Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-107/2023 14.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X30 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Xüsusi ittihamçı X10 və nümayəndəsi, “Kiçikbəyov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs X1, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 iştirakı ilə xx.xx.1984-cü il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, “Heydər Əliyev” adına hava limanında inspektor vəzifəsində işləyən, Lənkəran rayonu, Ürgə kəndində qeydiyyatda olmaqla yaşayan X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair X10 xüsusi ittiham qaydasında şikayəti üzrə işə 14 fervral 2023-cü il tarix, saat 12:50-də Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 yalan olduğunu bilə-bilə X10 az ağır və ağır cinayətlər törətməkdə ittiham etməklə onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda yaymaqla böhtan atmış, eləcə də X10 şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla onu təhqir etymişdir. Belə ki, X24 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, ali təhsillidir, Azərbaycan Texniki Universitetini bitirmişdir. xx.xx.2009-cu il tarixdən hazırki günə kimi X25 limanında Aviasiya Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsində işləyir. İşlədiyi müddət ərzində Aviasiya Təhlükəsizlik Xidmətinin təşkilində hər zaman Respublika Hava Limanları arasında nümunəvi olmuşdur. Müəyyən zamanlarda nümunəvi xidmətə görə təşəkkürlər almışdır. Belə ki, Azərbaycan Respublikası "xxxx" QSC-nin Aviasiya Təhlükəsizlik İdarəsinin direktoru cənab Fəxrəddin Qazıbəyovun xx.xx.2008-ci il tarixli 225n saylı əmri ilə bir aylıq vəzifə maaşı məbləğində pul mükafatı ilə mükafatlandırılmışdır. Azərbaycan Respublikası "xxxx" QSC-nin Aviasiya Təhlükəsizlik İdarəsinin direktoru cənab Fəxrəddin Qazıbəyovun xx.xx.2012-ci il tarixli 76n saylı əmri ilə “təşəkkür” elan edilmişdir. Azərbaycan Respublikası "xxxx" QSC-nin birinci vitse-prezidenti cənab Sabir İlyasovun xx.xx.2019-cu il tarixli 15 saylı əmri ilə “təşəkkür” elan edilmişdir. Xidmət göstərdiyi müddət ərzində həmişə dövlətə və dövlətçiliyə sadiq, layiqli və nümunəvi rəhbər olmuş və rəhbərlik tərəfindən verilən tapşırıqları layiqincə yerinə yetirmiş, yəni ona göstərilən etimadı doğrultmağa çalışmış, işlədiyi dövr ərzində heç bir nöqsana yol verməmişdir. Bir rəhbər kimi işçilərin rəğbətini qazanmağa çalışmış və demək olar ki, buna nail olmuşdur. Eyni zamanda işçilər arasında böyük hörmətə sahibdir. Lakin buna baxmayaraq Lənkəran X17 Buraxılış Bürosunun müfəttişi olan X5 barəsində Respublikanın Prezidenti İlham Əliyev cənablarına və Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin rəisi cənab Nazim Aslanova həqiqətə uyğun olmayan məlumatlar və böhtan xarakterli məlumatlar dolu ərizələr və izahatlar yazaraq göndərmişdir. Belə ki, X5 yazdığı ərizələrdə və izahatlarda onu ağır cinayətlərdə ittiham edərək rəhbərlik və işçilər arasında nüfuzdan salmağa çalışmışdır. Baxmayaraq ki, Aslan Abdullayevin yazdıqlarının heç biri həqiqəti əks etdirmir. O, yazdığı ərizə və izahatlarında onu dövlət əmlakını mənimsəməkdə və dövlət büdcəsi vəsaitinin və “AZAL” Avia şirkətin büdcəsi vəsaitinin mənimsəməkdə, guya yaxınlığı ilə seçilən Məhərrəm Hüseynovdan və komyüter operatoru Tural Məmmədovdan işə qəbul etmək üçün hərəsindən 5000 manat məbləğində rüşvət almağında, vəzifə səlahiyyətlərindən sui- istifadə edərək işçiləri öz fərdi evimin tikintisində işlətməkdə və eyni zamanda dövlət üçün əhəmiyyət kəsb edən hava limanı ərazisində naktorik tərkibli bitkilərin əkilməsində və narkotik vasitələrin qəbulu və satışı ilə məşqul olan şəxslərin himayə etməkdə və həmçinin özünün də bu işdə əlinin olmağında onu və işçi kollektivini ittiham etmişdir. Onun yazdıqları barədə araşdırma aparılması üçün "xxxx" QSC-nin Aviasiya Təhlükəsizlik Baş idarəsi “Lənkəran” X17 Aviasiya Təhlükəsizlik Xidmətinin əməkdaşlarının ümumi yığıncağı keçirilmişdir. Həmin iclasda "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İnsan Resursları İdarəsi Hərbi vəzifələrin qeydiyyatı və təxsisi (bron) edilməsi şöbəsinin rəisi X11, "xxxx" QSC-nin daxili nəzarət idarəsinin aparıcı mühasib təftişçisi X27, Aviasiya Təhlükəsizlik Baş İdarəsi direktorunun köməkçisi X28, Aviasiya Təhlükəsizlik Baş İdarəsinin Analitik idarə rəisinin müavini Məhərrəmov Davud şəhadət oğlu, Aviasiya Təhlükəsizlik Baş İdarəsinin həmkarlar ittifaqı komitəsinin təlimatçısı X12 və “Lənkəran” X17 Aviasiya Təhlükəsizlik Xidmətinin 88 nəfər əməkdaşı və eyni zamanda “Lənkəran” X18 xətt polis məntəqəsinin rəisi polis polkovnik leytenantı X3 və “Lənkəran” X18 direktoru X29 da həmin iclasa dəvət edilmişlər. Gündəlik məsələ kimi Lənkəran X17 Buraxılış Bürosunun müfəttişi olan X1 şikayətləri barədə dinləmələr aparılmışdır. İlk olaraq Aviasiya Təhlükəsizlik Baş İdarəsi direktorunun köməkçisi X2 X17 Buraxılış Bürosunun müfəttişi olan X5 tərəfindən onun, yəni xidmət rəisi Fizuli Ağayevin fəaliyyəti ilə bağlı yazdığı şikayət ərizələri ilə iclas iştirakçılarını yaxından tanış etmişdir. Bundan sonra "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İnsan Resursları İdarəsi Hərbi vəzifələrin qeydiyyatı və təxsisi (bron) edilməsi şöbəsinin rəisi X11 çıxışından sonra söz çıxış üçün Lənkəran X17 Buraxılış Bürosunun müfəttişi olan X4 verildi. Sonuncu çıxışı zamanı həqiqətən də müxtəlif təşkilatlara şikayət ərizələrinin onun tərəfindən yazıldığını, ərizələrdə qeyd olunan faktları onu günahlandırmışdır. Onun onu şəkərli diabet xəstəsi olduğunu bilərəkdən bu məlumatı gizlətdiyini iclas iştirakçılarının nəzərinə çatdırmışdır. Aslan Abdullayev çıxışı zamanı onun ünvanına təhqir edici və alçaldıcı “üzdən İraq” ifadəsini işlədərək onun şərəf və ləyaqətinə toxunmuşdur. İclasın aparıcısı Elçin müəllim Aslan Abdullayevin sözünü kəsərək ondan çıxışında etik və əxlaq davranış qaydalarına riayət olunmasını tələb etmiş, Aslan Abdullayev çıxışına davam edərək işlədiyi xidmətdə özbaşnalığın hökm sürdüyünü və bunu kollektiv üzvlərinin də təsdiq edəcəyini bildirmişdir. Aviasiya Təhlükəsizlik Baş İdarəsi direktorunun köməkçisi X6 Abdullayevə müraciət edərək Siz, müxtəlif təşkilatlara yazdığınız şikayət ərizələrinizdə qeyd etdiyiniz fikirləri tam şəkildə təsdiqləyirsinizmi sualına cavab olaraq Aslan Abdullayev xidmət rəisi Fizuli Ağayevin maliyyə vəsaitindən səmərəsiz istifadə etdiyini, işçilərin işə gəlməyərək onların əmək haqqlarını mənimsədiyini, işdən kənar biznes fəaliyyəti ilə məşqul olduğunu, qohumbazlıq edərək qohumlarını kütləvi şəkildə işlə təmin etdiyini, onun tərəfindən hava limanı ərazisində narkotik bitkilərin əkildiyini, işçiləri evinə apararaq fəhlə qismində işlətdiyini, kompyuter operatoru Tural Məmmədovdan 5000 manat alaraq işə təyin etdiyini, vaxtı ilə Aytən Babayevin çantasından 457 manat pul oğurladığını və indiyə kimi oğrunun tapılmadığını, işçilərdən mühafizəçi Eldəniz Nəsirovun və Zamiq Hüseynovun istədikləri vaxt işə gəlib-getdiklərini, söylədiyi və yazdığı fikirlərin arxasında durduğunu bir daha təsdiqlədiyini bildirmişdir. Həmin iclasda geniş müzakirə olunmuş məsələlər aşağadakılardır:
1. Aviasiya Təhlükəsizlik Baş İdarəsi “Lənkəran” X17 Aviasiya Təhlükəsizlik Xidmətinin rəisi X24 tərəfindən maliyyə vəsaitinin səmərəsiz istifadəsi;
2. Aviasiya Təhlükəsizlik Baş İdarəsi “Lənkəran” X17 Aviasiya Təhlükəsizlik Xidmətinin rəisi X24 tərəfindən işçilərin işə gəlməyərək əmək haqqlarının mənimlənilməsi;
3. Aviasiya Təhlükəsizlik Baş İdarəsi “Lənkəran” X17 Aviasiya Təhlükəsizlik Xidmətinin rəisi X24 tərəfindən işdən kənar biznes fəaliyyəti ilə məşqul olması;
4. Aviasiya Təhlükəsizlik Baş İdarəsi “Lənkəran” X17 Aviasiya Təhlükəsizlik Xidmətinin rəisi X10 qohumlarının kütləvi şəkildə işə qəbul edilməsi (qohumbazlıq);
5. Aviasiya Təhlükəsizlik Baş İdarəsi “Lənkəran” X17 Aviasiya Təhlükəsizlik Xidmətinin rəisi X24 tərəfindən hava limanı ərazisində narkotik bitkilərin əkilməsi;
6. Aviasiya Təhlükəsizlik Baş İdarəsi “Lənkəran” X17 Aviasiya Təhlükəsizlik Xidmətinin rəisi X24 tərəfindən şəxsi evinin tikilməsində əməkdaşların fəhlə qismində işlədilməsi;
7. Aviasiya Təhlükəsizlik Baş İdarəsi “Lənkəran” X17 Aviasiya Təhlükəsizlik Xidmətinin rəisi X10 qaynanası vasitəsilə 5000 manat müqabilində Tural Məmmədovun kompyüter operatoru vəzifəsinə işə düzəlməsi;
8. Aviasiya Təhlükəsizlik Baş İdarəsi Aviasiya Təhlükəsizlik Xidmətinin inspektoru Aytən Babayevanın çantasından oğurlanan 457 manat məsələsində oğrunun gizlədilməsi və həmin şəxsə pulun 400 manat polis rəisi, 52 manatın isə Aviasiya Təhlükəsizlik Baş İdarəsi “Lənkəran” X17 Aviasiya Təhlükəsizlik Xidmətinin rəisi X24 tərəfindən qaytarılması;
9. Aviasiya Təhlükəsizlik Baş İdarəsi “Lənkəran” X17 Aviasiya Təhlükəsizlik Xidmətinin rəisi X24 ilə olan yaxın münasibətlərinə görə üzürsüz səbəbdən mühafizəsi Eldəniz Nəsirov və texnik Zamiq Hüseynovun işə cəlb olunmaması; Yekun nəticə isə X5 tərəfindən şikayət ərizələrindəki iddia etdiyi məsələlərin heç biri öz təsdiqini tapmamışdır. Beləliklə də X5 "xxxx" QSC-nin Aviasiya Təhlükəsizlik Baş İdarəsi “Lənkəran” X17 Aviasiya Təhlükəsizlik Xidmətinin əməkdaşlarının 08 dekabr 2022-ci il tarixli ümumi yığıncağında öz çıxışında ona böhtan atıb məni ağır cinayətlərdə ittiham və təhqir etməklə, yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları kütləvi çıxışında yaymış, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Belə ki, o, çıxışında onun ünvanına təhqir edici və alçaldıcı “üzdən iraq” ifadəsini işlədərək şərəf və ləyaqətinə toxunmuşdur. Ona görə də A.Abdullayevin ona münasibətdə dediyi “üzdən iraq” ifadəsini özünə qarşı təhqir hesab edirə. Eyni zamanda A.Abdullayevin çıxışında onun maliyyə vəsaitindən səmərəsiz istifadə etdiyini, işçilərin işə gəlməyərək əmək haqqlarını mənimsədiyini, işdən kənar biznes fəaliyyəti ilə məşqul olduğunu, qohumbazlıq edərək qohumlarını kütləvi şəkildə işlə təmin etdiyini, onun tərəfindən hava limanı ərazisində narkotik bitkilərin əkildiyini, işçiləri evinə apararaq fəhlə qismində işlətdiyini, kompyuter operatoru Tural Məmmədovdan 5000 manat alaraq işə təyin etdiyini, vaxtı ilə Aytən Babayevin çantasından 457 manat pul oğurladığını və indiyə kimi oğrunun tapılmadığını qeyd etmişdir. Bu fikirləri ilə A.Abdullayev onun “cinayət tərkibli faktlara” imzalı olduğunu yazmaqla ona böhtan atmışdır. Həmin hissədə böhtan həm də onunla bağlıdır ki, A.Abdullayev yalan məlumatları çıxışında qeyd etməklə yanaşı, həm də əxlaq normalarına və prinsiplərinə biganəliyini də nümayiş etdirmişdir. Aslan Abdullayev bilməlidir ki, onun çıxışında qeyd etdikləri nə qanuna, nə əxlaq normalarına, nə millimənəvi dəyərlərə və nə də ümumbəşəri norma və prinsiplərə uyğun deyil. Ən əsası isə yalandır. A.Abdullayev dərk etməlidir ki, çıxış edərkən qeyd etdiklərini sübut etməli olacağı haqqında fikirləşməyibsə, çox səhv edib. Göründüyü kimi A.Abdullayev çıxışında onun tərəfindən hava limanı ərazisində narkotik bitkilərin əkildiyini qeyd etməklə onun narkotik vasitələrin dövriyyəsində iştirakçı olmağı ilə bağlı məlumat yaymışdır. Daha dəqiq yalan olduğunu bilə-bilə onu ağır cinayət törətməkdə ittiham etmişdir. Məlumat üçün qeyd etmək istəyirə ki, A.Abdullayev çıxışının bu hissəsini də ona sübut etmək, dəlillərini məhkəməyə təqdim etmək barədə fikirləşməlidir. Həmin çıxışına görə cavabı A.Abdullayev verməlidir. Böhtançı hər bir halda hərəkətlərinə cavab verməlidir. Özü isə qanunun tələblərinə əsasən ancaq özünə aid pozulmuş hüquqlarının müdafiəsi, A.T.Abdullayevin cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması ilə əlaqədar məhkəməyə müraciət edir. A.T.Abdullayev çıxışında qeyd etdiklərinin təhqir və böhtan xarakterli olduğunu özü də başa düşməmiş deyildir. Bununla belə o, həmin çıxışı ilə və eləcə də keçirilmiş yığıncaq iştirakçıları arasında onun əleyhimə söylədiyi sözlər ilə onu biabır etmək, alçaltmaq və cəmiyyətdə hörmətdən salmaq məqsədini güdmüşdür, çünki həmin böhtan xarakterli çıxışlara onu tanıyan şəxslər inanmasa da, hər bir halda iclas iştirakçılarına təsirsiz qalmamışdır. A.T.Abdullayevin 08 dekabr 2022-ci il tarixli ümumi yığıncağında öz çıxışında onun əleyhimə söylədikləri onda əsəbi vəziyyət yaratdığından səhhəti də onu narahat edir. Ona görə də xüsusi ittiham qaydasında şikayət yazmaqla aidiyyəti üzrə Lənkəran rayon məhkəməsinə müraciət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixdə qəbul etdiyi “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 7 saylı qərarının 5-ci maddəsində göstərilir ki, “başqası haqqında yalan məlumat yayan şəxsin hərəkətində cinayətin əlamətləri olduqda (təhqir, böhtan) zərər çəkən şəxslər onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə, həm də yazılan məlumatın təkzib edilməsi haqqında iddia qaldıra bilərlər”. 1948-ci ildə qəbul edilmiş Ümumdünya insan hüquqları Bəyannaməsində, 1966-cı ildə qəbul edilmiş Mülki və siyasi hüquqlar haqqında Paktda və Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. A.T.Abdullayevin "xxxx" QSCnin Aviasiya Təhlükəsizlik Baş idarəsi “Lənkəran” X17 Aviasiya Təhlükəsizlik Xidmətinin əməkdaşlarının 08 dekabr 2022-ci il tarixli ümumi yığıncağında öz çıxışında qeyd olunan təhqir və böhtan xarakterli məlumatlar cəmiyyətdə yayılmışdır. Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinə görə yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma böhtan hesab edilir və qanunla nəzərdə tutulan qaydada cəzalandırılır. A.Abdullayevin mənə qarşı törətdiyi əməl həm də xüsusi əlamətlərinə görə fərqlənir, çünki o, məni həm də ağır cinayətlərdə ittiham etməklə böhtan atmışdır. Ona görə də əməlində Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə yanaşı, 147.2-ci maddəsinin də tərkibi vardır. A.T.Abdullayevin hansı prinsiplərə və çirkin məqsədlərə görə ona qarşı bu əməlləri törətməsi onun məsuliyyətdən azad edilməsi üçün əsas ola bilməz, çünki böhtanla bağlı əməllər üzrə şərəf və ləyaqətin, nüfuzun ləkələnməsi, məlumatların yayılması və yayılmış məlumatların yalan olması cinayət tərkibinin yaranmasının əsaslarıdır. Yuxarıda qeyd etdiyi Plenum qərarının 3-cü maddəsində göstərilir: “Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: Məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması.” İşin məhkəmə baxışı zamanı həmin halların müəyyən olunacağına şübhə etmir, çünki A.Abdullyevin çıxışında qeyd etdiklərinin heç bir faktiki əsası yoxdur. A.T.Abdullayev yuxarıda istinad etdiyi Plenum qərarına əsasən bilməlidir ki, yayılan məlumat əxlaqi prinsiplər, ... cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə isə, onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Təhqir isə formal tərkibli cinayətdir və başqa şəxsin şərəf və ləyaqətinin nalayiq formada alçaldığı andan başa çatmış sayılır. Xüsusi ittihamçı gğstərilənləri nəzərə alaraq, X1 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X24 şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X10 nümayəndəsi Müdafiəçi1 xüsusi ittihamçının söylədikləri ilə eyni məzmunlu izahat verərək, X1 barəsində məhkəmənin ittihamedici hökmünün çıxarılmasını və təqsirləndirlən şəxsə azadlıqdan məhruim etməcəzasının verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə ona qarşı irəli sürülmüş ittihamda özümü təqsirli bilməyərək göstərmişdir ki, o, “üzdən iraq” deməklə o, Fizuli Ağayevi təhqir etməmişdir. Sadəcə olaraq yığıncaqda “üzdən iraq rəisin əlində çalışıram” ifadəsini işlətməklə onu həmin vəzifəyə layiq olmayan bir işçi olduğuinu vurğulamışdır. Həmin yığılncaqda Fizuli Ağayevin işçilərinin işə gəlmədiyi halda onlara əmək haqqı yazıldığını, qohumlarının orada işlədiyini, işçilərini şəxsi evində işlətdiyini demiş, digər sözləri deməmişdir. Buna görə də barəsində bəraət hökmümün çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli 124/ş nömrəli əmrin çıxarışından görünür ki, X24 “Lənkəran” X33 Aviasiya Təhlükəsizlik Xidmətinin rəisi təyin eüdilmişdir. İş materiallarında olan "xxxx" QSC-nin Aviasiya Təhlükəsizlik Baş İdarəsi “Lənkəran” X17 Aviasiya Təhlükəsizlik Xidmətinin əməkdaşlarının 08 dekabr 2022-ci il tarixli ümumi yığıncağının protokolundan görünür ki, X5 həmin iclasda çıxış edərək X14 dövlət əmlakını mənimsəməkdə və dövlət büdcəsi vəsaitinin və “AZAL” Avia şirkətin büdcəsi vəsaitinin mənimsəməkdə, yaxınlığı ilə seçilən Məhərrəm Hüseynovdan və komyüter operatoru Tural Məmmədovdan işə qəbul etmək üçün hərəsindən 5000 manat məbləğində rüşvət almağında, vəzifə səlahiyyətlərindən sui- istifadə edərək işçiləri öz fərdi evinin tikintisində işlətməkdə və eyni zamanda dövlət üçün əhəmiyyət kəsb edən hava limanı ərazisində naktorik tərkibli bitkilərin əkilməsində və narkotik vasitələrin qəbulu və satışı ilə məşqul olan şəxslərin himayə etməkdə və həmçinin özünün də bu işdə əlinin olmağını göstərmişdir. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, təqsirləndirlən şəxs xx.xx.2022-ci il tarixdən Lənkəran Şəhər Konsultativ poliklinikasında şəkərli diabet diaqnozu ilə dispanser qeydiyyatdadır. Məhkəmə iclasında şahidlər, Aviasiya Təhlükəsizlik Baş İdarəsi “Lənkəran” X26 əməkdaşları, növbə rəisi X19, böyük inspektor X7, rəis müavini X8, texniki X13 ayrıayrılıqda göstərdilər ki, onlar digər hava limanının əməkdaşları ilə bərarbər xx.xx.2022-ci il tarixdə təşkil olunmuş ümumi yığıncaqda iştirak etmiş və həmin yığıncaqda tərtib olunmuş protokolda qeyd olunanlarla razılaşaraq ona əlavə edilmiş siyahını imzalamışlar. X19 əlavə olaraq bildirdi ki, təqsirləndirlən şəxs Aviasiya Təhlükəsizlik Baş İdarəsi “Lənkəran” X17 Aviasiya Təhlükəsizlik Xidmətinin rəisi X15 “üzdən iraq rəislə işləyirəm” sözlərini deyərək sonuncunu maliyyə vəsaitlərini mənimsəmədə, hava limanə ərazisində narkotik tərkibli bitkilərin əkib-becərməsində, ayrı-ayrılıqda hər birindən 5000 manat olmaqla iki nəfər işçisindən rüşvət almasında, Xidmətdə baş vermiş oğurluq hadisəsini gizlətməkdə təqsirləndirmişdir. X7 isə əlavə olaraq bildirdi ki, qeyd olunan yığıncaqda təqsirləndirlən şəxs Fizuli Ağayevə istinad edərək bildirmişdir ki, o, “üzdən iraq rəislə işləyir”, işçilər işə gəlmədiyi halda onlara əmək haqqı yazıb, qohumbazlıq edərək öz yaxınlarını işə qəbul edib, rüşvət alıb işçiləri işə qəbul edib, işçiləri öz şəxsi evində işlədib, o cümlədən də onu, işlədib. Lakin təqsirləndirlən şəxsin dediyi kimi Fizulıi Ağayev onu öz evində işlətməmişdir. X8 əlavə olaraq bildirdi ki, qeyd olunan yığıncaqda təqsirləndirlən şəxs Fizuli Ağayevi “üzdən iraq” adlandıraraq onun maaliyyə yeyintisinə yol verdiyini, narkotok vasitə əkibbecərdiyini, işçilərini işə gəlmədiyi halda onlara əmək haqqı yazıldığını bildirmişdir. X13 isə əlavə olaraq bildirdi ki, qeyd olunan yığıncaqda təqsirləndirlən şəxs bildirmişdir ki, o, “üzdən iraq rəislə işləyir”, işçilər işə gəlmədiyi halda onlara əmək haqqı yazıb, qohumbazlıq edərək öz yaxınlarını işə qəbul edib, rüşvət alıb işçiləri işə qəbul edib, işçiləri öz şəxsi evində işlədib. Məhkəmə iclas iştirakçılarını dinləyib, işdəki sübutları araşdırıb, onlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, X5 Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və barəsində ittiham hökmü çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 147-ci maddəsi ilə nəzərdə tutulan böhtan cinayəti o vaxt yaranır ki, şəxs haqqında yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar təqsirli şəxs tərəfindən o cümlədən də kütləvi çıxışlarda yayılmış olsun. Məhkəmə iclasında sübuta yetirldi ki, təqsirləndirlən şəxs yalan olduğunu bilə-bilə ümumi yığıncaqda Fizuli Ağayevi maliyyə vəsaitlərini mənimsəmədə, hava limanə ərazisində narkotik tərkibli bitkilərin əkib-becərməsində, Xidmətdə baş vermiş oğurluq hadisəsini gizlətməkdə, işçilər işə gəlmədiyi halda onlara əmək haqqı yazmaqda, qohumbazlıq edərək öz yaxınlarını və rüşvət alıb işçiləri işə qəbul etməkdə, işçiləri öz şəxsi evində işlətməkdə və s. təqsirləndirmişdir. Buna görə də məhkəmə hesab edir ki, onun əməlində CM-nin 147.1-ci maddəsinin tərkibi vardır. Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə nəzərdə tutulan böhtan cinayəti o vaxt yaranır ki, şəxs haqqında yalan olduğunu bilə-bilə onu ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə yayılmış oplsun. Məhkəmə iclasında sübuta yetirldi ki, təqsirləndirlən şəxsqeyd olunan yığıncaqda yalan olduğunu bilə-bilə Fizuli Ağayev tərəfindən iki nəfər şəxsdən ayrı-ayrılıqda 5000 manat olmaqla, ümumilikdə 10 000 manat rüşvət aldığını bildirmişdir. Məhkəmə qeyd edir ki, 10000 manat rüşvət alma ağır cinayət hesab olunur. Belə ki, CM-nin 311.1-ci maddəsinə əsasən rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsinə görə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulur. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Qeyd olunan Məcəllənin 15.4-cü maddəsinə əsasən iosə Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Göründüyü kimi təqsirləndirlən şəxs Fizuli Ağayevə bohtan ataraq onu ağır cinayət törətməkdə günahlandırmışdır. Buna görə də məhkəmə hesab edir ki, onun əməlində CMnin 147.2-ci maddəsinin tərkibi vardır. Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulan təhqir cinayəti isə o vaxt yaranır ki, şəxs haqqında şərəf və ləyaqətini nalayiq formada alçaltma o cümlədən də öz əksini kütləvi çıxışlarda öz əksini tapsın. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz . İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 12-ci maddəsində qeyd olunmuşdur ki, heç kim şərəf və nüfuzuna özbaşına qəsdə məruz qala bilməz. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə axılması üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli № 3 qərarının 5-ci bəndində göstərilmişdir ki, Qeyd edilsin ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 11-ci bəndində göstərilir, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Həmin Qərarın 21-ci bəndində göstərilir, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında cinayət təqibi zamanı xüsusi ittihamçı məhkəmə istintaqı başlananadək CPM-nin 179 və 181-183-cü maddələrində nəzərdə tutulmuş qaydada maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia verdikdə məhkəmə həmin iddiaya baxmalı və məhkəmə baxışı ittiham hökmünün çıxarılması ilə nəticələndikdə hökmdə iddianın tam və ya qismən təmin edilməsi, yaxud da rədd edilməsi haqqında qərar qəbul etməlidir. Bu zaman məhkəmə ödənilməsini qərara almış ziyanın miqdarını müəyyən edərkən hər bir işə fərdi yanaşmalı, təhqir və ya böhtan xarakterli məlumatların yayılma dairəsini, müəlliflik, ixtiraçılıq, patent hüquqlarının pozulma dərəcəsini, xüsusi ittihamçıya yetirilmiş mənəvi və fıziki sarsıntıların xarakterini və dərəcəsini, təqsirləndirilən şəxsin əmlak vəziyyətini, işin sair hallarını, habelə ziyanın ödənilməsi üçün təqsirləndirilən şəxsin real imkanlarını və hökmün mülki iddianın təmin edilməsi hissəsində icrasının mümkünlüyünü nəzərə almalıdır. Məhkəmə toplanmış mötəbər sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X5 tərəfindən X10 dövlət əmlakını mənimsəməkdə və dövlət büdcəsi vəsaitinin və “AZAL” Avia şirkətin büdcəsi vəsaitinin mənimsəməkdə, yaxınlığı ilə seçilən Məhərrəm Hüseynovdan və komyüter operatoru Tural Məmmədovdan işə qəbul etmək üçün hərəsindən ayrı-ayrılıqda 5000 manat məbləğində rüşvət almağında, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək işçiləri öz fərdi evinin tikintisində işlətməkdə və eyni zamanda dövlət üçün əhəmiyyət kəsb edən hava limanı ərazisində naktorik tərkibli bitkilərin əkilməsində və narkotik vasitələrin qəbulu və satışı ilə məşqul olan şəxslərin himayə etməkdə və həmçinin özünün də bu işdə əlinin olmağını, onu ağır cinayət törətməkdə kütləvi çıxışda, yəni ümumi yığıncaqda göstərməklə Fizuli Ağayevə böhtan atmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ bəndinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin maddənin V bəndinə əsasən, məhkəmənin hökmü olmasa kimsə cinayətdə təqsirli sayıla bilməz. Məhkəmə qeyd edir ki, Aslan Abdullayev kütləvi çıxışında Fizuli Ağayevin az ağır və ağır cinayət törətməsi barədə yaydığı məlumatlarla bağlı sonuncunun Azərbaycan Respublikası CM-nin 179.2.3, 237.1, 311.1 və s. maddələrində nəzərdə tutulan cinayətlərin törədilməsi sübuta yetirilmir. Çünki şəxsin cinayət törətdiyini o vaxt söyləmək olar ki, onun barəsində həmin cinayət üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mövcud olsun. Bundan əlavə o, kütləvi çıxışı zamanı Fizuli Ağayev barəsində “üzdən iraq” ifadəsi işlətməklə sonuncunun şərəf və ləyaqətini qəsdən alçaltmaqla təhqir etmişdir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, Fizuli Ağayev ali savadlı şəxs olmaqla uzun müddətdir ki, rəhbər vəzifəsində işləyərək rəhbərliyi və kollektivi qarşısında böyük hörmət və nüfuza malikdir. Buna görə də o, rəhbərliyi tərəfindən dəfələrlə mükafatlandırılmışdır. Onun həmin nüfuza sahib olmasını, protokola əlavə olunmuş siyahını imzalayan 88 nəfər şəxsin sayı da təsdiq edir. Təqsirləndirlən şəxs onu kollektiv və rəhbərliyinin gözü qarşısında “üzdən iraq rəis” adlandırmaqla, sonuncunun şərəf və ləyaqətini alçaltmışdır. Buna görə də məhkəmə hesab edir ki, onun əməlində CM-nin 148ci maddəsinin tərkibi vardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs X4 cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X1 ilk dəfə az ağır cinayət törətdiyini və şəkərli diabet xəstəsi olmasını Azərbaycan Respublikasının CM-nin 59.2-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan ağırlaşdırıcı hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, X4 onun ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələrinin sanksiyalarında nəzərdə tutulan islah işləri cəzası təyin edilməlidir. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirlən şəxsin təqdim etdiyi yazılı etiraz imzalanmadığı üçün, həmin etiraz tədqiq olunmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:
X5 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə təqsirli bilinib qazancından 15%-i dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətə, həmin Məcəllənin 147.2-ci maddəsi ilə təqsirli bilinib qazancından 15%-i dövlət nəfinə tutulmaqla 01(bir) il (06) ay müddətə, həmin Məcəllənin 148-ci maddəsi ilə təqsirli bilinib qazancından 15%-i dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən X4 təyin olunmuş cəzalar qismən toplanılmaqla üzərində qəti olaraq qazancından 15%-i dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli əmək haqqından tutulmalar aparıldığı gündən hesablansın. Cəzanın icrasına nəzarət Lənkəran rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər.
Sədrlik edən: Muradağa Qasımov