Məhkəmə qərarları › İş №1(049)-11/2025

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-11/2025

17.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-11/2025 17.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Saat 11:20 xx xxxxxx 1958-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, Lənkəran Rayon Məhkəməsinin 1(049)-145/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-419/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 01 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 11 fevral 2024-cü il tarixdə Lənkəran şəhərində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, öz istifadəsi üçün xeyli miqdarda, 1 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 1,937 qram ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran ŞRPŞ-nın əməkdaşları tərəfindən 11 fevral 2024-cü il tarixdə saat 15:45 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş və şöbədə üzərinə keçirilən şəxsi axtarış zamanı sol əlində sellofan bükümdə qeyd edilən bükümdə və çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Lənkəran şəhəri H.Z.Tağıyev küçəsi ev 56-da qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Ustalıqla məşğul olmaqla ailəsinin dolanışığını təmin etmişdir. Əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Sonuncu dəfə 2022-ci ilin fevral ayında narkotik vasitələrdən istifadə etdiyi üçün tutulmuş və Lənkəran Rayon Məhkəməsinin müvafiq hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 2022-ci ilin mart ayında həbsdən azad olunmuşdur. Həbsdən çıxdıqdan sonra arabir metamfetamindən istifadə etmişdir. İstifadə etdiyi metamfetamini tanımadığı şəxslərdən almışdır. Belə ki, 11 fevral 2024-cü il tarixdə səhər saatlarında Lənkəran şəhəri Böyük bazar adlanan ərazidə tanımadığı şəxsdən 20 manata bir büküm metamfetamin almışdır ki, istifadə etsin. Əvvəllər də həmin şəxsdən bir neçə dəfə metamfetamin almışdır. Aldığı metamfetamini cibində qoymuşdur ki, istifadə edər. 11 fevral 2024-cü il tarixdə yaşadığı evdə olarkən arvadı X5 ilə mübahisə etmiş, sonuncu qonşuya keçərək polisə zəng etmişdir. Bundan sonra 11 fevral 2024-cü il tarixdə saat 14-15 radələrində Lənkəran ŞRPŞ-nin əməkdaşları çağırış üzrə yaşadığı ünvana gələrək onu Lənkəran ŞRPŞ-yə aparmışlar. O, evdən aparılan zaman evdə heç kəs olmamışdır. O, polis şöbəsinə aparılarkən üzərində heç bir psixotrop maddə metamfetamin olmamışdır. Polis şöbəsində olarkən polis əməkdaşları ona hədə-qorxu gəlmiş, ondan verilən ona verilən bükümü götürüb özünə məxsus psixotrop maddə metamfetamin kimi təqdim etməsi tələb edilmişdir. Həmin psixotrop maddə metamfetamin olan bükümü götürməyəcəyi təqdirdə yaşadığı evdən 1 kiloqram narkotik çıxarılacağı ilə hədələnmişdir. Polis əməkdaşları göstərdikləri təzyiqlər nəticəsində psixotrop maddə metamfetamini götürmüş, şəxsi axtarış özünə məxsus olduğunu bildirmiş, etirafedici izahat və ifadə vermişdir. Təqsirləndirilən şəxs son sözündə özünü psixotrop maddə metamfetamin istifadəçisi kimi təqsirli bildiyini, lakin ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında dövlət itthamçısının vəsatəti əsasında elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran şəhəri H.Z.Tağıyev küçəsi ev 56-da qeydiyyatda olmaqla, ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Ailəlidir. Ustalıqla məşğul olur. Ev ustasıdır. Təqaüdçüdür. Uzun müddətdir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Son zamanlar “şüşə” adlanan psixotrop maddə metamfetamindən istifadə edir. Psixotrop maddə metamfetamini zər kağızında yandırmaqla tüstüsünü qəbul edir. Demək olar ki, psixotrop maddə metamfetamindən hər gün istifadə edir. Bir neçə dəfə məhkum olunmuşdur. Sonuncu dəfə 2022-ci ilin fevral ayında narkotik vasitələrdən istifadə etdiyi üçün tutulmuşdur və Lənkəran Rayon Məhkəməsinin hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 2022-ci ilin mart ayında həbsdən azad olunmuşdur. O, arabir metamfetamindən istifadə edir. Tanımadığı şəxslərdən metamfetamin alıb istifadə edir. Belə ki, 11 fevral 2024-cü il tarixdə səhər saatlarında şəxsi istifadəsi üçün Lənkəran şəhəri “Böyük bazar” adlanan ərazidə tanımadığı şəxsdən 20 manata bir büküm metamfetamin almışdır. Əvvəllər də həmin şəxsdən bir neçə dəfə metamfetamin almışdır. Aldığı metamfetamini istifadə etmək üçün cibinə qoymuşdur. 11 fevral 2024-cü il tarixdə saat 16 radələrində Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsində piyada gedərkən mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edib narkotik maddələrin qanunsuz saxlanılması ilə məşğul olmağı barədə məlumatları olduğunu demişlər və onu Lənkəran ŞRPŞ-yə dəvət etmişlər. O, heç bir etiraz etməyib avtomobillə polis əməkdaşları ilə birlikdə şöbəyə gəlmişdir. Orada ona şübhəli şəxs kimi tutulduğunu elan edib, vəkillə təmin olunmuşdur. O, təhqiqatçı polis mayoru Mahir Şahbazbəyli tərəfindən tutulmuşdur. Polis əməkdaşları onu saxlayan zaman metamfetamini çıxarıb sol əlində saxlamışdır. Üzərinə videoçəkilişlə şəxsi axtarış keçirməyə başlamışdır. Polis əməkdaşı, üzərində narkotik vasitə və ya digər qanunla qadağan edilmiş əşya olduğu halda təqdim etməsini ona təklif etmişdir. O da əlində saxladığı bir büküm metamfetamini təqdim etmişdir. Polis əməkdaşı üzərinə şəxsi axtarış keçirmişdir. Üzərindən başqa heç nə aşkarlanmamışdır. Üzərindən aşkar olunaraq götürülmüş bir büküm metamfetamini elektron tərəzidə çəkmişlər və çəkisi 2,21 qram olmuşdur. Üzərindən aşkar olunaraq götürülmüş bir büküm metamfetamini bir zərfə qoyub bağlamışlar və möhürləmişlər. Həmin zərfin üstünü o və vəkili imzalamışlar. Bundan sonra protokol tərtib edilmiş, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Tutduğu əməldən son dərəcə peşmandır. Psixotrop maddəni qəbul etməklə cinayət törətdiyini başa düşür, o narkotik maddələri və psixotrop maddələri heç vaxt satmamışdır. Psixotrop maddələrdən istifadə etməyi bədənində olan ağrılarla bağlıdır. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis baş leytenantıdır. 11 fevral 2024-cü il tarixdə Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsi ev 56-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələrin qəbul etməsi və üzərində gəzdirməsi barədə məlumat əldə etmişdir. Təqsirləndirilən şəxs cinayətkar hərəkətlərini müəyyən edib, ətrafında əməliyyat tədbirləri keçirilməsi üçün raportla Lənkəran ŞRPŞ-nin rəisinə müraciət etmişdir. Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə şöbənin rəisi tərəfindən əməliyyat qrupu yaradılmış, təsdiq edilmiş 11 fevral 2024-cü il tarixli qərara əsasən o, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid3 və polis leytenantı Şahid2 birlikdə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə başlamışlar. 11 fevral 2024-cü il tarixdə, saat 15 radələrində Təqsirləndirilən şəxs ola biləcəyi yerləri müşahidəyə götürmüşlər. Həmin gün saat 15:45 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsində piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərinin polis əməkdaşı olduğunu, narkotik vasitələrin və psixotrop maddələrin üzərində gəzdirməsində və istifadə etməsində şübhəli olduğunu demişlər. Bu səbəbdən Təqsirləndirilən şəxs şöbəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş və bu səbəbdən də onu avtomobillə Lənkəran ŞRPŞ-yə gətirmişlər. Təqsirləndirilən şəxs şöbəyə gətirildikdən sonra müdafiəçi ilə təmin olunmuş və şöbənin baş təhqiqatçısı, polis mayoru Mahir Şahbazbəyli tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt CAB-nin əməliyyat müvəkkili Şahid3 tərəfindən çəkiliş aparılmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya, predmet və narkotik vasitə olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs sol əlində saxladığı bir ədəd sellofan büküm içərisində metamfetaminə bənzər maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 2,21 qram olmuşdur. Daha sonra həmin metamfetaminə bənzər kütlə bir zərfə qoyulub qablaşdırılmış, möhürlənmiş, zərfin üstü imzalarla təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən başqa hər hansı narkotik vasitə, psixotrop maddə aşkarlanmamışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə metamfetamindir, özünə məxsusdur, həmin bükümü həmin tarixdə Lənkəran şəhəri, “böyük bazar” adlanan ərazidə tanımadığı şəxsdən 20 manata öz istifadəsi üçün alaraq üzərində saxlamışdır. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdilər. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. 11 fevral 2024-cü il tarixdə yaşadığı evdə olarkən əri onunla mübahisə etmiş, o da qorxuduğu üçün qonşuya gedərək qonşudan Bakı şəhərində yaşayan qardaşı arvadı X2 zəng etməsini xahiş etmişdir. X3 DİN-in 102 xidməti zəng mərkəzinə zəng vuraraq Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsi ev 56-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs evdə arvadı ilə mübahisə edib dava-dalaş saldığını bildirərək həmin ünvana polis əməkdaşlarının göndərilməsini xahiş etmişdir. O, qonşuda olarkən saat təqribən 10-11 radələrində polis əməkdaşları evə gəlib Təqsirləndirilən şəxs aparmışlar. Daha sonra o, evinə getmişdir. Polisə zəng etdirməkdə məqsədi Cabiri dava-dalaşa görə qorxutmaq olmuşdur. Daha sonra Cabirin evə qayıtmadığını gördüyü üçün Lənkəran ŞRPŞ-yə getmiş və onun narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanıldığını öyrənmişdir. Cabir polis şöbəsinə aparılarkən onun üzərində hansı narkotik vasitə və ya psixotrop maddə olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs oğlu 11 fevral 2024-cü il tarixdə saat 15:45-də saxlanılmış, həmin gün saat 15:59-da şübhəli şəxs qismində tutulmuşdur. 11 fevral 2024-cü il tarixli, şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və protokola əlavə olunmuş DVD-R diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs sol əlində olmuş bir ədəd sellofan bükümdə ümumi 2,21 qram psixotrop maddə metamfetamini çıxarıb təqdim etmiş və həmin psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu, istifadəsi üçün üzərində gəzdirdiyini göstərmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 12 fevral 2024-cü il tarixli, 19/129 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 1,937 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. Ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. Ambulator məhkəmə-narkoloji ekspertizasının 12 fevral 2024-cü il tarixli, 131 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Lakin Nazirlər Kabinetinin müvafiq əmrinə əsasən yaş məhdudiyyəti ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. 12 fevral 2024-cü il tarixli, 117 nömrəli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. İstintaq zamanı alınmış əməliyyat tapşırığın cavabında göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində müəyyən edilmişdir ki, Lənkəran şəhəri H.Z.Tağıyev küçəsi ev 56-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadə etməsi barədə əməliyyat məlumatları əldə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən, hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Lənkəran Rayon Məhkəməsinin 1(049)-145/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-419/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 01 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2023-cü ildə cəza müddəti başa çatmışdır. Hazırda Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Lənkəran Rayon Məhkəməsinin 1(049)-145/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəi ilə təqsirli bilinib barəsində 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-419/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 01 ay 01 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 4(049)-34/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 11 fevral 2024-cü il tarixdən hesablanmışdır. Lənkəran rayonlararası psixiatriya xəstəxanasının arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada hər hansı bir diaqnozla qeydiyyatda durmur. Lənkəran ŞİHB-nin Lənkəran şəhər 1 nömrəli sahə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamdən görünür ki, Qurbanov X6 şəhəri, H.Z.Tağıyev küçəsi ev 56-da qeydiyyatda olmaqla, həmin ünvanda arvadı X5 və qızı 1995ci il təvəllüdlü X4 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. “Sübutların qiymətləndirilməsi haqqında” 20 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir bükümdə 1,937 qram psixotrop maddə metamfetamin və şəxsi axtarış zamanı qeydə alınmış videoçəkilişə dair DVD diski maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.887 psixotrop maddə metamfetamin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD disk cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmənin müvafiq sorğu məktubunun icrası ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidməti tərəfindən verilmiş cavabdan görünür ki, cari il ərzində vətəndaş X3 tərəfindən “102” Xidmətinə müraciət daxil olmamışdır. CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinin və müdafiə tərəfinin çıxışının «təqsirləndirilən şəxsin yaşadığı evdən polis şöbəsinə aparılması və aparılarkən üzərində hər hansı psixotrop maddə metamfetamin olmaması, onun polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalaraq üzərinə psixotrop maddə metamfetamin qoyulması» barədə ifadə və çıxışlarına qiymət verərək hesab edir ki, həmin ifadələr özünümüdafiə xarakterli olmaqla təqsirləndirilən şəxsə bəraət verilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və Təqsirləndirilən şəxs satış məqsədi olmadan psixotrop maddə metamfetamini əldə etməsi, üzərində saxlamaqla daşıması cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol və ona əlavə edilmiş videoçəkiliş, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi təsdiqedici ifadə ilə yanaşı, şahidlərin ifadələri, habelə məhkəmə-kimyəvi, məhkəmə-narkoloji və məhkəmə tibb ekpertiza rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı ifadəsinə, həmçinin bu barədə dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər də iş materiallarında olan sənədlərlə və məhkəmə tibb ekspertiza rəyi ilə təkzib olunur. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, o, ibtidai istintaq zaman daha inandırıcı ifadə vermiş, məhkəmə istintaqı zamanı isə cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə verir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslə müdafiə tərəfinin vəsatəti ilə dindirilmiş şahid Xatirə Qurbanovanın ifadələri arasında Təqsirləndirilən şəxs yaşadığı ünvandan polis əməkdaşları tərəfindən saat neçədə aparılması ilə bağlı əhəmiyyətli ziddiyyətlər vardır. Belə ki, təqsirləndirilən şəxs yaşadığı evdə 11 fevral 2024-cü il tarixdə saat 14-15 radələrində, şahid Xatirə Qurbanova isə həmin tarixdə saat 10-11 radələrində aparıldığını qeyd edir. Eyni zamanda, Xatirə Qurbanova ifadəsində qardaşı arvadı X1 onun xahişi əsasında DİN-in 102 xidməti zəng mərkəzinə zəng vurduğunu göstərsə də, həmin xüsusat müvafiq sorğu əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidməti tərəfindən verilmiş cavab məktubu ilə öz təsdiqini tapmamışdır. Müdafiə tərəfinin vəsatəti ilə dindirilmiş şahid təqsirləndirilən şəxsin ailə üzvü-arvadı olmaqla təqsirləndirilən şəxsin xeyrinə ifadə verməsi ehtimalı kifayət qədər güclüdür. Şahidin ifadəsi ilə təqsirləndirilən şəxsin ifadəsi arasında olan ziddiyyətlər, şahidin ifadəsində qeyd olunan yuxarıda göstərilən xüsusatın öz təsdiqini tapmaması həmin ifadənin mötəbərliyini şübhə altında qoymaqla təqsirləndirilən şəxsə bəraət verilməsi üçün əsas rolunda çıxış edə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, sadalanan sübutlar Təqsirləndirilən şəxs istinad olunmuş əməlin törədilməsinə aidiyyətinin və təqsirliliyinin təsdiqinə kifayətdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə ona bəraət verilməsi barədə müdafiə tərəfinin çıxışlarının dəlilləri əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi, əməlində cinayətin residivinin olmasını isə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən və cəzanı ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, CM-nin 65.2-ci maddəsinin (CM-nin 65.2-ci maddəsinin tələbinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.) tələbi baxımından ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yarısından aşağı olmayan cəzanın təyin edilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 11 fevral 2024-cü il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan 1.887 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməli, həmin Məcəllənin 132.0.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılmalıdır. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 65 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 11 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut ekspertiza tədqiqatından sonra qalan Lənkəran ŞRPŞ-də saxlanılan 1.887 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar