Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-102/2024 16.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 16.20 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X8, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X9, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi ştirakları ilə, xx xxxx 1960-cı il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Lənkəran Şəhər Uşaq İdman məktəbində məşqçi müəllim işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan təsbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 29 sentyabr 2023-cü il tarixdə, saat 18 radələrində “B” dərəcəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi «Mercedes Benz E240 minik» markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobillə, Lənkəran şəhəri Z.Əliyeva küçəsindən, A.Mirzəyev küçəsi istiqamətində saatda 40 km sürətlə hərəkətdə olan zaman şəhərin Z.Əliyeva küçəsində “Sinikers” marketin yaxınlığında yolu sağdan sola çəpəki keçən piyada X2 görüb, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bunu etmədən ehtiyatsızlıqdan avtomobilin ön hissəsi ilə piyadanı vurmuş, onun yol hərəkəti qaydalarını göstərilən şəraitdə pozması ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X1 canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olub dərəcəsinə görə sağlamlığa ağır zərər vurma əlamətlərinə malik baş beyinin ağır dərəcədə əzilməsi, kəllə qapağı (ənsə təpə) sümüklərinin sınması ilə müşaiyət olunan açıq kəllə beyin travması, ənsə-təpə nahiyyəsindəki yumşaq toxumalar altında yayılmış qansızma, sol dirsək, sol baldır sümüklərinin sınıqları, ənsə, sol dirsək oynağı nahiyələrində əzilmişcırılmış yaralar, alın, burun nahiyyəsində sıyrıqlardan ibarət xəsarətlər alıb, başın küt travması ilə əlaqədar kəllə sümüklərinin (ənsə təpə) sınığı və baş beyinin ağır dərəcədə əzilməsi xəsarətləri nəticəsində ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Lənkəran şəhəri mikrarayonda yerləşən Uşaq-İdman məktəbində məşqçi müəllim işləyib, özünü və ailəsini dolandırır. 2014-cü il tarixdə özünə “MERCEDES BENZ E240” minik markalı **-FC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil almışdır. Həmin avtomobillə öz şəxsi işlərini görür. 29 sentyabr 2023-cü il tarixdə saat təxminən 18 radələrində işlədiyi məktəbdən idarə etdiyi avtomobillə yaşadığı evinə gedirniş. Həmin vaxt Lənkəran şəhəri Mədəniyyət sarayının küçəsi ilə Z.Əliyeva küçəsinə giriş etmiş, üzü Lənkəran şəhəri istiqamətində hərəkət etməyə başlamışdır. Avtomobilində sərnişin olmamışdır. Lənkəran şəhəri Z.Əliyeva küçəsində, “SİNKERS” adlı mağazasının yaxınlığında sağdan piyada idarə etdiyi avtomobilinin qarşısına çıxmışdır. O təxminən saatda 40 km sürətlə idarə etdiyi avtomobilin ön hissəsi ilə piyadanı vurmuşdur. Piyada evtomobilin ön şüşəsinə dəymiş, avtomobilin ön şüşəsi sınmış və piyada yerə çırpılmışdır. O, həmin vaxt avtomobili saxlamış, cəld yerə düşmüş, sonradan adını bildiyi Lənkəran şəhər sakini X2 yerdən qucağına götürmüş, öz avtomobilinin arxa oturacağına uzatmış, tanımadığı bir şəxslə birlikdə X7 rayon Mərkəzi xəstəxanasına gətirmişlər, islahat Quliyevin baş nahiyyəsindən qan axmış, həm də səsi xırıltılı gəlmiş, özü də çox qorxmuşdur. Həyəcanlı olduğu üçün hadisə yerində kimlərin olunduğunu dəqiq xatırlamamışdır. Bundan başqa onunla birlikdə xəstəxanaya gedən şəxsində həyəcanlı olduğu üçün şəxsiyyəti ilə maraqlanmamışdır. X11 xəstəxanada həkimlərə təhvil vermiş və onun sağalması üçün ilk nə lazımdırsa etmişdir. X6 səhhətinin ağır olduğunu bildirmişlər. Daha sonra polis şöbəsinə gəlmiş, polis əməkdaşları ilə birlikdə müstəntiq onu hadisə yerinə aparmışdır. Orada hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı o hadisənin necə baş verməsini, piyadanı harada gördüyünü və hadisənin necə baş verdiyini, piyadanı vurduğunu əyani şəkildə göstərmişdir. Sonra müstəntiq tərəfindən baxış barədə protokol tərtib edilmiş və o da protokolu imza etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X9 ilə barışmış, ona dəymiş ziyanı tam ödəmişdir. Göstərilənləri nəzərə alaraq ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X9 ifadəsində göstərdi ki, X9 ifadəsində göstərdi ki, X3 atasıdır və onunla birlikdə himayəsində yaşamışdır. X13 təqaüdçü olmuşdur. Hər gün günorta saatlarından sonra evlərinin yaxınlığında, Lənkəran şəhəri Z.Əliyeva küçəsində olan “Sinikers marketin” yanında yerləşən çayxanaya gedib dostları ilə vaxtını keçirmişdir. 29 sentyabr 2023-cü il tarixdə təxminən saat 17:30 radələrində o Lənkəran şəhəri Diqaz Yanacaqdoldurma məntəqəsində olan zaman ona taksi sürücüsü olan dostum Yaşar ***-***-**-** saylı mobil nömrəsi ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək bildirmiş ki, atası İslahatı Lənkəran şəhəri Z.Əliyeva küçəsində avtomobil vurmuş və sürücü onu Lənkəran rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Ona təcili xəstəxanaya getməsini bildirmişdir. O, də təxminən 5 dəqiqəyə özünü Mərkəzi xəstəxanaya çatdırmışdır. Həmin vaxt xəstəxanada atasının başının arxasından qan gəldiyini, sol ayağının sındığını və həkimlərin ona yardım etdiklərini görmüşdür. Həkimlərin təkilifi ilə onu Masallı rayon Bioloji xəstəxanaya aparıb başını müayinə etməklə yanaşı orada olan nəfəs (kislarot) aparatına qoşmuşlar. Lakin həkimlər demişlər ki, atasının yaşaması mümkün deyil, beyin zərbədən darmadağın olmuşdur. Bundan sonra atasını yenidən Lənkəran rayon mərkəzi xəstəxanasına gətirmiş və həmin gün atası xəstəxanada ölmüşdür. Atasını avtomobililə vuran Lənkəran şəhər sakini olan Təqsirləndirilən şəxs-əvvəllər tanımamış və onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs onlara dəymiş ziyanı ödəmiş, maddi köməklik göstərmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini və onunla barışdığını bildirib təqsirləndirilən şəxsə yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid3 оğlu ifаdəsində göstərdi ki, 29 sentyabr 2023-cü il tarixdə saat 18 radələrində Lənkəra şəhəri Z.Əliyeva küçəsi ilə piyada gedən zaman bir gümüşü rəngli “MERCEDES BENZ E240” markalı, **-FC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil yolu keçən piyadanı vurmuşdur. Piada aldığı zərbədən avtomobilin ön şüşəsinə dəyib, daha sonra asfaltın üzərinə yıxılmışdır. O, cəld olaraq kömək etmək məqsədi ilə hadisə yerinə getmiş və orada sürücü Təqsirləndirilən şəxs tanımışdır. Piyadanı isə tanımamış, yaşlı bir kişi olduğunu görmüşdür. Piyadanın başından qan axmışdır. Hadisə yerinə ondan başqa da, əlavə adamlar toplaşmışlar, lakin həyəcanlı olduğu üçün dəqiq oraya kimlərin toplaşmasını xatırlamır. Hadisə yerinə toplaşan şəxslərin köməkliyi ilə sonradan adını bildiyi piyada X2 Təqsirləndirilən şəxs avtomobilinə uzadıb dahə sonra özüdə kömək məqsədi ilə həmin avtomobil ilə Lənkəran rayon mərkəz xəstəxanasına getmişdir. Xəstəxananın həyətində Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilini saxlamış, həkimlərdən kömək istəmişlər. Həkimlərin köməkliyi ilə İslahat Quliyevi xəstəxananın binasına aparmışlar. Bundan sonra o da, xəstəxanadan çıxıb öz evinə getmişdir. Bir gün sonra eşitmiş ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə vurduğu piyada İslahat Quliyev ölüb. Təqsirləndirilən şəxs piyada İslahat Quliyevin yaşaması üçün lazım olan yardımları etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X16 оğlu ifаdəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin DYPB-nin YPX-i inspektoru vəzifəsində çalışır polis baş serjantıdır. 29 sentyabr 2023-cü il tarixdə Lənkəran şəhər Z.Əliyeva küçəsi ərazisinin yolunda xidmət aparmışdır. Həmin gün saat təxminən 18:00 radələrində Lənkəran şəhəri Z.Əliyeva küçəsində “Sinikers” marketin yaxınlığında yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat alıb hadisə yerinə getmişdir. Həmin gün hava quraqlı olmuşdur. Hadisə yerinə birlikdə xidmət apardığı polis baş serjantı X10 ilə birlikdə gəlib görmüş ki, bir gümüşü rəngli Mercedes benz E240 markalı **-FC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs başında xəsarəti olan yaşlı bir kişini həmin avtomobilə əyləşdirib Lənkəran rayon Mərkəzi xəsatəxanasına aparmışdır. Həmin vaxt xəsarət alan şəxsin kimliyini və sürücünün kimliyini dəqiq müəyyən etmişlər. Piyadanı Lənkəran rayon Mərkəzi xəstəxanasına yola saldıqdan sonra hadisə yerinin mühafizəsini təşkil etmişlər. Daha sonra Sakin Məmmədov da müstəmntiqin iştirakı ilə hadisə yerinə gəlmiş, həmin zaman məlum olmuş ki, “Mercedes benz E240” markalı **-FC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs həmin avtomobillə yolu sağdan sola keçən piyadanı vurmuş, vurduğu piyadanı da hadisə yerinə toplanmış şəxslərin köməkliyi ilə Lənkəran rayon Mərəzi xəstəxanasına aparmış, xəstəxanada məlum olmuş ki, piyada Lənkəran şəhər sakini X3 aldığı xəsarətlərdən ölmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs Lənkəran rayon polis şöbəsinə gələrək törətdiyi hadisə barədə məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış cinayət işinin 43-44-ci vərəqlərində olan Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, “Lənkəran ŞRPŞ-nin DYPB-də yol patrul xidmətində inspektor vəzifəsində xidmət edir. Polis baş serjantıdır. 29 sentyabr 2023-cü il tarixdə Lənkəran şəhər Z.Əliyeva küçəsi ərazisinin yolunda xidmət aparmışdır. Həmin gün saat təxminən 18:00 radələrində Lənkəran şəhəri Z.Əliyeva küçəsində “Sinikers” marketin yaxınlığında yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat alıb hadisə yerinə getmişdir. Həmin gün hava quraqlı olmuşdur. Hadisə yerinə birlikdə xidmət apardığı polis baş serjantı X10 ilə birlikdə gəlib görmüş ki, bir gümüşü rəngli Mercedes benz E240 markalı **-FC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs başında xəsarəti olan yaşlı bir kişini həmin avtomobilə əyləşdirib Lənkəran rayon Mərkəzi xəsatəxanasına aparmışdır. Həmin vaxt xəsarət alan şəxsin kimliyini və sürücünün kimliyini dəqiq müəyyən etmişlər. Piyadanı Lənkəran rayon Mərkəzi xəstəxanasına yola saldıqdan sonra hadisə yerinin mühafizəsini təşkil etmişlər. Daha sonra Sakin Məmmədov da müstəmntiqin iştirakı ilə hadisə yerinə gəlmiş, həmin zaman məlum olmuş ki, “Mercedes benz E240” markalı **- FC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs həmin avtomobillə yolu sağdan sola keçən piyadanı vurmuş, vurduğu piyadanı da hadisə yerinə toplanmış şəxslərin köməkliyi ilə Lənkəran rayon Mərəzi xəstəxanasına aparmış, xəstəxanada məlum olmuş ki, piyada Lənkəran şəhər sakini X3 aldığı xəsarətlərdən ölmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs Lənkəran rayon polis şöbəsinə gələrək törətdiyi hadisə barədə məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış cinayət işinin 47-48-ci vərəqlərində olan Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin MSY-də polis nəfər vəzifəsində xidmət edir. Polis serjantıdır. 29 sentyabr 2023-cü il tarixdə Lənkəran şəhər Z.Əliyeva küçəsi ərazisindən təxminən saat 18 radələrində yolla piyada keçmişdir. Həmin yolun Sinikers markrtin yaxınlığında yolnəqliyyat hadisəsinin baş verməsi görmüşdür. Təxminən 70-80 yaşı olan sonradan adını bildiyi Lənkəran şəhər sakini X3 yolun sağ ehtiyyat hissəsindən yolu sola doğru asta yerişlə keçirmiş, həmin vaxt Z.Əliyeva küçəsindən şəhər istiqamətində hərəkətdə olan Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs Məmmən oğlu idarə etdiyi gümüşü rəngli Mercedes benz E240 markalı **-FC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə yolu keçən piyada İslahat Quliyevi idarə etdiyi avtomobilin ön hissəsi ilə vurmuşdur. İslahat Quliyev aldığı avtomobilin zərbəsindən avtomobilin ön şüşəsinə dəyib daha sonra asfaltın üzərinə yıxılmışdır. İslahat Quliyevin baş nahiyyəsindən qan gəlmiş və səsidə xırıldamışdır. Orada olan şəxslərin köməkliyi ilə İslahat Quliyevi sürücü öz avtomobilinə qoyub Lənkəran rayon mərkəzi xəstəxanasına aparmışdır. Lənkəran ŞRPŞ-nin DYP-nin əməkdaşlarıda hadisə yerinə gəlib hadisə yerini mühafizə etmişlər. Daha sonra ona məlum olmuş ki, İslahat Quliyev aldığı xəsarətlərdən həmin gün ölmüşdür. Cinayət işinin 19-cu vərəqində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 29 sentyabr 2023-cü il tarixli 000630 saylı tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı avtomobili ayıq vəziyyətdə idarə etmişdir Cinayət işinin 5-18-cü vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 29 sentyabr 2023-cü il tarixli hadisə yerinə baxış protokolundan, hadisə zamanı hadisə anını görən şahid ifadələrindən, adisə anını görüntüləyən videogörüntü diskinə baxış protokolundan və hadisə anını görüntüləyən DVD diskindən görünür ki, hadisə Lənkəran şəhəri Z.Əliyeva küçəsində baş vermişdir və Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes benz” markalı, **- FC-*** dövlət qeydiyyat nişanlı avtomobillə piyadanı vurduğu yeri göstərmişdir. Cinayət işinin 63-ci vərəqində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş DİN BDYPİ-nin RQİ və TBŞ-dan daxil olmuş məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs adına xx.xx.2014-cü il tarixdə В kateqoriyalı AE-412833 saylı sürücülük vəsiqəsi verilmiş, həmin sürücülük vəsiqəsi Lənkəran rayon məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 9 ay müddətinə sürücülük hüququndan məhdudlaşdırılmışdır. Cinayət işinin 27-32-ci vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 26 saylı rəyindən görünür ki, X1 meyitində baş beyinin ağır dərəcədə əzilməsi, kəllə qapağı (ənsə təpə) sümüklərinin sınması ilə müşaiyət olunan açıq kəllə beyin travması, ənsə- təpə nahiyyəsindəki yumşaq toxumalar altında yayılmış qansızma, sol dirsək, sol baldır sümüklərinin sınıqları, ənsə, sol dirsək oynağı nahiyələrində əzilmiş-cırılmış yaralar, alın, burun nahiyyəsində sıyrıqlardan ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlərin yerləşmə xüsusiyyətlərini və həmçinin qərardaq göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə alaraq qeyd etmək olar ki, həmin xəsarətlər ağır küt travma nəticəsində törənmişlər, avtomobil travması, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə hərəkətdə olan minik avtomaşının xarici qabarıq hissələrinin güclü zərbəsi nəticəsində piyadanın vurulması zamanı əmələ gələ bilər və ümumilikdə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan, sağlamlığaq AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. X1 ölümünə başın küt travması ilə əlaqədar kəllə sümüklərinin (ənsə, təpə) sınığı, və baş beyinin ağır dərəcədə əzilməsi səbəb olmuşdur. “X4 məhkəmə ekspertizasının” 19 yanvar 2024-cü il tarixli, 8/3737 nömrəli rəyindən görünür ki, “Mercedes benz” markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını lmağa texniki imkanı olmuşdur. Cinayət işinin 98-104-cü vərəqində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş “Maddi sübut qismində tanıma haqqında” qərardan görünür ki, «Mersedes Benz» markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün Təqsirləndirilən şəxs qaytarılmış, hadisənin baş vermə anının görüntüsü olan 01 ədəd DVD disk iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 52-ci vərəqində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 67-cı vərəqlərində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs arvadı və oğlu ilə birlikdə ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, yaşadığı müddətdə ictimai işlərdə, abadlıq işlərində fəal iştirak etmişdir, onun barəsində hər hansı şikayət daxil olmamışdır. Cinayət işinin 84-cü vərəqində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş 03 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 87-ci vərəqində olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş 07 sentyabr 2022-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X12 ilə Təqsirləndirilən şəxs barışmış, ona vurulmuş maddi və mənəvi ziyan tam ödənilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 139-cu maddəsinə əsasən, cinayət hadisəsinin baş vermə faktı və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və əməlin törədilməsində təqsirliliyinə dair yuxarıda geniş şəkildə təhlil edib bir-biri ilə müqayisə edərək mənbəyinin mötəbərliliyini müəyyənləşdirdiyi, sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutlar üzrə tam, hərtərəfli və obyektiv yoxlama apararaq belə nəticəyə gəlir ki, yol-nəqliyyat hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi hökmün təsviriəsaslandırıcı hissəsində sadalanan hallarla tam sübuta yetirilir. Məhkəmə, Təqsirləndirilən şəxstərəfindən ittihamda qeyd olunan əməlin törədilməsinə dair iş üzrə özünün və zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollarını sübut növü kimi qəbul edir. Təqsirləndirilən şəxsin ifadəsi işin məhkəmədə müəyyən olunan halları ilə tam təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin həmin ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü olduğundan məhkəmə, CPM-nin 126.6-cı maddəsinə əsasən həmin ifadəni də sübut kimi qəbul edir. CM-in 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda məsuliyyətə səbəb olur. CM-nin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir.Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş səxsin hüquqi varisinə dəymiş zərərin ödənilməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışmasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, ailənin yeganə gəlir gətirən şəxsi olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını, CM-nin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, CM-nin 263.2-ci maddəsində ifadə olunan cinayət hüquq normasının sanksiyasında azadlıqdan məhrumetmə cəzası yeganə əsas cəza növü kimi nəzərdə tutulduğundan təqsirləndirilən şəxsə əsas cəza kimi azadlıqdan məhrumetmə cəzası həmin maddənin sanksiya ilə müəyyən edilmiş həddə təyin olunmalıdır. CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının zəruri əlavə cəza kimi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəza əlavə cəza kimi təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq əsas və əlavə cəza ilə cəzanın əsas məqsədini təmin etmək mümkündür. CM-nin 56.1.1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli çəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut kimi «Mercedes Benz 240» markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalı və hadisənin baş vermə anının görüntüsü olan 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 85 (səksən beş) manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs qızından tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut «Mercedes Benz 240» markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs qızına qaytarılması nəzərə alınmaqla icra edilmiş hesab edilsin və hadisənin baş vermə anının görüntüsü olan 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Məhkəmə məsrəfləri 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №1(049)-102/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-102/2024
16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver