Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-108/2024 20.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 12.00 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X11,X12, xüsusi ittihamçı: X17, xüsusi ittihamçının nümayəndəsi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi2, təqsirləndirilən şəxs: Rüstəmov Hikmət Əlizadə oğlu, müdafiəçi: Bakı Şəhər 26 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakları ilə 30 avqust 1975-ci il tarixdə Lənkəran rayonu, Haftoni qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Haftoni qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Rüstəmov Hikmət Əlizadə oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1; 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiam qaydasında şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X17 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Rüstəmov Hikmət Əlizadə oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini və cəzalandırılması barədə hökm çıxarılmasını xahiş etmişdir. Xüsusi ittihamçı şikayətində göstərmişdir ki, “xx.xx.1975-ci il tarixdə Lənkəran rayonunun Haftoni qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Lənkəran rayonunun Haftoni qəsəbəsində qeydiyyatda olmaqla orada faktiki yaşayan, xx.xx.2004-cü il tarixdən xx.xx.2021-ci il tarixədək Lənkəran rayonunun Haftoni qəsəbəsində yerləşən S.Əliyev adına tam orta məktəbdə təsərrüfat müdiri vəzifəsində çalışmış, Rüstəmov Hikmət Əlizadə oğlu sosial şəbəkələrdə, yuxarı instansiyalara və hüquq mühafizə orqanlarına müraciətlərində onu təhqir etməklə, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilməklə internet informasiya ehtiyatında şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmış, eləcə də ona böhtan atmaqla, yəni yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları kütləvi çıxışlarda yaymış, kütləvi nümayiş etdirilməklə internet informasiya ehtiyatlarında yaymış, bununla da şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Bildirir ki, ki, Sevər Ağayeva xx.xx.1974 - cü ildə Lənkəran rayonunun Rvo kəndində anadan olmuş, 1992-ci ildə Lənkəran Dövlət Universitetinin Təbiət fakültəsinə daxil olmuşdur. 1998-ci ildə həmin universiteti biologiya ixtisası üzrə bitirmiş, 1993-cü ildə Lənkəran rayonunun Kərgəlan kənd tam orta məktəbində biologiya fənnini tədris etməklə müəllim kimi çalışmış, 2000-ci ildə Lənkəran Dövlət Universitetində Botanika və Zoologiya laboratoriyasının müdiri kimi fəaliyyətə başlamış, 2006-cı ildə Lənkəran Dövlət Universitetində müsabiqə yolu ilə müəllim kimi fəaliyyətə başlamış, 2012-ci ilin mart ayına kimi ali və orta məktəblərdə müəllim kimi çalışmışdır. Həmin fəaliyyətlə bağlı müxtəlif təlim kurslarında iştirak etməklə müvafiq sertifikatlar almış, AMEA-nın Mikrobiologiya İnstitutunun nəzdində fəaliyyət göstərən N.01.222 X1 qərarı ilə Biologiya sahəsində fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülmüş, 19 elmi əsər və 1 monoqrafiyanın müəllifidir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin 11/195 saylı xx.xx.2012-ci il tarixli əmri ilə 2012-ci ilin mart ayının 1-dən Lənkəran rayonu S.Əliyev adına Haftoni qəsəbə tam orta məktəbin direktoru vəzifəsinə təyin edilmişdir. xx.xx.2022-ci il tarixədək həmin vəzifədə çalışmış və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirinin K-1265 nömrəli xx.xx.2022-ci il tarixli əmri ilə xx.xx.2022-ci il tarixdən Lənkəran rayonu, Liman şəhəri İ.İ.Mahmudov adına 1 nömrəli tam orta məktəbinə direktor vəzifəsinə təyin edilmiş və hazırda həmin məktəbin direktorudur. İşlədiyi müddət ərzində məktəb rəhbərliyi olaraq nümunəvi olmuş, nümunəvi xidmətimə görə təşəkkür almış, fəxri fərmanla təltif olunmuş, dövlət və ictimai tədbirlərdə yaxından iştirak etmişdir. Belə ki, təhsil sahəsində göstərdiyi nümunəvi xidmətlərə və peşəkar fəaliyyəti nəzərə alınaraq X15 və Azərbaycan Kütləvi İnformasiya X2 tərəfindən “İlin direktoru” media mükafatı ilə, təhsilin inkişafına ictimai dəstək olan “Təhsil Forumu” Sosial Platformasında göstərdiyi fəallığa və səmərəli fəaliyyətimə görə “Təhsil Forumu” Sosial Platformasının rəhbərliyi tərəfindən “Fəal direktor” fəxri diplomu ilə təltif olunmuşdur. Eləcə də dəfələrlə sertifikatlarla təltif olunmuşdur. Xidmət göstərdiyi müddət ərzində həmişə dövlətə və dövlətçiliyə sadiq olmuş, layiqli və nümunəvi rəhbər olmuş və rəhbərlik tərəfindən verilən tapşırıqları layiqincə yerinə yetirmiş, yəni göstərilən etimadı doğrultmağa çalışmışdır. İşlədiyi dövr ərzində heç bir nöqsana yol verməmişdir. Bir rəhbər kimi işçilərin rəğbətini qazanmağa çalışmış və demək olar ki, buna nail olmuşdur. Eyni zamanda qeyd etməlidir ki, işçilər arasında böyük hörmətə sahib olduğu danılmazdır. Lakin bütün bunların fonunda çox təəssüf ki, Rüstəmov Hikmət Əlizadə oğlu qarayaxmalara cəhd etməklə nüfuzuna xələl gətirir, şərəf və ləyaqətini alçaltmışdır. Belə ki, Rüstəmov Hikmət Əlizadə oğlu yuxarı instansiyalara, həmçinin hüquq mühafizə orqanlarına ünvanladığı müraciətlərində, sosial şəbəkələrdə, qəzetlərdə həqiqətə uyğun olmayan məlumatlar yaymış və böhtan xarakterli məlumatlar dolu ərizələr, izahatlar yazmışdır. Rüstəmov Hikmət Əlizadə oğlu yazdığı ərizələrdə və izahatlarda, eləcə də paylaşımlarda onu ağır cinayətlərdə ittiham edərək onu rəhbərlik və işçilər arasında, eləcə də cəmiyyətdə nüfuzdan salmağa çalışmışdır. Rüstəmov Hikmət Əlizadə oğlunun yazdıqlarının heç biri həqiqəti əks etdirməsə də, o yazdığı ərizə və izahatlarında, eləcə də sosial şəbəkələrdə etdiyi paylaşımlarda onu dövlət əmlakını mənimsəməkdə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və rüşvət almaqda ittiham etmişdir. Şikayətlər qanunamüvafiq olaraq araşdırılmış, məktəbdə vəzifə səlahiyyətlərindən suiistifadə, rüşvətxorluq və korrupsiya hallarının olmadığı müəyyən edilmişdir. İlkin olaraq qeyd edir ki, Rüstəmov Hikmət Əlizadə oğlu xx.xx.2004-cü il tarixdən xx.xx.2021-ci il tarixədək Lənkəran rayonunun S.Əliyev adına Haftoni qəsəbə tam orta məktəbində təsərrüfat müdiri vəzifəsində çalışmışdır. xx.xx.2021-ci il tarixdə Haftoni qəsəbə tam orta məktəbinin inzibati binasında saat 13:20 radələrində, yəni tədris vaxtı müəllimlər otağının qarşısında onu söyməklə təhqir etdiyinə görə onun barəsində hüquqi tədbirlərin görülməsi üçün Lənkəran ŞRPŞ-yə müraciət olunmuş və onun barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməklə işə baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Lənkəran Rayon Məhkəməsində həmin inzibati xəta haqqında materiala baxılmış və məhkəmənin 13 mart 2021-ci il tarixli 3(049)-336/2021 saylı qərarı ilə Rüstəmov Hikmət Əlizadə oğlu İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 gün müddətində inzibati həbs tənbeh tətbiq edilmişdir. Bundan sonra Hikmət Rüstəmov həmin qərardan apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(106)-114/2021 saylı qərarı ilə ona tətbiq edilmiş 10 gün müddətində inzibati həbs müddəti azaldılaraq 6 gün müəyyən edilmişdir. X16 xuliqanlıq hərəkətləri etməsi öz təsdiqini bir daha tapmışdır. Bundan sonra isə Hikmət Rüstəmov özünün vəzifə funksiyalarını icra etməməyə başlamış və buna görə sonuncuya xəbərdarlıq etmişdir. Etdiyi xəbərdarlıqlar müsbət nəticə vermədiyindən xx.xx.2021-ci il tarixli 52 nömrəli əmrlə onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. İşdən azad edildikdən sonra Hikmət Rüstəmov həmin əmrin ləğv edilməsi üçün Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1 (120)-1056/2021 saylı qərardadı ilə onun iddiası qeyri-mümkün hesab edilmiş, daha sonra apellyasiya şikayəti verilmiş və Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106) 41/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə şikayət təmin edilməmişdir. Bundan sonra Hikmət Rüstəmov qərəzli şəkildə mənim barəmdə yalan həqiqəti əks etdirməyən məlumatları yaymağa başlamışdır. Belə ki, Hikmət Rüstəmov “Facebook” internet informasiya ehtiyatında özünə məxsus olan səhifəsində Lənkəran rayonunun Haftoni qəsəbəsində yerləşən tam orta məktəbdə direktor olduğu müddətdə onun 100 000 manat dəyərində olan məktəbə aid olan ləvazimatları mənimsədiyini, onu rüşvətxor və korrupsioner adlandırmış, eləcə də oğru adlandırmışdır. Hikmət Rüstəmov 12 noyabr 2021-ci il tarixli paylaşımında həmçinin qeyd edir: “Lənkəran rayonunun Haftoni məktəbinin direktoru Sevər Məktəbin zibil qapısını evinə aparan direktorlardandır”. Daha sonra 17 dekabr 2021-ci il tarixli paylaşımında isə həmin mövzunu davam etdirərək qeyd edir ki, “Lənkəran rayon Haftoni qəsəbə məktəbin direktoru Sevər məktəbin zibil qabını oğurlayıb evinə aparırsa uşaqlarımıza da oğurluq etməyi öyrədəcək”. 12 noyabr 2021-ci il tarixli digər paylaşımında qeyd edir: “məktəblərə ayrılan pulu mənimsəyən direktorla əxlaqsız arasında heç bir fərq yoxdur. xx.xx.2021-ci il tarixli paylaşımında isə “məktəblərdə rüşvət yığan direktor və onunla əlbir olanlar unutmayın qızınıza, gəlininizə yoldaşınıza aldığınız hər şeydə bütün kollektivin zəhməti var”. Bu və bu kimi digər paylaşımlarla əlaqədar mən xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. İş Lənkəran Rayon Məhkəməsinin icraatında olarkən Rüstəmov Hikmət Əlizadə oğlu onunla barışmağa cəhd etdiyindən və bir daha həmin hərəkətləri təkrar etməyəcəyinə dair vəd verdiyindən onu bağışlamışdır. Belə ki, hazırki şikayətə əlavə olunmuş və Rüstəmov Hikmət Əlizadə oğlu tərəfindən yazılmış ərizədən də görünür ki, o bir daha mənim barəmdə heç bir sosial şəbəkədə və dövlət orqanlarında şikayət yazmayacağını vəd vermişdir. Ona görə də o, humanistlik göstərib onu bağışlamış və Lənkəran Rayon Məhkəməsi də xx.xx.2023-cü il tarixdə müvafiq qərar qəbul etmiş, şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Həmin qərar da iş materiallarına əlavə olunmuşdur. Lakin bundan sonra Rüstəmov Hikmət Əlizadə oğlu yenidən qanunsuz hərəkətlərinə davam etməyə başladı və sosial şəbəkələrdə onun şərəf və ləyaqətini alçaldan paylaşımlar etmişdir. Odur ki, yenidən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Hesab edir ki, Rüstəmov Hikmət Əlizadə oğlunun Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələrində müəyyən olunmuş böhtan və təhqir cinayətlərinin dispozisiyasında əks olunmuş xüsusatlarla eynilik təşkil edən həmin hərəkətləri aşağıdakılarda ehtiva olunur və ittihamın irəli sürülməsi üçün əsaslar olmaqla sübutlardır. Həmin sübutlar iş materiallarına əlavə olunmaqla sənədlərdə əksini tapmışdır. Digər sübutlar isə şahid ifadələridir ki, həmin sübutlar məhkəmə iclasında tərəfindən təqdim olunacaqdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindiriləcək şəxslər Rüstəmov Hikmət Əlizadə oğlunun mənə qarşı etdiyi qanunsuz əməllərin şahidləridir, sonuncunun sosial şəbəkələrdə etdiyi iyrənc paylaşımları birbaşa izləyən şəxslərdəndirlər. X13, X14 hazırkı hadisələrin birbaşa şahidləridir. Bundan əlavə qeyd etməliyəm ki, Rüstəmov Hikmət Əlizadə oğlunun prokurorluq orqanlarına etdiyi müraciətlər əsassız olduğundan cinayət işinin başlanılmasının rədd edilməsi barədə dəfələrlə qərarlar qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş həmin qərarlar hazırda da qüvvədədir. Belə ki, Hikmət Rüstəmovun paylaşımları və guya onun məktəbin mülkiyyətində olan vəsaitləri mənimsəməyi, həmin ləvazimatları oğurlamağım, məktəbdə guya bəzi xadimələrin əmək haqqlarını onlardan almağı barədə etdiyi şikayətlə əlaqədar olaraq Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılmış və hər iki araşdırmada Hikmət Rüstəmovun qeyd etdiyi hallar öz təsdiqini tapmamış və müvafiq olaraq xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarlar qəbul edilmişdir. Bundan başqa, Hikmət Rüstəmov facebook internet informasiya ehtiyatında xx.xx.2023-cü il tarixdə etdiyi paylaşımlara əsasən sosial şəbəkələrdə “məktəbin həmkarı öz əxlaqını pula və yuxarının tapşırığına dəyişirsə, sabah öz evindəkiləri də pula satacaq” kimi fikirləri yaymışdır. Həmin tarixdə Hikmət Rüstəmov facebook internet informasiya ehtiyatında qeyd edir ki, məktəblərdən yığılan rüşvətlə qızına və gəlininə alt paltarı alanlar, unutmayın aldıqlarınızda bütün kollektivin payı var. Bundan başqa, Hikmət Rüstəmov facebook internet informasiya ehtiyatında 06 may 2023-cü il tarixdə etdiyi paylaşımlara əsasən sosial şəbəkələrdə yaymışdır ki, ETN, LARTİ Sevər Ağayevanın gözlərini pul o qədər tutub ki, 9 aylıq hamilə qadının adına 1 iş vahidi yazaraq mənimsəyib. Bunu da inkar edəcəksiz. Bundan başqa, Hikmət Rüstəmov facebook internet informasiya ehtiyatında 12 may 2023-cü il tarixdə etdiyi paylaşımlara əsasən sosial şəbəkələrdə yaymışdır ki, Haftoni məktəbin Sevərlə Baləddinin pis günə qoyduğu 9-cu siniflərin imtahan nəticələri barədə məlumat verin görək. Utanvericidir pilot məktəb üçün. Bundan başqa, Hikmət Rüstəmov facebook internet informasiya ehtiyatında 15 may 2023-cü il tarixdə etdiyi paylaşımlara əsasən sosial şəbəkələrdə yaymışdır ki, hamiləliyin 9 aylığında olanın adına xadimə pulu mənimsəyən direktor Sevər Ağayeva niyə cəzasız qalır. Bundan başqa, Hikmət Rüstəmov facebook internet informasiya ehtiyatında 26 may 2023-cü il tarixdə etdiyi paylaşımlara əsasən sosial şəbəkələrdə yaymışdır ki, direktorun sifarişi ilə günahsızların üzünə duranlar namus və qeyrətini pula satan əxlaqsızlardır. Qız və gəlinlərinizə bunu öyrədirsiniz. Bundan başqa, Hikmət Rüstəmov facebook internet informasiya ehtiyatında 11 iyun 2023-cü il tarixdə etdiyi paylaşımlara əsasən sosial şəbəkələrdə “Elxan Nəcəfov rüşvətxor əməllərinin mükafatı olaraq Sevəri Liman şəhər 1 nömrəli məktəbə direktor təyin etdi kimi fikirləri yaymışdır. Həmin paylaşımlarda həmçinin saxtakar Sevər Ağayeva, saxtakar Elxan Nəcəfov, Elxan Nəcəfovun himayə etdiyi rüşvətxor direktor Sevər Ağayeva xadimələrin hərəsindən 50 azn pul tələb edir, biyabırçılıq” kimi fikirləri yaymışdır. Bundan başqa, Hikmət Rüstəmov facebook internet informasiya ehtiyatında 12 iyun 2023-cü il tarixdə etdiyi paylaşımlara əsasən sosial şəbəkələrdə “Lənkəranda məktəb direktoru xadimələrdən 50 manatdan pul yığır” kimi fikirləri yaymışdır. Bundan başqa Hikmət Rüstəmov şikayətlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının baş prokuroru cənab Kamran Əliyevə, Azərbaycan Respublikası Təhsil Nazirliyinə və digər qurumlara etdiyi yazılı müraciətlərdə də məktəbdə vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvətxorluq və korrupsiya hallarının mövcudluğunu qeyd etmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirki, şikayətə əlavə olunmuş materiallardan da açıq-aşkar görünür ki, paylaşımlar yayılmışdır. Belə ki, Nərmin Həsənova adlı facebook internet informasiya ehtiyatı istifadəçisi sözügedən paylaşımlara münasibət bildirərək qeyd edir ki, “belə bir hallar araşdırılsa bütün məktəblərdə var. Söhbətin necə başladığını bilmirik. Məlumdur hansı hissə lazımdırsa onu kəsib yayıblar. Burda sadəcə diqqətlə baxsaq Sevər müəlliməyə bu insan qərəzli düşmənçilik edib. Burda güvən söhbəti də var, bu söhbətlər iki insan arasında olub. Göründüyü kimi Sevər müəllimə bu insana çox güvənib amma çox heyif. Özünü bir bəy sayan insan bir qadının güvənini bu qədər heçə sayıb ona düşmən kəsilməz. Bir dəfə də bir insanın gözəl uğurların gündəm edin. Elin gözü tərəzidir. Sevər müəllimə çox gözəl insandır. Sevər müəlliməyə gələcək iş həyatında uğurlar və düzgün insanlara güvənməyi arzu edirəm.” Fəxrəddin Əsədov adlı facebook internet informasiya ehtiyatı istifadəçisi sözügedən paylaşımlara münasibət bildirərək qeyd edir ki, “uzun illərin təcrübəli pedaqoqu kimi bildirmək istəyirəm ki, Sevər müəllimə işlədiyim Liman şəhər 1 nömrəli tam orta məktəbə rəhbərlik edir, təcrübəli təhsil işçisidir, gözəl idarəetmə qabiliyyətinə malikdir. Qısa bir müddət ərzində kollektivin sevimlisinə çevrilib. Nəyə lazımdır bu cür qarayaxma kompaniyası aparmaq anlamıram.” Amid Məmmədov adlı facebook internet informasiya ehtiyatı istifadəçisi sözügedən paylaşımlara münasibət bildirərək qeyd edir ki, “Sevər müəllimənin Liman şəhər 1 saylı tam orta məktəbində əməyi böyükdür, fəaliyyət göstərdiyi qısa müddətdə məktəbdə təlim tərbiyə işlərində irəliləyişlər aydın nəzərə çarpır, hər dəfə köhnə səs yazılarını qabartmaqla beyinləri bulandırmağa lüzum yoxdur.” Vurğun Cəfərli adlı facebook internet informasiya ehtiyatı istifadəçisi sözügedən paylaşımlara münasibət bildirərək qeyd edir ki, “minimal əmək haqqı yox. İşçi gündəlik 8 saatdan artıq işləməməlidir. Amma burda minnət var. Dəhşətdi vallah.” Zema adlı facebook internet informasiya ehtiyatı istifadəçisi sözügedən paylaşımlara münasibət bildirərək qeyd edir ki, “mən şəxsən müəlliməni yaxşı tanıyıram. Bu əsassız səs yazısını yaymaqda məqsəd nədir? Və əziz səhifə admini məhkəmə qərarından xəbəriniz varmı? Bundan əlavə olaraq bu yalan xəbərin məsuliyyətini daşıyırsınızmı? Əgər məlumat paylaşmaq istəyirsinizsə o zaman təsdiqlədin sonra paylaşın. Çünki əgər belə olsaydı məhkəmədə qarşı tərəfin necə xahiş minnət etdiyini və ən əsası barışıq istədiyini bilərdiniz.” Elnur Xəlilov adlı facebook internet informasiya ehtiyatı istifadəçisi sözügedən paylaşımlara münasibət bildirərək qeyd edir ki, “şərhləri oxuyuram, kimə inanasan???” Elvin Quliyev adlı facebook internet informasiya ehtiyatı istifadəçisi sözügedən paylaşımlara münasibət bildirərək qeyd edir ki, “Sevər müəllimə Liman şəhər 1 saylı tam orta məktəbə gəldiyi gündən şagird və müəllimlərin hörmətin qazanıb. Bəli biz fəxr edirik ki, belə direktorumuz var.” İlham Fərəcov, Zamin Abbasov, Gülnarə Əhmədova, Sevda Ələkbərova, Ləman Ləmanova və digər facebook internet informasiya ehtiyatı istifadəçilərinin buna oxşar paylaşımları və yuxarıda göstərdiyim paylaşımlar onu deməyə əsas verir ki, Hikmət Rüstəmovun facebook internet informasiya ehtiyatında barəmdə etdiyi paylaşımlar yayılmışdır və hətta həmin paylaşımlara kifayət qədər münasibət bildirən şəxslər də vardır. Yəni yayılma faktı təsdiq olunur. Eləcə də qeyd edir ki, Hikmət Rüstəmovun qeyd etdiyi fikirlər bir qadın olaraq şərəf və ləyaqətinə toxunmuş ki, onun həmin fikirləri kütləvi informasiya vasitələrində yaymasını özümnə qarşı təhqir hesab etdiyindən cinayət hesab olunur. Hikmət Rüstəmov facebook internet informasiya ehtiyatında kütləvi informasiya vasitələrində yazmış olduğu şərhlərdə, hüquq mühafizə orqanlarına etdiyi müraciətlərində qeyd etdiklərinin təhqir və böhtan xarakterli olduğunu özü də başa düşməmiş deyil. Bununla belə o, qərəzli şəkildə onu biyabır etmək, alçaltmaq və cəmiyyətdə hörmətdən salmaq məqsədini güdür. Həmin böhtan xarakterli çıxışlara onu tanıyan şəxslər inanmasa da, hər bir halda təsirsiz qalmır. Çünki sosial şəbəkə istifadəçiləri arasında onu tanımayan şəxslər də çoxdur. Hikmət Rüstəmovun facebook internet informasiya ehtiyatında və hüquq mühafizə orqanlarına və eləcə də müxtəlif instansiyalara etdiyi müraciətlərində həm əxlaq normalarına və prinsiplərinə biganəliyini nümayiş etdirmiş, həm də paralel olaraq qanunların tələblərini pozmaqla onun hüquqlarına xələl gətirmişdir. X18 facebook internet informasiya ehtiyatında və hüquq mühafizə orqanlarına və eləcə də müxtəlif instansiyalara etdiyi müraciətlərində qeyd etdikləri nə qanuna, nə əxlaq normalarına, nə milli- mənəvi dəyərlərə və nə də ümumbəşəri norma və prinsiplərə uyğun deyil, ən əsası isə yalandır. Lakin barəmdə təhqir və böhtan xarakterli məlumatlar cəmiyyətdə yayılmışdır. Bununla da hesab edir ki, Rüstəmov Hikmət Əlizadə oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətmişdir. Belə ki, təhqir cinayətinin bilavasitə obyekti şəxsiyyətin şərəf və ləyaqətidir. Bu cinayət obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltmada ifadə olunur. Təhqiredici hərəkətlərin nalayiq olması qiymətləndirilən anlayışdır və onun məzmununun nalayiq olub-olmamasını cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq məhkəmə, habelə ilk növbədə zərərçəkmiş şəxs müəyyən edir. Başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onu əhatənin (dostlarının, tanışlarının, qohumlarının və s.) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. Bu cinayət formal tərkiblidir və başqa şəxsin şərəf və ləyaqətinin kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində nalayiq formada alçaldığı andan başa çatmış sayılır. Təhqir cinayəti subyektiv cəhətdən təqsirin birbaşa qəsd növü ilə xarakterizə olunur. Təqsirkar başqa şəxsin şərəf və ləyaqətini alçaltdığını dərk edir və belə hərəkətləri törətməyi arzu edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə görə yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma böhtan hesab edilir və qanunla nəzərdə tutulan qaydada cəzalandırılır. Rüstəmov Hikmət Əlizadə oğlunun ona qarşı törətdiyi əməl isə həmin maddənin həm birinci, həm də ikinci hissəsi ilə tövsif edilməlidir. Çünki, o həm də ağır cinayətlərdə ittiham etməklə böhtan atmışdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Rüstəmov Hikmət Əlizadə oğlu onu rüşvət alma və rüşvət vermə cinayətlərinin törədilməsində və eləcə də həmin cinayətlərin törədilməsində vasitəçi rolunu icra etməkdə onu ittiham etməklə böhtan atmışdır. Lənkəran Rayon Prokurorluğunda aparılan araşdırmalar üzrə Rüstəmov Hikmət Əlizadə oğlu göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar qəbul olunmuşdur. Həmin qərardan şikayət verilmədiyindən qanuni qüvvəsini almışdır. Sözügedən qərar Rüstəmov Hikmət Əlizadə oğlunun ona qarşı edilən qanunsuz əməlləri təsdiq etməklə yanaşı, həm də sonuncunun mövqeyinin, ifadələrinin və digər müraciətlərinin əsassız olmaqla böhtan xarakterli olmasını təsdiq edən mötəbər sübutdur. Hətta o əvvəlki məhkəmə iclaslarında ondan üzr istəmiş və ərizə ilə məhkəməyə müraciət etmişdir. Həmin ərizə də şəxsin özünün etirafını əks etdirən mötəbər sübutlardan biridir. Ona görə də, hesab edir ki, Rüstəmov Hikmət Əlizadə oğlu əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə yanaşı, həmçinin 147.2-ci maddəsinin də tərkib əlamətləri mövcuddur. Böhtanla bağlı əməllər üzrə şərəf və ləyaqətin, nüfuzun ləkələnməsi, məlumatların yayılması və yayılmış məlumatların yalan olması cinayət tərkibinin yaranmasının əsaslarıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixdə qəbul etdiyi “şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 7 saylı Qərarının 5-ci maddəsində göstərilir ki, “başqası haqqında yalan məlumat yayan şəxsin hərəkətində cinayətin əlamətləri olduqda (təhqir, böhtan) zərərçəkən şəxslər onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə, həm də yazılan məlumatın təkzib edilməsi haqqında iddia qaldıra bilərlər”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixdə qəbul etdiyi “şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 7 saylı Qərarının 3-cü maddəsində göstərilir: “Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: Məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. İşin məhkəmə baxışı zamanı həmin halların müəyyən olunacağına şübhə etmirəm. Çünki, Rüstəmov Hikmət Əlizadə oğlunun çıxışlarında qeyd etdiklərinin heç bir faktiki və hüquqi əsası yoxdur. Yuxarıda istinad etdiyim Qərar onu deməyə əsas verir ki, yayılan məlumat əxlaqi prinsiplər, cəmiyyət, kollektiv və yaxud ayrıayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə isə, onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat bir neçə şəxsə və yaxud qeyrimüəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Baş vermiş cinayətin törədildiyi yeri barədə qeyd etməliyəm ki, törədilmiş cinayətin yerinin müəyyən edilməsi də Cinayət Prosessual Məcəllənin imperativ tələblərindəndir və həmin xüsusatın müəyyən edilməsi zəruridir. Rüstəmov Hikmət Əlizadə oğlunun həmin cinayətləri törətdiyi yer yaşadığı və hazırda fəaliyyət göstərdiyi axırıncı yaşayış yeri olan Lənkəran rayonudur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74.2.2-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 12–ci bəndində göstərilmişdir ki, kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Rüstəmov Hikmət Əlizadə oğlunun törətmiş olduğu əməllər facebook internet informasiya ehtiyatında yayılmış olduğundan və həmin internet informasiya ehtiyatının hüquqi ünvanı xaricdə qeydiyyata alınmış olduğundan xüsusi ittiham qaydasında şikayətə sonuncunun Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə, yəni Lənkəran Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Eləcə də baş vermiş cinayətin törədildiyi zaman barədə qeyd edir ki, törədilmiş cinayətin zamanın müəyyən edilməsi də Cinayət Prosessual Məcəllənin imperativ tələblərindəndir ki, həmin xüsusat da kütləvi informasiya vasitəsindən (internet informasiya ehtiyatının) edilmiş çıxarışlarda və ən əsası şikayətdə əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Rüstəmov Hikmət Əlizadə oğlunun cəzasını yüngülləşdirən hallar yoxdur. Rüstəmov Hikmət Əlizadə oğlunun hazırkı cinayəti təkrar törətməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal hesab edilməlidir. 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, 1966-cı il Mülki və siyasi hüquqlar haqqında Paktda və Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Hesab edir ki, onun İnsan hüquqları haqqında Avropa Konvensiyasında təsbit olunmuş şəxsi və ailə həyata hörmət hüququ da kobud şəkildə pozulmuşdur. “Şəxsi həyat” anlayışı çox zaman Məhkəmə (Avropa Məhkəməsi) tərəfindən olduqca geniş əhatəli (universal) formada tətbiq edilib və az qala ailə həyatı anlayışının əhatə etmədiyi bütün situasiyalara şamil olunub. Şəxsi həyatın toxunulmazlığı hüququ təkcə artıq qurulmuş olan münasibətlərə deyil, həm də “ətraf aləmlə münasibətlər qurmaq” imkanına şamil olunur. Bu konsepsiya 8-ci maddənin əsasını təşkil edir. 2007-ci ildə Strazburq Məhkəməsi şəxsi həyata hörmət hüququnun təkmilləşdirilməsi istiqamətində mütərəqqi addım sayılan qərar qəbul edərək 8-ci maddə ilə təmin edilən müdafiənin şəxsin nüfuzunun qorunmasına şamil olunduğunu təsdiq etdi. O, bildirdi ki, şəxsin nüfuzu onun fərdiyyətini və psixoloji simasının bir hissəsini təşkil edir və hətta şəxs barəsində tənqidi fikirlər ictimai müzakirələrin kontekstində ifadə edilsə belə, milli məhkəmələr şəxsin nüfuzunun müdafiəsini təmin etməlidirlər. O, əxlaqa və qanuna zidd olan heç bir hərəkətə yol verməmişdir ki, onun şəxsi həyatına bu dərəcədə müdaxilə olunsun. Strazburq Məhkəməsinin formalaşdırdığı presedent hüququna əsasən qeyd edir ki, müdaxilə qanunla nəzərdə tutulmalı, qanuni məqsəd daşımalı və həmin müdaxilə demokratik cəmiyyətdə zəruri olmalıdır. Qanunilik prinsipinin tələbinə əsasən, müdaxilə milli qanunvericilikdə əsasa malik olmalıdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 2-ci bəndində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarda göstərilir ki, insanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində, Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X3 haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Konstitusiya fikir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. Rüstəmov Hikmət Əlizadə oğlu isə ona verilmiş hüquq və azadlıqlardan sui-istifadə edərək onun hüquqlarına hörmətlə yanaşmamış, onun şərəf və ləyaqətini ləkələmiş, onu nüfuzdan salan təhqir və böhtan xarakterli məlumatları kütləvi şəkildə yaymış və həmin faktlar yuxarıda göstərdiyi sübutlarla təsdiqini tapır. Sübutetmə yükü xüsusi ittihamçı olaraq onun üzərimdədir və hesab edir ki, təqdim etdiyi sübutlar ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün yetərlidir. Məhkəmə iclasında iştirak edən xüsusi ittihamçı X17 şikayətində göstərilənləri təsdiq edərək məhkəmədən Rüstəmov Hikmət Əlizadə oğlunun ən sərt formada cəzalandırılmasını və barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs Rüstəmov Hikmət Əlizadə oğlu irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək, qeyd olunan yazıların onun tərəfindən yazılmadığını, lakin bununla yanaşı X9 işlədiyi Lənkəran rayonu, Haftoni qəsəbə məktəbində yeyintilərə yol verdiyi, dövlət əmlakını mənimsədiyini, rüvət aldığını bildirdi. Bundan əvvəl də məhkəmə iclası zamanı Sevər Ağayevanın onu işlə təmin edəcəyini dediyi üçün barışıq ərizəsinə imza etmişdir. Hesab edir ki, onun etdiyi şikayətlər əsasında prokurorluq orqanları düzgün araşdırma aparmamışdır. Göstərilənlərə əsasən barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirdi ki, X17 onun arvadıdır. Arvadı Lənkəran rayonu, Haftoni qəsəbə orta məkətbinin direktoru işləmiş, hazırda isə Liman şəhər məktəbinin direktoru vəzifəsinə işləyir. Rüstəmov Hikmət Əlizadə oğlu əvvəllər Sevər Ağayevanın müavini olmuşdur. Hikmət Rüstəmov sosial şəbəkələrdə əvvəllər onun arvadıə haqqında təhqir, böhtan dolu məlumatlar yazdığına görə məhkəməyə verildi və mülki qaydada təsdiqini tapmışdır. X20 həmin fəaliyyətinə davam edərək yenidən facebook sosial şəbəkəsində eyni məzmunlu yazıları yazmağa davam etmişdir. Bu hal Sevər Ağayevaya, ona, övladlarına və qohumların pis təsir etmiş, Sevər Ağayeva isə dərin sarsıntı keçirmişdir. Xüsusi ittiham qaydasında şikayətə əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış 21 may 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, rüstəmov Hikmət Əlizadə oğlunun Lənkəran rayon Haftobi qəsəbə tam orta məktəbinin direktoru X9 qanunsuz hərəkətləri barəsində müraciəti üzrə cinayət işinin başlanması rədd edilmişdir. Xüsusi ittiham qaydasında şikayətə əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış 14 mart 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, rüstəmov Hikmət Əlizadə oğlunun Lənkəran rayon Haftobi qəsəbə tam orta məktəbinin direktoru X9 qanunsuz hərəkətləri barəsində müraciəti üzrə cinayət işinin başlanması rədd edilmişdir. Xüsusi ittiham qaydasında şikayətə əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış 16 mart 2023-cü il tarixli ərizədən görünür ki, Rüstəmov X4 Rayon Məhkəməsinə müraciət edərək Sevər Ağayeva barəsində sosial şəbəkələrdə və dövlət orqanlarında onun haqqında yaydığı məlumatları geri götürməsi bildirmiş və bir daha heç bir səhvə yol verməyəcəkdir. Xüsusi ittiham qaydasında şikayətə əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış 24 yanvar 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Rüstəmov Hikmət Əlizadə oğlunun Lənkəran rayon Haftobi qəsəbə tam orta məktəbinin direktoru X9 qanunsuz hərəkətləri barəsində müraciəti üzrə cinayət işinin başlanması rədd edilmişdir. Xüsusi ittiham qaydasında şikayətə əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Lənkəran Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 1(049)-202/2023 nömrəli qərarından görünür ki, X17 tərəfindən verilmiş Rüstəmov Hikmət Əlizadə oğlunun barəsində xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina edilmişdir. Xüsusi ittiham qaydasında şikayətə əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış facebook sosial şəbəkəsinə aid çıxarışlardan görünür ki, Hikmət Rüstəmov adlı istifadəçi xx.xx.2023-cü il tarixdə etdiyi paylaşımda “məktəbin həmkarı öz əxlaqını pula və yuxarının tapşırığına dəyişirsə, sabah öz evindəkiləri də pula satacaq”; 06 may 2023-cü il tarixdə etdiyi paylaşımda ETN, LARTİ Sevər Ağayevanın gözlərini pul o qədər tutub ki, 9 aylıq hamilə qadının adına 1 iş vahidi yazaraq mənimsəyib. Bunu da inkar edəcəksiz. ; 12 may 2023-cü il tarixdə etdiyi paylaşımda Haftoni məktəbin Sevərlə Baləddinin pis günə qoyduğu 9-cu siniflərin imtahan nəticələri barədə məlumat verin görək. Utanvericidir pilot məktəb üçün. ; 15 may 2023-cü il tarixdə etdiyi paylaşımda hamiləliyin 9 aylığında olanın adına xadimə pulu mənimsəyən direktor Sevər Ağayeva niyə cəzasız qalır.; 26 may 2023cü il tarixdə etdiyi paylaşımda direktorun sifarişi ilə günahsızların üzünə duranlar namus və qeyrətini pula satan əxlaqsızlardır. Qız və gəlinlərinizə bunu öyrədirsiniz; 11 iyun 2023-cü il tarixdə etdiyi paylaşımda “Elxan Nəcəfov rüşvətxor əməllərinin mükafatı olaraq Sevəri Liman şəhər 1 nömrəli məktəbə direktor təyin etdi kimi fikirləri yaymışdır. Həmin paylaşımlarda həmçinin saxtakar Sevər Ağayeva, saxtakar Elxan Nəcəfov, Elxan Nəcəfovun himayə etdiyi rüşvətxor direktor Sevər Ağayeva xadimələrin hərəsindən 50 azn pul tələb edir, biyabırçılıq” ; 12 iyun 2023-cü il tarixdə etdiyi paylaşımda “Lənkəranda məktəb direktoru xadimələrdən 50 manatdan pul yığır” kimi fikirləri yaymışdır. Xüsusi ittiham qaydasında şikayətə əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış sənədlərdən müəyyən olunur ki, Hikmət Rüstəmov müstəlif ünvanlara, o cümlədən şikayətlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının baş prokuroru cənab Kamran Əliyevə, Azərbaycan Respublikası Təhsil Nazirliyinə və digər qurumlara etdiyi yazılı müraciətlərdə də Lənkəran rayonu, Haftoni qəsəbə məktəbində vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvətxorluq və korrupsiya hallarının mövcudluğunu qeyd etmişdir. Xüsusi ittiham qaydasında şikayətə əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Lənkəran Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(049)-1377/2023 nömrəli qətnaməsindən görünür ki, Rüstəmov Hikmət Əlizadə oğlu Facebook sosial şəbəkəsində 12 noyabr 2021-ci il tarixdən 01 dekabr 2022-ci il tarixlərində X9 şərəf və ləyaqətini ləkələyən məlumatlar yaydığına görə X7 üzr istəmək vəzifəsi və 2000 manat mənəvi ziyana görə pul tutulması qət edilmişdir. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə Lənkəran Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(049)-1377/2023 nömrəli qətnaməsi qüvvədə saxlanılmışdır. Elektron Məhkəməs Sistemindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 mart 2024-cü il tarixli qətnaməsi ilə Şirvan Apellyasiya Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı qərarının 6-cı bəndində qeyd edilmişdir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 vəLingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). "İnsan Hüquqlarının və X6 Haqqında" Konvensiyanın “Fikri ifadə etmək azadlığı” ilə bağlı 10-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. Həmin maddənin 2-ci bəndinə əsasən bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Həmin Konvensiyanın 8-ci maddəsinin 1-ci hissəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı qərarının 4-cü bəndində də qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, fıkri ifadə etmək azadlığı Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün məhdudiyyətlərə məruz qala bilər. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olubolmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Avropa Məhkəməsi həmçinin bildirmişdir ki, mətbuatın demokratik cəmiyyətdə oynadığı “gözətçi” rolu xüsusi əhəmiyyət kəsb edən amildir (bax, X5rşı, 27 mart 1996-cı il, § 39). Onun vəzifəsi öz məsuliyyət və öhdəliklərinə uyğun qaydada siyasi məsələlər və ümumi maraq kəsb edən digər məsələlər barədə məlumat və fikirləri yaymaqdan ibarətdir (bax, başqa bir çox mənbələrlə yanaşı, De Haes və Gijsels Belçikaya qarşı, § 37 və Kolombani və digərləri Fransaya qarşı, § 55). Lakin mətbuat müəyyən hədləri, xüsusilə başqalarının nüfuz və hüquqlarına aid olan hədləri aşmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İ hissəsinə əsasən insan ləyaqəti qorunur və ona hörmət edilir. Həmin maddənin İİİ hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan suiistifadəyə yol verilmir. Konstitusiyanın 26-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 46-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Həmin maddənin İİ hissəsinə əsasən şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Çünki Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Həmin maddənin İİİ hissəsinə əsasən dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Avropa Məhkəməsinin presedent hüququna görə, ifadə azadlığının həyata keçirilməsi özündə məsuliyyət və öhdəlikləri ehtiva edir, Konvensiyanın 10-cu maddəsi ilə jurnalistlərə verilən təminat isə onunla şərtlənir ki, onlar jurnalist etikasına müvafiq olaraq düzgün və etibarlı məlumatı təqdim etmək məqsədilə vicdanla fəaliyyət göstərsinlər (bax, başqa mənbələrlə yanaşı, Radio Frans və digərləri Fransaya qarşı, §37 və yuxarıda qeyd olunmuş Kolombani və digərləri, §65). Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində, Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X3 haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Konstitusiya fikir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddənin 147.2-ci maddəsi isə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə törətməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Göründüyü kimi təqsirləndirilən şəxs Rüstəmov Hikmət Əlizadə oğlu tərəfindən xüsusi ittihamçı barəsində böhtan xarakterli söz və ifadələr, habelə zərərçəkmiş şəxsin külli miqdarda dövlət əmlakını mənimsəmə barədə ifadələri sosial şəbəkədə yaymışdır. Sosial internet şəbəkəsi Ali Məhkəmənin yuxarıda qeyd olunmuş Plenum qərarından göründüyü kimi kütləvi çıxışda şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma isə birbaşa Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin tərkibini yaradır. Bundan əlavə məһkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlində təqsirkarın qəsdi zərərçəkmiş şəxsin şərəf və ləyaqətinin alçaldılmasına və nüfuzdan salınmasına yönəldilir. Cinayətin bilavasitə obyekti isə şəxsiyyətin şərəf və ləyaqəti və ya nüfuzudur. Bu maddə üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: 1) məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; 2) həmin məlumatların doğru olmaması; 3) belə məlumatların yayılması. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Yayılan məlumatlar yalan olsa da, başqa şəxsi ləkələyən məlumatlar deyildirsə, böhtana görə cinayət məsuliyyəti istisna olunur. Yayılan məlumatlar başqa şəxsi ləkələsə də, həqiqi məlumatdırsa, yenə də cinayət məsuliyyəti yaranmayacaqdır. Ləkələyici məlumatlar konkret faktla bağlı olmalıdır. Belə məlumatlar ümumi xarakterli ifadələrdən ibarət olmamalıdır. Təһqiredici һərəkətlərin nalayiq olub-olmamasını cəmiyyətdə qəbul edilmiş mənəviəxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq məһkəmə, һabelə ilk növbədə zərərçəkmiş şəxs müəyyən edir. Şərəf və ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusu olmaqla, şərəf bu xüsusiyyətlərə görə hər hansı şəxsə ətrafdan verilən dəyəri, qiyməti ehtiva edir, ləyaqət isə həmin xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Hər kəsin nüfuzu dedikdə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe, hörməti, etibarı başa düşülür. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Qeyd olunan qərarda həmçinin göstərilmişdir ki, Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Bununla da sosial şəbəkə hesabında Rüstəmov Hikmət Əlizadə oğlu öz düşüncəsinə görə fikirləri, ehtimalları olub-olmamasından asılı olmayaraq ifadə edilmiş sözlərdə, ifadələrdə yuxarıda qeyd edilən yalan məlumatlar yayılmışdır. Hansı ki, məhz həmin məlumatlar da hazırkı xüsusi ittihamın verilməsinə səbəb olmuşdur. Həmin məlumatlar yalan məlumatlar olmaqla, böhtan xarakteri daşıyır, X9 şərəfini, cəmiyyətin bir üzvü kimi əxlaqi, mənəvi və əqli keyfiyyətlərini, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiyməti ləkələyir, pedoqoji fəaliyyətlə məşğul olan şəxs kimi onu cəmiyyətdə nüfuzdan salmaqla, cəmiyyətdə, insanlar yanında şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatlardır. Həmçinin məhkəmə söz azadlığı və fikir azadlığı hüququ ilə bağlı məsələlərə də yuxarıda göstərilən qanunvericilik normaları baxımından da qiymət verərək hesab edir ki, X9 hazırkı xüsusi ittiham qaydasında şikayətindəki Rüstəmov Hikmət Əlizadə oğlunun onun barəsində səsləndirdiyi məlumatlarla bağlı, H.Rüstəmovun hərəkətlərinə haqq qazandırıla bilmir və onun bu əməlində cinayət məsuliyyətini aradan qaldıran hallar mövcud olmur. Məhkəmə qeyd edir ki, Rüstəmov Hikmət Əlizadə oğlunun söz və ifadə azadlığı hüququ olsa da, bu hüquqdan istifadə qanuni qaydada olmalıdır, bu zaman məsuliyyətinə və öhdəliklərinə əməl etməlidir, digərlərinin hüququna xələl gətirməməlidir, vətəndaşların "İnsan Hüquqlarının və X6 Haqqında" Konvensiya ilə, Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan hüquq və azadlıqlarını pozmamalıdır, yəni hazırkı halda X9 öz şəxsi həyatı, şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatlar ifadə edilməsi ilə nəticələnən, yəni Rüstəmov Hikmət Əlizadə oğlunun məhz bu formada söz və ifadə azadlığı hüquqlarının həyata keçirməsinə haqq qazandırılmır. 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsində, 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda və Azərbaycan Respublikası Konstitusiyasının 46cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cu maddəsinə əsasən, kütləvi informasiya vasitələri-dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet, kinoxronika proqramları və digər yayım formaları başa düşülür. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ təsbit edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası fikir və söz azadlığı kimi, hər kəsin şərəf və ləyaqətinin müdafiə hüququna da eyni qaydada təminat nəzərdə tutmuşdur. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulur ki, «…mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, …qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər» Bununla əlaqədar məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Şərəf - cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət – şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz – şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xüsusi ittiham qaydasında şikayətlər dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» 21 fevral 2014-cü il tarixli 3 nömrəli qərarının 8-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə zərərçəkmiş şəxsin təhqir olunması iddiası irəli sürüldükdə yayılmış məlumatların təhqir xarakterli məlumatlar olmasını yoxlayarkən məhkəmələrə müvafiq lüğətlərdən, linqvistika sahəsində mütəxəssislərin fikirlərindən istifadə etmələri, zərurət yarandıqda məhkəmə-linqvistik ekspertizası keçirmələri tövsiyə edilir. Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs Rüstəmov Hikmət Əlizadə oğlu yuxarıda qeyd edilən kütləvi çıxışında və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında qeyd edilən məlumatları, ifadələri işlədərək xüsusi ittihamçı X9 cəmiyyət qarşısında, o cümlədən iş və pedoqoji fəaliyyət yoldaşlarının və dostlarının, onu tanıyanların əhatəsində şərəf və ləyaqətini ləkələmiş, nüfuzdan salmaqla onun ağır psixoloji sarsıntı keçiməsinə səbəb olmuşdur. Hazırki xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə təqsirləndirilən şəxsin sosoil şəbəkə hesabında səsləndirdiyi söz və ifadələrin təhqir xarakterli olub-olmaması mübahisəli olmamışdır. Yəni, təqsirləndirilən şəxs Rüstəmov Hikmət Əlizadə oğlu facebook sosial şəbəkəsində xüsusi ittihamçı barəsində səsləndirdiyi söz və ifadələr birbaşa təhqir xarakterli olmuş, yəni ünvanlandığı şəxslərin şərəf və ləyaqətini alçaltmaq, işgüzar nüfuzunu ləkələmək xarakteri daşımışdır. Təqsirləndirilən şəxs Rüstəmov Hikmət Əlizadə oğlu həmin söz və ifadələrlə onların aid olduğu şəxsin cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi, mədəni keyfiyyətlərini alçaltmış, onların cəmiyyətdə tutduqları mövqelərini ləkələmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs Rüstəmov Hikmət Əlizadə oğlu tərəfindən xüsusi ittihamçı barəsində təhqir xarakterli söz və ifadələr kütləvi çıxşında yaymışdır. Ali Məhkəmənin yuxarıda qeyd olunmuş Plenum qərarından göründüyü kimi kütləvi çıxışda şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma isə birbaşa Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinin tərkibini yaradır. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə iclasında ifadəsi zamanı ona qarşı irəli sürülmüş ittiham üzrə göstərilən facebook sosial şəbəkəsindəki hesab və profilin ona məxsus olmamasına dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayətt Prosessual Məcəlləsinin 142.2.-ci maddəsinin tələbinə görə, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir. Məhkəmə, bu baxımdan Lənkəran Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(049)-1377/2023 nömrəli qətnaməsini hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik qərar kimi qəbul edir. Həmin qətanmədə X8 qeyd edilən sosial şəbəkə hesabının özünə aid olduğunu, həmin yazıların Sevər Ağayeva barədə özü tərəfindən yazıldığını, yazdıqlarının həqiqət olduğunu bildirmişdir. Məhkəmə, həmin qətnamə ilə müəyyən edilən yazılarla hazırkı iş üzrə yazılan yazıların (facebook sosial şəbəkəsində qeyd edilən paylaşımlar) eyni mahiyyətdə, eyni mövzuda, eyni xarakterdə olmasını, habelə təqsirləndirilən şəxsin hazırkı məhkəmə iclasında da eyni məzmunlu sözlər işlətməsini (yəni Sevər Ağayevanın qanunsuzluqlara yol verdiyi, dövlət əmlakını külli miqdarda mənimsədiyi, işçilərin əmək haqqını qanunsuz ələ keçirməsini və s) nəzərə alraq hesab edir ki, təqsirləndirilən şəxsin facebook sosial şəbəkəsindəki hesab və profilin ona məxsus olmamasına dair məhkəmədəki ifadəsi cinayət məsuliyyətindən yayınmaq üçün atılmış addımdır və məhkəmə həmin ifadənin o, hissəsini iş üçün əhəmiyyətli sübut növü kimi qəbul etmir. Məhkəmə, iş üzrə xüsusi ittihamçı tərəfindən təqdim edilmiş və yuxarıda şərh olunan cinayət işinin başlanmasının rədd qərarları, facebook sosial şəbəkə hesabından çıxarışlar, ərizə və şikayətləri, habelə xüsusi ittihamçının ifadəsini hazırkı iş üzrə ittihamın həlli üçün kifayət edən sübut növü kimi qəbul edir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxs Rüstəmov Hikmət Əlizadə oğlu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1; 147.2 və 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma— min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma—iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1; 147.2 və 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə istintaqı ilə öz təsdiqini tapmış və ona törətdiyi cinayət əməlinə görə cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə törədilən hazırkı cinayətə görə xüsusi ittiham qaydasında təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini, cəzanın növünü və həddini müəyyən edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Avropa Məhkəməsi presedentlərində vurğulamışdır ki, Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş ifadə azadlığına müdaxilənin mütənasibliyi müəyyən edilərkən təyin edilən cəzanın xarakteri və ağırlığı nəzərə alınmalı amillərdir (bax, başqa mənbələrlə yanaşı, Ceylan Türkiyəyə qarşı (BP), § 37 və Skalka Polşaya qarşı, §§ 41-42). Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin və qanunvericiliyin yuxarıdakı tələblərinə əməl edərək aşağıdakıları da nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsə münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs Rüstəmov Hikmət Əlizadə oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə, təqsirləndirilən şəxs Rüstəmov Hikmət Əlizadə oğluna münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Rüstəmov Hikmət Əlizadə oğluna CM-nin 147 və 148-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə və azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə, eyni zamanda hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onun özü və ailəsi ilə məhrumiyyətlər yarada bilər. CM-nin 52-1-ci maddəsinə əsasən Rüstəmov Hikmət Əlizadə oğlunun üzərinə Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. CM-nin 68.2-ci maddəsinə əsasən təyin edilmiş cərimə cəzası müstəqil icra olunmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Rüstəmov Hikmət Əlizadə oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Lənkəran Rayon İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə məsrəfi, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Rüstəmov Hikmət Əlizadə oğlunun CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X3 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Rüstəmov Hikmət Əlizadə oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1; 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 147.1-ci maddəsi ilə 1000 (bir min) manat cərimə cəzasına, CM-nin 147.2-ci maddəsi ilə 01 il (bir) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, CMnin 148-ci maddəsi ilə 1500 (min beş yüz) manat cərimə cəzasına məhkum edilsin. CM-nin 66.2-ci maddəsində əsasən Rüstəmov Hikmət Əlizadə oğluna təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 2000 (iki min) manat cərimə cəzası və 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Rüstəmov Hikmət Əlizadə oğlunun üzərinə yaşayış yerini saat 22:00-dan saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. CM-nin 68.2-ci maddəsinə əsasən təyin edilmiş cərimə cəzası müstəqil icra olunsun. Cəzaçəkmə müddətinin başlanğıcı Rüstəmov Hikmət Əlizadə oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Rüstəmov Hikmət Əlizadə oğlunun yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №1(049)-108/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-108/2024
20.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver