Məhkəmə qərarları › İş №1(049)-102/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-102/2025

26.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-102/2025 26.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 16:30 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 2003-cü ildə Cəliləbad rayonu, Muğanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, tələbə, əvvəllər məhkum olunmamış, Cəliləbad rayonu Muğanlı kəndində qeydiyyatda olmaqla Lənkəran şəhəri H. Abdullayev küçəsi ev-11-də kirayədə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs - qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 17 aprel 2025-ci il tarixdə, saat 13 radələrində Lənkəran şəhəri, H.Abdullayev küçəsində birlikdə yaşadıqları binanın qarşısında aralarında şəxsi münasibətləri zəminində baş verən münaqişə zamanı Zərərçəkmiş şəxs sol üz nahiyəsindən qəsdən zərbə vuraraq ona sol almacıq nahiyəsində əzilmiş yara, sol göz almasında hissəvi qansızma, sol gözaltı nahiyəsində qançır ilə nəticələnən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Lənkəran Dövlət Universitetinin dil-ədəbiyyat fakültəsinin 5-ci kursunda oxuyur. Zərərçəkmiş şəxs tanıyır, eyni universitetdə oxumaqla həm də eyni binada kirayədə yaşayırlar. xx.xx.2025-ci il tarixdə, saat 22 radələrində o yaşadığı binanın mənzilində olarkən binanın qarşısında tanışı Orxanın səsinin gəldiyini eşitmişdir. O, Orxanın kiminləsə mübahisə etdiyini eşidib həyətə düşmüşdür. Həmin vaxt o, Zərərçəkmiş şəxs Orxanla kobud zarafat etdiyini görmüşdür. O, da Orxanı ordan kənara çəkib çıxıb getmişlər. X2 etdiyi kobud zarafat ona pis təsir etdiyindən Elşadla mübahisəli olmuşdur.xx.xx.2025-ci il tarixdə saat 13 radələrində yaşadığı mənzildən çıxıb həyətə düşəndə blokun qarşısında Elşadla rastlaşmışdır. Bu zaman Elşad ona kinayə ilə baxmışdır. Buna görə Elşadı yanına çağırmış, onunla salamlaşandan sonra yan-yana yeriməyə başlamışlar. Bu zaman əsəbləşdiyindən Elşadın sol göz nahiyəsindən bir yumruq zərbəsi vurmuşdur. Zərbədən Elşad yerə yıxılmış və o da ordan çıxıb getmişdir. Lakin hadisədən sonra etdiyi hərəkətə görə peşman olmuşdur. Hazırda da əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Lənkəran Dövlət Universitetinin tarix-coğrafiya fakültəsinin 4-cü kursunda oxuyur. Təqsirləndirilən şəxs onunla eyni universitetdə oxuyur və eyni binada yaşayırlar. Bir-birilərini tanımış və münasibətləri normal olmuşdur. Onların ortaq bir dostu olmuş və münaqişədən əvvəl onunla etdiyi zarafat Səidin xətrinə dəydiyinə görə Səidlə aralarında mübahisə yaranmışdır. xx.xx.2025-ci il tarixdə, saat 13 radələrində o məktəbdən çıxandan sonra yaşadığı mənzilə tərəf getmişdir. Bu zaman Səid blokdan həyətə düşdüyündən onunla rastlaşmışdır. Həmin vaxt Səid onu yanına çağırmış, o da ona yaxınlaşıb salamlaşmış və yan-yana yeriməyə başlamışlar. Bu zaman Səid onun göz nahiyəsinə bir yumruq zərbəsi vurmuş, o özünü itirib yerə yıxılmış Səid də oradan çıxıb getmişdir. Xəsarət aldığından Lənkəran RMX-na getmiş və ona tibbi yardım göstərilən zaman şikayət etmək istəmədiyindən həkimə yerə yıxılaraq xəsarət aldığını demişdir. Hadisədən bir müddət sonra Səidin ondan üzr istəmədiyini görüb polisə şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, dəymiş ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə ərizə təqdim etmişdir. İş materiallarının 12-14-cü vərəqlərində olan və məhkəmə baxışında tədqiq edilən Lənkəran rayonlararası MTE və PA zona mərkəzinin xx.xx.2025-ci il tarixli 241 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində -sol almacıq nahiyyəsində əzilmiş yara,sol göz almasında hissəvi qansızma,sol gözaltı nahiyyəsində qanç.r aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti tibbi sənəddə göstərilən tarixə,yəni xx.xx.2025-ci ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 33-cü vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş ziyan ona ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirilir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və dəymiş ziyan ödənildiyindən, sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.3cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia, məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40.3, .43, 321, 344-345, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilsin. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə məsrəfinin olmaması nəzərə alınsın. Qərardan elan olduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar