Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-108/2023 06.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ 13:59 Lənkəran Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1990-cı il tarixdə Masallı rayonu Oncakələ kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, mebel ustası işləyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Öncəqala kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə qətimkan» tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 oktyabr 2022-ci il tarixdə, saat 22 radələrində etibarnamə ilə idarə etdiyi X4 məxsus “VAZ2150 minik” markalı, 44CF358 dövlət qeydiyyat nişanlı avtomobil ilə Lənkəran rayonu Kərgəlan kəndində saatda 50 km/saat sürətlə hərəkətdə olarkən, hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunları etməyərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yolda hərəkətdə olan piyada - Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurmaqla, Zərərçəkmiş şəxs sağ incik sümüyünün sınığı, sağ təpə nahiyəsində əzilmiş yara kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli bədən xəsarətləri almasına səbəb olmuş yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü elan edilmiş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, Lənkəran şəhərində ailəsilə birlikdə yaşayır. Hər gün Masallı rayonuna gedib-gəlir. Avtomobil idarə etmək hüququ verən “B” kateqoriyası vardır. 44CF358 dövlət qeydiyyat nişanlı, “VAZ21150 minik” markalı avtomobil atası Amilə məxsusdur. Etibarnamə ilə ona verilmişdir. 16 oktyabr 2022-ci il tarixdə saat 22 radələrində idarə etdiyi avtomobillə yoldaşı-Şahid2 ilə birlikdə Lənkəran rayonu Rvo kəndinə gedən zaman hərəkət etdiyi yol qaranlıq olmaqla, hava yağışlı olmuşdur. Avtomobili təxminən 45-50 km/saat sürətlə idarə etmişdir. Aeroportun qarşısından keçəndən sonra orada yolun solunda “Cana” kafesinin qarşısından keçəndə yolu sağdan sola keçmək istəyən iki nəfər piyada bir anlıq qarşısına çıxmışdır. Həmin vaxt o, avtomobilin sükanını qismən sola çəkmiş və piyadaları avtomobilinin qabaq sağ yan tərəfi ilə vurmuşdur. Hadisədən sonra, avtomobili yolun kənarına verib saxlamışdır. Yoldan keçən avtomobillərdən birindən tibbi yardıma zəng etməsini xahiş etmişdir. Təcili tibbi yardım gəlib iki nəfər piyadanı xəstəxnaya aparmışdır. Özü isə hadisə yerində qalıb polisi gözləmişdir. Piyadaları vurduqdan sonra avtomobilinin qabaq sağ yan işığı, avtomobilin qabaq alın şüşəsi zədələnmiş və yararsız vəziyyətə düşmüşdür. Təqsirləndirilən şəxs son sözündən bildirmişdir ki, hadisədən sonra zərərçəkmiş şəxslərlə barışmış, onlarla razılaşaraq vurulmuş ziyanı ödəmiş, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin yoxdur. Buna görə də barəsində olan cinayət işinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 16 oktyabr 2022-ci il tarixdə rayonun Darquba kəndində yerləşən “Qızıl Tac” şadlıq sarayında tanışı- Şahid1 ilə qohum toyunda olmuşdur. Toyda bir neçə saat iştirak etdikdən sonra, saat 22 radələrində Elmanla birlikdə oradan ayrılıb asfalt yolun kənarı ilə evə doğru piyada getmişlər. Həmin günü hava da, yağışlı imiş və onlar toyda çoxda olmasa bir miqdar spirtli içki qəbul etmişlər. Təxminən “Cana” kafesinin yanında olanda yolu sağdan sola keçməsini qərarlaşdırmışlar. Çünki, gedəcəkləri yol həmin istiqamətdə olmuşdur. Onlar yolu keçəndə bir-birlərinin qolundan tutmuşlar ki, eyni vaxtda yolu keçsinlər ki, yoldan keçən avtomobilləri də, çaşdırmasınlar. onlar arxaya baxıb gələn avtomobilin uzaqda olduğunu görüb qərara gəlmişlər ki, yolu keçsinlər. Təxminən heç yolun orta xəttinə çatmamış ki, bir avtomobil onların ikisini də, arxadan vurmuşdur. Həmin anı tam xatırlamaqda çətinlik çəkir. Çünki, yol qaranlıq imiş və avtomobil də, onları arxadan vurduğundan nəyin necə baş verdiyini bilmir. Hadisədən sonra ikisi də, özlərində olmamışdır. Onları avtomobili ilə vuran şəxs-Təqsirləndirilən şəxs olmasını sonradan bilmişdir. Hadisədən sonra onları X6 avtomobili ilə Lənkəran mərkəzi xəstəxanasına aparmışlar. Məhkəmə çıxışında Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, cinayət nəticəsində ona vurulmuş maddi və mənəvi ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənmiş, onlar barışmışlar. Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur və gələcəkdə də olmayacaqdır. Məhkəmə istintaqında Şahid1 ifadə verərək bildirmişdir ki, Lənkəran rayonu Kərgəlan kəndində qeydiyyatda olsa da, hazırda Gəncə şəhərində yaşayır. Heç yerdə işləmir. 16 oktyabr 2022-ci il tarixdə o rayona qohum toyuna dəvət almışdır. Həmin günü rayonun Darquba kəndində yerləşən «Qızıl Tac» şadlıq sarayında tanışı-Zərərçəkmiş şəxs ilə toyda olmuşdur. Toyda bir neçə saat iştirak etdikdən sonra, saat 22 radələrində Farizlə birlikdə oradan ayrılıb asfalt yolun kənarı ilə evə doğru piyada gedirmişlər. Həmin günü hava yağışlı imiş və onlar da, bir miqdar spirtli içki qəbul etmişlər. Bir neçə metr getmişlər ki, Fariz yolu sağdan sola keçəli olduğunu bildirmiş və onlar bir-birlərinin qollarına girib yolu soldan sağa keçməyə başlamışlar. Təxminən heç yolun orta xəttinə çatmamışlar ki, arxadan gələn avtomobil onların ikisini də, vurmuşdur. Həmin andan sonrasını xatırlamır, özündə, olmamışdır. Sonradan bilmişdir ki, onları avtomobili ilə vuran şəxs-Təqsirləndirilən şəxs olmuşdur. Hadisədən sonra onları X6 avtomobili ilə Lənkəran mərkəzi xəstəxanasına aparmışlar. İş materiallarında olan və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının 01 dekabr 2022-ci il tarixli 1206 saylı rəyindən görünür ki, vətəndaş, Zərərçəkmiş şəxs bədəni üzərində-sağ incik sümüyünün sınığı, sağ təpə nahiyəsində əzilmiş yara aşkar edilmişdir. Qeyd olunan xəsarət küt travma nəticəsində törənmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə hərəkətdə olan minik avtomaşının qabarıq hissəsi ilə piyadanın vurulması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 14 noyabr 2022-ci il tarixli 8/2933 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, VAZ21150 narkalı 44CF358 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 85 manat təşkil edir. Lənkəran şəhər Narkoloji Xəstəxanasının 16 oktyabr 2022-ci il tarixli 002292 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, hadisə zamanı sürücü- Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. AE425189 saylı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs «B» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və o sürücülük hüququna malikdir. AD №807892 nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 44CF358 dövlət qeydiyyat nişanlı VAZ21150 minik markalı avtomobilin sahibi X5r və avtomobil nəqliyyat vasitəsini idarə etmək üçün Təqsirləndirilən şəxs etibar edilmişdir. DİN-in BDYPİ-nin Lənkəran RQİ və TB şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2016-cı il tarixdə AE425189 saylı “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Sürücülük hüququndan məhrum olunanlar və sürücülük hüququ məhdudlaşdırılanlar sırasında yoxdur. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Kərimov X3 rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum olunmuşdur. Cəzasını tam çəkib qurtardığından qeydiyyatdan çıxarılmışdır. Məhkumluğu yoxdur. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, «VAZ-21150» markalı, 44-СF-358 dövlət qeydiyyat nişanlı avtomobil və videogörüntülər olan CD disk maddi sübut kimi tanınmış və «VAZ-21150» markalı, 44-СF-358 dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün Təqsirləndirilən şəxs qaytarılması, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş hadisənin videogörüntüləri olan CD diskin isə cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Qeyd edilən qərarda həmçinin, Şahid1 aldığı bədən xəsarətlərinə görə cinayət təqibindən imtina edilmiş və həmin xüsusatla bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati icraat başlanılması üçü qərarın surəti Lənkəran ŞRPŞ-nin DYPB-nə göndərlmişdir. Qətimkan tədbinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda – üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin «Qeyd» hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 43.1 və 43.1.2-ci maddəsinə görə məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunanları, həmçinin cinayət əməlini törətmiş şəxsin zərər çəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı aradan qaldırmasını nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işinə xitam verməklə yanaşı bu əməlin inzibati xəta tərkibinin əlamətləri olduqda Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməlidir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin «sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir.» tələbini pozmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə hesab edir ki, hazırkı halda cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar Təqsirləndirilən şəxs Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Lənkəran ŞRPŞ-nin X8 Şöbəsinə göndərilməlidir. CPM-nin 346.1.19-cu maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında maddi sübutlar məsələsinin necə həll edilməli olduğu məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar aşağıdakıları qeyd edir: CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, «VAZ-21150» markalı, 44-СF-358 dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibi Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalı, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş hadisənin videogörüntüləri olan CD disk isəiş materiallarında saxlanılmalıdır. CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə qətimkan» qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. CPM-nin 346.1.21-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə məhkəmə məsrəflərinin tutulması ilə əlaqədar aşağıdakılar qeyd edir: CPM-nin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid edilmişdir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyul 2022-ci il tarixli 8/1639 saylı rəyinə əlavə olunmuş bildirişdən görünür ki, ekspertiza tədqiqatlarının dəyəri 85(səksən beş) manat müəyən olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 85(səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.3 və 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin «Qeyd» hissəsinin 2-сi bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin. Maddi sübut - «VAZ-21150» markalı, 44-СF-358 dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın və Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş hadisənin videogörüntüləri olan CD disk isə iş materiallarında saxlanılsın. Keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 85(səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Təqsirləndirilən şəxs Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X8 Şöbəsinə göndərilsin. Qərardan, onun elan olunduğu andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №1(049)-108/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-108/2023
06.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver