Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-101/2023 22.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ saat 12:56 Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Ələsgər oğlunun iştirakları ilə, xx xxxxxxx 1996-cı ildə Lənkəran rayonu Aşağı Nüvədi qəsəbəsində doğulmuş, Аzərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, sonuncu dəfə Lənkəran Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 1(049)-45/2021 №-li hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin amnistiya elan edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarının 2.4-cü bəndinə əsasən 18 noyabr 2021-ci il tarixdə cəzadan azad edilmiş və həmin qərarla məhkumluğu götürülmüş, Lənkəran rayonu, Aşağı Nüvədi kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin oktyabr ayında Lənkəran rayonunda satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda təsiredici maddəsinin ümumi miqdarı – 0,08 qram (bir həbdə 0,04 qr) olan bir ədəd konvalyut kəsiyində ümumi sayı 2(iki) ədəd qəhvəyi rəngli dairəvi formalı narkotik vasitə hesab edilən metadon həblərini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, bu barədə məlumat almış Lənkəran ŞRPŞ-nin əməkdaşlarının 15 oktyabr 2022-ci il tarixdə saat 17:35-da Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsində keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin küçədə piyada hərəkətdə olarkən saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra barəsində şəxsi axtarış keçirilərkən qeyd olunan çəkidə və sayda narkotik vasitə metadon həbləri konvalyut kəsiyində əynində olmuş şalvarın sol yan cibindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, o, Lənkəran rayonu Aşağı Nüvədi qəsəbəsində ailə üzvlərilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir. Əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Sonuncu dəfə 19 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinib, Lənkəran rayon məhkəməsinin hökmü ilə 01 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Narkotik vasitələrin aludəçisi olduğuna görə həmin maddələrdən istifadə etmədikdə bədənində şiddətli ağrılar olur. Cəzadan azad oldunduqda son 6 aydır ki, yenidən narkotik vasitələrdən istifadə edir. Qəbul etmək üçün narkotik vasitələri Lənkəran rayonun müxtəlif ərazilərindən alıb qəbul edir. 15 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində narkotik vasitə əldə edib istifadə etmək üçün yaşadığı evdən çıxıb, Lənkəran rayonu Sütəmurdov kəndi ərazisinə getmişdir. Lənkəran rayonu Sütəmurdov kəndində olan zaman əvvəllər narkotik vasitə metadon aldığı, üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsi görüb həmin şəxsə yaxınlaşıb istifadəsi üçün narkotik vasitə metadon olub-olmadığını soruşmuşdur. Bu zaman həmin şəxs ona onda narkotrik vasitə olan iki ədəd metadon həbi olduğunu və 10 manata satdığını bildirmişdir. Bu zaman ona 10 manat pulu verib, 2 ədəd metadon həbini almışdır. Bir müddət onunla qalıb söhbət edib, siqaret çəkdikdən sonra həmin şəxslə sağollaşmış və Lənkəran rayonu Sütəmurdov kəndi ilə piyada hərəkət etməyə başlamışdır. Həmin tarixdə saat 17 radələrində piyada Lənkəran rayonu Aşağı Nüvədi qəsəbəsinə doğru hərəkət edən zaman mülki geyimdə olan bir neçə şəxs ona yaxınlaşıb polis əməkdaşları olduğunu bildirib, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Ona narkotik maddələrin qanunsuz saxlanılması və məşğul olmağı barədə məlumatları olduğunu deyib, onu Lənkəran şəhər rayon polis şöbəsinə gətirmişlər. Lənkəran şəhər rayon polis şöbəsinin inzibati binasında ona şübhəli şəxs kimi tutulduğunu elan edib, onun üçün müdafiəçi dəvət edib, müdafiəçinin iştirakı ilə üzərində axtarış aparmağa başlamışlar. Üzərinə axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan edilmiş əşya, predmet və maddə olduğu təqdirdə onları təqdim etməyim təklif olunmuşdur. O də üzərində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd “Samsung A20” markalı mobil telefonu, sol yan cibinndən isə iki ədəd konvalyut kəsiyinin içərisində olan 2 ədəd metadon həblərini təqdim etmişdir. Şifahi suallara cavab olaraq, narkotik vasitələrdən əvvəllər istifadə etdiyi üçün bədənimdə şiddətli ağrılar olduğuna görə metadon həblərindən istifadə etdiyini, həmin həbləri Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən “Xəzər Lənkəran” stadionun yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyim şəxsdən aldığını bildirmişdir. Daha sonra polis əməkdaşı tərəfindən üzərinə axtarış aparıldıqda üzərimdən başqa hər hansı predmet, əşya aşkar edilməmişdir. Üzərimdən aşkar edilmiş 2 ədəd metadon həbləri elektron tərəzidə çəkilmiş, çəkisi 1,47 qram olmuşdur. Sonra aşkar olunmuş 2 ədəd konvalyut kəsiyində metadon həbləri ekspertizaya təqdim olunması məqsədilə kağız paketə qoyub bağlanmış və möhürlənmişdir. Zərflərin üstünü o və müdafiəçim Müdafiəçi tərəfindən imzalanmışdır. Üzərindən aşkar edilmiş mobil telefon isə iş üçün əhəmiyyət daşıdığı üçün götürülmüşdür. Üzərinə axtarış keçirilməsi prosesi zamanı videoçəkiliş aparılmışdır. Axtarış aparılması barədə protokol yazıb onlara oxumuşlar. Protokolu o və başqa iştirakçılar tərəfindən imzalanmışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmadığını, narkotik vasitələrin şəxsi istifadə məqsədilə üzərində saxladığını və polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zor tətbiq edilmədiyini göstərmişdir. Təqsirləndirilən şəxs son sözündə bildirmişdir ki, 10 aydır ki, narkotik vasitə istifadə etmir. Əməlindən peşimandır. Bir daha narkotik vasitələr istifadə etməyəcəkdir. Ailəsinə yeganə qazanc gətirən şəxsidir, daimi yaşayış yerinin olmasını və yaşını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərmişdir ki, o, Lənkəran şəhər rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edirəm. Polis baş leytenantı rütbəsindədir. İcraatına Lənkəran rayonu Aşağı Nüvədi qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması, üzərində gəzdirməsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Belə ki, daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik etmək ona həvalə edilmişdir. Bildirirəm ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qərəzli münasibətləri də, olmamışdır. İşin mahiyyəti üzrə bildirmişdir ki, 15 oktyabr 2022-ci il tarixdə, saat 17:35 dəqiqədə Təqsirləndirilən şəxs Lənkəran rayonu Aşağı Nüvədi qəsəbəsində piyada hərəkət etdiyini görüb onu nəzarətə götürüb, ona yaxınlaşaraq özlərinin polis əməkdaşları olduğunu təqdim edib, üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini bildirib və onu şöbəyə dəvət etdik. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da, əynində olan şalvarın sol yan cibindən list kəsiyində 2(iki) ədəd dairəvi formada olan həb və sol yan cibindən isə 1 ədəd Samsung markalı mobil telefonu təqdim etmişdir. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş həblərin narkotik vasitə metadon həbləri olduğunu və onları şəxsi istifadə məqsədilə saxlanıldığı gün Lənkəran rayonu Sütəmurdov kəndində tanımadığı şəxsdən aldığını bildirdi. Şəxsi axtarış zamanı Ələsgər Həsənzadnin üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra götürülmüş həblər ekspertizaya göndərilməsi məqsədilə zərflərə qoyularaq möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Həsən Ələsgərzadənin narkotik vasitələrin üzərində əldə edib üzərində saxlaması, satışı ilə bağlı əməliyyat məlumatları daxil olduğunu, lakin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmadığını göstərmişdir. Məhkəmə istintaqında Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 15 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. «Şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, 15 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, axtarış zamanı əynində olan şalvarının sol cibindən bir ədəd list kəsiyində 2(iki) ədəd narkotik vasitə metadona bəznər həblər aşkar olunaraq götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının 16 oktyabr 2022-ci il tarixli, 19/1091 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs məxsus təqdim etdiyi narkotik vasitələr...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 02 ədəd qəhvəyi rəngli dairəvi formalı həblər metadon dərmanlarıdır. Ekspertizanın keçirilməsi üçün metadondan 1-ədəd istifadə edilmiş, 1-ədəd metadon qalıq qalmışdır. Ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertiza tədqiqatlarının dəyəri 60(altmış) manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 17 oktyabr 2022-ci il tarixli, 1076 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında 2018ci ildən «Opium narkomanlığı» diaqnozu ilə qeydiyyatda durur. Maddi sübut hesab edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi miqdarı -0,08 qram (bir həbdə 0,04 qr) olan bir ədəd konvalyut kəsiyində ümumi sayı 02 (iki) ədəd qəhvəyi rəngli dairəvi formalı narkotik vasitə hesab edilən metadon həbləri və şəxsi axtarış zamanı videoçəkilişə dair 1 ədəd DVD disk maddi sübut kimi tanınmış, metadonun ekspertizadan sonra qalıq qalmış hissəsinin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsi, 1 ədəd DVD diskin isə iş materiallarında saxlanılması qərara alınmışdır. Lənkəran Rayon Məhkəməsinin 4(049)-327/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 15 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş arayışdan, hökmlərin və qərarların surətindən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən CM-nin 180.2.1, 180.2.4 və 180.2.5-ci maddələri ilə təqsirli bilinib, 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə, cəzası 4 ilə endirilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli sərəncamına əsasən əfv edilərək, cəzasının çəkilməmiş hissəsindən azad olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 62-ci maddəsi tətbiq olunmaqla qəti olaraq 2 ay 26 gün müddət azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2018-ci il tarixdə cəzasını tam çəkib qutarmışdır. Bundan başqa Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 11 saylı Cəzaçəkmə Müəssisəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə, barəsində «8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndi tətbiq olunaraq cəzadan azad olunmuş, azad olunmanın barəsində tətbiq edilmiş narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 7(049)-540/2021 №-li, xx.xx.2021ci il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv olunmuşdur. 09 aprel 2003-cü il tarixli Diplomdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs «geri yə bədən qaldırma üzrə» 1 saat 44 dəqiqə 25 saniyədə 3000 dəfə təkrarlamaqla dünya rekorduna nail olmuşdur. Lənkəran şəhər İHB-nın Aşağı-Nüvədi qəsəbəsinin inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış-xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri atası X4 və anası X5 ilə birlikdə Lənkəran rayonu Aşağı Nüvədi qəsəbəsində qeydiyyatında olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, bunu tamamlayan şahid ifadələri, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı dövründə təqsirini etiraf etməsi, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunması və idman (geri bədən qaldırma üzrə) üzrə dünya rekordrçusu olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Belə ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 11 saylı Cəzaçəkmə Müəssisəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə, barəsində «8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndi tətbiq olunaraq cəzadan azad olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə ləğv olunmuşdur. «8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 7-ci bəndinə əsasən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluğun götürülməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini(aşkar edilmiş narkotik vasitə olan metodonun miqdarını), Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini, 7(yeddi) ay 7(yeddi) gün həbsdə olmasını və islah olunmasını nəzərə alaraq Təqsirləndirilən şəxs CMnin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbsdə saxlanıldığı müddət həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəuyğundur. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin 15 oktyabr 2022-ci il tarixdən hesablanmaqla, həbs saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesalansın və ona təyin edilmiş 7(yeddi) ay 7(yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası çəkilmiş hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinə dəyişdirilməli, o dərhal məhkəmə iclası zalından həbsdən azad edilməli və «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və onun ərazi narkoloji xəstəxanasında qeydiyyatda olması nəzərə alınmalıdır. Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan 1 həb miqdarında narkotik vasitə metadon məhv edilməli, həmin Məcəllənin 132.0.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə məsrəfləri ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 60(altmış) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib barəsində 7(yeddi) ay 7(yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 15 oktyabr 2022-ci il tarixdən hesablanmaqla, həmin tarixdən 22 may 2023-cü il tarixədək həbs saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesalansın və ona təyin edilmiş 7(yeddi) ay 7(yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası çəkilmiş hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinə dəyişdirilsin, o dərhal məhkəmə iclası zalından həbsdən azad edilsin və «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və onun ərazi narkoloji xəstəxanasında qeydiyyatda olması nəzərə alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan 1 həb miqdarında narkotik vasitə metadon məhv edilsin. Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 60(altmış) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №1(049)-101/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-101/2023
22.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver