Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-100/2025 24.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə və müdafiəçi Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirlən şəxs: 18 09.2007-cı ildə Lənkəran rayonunda anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, Lənkəran rayonu Separadı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, məhkum olunmamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, saxlanc yerinə qanunsuz daxil olaraq oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayət əməlini törətmişdir. Belə ki, o, xx.xx.2025-cı il tarixdə gecə saat 02 radələrində yaşadığı Lənkəran rayonu Separadi kəndində oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə, həmkəndlisi Zərərçəkmiş şəxs Lənkəran rayonu Separadı kəndində yerləşən ərzaq mağazasına mağazanın sol tərəfində olan plastik pəncərəni aralayıb açaraq oradan saxlanc yeri hesab olunan mağazaya qanunsuz daxil olmaqla, kassanın üzərindən 1 ədədinin qiyməti 1 manat, cəmi qiyməti 33 manat olan 33 (otuz uç) ədəd “snickers” şokaladlarını, vitrindən 1 qutu 500 qram çəkidə 12 manat qiymətində “Azərçay” markalı, 1 qutu, 500 qram çəkidə 14 manat qiymətində Beta Tea markalı və 1 qutu 1 kilqram çəkidə 22 manat qiymətində “Berqa” markalı çayları, 1 paketinin qiyməti 6 manat, cəmi qiyməti 18 manat olan 3 (üç) paket “Ovçular” markalı sosisləri, kassada olan 13 manat və 81 manat olan bir manatlıq pul əskinasları olmaqla Zərərçəkmiş şəxs məxsus ümumilikdə 192 (bir yüz doxsan üç) manat qiymətində əmlakı saxlanc yeni olan mağazaya qanunsuz daxıl olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə iclasında qanuni nümayəndə və müdafiəçinin iştirakı ilə dindirilmiş dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib göstərmişdir ki, valideynləri ilə birlikdə yaşayır. Subaydır, rəsmi olaraq heç bir yerdə işləmir. Atası da heç bir yerdə işləmir, anası isə Separadi kənd uşaq baxçasında təmizləyici işləyir. Bacısı Nərmin ailə həyatı qurub ailəsi ilə birlikdə Zaqatala rayonunda yaşayır. Lənkəran rayonu Separadi kənd sakini Zərərçəkmiş şəxs onun həmkəndlisidir, onunla münasibəti normaldır. Zərərçəkmiş şəxs Lənkəran rayon polis şöbəsinə ünvanladığı şikayət ərizəsi ilə tanış olmuş və bu barədə bildirmişdir ki, kasıb yaşayırlar. Dolanışıqları yalnız anasının 350 manat əmək haqqına bağlıdır. Evlərində ərzaq qurtarmış, yeməyə heç bir ərzaq qalmamış və 01 yanvar 2025-ci ildə anası Ülviyyə bacısı Nərminin yaşadığı Zaqatala rayonuna onlara baş çəkməyə getmişdir. 26 yanvar 2025-ci il tarixdə atası Turab Quba şəhərinə qonşusu Rafiq ilə ona satmaq uçun alma gətirməyə kömək etməyə getmişdir. O evdə tək qalmış və qərara gəlmişdir ki, oğurluq etsin. O, əvvəllər sitrus bağında işləmiş, ona görə də üzərində həmişə ağac budamaq üçün qayçı gəzdirmişdir. Beləliklə də, 28 yanvar 2025-cı ıl tarixdə gecə saat 02 radələrində Lənkəran rayon Separadi kəndi ərazisində gəzərkən Zərərçəkmiş şəxs mağazasının yanından keçmiş, həmin vaxt mağazadan oğurluq etməyi düşünmüş və mağazanın pəncərəsinə əli çatmadığını görüb ətrafa göz gəzdirmişdir. Sonra pəncərəyə yaxın, divara söykənmiş bır metr uzunluğunda və bir metr enində taxta görmüş, həmin taxtanı pəncərənin yanına gətirib divara dayamışdır. Tanınmamaq üçün başına qara rəngli papaq, sifətini isə qara rəngli parça materialdan olan boğazlıqla örtmüşdür. Divara dayadığı taxtanın üstünə çıxdıqdan sonra əli plastik materialdan düzəldilmiş pəncərəyə çatmış və üzərində gəzdirdiyi qayçı ilə plastik pəncərəni aralamış, pəncərə də açılmışdır. Həmin pəncərədən mağazaya daxil olmuş və sonra özü ilə götürdüyü qara rəngli məktəb çantasının içərisinə kassanın üstündə olan snikers şokaladlarını qutusu ilə birlikdə oğurlayıb qoymuşdur. Daha sonra özü ilə gətirdiyi çantaya mağazada vitrindən cəmi üç qutu olmaqla, bir qutu bir kiloqram “Berqa”, bir qutu 500 qram “Beta Tea” və bir qutu 500 qram olan “Azərçay” çaylarını da qoymuşdur. Bundan sonra kassanı axtarmağa başlamış və kassadan xırda dəmir pullar, bir manatlıq pul əskinaslarını tapıb onları da çantana qoymuş, vitrindən isə uç paket hər paketin içərisində 10 ədəd olan ovçular markalı sosisləri də oğurlayıb çantasına qoymuşdur. Daha sonra mağazanın arxa tərəfinə açılan qapını içəridən açıb mağazadan çıxıb evinə getmişdir. Evdə heç kim olmamış, pulları sayanda 81 manat bir manatlıq pul əskinasları və 13 manatlıq isə xırda dəmir pulların olduğunu görmüşdür. Hazırda Zərərçəkmiş şəxsla barışmışlar, ona dəymiş ziyanı ödəmişdir və Hüseynin ondan heç bir şikayət və tələbi yoxdur. Əməlindən çox peşmandır. Barəsində ən yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Separadi kəndində ailəsilə birlikdə yaşayır. 15 ildən artıqdır ki, ticarət ilə məşğul olur. Yaşadığı Lənkəran rayonu Separadi kəndində özünə məxsus ərzaq dükanı var və həmin dükanı özü işlədir. Hər gun səhər saat 09 radələrındə dükanı açır, axşam saat 19-20 radələrındə bağlayır. 28 yanvar 2025-ci il tarixdə mağazada oğurluq hadisəsi baş verməsi barədə Lənkəran şəhər rayon polis şöbəsinə ərizə ilə maraciət etmişdir. İşlətdiyi dükanında heç vaxt oğurluq hadisəsi baş verməmişdir. Lakin 27 yanvar 2025-ci il tarixdə mağazanı eyni vaxtda bağlayıb evinə getmişdir. Səhər saat 09 radələrində mağazanı açmış və kassaya yaxınlaşanda kassanın açıq olduğunu, ətrafında olan əşyaların yerində olmadığını gormuşdur. Bundan sonra mağazanın ətrafına göz gəzdirmiş və mağazanın sol tərəfində olan pəncərənin açıq olduğunu görüb mağazanın həyətinə çıxmış və həmin pəncərənin yanına gedəndə ona məlum olmuşdur ki, namlum şəxs və ya şəxslər mağazanın divarına yaxın olan taxta materialdan hazırlanmış bir metr hündürlüyündə üzərinə kisə qoyulmaq üçün nəzərdə tutulmuş əşyanı pəncərənin altında divara dayayaraq həmin taxtanın üzərinə çıxıb plastik pəncərəni hər hansı bır əşya ilə aralamaqla mağazanın içərisinə daxıl olmuşlar. Bundan sonra DİN-nın 102 xidmətinin çagrı zəng mərkəzinə məlumat vermişdir. O mağazada nələrin oğurlanması ilə maraqlananda ona məlum olmuşdur ki, kassanın üzərində qoyduğu hər birinin qiyməti bir manat olmaqla 33 ədəd sinkers şokaladlarını, kassadan 13 manat, 81 manat bir manatlıq pul əskinaslarını, 12 manat qiymətində bir paçka 500 qram çəkidə “Azərçay” markalı çayı, bir qutu 14 manat qiymətibdə “Beta Tea” markalı çayı, bir qutu 22 manat qiymətində ”Beqa”markalı çayı, hər birinin qiyməti 6 manat olan cəmi 18 manat qiymətində 3 paket sosislər oğurlanmışdır Bundan sonra polis əməkdaşları mağazaya baxış keçirmişlər, fotoşəkillər çəkilmiş, müvafiq sənədləşmələr aparılmış, protokol tərtib olunmuş, o da protokolla tanış olub imza etmişdir. Sonradan ona məlum olmuşdur ki, mağazasından oğurluq edən şəxs həmkəndlisi Təqsirləndirilən şəxsdur. Hazırda Təqsirləndirilən şəxsla barışmış və ona dəyən ziyan ödənilmişdir. Elşada qarşı heç bir şikayət və tələbi yoxdur. Eyni məzmunda ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 Ağaəli oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin əməliyyat müvəkkili vəzifədə xidmət edir. Lənkəran rayon Separadi kənd sakini Zərərçəkmiş şəxs 28 yanvar 2025-ci tarixdə Lənkəran ŞRPŞ-nə ərizə ilə müraciət edərək həmin tarixdə, gecə saatlarında yaşadığı Separadi kəndində yerləşən ərzaq mağazasından naməlum şəxslər pəncərədən mağazaya daxil olaraq oradan ümumi qiyməti 48 manat olan üç paçka çay, ümumi qiyməti 18 manat olan üç paçka ovçular markalı sosisləri, 33 ədəd tum, qiyməti 33 manat olan sinikers şokaladlarını, 13 manat və 81 manat pul əskinazlarını oğurlamışlar. Həmin məlumat əsasında tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilmişdir və nəticə olaraq müəyyən edilmişdir ki, Lənkəran rayonu, Separadi kənd sakini Zərərçəkmiş şəxs mağazasından oğurluq hadisəsi törədən şəxs onun həmkəndlisi Təqsirləndirilən şəxsdur. Odur ki, Məmmədov X2 ŞRPŞ-nə dəvət olunmuş, şöbədə onunla şifahi söhbət aparılmış və o, həmkəndlisi Zərərçəkmiş şəxs mağazasından 28 yanvar 2025 tarixdə, gecə saat 02 radələrində 3 paçka çay, 3 paçka sosis, 33 ədəd snikers şokaladlarını, 13 manat qəpik pul, 81 manat pulları oğurladığını, həmin oğurladığı ərzaq məhsullarını və pulları evində gizlətdiyini etiraf etmişdir. Daha sonra Təqsirləndirilən şəxs oğurladığı ərzaq məhsulları və pullar onun yaşadığı evində təhqiqatçı tərəfindən götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Lənkəran ŞRPŞ-nin İTB-nin sahə rəisi Şahid2 Şahid1 Ağaəli oğlu ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Təqsirləndirilən şəxsin müvafiq cinayət əməlini törətməsi faktı özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi və şahid ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. İşdə olan 28 yanvar 2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə olunmuş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi Lənkəran rayonu Separadi kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus mağazada baş vermiş, Təqsirləndirilən şəxs tərəfindən həmin mağazadan ərzaq məhsulları və pul əskinazları oğurlanmışdır. İşdə olan 26 fevral 2025-ci il tarixli 320 saylı arayışdan görünür ki, Məmmədov X2 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. İşdə olan 30 yanvar 2025-ci il tarixli "xxxx" MMC tərəfindən verilmiş rəydən görünür ki, bir ədədinin çəkisi 50 qram olan 33 ədəd snikers şokaladının 1 ədədinin qiyməti 1 manat olmaqla, cəmi qiyməti 33 manat, bir qutu çəkisi 500 qram olan "Azərçay” markalı çayın qiyməti 11 manat, bir qutu çəkisi 500 qram olan "Beta Tea" markalı çayın qiyməti 14 manat, bir qutu çəkisi 1 kiloqram olan “Berqa” markalı çayın qiyməti 22 manat, üç paket bır paketi 500 qram olan “Ovçular” markalı sosislərin bir paketinin qiyməti 6 manat olmaqla cəmi qiyməti 18 manatdır. İşdə olan DİN-nin BƏSİİ-nin 17 fevral 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan 12 aprel 2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Məmmədov X2 rayonu Separadi kəndində valideynlərilə birlikdə yaşayır, onun barəsində yayayış yeri üzrə şikayətlər daxil olmamışdır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 yanvar 2025-ci ildə saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan “Tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulması ilə əlaqədar saxlandığı Lənkəran ŞRPŞ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İşdə olan 30 aprel 2025-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə təqdim etdiyi 33 ədəd snikers şokaladları, bir qutu 500 qram çəkidə “Azərçay" markalı çay, bir qutu 500 qram çəkidə “Beta Tea” markalı çay, bir qutu 1 kiloqram çəkidə “Berqa" markalı çay, 3 paket “Ovçular” markalı sosislər, 13 manat qəpik və 81 manat bir manatlıq pul əskinasları maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibinə təhvil verilmişdir. İşdə olan 07 fevral 2025-ci il tarixli qəbzdən görünür ki, mağazasından oğurlanmış 33 ədəd snikers şokaladları, bir qutu 500 qram çəkidə “Azərçay" markalı çay, bir qutu 500 qram çəkidə “Beta Tea” markalı çay, bir qutu 1 kiloqram çəkidə “Berqa" markalı çay, 3 paket “Ovçular” markalı sosislər, 13 manat qəpik və 81 manat bir manatlıq pul əskinasları sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs oğlu tərəfindən ona dəymiş ziyan ödənilmiş, barışmışlar və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 1, 7,10 və 26-cı bəndlərində göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmçinin CM-nin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 177.2.3-cü maddəsinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi və təqsirləndirilən şəxslərə bəraət verilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs – xx.xx.2007-ci il təvəllüdlü olmaqla cinayəti törədən vaxt yetkinlik yaşına çatmamışdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.2-cu maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədildiyini, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışmasını və Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın tam ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyası çərçivəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin 29 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət (həbsdə saxlanılmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla) azadlığın məhdudlaşdırılması cəzasının 4 gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılmalıdır. Bu zaman nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Qeyd olunan Məcəllənin 86.2-ci maddəsinə əsasən isə cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan başqa CM-nin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, məhkumun islah olunmasına kömək edən digər əlavə vəzifələr müəyyən edə bilər. Məhkəmə Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində secilmiş ”polisin nəzarəti altına vermə” qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan 33 ədəd snikers şokaladı, 1 qutu 500 qram çəkidə “Azərçay” markalı, bir qutu “Beta Tea” markalı, bir qutu 1 kq çəkidə “Berqa” markalı çaylar, 3 paket “Ovçular” markalı sosiska, cəmi 13 manat təşkil edən qəpik pul və 81 manat 1 manatlıq pul əskinaslarının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi - 60 manat Cənub Qiymətləndirici MMC-nin hesabına (kod 504357 VOEN 990001901, M/h AZ80NABZ********************, SWİFTBRESAZ22, İBAN AZ11BRES********************) Təqsirləndirilən şəxs tutulub köçürülməlidir. İş üzrə mülki iddia tələbinin olmaması nəzərə alınsın. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 428-435-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 yanvar 2025-ci il tarixdən 30 yanvar 2025-ci il tarixədək 2 gün şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı müddət bir günə iki gün hesabı ilə hesablanmaqla, 4 gün cəza müddətindən çıxılmaqla onun üzərində 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ”polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməsin. Hökmün icrası Lənkəran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan 33 ədəd snikers şokaladı, 1 qutu 500 qram çəkidə “Azərçay” markalı, bir qutu “Beta Tea” markalı, bir qutu 1 kq çəkidə “Berqa” markalı çaylar, 3 paket “Ovçular” markalı sosiska, cəmi 13 manat təşkil edən qəpik pul və 81 manat 1 manatlıq pul əskinaslarının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi - 60 manat Cənub Qiymətləndirici MMC-nin hesabına (kod 504357 VOEN 990001901, M/h AZ80NABZ********************, SWİFTBRESAZ22, İBAN AZ11BRES********************) Təqsirləndirilən şəxs tutulub köçürülsün. İş üzrə mülki iddia olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirlənşəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №1(049)-100/2025
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-100/2025
24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver