Məhkəmə qərarları › İş №1(049)-102/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-102/2023

28.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-102/2023 28.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 16.45 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1972-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2016-cı il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 180.3.3-cü maddəsi ilə təqsirli bilinərək 8 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 09 avqust 2017-ci il tarixli qərarı ilə cəzası 7 il müddətə azadlıqdan məhrumetmə cəzasına endirilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 fevral 2018-ci il tarixli qərarı ilə cəzası 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına endirilmiş, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qərarı ilə 24 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, 21 may 2021-ci il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi, ev 27-də qeydiyyatda olmaqla Lənkəran şəhəri, Ş.Xiyabanı 46/4, mənzil 17-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixiotrop maddə əldə ediərək saxlamаqlа dаşımışdır. Bеlə ki, о, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən, üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,238 qram, 0,261 qram və 0,208 qram, ümumi təmiz çəkisi-0,707 qram olan tiryəkdən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış və 17 oktyabr 2022-ci il tarixdə, Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı həmin günü, saat 14:40-da Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra, polis şöbəsinin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən qeyd olunan bükümlərdə narkotik vasitə heroin və gödəkcəsinin sol yan cibindən bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, uzun müddət narkotik vasitədən istifadə etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2016-cı il tarixli hökmünə əsasən ona azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Qeyd edilən hökm üzrə azadlığa buraxıldıqdan sonra müalicə olunaraq sağalmaq qərarına gəlmişdir. Bu səbəbdən də həkim qəbuluna getmiş və həkim ona tramol və tramadol adında dərmanlar yazaraq onlardan istifadə etməsini bildirmişdir. 17 oktyabr 2022-ci il tarixdə həkim qəbulundan çıxdıqdan sonra qeyd edilən dərmanları almaq qərarına gəlmişdir. Lakin üzərində pulu olmadığı üçün bacısına zəng edərək onu Lənkəran şəhərində yerləşən “Fədək” marketin qarşısında gözlədiyini, onun üçün pul gətirməsini və dərman almaq istədiyini bildirmişdir. Bacısı da ona ona bir qədər gözləməsini bildirmişdir. Bir qədər sonra tanımadığı iki nəfər şəxs ona yaxınlaşaraq onu nəqliyyat vasitəsinə əyləşdirmişlər. Yolda həmin şəxslərin polis əməkdaşları olduqlarını bilmiş və onu Lənkəran ŞRPŞ-nə apardıqları ona məlum olmuşdur. Polis əməkdaşlarından bacısına zəng edib “Fədək” marketin qarşısına gəlməməsini, onu əməliyyatçıların aparmasını deməsi üçün şərait yaratmalarını xahiş etmiş və polis əməkdaşları bu şəraiti onun üçün yaratmışlar. Sonra Lənkəran ŞRPŞ-nə gətirilmiş və orada otaqların birində ona bildirilmişdir ki, üzərinə narkotik vasitə qoyulacaqdır və videoçəkiliş zamanı narkotik vasitənin ona məxsus olduğunu qeyd etməlidir. Daha sonra tanımadığı polis əməkdaşı onun ayağına təpiklə vuraraq “sən narkomansan və ona görə də həbs olunmalısan” demişdir. O da, qorxduğu üçün polis əməkdaşlarına ona deyilən tərzdə ifadə verəcəyini bildirmişdir. Bundan sonra ora müdafiəçi dəvət edilmişdir. Müdafiəçinin iştirakı ilə videoçəkilişin müşahidəsi altında üzərinə baxış keçirilmiş və baxış zamanı ona verilmiş narkotik vasitəni təqdim etmişdir. O, əvvəllər narkotik vasitə istifadə etsə də, son vaxtlar sağalması üçün ümumiyyətlə narkotik vasitə istifadə etməmişdir. Tutularkən də üzərində heç bir narkotik vasitə olmamışdır. Bu səbəbdən də ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmədə verdiyi ifadəsində fərqli olaraq Təqsirləndirilən şəxs cinayət işinin 71- 73-cü vərəqələrində olan və məhkəmə istintaqı zamanı elan edilərək araşdırılmış ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, “ünvan 1 ünvanında qeydiyyatda olsa da, ünvan 2na məxsus evdə anası Nazı Kərimova, qardaşı Elşad Kərimov və qardaşı arvadı Nəzmiyə Kərimova ilə birlikdə yaşayır. X4 17 yaşlı qızı Fatimə ilə birlikdə Bakı şəhərində yaşayır. Rəsmi ayrılmasa da, o, narkotik vasitə istifadə etdiyi üçün arvadı ondan ayrılıb Bakı şəhərinə getmişdir. Rəsmi olaraq heç bir yerdə işləmir. Fəhləlik edərək dolanır. Əvvəllər Azərbaycan Respublikası CM-nin 177 və 180-ci maddələri ilə dəfələrlə məhkum olunmuşdur. 2021-ci ilin aprel ayında azadlığa buraxılmışdır. Təxminən 20 ildir ki, narkotik vasitə istifadə edir. Azadlığa buraxıldıqdan sonra da təkrar narkotik vasitə heroindən ineksiya yolu ilə istifadə edir. Əldə etdiyi narkotik vasitələri Lənkəran şəhərində tanımadığı şəxslərdən alır. Bədənində ağrılar olduğuna görə narkotik vasitə istifadə edir və demək olar ki, hər gün narkotik vasitə istifadə edir. Psixi və ya nevroloji qeydiyyatda deyil. 17 oktyabr 2022-ci il tarixdə, səhər saat təxminən 11 radələrində Lənkəran şəhəri Ləvəngi dairəsi ərazisində olarkən orada adını və yaşadığı ünvanı bilmədiyi, üzdən tanıdığı şəxsdən 3 bükümdə heroin almışdır. Aldığı bükümləri çəkidə onu aldatmaması üçün üzərində olan elektron tərəzi ilə çəkmişdir. Həmin şəxsə ümumilikdə bükümlərə görə 50 manat pul vermişdir. Heroini alıb üzərində saxlamışdır ki, bədənində ağrılar olan zaman istifadə edər. Həmin gün, saat 14 radələrində yaşadığı evin yaxınlığında küçədə piyada gedərkən yanında avtomobil saxlamış, avtomobildən bir neçə mülki geyimli şəxs düşərək ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmişlər və üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməyində şübhələri olduğu üçün üzərinə şəxsi axtarış keçirilməsindən ötrü Lənkəran ŞRPŞ-nə dəvət etmişlər. Həmin vaxt o, polisin nəyə görə saxladığını başa düşüb polis əməkdaşlarına qarşı çıxmamış və birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində otaqların birində ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçilərin siyahısı təqdim edilmiş və o, həmin siyahıdan özünə İntiqam Hüseynovu hüquqlarını müdafiə etməsi üçün seçmişdir. Bundan sonra isə müdafiəçisinin və polis əməkdaşlarının iştirakları ilə üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üstündə qanunsuz əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuşdur. O, da əynində olan şalvarın sağ yan cibində saxladığı 3 bükümdə heroini və sol yan cibindən “Samsung” markalı mobil telefonunu və gödəkcəsinin sol yan cibindən bir ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümlərin ona özünə məxsus olduğunu, istifadəsi üçün üzərində saxladığını, bükümlərin içərisində heroin olduğunu, həmin bükümləri saxlanılan günü Ləvəngi deyilən ərazidə tanımadığı şəxsə ümumilikdə 50 manat verməklə aldığını bildirmişdir. Həmin kütlələr iştirakı ilə elektron tərəzidə çəkilmiş və heroinlərin çəkisi 0,79qram olmuşdur. Şəxsi axtarış zamanı üzərindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Sonda götürülmüş bükümlər və elektron tərəzi ekspertizaya göndərilməsindən ötrü ayrı-ayrı zərflərdə qablaşdırılaraq möhürlənmişdir. Zərflərin üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Müdafiəçisinin ona verdiyi suallara cavab olaraq bildirmişdir ki, saxlanılarkən və polis şöbəsində olarkən ona qarşı polis əməkdaşları tərəfindən zor, güc, təzyiq olunmamış, polis əməkdaşlarından şikayəti yoxdur. Narkotik vasitəni əldə etdiyi şəxs arıq, orta boylu, qaraşın, 50 yaşlarında birisi olmuşdur. Ləvəngi ərazisində, yolun kənarında narkotik vasitələrin satışı ilə məşğul olur. O, ***-***-**-** saylı mobil nömrədən istifadə edir. Məhkəmə iclasında dindirilmiş Şahid2 оğlu ifаdəsində göstərdi ki, 17 oktyabr 2022ci il tarixdə ünvan 1-də qeydiyyatda olmaqla Lənkəran şəhəri Ş.Xiyabanı küçəsi 46/4 mənzil 17 ünvanında yaşayan 1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində saxlaması və satışı ilə məşğul olması barədə Şahid3 icraatına əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və o da, qeyd edilən əməliyyatda iştirak etmişdir. Həmin tarixdə, saat 14 radələrində Kərimov X2 şəhəri Ş.Xiyabanı küçəsində piyada hərəkətdə olarkən saxlanılmışdır. Özlərini Təqsirləndirilən şəxs təqdim edərək saxlanılmasının səbəbini izah edərək onu Lənkəran ŞRPŞ-nə gətirmişlər. Lənkəran ŞRPŞ-də xidməti otaqların birində videoçəkiliş vasitəsilə, dəvət olunmuş müdafiəçinin iştirakı ilə ilk olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, daha sonra üzərində axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan gödəkcəsinin sol yan cibindən bir ədəd elektron tərəzi, şalvarının sol yan cibindən bir ədəd “samsung” markalı mobil telefon və şalvarının sağ yan cibindən şəffaf sellofan bükümdə 3 ədəd büküm çıxarıb təqdim edərək bükümlərin içərisində heroin olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş digər əşya və ya predmet aşkar olunmamışdır. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla baxışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmədə ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid3 оğlu ifаdəsində göstərmişdir ki, 17 oktyabr 2022-ci il tarixdə ünvan 1-də qeydiyyatda olmaqla Lənkəran şəhəri Ş.Xiyabanı küçəsi 46/4 mənzil 17 ünvanında yaşayan 1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində saxlaması və satışı ilə məşğul olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat tərəfindən raportla Lənkəran ŞRPŞ-nin rəisinə məruzə olunmuş, məlumatın yoxlanılması şöbənin rəhbərliyi tərəfindən ona həvalə edilmiş, məlumatın yoxlanılmasını təmin etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün tərəfindən qərar qəbul olunmuşdur. Qərar təsdiq olunduqdan sonra rəhbərliyin göstərişinə əsasən əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində onunla birlikdə polis əməkdaşları Şahid1 və Şahid2 iştirak etmişdir. Həmin tarixdə, saat 14 radələrində Kərimov X2 şəhəri Ş.Xiyabanı küçəsində piyada hərəkətdə olarkən saxlanılmış, Təqsirləndirilən şəxs saxlama səbəbi izah olunduqdan sonra rayon polis şöbəsinə gətirilmişdir. Lənkəran ŞRPŞ-də xidməti otaqların birində videoçəkiliş vasitəsilə, dəvət olunmuş müdafiəçi İntiqam Hüseynovun iştirakı ilə ilk olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, daha sonra üzərində axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan gödəkcəsinin sol yan cibindən bir ədəd elektron tərəzi, şalvarının sol yan cibindən bir ədəd “samsung” markalı mobil telefon və şalvarının sağ yan cibindən şəffaf sellofan bükümdə 3 ədəd büküm çıxarıb təqdim edərək bükümlərin içərisində heroin olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı Orucəli Mürşüdzadə tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş digər əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış 3 bükümdə narkotik vasitə heroinə bənzər kütlənin çəkisi elektron tərəzidə çəkilərək təxmini 0,79 qram olması müəyyən edilmiş, kütlələr və elektron tərəzi götürülərək ekspertizaya təqdim olunması üçün ayrı-ayrı zərflərdə qablaşdırılmış, AR DİNnin 135 saylı möhürü ilə möhürlənmişdir. Həmçinin iş üçün əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış bir ədəd “Samsung” markalı mobil telefon təhqiqatçı tərəfindən götürülmüşdür. Zərflərin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş kütlələr narkotik vasitə heroindir, həmin kütlələr özünə məxsusdur, həmin kütlələri Lənkəran şəhəri “Ləvəngi” dairəsində tanımadığı şəxsdən öz istifadəsi üçün ümumilikdə 50 manata almışdır, şəxsi istifadəsi üçün üzərində saxlamışdır, narkotik vasitələrin satışı ilə məşğul olmur, elektron tərəzidən narkotik vasitə alarkən qədərini bilmək, çəkidə aldatmamaları üçün üzərində saxlamışdır. Müdafiəçi İntiqam Hüseynovun verdiyi suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, saxlanılarkən, polis şöbəsinə gətirilərkən və ya sonrakı mərhələlərdə polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki, psixi zor tətbiq olunmamış, polis əməkdaşlarından şikayəti yoxdur. Daha sonra protokol tərtib olunmuş, ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığından iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs da heç bir təzyiq altında olmadan tərtib olunmuş sənədlərlə tanış olub imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və satışı ilə məşğul olması barədə şöbədə məlumat olmuş, keçirilmiş əməliyyat tədbirləri zamanı da Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisi olmaqla, satış məqsədilə əldə etdiyi narkotik vasitələri xırda bükümlərə bölərək narkoman tanışlarına satırmış. Lakin əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi və satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə məhkum edilmiş Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ağırlıq dərəcəsini yaxşı bildiyindən, məsuliyyətdən yayınmaq üçün yalan olaraq saxlanılıb üzərində şəxsi axtarış aparılarkən və ifadələrində aşkarlanmış narkotik vasitəni öz istifadəsi üçün üzərində saxladığını demişdir. Təqsirləndirilən şəxs Lənkəran rayonu ərazisində narkotik vasitələrin satışı ilə məşğul olması barədə şöbədə məlumat olmuş və üzərindən aşkarlanmış narkotik vasitələrin bükümlərinin çoxluğundan, həmçinin elektron tərəzidən də görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi olmaqla satışı ilə də məşğul olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroini kimə və ya kimlərə satacağı istiqamətdə əməliyyat tədbirləri keçirilməsinə baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Lakin Təqsirləndirilən şəxs konkret olaraq bir şəxsə heroin satmayacaqmış, buna görə də, aşkarlanmış həmin heroini xırda bükümlərə bölüb daha baha qiymətə satmaq məqsədilə özü ilə elektron tərəzi də saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış narkotik vasitəni əldə etdiyi şəxsi ifşa etməmək üçün narkotik vasitələri əldə etdiyi şəxsi tanımadığını bildirmişdir. Həmin şəxsin kimliyini müəyyən etmək məqsədilə əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Məhkəmədə ifadəsi elan edilməklə araşdırılmış Şahid1 ifadəsində göstərmişdir ki, 17 oktyabr 2022-ci il tarixdə ünvan 1-də qeydiyyatda olmaqla Lənkəran şəhəri Ş.Xiyabanı küçəsi 46/4 mənzil 17 ünvanında yaşayan 1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində saxlaması və satışı ilə məşğul olması barədə Şahid3 icraatına əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və o da, qeyd edilən əməliyyatda iştirak etmişdir. Həmin tarixdə, saat 14 radələrində Kərimov X2 şəhəri Ş.Xiyabanı küçəsində piyada hərəkətdə olarkən saxlanılmışdır. Özlərini Təqsirləndirilən şəxs təqdim edərək saxlanılmasının səbəbini izah edərək onu Lənkəran ŞRPŞ-nə gətirmişlər. Lənkəran ŞRPŞ-də xidməti otaqların birində videoçəkiliş vasitəsilə, dəvət olunmuş müdafiəçinin iştirakı ilə ilk olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, daha sonra üzərində axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan gödəkcəsinin sol yan cibindən bir ədəd elektron tərəzi, şalvarının sol yan cibindən bir ədəd “samsung” markalı mobil telefon və şalvarının sağ yan cibindən şəffaf sellofan bükümdə 3 ədəd büküm çıxarıb təqdim edərək bükümlərin içərisində heroin olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş digər əşya və ya predmet aşkar olunmamışdır. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla baxışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır Cinayət işinin 31-32-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Şəxsi axtarışın keçirilməsi haqqında” 17 oktyabr 2022-ci il tarixli protokoldan və videogörüntüdən görünür ki, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Lənkəran şəhəri sakini Təqsirləndirilən şəxs həmin tarixdə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri Ş.Xiyabanı küçəsində saxlanılaraq, üzərində şəxsi axtarış keçirilməsi üçün Lənkəran ŞRPŞ-nə gətirilmiş, xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan şalvarın sağ yan cibindən 03 ədəd bükümdə 0,79 qram çəkidə narkotik vasitə heroinə bənzər kütlə və gödəkcəsinin sol yan cibindən bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar edilmiş 03 bükümdə kütlənin narkotik vasitə heroin olduğunu, həmin bükümləri saxlanılan günü Lənkəran şəhəri Ləvəngi dairəsində tanımadığı şəxsdən 50 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Şəxsi-axtarış keçirilərkən videoçəkiliş aparılaraq bir ədəd DVD diskə köçürülüb protokola əlavə edilmişdir. Bu da, bir daha təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini sübut edir. Cinayət işinin 46-47-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 18 oktyabr 2022-ci il tarixli 19/1096 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 3 ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri: -0,238 qr; -0,261 qr; -0,208 qram: ümumi təmiz çəkisi: -0,707 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi elektron tərəzi.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə və ya psixotrop maddə izləri yoxdur. Cinayət işinin 54-cü vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 19 oktyabr 2022-ci il tarixli, 1079 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 125-131-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 12 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqat keçirildikdən sonra qalan 0.707 qram çəkidə heroin maddi sübut kimi tanınaraq Lənkəran Şəhər Rayon Polis Şöbəsinin saxlama kamerasına təhvil verilmiş, 1 ədəd CD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək narkotik vasitəni satış məqsədi ilə əldə etməməsi, satış məqsədi ilə üzərində saxlamаqlа dаşımaması barədə göstərdiyi dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarışın həyata keçirilməsi barədə protokollar və protokola əlavə edilmiş CD disk və digər sənədlərlə təkzib olunur. Təqsirləndirilən şəxsin üzərində narkotik vasitənin olmaması barədə göstərdikləri, məhkəmə iclasında özünün, habelə cinayət prosesinin tərəflərinin iştirakı ilə müvafiq texniki vasitə olan noutbuk komputerində baxılmış “şəxsi axtarışın keçirilməsi haqqında” 17 oktyabr 2022-ci il tarixli protokola əlavə edilmiş videogörüntü ilə tam təkzib edilmişdir. Eyni zamanda təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı üzərində narkotik vasitə v\ elektron tərəzi olmasını etiraf etməsini, sadəcə satış niyyətinin olmamasını bildirməsi, məhkəmə istintaqında isə ümumiyyətlə üzərində hər hansı narkotik vasitə və elektron tərəzi olmamasına dair ifadəsini onun qeyri-səmimiliyinin göstəricisi kimi qəbul edir, həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı ifadəsini təqsirləndirilən şəxsin üzərindən narkotik vasitə və elektron tərəzi aşkar edilməsi hissəsində sübut kimi qəbul edir. Eləcə də, təqsirləndirilən şəxsin tutularkən polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması, tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 20 oktyabr 2022-ci il tarixli, 1058 nömrəli ekspert rəyi ilə də tam təkzib edilmişdir. Həmin hala dair məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs ilkin tutulan zaman, üzərinə baxış keçirilərkən həmin zaman orada iştirak edən müdafiəçi ona polis tərəfindən fiziki zora məruz qalıb qalmasını soruşmuş, Təqsirləndirilən şəxs belə halın baş vermədiyini bildirmişdir. Eləcə də, bundan iki gün sonra təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs bir daha polis tərəfindən fiziki zora məruz qalmadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı fikzi zor tətbiq edildiyini bildirdiyi üçün məhkəmə bununla bağlı CPM-nin 207-ci maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat vermiş və Lənkəran Rayon Prokurorluğunun qərarı ilə Təqsirləndirilən şəxs tutulan zaman fiziki zora məruz qalması ilə bağlı cinayət işinin başlanması CPM-nin 39.2-ci maddəsinə əsasən rədd edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə, təqsirləndirilən şəxsin üç ədəd ayrı-ayrı bükümdə narkotik vaistə heroini əldə edərək daşımasını, eləcə də həm narkotik vasitənin ayrı-ayrılıqda qanunda nəzərdə tutulmuş şəxsi istehlak miqdarından artıq olmasını nəzərə alaraq və yuxarıda qeyd olunan Plenum qərarının müddəalarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət işinin 27-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 17 oktyabr 2022-ci il tarixli “tutulma” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2022-ci il tarixdə, saat 15.05-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 79-80-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 4(049)-329/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 17 oktyabr 2022-ci il tarixdən hesab edilmişdir. Cinayət işinin 97-99-cu vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2016-cı il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 180.3.3cü maddəsi ilə təqsirli bilinərək 8 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 09 avqust 2017-ci il tarixli qərarı ilə cəzası 7 il müddətə azadlıqdan məhrumetmə cəzasına endirilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 fevral 2018-ci il tarixli qərarı ilə cəzsı 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına endirilmiş, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qərarı ilə 24 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, 21 may 2021-ci il tarixdə cəza müddəti başa çatmış, CM-nin 83.3.4-cü maddəsinin tələbinə görə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə; məhkumluğu olmayan şəxs hesab edilir. Məhkəmədə müəyyən edimişdir, Təqsirləndirilən şəxsn 21 may 2021-ci il tarixdə cəzasını çəkib qurtarsa da, 17 oktyabr 2022-ci il tarixdə yenidən qəsdən cinayət törətmişdir. CM-nin 83-cü maddəsinin tələbinə görə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir. CM-nin 18.1-ci maddəsinin tələbinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət işinin 123 və 124-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs anası, arvadı və bir qızı ilə birlikdə Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, ev 46/4, mənzil 17-də qeydiyyatda olmaqla yaşayır, yaşadığı müddət ərzində onun haqqında nümayəndəliyə yazılı və şifahi şikayət daxil olmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə, CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun belə nəticəsi ondan irəli gəlir ki, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, sadalanman normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən onun əvvəllər məhkum olunmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, cəzasını çəkib qurtrardıqdan bir ildən az müddət keçməmiş yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə əvvəllər təyin edilmiş cəza, qanunda göstərilən cəzanın məqsədlərinə nail olunmasında effektiv olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla, yəni müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən «təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır. Tutulduğu, həbsdə və ya ev dustaqlığında saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxil edilir. Cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. Belə olan halda Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 17 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənaətinə gəldiyindən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə narkoloji ekspertizasının 19 oktyabr 2022-ci il tarixli, 1079 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.557 qram qalıq çəkisi olan heroin və bir ədəd elektron tərəzi CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin olduğu bir ədəd CD disk CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 60 (altmış) manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 3 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 17 oktyabr 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq ona narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.557 qram qalıq çəkisi olan heroin və bir ədəd elektron tərəzi məhv edilsin, bir ədəd CD disk cinayət işinin materiallarda saxlanılsın. Məhkəmə məsrəfi 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar