Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-107/2025 21.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, Xüsusi ittihamçılar X6 və X2 Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 və müdafiəçisi Müdafiəçi iştirakları ilə X6 və X1 X4 barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə birlikdə məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 və X2 xüsusi ittiham qaydasında şikayət ərizəsi Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, X3 onlara qarşı alçaldıcı nalayiq ifadələr işlətdiyi, böhtan atdığını bildirib X3 AR CM-in 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməkə cəzalandırılmasına dair ittihamedici hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X6 şikayətini müdafiə edib, X3 cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X2 şikayətini müdafiə edib, X3 cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 şikayətin icraata qəbul edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X3 müdafiəçisi Müdafiəçi şikayətin icraata qəbul edilməməsini məhkəmədən xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət ərizəsində göstərilmişdir ki, xüsusli ittihamçılar X6 və X2 ər-arvadıq. Birgə nikahımızdan 4 övladımız var və hazırda Lənkəran rayonu, Nərimanabad qəsəbəsində yaşayırıq. Özüm avtomobil ustasıyam, uzun müddət Hundai Servicdə mator ustası kimi çalışmışam, islər Lənkəran, istərsə də ətraf rayonlardan kifayət qədər müştərilərim olduğu üçün, bu ərazilərdə yaşayan insanlar arasında böyük hörmətim var. Hər kəs məni vicdanlı, dürüst, işgüzar və məsuliyyətli insan kimi tanıyır. Arvadım Ləman isə evdar qadın olmaqla Nərimanabad qəsəbəsi sakinləri arasında tərbiyyəli. əxlaqlı xanım və övladlarına nümunəvi bir ana kimi tanınır. Özümüz üç qardaşıq, bir qardaşım Qafil Rusiya Federasiyasında yaşayır və uzun müddətdir Azərbaycan gəlmir. Digər qardaşım isə Elvindir və dünyasını dəyişənə kimi Nərimanabad qəsəbəsində yaşamışdır. Təqsirləndirilən şəxs X4 mərhum qardaşım xx.xx.1988-ci il təvəllüdlü X5 ilə qeyri rəsmi münasibətdə olub və bu münasibətdən bir övladları dünyaya gəlmişdir. Mərhum qardaşım xx.xx.2024-cü il tarixdə beyin ödemi diaqnozu ilə dünyasını dəyişmişdir. Qardaşımın vəfatından sonra təqsirləndirilən şəxs müxtəlif vaxtlarda mənə və arvadıma qarşı təhqiramiz hərəkətlər həyata keçirməyə başlamışdır. Belə ki. o, özünün Tiktok səhifəsindəki @elvinin_aytaci_ profilindən mütəmadi olaraq canlı yayım açaraq ailəmiz haqqında təhqir və böhtan xarakterli video məlumatlar paylaşmaqdadır. Məlumat üçün bildirim ki, onun Tik-tok səhifəsi 29 mindən çox adam tərəfindən təqib edilir və hər canlı yayımı ortalama 300 nəfərdə çox insan izləyir. Aytac Bağırova hər canlı yayımda məni və arvadım Ləmanı nalayiq formada şər və böhtan dolu ifadələrlə təhqir edərək bizi cəmiyyət içində rüsvay edir. Dəfələrlə xəbərdarlıq edilsə də o, əməlin davam etdirir: Sübut kimi, onun canlı yayında etdiyi çıxışların bir qismini diskə qeyd edib sizə təqdim edirəm: Cinayətin epizodları.
1. Şikayətə əlavə edərək məhkəməyə təqdim etdiyimiz diskdə təqsirləndirilən şəxs tərəfindən səsləndirilən (20250109-WAO109) saylı video yazıdan görünür ki. “bu Faiqin arvadı qancığ" ifadəsini işlətməklə arvadım Ləmanı canlı yayım izləyiciləri qarşısında təhqir edir.
2. Təqsirləndirilən şəxs tərəfindən səsləndirilən (20250109-WA0110) saylı video yazıda o. İ.əmana "artistlik eləmə, sən eləyəcəksən, mən canlı açıb səni rüsvay eləyəcəyəm" sözlərini dəfələrlə təkrar elməklə əsl məqsədinin şər-böhtanlar alaraq Ləmanı və ailəmizi canlı yayımda rüsvay elməkdən ibarət olduğunu etiraf edir,
3. Təqsirləndirilən şəxs tərəfindən səsləndirilən (20250109-WA0115) saylı video yazıda o. " kaş ki. Ləman etdiyin cadular tutardı və Elvini məndən ayrılardı” deməklə guya Ləmanın onları ayırmaqdan ötrü cadu etdirdiyini bildirir və Ləmana böhtan atmaqla cəmiyyət içində pis niyyətli insan kimi xarakterizə edir.
4. Təqsirləndirilən şəxs tərəfindən səsləndirilən (20250109-WA0120) saylı video yazıda o, canlı yayım izləyicilərinin komentlərini cavablayarkən, danışdıqları böhtanların ona kim tərəfindən edildiyi sualına cavab olaraq “kim eliyir, Elvinin qardaşı arvadı, Elvinin qardaşı da elə arvadının tayıdır, orda kişi ilə arvadın yeri səhv düşüb” deyərək ailəmiz haqqında təhqirlərə yol verir və bizi tanıyan insanlar arasında haqqımızda mənfi fikirlər formalaşmasına səbəb olur.
5. Təqsirləndirilən şəxs tərəfindən səsləndirilən (20250109-WA0123) saylı video yazıda o, "Elvinin üç günündə qapıda marixuana satan qardaşı, kamera görüntülərinə düşən qardaşı" deyərək məni ağır cinayətdə günahlandırmaqla böhtan atır.
6. Təqsirləndirilən şəxs tərəfindən səsləndirilən (20250109-WA0128) saylı video yazıda o. Ləmanın adını telefonuna ilan kimi qeyd elədiyini, guya bütün nəslimizin Ləmanı pislədiyini, qəlbi qara adam kimi tanıdığını bildirməklə Ləmanı yaxın ətrafımız və bizi tanıyan ailələr arasında mənfi insan kimi qələmə verir.
7. Təqsirləndirilən şəxs tərəfindən səsləndirilən (20250109-WA0147) saylı video yazıda o. canlı yayım izləyicilərinə danışdığı yalanların Elvinin qardaşı və qardaşı arvadı tərəfindən başına gətirilliyini dilə gəlirməklə bir daha böhtan və təhqirlərinin bizə ünvanlandığını dolayısı ilə təsdiqləyir.
8. Təqsirləndirilən şəxs tərəfindən səsləndirilən (20250109-WA0148) saylı video yazıda o. canlı yayımda Samir adlı izləyicinin “Elvinin hansı qardaşı"- sualını cavablandırarkən, "Elvinin burdakı qardaşı" - deməklə bir daha canlı efirdə dedikləri təhqir və böhtanları mənə və ailəmə aid etdiyini təsdiq edir. Belə ki. yuxarıda da qeyd etdiyim kimi, biz üç qardaşıq, bir qardaşım uzun müddəidir Rusiyada yaşayır və Azərbaycana gəlmir. Deməli, təqsirləndirilən şəxs videolarda Elvinin burdakı qardaşı dedikdə məhz məni, yəni Faiq Məmmədovu nəzərdə tutur. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Həmin Məcəllənin 293.3-cü maddəsinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3№-li Qərarının 12-ci bəndində göstərilmişdir ki, kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Daxil olmuş materiallardan görünür ki, xüsusi ittihamçılar tərəfindən Aytac Bağırovanın ümumilikdə onlara qarşı Tiktok sosial şəbəkəsində 8 dəfə cinayət əməli törətdikləri göstərilmişdir. Lakin hər bir cinayət əməlinin törədilməsi ayrıca gösərilsə də həmin cinayət əməllərinin CPM-nin 293.3.2-ci maddəsində qeyd edilməsi mütləq olan cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt törədilməsi qeyd edilməmişdir. Belə ki, qeyd edilən əməllərin törədilməsi vaxtı və yeri ümumiyyətlə məlum deyildir. Həmçinin qeyd edilən əməllərin hüquqi tövsifində də qeyri müəyyənlik olmaqla əməllərdən hansının təhqir, hansının böhtan olması açıq şəkildə qeyd edilməmiş və ya cinayət qanununda mövcud olmayan “şər-böhtan”, “təhqir və böhtan” kimi ifadələrdən istifadə edilmişdir. Odur ki, yuxarıda göstərilənlərə əsasən xüsusi ittiham qaydasında şikayət vermiş X6 və X1 şikayəti AR CPM-in 293.3-cü maddəsinin göstərilən tələblərinə uyğun tərtib edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148 maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X6 və X1 şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Lənkaran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Elvin Ələsgərov