Məhkəmə qərarları › İş №1(049)-104/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-104/2023

17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-104/2023 17.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ saat 11:20 X2 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1965-ci il tarixdə Lənkəran rayonu, Tütəpeştə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, bir azyaşlı uşağı və fərdi əməklə məşğul olan, məhkum olunmayan, Lənkəran rayonu, Tütəpeştə kəndində qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, xx.xx.2022-ci il tarixdə, saat 10 radələrində yaşadığı Lənkəran rayonu Tütəpeştə kəndində yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində, yəni sonuncunun yaşadıqları evin həyətyanı torpaq sahəsinin onun mülkiyyətində olmasına narazılığını bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs əli ilə qəsdən itələyərək yerə yıxması nəticəsində sağ almacıq sümüyü pəncərənin tininə dəymiş, bununla da ona sağ göz almasına yayılmış qansızma, sağ göz qapaqları-gözaltı nahiyyəsində qançırdan ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs arvadıdır. Aralarında münasibətləri normal olsa da, son zamanlar mülklə bağlı münasibətləri pozulmuşdur. 21 dekabr 2022-ci il tarixdə saat 10 radələrində birgə yaşadıqları evdə olan zaman Rəna yaşadıqları evin həyətyanı torpaq sahəsinin öz adına deyil, onun mülkiyyətində olmasına narazılığını bildirdikdə aralarında mübahisə yaranmış, mübahisə zamanı qəsdən əli ilə Rənanı itələyərək yerə yıxması nəticəsində Rənanın göz nahiyəsi pəncərənin tininə dəyərək xəsarət almışdır. Hadisə yaşadıqları Lənkəran rayonu, Tütəpeştə kəndində baş vermişdir. Təqsirləndirilən şəxs məhkəməyə, imzası notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmış, sonuncuya dəymiş maddi və mənəvi ziyanı ödəmiş, sonuncunun ona qarşı şikayət və tələbi yoxdur. Buna görə də barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs əridir. Aralarında münasibətləri normal olsa da, son zamanlar mülklə bağlı münasibətləri pozulmuşdur. 21 dekabr 2022-ci il tarixdə saat 10 radələrində birgə yaşadıqları evdə olan zaman yaşadıqları evin həyətyanı torpaq sahəsinin onun adına deyil, Habilin mülkiyyətində olmasına narazılığını bildirdikdə aralarında mübahisə yaranmış, mübahisə zamanı Habil qəsdən əli ilə onu itələyərək yerə yıxması nəticəsində göz nahiyəsi pəncərənin tininə dəyərək xəsarət almışdır. Hadisə yaşadıqları Lənkəran rayonu, Tütəpeştə kəndində baş vermişdir. Zərərçəkmiş şəxs məhkəməyə, imzası notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs qarşı tələb və şikayəti yoxdur, sonuncu ona dəymiş maddi ziyanı tam ödəmiş, buna görə də məhkəmədən məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün və zərərçəkmişin ifadələri, ekspertiza rəyi və məhkəmə iclasında tədqiq edilmiş materiallarla tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 1265 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sağ göz almasına yayılmış qansızma, sağ göz qapaqları-gözaltı nahiyyəsində qançır küt əşyanın təsirindən törənmiş, müddəti müayinədən bir neçə saat əvvələ uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materialında olan “hadisə yerinə baxış keçirilməsi haqqında” 22 dekabr 2022-ci il tarixli baxış protokolundan görünür ki, hadisə Lənkəran rayonu Tütəpeştə kəndində yerləşən fərdi yaşayış evində baş vermişdir. Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş işdə olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Lakin, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.1 və 73.2-ci maddələrinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. CM-nin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayəti ilk dəfə törətmişdir. Hal-hazırda o, zərərçəkmişlə barışmışdır. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.3, .43, 321, 344-345, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilsin. Qərardan, elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar