Məhkəmə qərarları › İş №1(049)-10/2025

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-10/2025

06.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-10/2025 06.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 11.30 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, Məhkəmə iclasının katibi: X16, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: X6 Müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 16 avqust 1993-cü il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Qumbaşı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X1 məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmiş, aşkar olunanadək üzərində saxlayaraq daşımış və qanunsuz olaraq narkotik vasitələri satmışdır. Belə ki, o, xx.xx.2023-cü il tarixdə, səhər saatlarında Lənkəran şəhəri Ş.Xiyabanı küçəsi “daş körpü” adlanan ərazidə məlum olmayan mənbədən satış məqsədi ilə bir bükümdə ümumi təmiz çəkisi 1,992 qram (bir tam mində doqquz yüz doxsan iki) tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib, həmin narkotik vasitəni satış məqsədilə yeddi ədəd büküm halına gətirərək üzərində saxlamaqla daşımış, narkotik vasitənin dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,307 qr, 0,308 qr, 0,272 qr və 0,256 qr, ümumi təmiz çəkisi 1,143 qram hissəsini 10 fevral 2023-cü il tarixdə, səhər saatlarında Lənkəran şəhəri Z.Əliyeva küçəsində narkotik vasitələrin istifadəçisi kimi tanıdığı Lənkəran şəhər sakini X11 20 manat pul müqabilində satmış, narkotik vasitənin qalan bükümlərini üzərində saxlayaraq daşımış, bu barədə əməliyyat məlumatları almış Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən 11 fevral 2023-cü il tarixdə, keçirilən əməliyyat-axtarış tədbirləri zamanı İlham Əskərov həmin gün, saat 10:20-də Lənkəran şəhəri S.Baxşiyev küçəsində saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra üzərində keçirilən şəxsi axtarış zamanı ondan aldığı dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,307 qr, 0,308 qr, 0,272 qr və 0,256 qr, ümumi təmiz çəkisi 1,143 qram eyni tərkibli narkotik vasitə heroin əynində olan şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüş, əməliyyat axtarış tədbirlərinin davamı olaraq Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı həmin tarixdə, saat 21:50-də Lənkəran şəhəri Z.Əliyeva küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra, polis şöbəsinin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkcəsinin sol yan cibindən qalıq qalan 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,248 qr, 0,324 qr və 0,277 qr, ümumi təmiz çəkisi 0,849 qram tiryəkdən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs X6 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, polis şöbəsində polis əməkdaşları onu narkotik vasitə verərək üzərindən çıxdığını bildirmişlər. Narkotik vasitə istifadəçisi olsa da, tutulan vaxtı üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları ona hədə qorxu gəlmişlər və o, bundan qorxub ona verilən bütün sənədlərə imza çəkmişdir. O, İlham Əskərova və ya Şahid7 narkotik vasitə satmamışdır. Məhkəmədə verdiyi ifadəsindən fərqli olaraq təqsirləndirilən şəxs X6 ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmə iclasında elan edilməklə araşdırılmış cinayət işinin 186-188 və 194-195-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, “Lənkəran rayonu Qumbaşı kəndində qeydiyyatda olsa da ünvan 2 ünvanında kirayədə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir. Əvvəllər məhkum olunmamışdır. Bir neçə aydır ki, bədənində ağrılar olduğuna görə narkotik vasitə heroindən yandırıb tüstüsünü udmaqla istifadə edir. Əldə etdiyi narkotik vasitələri Lənkəran şəhərində tanımadığı şəxslərdən alır. Narkotik vasitələri mütəmadi istifadə etmir. Heç bir psixi və ya nevroloji dispanser qeydiyyatında deyil. Lənkəran şəhər sakini X12 tanıyır. İlhamla heç bir qərəzli münasibəti yoxdur. İlhama 20 manat pul verəcəyi olduğundan xx.xx.2023-cü il tarixdə, səhər saatlarında pulun əvəzində özündə olan heroindən 4 büküm vermişdir. xx.xx.2023-cü il tarixdə, səhər saatlarında Lənkəran şəhəri Kiçik bazar ərazisində, Ş.Xiyabanı küçəsi “daş körpü” adlanan ərazidə olarkən orada üzdən tanıdığı, adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən bir bükümdə narkotik vasitə heroin 15 manata almışdır. Həmin şəxsdən bir neçə dəfə narkotik vasitə aldığı üçün həmin şəxs ona narkotik vasitəni ucuz qiymətə vermişdir. Aldığı bir bükümü xırda bükümlərə bölüb 7 ədəd büküm əldə etmişdir. Heroini alıb üzərində saxlamışdır ki, lazım olanda istifadə edər, həmçinin istəyən olsa satar. xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində Lənkəran şəhəri Z.Əliyeva küçəsində yerləşən “Fədək” marketin yaxınlığında olan zaman bir neçə mülki geyimli şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmiş və ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməyində şübhələri olduğu üçün üzərinə şəxsi axtarış keçirilməsindən ötrü Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. O, polisin onu nəyə görə saxladığını başa düşüb etiraz etmişdir. Həmin vaxtı ətrafda tanımadığı bir neçə nəfər onlara yaxınlaşıb nə baş veriyini polis əməkdaşlarından soruşmuş, buna görə də, sonradan adlarını bildiyi Rahib, Nemət və Haqverdi adlı şəxslərlə birlikdə onu polis şöbəsinə gətirmişlər. Polis şöbəsində otaqların birində ona hüquq və vəzifələri izah olunmuş, ona müdafiəçilərin siyahısı təqdim edilmiş və o, həmin siyahıdan özünə İntiqam Hüseynovu hüquqlarını müdafiə etməsi üçün seçmişdir. Daha sonra üzərinə baxış keçirilməsi üçün bir nəfər Səbinə adlı qadın dəvət edib müdafiəçisinin, polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üstündə qanunsuz əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuş, o, da əynində olan gödəkcənin sol yan cibində bir ədəd sellofan bükülünün içərisində saxladığı 3 ədəd bükümdə narkotik vasitə heroini və gödəkcəsinin sağ yan cibindən bir ədəd “samsung” markalı mobil telefonu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümlərin ona məxsus olduğunu, 3 ədəd bükümün heroin olduğunu, həmin bükümləri kiçik bazar ərazisində “daş körpü” adlanan yerdə tanımadığı şəxsə ümuilikdə 15 manat verməklə aldığını bildirmişdir. Həmin kütlələr iştirakı ilə elektron tərəzidə çəkilmiş və heroinlərin çəkisi 0,93 qram olmuşdur. Şəxsi axtarış zamanı üzərindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Sonda götürülmüş bükümlər ekspertizaya göndərilməsindən ötrü zərfdə qablaşdırılaraq möhürlənmişdir. Zərfin üzəri o və müdafiəçisi tərəfindən imzalarla təsdiq olunmuşdur. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, saxlanılarkən və polis şöbəsində olarkən ona qarşı polis əməkdaşları tərəfindən zor, güc, təzyiq olunmamış, polis əməkdaşlarından şikayəti yoxdur. Sonda protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. O, da tərtib olunmuş protokol və digər sənədlərlə tanış olub imzası ilə təsdiq etmişdir. O, narkotik vasitələri adını bilmədiyi, lakin üzdən tanıdığı şəxslərdən əldə edir. Maddi vəziyyəti yaxşı olmadığından, narkotik vasitə almaq və digər xərclərini ödəmək üçün məcbur qalıb Lənkəran şəhərində bir neçə nəfərə heroin satmışdır. Üzərindən aşkarlanmış narkotik vasitə heroini əldə etdiyi şəxsin adını və yaşadığı ünvanı bilmir. Kiçik bazar adlanan ərazidə, yolun kənarında narkotik vasitələrin satışı ilə məşğul olmasını bilir. Həmin şəxs arıq, orta boylu, qaraşın, 40-45 yaşlarında birisi olmuşdur. Telefon nömrəsini bilmir. Başqa heç bir məlumatı yoxdur. Lənkəran şəhər sakini X11 20 manat pul verəcəyi olduğundan xx.xx.2023-cü il tarixdə pulun əvəzində ona özündə olan 7 büküm heroindən 4 bükümünü borclu olduğu pulun müqabilində vermişdir. O, xx.xx.2023-cü il tarixdə Lənkəran şəhəri Daş körpü adlanan yerdə üzdən tanıdığı şəxsdən 15 manata bir bükümdə narkotik vasitə heroin əldə etmiş, həmin heroinləri alıb xırda bükümlərə böldükdən sonra İlham Əskərovu yolda görmüş, İlham Əskərov ondan heroin istədiyi üçün 4 bükümünü borcunun qarşılığında İlhama vermişdir. Üzərindən aşkarlanmış və İlhama verdiyi heroinləri eyni şəxsdən almışdır.” Məhkəmə iclasında dindirilmiş şahid X7 ifadəsində göstərdi ki, Lənkəran Şəhər- Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 11 fevral 2023-ci il tarixdə X9 qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması, daşıması həmçinin həmin narkotik vasitələri Lənkəran rayonu Qumbaşı kəndində qeydiyyatda olan 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs əldə etməsi barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. İlham Əskərovun cinayət əməllərinin ifşa olunması məqsədilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində onunla birlikdə polis əməkdaşları Şahid1 və Şahid3 iştirak etmişdir. 11 fevral 2023-cü il tarixdə, saat 10:20-də Lənkəran şəhəri S.Baxşiyev küçəsində İlham Əskərov yaşadığı evin yaxınlığında, küçədə piyada hərəkətdə olarkən saxlanılmış və Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmişlər. Lənkəran ŞRPŞ-nin xidməti otaqlarının birində, video çəkiliş vasitəsilə dəvət olunmuş müdafiəçinin iştirakı ilə X9 üzərində şəxsi axtarış keçirilmiş və X13 üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan şalvarın sağ yan cibindən dörd ədəd sellofan büküm və əynində olan gödəkcənin sol yan cibindən bir ədəd mobil telefon çıxarıb masa üzərində qoymuşdur. Həmin bükümlər zərfə yerləşdirilmiş, zərfin üstü möhürlə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İlham Əskərovla aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərində aşkar edilmiş kütlələr narkotik vasitə olan heroindir. Özü qəbul etmək üçün xx.xx.2023-cü il tarixdə Lənkəran şəhərində yerləşən “Fədək” marketin yaxınlığında üzdən tanıdığı qadına 20 manat verməklə alaraq üzərində saxlamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid5 Baləddin oğlu ifadəsində göstərdi ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 11 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması, daşıması və satışı ilə məşğul olması barədə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılmasını təmin etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində rəhbərlik şöbənin keçmiş əməliyyat müvəkkili Şahid4 həvalə edilmiş, onunla birlikdə polis əməkdaşı Şahid1 iştirak etmişdir. Həmin tarixdə, saat 21:50-də İbazadə X5 şəhəri Z.Əliyeva küçəsində, “Fədək” marketin yaxınlığında saxlanılmış, və rayon polis şöbəsinə gətirilmişdir. Lənkəran ŞRPŞdə xidməti otaqların birində videoçəkiliş vasitəsilə, dəvət olunmuş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan gödəkcəsinin sol yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim edərək bükümün içərisində heroin olduğunu bildirmişdir. Bundan sonra şəxsi axtarışda iştirak edən Şahid6 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş digər əşya və ya predmet aşkar olunmamışdır. Aşkarlanmış bir ədəd bükümün içərisinə baxdıqda 3 ədəd bükümdə narkotik vasitə heroin olması müəyyən edilmişdir. Kütlələr ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş kütlələr narkotik vasitə heroindir, həmin kütlələri saxlanılmamışdan bir gün qabaq Lənkəran şəhəri “Kiçik bazar” ərazisində, “Daş körpü” adlanan ərazidə üzdən tanıdığı şəxsdən ümumilikdə 15 manata alıb üzərində saxlamışdır. X10 narkotik vasitəni İlham Əskərov adlı və digər şəxslərə satması müəyyən edilmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. 2-ci dərəcəli Qarabağ müharibəsi əlilidir. Bədənində ağrılar olduğuna görə narkotik vasitələrdən heroindən bəzən istifadə edir. Əvvəllər CM-nin 221-ci maddəsi ilə məhkum olunmuşdur. Təqsirləndirilən şəxs tanıyır. Kifayəti Aytən kimi çağırırlar. Kifayətin narkotik vasitələrin satışı ilə məşğul olmasını bilir. Kifayət özü də heroindən istifadə edir. O, Kifayətdən bir neçə dəfə narkotik vasitə alıb istifadə etmişdir. Kifayət heroinin bir çetini, yəni bükümünü 5 manata satır. O, heroini də Kifayətdən alır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə, axşam saatlarında Kifayətdən yaşadığı binanın yaxınlığında 10 manata 2 bükümdə heroin alıb istifadə etmişdir. Narkotik vasitəni əsasən Kifayətdən alır. Belə ki, ona narkotik vasitə lazım olan zaman Kifayətə zəng edib onun üçün narkotik vasitə təşkil etməsini istəyir. Kifayət də özü onun yaşadığı ünvana narkotik vasitə gətirir. Kifayət ***-***-**-** nömrəsindən istifadə edir. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və cinayət işinin 2-ci cildinin 8-11-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, 11 fevral 2023-ci il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olan X9 qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması, daşıması həmçinin həmin narkotik vasitələri Lənkəran rayonu Qumbaşı kəndində qeydiyyatda olan 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs əldə etməsi barədə CAB-nin əməliyyat müvəkkili Şahid2 icraatına əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat şöbə rəhbərliyinə məruzə olunduqdan sonra İlham Əskərovun cinayət əməllərinin ifşa olunması məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunaraq əməliyyat qrupu yaradıldı. Əməliyyat qrupunun tərkibində onunla birlikdə polis əməkdaşları Şahid2 və Şahid3 iştirak etmişdir. 11 fevral 2023-cü il tarixdə, saat 10:20-də Lənkəran şəhəri S.Baxşiyev küçəsində İlham Əskərov müşahidəyə götürülmüş və keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evin yaxınlığında, küçədə piyada hərəkətdə olarkən saxlanılmışdır. Həmin yerdə insanların və avtomobillərin intensiv hərəkətini nəzərə alaraq üzərində şəxsi axtarış aparılmasından ötrü X20 ŞRPŞ-nin inzibati binasına gətirmişlər. Lənkəran ŞRPŞ-nin xidməti otaqlarının birində, video çəkiliş vasitəsilə dəvət olunmuş müdafiəçi X3 iştirakı ilə X9 üzərində şəxsi axtarış keçirilməsinə başlanmazdan əvvəl bir daha ona hüquq və vəzifələri izah olunmaqla, üzərində qanunsuz əşya olduğu təqdirdə özünün təqdim etməsi təhqiqatçı Baxşəli Rufullayev tərəfindən təklif olunmuşdur. X13 üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan şalvarın sağ yan cibindən dörd ədəd sellofan büküm və əynində olan gödəkcənin sol yan cibindən bir ədəd mobil telefon çıxarıb masa üzərində qoymuşdur. Daha sonra İlham Əskərovun üzərinə Baxşəli Rufullayev tərəfindən şəxsi axtarış keçirilmiş, axtarış zamanı üzərində hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. İlham Əskərovun təqdim etdiyi dörd ədəd sellofan bükülünün içərisinə baxdıqda narkotik vasitə heroinə oxşar kütlələrin olması müəyyən edilmişdir. Daha sonra həmin 4 ədəd bükümdə olan kütlələr elektron tərəzidə çəkildikdə kütlələrin 1,33qram olması müəyyən edilmişdir. Həmin bükümlər zərfə yerləşdirilmiş, zərfin üstü möhürlə möhürlənmiş və üzərində müvafiq qeydlər aparılaraq iştirakçılar tərəfindən imzalanmışdır. İlham Əskərovla aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərində aşkar edilmiş kütlələr narkotik vasitə olan heroindir. Özü qəbul etmək üçün xx.xx.2023-cü il tarixdə Lənkəran şəhərində yerləşən “Fədək” marketin yaxınlığında üzdən tanıdığı qadına 20 manat verməklə alaraq üzərində saxlamışdır. Sonda protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadığından imzalarla təsdiq edilmişdir. İş üçün əhəmiyyət kəsb edə biləcəyindən aşkarlanmış mobil telefon təhqiqatçı tərəfindən götürülmüşdür. Daha sonra əməliyyat tədbirlərinin davamı olaraq 11 fevral 2023-cü il tarixdə Lənkəran rayonu Qumbaşı kəndində qeydiyyatda olan 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması, daşıması və satışı ilə məşğul olması barədə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat CAB-nin əməliyyat müvəkkili Şahid4 tərəfindən raportla Lənkəran ŞRPŞ-nin rəisinə məruzə olunduqdan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunaraq əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində onunla birlikdə polis əməkdaşları Şahid4 və Şahid5 iştirak etmişdir. Həmin tarixdə, saat 21:50-də İbazadə X5 şəhəri Z.Əliyeva küçəsində, “Fədək” marketin yaxınlığında saxlanılmış, saxlanma səbəbi izah olunduqdan sonra rayon polis şöbəsinə gətirilmişdir. Lənkəran ŞRPŞ-də xidməti otaqların birində videoçəkiliş vasitəsilə, dəvət olunmuş müdafiəçi İntiqam Hüseynovun iştirakı ilə ilk olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, daha sonra üzərində axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan gödəkcəsinin sol yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim edərək bükümün içərisində heroin olduğunu bildirmişdir. Bundan sonra şəxsi axtarışda iştirak edən Şahid6 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş digər əşya və ya predmet aşkar olunmamışdır. Aşkarlanmış bir ədəd bükümün içərisinə baxdıqda 3 ədəd bükümdə narkotik vasitə heroin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış 3 bükümdə narkotik vasitə heroinə bənzər kütlənin çəkisi elektron tərəzidə çəkilərək təxmini 0,93 qram olması müəyyən edilmiş, kütlələr ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq AR DİN-nin 135 saylı möhürü ilə möhürlənmişdir. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş kütlələr narkotik vasitə heroindir, həmin kütlələri saxlanılmamışdan bir gün qabaq Lənkəran şəhəri “Kiçik bazar” ərazisində, “Daş körpü” adlanan ərazidə üzdən tanıdığı şəxsdən ümumilikdə 15 manata alıb üzərində saxlamışdır. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, saxlanılarkən, polis şöbəsinə gətirilərkən və ya sonrakı mərhələlərdə polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki, psixi zor tətbiq olunmamışdır. Daha sonra protokol tərtib olunmuş, ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığından iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs də heç bir təzyiq altında olmadan tərtib olunmuş sənədlərlə tanış olub imzası ilə təsdiq etmişdir. X13 üzərindən aşkar edilərək götürülmüş 4 bükümdə narkotik vasitə heroini öz istifadəsi üçün üzərində saxlamışdır. İlham Əskərovun narkotik vasitələrin satışı ilə məşğul olması barədə icraatına əməliyyat məlumatı daxil olmamışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, İlham Əskərov üzərindən aşkarlanmış heroinləri bir gün qabaq Təqsirləndirilən şəxs əldə etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və satışı ilə məşğul olması barədə şöbədə məlumat olmuş, keçirilmiş əməliyyat tədbirləri zamanı da Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Keçirilmiş əməliyyat tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisi olmaqla, satış məqsədilə əldə etdiyi narkotik vasitələri xırda bükümlərə bölərək narkoman tanışlarına satırmış. Lakin əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi şəxsləri dairəsini müəyyən etmək mümkün olmamışdır. Bununla yanaşı əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs Lənkəran şəhər sakinləri X13 və Şahid7 narkotik vasitələr satmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroini kimə və ya kimlərə satacağı istiqamətində əməliyyat tədbirləri keçirilməsinə baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Lakin Təqsirləndirilən şəxs konkret olaraq bir şəxsə narkotik vasitə heroini satmayacaqmış. Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış narkotik vasitəni əldə etdiyi şəxsi ifşa etməmək üçün narkotik vasitələri əldə etdiyi şəxsi tanımadığını bildirmişdir. Həmin şəxsin kimliyini müəyyən etmək məqsədilə əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi və cinayət işinin 1-ci cildinin 244-246-cı vərəqlərində olan ifadəsində göstərmişdir ki, 11 fevral 2023-cü il tarixdə Lənkəran rayonu Qumbaşı kəndində qeydiyyatda olan 1993cü il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması, daşıması və satışı ilə məşğul olması barədə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat tərəfindən raportla Lənkəran ŞRPŞ-nin rəisinə məruzə olunmuş, məlumatın yoxlanılması şöbənin rəhbərliyi tərəfindən ona həvalə edilmişdir. Məlumatın yoxlanılmasını təmin etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün tərəfindən qərar qəbul olunmuş və qərar təsdiq olunduqdan sonra rəhbərliyin göstərişinə əsasən əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində onunla birlikdə polis əməkdaşları Şahid5 və Şahid1 iştirak etmişdir. Həmin tarixdə, saat 21:50-də İbazadə X5 şəhəri Z.Əliyeva küçəsində, “Fədək” marketin yaxınlığında saxlanılmış, saxlanma səbəbi izah olunduqdan sonra rayon polis şöbəsinə gətirilmişdir. Lənkəran ŞRPŞ-də xidməti otaqların birində videoçəkiliş vasitəsilə, dəvət olunmuş müdafiəçi İntiqam Hüseynovun iştirakı ilə ilk olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, daha sonra üzərində axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan gödəkcəsinin sol yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim edərək bükümün içərisində heroin olduğunu bildirmişdir. Bundan sonra şəxsi axtarışda iştirak edən Şahid6 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş digər əşya və ya predmet aşkar olunmamışdır. Aşkarlanmış bir ədəd bükümün içərisinə baxdıqda 3 ədəd bükümdə narkotik vasitə heroin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış 3 bükümdə narkotik vasitə heroinə bənzər kütlənin çəkisi elektron tərəzidə çəkilərək təxmini 0,93 qram olması müəyyən edilmiş, kütlələr ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq AR DİN-nin 135 saylı möhürü ilə möhürlənmişdir. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş kütlələr narkotik vasitə heroindir, həmin kütlələri saxlanılmamışdan bir gün qabaq Lənkəran şəhəri “Kiçik bazar” ərazisində, “Daş körpü” adlanan ərazidə üzdən tanıdığı şəxsdən ümumilikdə 15 manata alıb üzərində saxlamışdır. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, saxlanılarkən, polis şöbəsinə gətirilərkən və ya sonrakı mərhələlərdə polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki, psixi zor tətbiq olunmamışdır. Daha sonra protokol tərtib olunmuş, ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığından iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs də heç bir təzyiq altında olmadan tərtib olunmuş sənədlərlə tanış olub imzası ilə təsdiq etmişdir. Bundan başqa həmin gün ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan X9 qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması, daşıması həmçinin həmin narkotik vasitələri Lənkəran rayonu Qumbaşı kəndində qeydiyyatda olan 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs əldə etməsi barədə CAB-nin əməliyyat müvəkkili Şahid2 icraatına əməliyyat məlumatı daxil olmuşdur. 11 fevral 2023-cü il tarixdə, saat 10:20-də Lənkəran şəhəri S.Baxşiyev küçəsində İlham Əskərov yaşadığı evin yaxınlığında, küçədə piyada hərəkətdə olarkən saxlanılmış və İlham Əskərov üzərində şəxsi axtarış aparılmasından ötrü Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirilmişdir. Lənkəran ŞRPŞ-nin xidməti otaqlarının birində X9 üzərində keçirilən şəxsi axtarış zamanı üzərindən 4 bükümdə 1,33qram çəkidə narkotik vasitə heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və satışı ilə məşğul olması barədə şöbədə məlumat olmuş, keçirilmiş əməliyyat tədbirləri zamanı da Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Keçirilmiş əməliyyat tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisi olmaqla, satış məqsədilə əldə etdiyi narkotik vasitələri xırda bükümlərə bölərək narkoman tanışlarına satmışdır. Bundan başqa əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs Lənkəran şəhər sakinləri X13 və Şahid7 narkotik vasitələr satmışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini yaxşı bildiyindən, məsuliyyətdən yayınmaq üçün yalan olaraq saxlanılıb üzərində şəxsi axtarış aparılarkən aşkarlanmış narkotik vasitəni öz istifadəsi üçün üzərində saxladığını demişdir. Üzərindən aşkarlanmış narkotik vasitələrin bükümlərinin çoxluğundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi olmaqla satışı ilə də məşğul olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroini kimə və ya kimlərə satacağı istiqamətində əməliyyat tədbirləri keçirilməsinə baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış narkotik vasitəni əldə etdiyi şəxsi ifşa etməmək üçün narkotik vasitələri əldə etdiyi şəxsi tanımadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi və cinayət işinin 2-ci cildinin 15-16-cı vərəqlərində olan ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-də xadiməçi kimi çalışır. 11 fevral 2023-cü il tarixdə, axşam saatlarında yaşadığı evdə olarkən Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid4 onun istifadəsində olan mobil nömrəyə zəng edərək bildirmişdir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli bilinən bir nəfər qadının üzərinə baxış keçirəcəklər, bu səbəbdən onun baxışda iştirak etməsini istəmişdir. O, Lənkəran ŞRPŞ-nin yaxınlığında yaşadığı üçün əməliyyat müvəkkili Şahid4la razılaşıb bir neçə dəqiqəyə şöbəyə gəlmişdir. Lənkəran ŞRPŞ-də xidməti otaqların birində videoçəkiliş vasitəsilə, dəvət olunmuş müdafiəçi İntiqam Hüseynovun iştirakı ilə ilk olaraq sonradan adını bildiyi Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, daha sonra üzərində axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış keçirilməmişdən qabaq təhqiqatçı Baxşəli Rufullayev tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan gödəkcəsinin sol yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim edərək bükümün içərisində heroin olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən ona Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməyi bildirilmişdir. Buna görə də, o, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən heç bir əşya və ya predmet aşkar olunmamışdır. Aşkarlanmış bir ədəd bükümün içərisinə baxdıqda 3 ədəd bükümdə narkotik vasitə heroin olması polis əməkdaşları tərəfindən müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış 3 bükümdə narkotik vasitə heroinə bənzər kütlənin çəkisi elektron tərəzidə çəkilərək təxmini 0,93 qram olması müəyyən edilmiş, kütlələr ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq möhürlə möhürlənmişdir. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş kütlələr narkotik vasitə heroindir, həmin kütlələri saxlanılmamışdan bir gün qabaq Lənkəran şəhəri “Kiçik bazar”da, “Daş körpü” adlanan ərazidə üzdən tanıdığı şəxsdən ümumilikdə 15 manata alıb üzərində saxlamışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, saxlanılarkən, polis şöbəsinə gətirilərkən və ya sonrakı mərhələlərdə polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki, psixi zor tətbiq olunmamışdır. Daha sonra protokol tərtib olunmuş, ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığından iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs də heç bir təzyiq altında olmadan tərtib olunmuş sənədlərlə tanış olub imzası ilə təsdiq etmişdir. Cinayət işinin 1- cildinin 82-83-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 11 fevral 2023-cü il tarixli “şəxsi axtarış keçirilməsi haqqında” protokoldan görünür ki, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Lənkəran rayonu Qumbaşı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs həmin tarixdə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri Z.Əliyeva küçəsində saxlanılaraq, üzərində şəxsi axtarış keçirilməsi üçün Lənkəran ŞRPŞ-nə gətirilmiş, xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan gödəkcənin sol yan cibindən 03 ədəd bükümdə 0,93qram çəkidə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar edilmiş 03 bükümdə kütlənin narkotik vasitə heroin olduğunu, həmin bükümləri saxlanılmamışdan gün qabaq Lənkəran şəhəri, Kiçik bazar ərazisində, “Daş körpü” deyilən yerdə üzdən tanıdığı şəxsdən 15 manata aldığını bildirmişdir. Cinayət işinin 1-ci cildinin 103-104-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin tədqiqi” ekspertizasının 12 fevral 2023-cü il tarixli, 19/193 №-li rəyinə əsasən: Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 3 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -0,248 qr; -0,324 qr; 0,277 qram: ümumi təmiz çəkisi: -0,849 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər.Tədqiqata təqdim edilmiş üzərlərində “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr...” və “X9 üzərindən aşkar edilmiş 4 büküm heroin Rəy №19/188...” sözlər və imzalar olan 2 ədəd zərfdəki ümumilikdə 7 büküm heroinlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Cinayət işinin 1-ci cildinin 143-cü vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 13 fevral 2023-cü il tarixli, 175 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan opioidlərdən istifadə halları olub. Lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1- cildinin 237-238-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş qərardan görünür ki, X13 və Təqsirləndirilən şəxs üzərlərindən aşkar edilərək götürülmüş 1,992 qram narkotik vasitə heroin, şəxsi axtarışlar aparılarkən qeydə alınmış videoçəkilişlərin köçürüldüyü 02 ədəd CD disk işin faktiki hallarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. Cinayət işinin 1-ci cildinin 199-201-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş protokoldan görünür ki, istintaq zamanı Şahid7 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşmə zamanı Şahid7 ifadəsində göstərdiklərini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu, bir neçə dəfə ondan narkotik vasitə heroin aldığını və sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona 10 manata iki bükümdə narkotik vasitə heroin satmasını Təqsirləndirilən şəxs üzünə demişdir. Cinayət işinin 1-ci cildinin 240-cı vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 1-ci cildinin 64-65-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş tutulma protokolundan görünür ki, 11 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 54-cü vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X13 oğlunun barəsində olan cinayət işi ilə Təqsirləndirilən şəxs barəsində toplanmış HK/1-554 saylı araşdırma materialı ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilmişdir. Cinayət işinin 1-ci cildinin 202-203-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 13 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Lənkəran Şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktub və aktdan görünür ki, İbazadə X5 şəhəri, Z.Əliyeva küçəsi, ev 78/10, mənzil 67 ünvanında övladı xx.xx.2011ci il tarixdə doğulmuş X17 və anası X18 ilə birlikdə yaşayır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində olan cinayət işi X8 barəsində olan cinayət işindən ayrılmışdır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən X13 CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılaraq Lənkəran ŞRPŞ MSY-ə təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və preyudisial qaydada müəyyən edilmiş məhkəmə hökmü ilə mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 142-ci maddəsinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə göstərdiyi dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş şahidlərin ifadələri, ekspertiza rəyi və digər sənədlərlə təkzib olunur. Məhkəmə, təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə, polis əməkdaşları tərəfindən hədə-qorxuya qaldığına görə sənədlərə imza etməsinə dair ifadəsini aşağıdakı səbəblərə görə qanunvericilik baxımından sübut növü kimi qəbul etmir. Məhkəmə qeyd edir ki, məhkəmədə proses iştirakçılarının iştirakı ilə tədqiq edilmiş şəxsin şəxsi axtarışı zamanı lentə alınmış videogörüntüdən də görünür ki, istintaq hərəkəti zamanı müdafiəçi ona eyni məzmunlu sual vermiş və Təqsirləndirilən şəxs ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Eyni zamanda ibtidai istintaq bitdikdən sonra təqsirləndirilən şəxs azadlıqda olmuş və zora məruz qalması ilə bağlı hər hansı orqana müraciət etməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin digər sübutlarla tam olaraq üst-üstə düşdüyünə görə və törədilmiş cinayət haqqında bütün əlamətləri tam əks etdirdiyinə görə sübut növü kimi qəbul edir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin Rusiyaya qarşı» işi üzrə 28 sentyabr 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «sübutların mümkünlüyü» daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Buna görə məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş şahidlərin ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü kimi qiymətləndirilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, məhkəmə hökmünü tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 118-ci qrafasına əsasən 0,15 qram psixotrop maddə metamfetamin, İ siyahının 83-cü qrafasına əsasən 0,15 qram narkotik vasitə heroin xeyli miqdar hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma—cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 4cü bəndində göstərilmişdir ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Qərarının 5-ci bəndinə əsasən, üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma—üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27-ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olubolmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş daha sərt cəza növünə yəni azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla, müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 01 iyun 2024-cü il tarixdən hesablanmalıdır. CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində 11 fevral 2023-cü il tarixdən 13 fevral 2023-cü il tarixədək tutulduğu 2 gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənatinə gəldiyindən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə maddi sübutlarla bağlı məsələni müzakirə edərək hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə X9 üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından qalıq qalmış narkotik vasitə heroinin X2 işi üzrə hökm çıxarılanadək Lənkəran ŞRPŞ-də saxlanılması və DVD diskin iş materiallarında saxlanılması göstərildiyindən hazırkı halda Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş Lənkəran ŞRPŞ-da saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.699 qram narkotik vasitə heroin və X9 üzərindən aşkar edilərək götürülmüş Lənkəran ŞRPŞ-da saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.893 qram narkotik vasitə heroin CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 2 ədəd CD disk CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalı, 1 ədəd mobil telefon X4 təhvil verilməklə icra edilmiş hesab edilməlidir. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 60 manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 fevral 2023-cü il tarixdən 13 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 01 iyun 2024-cü il tarixdən hesablansın. Ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Maddi sübut – Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş Lənkəran ŞRPŞ-da saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.699 qram narkotik vasitə heroin və X9 üzərindən aşkar edilərək götürülmüş Lənkəran ŞRPŞ-da saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.893 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın, 1 ədəd mobil telefon X4 təhvil verilməklə icra edilmiş hesab edilsin. Məhkəmə məsrəfi 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar