Məhkəmə qərarları › İş №1(049)-11/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-11/2024

04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-11/2024 04.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X16 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Murad Əbdül oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Lənkəran şəhərində doğulmuş,Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın tətbiq edilməklə çəkilməmiş cəzası 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzanın sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsi, ev 78-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 04 iyun 2024-cü il tarixdə, saat 17.20-də Lənkəran Rayon Məhkəməsi binasında, videokonfrans əlaqə sistemi vasitəsilə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs barəsində istintaq olunmuş cinayət işinin ittiham aktının nəticəvi hissəsində göstərilmişdir ki, o, 18 yanvar 2023-cü il tarixdə Lənkəran şəhəri “Böyük Bazar” adlanan ərazidən istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədi ilə qanunsuz olaraq, 4 (dörd) bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,222 qr; 0,220 qr; 0,352 qr; 0,274 qram; ümumi təmiz çəkisi –1,068 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək, həmin narkotik vasitə heroini satış məqsədilə qanunsuz olaraq üzərində saxlayaraq daşımış, bu barədə məlumat almış Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşlarının 18 yanvar 2023-cü il tarixdə saat 18:50-də Lənkəran şəhəri Z.Əliyeva küçəsində keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin küçədə piyada hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirildikdən sonra barəsində şəxsi axtarış keçirilərkən qeyd olunan çəkidə və bükümlərdə narkotik vasitə heroin şəffaf rəngli sellofana kəsiklərinə bükülmüş halda əynində olmuş qara rəngli qış gödəkçəsinin sol yan cibindən və gödəkçənin sağ cibindən üzərində narkotik vasitə heroin izləri olan işlək vəziyyətdə bir ədəd elektron tərəzi aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Bu səbəbdən də, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin məhkəmə tərkibi təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymət verməklə, belə nəticəyə gəlir ki, iş üzrə ittiham tərəfinin istinad etdiyi sübutlarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməkdə təqsirliliyi təsdiq olunmamışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində Lənkəran şəhəri, 2-ci m/rayon, 18-ci binanın 5-ci mərtəbəsində dostunun mənzilində iki nəfər dostu ilə mənzildə yatdığı zaman, qəfildən qapı sındırılmış və polislər mənzilə daxil olmuşlar. Axtarış nəticəsində onun və bir dostunun üzərindən narkotik vasitə çıxmamış, lakin dostu X1 üzərindən 6 büküm aşkar edilmişdir. Sonuncu bunu gördükdə olduqları 5–ci mərtəbədəki mənzildən özünü 4-cü mərtəbəyə, oradan 3-cü mərtəbəyə və s. ataraq oradan uzaqlaşmışdır. Polislərdən Səbuhi adlı şəxs ona bildirmişdir ki, təqdim edəcəkləri bükümləri etiraf etməsə, “onun evindən 2 kilo mal çıxaracaqdır”. Onu da qeyd edir ki, hadisə yerindən yayınmış dostu sonradan tutularaq ona “ 5 kilo mal yükləmişlər”. Həmin vaxt dostunun anası ilə bacısını öz evlərinə buraxmayaraq həmin evdə iki nəfər polis saxlamışlar. Əməliyyatçı Səbuhi ona bildirmişdir ki, 234.1 üstünə 1 gələndə 234.2 olur. Onunla mənzildə qalmış digər dostuna 234.2, oradan qaçmış dostuna isə daha ağır maddə ilə cinayət işi başlamışlar. Dörd dəfə videoçəkiliş aparılıb. Hər dəfə bükümləri boynuna almadığına görə çəkilmiş kadrlar silərək yeni çəkilişlər aparılmışdır. Səbuhi onu təpiklə döymüşdür. Bundan əlavə müstəntiq də bir sıra imzalarını saxtalaşdırmışdır. Belə ki, cinayət işinin 15, 18-22, 24 və 32–ci vərəqələrindəki imzalar ona məxsus deyildir. Bundan əlavə müstəntiq ona vəkili ilə bərabər cinayət işinin materialları ilə tanış olması üçün cəmi 3 dəqiqə vaxt ayırmışdır. Verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, bədənindəki ağrılarlarının qarşısını almaq məqsədilə bir müddətdir ki, narkotik vasitə heroindən istifadə etmişdir. Üzərində elektron tərəzi olmamışdır. Şəxsi axtarış vəkilin iştirakı ilə videoçəkilşlə aparılmışdır. Əlavə olaraq o, şifahi qaydada vəsatət verərək əməliyyatçılar tərəfindən döyülməsi ilə əlaqədar Lənkəran rayon prokurorluğuna məlumat verilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə əlavə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, hadisə günü Lənkəran şəhəri, 2-ci m/rayon, 18-ci binanın 5-ci mərtəbəsindəki mənzildə saxlanıldıqları vaxt orada əməliyyatçılardan Faiq, Amil, Ruhid və digərləri olmuşlar. Hazırki məhkəmə iclasında Təqsirləndirilən şəxs verilən sualları cavablandıraraq göstərmişdir ki, ittiham aktı ilə ona ittiham olunan 04 ədəd bükümdə narkotrik vasitə ona məxsus deyildir. Üzərindən aşakar olunaraq götürülmüş narkotik vasitə, mənzildə özlərinin istifadələri üçün şprisə doldurulmuş heroin deyildir. Döyülməsi ilə bağlı Lənkəran rayon prokurorluğunun adını bilmədiyi əməkdaşı onu Kürdaxanıda dindirsə də, ona tibbi müayinədən keçməyi təklif etməmişdir. Onu mənzildə əməliyyatçılardan Ruhid döymüşdür. Hətta həmin vaxt bunun şahidi olan Zəminə Ruhidə öz iradını da bildirmişdir. Ən çox döyülən o olmuşdur. İbridai istintaq zamanı onu tibbi ekspertt Şərifin yanına aparsalar da, Şərif onu müayinə etməmiş, sadəcə “Səndə xəsarət var?” sualını vermiş, cavabında “yox” eşitdikdə onda xəsarətin olmaması barədə rəy vermişdir . Onların hər üçünü eyni vaxtda Polis şöbəsinə aparmışlar. Şprisə doldurulmuş heroini hərəsi 10 manat qoymaqla özlərinin istifadələri üçün almışlar. Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də tədqiq edərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞnin NMQ-nun əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirlən şəxsi narkotik vasitələrin istifadəçisi kimi tanıyır. Daxil olmuş əməliyyat məlumatına əsasən onu mikrorayon ərazisində saxlayıb Polis şöbəsinə gətirmişlər. Polis şöbəsində üzərində şəxsi axtarış keçirilmişdir. Verilən suallara cavab olaraq əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin üzərindən aşakar olunmuş kütlənin təyin olunması üçün qablaşdırılmışdır. Təqsirləndirlən şəxsdən aşkar olunmuş elektron tərəzi ilə bağlı təqsirləndirlən şəxsə sull verildikdə, sonuncu bildimişdir ki, həmin tərəzini narkotik vasitəni aldığı zaman onun aldatmasınlar deyə ölçmək məqsədilə üzərində gəzdirmişdir. Təqsirləndirlən şəxsin narkotik vasitəni satmaq istədiyi şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Şəxsi axtarış aparılan zaman təqsirləndirlən şəxsin yanında müdafiəçisi olmuşdur. Təqsirləndirlən şəxs barəsində əməliyyat məlumatı ona daxil olmuş və onlar onu 18–ci binanın ətrafında saxlamışlar. Əgər üç təqsirləndirən şəxsi bir yerdə yaxalasaydılar, onda elə də rəsmiləşdirərdilər. Təqsirləndirlən şəxsin şəxsi axtarışı zamanı yalnız bir dəfə videoçəkiliş aparılmışdır. Ona zor tətbiq olunmamışdır. xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞnın CAB-nin əməliyyat müvəkkilləri Şahid3 göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatına əsasən qrup yaradılmışdır. Sonradan təqsirləndirlən şəxsi saxlayıb Polis şöbəsinə gətirmişlər. Şöbədə üzərində şəxsi axtarış aparılmış və təqsirləndirlən şəxs hər şeyi etiraf etmişdir. Verilən suallara cavab olaraq əlavə olaraq bildirmişdir ki, əməliyyat məlumatı Faiq müəllimə daxil olmuş, qrupa o, Faiq və Ruslan daxil olmuşlar. Təqsirləndirilən şəxs mikrorayon ərazisində, küçədə tək saxlanılmışdır. Təqsirləndirlən şəxsin üzərində şəxsi axtarış aparılan zaman videoçəkiliş aparılmışdır. Təqsirləndirlən şəxsin üzərindən elektron tərəzi də aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildimişdir ki, həmin tərəzini narkotik vasitəni aldığı zaman onun aldatmasınlar deyə ölçmək məqsədilə üzərində gəzdirmişdir. Həmin hadisədən 01 ilə yaxın vaxt keçsə də, hadisə yadındadır. Onlar hətta beş nəfəri bir yerdə tutsalar belə, onu elə də sənədləşdirəcəklər. Təqsirləndirilən şəxsin narkotik vasitələrinin satışı ilə bağlı onlarda məlumat yoxdur. Təqsirləndirlən şəxsi axşam tərəfi saxlamışlar. Məhkəmə iclasının yeri və vaxtı barəsində Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 lazımi qaydada məlumatlandırılsa da, o, məhkəmə iclasaına gəlməmiş və gəlməməyinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında dövlət ittihamçısının vəsatəti əsasında onun ibtidai isatintaq zamanı verdiyi ifadəsi elan olunmuş hesab edilmiş, o, şahid qismində ibtidai istintaq zamanı bildirmişdir ki, Lənkəran ŞRPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 təqsirləndirlən şəxsin narkotik vasitələrin satışı və istifadə etməsi ilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. Buna görə də qrupun rəhbəri kimi Şahid1, qrupun üzvləri kimi o və Lənkəran ŞRPŞ-nın CAB-nin əməliyyat müvəkkilləri Şahid3 ilə bərabər 18 yanvar 2023-cü il tarixdə 18:50 dəqiqədə Lənkəran şəhəri, Z.Əliyeva küçəsində təqsirləndirlən şəxsi saxlayaraq polis şöbəsinə gətirmişlər. Polis şöbəsinə onun üzərində müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan qara rəngli gödəkçəsinin cibindən 04 ədəd şəffaf rəngli selofana bükülmüş bükümdə narkotik vasitə olan heroinə bənzər kütlələri və digər cibindən isə elektron tərəzini təqdim etmişdir. Götürülmüş 04 ədəd şəffaf rəngli selofana bükülmüş heroinə bənzər bükümlər elektron tərəzidə çəkilmiş və bundan sonra götürülən bükümlər və elektron tərəzi zərfə qoyulub möhürlənərək qablaşdırıldıqdan sonra üstündə qeydlər aparılmışdır. Şifahi sorğu zamanı üzərində aşkar edilmiş 4 ədəd bükümlərin içərisində narkotik vasitə heroin olduğunu və istifadəsi üçün Lənkəran şəhəri, “Böyük bazar” adlanan ərazidən tanımadığı şəxsdən aldığını, üzərində aşkar edilmiş elektron tərəzini narkotik vasitə alan zaman aldanmasın deyə üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı məşğul olması barədə əməliyyat məlumatları daxil olsa da, onun həmin maddələri satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmadığını göstərmişdir. xx.xx.2024-cü il tarixdə müdafiəçinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X9 göstərmişdir ki, o, təqsirləndirlən şəxsi tanıyır və sonuncu ilə bərabər Mübarizlə də dostluq edir. Üç dost çox vaxtları binalarının yanındakı çayxanada vaxtlarını keçirilər. xx.xx.2023-cü il tarixdə hər üç dost birləşərək adama 10 manatdan pul qoyub heroin almış, onu yaşadığı mənzilə gətirib hazırlayıb şpritsə dolduraraq vurmaq istədikləri zaman mənzillərinin qapısını sındıraraq mənzilə polislər daxil olmuş, onu yerə yıxmışlar. Daha sonra onu qaldıraraq yoxlamışlar. Sonradan polislər onları döyməyə başlamışlar. Gedən-gələn onu döymüşdür. Polis şöbəsində Səbuhi ona cinayəti etiraf etdirib çəkiliş aparmışdır. Çəkilişdən sonra onu yenidən mənzillərinə aparmışlar. Verilən suallara cavab olaraq əlavə olaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə o, mənzilində saxlanılan zaman onun yanında dostları Ümüdlə Mübariz də olmuşlar. Hadisəni görən qonşular onun bacısına zəng vurmuş, bacısı hadisə yerinə gəldikdə mənzillərinin qapısının sınmış vəziyyətdə olduğunu görüb onu çəkmişdir. Üzərilərində narkotik vasitə olmamışdır. Şprisə doldurduqları heroini tanımadığı şəxsdən almışdır. İşə əlavə edilmiş və hazırda qanuni qüvvəsini almamış Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(099)-175/2024 nömrəli hökmün surətindən görünür ki, həmin məhkəmə iclasında X9 təqsirləndirlən şəxs qismində ifadə vermiş və məhkəmə iclasında göstərmişdir ki, 18 yanvar 2023-cü il tarixdə təxminən saat 11 radələrində evdə oturduğu vaxt 7-8 nəfər polis əməkdaşı qapını qırıb evə girmişlər, onu götürüb Lənkəran ŞRPŞ-nə aparmışlar. Evində heç bir narkotik vasitə olmamışdır. 19 yanvar 2023-cü il tarixdə gecə saat 3-də onu yaşadığı evə videoçəkliş keçirilməsi üçün gətirmişlər, evinə 5 kiloqram narkotik vasitə qoyaraq götürmüşlər. Həmin narkotik vasitələr ona məxsus deyildir. İlkin vaxtı sənədlərə imza çəksə də sonrakı vaxtı heç bir sənədə imza çəkməmişdir. 22 yanvar 2023-cü il tarixdə onu prokuror müavininin yanına aparmışlar. Prokuror müavini ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, yəni narkotik vasitə istifadəçisi kimi təqsirləndirilməsinə dair sənədlərə imza çəkməsini bildirmiş, o da Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan sənədlərə imza çəkmişdir. Onun olmayan narkotik vasitələri üzərinə qoymuşlar, əsassız olaraq onu həbs etmişlər. İstintaq sənədlərinə yalandan yazmışlar ki, guya onu binanın tinində tutmuşlar, əslində isə onu binanın tinində tutmamışlar, polis əməkdaşları evinin qapısını qıraraq içəri girib evindən polis şöbəsinə aparmışlar. Verilən suallara cavab olaraq təqsirləndirilən şəxs Hüseyn Cavadov bildirmişdir ki, səhər vaxtı Mübariz Kərimov və Təqsirləndirilən şəxs ilə birlikdə çayçıda oturmuş, sonra gedərək həmin şəxslərlə istifadə etməsi üçün narkotik vasitə almışdır. Sonra çayxanaya gəlmiş və üçü də birlikdə onun yaşadığı evə gəlmişlər. Anası ilə birlikdə yaşamış, ancaq onlar evə gələrək narkotik vasitə istifadə etmək istəyən zaman anası evdə olmamışdır. Narkotik vasitəni şprisə çəkərək özünə vurmaq üçün hazır vəziyyətdə saxlamışdır. Həmin narkotik vasitəni istifadə edə bilməmişdir. Polis əməkdaşları qapını qıraraq evə daxil olmuşlar. Yaşadıqları mənzil binanın 5-ci mərtəbəsində yerləşir. Mənzilin qapısı taxta materialdandır və polislər tərəfindən qırılmışdır. Polislər evə daxil olduqdan sonra hər üçünü götürərək Lənkəran ŞRPŞ-nə aparmışlar. Polis şöbəsində onları döyərək üzərlərinə narkotik vasitə qoymuşlar, polislər onu döyərək məcbur etdiyindən polis əməkdaşları tərəfindən cibinə qoyulmuş narkotik vasitəni videoçəkliş zamanı çıxararaq təqdim etmişdir. Cibinə 6 büküm narkotik vasitə heroini Əlvan qoymuşdur. Sonra isə gecə saat 03 radələrində yaşadığı evə gətirilmiş, evinə də polis əməkdaşları tərəfindən narkotik vasitə qoyulararaq çıxarılmışdır. Yaşadığı evə gətirilən zaman binanın blokunda 10 dəqiqə saxlanılmış, sonra isə mənzilə qaldırılmışdır. Həmin vaxtı ona qoca bir vəkil təyin olunmuşdur. Həmin vəkili özü seçməmiş, vəkilin seçilməsi ilə bağlı ərizə də yazmamışdır. Yaşadığı evdə şprisə çəkdiyi narkotik vasitədən başqa hər hansı narkotik vasitə olmamışdır. Şprisə çəkdiyi narkotik vasitəni üç nəfərə özlərinə vurmaq yolu ilə qəbul edəcəkdilər. Aldığı 1 qram narkotik vasitənin hamısını bişirərək şprisə çəkmişdir. Mübariz və Ümidin də üzərində narkotik vasitə olmadığı halda onların da cibinə narkotik vasitəni döyərək qoymuşlar, onları da Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmişlər və həmin cinayət işlərini baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərmişlər. İstintaq zamanı müstəntiq Asəfə ifadə verməmiş, Asəf bir dəfə İstintaq Təcridxanasına gəlmiş, onu polislər ilə üzləşdirmişdir. Asəfin onun adından yazdığı ifadələrin heç birini təsdiq etməmişdir. Ümid, Əlvan, Ruhid, Faiq və Səbuhi yaşadığı evə girən polislər olmuşlar. Əvvəllər Əlvan və Ruhidi tanımış, Səbuhini isə tanımamışdır. Həmin polis əməkdaşları mülki geyim formasında olmuşlar, polis geyim formasında evinə girən polis əməkdaşlarını tanımamışdır. Yaşadığı evdə də onları polis əməkdaşları döymüşlər. Onunla qonşuluqda yaşayan şəxslər polis əməkdaşlarının onları döyə-döyə binadan düşürdüklərini və apardıqlarını görmüşlər. Həmin vaxtı vəkil olmamışdır. Onları apardıqdan sonra evə polis əməkdaşlarını qoymuşlar, anası və bacısını belə evə buraxmamışlar. Onları apardıqdan 15 saat sonra evə gələrək baxış keçirmişlər. Onu aparmaqlarını bacısı Zərifə Həsənova da görmüşdür. Onları 18 yanvar 2023-cü il tarixdə təxminən saat 11 radələrində yaşadığı evdən aparmışlar. Onu yaşadığı evin qarşısında, yəni küçədə saxlayıb aparmaları məzmunda polisə ifadə verməmişdir, onu yaşadığı evdən apardıqları halda necə ola bilər onu yaşadığı evin qarşısından aparmaları barədə ifadə versin. MSY-də olan zaman müstəntiq ona bir neçə sənədə imza çəkdirmişdir, həmin sənədlərin hansı sənədlər olmasını bilməmişdir. Ekspertizadan keçirilməmiş və onu məhkəmə-tibb eksperti görməmişdir. Bədəni üzərində çoxsaylı xəsarətlər olduğu halda məhkəmə-tibb eksperti onu görmədən bədəni üzərində xəsarət olmadığını yazmışdır. Bədəni üzərində xəsarətlərin olması Bakı İstintaq Təcridxanasına daxil olan zamanda aydın görülmüş və bütün xəsarətləri adına açılmış tibbi kitabçada qeyd edilmişdir. Lənkəran rayon prokurorluğunda araşdırma aparan prokuror köməkçisi Pünhan Quliyev tərəfindən ona məhkəmə-tibbi ekspertizasından keçmək təklif edilməmiş və o məhkəmə-tibbi ekspertizasından keçirilməkdən imtina etməmişdir. Səbuhi, Ümid, Əlvan və digər polis əməkdaşları onu döymüşlər, birinci dəfə Səbuhi onu döyməyə başlamışdır. Lənkəran rayon prokurorluğunda prokuror müavini onu qəbul etmiş və bədəni üzərində xəsarətlərin olmasını aydın şəkildə müşahidə etmişdir. Üzü qanın içərisində olmuş, barəsində həbs qətimkan tədbiri seçilən zaman xəsarətlərini hakim də görmüşdür, döyülməyi barədə hakimə də məlumat vermişdir. MSY-də saxlanılan zaman həkim çağırılmamış, heç bir həkim görməmişdir. Üzərinə şəxsi axtarış aparılan zaman telefonunda saat 01:00 göstərir, tərtib olunmuş protokolda isə saat 22:00 yazılmışdır. 18 yanvar 2023-cü il tarixdə saat 11 radələrində yaşadığı evdən aparılmış, 19 yanvar 2023-cü il tarixdə gecə saat 01:00-da isə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təqdim etdiyi telefonlar özünə məxsusdur, telefonlar işlək vəziyyətdə olmuşdur, heç bir problemi olmamışdır. Yaşadığı evdə isə şəxsi axtarış saat 03-də aparılmışdır. Evində heç bir axtarış aparılmamış, sadəcə polislər özləri qoyduqları narkotik vasitələri götürmüşlər. Evində axtarış aparılması ilə bağlı videoçəkiliş 2 dəfə çəkilmişdir. Videoçəkilişdə göstərilən narkotik vasitələrin aşkar olunduğu çarpayıda heç kim yatmamış, çarpayının üzərində olan qırmızı rəngli yorğan döşək orada olmamışdır. Evini polis əməkdaşları özü polis şöbəsində saxlanılan zaman dağıtmışlar. Saxlanılan zaman şprisdə olan narkotik vasitə balkondan yerə düşmüşdür. Polislər onu evindən aparan zaman itələmişlər nəticədə qonşunun balkonuna düşmüşdür. Onu balkondan itələyən şəxsin kim olmasını bilməmiş, ancaq onu itələyən şəxs serjant olmuş, həmin polis əməkdaşı əlində olan şpirisi atan zaman onu tutmaq istəyəndə az qala yıxılmışdır, ancaq həmin vaxtı yıxılmamışdır, özünü tutmuşdur. Balkondan düşən zaman xəsarət almamış, bədəni üzərində aşkar olunmuş xəsarətləri polislər döyərək yetirmişlər. Evindən aşkar olunmuş tərəzini də polis əməkdaşları evinə qoymuşlar, onda heç bir tərəzi olmamışdır. 2023-cü ilin mart ayında onu Lənkəran ŞRPŞnin MSY-nə aparmışlar, heç bir sənədə imza çəkməmiş, etiraz əlaməti olaraq qulağını və qolunu kəsmişdir. Şahidlər Ruhid Şərifli və Əlvan Məstiyev onu döyməmişlər, ancaq həmin şahidlər düzgün ifadə verməmişlər. Məhkəmə tibb eksperti Şərif Hüseynovu görmüş, ekspert onu müayinə edərək bədəni üzərində olan xəsarətlərə baxmamış, Şərif Hüseynova polis əməkdaşları tərəfindən döyüldüyünü bildirmiş, ekspert heç bir reaksiya verməyərək ad və soyadını soruşmaqla kifayətlənmişdir. Bədəni üzərində xəsarətlər olsa da Şərif Hüseynov həmin xəsarətləri ekspert rəyində yazmamışdır. Tutulmamışdan qabaq qollarında özünü kəsməyə uyğun izlər olmamış, tutulandan sonra qollarını kəsmiş, Şərif Hüseynov onu müayinə edəndən sonra özü kəsmişdir. Saxlanılan zaman şahid Şaddıq Ağayev orada iştirak etməmişdir. Polis əməkdaşları onu tutanda balkonda olmuş, 5-ci mərtəbədən 4-cü mərtəbəyə, daha sonra 3-cü mərtəbə, ordan isə 2-ci mərtəbəyə düşmüş, sonra isə polis əməkdaşları onu tutmuşlar. Polis əməkdaşları onu yenidən yuxarı qaldırmışlar, həmin vaxtı Mübariz Kərimov və Təqsirləndirilən şəxs yuxarıda onun evində olmuşlar. Evdən onu, Mübariz Kərimov və Təqsirləndirilən şəxs birlikdə aşağı düşürtmüşlər. xx.xx.2024-cü il tarixdə müdafiəçinin vəsatəti əsasında Bakı İstintaq Təcridxanasında saxlanılan X10 videokonfrans əlaqə sistemi vasitəsilə əlavə şahid qismində dindirilən zaman göstərmişdir ki, Ümidi tanıyır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. xx.xx.2023-cü il tarixdə, mikrorayonda, o, Ümid və Hüseyn özlərinin istifadələri üçün adama 10 manat pul qoyub Hüseynə vermişlər ki, gedib “mal” alsın. Həmin gün Hüseyn “mal” almış və onlar Hüseynin valideynlərinə məxsus 18-ci bina, 3-cü blok və 5-ci mərtəbədə yerləşən mənzilə dasxil olub heroini bişirib şprisə doldurmuşlar ki, özlərinə vursunlar. Bu zaman, təxminən saat 11-12 radələrində onların olduqları mənzilin qapısı sındırılmış və mənzilə polis əməkdaşları daxil olub mənzili “ələk-vələk” etmişlər. Lakin heç nə tapa bilməmişlər. Sonra onların hər üçünü Polis şöbəsinə aparmışlar. Polis şöbəsində onun vərəm xəstəsi olmasına baxmayaraq onu incitmişlər və ona hədə qorxu gəlmişlər. Orada onların qabaqlarına elektron tərəzi və 5 “çet” narkotik vasitə qoyaraq onlara bildirmişlər ki, cinayəti etiraf etdikləri təqdirdə onları 234.1 ilə “oformit” eləyəcəklər. Lakin sonradan başa düşmüdür ki, polis əməkdaşları onları aldatmışlar. Onların bir yerdə tutularaq Polis şöbəsinə gətirilmələrini Hüseynin qonşuları da təsdiq edə bilərlər. Verilən suallara cavab olaraq bildirmişdir ki, hər üçü barəsində ittiham aktlarındaxx.xx.2023-cü il tarixdə axşam vaxtı tutularaq Polis şöbəsinə gətirildikləri göstərilsə də, əslində onların hər üçü eyni mənzildə, eyni saatda tutularaq, eyni polis avtomaşını ilə Polis şöbəsinə gətirilmişlər. Həmin hadisəni orada olmuş Hüseynin bacısı və qonşusu Zəminə də görmüşlər. Onun özünü əməliyyatçı Əlvan saxlamışdır. Orada olan əməliyyatçılardan Əlvanla Səbuhini tanıyır. Digərlərinin adını bilmir. Onlar 7-8 nəfər, polis əməkdaşlarının digər qismi isə binanın həyətində olmuşlar.Ondan sonra X8 köçürüldükdən sonra görmüşdür.“Voronok”da olduğu zaman bilmişdir ki, Ümidin də üzərinə elektron tərəzi və 4 “çet” narkotiok vasitə qoyublar. Polis əməkdaşları onları, eləcə də Ümidi həm mənzildə, həm də Polis şöbəsində döymüşlər. Lakin Ümidi kim döyüb, bilmir. Yuxarıda qeyd olunmuş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(099)-175/2024 nömrəli hökmün surətindən görünür ki, X10 həmin məhkəmə iclasında şahid qismində ifadə vermişdir. Məhkəmə həmin məhkəmə iclasında verdiyi ifadə ilə bağlı qeyd edir ki, şahid dindirilməmişdən əvvəl bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət daşıyacağı barədə xəbərdar edilir və o, iltizama imza atır. Buna görə də məhkəmə hesab edir ki, qeyd olunan hökm qanuni qüvvəsini almasa da, X4 həmin məhkəmə iclasında verdiyi ifadəni hazırki iş üzrə sübut kimi qəbul etmək olar. O, həmin məhkəmə iclasında bildirmişdir ki, 18 yanvar 2023-cü il tarixdə Hüseyn, Ümid və o, saat 10 radələrində görüşmüşlər, üçü bir yerdə çayxanada oturmuşlar. Hüseynə pul vermişlər, Hüseyn gedib narkotik vasitə alıb gəlmişdir. Narkotik vasitəni istifadə etmək üçün Hüseyngilin yaşadığı evə getmişlər, narkotik vasitəni bişirmişlər, narkotiki vasitəni şprisə çəkmişdir ki, polislər evə girərək onları tutmuşlar. Onların birlikdə aldıqları narkotik vasitənin çəkisi 0.03 qram olmuşdur. Həmin məhkəmə iclasında verilən suallara cavab olaraq Mübariz Kərimov daha sonra bildirmişdir ki, Hüseyn ona narkotik vasitə satmamış, Hüseyn narkotik satsa idi bilərdi, Hüseyni yaxından tanımışdır. Pul qoyub gedib narkotik vasitə alıb istifadə etmişlər, elə vaxt olub ki, onun yaşadığı evdə narkotik vasitə istifadə etmişlər. Həmin gün Hüseyngilə təzə qalxmışlar, narkotiki bişirmişlər, şprisə çəkmişlər, narkotiki bölmək istəyən zaman evin qapısı zərblə vurulmuş, təpiklə qapını kimsə vurmuşdur. Qapını 3-4 dəfə təpiklə vurandan sonra qapı sınmış, polis əməkdaşları mənzilə daxil olmuşlar. Evin qapısı köhnə taxta qapıdır. Hüseyn əlində olan narkotik vasitəni itirmək üçün balkona tullanmış, narkotik vasitə Hüseynin əlindən düşmüş, polis əməkdaşları narkotik vasitəni götürüb stolun üstünə qoymuşlar. Hüseyn də tullanaraq 2-ci mərtəbəyə düşmüş, polis əməkdaşları binanı mühasirəyə almışlar. Polislər evi axtarmışlar, heç bir növ narkotik vasitə aşkar olunmamışdır. Evdə 3-4 telefon olmuş, onun, Hüseynin və Ümidin evdə telefonları olmuşdur. Onun telefonu orda qalmış, Hüseynin və Ümidin telefonunu polis əməkdaşları polis şöbəsinə aparmışlar. Onları polis şöbəsinə aparandan sonra hədə-qorxu gəlmişlər. Özü dəfələrlə həbsdə yatmış, həmişə oğurluqla tutulmuşdur. Polis əməkdaşlarına spid xəstəsi olduğunu demiş, narkotik vasitələrdən istifadə etmiş, polis əməkdaşları onu döydüklərinə görə ciyərinə ləkə düşmüş, qara ciyəri şişmiş, 2 dəfə «tubzonda» olmuşdur. Polis əməkdaşları ona demişlər ki, evinə narkotik vasitə qoyacağıq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə get, polis əməkdaşlarından hansı səbəbə görə həmin maddə ilə qeydiyyata alındığını soruşmuş, polis əməkdaşları ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə həbs olunanda həbsdən tez çıxdığını bildirmişlər. Tərəzini Səbuhi, Əlvan gətirib çəklişdə qoymuşlar, hədə-qorxu gəlmişlər ki, bunu eləməlisiniz. Həmin vaxtı üçü də ağrıda olmuşlar. Vəkil məhkəmədə tərəzinin onun olmadığını demişdir. Həmin vaxt müdafiəçinin kim olduğunu bilməmişdir. Ümidlə onu MSY-nə salmışlar, Hüseyndən xəbərsiz olmuşlar, gecə saat 1-ə işləmiş Hüseyn MSY-nə gətirilmişdir. Hüseyn ona, yaşadığı evə aparıb divanın altında 5 kiloqram narkotik vasitə qoyduqlarını demişdir. Hüseynə demişdir ki, bizim 5 kiloqram narkotik vasitəmiz olsa idi, burda nə edirdik. Məhkəmədə sanksiyada da bu sözləri demişdir. Kiməsə narkotik satmışlarsa, Lənkəranda bir nəfər gəlib desin ki, Mübarizdən balaca çet almışdır. Belə bir şey heç vaxt olmamışdır. Polislər evə girənə kimi ev səliqəli şəkildə olmuşdur. Evi axtarmışlar, lakin evdən heç nə tapa bilməmişlər. Hüseynin telefonu sınmamış, normal vəziyyətdə olmuşdur. Hüseynin telefonunda saata baxmamışdır. xx.xx.2024-cü il tarixdə müdafiəçinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Ümidi qardaşı Hüseynin dostu kimi tanıyır. xx.xx.2023-cü il tarixdə Səbuhinin rəhbərliyi altında bir qrup polis əməkdaşı onun valideynlərinə məxsus mənzilin qapısını sındırıb içəri daxil olaraq qardaşını, Ümidi və Mübarizi saxlamışlar. Bu barədə ona qonşuları zəng edərək demiş və 5-10 dəqiqədən sonra o, hadisə yerində olmuşdur. O, mənzilə daxil olsa da, polis əməkdaşları onu çölə çıxarmışlar. Hiss etmişdir ki, polislər onlara işgəncələr verirlər. Lakin icgəncə hadisəsini şəxsən görməmişdir. Çöldə olduğu zaman görmüşdür ki, əvvəl polis əməkdaşları Ümidi, sonra Mübarizi, daha sonra isə onun qardaşını aparmışlar. Polis əməkdaşları onların hər üçünün üzərinə tərəzi qoymuşlar. Əlavə olaraq onu qardaşının üzərinə 05 kilo narkotik vasitə də qoymuşlar. Əslində qardaşı narkotik vasitələrin satışı ilə məşğul olmur. Sadəcə narkotik xəstəsidir, narkomandır. Verilən sullara cavab olatraq bildirmişdir ki, o, hadisəni gördükdən sonra DİN-nin 102 Xidmətinə zəng etmiş, valideynlərinin mənzilinə yaxınlaşanda mənzilin qapısının sındırılmış vəziyyətdə olduğunu görmüş, ona zəngi Kəmalə ilə Nazimə etmiş, qardaşı narkotik xəstəsi olduğu üçün hadisədən iki gün qabaq qardaşına “mal” almaq üçün 10 manat pul vermiş, qardaşının narkotik vasitələrini hardan və kimdən aldığını bilmir, qardaşı və digərlərini Ruhid, Əlvan və digər polis əməkdaşları polis avtomobilinə mindirərək aparmışlar. Yuxarıda qeyd olunmuş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(099)-175/2024 nömrəli hökmün surətindən görünür ki, X2 həmin məhkəmə iclasında şahid qismində ifadə vermişdir. O, orada bildirmişdir ki, polis şöbəsində bir neçə dəfə ifadə vermiş, Daxili İşlər Nazirliyinin «102» xidmətinə də zənglər edib şikayətlər etmişdir. Polis şöbəsindən onu çağırmışlar, polis şöbəsində «102» xidmətinin nümayəndəsi kağızı özü yazmış, ifadəni görməmiş, ifadənin aşağı hissəsində dediklərini yazmış, bir neçə dəfə kağızı dəyişdirmişlər çünkü düz yazılmamışdır. Yazmışlar kı, guya Səbuhi Mirzəyev evə girməmişdir. İzahatı oxuyandan sonra düz yazılmadığını demiş, belə izahat yazmadığını demiş, sonra isə kağızı dəyişmişlər. Demişlər ki, ola bilər düz yazmamışdır. Ruhidə 3-dəfə izahatını dəyişdirtmişdir. Müstəntiq Asəfə gördükləri barədə ifadə vermişdir. Belə ki, 18 yanvar 2023-cü il tarixdə səhər təxminən saat 11 radələrində ərinə zəng edib polis əməkdaşlarının Hüseyni tutduqlarını, evin qapınısı qırdıqlarını, polis əməkdaşlarının evin içərisinə girdiklərini demişlər. Hüseyn demişdir ki, Zərifəyə deyin gəlsin. Evdə xəstə anasını qoyub özü taksi ilə çıxıb getmişdir. Gəlib bloka çatmış, blokda həyəcandan taqəti olmamışdır. Binanın həyətində polis əməkdaşları olmuşlar. Gəldikdən sonra evə qalxmış, yuxarı qalxanda görmüşdür ki, polislər var, evin içərisinə girməyə cəhd etmiş, polis əməkdaşları onu evin içinə qoymamışlar, polis əməkdaşları onu itələdiklərindən dala qayıtmışdır. Qapının ağzında bir az gözləmiş, özünə gələndən sonra qapının ağzında heç kimin olmadığını görmüş, içəri girib baxanda evi dağıtdıqlarını, paltarları tökdüklərini, digər otağa baxanda isə otaqda stolun üstündə nələrisə belə tökdüklərini, Səbuhi Mirzəyevi evdə gördüyünü bildirmişdir. Səbuhi Mirzəyev onun qapıdan baxdığını görüb, onu çölə çıxardıb, çıx get burdan burda bizim işimizə mane olursan demişdir. Səbuhi Mirzəyevə yalvarmışdır ki, xahiş edirəm Hüseyni döyməyin xəstədir, 2-ci qrup əlildir, bir tərəfi işləmir. Otağın içərisindən Hüseynin xırıltı səsini eşitmiş, Hüseyni qorxma deyə çağırmışdır. Düşüb qonşunun qapısının ağzında pilləkəndə oturub gözləmış, təxminən saat 1 olardı ki, 1 -ci Mübarizi əlində qandalla aşağı düşürmüşlər. 2-ci isə Ümidi əlində qandalla aşağı düşürmüşlər, 3-cü isə Hüseyni əlində qandalla aşağı düşürüb aparmışlar. Həmin vaxtı hadisələri telefonu ilə çəkmək və ya Daxili İşlər Nazirliyinin «102» zəng xidməti mərkəzinə zəng etmək yadına düşməmişdir. Həmin gün axşam saat 9-a qədər pilləkəndə oturmuş, polislər aşağı yuxarı çıxanda onu görmüşlər. Bir neçə dəfə polis şöbəsində olmuş, görən polislər «xanım bizim nə günahımız var, biz səhərə kimi sizdə soyuqdan donmuşuq» demişlər. Müstəntiq bir neçə dəfə onu polis şöbəsinə çağırmış, ifadə vermiş, sonra Səbuhi Mirzəyevin yanına gedib yalvar yaxar edib «siz bilirsiz ki, o evdə narkotik olmayıb, niyə o qədər onun üzərinə narkotik qoyursunuz, düzdü o, narkomandır xəstədir» demişdir. X17 «öz qeyrətimə namusuma and içirəm dedim ki, qardaşımda narkotik olmayıb» demiş Səbuhi Mirzəyev gülmüş və demişdir ki, Hüseyn 20 ildir narkomandır, həmin illəri hesablayıb evə 5 kiloqram narkotik vasitə qoymuşdur. X11 «nə edirsən narkomanı, get otur öz evində» demişdir. Verilən suallara cavab olaraq şahid Zərifə Mirzəhəsənova bildirmişdir ki, təqdim olunan fotoda olan özüdür, həmin qapıda evlərinin qapısıdır, qapı düzəlməyib adi taxta vurmuşlar ki, qapı bağlansın. Hüseyn saxlanıldıqdan 12 gün sonra anası ölmüş, həmin vaxtı qapıya taxta vurmuşlar. Polis əməkdaşları tərəfindən qapıları qırılan vaxt orada olmamışdır. Evə gəlib çatan zaman polis əməkdaşları artıq evin içində olmuşlar. Ona zəng edən qonşuları Kəmalə olmuşdur, Kəmalə onunla danışmayıb, yoldaşıyla telefonda danışmışdır. Kəmalə 1 -ci dəfə zəng edərək polislər evə girib Hüseyni saxlayıb döyürlər, Zərifə gəlsin, 2-ci dəfə yığında isə nə oldu axı Hüseyni içəridə öldürdülər demişdir. Evdən 15 dəqiqəyə Hüseynin yaşadığı evə gəlmişdir, çatanda polislər artıq evin içərisində olmuşlar. Həmçinin binanın ətrafında çoxlu sayda polis əməkdaşları olmuşlar. Evin içinə baxanda 2 nəfəri bir otaqda, 2 nəfəri digər otaqda, 2-3 nəfər də Hüseyn tutulan otaqda olmuşdur. Evin içində qapının ağzında 1-2 dəqiqə qalmış, həmin vaxt Səbuhi Mirzəyev gəlib «sən bizim işimizə mane olursan» demiş, sonra isə Əlvan gəlib «indi səni çəkib qoyaram internetə» demişdir. Evə girmək istəyəndə Hüseyni görməmiş, ancaq Hüseynin səsini eşitmişdir. Polis əməkdaşlarının Hüseyni döyməklərin görməmiş, qardaşının xırıltılı səsin eşitmişdir. Hüseyni görəndə əllərində qan görməmiş, ancaq qonşular Hüseynin əlində qan olduğunu demişlər. Hüseyni aparanda üzündə qan damaları olduğunu görmüşdür. Beləliklə, ibtidai istintaq, həm də məhkəmə baxışında toplanmış sübutların məhkəmə tərəfindən müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs təqsirinin sübuta yetmədiyi müəyyən edilmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni: İşdə olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 4 ədəd şəffaf rəngli büküm, gödəkçənin sağ yan cibindən isə 1 ədəd elektron tərəzi aşkar edilmiş və şifahi verilən suallara cavab olaraq təqdim etdiyi həmin 4 ədəd bükümlərin içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı onun üzərindən cinayət xarakterli digər predmet, əşya və sair aşkar olunmamış və götürülməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 4 bükümdə narkotik vasitə heroinə bənzər kütlələr elektron tərəzidə çəkilərək zərflərə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitə heroini qəbul etmək üçün 18 yanvar 2023-ci il tarixdə Lənkəran şəhəri Böyük Bazar adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını, lakin satışı ilə də məşğul olmadığını, üzərində aşkar edilmiş elektron tərəzini isə narkotik vasitələrin çəkisini bilmək və narkotik vasitələri alan zaman aldanmamaq üçün istifadə etdiyini bildirmişdir. İşdə olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 19 yanvar 2023-cü il tarixli 19/79 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Şəxsin üzərindən çıxan narkotik vasitəyə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 4 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -0,222 qr; -0,220 qr ; -0,352 qr; 0,274 qr; ümumi təmiz çəkisi: -1,068 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görnüşlərinə və kimyəvi kompanent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Vət.Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar olunan 01 ədəd elektron tərəzi....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd elektron tərəzinin üzərində narkotik heroinin izləri vardır. Tədqiqatdan sonra heroinin qalığı 0,868 qram olmuşdur. Ekspertiza xərci 60 manat təşkil eləyir. İşdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında 2021-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. Şübhəli şəxs qismində tutulma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qismində qətimkan tədbiri seçilmişdir. İşdə olan əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, təqsirləndirilən şəxs ətrafında bır sıra əməliyyat axtarış tədbirləri həyata keçirilmişdir. Həyata keçirilmiş əməliyyat tədbirlər zamanı Təqsirləndirilən şəxs oğlunun narkotik vasitələrin istifadəçisi olmaqla həm də narkotik vasiutələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuş və keçirilmiş digər tədbirlərlə göstərilənlər təsdiqini tapmışdır. Onun narkotik vasitə heroinin kimdən əldə etməsini və kimə satmasını müəyyən etmək mümkün olmamışdır. İşdə olan “maddi sübut kimi tanınması haqqında” qərardan görünür ki, ümumi qalıq çəkisi 0,868 qram olan narkotik vasitə heroin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, DVD diskdə videogörüntü cinayət işinin materiallarına əlavə edilmişdir. İşdə olan tələbnamədən, hökm, qərarların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə xx.xx.2021-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasınaməhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə Milli Məclisin amnistya aktı tətbiq edilməklə cəzasının çəkilməmiş hissəsi 06 ay müddətinə azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Məhkumluğu ödənilməmişdir. İşdə olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşayış yeri üzrə şikayət daxil olmamışdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı toplanıb elan edilərək tədqiq edilmiş istintaq materiallarından, yəni: Lənkəran rayon prokurorluğunun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxsin döyülməsi ilə bağlı araşdırma aparılmış və araşdırma zamanı hər hansı cinayət hadisəsi olması faktı öz təsdiqini tapmadığından, material üzrə cinayətiçinin başlanması rədd edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(099)-175/2024 nömrəli hökmün surətindən görünür ki, təqsirləndirlən şəxslə bir yerdə saxlanılaraq tutulmuş X5 təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona bəraət verilmişdir. Müdafiəçinin vəsatəti əsasında məhkəmə iclasında həmin vəsatətə əlavə edilmiş diskdə olan «Lənkəran TV» də yayımlanmış videorolik məhkəmə istintaqı zaman elan edilməklə tədqiq olunmuş, videoçəklişdə Təqsirləndirilən şəxs, Mübariz Kərimov və Hüseyn Cavadovun fotoşəkilləri göstərilərək bildirilmişdir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional Xidmətindən verilən məlumata görə Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı şəhər sakinləri Təqsirləndirilən şəxs və Mübariz Kərimov saxlanılmışlar. Onlardan hazır bükümlərdə qablaşdırılmış heroin və iki ədəd elektron tərəzi aşkarlanmış, əməliyyat tədbirlərinin davamı nəticəsində həmin şəxslərdən aşkarlanan narkotik vasitənin Lənkəran şəhər sakini Hüseyn Cavadovdan əldə edildiyi müəyyən olunmuşdur. Hüseyn Cavadov polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərindən və yaşadığı evdən 4 kiloqramdan artıq heroin və 1 kiloqram 160 qram marixuana aşkarlanaraq götürülmüşdür. Hər üç şəxsin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsindən verilmiş Təqsirləndirilən şəxs adına açılmış 669/2023 nömrəli məhkumun tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs 21 yanvar 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş, müayinə zamanı Təqsirləndirilən şəxs bədənində xəsarət aşkar olunmamış, hər iki yuxarı və aşağı ətraflarda narkotik inyeksiyaları və köhnə kəsilmiş Yaralardan sonrakı çapıq toxumalar, sol baldırın aşağı 1/3-nin bayır səthində köhnə şaöıq toxumalar müşahidə olunur. Məhkəmə cinayət işinin mateariallarını nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və ibtidai istintaq orqanının müəyyən etdiyi halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən habelə ilkin sübutlar qanunsuz yolla əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından Təqsirləndirilən şəxs bəraət verilməlidir. Belə ki:

1. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 18 yanvar 2023-cü il tarixdə, saat 11 radələrində dostu Hüseyn Cavadovun yaşadığı Lənkəran şəhəri, Z.Əliyeva küçəsi 78/18 mənzil 34-dən X10 və Hüseyn Cavadovla birlikdə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq aparılmış, cinayət işininin materiallarının olan «tutulma protokol»undan görünür ki, Təqsirləndirilən şəxs 18 yanvar 2023-cü il tarixdə, saat 19:10-da şübhəli şəxs qismində tutulmuş, tutulmanın müddəti 18 yanvar 2023-cü il tarixdə saat 18:50-dan hesablanmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs 08 saat müddətində qanunsuz olaraq, müdafiə hüququ pozulmaqla Lənkəran ŞRPŞ-də saxlanılmışdır. Məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Layıcov Azərbaycana qarşı» işi üzrə qərarında məhkəmə dövlət orqanları tərəfindən vətəndaş Layıcovun işi üzrə ədalətli məhkəmə araşdırmasından bəhs edən Konvensiyanın 6-cı maddəsi ilə qorunan hüquqlarının və əsas azadlıqlarının pozuntusuna yol verildiyini göstərmişdir. Göstərilmişdir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun «qoyulması» mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. Məhkəmə ərizəçinin üzərində və onun avtomobilində tapılmış maddi sübutun onun barəsində yekun ittiham hökmünün çıxarılması üçün yeganə sübut kimi çıxış etdiyini nəzərə alaraq hesab edir ki, yuxarıdakı mülahizələr Məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı onun etirazları və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Həmin qərarda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi həmçinin bildirmişdir ki, prosesin bütünlükdə ədalətli olub-olmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunub-olunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur. Belə olan halda Məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, ikinci növbədə, sübutun mötəbərliyini təkzib etmək və ölkə daxili proseslərdə ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdıracaqdır. Cinayət-Prosessual MəcəlləsininHəmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Qeyd olunan Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə;... Ümid Ələkbərli saxlanılarkən onun konstitusiyon hüquqlarının və azadlıqlarının, Cinayət-Prosessual Məcəlləsinin digər tələblərinin pozulması hallarına yol verilmişdir ki, bu hallar da onun qanunla təminat verilən hüquqlarından məhrum edilməsinə və ya onların məhdudlaşdırmasına səbəb olmuş, nəticədə isə həmin istintaq hərəkəti zamanı əldə olunmuş sübutların həqiqiliyinə təsir göstərmiş, eləcə də həmin istintaq hərəkəti istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparılmışdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Ümid Əİkbərli 18 yanvar 2023-cü il tarixdə saat 11 radələrində dostları X10 və X9 ilə birlikdə sonuncunun valideynlərinə məxsus və yaşadığı mənzildə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq aparılmasına baxmayaraq təhqiqatçı tərəfindən həmin tarixdə saat 19:10-da şübhəli şəxs qismində tutulmuş, üzərində şəxsi axtarış aparmışdır. Təqsirləndirilən şəxs təxminən 08 saat ərzində hər hansı müdafiəçi təyin edilmədən polis əməkdaşlarının nəzarəti altında olduğundan sonuncunun həmin müddət ərzində müdafiə hüququ kobud şəkildə pozulmuşdur.

2. Məhkəmə hesab edir ki, istintaq orqanı faktları təhrif etmişdir. Belə ki, ittiham aktından görünür ki, Ümid Ələkbərli 18 yanvar 2023-cü il tarixdə Lənkəran şəhəri “Böyük Bazar” adlanan ərazidən istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədi ilə qanunsuz olaraq, 4 bükümdə narkotik vasitə heroini əldə edə etmişdir. Lakin məhkəmə iclasında müdafiəçinin təqdim etdiyi diskə baxış keçirildikdə, diskdə olan «Lənkəran TV» də yayımlanmış reportajda Təqsirləndirilən şəxs, Mübariz Kərimov və Hüseyn Cavadovun fotoşəkilləri göstərilərək bildirilmişdir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional Xidmətindən verilən məlumata görə Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı şəhər sakinləri Təqsirləndirilən şəxs və Mübariz Kərimov saxlanılmışlar. Onlardan hazır bükümlərdə qablaşdırılmış heroin və iki ədəd elektron tərəzi aşkarlanmış, əməliyyat tədbirlərinin davamı nəticəsində həmin şəxslərdən aşkarlanan narkotik vasitənin Lənkəran şəhər sakini Hüseyn Cavadovdan əldə edildiyi müəyyən olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs elan edilmiş ittihamla «Lənkəran TV» də yayımlanmış reportaj arasında kəskin ziddiyət vardır. Birinci halda Ümid Ələkbərli tərəfindən narkotik vasitənin naməlum mənbədən əldə edildiyi göstərildiyi halda, ikinci halda ona həmin narkotik vasitənin Hüseyn Cavadov tərəfindən verildiyi göstərilmişdir.

3. Məhkəmə Təqsirləndirilən şəxs ilkin ibtidai araşdırma zamanı verdiyi etirafedici izahat və ifadələrinə münasibətdə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. «Dikmə Türkiyəyə qarşı» məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq vaxtı verdiyi etirafedici ifadələri bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüquqa malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs etirafedici ifadələrini könüllü olaraq deyil, hədə qoxu, təziq altında vermişdir. Belə ki, məhkəmə iclasında sübuta yetirilkdi ki, Təqsirləndirilən şəxs və digər təqsirləndirlən şəxslərə polis əməkdaşları tərəfindən Hüseynin valideynlərinə məxsus mənzildə, eləcə də polis şöbəsində hədə-qorxular, müxtəlif fiziki təzyiqlər edilmiş, bunun nəticəsində o, polis əməkdaşlarının təklif etdikləri narkotik vasitəni qəbul etmiş və etirafedici ifadələr vermişdir. Polis şöbəsində döyülməyi və ona işgəncə olunması faktı ilə bağlı araşdırma aparılsa da heç bir nəticəsi olmamışdır. Məhkəmə hesab edir ki, həmin apaşdırma formal aparılmışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında Təqsirləndirilən şəxs şifahi qaydada vəsatət verərək əməliyyatçılar tərəfindən döyülməsi ilə əlaqədar Lənkəran rayon prokurorluğuna məlumat verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə həmin vəsatətə reaksiya verib Təqsirləndirilən şəxs döyülüb-döyülməməsini araşdırmaq məqsədilə prokurorluğa məktub ünvanlamış, həmin məktub prokurorluğa xx.xx.2023-cü il tarixdə çatdırılsa da, qeyd olunan məsələyə operativ baxılmalı olduğu halda, bundan 02 aydan da artıq vaxt keçdikdən sonra xx.xx.2023-cü il tarixdə prokurorluqdan məhkəməyə sorğu göndərilərək Bakı İstintaq Təsridxanasında saxlanılan təqsirləndirlən şəxsin izahatının Lənkəran rayon prokurorluğunun köməkçisi X15 tərəfindən alınmasına şərait yaradılması üçün göstəriş verilməsi xahiş olunmuşdur. Həmin gün məhkəmə cavab ünvanlayaraq izahatın alınmasına etiraz etmədiyini göstərmişdir. Lənkəran rayon prokurorluğundan məhkəməyə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqüında” xx.xx.2023-cü il tarixli qərarla əməliyyatçılar tərəfindən təqsirləndirlən şəxsin döyülməsi faktı aşkar edilmədiyi qeyd olunmuşdur. Qeyd olunan qərarla bağlı məhkəmə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların onu döyüb zor tətbiq etməklə, işgəncə verilməklə, eləcə də müdafiə hüququ pozulmaqla əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Cinayət- Prosessual Məcəlləsinin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, şahid ifadələri ilə iş üzrə toplanmış digər sübutlar arasında aradan qaldırılması mümkün olmayan çoxsaylı ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayətprosessual qanunvericiliyin tələblərinin, həmçinin «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Cinayət-Prosessual Məcəlləsinin 21 2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin, istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilərkən onun hüquqlarını kobud şəkildə pozaraq bütün şübhələri onun ziyanına təfsir etmiş və nəticədə qeyd olunan konstitusiyon və prosessual təminatların tələblərinə zidd olan qanunsuz və əsassız nəticəyə gəlmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Barbara, Messege və Yabardo İspaniyaya qarşı» şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Konstitusiyası və Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallar arasında Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini nəzərdə tutur. Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Məhkəmə ibtidai istintaq zamanı toplanmış və məhkəmə baxışında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli və ona Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət verildiyi üçün onun haqqında seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı və o, dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından həbsdən azad edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə tərkibi hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 0, 868 qram narkotik vasitə olan heroin, bir ədəd elektron tərəzi və bir ədəd DVD disk iş materiala əlavə edilməlidir. Təqsirləndirilən şəxs iş üzrə olan 60 manat ekspertiza xərcinin ödənilməsindən azad olunmalı və həmin məbləğ dövlətə aid edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 21, 42, 55, 346, 347, 349, 350, 352-354, 356-358, 384-385-ci maddələrini rəhbər tutaraq HÖKM ETDİ:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. O, dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından həbsdən azad edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs iş üzrə olan 60 (altmış) manat ekspertiza xərcinin ödənilməsindən azad edilsin və həmin məbləğ dövlətə aid edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya porosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Maddi sübut kimi tanınaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 0,868 qram olan narkotik vasitə heroin və bir ədəd elektron tərəzi, şəxsi axtarışın videogörüntüləri olan 01 ədəd DVD disk işinin materiallarına əlavə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

X18

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar