Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-109/2025 07.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X9, zərər çəkmiş şəxsin hüquqi varisi X10, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Saat 11:20 xx.xx.1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 20 noyabr 2024-cü il tarixdə saat 17 radələrində “BC” dərəcəli sürücülük vəsiqəsi əsasında etibarnamə ilə idarə etdiyi faktiki istifadəsində olan “Opel Astra minik” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobili yeni Ələt-Astara magistral yolunun Lənkəran rayonu, Girdəni kəndindən keçən hissəsində Lənkəran şəhəri istiqamətinə döndərib, həmin istiqamətdə yaşayış məntəqəsi olan Lənkəran rayonu, Girdəni kəndi ərazisində asfalt yolda maksimum icazə verilən 60 km/saat sürətlə idarə etməli, nizamlanmayan piyada keçidinə yaxınlaşdıqda idarə etdiyi avtomobilin sürətini hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi həddə qədər azaltmalı, piyada keçidinə daxil olmuş piyadaya yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq hərəkətini davam etdirməli olduğu halda, avtomobili idarə edən şəxs kimi sürücü olaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin “Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir.” tələbinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin maddənin tələbini, yəni yol hərəkəti qaydalarını pozaraq, qeyd olunan yol şəraitində nizamlanmayan piyada keçidi ilə yolu soldan sağa doğru keçən piyada X4 görməsinə baxmayaraq, texniki cəhətdən saz vəziyyətdə olan “Opel Astra minik” markalı avtomobilin hərəkətini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin “nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində - saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər” tələbinə əməl etməyib, yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə davam etdirərək, piyada Ramilə Talıbovanı avtomobilin ön sağ hissəsi ilə ehtiyatsızlıqdan vurub, həmin zərbənin güclü təsirindən yaranan, ümumilikdə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olub, sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik – kəllə qapağı sümüyünün (alın) sınığı, baş beyinin ağır dərəcədə əzilməsi, alın-təpə nahiyəsindəki yumşaq toxumalar altında yayılmış qansızma, burun sümükləri, sağ bazu sümüyünün başı, sağ körpücük, sağ qalça qanadı, sağ baldır sümüklərinin sınıqları, alın, sağ gözaltı, alt çənə, sağ baldır nahiyələrində əzilmiş yaralar, sağ dirsək, hər iki əl, sol dirsək oynağı, sol baldır nahiyələrində sıyrıqlar və sağ bud nahiyəsində qançırdan ibarət xəsarətlər yetirməklə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X3 başın küt travması ilə əlaqədar kəllə sümüyünün (alın) sınığı və baş beyinin ağır dərəcədə əzilməsi nəticəsində ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 3 ünvanında özünə məxsus olan evdə ailəsi ilə birlikdə yaşayır. Evlidir, elektrik məmulatlarını alıb rayonlardakı dükanlara qismən baha qiymətə satmaqla gəlir əldə edib ailəsini dolandırır. X2 mülkiyyətində olan “Opel Astra” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobilini etibarnamə əsasında idarə edir və “BC” dərəcəli sürücülük vəsiqəsi vardır. 20 noyabr 2024-cü il tarixdə, saat 17 radələrində idarə etdiyi “Opel Astra” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran-Boradigah avtomobil yolunun Lənkəran rayonu, Girdəni kəndindən keçən hissəsində, saatda təxminən 70 km/saat sürətlə Lənkəran şəhəri istiqamətində hərəkətdə olan zaman, onun hərəkət istiqamətinin əksi istiqamətində hərəkətdə olan avtobusun arxasından onun hərəkət istiqamətinə anidən bir piyada qaçaraq yolun sol tərəfindən sağ tərəfinə keçmək istədiyini görmüş və dərhal avtomobilinin əyləcini sıxmışdır. Həmin zaman o, piyadanı avtomobili ilə vurmasın deyə avtomobilinin sükanını sola tərəf döndərsə də, piyada anidən dayanaraq geri qayıtmaq istəmiş, o da bunu görüb dərhal avtomobilinin sükanını sağa tərəf döndərmişdir. Lakin avtomobili ilə piyadanın vurulmasının qarşısını ala bilməmişdir. Nəticədə onun avtomobilinin sağ qabaq tərəfi piyadanın sağ ayaq nahiyəsi ilə toqquşmuş, zərbədən piyada onun avtomobilinin üstünə yıxılmış, piyadanın baş nahiyəsi onun avtomobilinin ön şüşəsinə çırpılmış və piyada yuvarlanaraq asfalt üstünə yerə düşmüşdür. Hadisə vaxtı hava yağmurlu olduğundan avtomobilinin əyləcini sıxsa da, avtomobilinin piyadanı vurmasının qarşısını ala bilməmişdir. Toqquşmadan sonra o, avtomobilini təxminən 5-6 metr irəli sürərək yolun sağında saxlamış, avtomobildən düşərək piyadaya tərəf qaçmış, daha sonra ətrafda olan tanımadığı bir nəfər şəxsin köməkliyi ilə həmin piyadanı avtomobilinə qoyaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirmişdir. O, piyadanı Lənkəran RMX-yə gətirdikdən sonra orada olan həkimlər ona piyadanın öldüyünü bildirmişlər. O, Lənkəran RMX-də olarkən polis əməkdaşları oraya gəlmiş və sonra o, polis əməkdaşları ilə birlikdə Lənkəran şəhər-rayon polis şöbəsinə getmişdir. O, piyadanın X7 olduğunu sonradan bilmişdir. O, piyadanı görəndə piyada yolun sol tərəfindən sağa tərəf qaçaraq hərəkət edirmiş və həmin piyadanı görəndə aralarında təxminən 5 metr məsafə olmuşdur. O, hadisə baş verən zaman spirtli içki və ya hansısa sərxoşedici maddələrdən istifadə etməmişdir. Təqsirləndirilən şəxs son sözündə törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını, zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışmasını və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, məhkəmədən ona aşağı həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxsin hüquqi varisi X10 ifadəsində bildirdi ki, Lənkəran rayonu Digah kəndində rəhmətlik arvadı-Ramilə Talıbova ilə birlikdə yaşamışdır. Oların birgə nikahlarından bir azyaşlı övladları vardır. O, fəhləlik etməklə ailəsini dolandırmış, arvadı Ramilə Talıbova isə “Lankon” kafesində işləyirmiş. 20 noyabr 2024-cü il tarixdə, saat 17 radələrində arvadı X18 kəndinə atası evinə qonaq gedərkən yolu soldan sağa keçmək istəyən zaman Bakı şəhəri, Binəqədi rayon sakini Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onu vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişdir. Hadisə baş verən zaman sürücü Təqsirləndirilən şəxs arvadını öz avtomobilinə qoyub Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparsa da, arvadı hadisə yerindəcə vəfat etmişdir. O, hadisə barədə məlumat alan kimi Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gəlmiş va yaxın qohumları ilə birlikdə arvadının meytini oradan götürərək yaşadığı Lənkəran rayonu, Digah kəndinə aparmışdır. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, o, Lənkəran ŞRPŞ-nin DYPB-nin Yol Patrul Xidmətinin inspektoru vəzifəsində işləyir, polis serjantı rütbəsindədir. 20 noyabr 2024-cü il tarixdə təhkim olunduğu xidməti avtomobili ilə xidmətdə olan zaman, saat təxminən 17 radələrində Lənkəran-Boradigah avtomobil yolunun Lənkəran rayonu, Girdəni kəndindən keçən hissəsində piyada vurma ilə nəticələnən yol nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat almış və dərhal xidməti avtomobili ilə hadisə yerinə getmişdir. Hadisə yerinə gəldikdən sonra görmüşdür ki, Bakı şəhəri, Binəqədi rayon sakini 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Lənkəran-Boradigah avtomobil yolunun Girdəni kəndindən keçən hissəsində, Girdəni kəndindən Lənkəran şəhəri istiqamətində saatda 70 km/saat sürətlə hərəkət edərkən, piyada keçidi ilə yolun sol tərəfindən sağ tərəfinə keçmək istəyən Lənkəran rayonu Digah kəndində yaşayan piyada 1986-cı il təvəllüdlü X4 avtomobilinin qabaq sağ tərəfi ilə vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək sonuncunun ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Daha sonra Təqsirləndirilən şəxs Ramilə Talıbovanı avtomobilinə yerləşdirərək Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparsa da piyada Ramilə Talıbova dünyasını dəyişmişdir. Daha sonra o, yol nəqliyyat hadisəsi barədə Lənkəran ŞRPŞ-nin Növbətçi Hissəsinə məlumat vermişdir. Məhkəmə istintaqında Şahid2 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında Şahid3oviç ifadəsində göstərdi ki, 20 noyabr 2024-cü il tarixdə işlədiyi Lənkəran rayonu, Girdəni kəndində yerləşən dəmir məmulatlarının qaynaq edilməsi və satışı yerində olan zaman, saat təxminən 17 radələrində yolun sol tərəfindən piyada zolağı ilə sağ tərəfinə keçmək istəyən piyada qadını qırmızı rəngli “Opel Astra” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı bir avtomobilin vurduğunu görmüşdür. Sonra o, işlədiyi yerdən çölə çıxmış və yerə yıxılmış piyada qadına tərəf qaçmışdır. Həmin vaxt piyada qadını vuran avtomobilin sürücüsü də avtomobilini kənarda saxlayıb qaçaraq piyadanın yanına gəlmişdir. Sonra o, sürücü ilə birlikdə piyada qadını onu vuran sürücünün avtomobilinin arxa oturacağına qoymuşlar. Daha sonra sürücü öz avtomobili ilə piyadanı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparmış, o da arxa oturacaqda piyadanın yanında qalmışdır. Lakin onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatmamış piyada yolda dünyasını dəyişmişdir. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdıqdan sonra orada olan həkimlər piyadaya baxıb onun artıq dünyasını dəyişdiyini bildirmişlər və meyiti morqa aparmışlar. Bundan sonra polis əməkdaşları xəstəxanaya gələrək hadisəni törədən sürücü ilə birlikdə hadisə yerinə getmişlər. Bundan sonra o, iş yerinə gəlmiş və əşyalarını götürdükdən sonra evə getmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilməklə tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, 001615 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu əlamətləri aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli, ********* nömrəli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:00-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi və şəxsin tutulmadan azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 14:00-da tutmadan azad edilərək barəsində həmin “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 1-da qeydiyyatdadır və 1992-ci il təvəllüdlü X13, 2012-ci il təvəllüdlü X16 və 2015-ci il təvəllüdlü X6 ibarət ailə üzvləri vardır. Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı qəsəbə ərazisində müsbət xarakterizə olunur, barəsində Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Binəqədi rayon qeydiyyat şöbəsinin xx.xx.2013-cü il tarixli, AZ-İİİ 083238 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Təqsirləndirilən şəxs, anası isə X8r. Azərbaycan Respublikası 3 saylı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsinin xx.xx.2015-ci il tarixli, AZ-İİİ 519034 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Təqsirləndirilən şəxs, anası isə X8r. Lənkəran Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli, AZ-İİ 450184 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2024-cü il tarixdə travmatik qansızma səbəbi ilə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə, 1235 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12” X26 xx.xx.2024-cü il tarixli, 32 nömrəli rəyindən görünür ki, X1 bədəni üzərində - kəllə apağı sümüyünün (alın) sınığı, baş beyinin ağır dərəcədə əzilməsi, alın-təpə nahiyəsindəki yumşaq toxumalar altında yayılmış qansızma, burun sümükləri, sağ bazu sümüyünün başı, sağ körpücük, sağ qalça qanadı, sağ baldır sümüklərinin sınıqları, alın, sağ gözaltı, alt çənə, sağ baldır nahiyələrində əzilmiş yaralar, sağ dirsək, hər iki əl, sol dirsək oynağı, sol baldır nahiyyələrində sıyrıqlar, sağ bud nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlərin yerləşmə xüsusiyyətini və həmçinin qərarada göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə alaraq qeyd etmək olar ki, həmin xəsarətlər ağır küt travma nəticəsində törənmişlər, avtomobil travması, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü tarixdə hərəkətdə olan minik avtomaşının xarici qabarıq hissələrinin güclü zərbəsi nəticəsində piyadanın vurulması zamanı əmələ gələ bilər və ümumilikdə dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan, sağlamlığa ağir zərər vurmanın əlamətlərinə malikdirlər. X1 ölümünə - başın küt travması ilə əlaqədar kəllə sümüyünün (alın) sınığı, baş beyinin ağır dərəcəli əzilməsi səbəb olmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X26 “Bakı şəhər Baş Səhiyyə Mərkəzi” X22 35 nömrəli şəhər poliklinikasının xx.xx.2025-ci il tarixli, 179 nömrəli məktubundan görünür ki, ünvan 1-da qeydiyyatda olan xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs psixiatrik kabinetdə dispanser müşahidəsi qeydiyyatında deyil. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 8/824 nömrəli ekspert rəyindən görünür ki, İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Opel Astra” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış tədiqatın dəyəri 85 manat təşkil edir. Müvafiq qəbzdən görünür ki, Tağıyev X14 rayonu, Girdəni kəndində baş vermiş yol nəqliyyat nəqliyyat hadisəsi zamanı idarə etdiyi “Opel Astra minik” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobili Lənkəran ŞRPŞ-dən təhvil almışdır. Zərər çəkmiş şəxsin hüquqi varisi X5 notarial qayada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Lənkəran rayonu, Girdəni kəndi ərazisində baş vermişdir. Azərbaycan Respublikası DİN BDYPİ-in Lənkəran RQİ və TBŞ-nin xx.xx.2024-cü il tarixli 3-13-16-5/2-10953/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci ildə BA 029906 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin İİ hissəsinə görə, nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində - saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin İ hissəsinə görə, Nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, bunu tamamlayan zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Yuxarıda qeyd olunan qanun normalarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı qərarının 21-ci bəndində göstərilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olması CM-nin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsini CM-nin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini CM-nin 59.1.13-cü maddəsinə əsasən, təqsirini etiraf etməsini, tutduğu əməldən səmimi peşmanlıq hissi keçirməsini, yaşadığı qəsəbə ərazisində müsbət xarakterizə olunmasını və ailənin yeganə gəlir gətirən şəxsi olmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. CM-nin 263.2-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında göstərilmiş əməlin törədilməsinə görə üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halları, habelə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, hadisənin baş vermə şəraitini, habelə cəzanın fərdiləşdirməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 60.1-ci maddəsi tətbiq edilməklə ona CMnin 263.2-ci maddəsində nəzərdə tutulmuş sanksiya daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədi və cəza təyin edilməsinin ümumi əsaslarını müəyyən edən CM-nin 8.1, 9.2, 41.2 və 58.1-ci maddələrinin tələbləri baxımından məqsədəuyğundur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 20 noyabr 2024-cü il tarixdən 21 noyabr 2024-cü il tarixədək 1 gün həbsdə olduğu müddət - bir günə bir gün hesablanmaqla, ona təyin olunacaq cəzadan çıxarılaraq qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs CM-nin 56.1.1-ci maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddəti Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış “Opel Astra minik” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 noyabr 2024-cü il tarixdən 21 noyabr 2024-cü il tarixədək 1 (bir) gün şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - “Opel Astra minik” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Məhkəmə məsrəfi olan 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-109/2025
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-109/2025
07.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver