Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-100/2023 20.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, saat 12:55 xx.xx.1977-ci il tarixdə Lənkəran rayonu Bəlləbur kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Lənkəran rayonu Bəlləbur kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən, üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,266 qram, 0,293 qram və 0,331 qram, ümumi təmiz çəkisi -0,890 qram olan tiryəkdən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış və 16 noyabr 2022-ci il tarixdə, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı həmin gün, saat 17:10-da Lənkəran rayonu, Bəlləbur kəndində, yaşadığı evin yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra, polis şöbəsinin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən bir ədəd sellofanın içərisindən qeyd olunan bükümlərdə narkotik vasitə heroin və şalvarının sağ yan cibindən isə bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, narkotik vasitə heroindən uzun illərdir ki, istifadə edir. Əldə etdiyi narkotik vasitələri Lənkəran şəhərində tanımadığı şəxslərdən almışdır. 16 noyabr 2022-ci il tarixdə saat 17 radələrində yaşadığı evin yaxınlığında piyada gedərkən yanında avtomobil saxlamış, avtomobildən bir neçə mülki geyimli şəxs düşərək ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməyində şübhələri olduğunu bildirmişlər. Həmin vaxt üzərində heç bir narkotik vasitə və elektron tərəzi olmamışdır. Polis əməkdaşlarının onu yaxalayacağından qorxduğu üçün qaçmağa başlamış, polis əməkdaşlarını özündən uzaqlaşdırmaq üçün üzərində olan cibindəki kiçik qatlanan bıçağı çıxarıb qarın nahiyəsinə vurmuşdur. Həmin vaxtı polis əməkdaşları ona yaxınlaşdıqları üçün o, bıçağı kənarda olan kolluğa tullamışdır. Polis işçiləri onu saxlayıb Lənkəran rayon mərkəzi xəstəxanasına aparmışlar. Orada ona təcili tibbi yardım göstərilmiş və onu üzərinə şəxsi axtarış keçirilməsindən ötrü Lənkəran ŞRPŞyə gətirmişlər. Polis şöbəsində polis əməkdaşları ona qarşı təzyiqlər edərək döymüş, üzərinə 3 ədəd bükümdə narkotik vasitə heroin və elektron tərəzi qoymuşlar. Polis işçiləri müdafiəçinin yanında videoçəkiliş zamanı narkotik vasitənin və tərəzinin ona məxsus olmadığını bildirəcəyi təqdirdə yenidən döyüləcəyini və yaşadığı evdən 2 kiloqram heroin aşkar ediləcəyini ona bildirdiklərindən qorxduğu üçün şəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitə olan 3 büküm heroinin və elektron tərəzinin ona məxsus olduğunu bildirmişdir. Ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir, narkotik istifadəçisi olsa da, şəxsi axtarış zamanı üzərindən çıxmış heroin və elektron tərəzi ona məxsus deyil. Təqsirləndirilən şəxs son sözündə özünü ona qarşı elan edilmiş ittihamla təqsirli bilmədiyini və barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqında dövlət itthamçısının vəsatəti əsasında elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran rayonu Bəlləbur kəndində anası Mehriban Rzayeva, qardaşı Feyruz Rzayev və ailəsi ilə birlikdə yaşayır. Heç yerdə işləmir. Əvvəllər Azərbaycan Respublikası CM-nin 177 və 234-cü maddələri ilə bir neçə dəfə məhkum olunmuşdur. Azadlığa buraxıldıqdan sonra təkrar narkotik vasitə heroindən yandırıb tüstüsünü qəbul etməklə istifadə edir. Əldə etdiyi narkotik vasitələri Lənkəran şəhərində tanımadığı şəxslərdən alır. Bədənində ağrılar olduğuna görə demək olar ki, hər gün narkotik vasitə istifadə edir. 16 noyabr 2022-ci il tarixdə, günorta saatlarında Lənkəran şəhəri Kiçik bazar ərazisində olarkən orada üzdən tanıdığı, adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 3 bükümdə heroin almış, aldığı bükümləri çəkidə onu aldatmaması üçün üzərində olan elektron tərəzi ilə çəkmişdir. Həmin şəxsə ümumilikdə həmin bükümlərə görə 15 manat pul vermişdir. Heroini üzərində saxlamışdır ki, bədənində ağrılar olan zaman istifadə edər. Həmin gün saat 17 radələrində yaşadığı evin yaxınlığında piyada gedərkən yanında avtomobil saxlamış, avtomobildən bir neçə mülki geyimli şəxs düşərək ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməyində şübhələri olduğunu bildirmişlər. O, üzərində narkotik vasitə heroin olduğu üçün qorxmuş və cibindəki kiçik qatlanan bıçağı çıxarıb polisin üzərinə gəlməməsi üçün qarın nahiyəsinə vurmuşdur. Həmin vaxtı polis əməkdaşları ona yaxınlaşdıqları üçün o, bıçağı kənarda olan kolluğa tullamışdır. Polis işçiləri onu saxlayıb Lənkəran rayon mərkəzi xəstəxanasına aparmışlar. Orada ona təcili tibbi yardım göstərilmiş və onu üzərinə şəxsi axtarış keçirilməsindən ötrü Lənkəran ŞRPŞ-nə gətirmişlər. Polis şöbəsində otaqların birində ona hüquq və vəzifələri izah olunmuş, ona müdafiəçilərin siyahısı təqdim edilmiş və həmin siyahıdan özünə Müdafiəçi hüquqlarını müdafiə etməsi üçün seçmişdir. Bundan sonra isə müdafiəçisinin və polis əməkdaşlarının iştirakları ilə üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üstündə qanunsuz əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuş, o, əynində olan şalvarın sol yan cibində saxladığı 3 bükümdə heroini və şalvarının sağ yan cibindən elektron tərəzini, həmçinin gödəkcəsinin sol yan cibindən “KGTEL” markalı mobil telefonunu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Üzərindən aşkarlanmış bükümlərin ona məxsus olduğunu, istifadəsi üçün üzərində saxladığını, bükümlərin heroin olduğunu, həmin bükümləri saxlanılan gün “kiçik bazar” ərazisində tanımadığı şəxsə ümumilikdə 15 manat verməklə aldığını, şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Həmin kütlələr iştirakı ilə elektron tərəzidə çəkilmiş və heroinlərin çəkisi 0,99 qram olmuşdur. Şəxsi axtarış zamanı üzərindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Sonda götürülmüş bükümlər və elektron tərəzi ekspertizaya göndərilməsindən ötrü bir zərfdə qablaşdırılaraq möhürlənmişdir. Zərfin üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Müdafiəçisinin verdiyi suallara cavab olaraq bildirmişdir ki, saxlanılarkən və polis şöbəsində olarkən ona qarşı polis əməkdaşları tərəfindən zor, güc, təzyiq olunmamış, polis əməkdaşlarından şikayəti yoxdur. Polis əməkdaşları tərəfindən tutulan zaman ona qarşı heç bir zorakılıq hərəkətləri olmamış, saxlanılarkən polis əməkdaşları ona yaxınlaşmasın deyə qarın nahiyəsinə özü kiçik əl bıçağı ilə vurub xəsarət yetirmiş, həmin bıçağı kolluğa tullamışdır. Bədənində olan xəsarətlə bağlı polis əməkdaşlarından şikayəti yoxdur, narkotik vasitələri adını bilmədiyi, lakin üzdən tanıdığı şəxslərdən öz istifadəsi üçün əldə etmişdir. Heroini əldə etdiyi şəxsin adını və yaşadığı ünvanı bilmir. “Kiçik bazar “adlanan ərazidə, yolun kənarında narkotik vasitələrin satışı ilə məşğul olmasını bilir. Həmin şəxs arıq, hündür, qarayanız, 45-50 yaşlarında birisi olmuşdur. Başqa heç bir məlumatı yoxdur. O, ***-***-**-** saylı mobil nömrədən istifadə edir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kapitanıdır. 16 noyabr 2022-ci il tarixdə Lənkəran rayonu, Bəlləbur kəndində qeydiyyatda olmaqla yaşayan 1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, üzərində saxlaması, daşıması və satışı ilə məşğul olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat tərəfindən raportla Lənkəran ŞRPŞ-nin rəisinə məruzə olunmuş, məlumatın yoxlanılması şöbənin rəhbərliyi tərəfindən ona həvalə edilmişdir. Məlumatın yoxlanılmasını təmin etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün tərəfindən qərar qəbul olunmuş və qərar təsdiq olunduqdan sonra rəhbərliyin göstərişinə əsasən əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində onunla birlikdə polis əməkdaşları Şahid2 və Şahid3 iştirak etmişlər. Həmin tarixdə, saat 17 radələrində Rzayev X5 rayonu, Bəlləbur kəndində saxlanılmış, Təqsirləndirilən şəxs saxlama səbəbini izah edərkən Təqsirləndirilən şəxs polis şöbəsinə gəlməmək üçün şalvarının kəmərindən bıçağı çıxarıb öz qarın nahiyəsindən kəsmişdir. Təqsirləndirilən şəxs saxlayıb Lənkəran rayon mərkəzi xəstəxanasına aparmışlar. Orada tibbi yardım göstərildikdən sonra Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gətirilmişdir. Lənkəran ŞRPŞ-də xidməti otaqların birində videoçəkiliş vasitəsilə, dəvət olunmuş Müdafiəçi iştirakı ilə ilk olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, daha sonra üzərində axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofanın içərisində 3 ədəd büküm, şalvarının sağ yan cibindən bir ədəd elektron tərəzi, gödəkcəsinin sol yan cibindən bir ədəd mobil telefonu çıxarıb təqdim edərək bükümlərin içərisində heroin olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş digər əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış 3 bükümdə narkotik vasitə heroinə bənzər kütlənin çəkisi elektron tərəzidə çəkilərək kütlələr və elektron tərəzi götürülərək ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılmışdır. Həmçinin iş üçün əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış bir ədəd “KGTEL” markalı mobil telefon təhqiqatçı tərəfindən götürülmüşdür. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş kütlələr heroindir, həmin kütlələr özünə məxsusdur, həmin kütlələri saxlanılan günü Lənkəran şəhəri “kiçik bazar” ərazisində tanımadığı şəxsdən ümumilikdə 15 manata almışdır. Bədəni üzərində olan xəsarəti isə polis əməkdaşları tərəfindən Bəlləbur kəndi ərazisində saxlanılarkən özü özünə bıçaqla yetirmiş, xəsarəti ilə bağlı heç kimdən şikayəti yoxdur. Müdafiəçi verdiyi suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, saxlanılarkən, polis şöbəsinə gətirilərkən və ya sonrakı mərhələlərdə polis əməkdaşları tərəfindən heç bir fiziki, psixi zor tətbiq olunmamış, polis əməkdaşlarından şikayəti yoxdur. Tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs də heç bir təzyiq altında olmadan tərtib olunmuş sənədlərlə tanış olub imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və satışı ilə məşğul olması barədə şöbədə məlumat olmuş, keçirilmiş əməliyyat tədbirləri zamanı da Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisi olmaqla, satış məqsədilə əldə etdiyi narkotik vasitələri xırda bükümlərə bölərək narkoman tanışlarına satırmış. Lakin əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi və satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə istintaqında dövlət itthamçısının vəsatəti əsasında elan edilməklə tədqiq olunmuş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantıdır. 16 noyabr 2022-ci il tarixdə Lənkəran rayonu, Bəlləbur kəndində qeydiyyatda olmaqla yaşayan 1977ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, üzərində saxlaması, daşıması və satışı ilə məşğul olması barədə Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 icraatına əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat raportla Lənkəran ŞRPŞ-nin rəisinə məruzə olunduqdan sonra məlumatın yoxlanılmasını təmin etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün tərəfindən qərar qəbul olunmuş və qərar təsdiq olunduqdan sonra rəhbərliyin göstərişinə əsasən əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində onunla birlikdə polis əməkdaşları Şahid1 və Şahid3 iştirak etmişlər. Həmin tarixdə, saat 17 radələrində Rzayev X5 rayonu, Bəlləbur kəndində saxlanılmış, Təqsirləndirilən şəxs saxlama səbəbini izah edərkən Təqsirləndirilən şəxs polis şöbəsinə gəlməmək üçün şalvarının kəmərindən bıçağı çıxarıb öz qarın nahiyəsindən kəsmişdir. Təqsirləndirilən şəxs saxlayıb Lənkəran rayon mərkəzi xəstəxanasına aparmışlar. Orada tibbi yardım göstərildikdən sonra Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gətirilmişdir. Lənkəran ŞRPŞ-də xidməti otaqların birində videoçəkiliş vasitəsilə, dəvət olunmuş Müdafiəçi iştirakı ilə ilk olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, daha sonra üzərində axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofanın içərisində 3 ədəd büküm, şalvarının sağ yan cibindən bir ədəd elektron tərəzi, gödəkcəsinin sol yan cibindən bir ədəd mobil telefonu çıxarıb təqdim edərək bükümlərin içərisində heroin olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı Emil Nurizadə tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş digər əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış 3 bükümdə narkotik vasitə heroinə bənzər kütlənin çəkisi elektron tərəzidə çəkilərək təxmini 0,99 qram olması müəyyən edilmiş, kütlələr və elektron tərəzi götürülərək ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq AR DİN-nin 135 saylı möhürü ilə möhürlənmişdir. Həmçinin iş üçün əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış bir ədəd “KGTEL” markalı mobil telefon təhqiqatçı tərəfindən götürülmüşdür. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş kütlələr heroindir, həmin kütlələr özünə məxsusdur, həmin kütlələri saxlanılan günü Lənkəran şəhəri “kiçik bazar” ərazisində tanımadığı şəxsdən ümumilikdə 15 manata almışdır. Bədəni üzərində olan xəsarəti isə polis əməkdaşları tərəfindən Bəlləbur kəndi ərazisində saxlanılarkən özü özünə bıçaqla yetirmiş, xəsarəti ilə bağlı heç kimdən şikayəti yoxdur. Müdafiəçi verdiyi suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, saxlanılarkən, polis şöbəsinə gətirilərkən və ya sonrakı mərhələlərdə polis əməkdaşları tərəfindən heç bir fiziki, psixi zor tətbiq olunmamış, polis əməkdaşlarından şikayəti yoxdur. Daha sonra protokol tərtib olunmuş, ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığından iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs də heç bir təzyiq altında olmadan tərtib olunmuş sənədlərlə tanış olub imzası ilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 16 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 16 noyabr 2022-ci il tarixli şəxsi axtarışın keçirilməsi haqqında protokoldan və həmçinin şəxsi axtarışın keçirilərkən aparılmış videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan şalvarın sol yan cibindən 03 ədəd bükümdə 0,99 qram çəkidə narkotik vasitə heroinə bənzər kütlə və şalvarının sağ yan cibindən bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Məhkəmə-kimyəvi ekspertizasının 17 noyabr 2022-ci il tarixli, 19/1177 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 3 ədəd heroinə bənzər kütlə və 1 ədəd elektron tərəzi....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 3 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -0,266 qr; -0,293 qr; - 0,331 qram: ümumi təmiz çəkisi: -0,890 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər, 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə və ya psixotrop maddə izləri yoxdur. Ekspertiza tədqiqatının dəyəri 60 manat müəyyən edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 16 noyabr 2022-ci il tarixli, 1184 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında 2017-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2002-ci il tarixdə Lənkəran rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətində azadlıqdan məhrum edilmiş, xx.xx.2003-cü il tarixdə AR Milli Məclisinin xx.xx.2003-cü il tarixli amnistiya qərarının 2.3-cü bəndinə əsasən azad olunmuş, xx.xx.2007-ci il tarixdə Lənkəran rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il 06 ay müddətində azadlıqdan məhrum edilmiş, xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, xx.xx.2011-ci il tarixdə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 04 ay müddətində azadlıqdan məhrum edilmiş, xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Nizami rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 317- 2.1-ci maddəsi ilə təqsirli bilinib 04 ay müddətində azadlıqdan məhrum edilmiş, xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, xx.xx.2017-ci il tarixdə Lənkəran rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il 05 ay 28 gün müddətində azadlıqdan məhrum edilmiş, xx.xx.2018-ci il tarixdə Lənkəran rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 04 il 06 ay müddətində azadlıqdan məhrum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə uyğun olaraq amnistiya qərarının 36-cı bəndinə əsasən cəzadan azad olunması barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(003)- 1243/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş naromaniyadan məcburi müalicə ləğv edilmişdir. CM-nin 18 və 83-cü maddələrinin tələblərinə əsasən məhkumluğu yoxdur. Lənkəran Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli, 4(049)-19/2018 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Resppublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qəti olaraq 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli, 5(049)-433/2022 saylı qərarı ilə, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş “Təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 16 noyabr 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir Lənkəran Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 4(049)-362/2022 saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 16 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1142 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində - qarın nahiyəsində kəsilmiş yara aşkar edilmişdir. Qeyd olunan xəsarət iti kənarlı və ya uclu alətin, ol bilsin ki, bıçağın təsirindən törənmişdir, yetirilmə müddəti tibbi sənəddə göstərilən tarixə xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarət əlçatan nahiyəsində yerləşdiyindən şəxsin özü tərəfindən özünə xəsarət yetirə bilməsi inkar olunmur. Maddi sübut kimi tanında haqqında 09 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,890 qram narkotik vasitə heroin, 01 ədəd elektron tərəzi, həmçinin şəxsi axtarış aparılarkən qeydə alınmış videoçəkilişin köçürüldüyü 01 ədəd DVD disk iş maddi sübut kimi tanınmış, ekspertizadan qaytarılmış təmiz çəkisi 0,740 qram heroin və 01 ədəd elektron tərəzi Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 1 ədəd DVD disk isə iş materiallarında saxlanmışdır. Amnistiya aktının tətbiq edilməsi xx.xx.2021-ci il tarixli qərardan görünür ki, “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən, məhkum Təqsirləndirilən şəxs amnistiya tətbiq edilmiş, Amnistiya Qərarının 36-cı bəndinə əsasən, onun cəzadan azad edilməsi, barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(003)-1243/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş naromaniyadan məcburi müalicə ləğv edilmişdir. Lənkəran rayon prokurorunun böyük köməkçisi, İİ drəcəli hüquqşünas X4 tərəfindən 91-C-2023 saylı yoxlama materialı üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 19 iyun 2023-cü il tarixli qərar qəbul edilmişdir. xx.xx.2022-ci tarixli, 951 nömrəli arayışdan görünür ki, Rzayev X5 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Şağlaküçə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Rzayev X5 rayonu Bəlləbur kəndində anası X3, qardaşı X9 və qardaşı arvadı X1 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.10-cu maddəsində qeyd olunur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cü bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinin və müdafiə tərəfinin çıxışının «təqsirləndirilən şəxsin üzərində hər hansı narkotik vasitə və elektron tərəzi olmaması, onun polis əməkdaşları tərəfindən döyülərək, üzərinə narkotik vasitə və elektron tərəzi qoyulması» barədə ifadə və çıxışlarına qiymət verərək hesab edir ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitəni əldə etməsi, üzərində saxlamaqla daşıması cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli şəxsi axtarış protokolu və videogörüntüləri, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi təsdiqedici ifadələrlə yanaşı şahidlər Şahid1, Şahid3 və Şahid2 ifadələri, məhkəmə-kimyəvi və məhkəmənarkoloji ekspertizasının rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülməsi, onun barəsində fiziki zor tətbiq edilməsi ilə bağlı ifadəsinə, həmçinin bu barədə dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər də iş materiallarında olan sənədlərlə təkzib olunur. Belə ki, təqsirləndirilən şəxsin ona polis əməkdaşları tərəfindən təzyiq göstərilməsi, döyülməsi ilə bağlı məhkəmə iclasında verdiyi bəyanat üzrə həmin xüsusatların araşdırılmasından ötrü məhkəmə tərəfindən müvafiq məlumat ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmiş, Lənkəran rayon prokurorunun böyük köməkçisi, İİ drəcəli hüquqşünas X4 tərəfindən 91-C-2023 saylı yoxlama materialı üzrə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 19 iyun 2023-cü il tarixli qərar qəbul edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar aparılmış araşdırma nəticəsində öz təsdiqini tapmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1142 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində - qarın nahiyəsində kəsilmiş yara aşkar edilmişdir. Qeyd olunan xəsarət iti kənarlı və ya uclu alətin, ol bilsin ki, bıçağın təsirindən törənmişdir, yetirilmə müddəti tibbi sənəddə göstərilən tarixə xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarət əlçatan nahiyəsində yerləşdiyindən şəxsin özü tərəfindən özünə xəsarət yetirə bilməsi inkar olunmur. Lakin şəxsi axtarış zamanı aparılmış videoçəkilişdə olan görütülərdən, eləcə də təqsirləndirilən şəxsin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrdən müəyyən edilir ki, qeyd olunan xəsarət təqsirləndirilən şəxsə polis əməkdaşları tərəfindən saxlanılarkən onun özü tərəfindən özünə yetirilmişdir. Digər tərəfdən Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı, eyni zamanda ibtidai istintaq zamanı ona verilən suallara cavab olaraq, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilmədiyini, aşkar edilmiş narkotik və elektron tərəzinin ona məxsus olduğunu, şəxsi istifadəsi üçün aldığını, elektron tərəzini isə narkotik vasitə alarkən çəkidə aldadılmaması üçün üzərində gəzdirdiyini bildirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, sadalanan sübutlar Təqsirləndirilən şəxs istinad olunmuş əməlin törədilməsinə aidiyyətinin və təqsirliliyinin təsdiqinə kifayətdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə bəraət verilməsi barədə müdafiə tərəfinin çıxışlarının dəlilləri əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CMnin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halın olmasını, cəzanı ağırlaşdıran hallarının mövcud olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 16 noyabr 2022-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və onun 2017-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə ərazi narkoloji xəstəxanasında qeydiyyatda durması nəzərə alınmalıdır. Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan 3 ədəd bükümdə 0,740 qram heroin və 01 ədəd elektron tərəzi məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd DVD disk isə iş materiallarında saxlanmışdır. Məhkəmə məhkəmə məsfərləri ilə əlaqədar qeyd edir ki, ekspertiza tədqiqatının dəyəri 60 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3(üç) il 6(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 16 noyabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və onun 2017-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə ərazi narkoloji xəstəxanasında qeydiyyatda durması nəzərə alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan 3 ədəd bükümdə 0,740 qram heroin və 01 ədəd elektron tərəzi məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd DVD disk isə iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-100/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-100/2023
20.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver