Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-104/2024 11.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi: Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan şəxs, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 18 fevral 2024-cü il tarixdə saat 21 radələrində Lənkəran şəhəri T.İsmayılov küçəsində avtoyuma məntəqəsində Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəminində, yəni sonuncunun ona borc verməməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sağ çiyin nahiyyəsinə qəsdən yumruqla vurmaqla ona-sağ bazu oynağı nahiyyəsində yumşaq toxumaların əzilməsi-hemotoması ilə nəticələnən xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə hazırlıq iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, törətdiyi əməli səmimi etiraf edir, özünü tam təqsirli bilməklə əməlindən peşmandır. Belə ki heç kimlə düşmənçilik və ədavəti yoxdur. Fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla ailəsinin dolanışığını təmin edir. Zərərçəkmiş şəxs ilə o uzun müddətdir ki, eyni küçədə yaşayır. Bir neçə dəfə Zərərçəkmiş şəxs borca pul almış və vaxtında qaytarmışdır. Həmçinin Zərərçəkmiş şəxs də ondan nə xahiş etmişdirsə Röyal üçün həmin işləri həll etmişdir. xx.xx.2024-cü il tarixdə saat 18 radələrırdə ona təcili pul lazım olduğu üçün Zərərçəkmiş şəxs işlədiyi Lənkəran şəhəri T.İsmaylov küçəsində yerləşən avtoyuma məntəqəsinə getmiş və Zərərçəkmiş şəxs borca 20 manat pul istəmişdir. Zərərçəkmiş şəxs isə ona halhazırda pulunun olmadığını axşam saat 21 radələrində təkrar gəlməyini istəmişdir. O, da, xx.xx.2024-cü il tarixdə saatlarında təkrar Zərərçəkmiş şəxsnın işlədiyi Lənkəran şəhəri T.İsmayılov küçəsində yerləşən avtoyuma məntəqəsinə gedərək Zərərçəkmiş şəxs təkrar 20 manat borca pul istəmişdir. Bu zaman Royal Həsənli əsəbi şəkildə ona pulunun olmadığını bildirmişdir . Bu görə də, aralarında münaqişə baş vermişdir. Münaqişə zamanı o, əsəbı olduğu üçün yumruqla Zərərçəkmiş şəxs sağ çiyin nahiyyəsinə yumruqla vurmuş və daha sonra oradan uzaqlaşmışdır. Münaqişə zamanı orada heç bir kənar şəxs olmamış və münaqişə 1-2 dəqiqə davam etmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışlar, ona dəymiş ziyanı ödəmişdir və zərərçəkmiş şəxsin ondan heç bir şikayəti yoxdur. Barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında bildirdi ki, 18 fevral 2024-cü il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs onun işlədiyi avtoyuma məntəqəsinə gəlib ondan 20 manat borca pul istəmişdir, o, isə Cavidə pulunun olmadığını bildirərək, axşam saat 21 radələrində pulu olarsa verə biləcəyini demişdir. Həmin gün saat 21 radələrində Cavid yenidən onun işlədiyi avtoyuma məntəqəsinə gələrək pul istəmiş, o, isə pulunun olmadığını bildirmişdir. Həmin vaxt onların arasında münaqişə başlamışdır və münaqişə zamanı Cavid onun sağ çiyin nahiyəsinə vurmuşdur. Hazırda Təqsirləndirilən şəxslə barışmışlar, ona dəymiş ziyanı tam şəkildə ödəmişdir və onun Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur. Təqsirləndirilən şəxs Yunis oğlunun barəsində olan hazırki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən: “Baxış keçirilməsi haqqında” 20 fevral 2024-cü il tarixli protokoldan görünür ki, hadisə Lənkəran şəhəri T.İsmayılov küçəsində yerləşən avtoyuma məntəqəsində baş vermişdir. Məhkəmə-tibb ekspertizasınınxx.xx.2024-cü il tarixli, 148 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində-bazu oynağı nahıyyəsındə yumşaq toxumaların əzilməsi-hemotoması aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişlər,müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 260 saylı arayışından məlum olur ki, Lənkəran şəhəri Z.Əliyeva küçəsi 78/22 menzil 30-da qeydiyyat olmaqla yaşayan Təqsirləndirilən şəxs Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən ziyan tam həcmdə ödənilmiş və Zərərçəkmiş şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Belə ki, CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunanları, həmçinin təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödənilməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində CM-nin 128-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.1.2 və 300.1.7 və 305-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilsin. Qərardan elan olduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №1(049)-104/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-104/2024
11.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver