Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-10/2024 06.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 16.30 Lənkəran Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə xx xxxxxx 1994-cü ildə Lənkəran rayonu Separadi kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, 18 yanvar 2016-cı ildə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 16 mart 2017-ci il tarixli 2744 saylı “ƏFV” sərəncamına əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilmiş, bundan sonra Lənkəran Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilməklə 02 il sınaq müddəti müəyyən edilərək şərti hesab edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Lənkəran rayonu, Separadi kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham elan edilmişdir ona görə ki, o, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində və ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə zor tətbiq olunması və silah qismində istifadə olunan əşyadan istifadə edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər törətmişdir. Belə ki, o, 11 iyul 2022-ci il tarixdə saat 21:30 radələrində Lənkəran rayonu, Separadi kəndində yerləşən Zərərçəkmiş şəxs1 işlətdiyi «Qartal» adlanan kefedə spirtli içki olan pivə qəbul edərkən, sonuncu onun kafedə əyləşdiyi masaya yaxınlaşıb bir daha kafeyə gəlməməsini bildirərək onu kafenin həyətindən çıxartmış, təxminən yarım saat sonra, yəni saat 22 radələrində Zərərçəkmiş şəxs1 onunla kobud davranmasını özünə hörmətsizlik kimi qəbul edib yenidən kafenin qarşısına gələrək, orada bir neçə kənd sakinlərinin və kafedə əyləşmiş şəxslərin əhatəsində bu bəhanə ilə, yəni cüzi səbəb üzündən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, həmin vaxt kafenin həyətində, çayxanada olan və sonradan səs-küyə küçəyə toplaşmış şəxslərə məhəl qoymadan, özünü onların fövqündə qoyub, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış və birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik və etinasızlıq göstərməklə Zərərçəkmiş şəxs1 налайиг ifadələrlə тящгир еdib, üzərində gəzdirdiyi istntaqla müəyyən edilməmiş silah qismində istifadə etdiyi iti kənarlı və uclu xassəyə malik bıçağı cibindən çıxarıb sonuncunun üstünə hücum edib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs1 üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər törətmiş, bu vaxt münaqişəni görüb yaxınlaşmış həmkəndlisi Zərərçəkmiş şəxs2 ondan qanunsuz hərəkətlərinə son qoymasını tələb etdikdə, inadkarlıqla qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək, hadisə yerinə toplaşmış şəxslərin əhatəsində heç bir əsaslı səbəb olmadan sonuncunun üzərinə hücum edib əlindəki həmin bıçağı silah qismində istifadə edərək Zərərçəkmiş şəxs2 sol bazu nahiyəsinə qəsdən bir dəfə vurub itələyib yerə yıxaraq müqavimət göstərməklə ona dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid sol bazu nahiyəsində kəsilmiş yara kimi xəsarətlər yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, qəsdən sağlamlığına yüngül zərər vurmaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan bıçaq istifadə etməklə ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs2 zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, həmkəndlisi Zərərçəkmiş şəxs1 tanıyır, münasibətləri əvvəllər normal olmuşdur. Son zamanlar Zərərçəkmiş şəxs1 hərəkətlərindən onunla danışmaq istəmədiyini görmüşdür. Səbəbini bilməmişdir. Hərdən kənddə yerləşən «Qartal» adlanan kafeyə gedib orada pivə və yaxud çay içir. Zərərçəkmiş şəxs1 də çox vaxtlar orada olur. 11 iyul 2022-ci il tarixdə saat 21 radələrində kənddə yerləşən həmin «Qartal» adlanan kafeyə getmişdir. Həmin vaxt orada həmkəndlisi Ülfəti görmüş, bir masada oturmuşlar və pivə içmişdir. Həmin vaxt kafenin çayxana hissəsində işləyən Vüsal da gəlib yanında əyləşmiş və söhbət etmişlər. Bu zaman Taleh adlı həmkəndlisi onları görüb yaxınlaşmış və söhbət etməyə başlamışlar. Onlar birlikdə pivə içirmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs1 onların stoluna yaxınlaşmış və talış dilində Talehə “sən hara o hara” söylədikdə İlqarın onu nəzərdə tutduğunu başa düşmüş, İlqara bunu ona hansı məqsədlə dediyini soruşmuş, İlqar isə onu nəzərdə tutmadığını bildirmişdir. Həmin vaxt Ülfət çıxıb harasa getmişdir. Talehdə digər masaya keçmişdir. İlqardan hansı məqsədlə onun stolda oturanların yanında belə etdiyini soruşmuşduqda İlqar ona güya o içkili olduğundan onunla söhbət etmək istəmədiyini bildirmişdir. Kafedə işləyən Əvəz adlı şəxsə səslənərək, Rəşadın əyləşdiyi stolun hesabının almasını və onunda çıxıb getməsini demişdir. Hesabını bağlayandan sonra İlqar onun qolundan tutub kafedən çıxartmışdır. İlqara onunla bu barədə söhbət edəcəyini bildirmiş, çünki, İlqarın belə deməsi onu əsəbləşdirmişdir. Kafedən çıxıb İlqara zəng etmişdir. İlqar kafenin qarşısına çıxmış və ona sabah danışacağını dedikdən sonra o, çıxıb getmişdir. Kafedən bir qədər aralıda küçədə dayanmış, Talehə nə qədər zəng etsə də sonuncu telefonuna cavab verməmişdir. Talehə zəng edib onunla söhbət etməkdə məqsədi İlqarın hansı məqsədlə onun barəsində həmin sözü işlətməsi olmuşdur. Küçədə olduğu zaman Ülfəti görmüş və Ülfətdən avtomobili ilə onu həmin kafenin yanına aparmasını xahiş etmiş və Ülfətlə birlikdə kafenin yanına getmişdir. Taleh telefonuna cavab vermədiyi üçün Vüsala zəng etmiş, Talehin orada olub-olmadığını soruşmuşdur. Vüsal, Talehin burada olduğunu demiş və bu vaxt telefonu ona verməsini bildirmişdir. Vüsal telefonu Talehə vermiş və sonuncuya kafenin yanında olduğunu deyib, gəlib söhbət etməsini demişdir. Talehlə dalaşmaq niyyəti olmamışdır. Taleh onunla telefonda danışa-danışa kafenin kənarına getmişdir. Avtomobildən düşüb Talehə avtomobilə əyləşməsini demiş, lakin Taleh avtomobilə əyləşməmişdir. Talehə niyə İlqarın sözü ilə stoldan durub getdiyini soruşduqda, Taleh ona cavab verməmişdir. Talehə maşına oturmasını, orada adam çox olduğunu və başqa yerdə söhbət etməsini bildirmiş, lakin Taleh getmək istəməmişdir.O, Talehin əlində olan telefonu alıb Vüsala məxsus olduğunu bilib sonuncuya qaytarmışdır. Həmin vaxt Vüsal da, ora gəlmişdir. Taleh onunla gəlmədiyi üçün aralarında mübahisə yaranmışdır. Bu zaman İlqarın kafedən çıxıb üstünə gəldiyini gördükdə cibində olan bıçağı çıxartmış, heç kimi vurmaq fikri olmamış, bıçağı çıxarıb əlində tutaraq İlqarın üstünə gedərkən Vüsal onu saxlamışdır. Əsəbləşdiyi üçün bıçağı İlqar gələn tərəfə tutmuş, Vüsal qarşısına çıxıb onu tutmaq istərkən bıçaq Vüsalın sol qoluna dəymişdir. Əsəbləşdiyi üçün Vüsalı itələmiş, Vüsal yerə də yıxılmış və bıçağı əlindən almışdır. Ülfət onu maşına əyləşdirmiş və oradan onu uzaqlaşdırmışdır. Telefonunun olmadığını görüb Ülfətdən onu həmin yerə aparmasını xahiş etmiş, Ülfət onu kafenin yanına aparmış və o yerdə telefonu axtaranda İlqar bunu görmüşdür. Telefonunu yerdən götürüb getmişdir. Baş vermiş münaqişə təxminən 3-4 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxs2 xəsarət yetirməsi ilə bağlı əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 hər ikisi həmkəndlidir və hər ikisi ilə münasibəti yaxşıdır. Zərərçəkmiş şəxs1 özü yaşadığı kənddə yerləşən «Qartal» adlanan kafedə işləyir. 11 iyul 2022-ci il tarixdə, saat 21 radələrində həmkəndliləri Ülfət, Rəşad və Talehlə birlikdə əyləşmişdir, spirtli içki qəbul etmişlər. Bu zaman çayxananın sahibi İlqar onların stoluna yaxınlaşaraq oturduğu stola baxıb Talehə talış dilində “Sən hara, o hara?” – demişdir. Bu zaman Taleh İlqara, Ülfətə sözü olduğu üçün stolda oturduğunu demiş və stoldan qalxaraq getmişdir. Rəşad İlqarın dediyi sözü öz üzərinə götürərək İlqardan sözün səbəbini soruşmuşdur. İlqar da bu sözü Rəşada demədiyini və Talehə dediyini bildirmişdir. Bu sözdən sonra o stoldan qalxıb həmin kafenin yanında işlədiyi çayxanaya gedib orada oturmuş, Ülfət də stoldan qalxıb getmişdir. İlqar kafedə işləyən Əvəzə səslənərək Rəşadın stolunun hesabını istəmiş və Rəşada stoldan qalxıb getməsini təklif etmişdir. İlqar Rəşadın qoluna girərək çayxananın həyətindən çıxartmış və Rəşad kafedən çıxıb getmişdir. Təxminən yarım saatdan sonra Rəşad ona zəng edib Talehin orada olub-olmadığını soruşmuş, Taleh burda olduğunu və telefonu sonuncuya verməsini demişdir. O, telefonu Talehə vermiş və Taleh telefonla danışa-danışa kafedən çıxmışdır. Taleh çıxandan sonra o da, telefonu almaq üçün Talehin arxasınca getmişdir. Taleh kafenin yanında Ülfətin avtomobilindən düşdüyünü və Talehdən avtomobilə əyləşməsini dediyini görmüş, lakin Taleh avtomobilə əyləşməmişdir. Rəşad içkili vəziyyətdə olduğunu görüb mübahisə etməmələri üçün onlara yaxınlaşmışdır. Rəşad Talehə niyə İlqarın sözü ilə stoldan durub getdiyini soruşduqda Taleh Rəşada heçnə deməmiş və onu sakitləşdirməyə çalışmışdır. Rəşad Talehə gedib söhbət etməklərini dedikdə Taleh getmək istəməmişdir. Rəşad Talehin əlindən telefonu alıb ona məxsus olduğunu bilib telefonu ona qaytarmışdır. Rəşad içkili olduğu üçün mübahisə etməyə başlamış, İlqarın adını çəkmiş və İlqar səsi eşidib ora gəlmişdir. Rəşad İlqarın gəldiyini görüb cibindən bir bıçaq çıxarıb İlqara tərəf getmək istərkən, o, Rəşadı saxlamış, həmin vaxt Rəşad bıçaqla onun sol qoluna vuraraq onu itələmiş, o yerə yıxılmışdır. Rəşadı sakitləşdirmişlər və Rəşad Ülfətin maşınına əyləşib çıxıb getmişdir. O da çayxananın həyətinə girmişdir. Təxminən 5-10 dəqiqə keçməmiş Rəşad yenidən çayxanın qarşısına gəlib və telefonunu orada düşdüyünü deyib telefonunu axtarmağa başlamışdır. Rəşad yolun çayxana olan hissəsinə keçib telefonunu axtarmışdır. İlqar Rəşadın yenə gəlib münaqişə yaratmağını zənn edib, Rəşadı oradan qovmuşdur. Baş vermiş hadisə zamanı Rəşad İlqara xəsarət yetirməmişdir. Məhkəmənin suallarına cavab olaraq Zərərçəkmiş şəxs2 göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmişdir. Buna görə hazırda da, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, yay aylarında yaşadığı kənddə qohumlarına məxsus olan «Qartal» adlanan kafeni işlədir. Həmkəndlisi Təqsirləndirilən şəxs tanıyır. 11 iyul 2022-ci il tarixdə saat 21 radələrində kafeyə gəlmişdir. Kafeyə daxil olan zaman kafedə olan stollardan birində Ülfət, Rəşad, Vüsal və Taleh bir stolda oturub pivə içdiklərini görmüşdür. Vüsal özü kafenin çayxana hissəsində işləyir. Onların stoluna yaxınlaşmış və həmin vaxt Ülfəti kimsə çağırmış və sonuncu çıxıb getmişdir. Həmin stolda Rəşad, Vüsal və Taleh qalmışdır. Talehlə hal-əhval edəndən sonra sonuncudan Ülfətlə nə işi olduğunu, Ülfətlə oturmasının səbəbini soruşmuşdur. Taleh Ülfətin onun tanışı olduğunu bildirmişdir. Rəşada xoşu gəlmədiyi üçün Talehə Rəşadın kafedən çıxıb getməsini dedikdə Taleh də, stoldan durmuşdur. Rəşad stolda tək qalmışdır. Rəşad onun Talehdən onunla oturmağının səbəbini bilməyini zənn edərək ondan özünün oturduğu stola söz atmağının səbəbini soruşmuşdur. Rəşada onunla əlaqəsi olmadığını demiş və kafedə olan xidmətçi Əvəzə Rəşadın masasında olan hesabı deməsini və Rəşad çıxıb getməsini fikirləşmişdir. Rəşad hesabı bağladığını bildirmişdir. Rəşad stəkanda olan pivəni içmiş və durmuşdur. Rəşadın sərxoş halda olduğunu görmüş, onun qoluna girib kafedən çıxartmışdır. Rəşad ona heç bir söz demədən çıxıb getmişdir. Rəşad getdikdən təxminən yarım saat sonra kafenin yanında olduğunu görüb ora yaxınlaşmışdır. Rəşad onu görən kimi bıçaq çıxarıb üstünə hücum etmiş, Rəşada yaxınlaşıb niyə belə etdiyini soruşmaq istəmiş, Rəşad isə onu hansı məqsədlə kafedən çıxartdığını deyib bıçağı ona vurmaq istəmişdir. Rəşad bıçağı ona vurmaq istərkən Vüsal onun qarşısına keçib Rəşadı tutmaq istədikdə, Rəşadın əlindəki bıçaq Vüsalın qoluna dəymişdir. Bu zaman bıçağı Rəşadın əlindən alıb atmışlar. Rəşad, Ülfətin idarə etdiyi avtomobilinə əyləşmiş və oradan uzaqlaşmışdır. Vüsalın qolundan azacıq qan gəldiyini görmüşdür. Vüsal gəlib kafenin həyətində oturmuş və nə baş verdiyini soruşduqda demişdir ki, biraz əvvəl Rəşad onun mobil telefonuna zəng edərək, Talehi istəmiş, o telefonu Talehə verdikdən sonra Taleh danışa-danışa küçəyə çıxmış və o da arxasınca getmiş, Rəşad Ülfətin avtomobili ilə ora gələrək, avtomobildən düşüb Talehi harasa aparmaq istəmiş və Taleh getməmişdir. Rəşad bıçaqla Vüsalın sol qoluna vurmuşdur. Təxminən 5-10 dəqiqə keçməmiş Rəşad Ülfətin maşını ilə yenidən çayxanın qarşısına gəlib maşından düşmüş və nəsə axtardığını görmüşdür. Rəşad onu çox əsəbləşdirdiyi üçün sonuncunu qovmuşdur. Rəşad qaçıb Ülfətin maşınına əyləşib oradan uzaqlaşmışdır. Rəşad ona xəsarət yetirməmişdir. Məhkəmənin suallarına cavab olaraq Zərərçəkmiş şəxs1 göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmişdir. Buna görə hazırda da, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, yaşadığı kənddə yerləşən həmkəndlisi Zərərçəkmiş şəxs1 məxsus «Qartal» adlalan kafeyə hərdəm gedib orada çay və yaxud pivə içir. Kafe ancaq yay aylarında işləyir. Təqsirləndirilən şəxs onunla həmkəndlidir. Münasibətləri normaldır. Ümumiyyətlə onun həmkəndliləri ilə münasibəti normaldır. 11 iyul 2022-ci il tarixdə saat 21 radələrində kafedə olmuş, həmin vaxt Rəşad, Ülfət, Taleh və Vüsalın bir stolda oturub pivə içmiş, İlqar gəlib onlara yaxınlaşdığını və Vüsalın stoldan qalxıb getdiyini görmüşdür. Daha sonra Ülfət çıxıb harasa getmişdir. Sonra Talehdə ayrı stola keçib əyləşmişdir. İlqar daha sonra Rəşadın qoluna girib onu kafedən çıxartmışdır. Rəşad kafedən çıxıb getmişdir. Təxminən yarım saat sonra saat 22 radələrində kafedən kənarda Rəşadın əlində bıçaq tutduğunu, Vüsalın da onu qarşıdan qucaqlayaraq saxlamaq istədiyini görmüşdür. Rəşad əlində bıçaqla İlqarı vurmaq istədiyi zənn etmiş və Vüsalın Rəşadı tutduğunu görmüşdür. Rəşad bıçağı əlində tutub İlqara hücum edəndə Vüsal qarşısına keçmiş və Rəşad bıçağı Vüsalı qoluna vurmuş və onu itələmişdir. Vüsal yerə yıxılmışdır. Həmin vaxt onlarda Rəşadı sakitləşdirməyə çalışmışlar və bıçağı Rəşadın əlindən alıb kənara atmışlar. Rəşad Ülfətin maşınına əyləşərək çıxıb getmişdir. Onlar da kefəyə gəlmişlər. Təxminən 5 dəqiqə sonra Rəşad yenidən Ülfətin maşını ilə geri qayıtmış, telefonunun düşdüyünü deyib onu axtarmağa başlamışdır. Bu zaman İlqar, Rəşadın yenə də gəldiyini görüb əsəbləşib Rəşadı qovmuş və Rəşad bunu görüb qaçmışdır. Rəşad Məmmədzadənin kafenin yanında yaratdığı münaqişə təxminən 3-4 dəqiqə davam etmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, o, Lənkəran ŞRPŞ-nin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəfizəsində işləyir. Lənkəran rayonu Separadi və qonşu kəndlər onun xidmət etdiyi əraziyə aiddir. 11 iyul 2022-ci il tarixdə saat 22 radələrində xidməti ərazidə olan zaman Lənkəran rayonu Separadi kəndində yerləşən «Qartal» adlanan kafedə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 iştirakı, Zərərçəkmiş şəxs2 şahidliyi ilə biri-birilərini döyməsi məlum olmuşdur. Məlumatla bağlı dərhal Lənkəran rayonu Separadi kəndinə getmişdir. Hadisə yerinə gedəndə artıq hadisə bitmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin gün saat 22 radələrində kafenin qarşısında Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında mübahisə yaranmış, həmin mübahisə zamanı Rəşad bıçaqla İlqarın üstünə hücum etmişdir. Zərərçəkmiş şəxs2 münaqişəni sakitləşdirmək istəmiş, bu zaman Rəşad bıçaqla Vüsalın qoluna vurmuşdur. O hadisə yerinə gedəndə Vüsal və İlqar kafedə olsalar da, Rəşad artıq çıxıb getmişdir. Vüsalı və İlqarı Lənkəran ŞRPŞ-nə dəvət etmiş və bu barədə raportla şöbə rəhbərliyinə müraciət etmişdir. Həmçinin Təqsirləndirilən şəxs də şöbəyə dəvət etmiş və raportu əsasında Təhqiqat bölməsində araşdırma aparılmışdır. Hadisə zamanı Rəşadın əlində olmuş bıçaq hadisə yerində düşmüş və atmışlar. Bıçaq sonradan tapılmamışdır. Baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə 11 iyul 2022-ci il tarixdə Lənkəran rayonu Separadi kəndində yerləşən «Qartal» adlanan kafenin qarşısında baş vermişdir. Məhkəmə tibb-ekspertizasının 14 iyul 2022-ci il tarixli, 684 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində - sol bazu nahiyəsində kəsilmiş yara aşkar edilmişdir. Qeyd olunan xəsarət iti kənarlı və ya uclu alətin təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə, yəni 11 iyul 2022-ci ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. 16 fevral 2023-cü il tarixli, 279 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Şəhər Psxiatriya Xəstəxanasında qeydiyyatda deyil. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən, Lənkəran rayon İcra və Probasiya şöbəsindən alınmış məktubdan və hökmün surətindən görüünr ki, Təqsirləndirilən şəxs 18 yanvar 2016-cı ildə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 16 mart 2017-ci il tarixli 2744 saylı “ƏFV” sərəncamına əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Lənkəran rayon məhkəməsinin 1(049)-245/2021 saylı, 26 iyul 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il sınaq müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hesablanmışdır. Əməliyyat tapşırığından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, 11 iyul 2022-ci il tarixdə Lənkəran rayonu Separadi kəndində yerləşən «Qartal» adlalan kafenin qarşısında küçədə həmin kənd sakinləri Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında mübahisə yaranmış, mübahisə zamanı Rəşad üzərində gəzdirdiyi bıçaqla İlqarı vurmaq istəyəndə Zərərçəkmiş şəxs2 onları ayırmağa çalışmış, Rəşad həmin vaxt bıçaqla Zərərçəkmiş şəxs2 qoluna vuraraq ona xəsarət yetirmişdir Həmin münaqişə zamanı kafedə işləyən və ora gələn şəxslər bunun şahidi olmuşlar. Həmin münaqişədə digər şəxslərin xəsarət alması barədə məlumatlar daxil olmamışdır. Daxil olmuş məlumatlara görə, münaqişə zamanı Təqsirləndirilən şəxs əlində olmuş bıçağı kafedə işləyən Şahid4 ondan alaraq atmış və cinayətin aləti olmuş həmin bıçağın yerini müəyyən etmək və istintaqa təqdim etmək üçün hadisənin şahidi olmuş şəxslərlə sorğular aparılmış və bıçağın yerini müəyyən etmək mümkün olmamışdır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri «həbs» qətimkan tədbirinə dəyişdirilərək barəsində axtarış elan edilmişdir. Lənkəran ŞRPŞ-nın xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu, Separadi kəndi ərazisində tutularaq Lənkəran ŞRPŞ-nin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslər və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəyini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə aşağıdakı qənaətə gəlmişdir. CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin hərəkətlərinin hüquqi tövsifi ilə əlaqədar bu şəkildə ibtidai araşdırma orqanının gəldiyi nəticə CM-nin müvafiq maddəsinin dispozisiyası ilə şərtləndirildiyindən, eləcə də «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli, habelə «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair» 20 may 2011-ci il tarixli qərarları, bu qərarlarda xuliqanlıq əməlinə verilmiş təfsirlərlə ziddiyyət təşkil etdiyindən, şəxsin təqsirli bilinməsində və əməlin tövsifində buraxılmış səhv kimi qiymətləndirilməlidir. Belə ki, CM-nin 221.3-cü maddəsinin dispozisiyasına görə Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda cinayət məsuliyyətinə səbəb olur. CM-nin 221.1-ci maddəsinə görə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunur: «Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.» Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Hazırkı işin müəyyən olunan faktik hallarına əsasən aşkar müəyyən olunur ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmasını qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək, eqoizmini, ümumqəbuledilmiş davranış qaydalarına, əxlaq normalarına etinasızlığını nümayiş etdirib cəmiyyətə açıqca hörmətsizlik göstərmək, ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaq kimi xuliqanlıq kimi deyil, hadisədən əvvəl təqsirləndirilən şəxsin kafedə əyləşməsi, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsi çox spirtli içki qəbul etməsi ilə əlaqədar kafedən çıxaraq getməsini tələb etməsi kimi şəxsi münasibətlərdən yaranmış mübahisənin, eləcə də zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə aqresiv münasibətdə olmaması ilə bağlı hadisə günü də özünü göstərən münaqişəli vəziyyətlə şərtləndirmiş, yəni cinayətkar hərəkətlərini törədərkən təqsirləndirilən şəxsin xuliqanlıq əməli onun əməllərində hərəkətverici amil rolunu oynamamışdır. Yəni, təqsirləndirilən şəxsin əməllərində xuliqanlıq cinayətini şərtləndirən subyektiv cəhətin zəruri elementləri müəyyən edilməmişdir. Hadisənin xuliqanlıq hərəkəti ilə baş verməsini, yəni heç bir əsaslı səbəb olmamasına dəlalət edən (o cümlədən, bunun nədə ifadə olduğunu göstərən) konkret faktlar isə nəinki məhkəmədə müəyyən edilməmiş, belə faktlara heç təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda da istinad olunmamışdır. Belə ki, ittihamda təqsirləndirilən şəxsə istinad edilən cinayəti yaradan hallar kimi müstəsna olaraq təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə qarşı törətdiyi hərəkətlər təsvir edilmiş və bu cinayətə aid əlamətlər sadalanmışdır. İttiham tərəfinin istinad etdiyi, zərərçəkmiş şəxsin, şahid ifadələri də cinayətin xuliqanlıq zəmnində törədilməsi ilə nəticə çıxarmaq üçün kifayət edə biləcək məlumatları əks etdirmir. Məhkəmə iclasında tərəflərin uzun müddət həmkəndli olmasını və aralarında hər hansı ədavət və düşmənçiliyin olmaması, həm zərərçəkmiş şəxslərin, həm də iş üzrə şahidin ifadəsi ilə tam təsdiq olunur. Eyni zamanda, ittiham aktının özündə də qeyd edilir ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs normal münasibətdə olmaqla həmkəndli olmuşlar. İttiham tərəfinin bilavasitə hadisəyə aid sübutlar bazası isə qeyd olunan şəxslərin ifadələri, habelə Zərərçəkmiş şəxs2 aşkar olunmuş xəsarətlərin xarakteri və ağırlıq dərəcəsi haqqında məlumatları əks etdirən məhkəmə-tibbi ekspertizasının 14 iyul 2022-ci il tarixli rəyi ilə məhdudlaşır. Bundan başqa, ittiham tərəfinin təqsirləndirilən şəxsin əməlinin xuliqanlıq kimi tövsif edilməsinin əsası məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə 11 iyul 2022-ci il tarixli əməliyyat tapşırığına qiymət verərək hesab edir ki, Lənkəran rayonu Separadi kəndində yerləşən «Qartal» adlalan kafenin qarşısında küçədə həmin kənd sakinləri Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında mübahisə yaranmasını, mübahisə zamanı Rəşad üzərində gəzdirdiyi bıçaqla İlqarı vurmaq istəyəndə Zərərçəkmiş şəxs2 onları ayırmasını, Rəşadın həmin vaxt bıçaqla Zərərçəkmiş şəxs2 qoluna vuraraq ona xəsarət yetirməsini ittiham tərəfinin təqdim etdiyi sübutlar bazası, mötəbərliliklə yalnız şəxsi münasibət zəmində yaranmış mübahisə zamanı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurması haqqında nəticənin çıxarılması üçün kifayət edir və cinayət-prosessual qanunun təsvir edilən, eləcə də ittihamın sübut olunmasında yaranan, aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən CPM-nin 145.3-cü maddəsi ilə uzlaşan yanaşma kimi qiymətləndirilməlidir. İttiham tərəfinin mövqeyinə görə təqsirləndirilən şəxsə xuliqanlıq əməlinin olması ona görə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 11 iyul 2022-ci il tarixdə saat 21 radələrində Lənkəran rayonu, Separadi kəndində yerləşən Zərərçəkmiş şəxs1 işlətdiyi «Qartal» adlanan kefedə spirtli içki olan pivə qəbul edərkən, sonuncu Təqsirləndirilən şəxs kafedə əyləşdiyi masaya yaxınlaşıb bir daha kafeyə gəlməməsini bildirərək onu kafenin həyətindən çıxarması, təxminən yarım saat sonra Zərərçəkmiş şəxs1 onunla kobud davranmasını özünə hörmətsizlik kimi qəbul etməklə təqsirləndirilən şəxs bunu bəhanə etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı bir şəxsin tanıdığı şəxslə aralarında baş vermiş mübahisə zamanı və bu zəmində sağlamlığa xəsarət yetirməsi ilə bağlı hərəkətləri xuliqanlıq əməli kimi qiymətləndirilməsi istisna olunmur, lakin hazırkı cinayət işindən müəyyən olunur ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxslər həmkəndlidirlər, uzun müddətdir bir-birilərini tanıyırlar. Bu baxımdan, hazırki iş üzrə sağlamlığa yüngül zərər vurma cinayəti xuliqanlıq əməli ilə törədilməsi istisna olunur. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, sadəcə sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarının hüquqi mövqeyinə görə belə hallarda, şəxs həmin zərərçəkmişə qarşı xuliqanlıq hərəkətləri etməkdə və belə motivlə müşayiət olunan cinayətin törədilməsində təqsirləndirilə bilməz. Yuxarıda göstərilmiş hüquqi əsaslandırmaya istinad edərək məhkəmə kollegiyası belə nəticəyə gəlmişir ki, Təqsirləndirilən şəxs əməlində xuliqanlıq hərəkətləri istisna olunduğundan ona ittiham olunmuş CM-nin 221.3-cü maddəsi həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin məhkəmə iclasında verdikləri ifadələri ilə, ekspert rəyləri və cinayət işində olan digər materiallar ilə Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs 11 iyul 2022-ci il tarixdə saat 21:30-da Lənkəran rayonu, Separadi kəndində yerləşən Zərərçəkmiş şəxs1 işlətdiyi «Qartal» adlanan kefedə spirtli içki pivə qəbul edərkən sonuncunun onun kafedə əyləşdiyi masaya yaxınlaşıb bir daha kafeyə gəlməməsini bildirməsindən sonra saat 22 radələrində yenidən həmin ünvana qayıdaraq şəxsi münasibətlərdən irəli gələn səbəblərdən üzərində gəzdirdiyi istntaqla müəyyən edilməmiş silah qismində istifadə etdiyi iti kənarlı və uclu xassəyə malik bıçağı cibindən çıxarıb İlqar Seyfullayevin üstünə hücum edən zaman münaqişəni görüb yaxınlaşmış həmkəndlisi Zərərçəkmiş şəxs2 sol bazu nahiyəsinə qəsdən bir dəfə vurub itələyib yerə yıxaraq Zərərçəkmiş şəxs2 dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid sol bazu nahiyəsində kəsilmiş yara kimi xəsarətlər yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Ona görə də Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən CM-nin 128-ci maddəsi ilə tövsif edilməlidir. Lakin məhkəmədə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsasların olması müəyyən olunmuşdur. İş materiallarında olan zərərçəkmiş şəxslərin ərizəsindən görünür ki, onlar təqsirləndirilən şəxslə barışmışdır, dəymiş ziyanı ödəmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin məcəllənin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunanları, həmçinin təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödənilməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və CM-nin 128-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməlidir. CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edildiyindən və iş üzrə icraata xitam verildiyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. İş üzrə məhkəmə xərcləri, maddi sübut və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və CPM-nin 39.1.8, 43, 305, 321,344-347 və 384-385ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. İş üzrə məhkəmə xərcləri, maddi sübut və mülki iddianın olmaması nəzərə alınsın. Qərardan elan olduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №1(049)-10/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-10/2024
06.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver