir. Oğurlamaq istədiyi iki kisə materialdan ancaq birini həyətə çıxartsa da, Ruslan onu görüb qabağını kəsdiyinə görə oradan heç nə oğurlaya bilməmişdir. Ev sahibi Zərərçəkmiş şəxs polisə şikayət etməsi ilə əlaqədar 13 aprel 2021-ci il tarixdə saxlanılaraq polis şöbəsinə gətirmişdir. Polis şöbəsində şübhəli şəxs qismində tutulmuş, iki gün həbsdə olandan sonra ittiham elan edib buraxmışlar, polisin nəzarəti altına verildiyini izah etmişlər. Bundan sonra bir neçə dəfə polis şöbəsinə gəlib qeydiyyatdan keçmişdir. Eyni zamanda barəsində Lənkəran rayon məhkəməsində Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə cinayət işi olmuşdur ki, bu barədə tutulan zaman istintaqa məlumat verməmişdir. Həmin iş üzrə məhkəməyə getmədiyinə görə məhkəmə barəsində həbs qətimkan tədbiri seçmişdir. Polis əməkdaşları onu tutub məhkəməyə təhvil verəndən sonra istintaq təcridxanasına göndərilmiş və bundan sonra istintaqa gəlmək imkanı olmamışdır. Tutduğu əmələ görə peşimandır. Zərərçəkmiş şəxs evinə bir dəfə girmiş, yəni 11 aprel 2021-ci il tarixdə saat 17-18 radələrində oradan oğurluq etmək istəmiş, amma qonşusu mane olduğundan heç nə apara bilməmiş, başqa vaxtlarda həyətinə girməmiş və oğurluq etməmişdir. Təqsirləndirilən şəxs son sözündə tutduğu əməlindən son dərəcə peşman olduğunu, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi törətdiyi cinayət əməlini etiraf etməsini bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxs X3 ifadəsində göstərmişdir ki, Lənkəran şəhəri 21-ci məhəlləsində yeni tikilmiş iki mərtəbəli evi vardır, evi tam təmir olunmadığına görə yaşayış yoxdur. Evin üstü bağlanıb, qapı və pəncərələri yerinə qoyulmuşdur. Evin ətrafı daş hasarlıdır, metal lövhədən müvəqqəti istifadə üçün hazırlanmış darvazası vardır. Evin ətrafında qonşuluqda yerləşən evlərdə yaşayış vardır. Evinin təmiri üçün aldığı müxtəlif inşaat materiallarını, təzə avdanlıqları evin içinə yığmışdır. Evdə saxlanılan materialların bir qismi su və kanalizasiya şəbəkəsinin qurulmasında istifadə olunacaq plastik boru birləşdiriciləri, xamutlar və sair əşyalar olmuşdur. Son vaxtlar təmir işlərini davam etdirməyə imkanı olmadığına görə evdə usta işləməmiş, özü arabir baş çəkib yoxlamış, ev və həyət mühafizə olunmamışdır. 11 aprel 2021-ci il tarixdə saat 17 radələrində Astara şəhərindən Lənkəran istiqamətində gələrkən yolda olduğu zaman 21-ci məhəllədəki qonşusu Şahid1 onun mobil telefonuna zəng vurub narahat tərzdə demişdir ki, - «hardasan, burada sənin evinə oğru girib, cavan oğlandır, kisələrlə həyətdən nə isə çıxarırdı, tutub saxlamışam». Evinə girən şəxsin kim olmasını soruşduqda Ruslan saxladığı adamı tanımadığını bildirmişdir. Ruslana yolda olduğunu və gözləməsini bildirmişdir. Ruslanla danışığından sonra təxminən 20 dəqiqəyə 21-ci məhəllədəki evinə gəlmişdir. Ruslan darvazasının yanında küçədə tək gözləmiş, yaxınlıqda da heç kim olmamışdır. Ruslanla salamlaşıb nə baş verməsini soruşanda qonşusu demişdir ki, -«sənə zəng vurduğumdan bir neçə dəqiqə qabaq qızım sənin həyətində kənar adam görmüşdü və məni çağırıb dedi, mən də çıxıb baxanda gördüm ki, tanımadığım cavan oğlan əlində dolu kisə və bir neçə dəmirlə evdən həyətə çıxmış və küçəyə çıxmaq üçün darvazaya tərəf gəlir, oğlanın qabağını kəsib soruşdum ki, kimdir, nə edir həyətdə, cavabından gördüm ki, oğurluq edənə oxşayır, tutub saxladım və sənə zəng vurdum». Ruslana saxladığı oğlanın harada olmasını soruşduqda Ruslan demişdir ki, onunla telefonla danışdığı zaman oğlan yanında olmuş və buraxılmasını xahiş etmiş, sonra o polisdəki tanışına zəng vurmuş, polis maşını küçəyə gələndə oğurluq edən oğlan seriyasından polis maşınını tanıyıb qaçaraq aradan çıxmışdır. Həyətinə girib baxanda dəmir lövhələrdən quraşdırdığı müvəqqəti küçə darvazasının bir tərəfi çəkilib aralanmış, həyətdə isə içində inşaat materialları olan bir kisə və dörd ədəd malakeş ustaların istifadə etdikləri 2 metr uzunluğu olan mayak profilləri görmüşdür. Evə yaxınlaşıb baxanda isə görmüşdür ki, ikinci mərtəbədəki metal-plastik materialdan olan pəncərinin birini açıb oradan evə daxil olunmuş, çıxanda da orada çıxmışlar. Evin ikinci mərtəbsində kisələrə yığdığı evin su və kanalizasiya xətlərinin çəkilişi üçün müxtəlif plastik boru hissələrindən ibarət inşaat materiallarını doldurduğu kisələrdən ancaq biri evdə qalmış, onu da olduğu yerdən tərpədib qabağa çəkərək açıq pəncərəyə tərəf gətirmiş, içi materiallarla dolu olan kisənin biri isə artıq göstərdiyi kimi həyətdə olmuşdur. Amma evində içinə inşaat materialları yığılmış 8 ədədə yaxın kisə olmuş, kisələrin qalan hissəsi ümumiyyətlə olmamışdır. Həyətdə və evdə qalmış kisələrdə «SPK» ticarət markası altında Türkiyədə istehsal olunan müxtəlif santexnik borular və boru qovşaqları, birləşmələri, əymələri olmuş, yerində olmayan kisələrdə də oxşar materialdan olmuş, amma hansı kisədə nələr olduğunu və miqdarını dəqiq deyə bilməmişdir. Evindən oğurluq olduğunu biləndən sonra Lənkəran şəhər-rayon polis şöbəsinə məlumat vermişdir. Ruslanın deməsinə görə evindən oğurluq edən şəxsdən kimliyini soruşanda həmin oğlan Lənkəran şəhərinin Raypo adlanan məhəlləsində yaşadığını, Allahyarın oğlu olduğunu, qardaşının «Madeyra» mebel mağazasında işlədiyini demişdir. Evindən oğurluq etmiş şəxsin əlamətlərini qonşusu Ruslanın gördüklərinə əsasən, polis əməkdaşlarına bildirmişlər. Polis əməkdaşları tərəfindən onun ərizəsinə əsasən evinə baxış keçirilmiş, fotoşəkillər çəkilmiş və protokol tərtib edilmişdir. Oğrunun evindən aparmaq istədiyi və Ruslan tərəfindən tutulduğuna görə həyətdə saxladığı sonuncu 2 kisənin içindəki materialları baxış keçirilməsi üçün istintaqa təqdim etmişdir. 11 aprel 2021-ci il tarixdə qonşusu Ruslan tərəfindən oğurluq aşkar edilənədək sonuncu dəfə həmin evində təxminən fevral ayında olmuş və həmin vaxt hər şey yerində olmuşdur. Oğurlanmış əmlakını və qiymətini dəqiq bilməsə də, malların qiymətinin 2.000 (iki min) manata yaxın olduğunu, materialların istifadə olunmamış təzə materiallar olmaqla Türkiyədə istehsal olunmuşdur. Bağlamaların üstündə «SPK» marka göstəricisi vardır. Zərərçəkmiş şəxs X3 məhkəmə çıxışından bildirmişdir ki, təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Ona görə də Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş şahidlər Şahid1, Şahid2 və X4 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran şəhərinin 21-ci məhəlləsində yeni yaşayış massivində özünə məxsus fərdi evdə yaşayır. Yaşadığı ev məhəlləyə rayon mərkəzi xəstəxanası tərəfdən gələn yol ilə daxil olanda həmin yoldan sol tərəfə ayrılan küçələrin sayca birincisində, hərəkət istiqamətində yolun sağ tərəfindədir. Evi ilə qonşuluqda Zərərçəkmiş şəxs təzə ev tikmiş, evi tam təmir olunmamış, evdə yaşayış yoxdur, vaxtaşırı təmir işləri aparır və evə təmirlə əlaqədar inşaat materialları gətirir. Elmarın evinin həyət darvazası qurulmamış, müvəqqəti giriş kimi metal lövhələrdən qapı düzəldilmiş və qıfıl asılmışdır. Evdə iş görüləndə Elmar tez-tez həyətində olmuş, bir ildən artıqdır ki, təmir işlərini dayandırmış və həyətdə də təsadüfi hallarda görünür. 11 aprel 2021-ci il tarixdə evdə uşaqları qonşu Elmar həyətində tanımadıqları bir şəxsin olduğunu ona deyəndə maraqlanıb evdən küçəyə çıxaraq həyətin giriş qapısı aralanmış olduğunu, həyətə girəndə isə bir cavan oğlanın plastik boru hissələri olan inşaat materialları ilə dolu kisəni evdən çıxardıb küçəyə tərəf gəlmək istədiyini görmüş, oğlanın qabağını kəsib soruşmuşdur ki, -«sən kimsən, burada nə işin var, başqasının evinə niyə girmisən, hara aparırsan bunları?». Oğurluq edən oğlan özünü itirib kisəni yerə qoyaraq qabağında dayanmış, həmin şəxsdən heç yerə getməməyi tələb etmiş, eyni zamanda Elmara zəng vurub harada olduğunu soruşmuş, Elmar Astara rayonundan qayıtdığını yolda olduğunu bildirib nə üçün zəng vurduğu ilə maraqlananda isə demişdir ki, həyətinə girmiş oğrunun tutub saxlamış və tez gəlməsini istəyir. Elmar tez gələcəyini deyib oğrunu buraxmamağı xahiş etmişdir. O, saxladığı 30 yaşlı cavan oğlandan soruşmuşdur ki, özü kimdir, nəçidir, haradandır. Oğlan buraxılmasını xahiş etməkdə davam edərək demişdir ki, -«bir qələt etmişəm, buraxın gedim, bir də məni burada görməyəcəksiniz». O, təkidlə oğlandan kimliyini soruşmuşdur ki, şəxsiyyəti barəsində bir məlumatı olsun. Oğurluq edən oğlan ona adının Cavad olduğunu, özü şəhərin Raypo məhəlləsində yaşadığını, bazarda toyuq satan Allahyarın oğlu olduğunu, qardaşının isə «Madeyra» şirkətində usta işlədiyini deyib tanışlıq vermişdir. Oğlanın dediklərindən onun kimliyi barədə bunları bilmiş, amma xahişinə razılaşmayıb demişdir ki, ev sahibi gələnədək gözləməlidir, qoy özü gəlib görsün və danışsınlar. Bundan sonra həmin oğlanla danışa-danışa küçəyə çıxaraq xəstəxana tərəfdən gələn küçə istiqamətində getmiş və oğlandan yanında dayanıb gözləməyi tələb etmişdir. Həmin vaxt polis şöbəsində əməliyyat müvəkkili işləyən tanışı Şahid2 zəng vurmuş, Rəşad gözləməyi tapşırmış və polislərin tezliklə gələcəklərini bildirmişdir. Bu qaydada təxminən 20-30 dəqiqə oğurluq edən oğlan yanında olmuş, bir müddət sonra polis şöbəsinin Niva-Şevrolet maşını küçə ilə yaxınlaşanda həmin oğlan maşının seriyasından polis maşını olduğunu bilmiş və polis əməkdaşları maşından düşməmiş qaçıb aradan çıxmışdır. Polis əməkdaşlarına oğlanın qaçdığı istiqamətdə yolun haraya çıxdığını izah etmiş və onlardan ayrılmışdır. Bir müddət sonra Elmar gəlib çıxmış, sonuncuya baş verənləri danışmış, özü də evdən həyətə çıxarılmış, içində materiallar olan kisəni görmüşdür. Bundan sonra Elmar Lənkəran şəhər-rayon polis şöbəsinə məlumat vermiş, polis əməkdaşları gəlib həyətinə baxış keçirmişlər. Evindən oğurlanmış materiallar barədə polisə Elmar özü məlumat vermiş, özü qonşusunun evindən nələrin oğurlandığını deyə bilmir. Həmin gün rast gəldiyi və qabağını kəsdiyi oğurluq edən oğlanı tanımır, onu bilir ki, həmin gün oğlan oradan heç nə apara bilməmiş, oğurlamaq istədikləri həyətdə qalmış, özü isə əliboş qaçıb aradan çıxmışdır. Bir neçə gün sonra Elmardan eşitmişdir ki, həmin şəxsin Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs adlı şəxs olduğunu müəyyən edib polisə aparmışlar. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran şəhərrayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 11 aprel 2021-ci il tarixdə saat 17:30 radələrində Lənkəran şəhərinin 21-ci məhəlləsində yaşayan tanışı Şahid1 onun mobil telefonuna zəng vuraraq bildirmişdir ki, yaşadığı küçədə qonşuluqda yerləşən, tanışı Elmara məxsus, yaşayış olmayan yeni tikilmiş evin həyətində oğurluq edən bir nəfəri tutub saxlayır və kömək istəmişdir. Özü həmin vaxt Ruslanın dediyi yerdən çox uzaqda olduğuna görə Lənkəran şəhər-rayon polis şöbəsinin növbətçi hissəsi ilə əlaqə saxlamış və baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 aldığı məlumatı verib hadisə yerinə getməsini xahiş etmiş, bir az sonra yenidən Ruslanla əlaqə saxlayanda məlum olmuşdur ki, polis avtomobili həmin yerə gələndə oğurluğa görə saxladığı şəxs avtomobili uzaqdan tanımış və fürsətdən istifadə edib qaçıb aradan çıxmışdır. Həmin gün Şahid1lə şəxsən görüşmüş, sonuncu bildirmişdir ki, evdə olduğu zaman saat 17 radələrində qızı qonşunun həyətində tanımadığı kiminsə olduğunu deyəndə maraqlanıb küçəyə çıxaraq, tanışı Zərərçəkmiş şəxs qonşuluqda yeni tikdiyi, amma hələ yaşayış olmayan evinin həyətinə yaxınlaşmış, həyətin müvəqqəti giriş darvazası kimi dəmir lövhələrdən qurulmuş qapısının aralanmış olduğunu görmüş, oradan həyətə girəndə tanımadığı bir şəxsin əlində içi müxtəlif plastmas boru başlıqları kimi materiallarla dolu olan kisə ilə evdə çıxdığını görmüş, həmin şəxsin qabağını kəsib kim olduğunu, həyətə nə üçün girdiyini, əlindəki əşyaları nə üçün və hara apardığını soruşmuş, oğurluq edən şəxs özünü itirib əlindəki kisəni yerə atmış və çıxıb getmək istəyəndə, qarşısını Ruslan almış və əvvəl ev sahibi Elmara, sonra isə ona zəng vurmuşdur. Bir müddət sonra polis şöbəsinin “Niva- şevrolet” markalı xidməti avtomobilinin yaxınlaşdığını görən oğru avtomobilin polis maşını olduğunu “AP” seriyasından tanımış və qaçıb aradan çıxmışdır. Ruslanın deməsinə görə 30-32 yaşlarında olan oğlan özünü ona təqdim edəndə Lənkəran şəhərində əvvəllər “Raypo” adlandırılmış məhəlləsində yaşadığını, atasının adının Allahyar oduğunu və bazarda toyuq satmaqla məşğul olduğunu, qardaşının isə “Madeyra” mebel mağazasında işlədiyini demişdir. Həmin gün ev sahibi Zərərçəkmiş şəxs polisə ərizə verərək evindən oğurluq etmiş şəxsin müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmiş, təhqiqatçı Mahir Şahbazbəyli isə hadisə yerinə çıxıb baxış keçirmişdir. Oğurlaq faktı ilə bağlı araşdırmaya başlanandan sonra oğurluq etmiş şəxsin müəyyən edilib tutulması üçün tədbirlər həyata keçirməyə başlamışlar. Görülən tədbirlər nəticəsində məlum olmuşdur ki, şəhərin “Raypo” adlanan məhəlləsində Allahyarın oğlu kimi özünü təqdim etmiş şəxs, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətə görə məhkum olunmuş, məhkumluğundan sonra da narkomanlığı davam etdirən 23 avqust 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Gördükləri tədbirlər nəticəsində baş əməliyyat müvəkkili, polis mayoru Şahid3la 13 aprel 2021-ci il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhərinin H.Z.Tağıyev küçəsində aşkar edib saxlamış və barəsində yaranmış şübhələrlə bağlı Lənkəran şəhər-rayon polis şöbəsinə getməsinin zəruri olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs etməmiş və onlarla polis şöbəsinə gəlmişdir. Şifahi suallara cavab verərək, Təqsirləndirilən şəxs bildirmişdir ki, 11 aprel 2021ci il tarixdə saat 16-17 radələrində gəzişərək Lənkəran şəhərinin 21-ci məhəlləsindən keçdiyi zaman yeni tikilmiş evin həyətinə girmiş və orada heç kimin olmadığına görə evdə gördüyü kisələrə doldurulmuş müxtəlif plastik boru hissələrini oğurlamaq qərarına gəlmişdir ki, satıb pul əldə etsin, pəncərədən girib evin ikincə mərtəbəsinə qalxandan sonra orada iki kisə dolusu belə material görmüş, kisələri bir-bir çıxardıb oğurlaqam fikrinə düşmüş, kisənin birini götürüb aşağı düşərək həyətə çıxandan sonra küçəyə tərəf getmək istəyəndə həyətə daxil olan qonşu ona saxlayıb orada nə etidyini, kisəni hara apardığını və özünün kim olduğunu soruşmuş, o da özünü “Raypo” məhəlləsində yaşayan Allahyarın oğlu Cavad kimi təqdim etmiş, qabağına çıxmış şəxsdən buraxılmasını istəmiş, lakin həmin şəxs Elmar adlı ev sahibinə zəng vurmuş, bir qədər sonra yaxınlaşan “Niva” markalı avtomobilin “AP” seriyasını görüb polis maşını olduğunu bilərək imkan tapıb qaçaraq aradan çıxmışdır. Təqsirləndirilən şəxs polisə gətirilməsi barədə müvafiq qaydada raportla məruzə edərək istintaqa təqdim etmişlər. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş şahid X2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran şəhərrayon polis şöbəsinin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 11 aprel 2021-ci il tarixdə xidməti vəzifəsinin icrası ilə əlaqədar Lənkəran şəhəri ərazisində olduğu zaman saat 17-18 arası radələrdə əmliyyat müvəkkili, polis kapitanı Şahid2 zəng vurub bildirmişdir ki, tanışı Şahid1 telefonla danışıb yaşadığı Lənkəran şəhərinin 21-ci məhəlləsində qonşusunun yeni tikilən evindən oğurluq edən şəxsi saxladığını bildirmiş və kömək istəmişdir. Şahid2 özü çox uzaqda olduğuna görə Ruslanın olduğu yeri ona izah edib oraya çıxmağı xahiş etmişdir. O, idarə etdiyi Niva-Şevrolet markalı 10AP338 dövlət qeydiyyat nişanlı xidməti avtomobili ilə həmin küçəyə, yəni rayon mərkəzi xəstəxanasının arxasındakı ərazidə yerləşən yaşayış massivində, körpüdən sonra sol tərəfə ayrılan birinci küçəyə girib yol ilə gedən zaman yoldan sağ tərəfdəki, həyətin küçəyə olan tərəfində dəmir lövhədən müvəqqəti darvazası olan evin bərabərində Şahid1 onu qarşılamış və bildirdi ki, tanımadığı şəxs tanışı Elmarın evindən oğurluq etmək istəyəndə oğrunu həyətdə saxlamış və oğurlamaq istədiyi əşyaları kisədə aparmasına mane olmuş, şəxsi bir müddət saxlamış, maşınını uzaqdan görəndə isə həmin şəxs qaçmışdır. Özü oğrunu orada görməmiş, çünki maşından düşəndə artıq həmin şəxs aradan çıxmışdır. Ruslanın deməsinə görə 30 yaşlarında olan oğurluq edən oğlandan kimliyini soruşmuş, həmin oğlan Lənkəran şəhərində əvvəllər “Raypo” adlandırılmış məhəlləsində yaşayan və bazarda toyuq satan Allahyarın oğlu oduğunu, qardaşının “Madeyra” mebel mağazasında işlədiyini demişdir. Bundan sonra həmin gün ev sahibi Zərərçəkmiş şəxs polisə ərizə verərək evindən oğurluq etmiş şəxsin müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmiş, təhqiqatçı Mahir Şahbazbəyli isə hadisə yerinə çıxıb baxış keçirmişdir. Oğurluq faktı ilə bağlı araşdırmaya başlanandan sonra oğurluq etmiş şəxsin müəyyən edilib tutulması üçün tədbir görüb, həmin şəxsin şəhərin “Raypo” adlanan məhəlləsində Allahyarın oğlu kimi özünü təqdim etmiş şəxsin əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətə görə məhkum olunmuş, məhkumluğundan sonra da narkomanlığı davam etdirən 23 avqust 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs olduğunu müəyyən etdik. 13 aprel 2021-ci il tarixdə saat 15 radələrində Şahid2 ilə birlikdə Lənkəran şəhərinin H.Z.Tağıyev küçəsində Təqsirləndirilən şəxs aşkar edib saxlayaraq, barəsində yaranmış şübhələrlə bağlı Lənkəran şəhər-rayon polis şöbəsinə gətirdik. Saxlanılan zaman Təqsirləndirilən şəxs polisə getmək barədə tələbimizə etiraz etmədi, yolda şifahi suallarımıza cavab verərək dedi ki, 11 aprel 2021-ci il tarixdə saat 16-17 radələrində Lənkəran şəhərinin 21-ci məhəlləsindən keçdiyi zaman yeni tikilmiş evin həyətinə girmiş və orada heç kimin olmadığını görə evdə gördüyü kisələrə doldurulmuş müxtəlif plastik boru hissələrini oğurlamaq qərarına gəlmişdir ki, satıb pul əldə etsin, evin ikinci mərtəbəsində iki kisədə olan materialı oğurlamaq üçün kisənin birini götürüb aşağı düşərək həyətə çıxandan sonra həyətə daxil olan ev sahibinin qonşusu onu görüb soruşmuşdur ki, kimdir, orada nə edir, kisəni haraya aparır. Qabağını kəsən şəxsə özünü “Raypo” məhəlləsində yaşayan Allahyarın oğlu Cavad kimi təqdim etmiş, qabağına çıxmış şəxsdən buraxılmasını xahiş etmiş, lakin həmin şəxs Elmar adlı ev sahibinə zəng vurmuş, bir qədər sonra yaxınlaşan Niva markalı avtmobilin “AP” seriyasını görüb polis maşını olduğunu bilərək imkan tapıb qaçaraq aradan çıxmışdır. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 13 aprel 2021-ci il tarixdə saat 15:20-də şübhəli şəxs qismində tutulmuşdur. Qətimkan tədbirinin seçilməsi haqqında 15 aprel 2021-ci il qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o həmin gün saat 15:00-da tutulmadan azad olunmuşdur. İfadələrinin yerində yoxlanılması haqqında 22 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi halları bir daha əyani şəkildə təsdiq etmişdir. Mütəxəssis-əmtəəşünas tərəfindən verilmiş 14 aprel 2021-ci il tarixli rəydən görünür ki, inşaatda istifadə edilən alüminium metaldan istifadə olunan profillin 1 metrinin qiyməti 3 manat, 4 ədəd 2 metrlik profilin ümumi qiyməti 24 manat; diametri 32 mm, Türkiyə istehsalı olan ağ rəngli plastmas müftanın bir ədədinin qiyməti 35 qəpik, 30 (otuz) ədədinin qiyməti 10 manat 50 qəpik; diametri 25 mm. Türkiyə istehsalı olan ağ rəngli plastmas müftanın bir ədədinin qiyməti 25 qəpik, 54 (əlli dörd) ədədini qiyməti 13 manat 50 qəpik; diametri 32 mm, Türkiyə istehsalı olan yivli metal içlikli ağ rəngli plastmas müftanın bir ədədinin qiyməti 1 manat 40 qəpik, 9 (doqquz) ədədinin qiyməti 12 manat 60 qəpik; diametri 32 mm, Türkiyə istehsalı olan 90 dərəcəli ağ rəngli plastmas əymənin bir ədədinin qiyməti 35 qəpik, 32 (otuz iki) ədədinin qiyməti 11 manat 20 qəpik; diametri 32 mm, Türkiyə istehsalı olan 45 dərəcəli ağ rəngli plastmas əymənin bir ədədinin qiyməti 35 qəpik, 15 (on beş) ədədinin qiyməti 5 manat 25 qəpik; diametri 25 mm, Türkiyə istehsalı olan 45 dərəcəli ağ rəngli plastmas əymənin bir ədədinin qiyməti 35 qəpik, 18 (on səkkiz) ədədinin qiyməti 6 manat 30 qəpik; diametri 25 mm, Türkiyə istehsalı olan 45 dərəcəli yivli metal içlikli ağ rəngli plastmas əymənin bir ədədinin qiyməti 1 manat 30 qəpik, 15 (on beş) ədədinin qiyməti 19 manat 50 qəpik; diametri 25 mm, Türkiyə istehsalı olan üçlük (üç dəlikli) ağ rəngli plastmas boru birləşdircinin bir ədədinin qiyməti 35 qəpik, 14 (on dörd) ədədinin qyiməti 4 manat 90 qəpik; diametri 32 mm, Türkiyə istehsalı olan yivli metal içlikli üçlük (üç dəlikli) ağ rəngli plastmas boru birləşdircinin bir ədədinin qiyməti 1 manat 50 qəpik, 11 (on bir) ədədinin qiyməti 16 manat 50 qəpik; diametri 32 mm, Türkiyə istehsalı olan üçlük (üç dəlikli) ağ rəngli plastmas boru birləşdircinin bir ədədinin qiyməti 55 qəpik, 43 (qırx üç) ədədinin qiyməti 23 manat 65 qəpik; diametri 25 mm olan xaçşəkilli (dörd dəlikli) ağ rəngli plastmas boru birləşdircinin bir ədədinin qiyməti 70 qəpik, 3 (üç) ədədini qiyməti 2 manat 10 qəpik; yivli və metal içlikli ağ rəngli plastmasdan su kranı aksessuarının bir ədədinin qiyməti 2 manat 50 qəpik, 5 (beş) ədədinin qiyməti 12 manat 50 qəpik; diametri 20 mm müxtəlif formalı orta və böyük ölçülü boru qapadıcı başlığının bir ədədinin qiyməti 35 qəpik, 12 (on iki) ədədinin qiyməti 4 manat 20 qəpik; plastmasdan müxtəlif formalı kiçik ölçülü boru qapadıcı başlığının 6 ədədinin hər biri 1 manat, 2 ədədinin hər biri 80 qəpik, 3 ədədinin hər biri 40 qəpik olmaqla, 12 (on iki) ədədinin ümumi qiyməti 8 manat 80 qəpik; diametri 50 mm olan, boz rəngli plastmasdan kanalizasiya borusu əyməsinin bir ədədinin qiyməti 60 qəpik, 32 (otuz iki) ədədinin qiyməti 19 manat 20 qəpik; diametri 76 mm olan, boz rəngli plastmasdan kanalizasiya borusu əyməsinin bir ədədinin qyiməti 1 manat, 3 (üç) ədədinin qiyməti 3 manat; diametri 100 mm olan, boz rəngli plastmasdan kanalizasiya borusu əyməsinin bir ədədinin qiyməti 1 manat 60 qəpik, 6 (altı) ədədinin qiyməti 9 manat 60 qəpik; diametri 50 mm olan, boz rəngli plastmasdan üçlük (üç dəlikli) kanalizasiya borusu birləşdiricinin bir ədədinin qiyməti 1 manat, 2 (iki) ədədinin qiyməti 2 manat; diametri 100 mm olan, boz rəngli plastmasdan üçlük (üç dəlikli) kanalizasiya borusu birləşdiricinin bir ədədinin qiyməti 2 manat 80 qəpik, 6 (altı) ədədinin qiyməti 16 manat 80 qəpik; diametri 76/50 mm olan, boz rəngli plastmasdan kanalizasiya borusu üçün keçid hissənin bir ədədinin qiyməti 1 manat, 5 (beş) ədədinin qiyməti 5 manat; diametri 100/50 mm olan, boz rəngli plastmasdan kanalizasiya borusu üçün keçid hissəsinin bir ədədinin qiyməti 1 manat 60 qəpik, 10 (on) ədədinin qiyməti 16 manat və borular üçün bərkidici rezin halqaların bir ədədinin qiyməti 15 qəpik, 21 (iyirmi bir) ədədinin qiyməti 3 manat 15 qəpikdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamə, hökm və qərarın surətindən görünür ki, Ağayev X1 Rayon məhkəməsinin 31 may 2019-cu il tarixli 1(049)-114/2019 №-li hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1(bir) il müddəti azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 11 fevral 2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Daha sonra həmin məhkəmənin 23 avqust 2021-ci il tarixli, 1(049)-112/2021 №-li hökmünə əsasən CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq cəzaçəkmə müddətinin başlanğıcı 21 may 2021-ci il tarixdən hesablanmaqla 2 il 7 ay 28 gün müddət azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli 7(007)-404/2022 №-li qərarı ilə barəsində Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndi tətbiq edilərək 23 avqust 2021-ci il tarixli hökmlə təyin edilmiş cəzanın müddəti 6 ay azaldılmış və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 15 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. Zərərçəkmiş şəxs təqdim etdiyi ərizədən görünrür ki, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Barışmışlar. Ona görə də Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Maddi sübut kimi tanınma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasına cəhd edilmiş-əmlaklar inşaatda istifadə edilən alüminium metaldan istifadə olunan 4 ədəd 2 metrlik profil; diametri 32 mm, Türkiyə istehsalı olan 30 ədəd ağ rəngli plastmas müfta, diametri 25 mm. Türkiyə istehsalı olan 54 ədəd ağ rəngli plastmas müfta, diametri 32 mm, Türkiyə istehsalı olan yivli metal içlikli 9 ədəd ağ rəngli plastmas mufta, diametri 32 mm, Türkiyə istehsalı olan 90 dərəcəli 32 ədəd ağ rəngli plastmas əymə, diametri 32 mm, Türkiyə istehsalı olan 45 dərəcəli 15 ədəd ağ rəngli plastmas əymə, diametri 25 mm, Türkiyə istehsalı olan 45 dərəcəli 18 ədəd ağ rəngli plastmas əymə, diametri 25 mm, Türkiyə istehsalı olan 45 dərəcəli 15 ədəd yivli metal içlikli ağ rəngli plastmas əymə, diametri 25 mm, Türkiyə istehsalı olan üçlük (üç dəlikli) 14 ədəd ağ rəngli plastmas boru birləşdirci, diametri 32 mm, Türkiyə istehsalı olan yivli metal içlikli üçlük (üç dəlikli) 11 ədəd ağ rəngli plastmas boru birləşdirci, diametri 32 mm, Türkiyə istehsalı olan üçlük (üç dəlikli) 43 ədəd ağ rəngli plastmas boru birləşdirci, diametri 25 mm olan xaçşəkilli (dörd dəlikli) 3 ədəd ağ rəngli plastmas boru birləşdirci, yivli və metal içlikli ağ rəngli plastmasdan 5 ədəd su kranı aksessuarı, diametri 20 mm müxtəlif formalı orta və böyük ölçülü 12 ədəd boru qapadıcı başlığı, plastmasdan müxtəlif formalı kiçik ölçülü 6 ədəd boru qapadıcı başlığı, diametri 50 mm olan, boz rəngli plastmasdan 32 ədəd kanalizasiya borusu əyməsi, boz rəngli plastmasdan 3 ədəd kanalizasiya borusu əyməsi, diametri 100 mm olan, boz rəngli plastmasdan 6 ədəd kanalizasiya borusu əyməsi, diametri 50 mm olan, boz rəngli plastmasdan üçlük (üç dəlikli) 2 ədəd kanalizasiya borusu birləşdirici, diametri 100 mm olan, boz rəngli plastmasdan üçlük (üç dəlikli) 6 ədəd kanalizasiya borusu birləşdirici, diametri 76/50 mm olan, boz rəngli plastmasdan kanalizasiya borusu üçün 5 ədəd keçid hissəsi, diametri 100/50 mm olan, boz rəngli plastmasdan kanalizasiya borusu üçün 10 ədəd keçid hissəsi və borular üçün bərkidici rezin halqalar maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. Lənkəran Mənzil Təsərrüfatı İdarəsi tərəfindən verilmiş xasiyyətnamə və arayışından görünür ki, Təqsirləndirilən şəxs valdeynləri və qardaş-bacısı ilə birlikdə ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır, yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Sübutların qiymətləndirilməsi haqqında 24 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilmiş, azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunduğundan başqa qətimkan tədbirinin seçilməsinə lüzum olmadığı nəzərə alınmışdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 29,177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün ifadəsi ilə yanaşı bunu tamamlayan zərərçəkmiş şəxsin məhkəmə istintaqında verdiyi, habelə şahidlər məhkəmə iclasıda elan edilməklə tədqiq olunmuş ibtidai istintaq zamanı verdiyi ifadələri, mütəxəssis rəyi, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, CM-nin 177..2.3-cü maddəsinin dispozisiyasına görə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə cinayət əməli hesab olunur. CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını CM-nin 59.1.12-ci maddəsinə əsasən, məhkəmə istintaqında əməlini etiraf edərək səmimi peşiman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını isə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxsun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. CM-nin 177.2.3-cü maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 63.3-cü maddəsin əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini (yaşayış sahəsinə qanunsuz daxil olmaqla) Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, CM-nin 63.3 və 65.2-cü maddələrinin tələbi baxımından ona CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin yarısından aşağı olmayan və dörddə üçündən yuxarı olmayan cəzanın təyin edilməsi məqsədəuyğundur. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin ediləcək cəza Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin 23 avqust 2021ci il tarixli, 1(049)-112/2021 №-li hökmünə əsasən təyin edilmiş və Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli 7(007)-404/2022 №-li qərarı ilə barəsində amnistiya aktı tətbiq edilərək azaldılmış 2 il 1 ay 28 gün müddət azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmalı, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət, habelə 21 may 2021-ci il tarixdən 02 mart 2023-cü il tarixədə, yəni hazırki hökm qəbul edilənədək cəza çəkdiyi və həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 02 mart 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə qətimkan tədbirinin seçilib-seçilməməsi məsələsinə qiymət verərək, qeyd edir ki, təqsirləndirilən şəxs hal-hazırda azadlıqdan məhrum etmə yerində cəza çəkdiyindən onun barəsində hər hansı qətimka tədbirinin seçilməsinə zərurət yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə maddi sübut - inşaatda istifadə edilən alüminium metaldan istifadə olunan 4 ədəd 2 metrlik profil; diametri 32 mm, Türkiyə istehsalı olan 30 ədəd ağ rəngli plastmas müfta, diametri 25 mm. Türkiyə istehsalı olan 54 ədəd ağ rəngli plastmas müfta, diametri 32 mm, Türkiyə istehsalı olan yivli metal içlikli 9 ədəd ağ rəngli plastmas mufta, diametri 32 mm, Türkiyə istehsalı olan 90 dərəcəli 32 ədəd ağ rəngli plastmas əymə, diametri 32 mm, Türkiyə istehsalı olan 45 dərəcəli 15 ədəd ağ rəngli plastmas əymə, diametri 25 mm, Türkiyə istehsalı olan 45 dərəcəli 18 ədəd ağ rəngli plastmas əymə, diametri 25 mm, Türkiyə istehsalı olan 45 dərəcəli 15 ədəd yivli metal içlikli ağ rəngli plastmas əymə, diametri 25 mm, Türkiyə istehsalı olan üçlük (üç dəlikli) 14 ədəd ağ rəngli plastmas boru birləşdirci, diametri 32 mm, Türkiyə istehsalı olan yivli metal içlikli üçlük (üç dəlikli) 11 ədəd ağ rəngli plastmas boru birləşdirci, diametri 32 mm, Türkiyə istehsalı olan üçlük (üç dəlikli) 43 ədəd ağ rəngli plastmas boru birləşdirci, diametri 25 mm olan xaçşəkilli (dörd dəlikli) 3 ədəd ağ rəngli plastmas boru birləşdirci, yivli və metal içlikli ağ rəngli plastmasdan 5 ədəd su kranı aksessuarı, diametri 20 mm müxtəlif formalı orta və böyük ölçülü 12 ədəd boru qapadıcı başlığı, plastmasdan müxtəlif formalı kiçik ölçülü 6 ədəd boru qapadıcı başlığı, diametri 50 mm olan, boz rəngli plastmasdan 32 ədəd kanalizasiya borusu əyməsi, boz rəngli plastmasdan 3 ədəd kanalizasiya borusu əyməsi, diametri 100 mm olan, boz rəngli plastmasdan 6 ədəd kanalizasiya borusu əyməsi, diametri 50 mm olan, boz rəngli plastmasdan üçlük (üç dəlikli) 2 ədəd kanalizasiya borusu birləşdirici, diametri 100 mm olan, boz rəngli plastmasdan üçlük (üç dəlikli) 6 ədəd kanalizasiya borusu birləşdirici, diametri 76/50 mm olan, boz rəngli plastmasdan kanalizasiya borusu üçün 5 ədəd keçid hissəsi, diametri 100/50 mm olan, boz rəngli plastmasdan kanalizasiya borusu üçün 10 ədəd keçid hissəsi və borular üçün bərkidici rezin halqaların Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 2(iki) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 2(iki) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Lənkəran Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 1(049)-112/2021 №-li hökmünə əsasən təyin edilmiş və Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli 7(007)-404/2022 №-li qərarı ilə barəsində amnistiya Qərarının 4-cü bəndi tətbiq edilərək azaldılmış 2(iki) il 1(bir) ay 28(iyirmi səkkiz) gün müddət azadlıqdan məhrum etmə cəzası ilə qismən toplansın və Təqsirləndirilən şəxs 2(iki) il 7(yeddi) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2(iki) gün müddət, habelə 21 may 2021-ci il tarixdən 02 mart 2023-cü il tarixədək cəza çəkdiyi və həbsdə saxlanıldığı 1(bir) il 9(doqquz) ay 9(doqquz) gün müddət təyin edilmiş 2(iki) il 7(yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 9(doqquz) ay 19(on doqquz) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı 02 mart 2023-cü il tarixdən hesablanmaqla cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut - inşaatda istifadə edilən alüminium metaldan istifadə olunan 4 ədəd 2 metrlik profil; diametri 32 mm, Türkiyə istehsalı olan 30 ədəd ağ rəngli plastmas müfta, diametri 25 mm. Türkiyə istehsalı olan 54 ədəd ağ rəngli plastmas müfta, diametri 32 mm, Türkiyə istehsalı olan yivli metal içlikli 9 ədəd ağ rəngli plastmas mufta, diametri 32 mm, Türkiyə istehsalı olan 90 dərəcəli 32 ədəd ağ rəngli plastmas əymə, diametri 32 mm, Türkiyə istehsalı olan 45 dərəcəli 15 ədəd ağ rəngli plastmas əymə, diametri 25 mm, Türkiyə istehsalı olan 45 dərəcəli 18 ədəd ağ rəngli plastmas əymə, diametri 25 mm, Türkiyə istehsalı olan 45 dərəcəli 15 ədəd yivli metal içlikli ağ rəngli plastmas əymə, diametri 25 mm, Türkiyə istehsalı olan üçlük (üç dəlikli) 14 ədəd ağ rəngli plastmas boru birləşdirci, diametri 32 mm, Türkiyə istehsalı olan yivli metal içlikli üçlük (üç dəlikli) 11 ədəd ağ rəngli plastmas boru birləşdirci, diametri 32 mm, Türkiyə istehsalı olan üçlük (üç dəlikli) 43 ədəd ağ rəngli plastmas boru birləşdirci, diametri 25 mm olan xaçşəkilli (dörd dəlikli) 3 ədəd ağ rəngli plastmas boru birləşdirci, yivli və metal içlikli ağ rəngli plastmasdan 5 ədəd su kranı aksessuarı, diametri 20 mm müxtəlif formalı orta və böyük ölçülü 12 ədəd boru qapadıcı başlığı, plastmasdan müxtəlif formalı kiçik ölçülü 6 ədəd boru qapadıcı başlığı, diametri 50 mm olan, boz rəngli plastmasdan 32 ədəd kanalizasiya borusu əyməsi, boz rəngli plastmasdan 3 ədəd kanalizasiya borusu əyməsi, diametri 100 mm olan, boz rəngli plastmasdan 6 ədəd kanalizasiya borusu əyməsi, diametri 50 mm olan, boz rəngli plastmasdan üçlük (üç dəlikli) 2 ədəd kanalizasiya borusu birləşdirici, diametri 100 mm olan, boz rəngli plastmasdan üçlük (üç dəlikli) 6 ədəd kanalizasiya borusu birləşdirici, diametri 76/50 mm olan, boz rəngli plastmasdan kanalizasiya borusu üçün 5 ədəd keçid hissəsi, diametri 100/50 mm olan, boz rəngli plastmasdan kanalizasiya borusu üçün 10 ədəd keçid hissəsi və borular üçün bərkidici rezin halqaların Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №1(049)-1/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-1/2023
02.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver