Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-107/2024 16.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X5 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin qanunu nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Lənkəran şəhəri, şəhid Hamil Əsgərov küçəsi 12 nömrəli evdə qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, 16 aprel 2024-cü il tarixdə, saat 12.28-də qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və seksual xarakterli digər hərəkətlər etmə cinayət əməlini törətmişdir. Belə ki, o, 21 oktyabr 2023-cü il tarixdə Lənkəran şəhəri, “Böyük Bazar” adlanan ərazidə tanış olduğu Masallı rayonu, Boradigah qəsəbəsinin sakini Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olma və seksual xarakterli digər hərəkətlər etmək qərarına gəlib, bu məqsədlə 22 oktyabr 2023-cü il tarixdə, axşam saat 23 radələrində Zərərçəkmiş şəxs ilə özünün gözətçi işlədiyi ünvan 1 ünvanında yerləşən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecinin həyətində yerləşən otaqda sonuncunun ona qarşı edilən hərəkətlərin xarakterini və mahiyyətini başa düşmək və dərk etmək qabiliyyətinə malik olduğu şəraitdə, aralarında yeddi yaş fərqi olan, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs könüllü razılığı əsasında vahid niyyətlə əhatə olunan qəsdlə cinsi ehtirasını təmin etmək üçün əvvəlcə qucaqlayıb üz və boyun nahiyəsindən öpməklə, ardınca isə hər ikisi üzərlərində olan paltarlarını soyunduqdan sonra öz cinsiyyət orqanını sonuncunun anus dəliyinə daxil edib qeyri-təbii yolla cinsi əlaqədə olmaqla seksual xarakterli digər hərəkətlər etmiş və eyni niyyətlə əməlini davam etdirərək öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs cinsiyyət orqanına daxil edib onunla təbii yolla iki dəfə cinsi əlaqədə olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə qismən, yəni zərəçəkmiş şəxslə seksual xarakterli əməllər etmədiyini, yalnız sonuncunun razılığı əsasında iki dəfə onunla təbii yolla cinsi əlaqədə olduğundan özünü təqsirli bilərək göstərdi ki, ibtidai istintaq zamanı Masallı Rayon Polis şöbəsinin müstəntiqi Elvin Muradov tərəfindən şiddətə məruz qalmış, sonuncu onu döymüş, İstintaq Bölməsinin rəisi Cahangir müəllim buna görə müstəntiqə öz iradını bildirmişdir. Lənkəran Rayon-Şəhər Polis Şöbəsində ona qarşı hər hansi bir qanunsuz hərəkətlər yol verilməmişdir. xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində “Əli market”in qabağından, piyada hərəkətdə olan zaman bir qızın piyada hərəkətdə olduğunu görmüşdür. Həmin qızdan həmin vaxt nə səbəbdən orada gəzdiyini soruşduqda sonuncu da ona tələbə və adının Nurtac olduğunu bildirmişdir. Həmin qızdan yaşını soruşduqda, sonuncu 18 yaşının olduğunu, kirayədə qaldığını, pulu olmadığına görə evdən qovulduğunu ona bildirmişdir. Bundan sonra həmin qızın telefon nömrəsini alaraq bir müddət birlikdə gəzdikdən sonra gecə saat 24-01 radələrində onu evlərinə aparmışdır. Anasına Nurtacın tələbə olduğunu, Lənkəranda kirayədə qaldığını, pulu olmadığı üçün kirayədə qaldığı evdən qovulduğunu bildirmişdir. Sonradan anası bu barədə Nurtacdan soruşmuş, sonuncu ona onun dedikdən sonda Nurtacı evdə saxlamağa razı olmuşdur. Anası evin birinci mərtəbəsində ona yer hazırlamış və ona yeməkdə vermişdir. Nurtac evin birinci mərətəbəsində, onlar isə evin ikinci mərtəbəsində gecələmişlər. Səhər o, işə getmək üçün evdən çıxmış, Nurtac da səhər yeməyi yemədən onunla birgə çıxıb getmişdir. Səhər saat 08.20-də o, iş yerinə gəlib növbəsini təhvil almış, daha sonra Nurtac ona zəng vurub onunla görüşmək istədiyini bildirmişdir. O, Nurtacla görüşmüş və bu zaman Nurtac ona bildirmişdir ki, həmin gündə onu Lənkəranda saxlasın, sabah çıxıb gedəcəkdir. O, Nurtacla razılaşmış və ona öz paltosunu verib icəri geçirmiş, boş otağların birində onu saxlatmışdır. Gün ərzində ara bir gedib ona baş çəkmişdir. Həmin gün həftənin bazar günü olduğundan kollecdə heç kim olmamış, Nurtacı kollecin arxa tərəfində yerləşən otağa yerləşdirmişdir. Axşam o, ona demişdir ki, gedib əl üzünü yuyub gələcək, o isə çay hazırlasın. O, əl üzünü yuduqdan sonra gəlib birlikdə çörək yemişlər. Daha sonra isə çay içmişlər. Çay içdikdən 10-12 dəqiqə sonra “bu hal” baş vermişdir. Nurtac ona “gəl bu işlə məşqul olaq” demişdir. Əvəl etiraz etsə də, sonradan hər ikisi paltarlarını çıxartdıqdan sonra ikisi də “bu işlə məşğul olmağa” başlamışlar. Nurtac ona demişdir ki, qorxmasın, daha əvvəl onun bakirəyilini pozublar. O, iki dəfə Nurtacla cinsi əlaqədə olmuşdur. Səhər açıldıqda Nurtaca evlərinə getməyi tövsiyyə etsə də, əvvəl razılaşmamış, lakin sonradan onu bir təhər onu yola salmışdır. Bundan sonra Nurtac gün ərzində ona dəfələrlə zəng etmiş, lakin o, xəstə olduğundan nə telefon zənglərinə cavab verə, nə də ki, toya gedə bilməmişdir. Səhəri gün yenidən Nurtacla Lənkəran Rayon Məhkəmənin qarşırısndakı parkda görüşüb söhbət etmişlər. Bu zaman Nurtaca zəng gəlmiş və sonuncu ona atasının zəng etdiyini bildirmişdir. Daha sonra Nurtacın atası gəlib onu aparmışdır. Əlavə olaraq bildirmişdir ki, Nurtacı xx.xx.2023-cü il tarixdə tanımışdı. Telefonla onunla yazışmışdır. Əvvəl onu istəmək fikri olub. Cayı içdikdən sonra 2 saat özündə olmamışdır. Birinci gün Nurtacı evlərində özü saxlamış, ikinci gün isə Nurtac özü onun yanına gəlmişdir. O, Nurtacla yalnız təbii yolla cinsi əlaqədə olmuş, qeyri-təbi yolla olmamışdır. Cinsi əlaqədə olduğu zaman qan axma olmamışdır. Hazırda Nurtacla münasibətləri pisdir, lakin buna baxmayaraq onunla barışmağa cəhd göstərmişdir ki, Nurtac pis vəziyyətdə qalmasın. Onunla yalnız kollecdə cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə özünü qismən təqsirli bilsə belə, həmin əmələ görə təqsirliliyi, zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi və şahid ifadələri, üzləşmə və ifadənin yerində yoxlanılması protokolu, protokola əlavə olunmuş CD diskdə videogörüntü, ekspertiza rəyləri, telefon danışıqlarının ələ keçirilməsinə dair məlumatlar, işin digər halları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə aşağıda şərh olunan qaydada kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmədə qanunu nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Əvvələr təqsirləndirilən şəxsi tanımamışdır. Onu, Lənkəran şəhərinə gəldikdən sonra tanımışdır. Dəqiq xatırlamadığı 18-20 oktyabr tarixləri arası Masallı rayonundan Lənkəran şəhərinə gəlmiş və burada ara küçələrlə gəzmişdir. Mehdi arxadan ona yaxınlaşdıqdan sonra onunla tanış olmuş, bundan sonra birlikdə bir az gəzmişlər. O, Mehdiyə evlərində dalaşdığını və ora qayıtmayacağını bildirmişdir. Bundan sonra Mehdi ona bildirmişdir ki, o, onu evlərinə aparacaq və anasına onun tələbə olduğunu və kirayədə qaldığı evdən qovulduğunu bildirəcəkdir. O, Mehdi ilə onların evinə getmiş, Mehdinin anası onu sorğu sual etdikdə, o, Mehidinin dediklərini ona söyləmişdir. Onların evində bir gecə qaldıqdan sonra səhər Mehdiyə nənəsi gilə getmək istədiyini bildirmişdir. Mehdi isə ondan getməməyi xahiş etmişdir. O, Mehdi ilə razılaşmış və onunla birlikdə Mehdinin işlədiyi yerə getmiş, Mehdi onu arxa qapıdan içəri salmışdır. Həmin gün axşam onun razılığı ilə Mehdi onunla cinsi əlaqədə olmuşdur. Əlavə olaraq bildirmişdir ki, Mehdigilin evində ayrı-ayrı otaaqlarda yatmışlar. Mehdiyə 2007-ci il təvəllüdlü olduğunu bildirmişdir. Onunla 2 dəfə cinsi əlaqədə olmuşdur. Ondan qabaq isə, başqa bir şəxslə birinci dəfə 3 il bunadan qabaq cinsini əlaqədə olmuşdur. Mehdi əvvəl qeyri-təbbi yolla cinsi əlaqədə olmaq istəsə də, cinsiyyət orqanı keçmədiyindən təbii yolla onunla əlaqədə olmuşdur. Özü kollecdə oxumur. Mehdi bildirdi ki, o, evdən qaçmışdır. Mehdi təkid etmişdir ki, o, onunla olsun. O, heç bir şərtlə Mehdi ilə barışmır. Məhkəmədə zərərçəkmiş şəxsin qanunu nümayəndəsi Qanuni nümayəndə şahid qismində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qızıdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirlən şəxlə münasibətləri yoxdur. Onun qızı Nurtacla evlərində mübahisə qaşının götürməsi ilə bağlı olub. Həmin vaxt o, Nurtacı döyməmişdir. Nurtac evdən qaçdığı üçün o, Masllı RPŞ-nə şikayət etdimişdir. Hazırda şikayətiçidir. İbtidai istintaq zamanı isə göstərmişdir ki, Zərərçəkmiş şəxs qızıdır, bir evdə yaşayırlar. 4 övladı var, Zərərçəkmiş şəxs övladlarının ən böyüyüdür, ərköyün böyümüşdür. Buna görə də hərdən əsəbiləşib evi tərk edib hara gəldi gedir. 21 oktyabr 2023-cü il tarixdə, saat 10 radələrində qızı Zərərçəkmiş şəxs qaşına və üzünə rəng çəkdiyini görüb əsəbiləşərək Nurtacı buna görə danlamış və elə bu səbəbdən Nurtacla aralarında mübahisə yaranmışdır. Nurtac öz otağına qapanmış, mətbəxə gedib ev işlərini görməyə başlamışdır. Mətbəxdə işini qurtardıqdan sonra otağa baxdıqda qızı Nurtacın evdə olmadığını görmüşdür. Bir gün gəzib özünün evə qayıdacağını düşünüb səhərə kimi gözləmiş, lakin Nurtac evə gəlməmişdir. Buna görə də səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində polisə məlumat vermiş, xx.xx.2024-cü il tarixdə polis əməkdaşlarının köməkliyi ilə Zərərçəkmiş şəxs Lənkəran şəhərində tapılmış və ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs evdən qaçaraq Lənkəran şəhərinə getmiş, orada Təqsirləndirilən şəxs ilə tanış olmuş və sonuncu Nurtacla xx.xx.2023-cü il tarixdə Lənkəran şəhərində, Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin köməkçi otağında cinsi əlaqədə olmuşdur. Bu barədə qızı Nurtac özü ona danışmışdır. Məhkəmə iclasında Şahid göstərmişdir ki, təqsirləndirlən şəxs onun doğma oğludur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Bir axşam xəstə vəziyyətdə olduğu zaman oğlu Medi ona demişdir ki, bir qız onunla qəlib, tələbədir onu evdən qovublar. O da həmin qızdan niyə qovulduğunu soruşmuş, daha sonra qız ona bildirmişdir ki, əmlakı həmin evdə qalmışdır. Fikirləşdi ki, qızın valideyniləri zəhmətkeş insanlardırlar, ola bilər ki, kirayə haqqı verə bilməyiblər. Buna görə də həmin qıza evlərində gecələməyə razılıq verdi. Onlar evin ikinci, qız isə - birinci mərtəbəsində yatmışlar. Ona yemək vermiş və qız gecə qaldı, səhəri günü cıxıb getmişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1025 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs boynun sol yan hissəsinin qançırı müəyyən olunmuş, müəyyən olunmuş xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti müayinədən 2-3 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin anatomik tamlığı çoxdan pozulmuşdur, daha doğrusu pozulma müddəti 2-3 həftədən artıqdır. Zərərçəkmiş şəxs qeyri-təbii yolla, yəni düz bağırsaqdan cinsi əlaqədə olmağa dair əlamətlər (şüavari büküşlərin bir qədər hamarlaşması, düz bağırsaq girəcəyinin büzücü əzələlərinin boşalması, düz bağırsağın girəcək hissəsinin selikli qişasında sıyrıq və qansızmanın olması və s. bunu sübut edir) vardır. Bu əlamətlərin yaranma müddəti müayinə olunanın qeyd etdiyi 22 oktyabr 2023-cü il tarixə uyğun gəlir. İşdə olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 632 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs əvvəllər hər hansı psixi xəstəlik müəyyən edilməyib. Zərərçəkmiş şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Zərərçəkmiş şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Zərərçəkmiş şəxs hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Zərərçəkmiş şəxs təsvir olunan hadisə zamanı ona qarşı edilən hərəkətləri dərk etmək, öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs əqli-intellektual inkişafı və idrak prosesləri (qavrama, təfəkkür, yaddaş və s.) normaya uyğundur. Onun əqli inkişafında gerilik əlamətləri aşkar edilmir. Zərərçəkmiş şəxs öz hərəkətlərinin mahiyyətini dərk etmək iqtidarındadır. Zərərçəkmiş şəxs inadkarlıq, qıcığa qarşı həssaslıq, məsuliyyətsizlik, nəticəsini düşünmədən davranmaq, söz götürməmək, sərbəstliyə can atmaq, səthilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya və bu barədə məlumat verə bilər. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərində təlqinə qapılmağa, həmçinin başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri aşkar edilmədi. Zərərçəkmiş şəxs hadisə ilə əlaqədar özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmədi. Zərərçəkmiş şəxs onunla edilən hərəkətlərin xarakter və mənasını dərk etmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs ona qarşı edilən qanunazidd hərəkətlər zamanı, emosional vəziyyətinə, həmçinin fərdi-psixi xüsusiyyətlərinə görə Təqsirləndirilən şəxs müqavimət göstərə bilərdi. İşdə olan “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini, yəni xx.xx.2023-ci il tarixdə, saat 08 radələrində Təqsirləndirilən şəxs onu Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji kollecinin qapısından kollecin həyətinə salmasını və oradan kollecin inzibati binasının arxa tərəfində yerləşən köməkçi otağa aparmasını, həmçinin həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs iki dəfə onunla təbii yolla cinsi əlaqədə olduğu yeri əyanı şəkildə göstərmiş, həmin yerin fotoşəkilləri və müşahidə kameralarından 02 ədəd videogörüntü götürülərək diskə köçürülməklə protokola əlavə edilmişdir. İşdə olan üzləşdirmə istintaq hərəkəti protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında üzləşmə keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmiş olduğu xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmiş, Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs onun üzünə qarşı dedikləri ilə razılaşmaqla sonuncunun göstərdiklərini təsdiq etmişdir. İşdə olan Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanılması zamanı götürülmüş 1 ədəd DVD diskə baxış keçirilmiş baxış zamanı DVD diskdə “HWEC0295" və “WhatsApp Video 2023-12-26 at 08.14.34 (1)” fayllarının olması, “HWEC0295" - faylına baxış zamanı xx.xx.2023- cü il tarixdə, saat 08:19-da Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji kollecinin həyətyanı sahəsində köməkçi otağa daxil olmaları, baxışda iştirak edən Zərərçəkmiş şəxs videogörüntüdə olan şəxslərin o və Təqsirləndirilən şəxs olduğunu təsdiq etməsi, əynində Təqsirləndirilən şəxs məxsus qara rəngdə gödəkçəsinin olduğunu bildirməsi müəyyən olunmuşdur. “WhatsApp Video 2023-12-26 at 08.14.34 (1)” faylına baxış zamanı müşahidə kamerasının Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji kollecinin həyətyanı sahəsini çəkməsi, havanın qaranlıq olması, ətraf binanın işıqları ilə qismən işıqlanması, köməkçi otaqdan bir nəfər şəxsin çölə çıxması, havanın qaranlıq olması, baxışda iştirak edən Zərərçəkmiş şəxs həmin şəxsin o olmasını, kollecin ərazisini tərk edərkən çəkilməsini bildirməsi müəyyən olunmuşdur. İşdə olan Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**, Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** və 051-658-48- 28 saylı mobil nömrələrinə 01 sentyabr 2023-cü il tarixindən 01 yanvar 2024-cü il tarixinədək müddətdə daxil olan və çıxan zənglər, SMS göndərişləri, həmin telefonun hansı antenlərin əhatə dairəsində işləmələri, habelə əlaqə yaratdığı nömrələrin kimə məxsus olması barədə məlumatlar Lənkəran rayon məhkəməsinin qərarı ilə "xxxx" MMC-dən götürülmüşdür. İşdə olan "xxxx" MMC-nin 01 fevral 2024-cü il tarixli, 2568 saylı məktubu ilə daxil olmuş 01 ədəd diskə baxış zamanı müəyyən edilmişdir ki, CD diskdə antena2024.xlsx, antena2023.xlsx, abunechiler.xls, abunechiler.xlsx, **********42.txt, **********46.txt, 516586642_SMS.txt və 513785946_SMS.txt faylları vardır. CD diskdə antena2024.xlsx, antena2023.xlsx, abunechiler.xls. abunechiler.xlsx, **********42.txt, **********46.txt, 516586642_SMS.txt və 513785946_SMS.txt faylları vardır. **********42.txt faylına baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Zərərçəkmiş şəxs istifadəsində olmuş 051 - ***-**-** saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə, saat 15:21-də 26 saniyə müddətində danışıqlar qeydə alınmış, danışıqlar zamanı hər ikisi ünvan 3 ünvanında olmuşlar. xx.xx.2023-cü il tarixdə, saat 07:01-də 323 saniyə, saat 07:52-də 37 saniyə, 08:13-də 157 saniyə, 09:38-də 150 saniyə, xx.xx.2023-cü il tarixdə, saat 10:29-da 104 saniyə, saat 10:39-da 446 saniyə, saat 10:56-da 320 saniyə, saat 15:28-də 56 saniyə, saat 15:33-də 112 saniyə müddətində danışıqlar qeydə alınmış, danışıqlar zamanı Zərərçəkmiş şəxs Lenkeran seh., Z.Eliyeva kucesi 24, Lenkeran seh, Təqsirləndirilən şəxs isə Lenkeran sh., Fuzuli kucesi 50 “Cenub" shadliq sarayi, Lenkeran r-nu ünvanlarının anten əhatə dairəsində olmuşdur. xx.xx.2023cü il tarixdə, saat 17:57-də 870 saniyə müddətində danışıqlar qeydə alınmış, danışıq zamanı Zərərçəkmiş şəxs Masalli ray., Tukle kendinin, Təqsirləndirilən şəxs isə Lenkeran seh., Z.Eliyeva kucesi 24 ünvanının anten əhatə dairəsində olmuşlar. xx.xx.2023-cü il tarixdə, saat 16:10-da 336 saniyə, xx.xx.2023-cü il tarixdə, saat 08:31-də 801 saniyə, saat 09:50-də 311 saniyə, saat 13:39-da 900 saniyə, saat 13:57-də 900 manat, saat 14:13-də 60 saniyə, xx.xx.2023-cü il tarixdə, saat 10:34-də 900 saniyə, saat 10:49-da 900 saniyə, saat 01:04-də 900 saniyə, saat 02:34-də 2 saniyə və saat 08:43-də 60 saniyə müddətində danışıqlar qeydə alınmış, həmin danışıqlar zamanı Zərərçəkmiş şəxs Masallı rayonunun, Təqsirləndirilən şəxs isə Lənkəran şəhərinin anten əhatə dairəsində olmuşdur. “antena2023.xlsx” faylına baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində olan mobil telefonda istifadəsində olmuş və işlək vəziyyətdə olan ***-***-**-** sim nömrəsinin anten məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Lenkeran seh., Z.Eliyeva kucesi 24. Lenkeran sh., Fuzuli kucesi 50, “Cenub” shadliq sarayi, Lenkeran seh., Z.Eliyeva kucesi 24, Lenkaran sh.X3 kuc, Lenkeran r-nu, Lenkeran seh., Z.Eliyeva kucesi 24 antenlərinin əhatə dairəsində olması, həmçinin Zərərçəkmiş şəxs üzərində olan mobil telefonda istifadə olmuş və işlək vəziyyətdə olan ***-***-**-** sim nömrəsinin anten məlumatlarından görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Lenkeran seh., Z.Eliyeva kucesi 24 ünvanının anten əhatə dairəsində olmuşdur. Bu da onu göstərir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə eyni anten əhatə dairəsində olmuşlar. 513785946_SMS.txt faylına baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə, saat 13:00-da “Zarafat. Etdim zəng et, Atacanı. Zarafat etdim”, xx.xx.2023-cü il tarixdə, saat 02:22-də “Salam. Nurtac mən səni sevirəm. Xahiş edirəm mənə vaçapda yaz. Xahiş. Edirəm mənə yaz. Mən səni çox sevirəm. Sənə ehtiyacım var”, xx.xx.2023-cü il tarixdə, saat 21:40-da “Salam. Mənnən əlaqə saxla. Mənə cavab ver”, xx.xx.2023-cü il tarixdə, saat 23:21-də “Nurtac. Sən çox peşman olacaqsan. Bunu yaddan çıxarma. Nə qədər gec deyil mənnən vaçapda əlaqə saxla” mətnli mesajlar, Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 16:48-də “Açarsan belke”, saat 16:49-da “SÄUz deyim sonra get”, saat 21:23-də “Ölem e iki dəq ac” və saat 21:24-də “Bax toba pisəm” mətnli mesajlar yazmışdır. İşdə olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecində aylıq əmək haqqının məbləği 409.00 manat olmaqla gözətçi vəzifəsinə işə qəbul olunmuşdur. İşdə olan Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecinin direktorunun 25 dekabr 2023-cü il tarixli, 01/335 nömrəli Əmri ilə gözətçi - Təqsirləndirilən şəxs Əmək Məcəlləsinin 68-ci maddəsinin “a" bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xx.xx.2023-cü il tarixindən əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli, 10868 saylı arayışından məlum olur ki, Təqsirləndirilən şəxs Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyildir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2007-ci il tarixdə doğulmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli, 10868 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Şəhər Psxiatriya Xəstəxanasında qeydiyyatda deyildir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin arayışından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşə əlavə edilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin xx.xx.2029-cü il tarixli, 433 saylı arayışından görünür ki, təqsirləndirlən şəxs Azərbaycan Respublikası DSX Hərbi Hospitalının Hərbi Həkim Komissiyasının 669 nömrəli, xx.xx.2019-cu il tarixli “Xəstəlik haqqında şəhadətnaməsi”nə əsasən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yaralı hesab edilmiş, xəstəliklər hərbi xidmət dövründə alınmışdır. İşdə olan “Sübutların qiymətləndirlməsi haqqında” Qərardan görünür ki, Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji kollecinin müşahidə kameralarından götürülmüş 02 ədəd videogörüntünü özündə əks etdirən 01 ədəd DVD, Təqsirləndirilən şəxs izahatı alınarkən çəkilmiş videogörüntünü özündə əks etdirən 01 ədəd DVD və "xxxx" MMC-dən əldə edilmiş bir ədəd CD disklər maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə işdəki sübutları araşdırıb, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, onun qanuni nümayəndəsinin və şahidin ifadələrini dinləyib, onları məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq aparılan zaman Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq, Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə tövsif edilmişdir. CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxsna cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi ilə barışıq əldə etməsinə cəhd göstərməsini, xəstə olmaqla müharibə dövründə hərbi xidmətə məhdud yaralı olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun hərəkətlərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda qeyd olunanaları, eləcə də təqsirləndirlən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56-cı maddəsinin tələblərinə əsasən, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş ”polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji kollecinin müşahidə kameralarından götürülmüş 02 ədəd videogörüntünü özündə əks etdirən 01 ədəd DVD, Təqsirləndirilən şəxs izahatı alınarkən çəkilmiş videogörüntünü özündə əks etdirən 01 ədəd DVD və "xxxx" MMC-dən əldə edilmiş bir ədəd CD disklər iş materiallarında saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunması təklif edilən əmlak, mülki iddia, məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 16 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ”polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar- Texnoloji kollecinin müşahidə kameralarından götürülmüş 02 ədəd videogörüntünü özündə əks etdirən 01 ədəd DVD, Təqsirləndirilən şəxs izahatı alınarkən çəkilmiş videogörüntünü özündə əks etdirən 01 ədəd DVD və "xxxx" MMC-dən əldə edilmiş bir ədəd CD disklər iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti təqdim edildiyi andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X6
Məhkəmə qərarları › İş №1(049)-107/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-107/2024
16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver