Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-110/2023 12.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, saat 17:45 xx xxxxxxx 1973-cü il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Lənkəran rayonu, Boladi kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 13 iyul 2022-ci il tarixdə saat 16 radələrində Lənkəran rayonu Boladi kəndində oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə hərəkət edərək, həmin kənddə yerləşən, Zərərçəkmiş şəxs fərdi yaşayış evinə sonuncunun icazəsi ilə daxil olub evdə olan soyuducunun üzərində qoyulmuş qutunun içərisindən 1031 manat nağd pul olmaqla Zərərçəkmiş şəxs əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır, onun qonşusudur. Seydxanım bacısı Şahid3 ilə birlikdə yaşayır. Aralarında mehriban qonşuluq münasibətləri olmuş, teztez Seydxanımgilə getmiş, dəfələrlə sonuncunun dəvəti ilə onların evində birlikdə yemək yemişdir. Seydxanım bir neçə müddət əvvəl ona boşqabda yemək vermişdir. O, həmin boşqabı qaytarmaq məqsədi ilə 13 iyul 2022-ci il tarixdə Seydxanımgilə getmişdir. Boşqabı Seydxanıma vermiş, bir qədər onlarda oturmuş, daha sonra isə evlərinə qayıtmışdır. Daha sonra Seydxanım onu evə çağıraraq, ondan soyuducunun üstündə qutunun içərisindən oğurladığı 1031 manat pulu tələb etmiş, o da Seydxanıma onun evindən pul oğurlamadığını bildirmişdir. Bundan sonra Seydxanım ondan polisə şikayət etmişdir. Onun Seydxanım və onun bacısı Şahid3 ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Lakin, Seydxanım onu şərləyir. Belə ki, o, heç vaxt oğurluq etməmişdir. Polis əməkdaşları onun savadsızlığından istifadə edərək ondan cinayət işinin istintaqı zamanı etirafedici ifadələr alaraq, müvafiq sənədlərə alaraq imza etdirmişlər. Təqsirləndirilən şəxs son sözündə, özünü ona qarşı elan edilmiş ittihamla təqsirli bilmədiyini qeyd edərək, barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs tanıyır. Sonuncu onun qonşusudur. Seydxanım bacısı Şahid3 ilə birlikdə yaşayır. Təxminən, 2 il bundan əvvəl Seydxanım ona boşqabda ət vermiş, sonuncunun boşqabı onda qalmışdır. 13 iyul 2022-ci il tarixdə Seydxanım onun istifadəsində olan mobil nömrəyə zəng etmiş, iki il əvvəl ona verdiyi boşqabı istədiyini demişdir. O da həmin boşqabı götürüb saat, təxminən 16 radələrində həyətinə getmişdir. Boşqabı Seydxanıma vermiş, sonuncu da onu evə dəvət etmişdir. O evə girmiş, Seydxanım ona bağa tərəvəz dərməyə getdiyini deyərək evdə gözləməsini bildirmişdir. O da evin girişində gözləməyə başlamışdır. Seydxanımın bağda işinin çox olduğunu bildiyindən onun evində pul axtarmağa başlamışdır. Çünki həmin zaman borcları olmuşdur. Həmçinin Seydxanımın bir neçə gün öncə inək kəsərək satdığını və pulunun olduğunu bilmişdir. Əvəlcə evdə olan bir neçə yerə baxmış, sonra da soyuducunun üzərinə baxmışdır. Soyuducunun üzərində olan qutunun içərisində pul olduğunu örmüş, pulu götürüb sayandan sonra 1031 manat olduğunu bilmiş və cibinə qoymuşdur. Təxminən, 15 dəqiqə sonra Seydxanım bağdan qayıtmış, onun əlində xiyar və pomidor olmuşdur. Bağdan dərdiyini demiş və ona uzatmış, o da tərəvəzləri sellofana qoyub evdən çıxaraq getmişdir. Həmin pulla borclarını ödəmiş, həmçinin şəxsi ehtiyacları üçün xərcləmişdir. Zərərçəkmiş şəxs dəvəti ilə evə daxil olmuşdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Lənkəran rayonu, Boladi kəndində bacısı ilə birlikdə yaşayır. İki ildir ki, həyətində iribuynuzlu heyvan saxlayır. Fikri həmin heyvanı kəsib ətini satmaq və borclarını vermək olmuşdur. Əvvəlcədən kənd camaatına heyvanı kəsib bir kiloqramını 10 manat 50 qəpikdən satacağını demişdir. 10 iyul 2022-ci il tarixdə, gecə saat 02 radələrində qəssab gəlib heyvanı kəsmiş və paylara bölmüşdür. Saat 5-ə qədər əvvəlcədən ət almaq istəyən və adını siyahıya yazdıran kənd camaatı əti almışdır. Çox insan ətin pulunu nağd vermiş, bir-iki şəxs isə sonra verəcəyini demişdir. Sonda ətin pulunu saymış, ümumilikdə, 1031 manat pul yığılmışdır. Pulu evin qonaq otağında olan soyuducunun üzərində qoyduğu qutunun içərisində qoymuşdur. Fikri həmin pulla borclarını vermək olmuşdur. 13 iyul 2022-ci il tarixdə, saat 18 radələrində həyətdə işini təzəcə qurtaran zaman qonşuluqda yaşayan Təqsirləndirilən şəxs həyətə gəlmişdir. O Leylaya plov bişirib vermiş, həmin gün plov tökdüyü boşqabı gətirmişdir. O da Leylanı evə dəvət etmiş, Leyla əvvəlcə evin girişində olan stolda əyləşmişdir. O toyuqları hinə salmaq üçün həyətə düşmüş, təxminən, 10 dəqiqə sonra qayıtmışdır. Bu zaman Leylanın evin içərisində soyuducu olan otaqda oturduğunu görmüşdür. O, Leyla üçün bağdan tərəvəz dərmək məqsədilə bağa getmişdir. Bağ evdən uzaqdır. O, bağa gedib Leyla üçün xiyar, badımcan və pomidor dərmişdir. Təxminən, 15 dəqiqə sonra qayıtmışdır. Tərəvəzləri sellofan paketə qoyub Leylanın yanında qoymuş və gedəndə aparmağını demişdir. Sonra o işi olduğu üçün yenidən həyətə düşmüşdür. Həyətdə iş görən zaman Leylanın evdən çıxıb sellofan paketi də götürüb getdiyini görmüşdür. Ona səslənmiş, Leyla ona tərəf baxmamış və çıxıb getmişdir. Evə qayıtmış, pulu götürüb borclarını qaytarmaq istəmişdir. Bu zaman qutuda pulun olmadığını görmüşdür. Pul evdə olan gündən, yəni ayın 10-dan 13-ə kimi onların evinə sadəcə Leyla gəlmişdir. O, Leylaya zəng edib evə çağırmış, Leyladan pulu tələb etmiş, lakin pulu götürmədiyini bildirmişdir. Daha sonra polisə şikayət etmişdir. 10 iyul 2022-ci il tarixdən 13 iyul 2022-ci il tarixə qədər olan müddət ərzində evinə Leyladan başqa kimsə gəlməmiş, həmin gün Leyla onun icazəsi il evə girib oturmuşdur. Törədilmiş cinayət əməli nəticəsində ona 1031 manat ziyan dəymişdir. Hazırki vaxtadək vurulmuş ziyandan ödəniş edilməmişdir. Mülki iddianı müdafiə edir və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinin polis sahə rəisi vəzifəsində xidmət edir. Lənkəran rayonu Boladi kəndində qeydiyyatda olmaqla yaşayan İbadova X1 ŞRPŞ-nin Liman polis bömləsinə ərizə ilə müraciət edərək qonşusu Təqsirləndirilən şəxs onun evindən 1031 manat pulu oğurladığını bildirmişdir. Seydxanımın qeyd etdiyi şəxs olan Təqsirləndirilən şəxs təhqiqat bölməsinin təhqiqatçısı Mircan Quliyev tərəfindən dindirilmiş, lakin oğurluq etmədiyini qeyd etmişdir. Sonra isə material aidiyyəti üzrə Lənkəran ŞRPŞ-nin İstintaq bölməsinə göndərilmiş, istintaq bölməsində şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olduğunu bildirmiş, oğurladığı 1031 manat pulu xərclədiyini qeyd etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Şahid2 gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinin baş əməliyyat müvəkkili vəzifəsini icra edir. Lənkəran rayonu, Boladi kəndində qeydiyyatda olmaqla yaşayan İbadova X1 ŞRPŞnin Liman polis bömləsinə ərizə ilə müraciət edərək qonşusu Təqsirləndirilən şəxs onun evindən 1031 manat pulu oğurladığını bildirmişdir. Seydxanımın qeyd etdiyi şəxs olan Təqsirləndirilən şəxs təhqiqat bölməsinin təhqiqatçısı Mircan Quliyev tərəfindən dindirilmiş, lakin oğurluq etmədiyini qeyd etmişdir. Sonra isə material aidiyyəti üzrə Lənkəran ŞRPŞ-nin İstintaq bölməsinə göndərilmiş, istintaq bölməsində şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olduğunu bildirmiş, oğurladığı 1031 manat pulu xərclədiyini qeyd etmişdir. Məhkəmə istintaqında Şahid3 ifadəsində göstərdi ki, Liman polis bölməsinə bacısı Zərərçəkmiş şəxs ərizə ilə müraciət etmişdir. İki ildir ki, həyətlərində iribuynuzlu heyvan saxlayırlar. 10 iyul 2022-ci il tarixdə onlar qurban kəsmişlər. Saat 06 radələrində kəsim və ət satışı bitmişdir. Bacısı Seydxanım ətin pulunu saymışdır. Cəmi 1031 manat pul yığılmışdır. Həmin pulu bacısı qonaq otağında olan soyuducunun üzərindəki qutunun içərisində qoymuşdur. 13 iyul 2022-ci il tarixdə saat 18 radələrində o, həyətdəki quyunun yanında olan zaman qonşusu Leyla həyətə daxil olmuşdur. O, Leylanın həyətə girdiyini görmüş, sonuncu da onu görmüşdür. Leyla evə daxil olaraq girişdə əyləşmişdir. O da tövləyə getmişdir. Saat təxminən 19 radələrində onun işi bitmiş, tövlədən çıxıb evə gələn zaman bacısı Seydxanım yanına gələrək pulun yerində olmadığını demişdir. O, Seydxanımdan kimin götürə biləcəyini soruşan zaman sonuncu sadəcə Leylanın evə girdiyini demişdir. Bir neçə gün keçəndən sonra bacısı Liman polis bölməsinə ərizə ilə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs məxsus Lənkəran rayonu, Boladi kəndində yerləşən fərdi yaşayış evidir. xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxsin ifadələrin yerində yoxlanılması haqqında” protokol və protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi oğurluq əməlinin baş vermə ardıcıllığını və mexanizmini göstərmişdir. xx.xx.2022-ci il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, üzləşdirilən şəxslər - Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ifadələrində qeyd etdiyi xüsusatları təsdiq etmiş, Zərərçəkmiş şəxs evindən oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirmş, sonuncu da Zərərçəkmiş şəxs qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabına verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Lənkəran Şəhər Psixatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Əkbərova X2 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Boladi kənd inzibati ərazi dairəsi üzrə nemayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Əkbərova X2 rayonu Boladi kəndində qeydiyyatda olmaqla yaşayış və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. “Polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 969 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri müəyyən edilmir. Cinayət işi materiallarında və yoxlanılan şəxsin özünün verdiyi anamnestik məlumatlarda Təqsirləndirilən şəxs nə vaxtsa hər hansı psixi pozuntu keçirməsi, psixiatrik qeydiyyata götürülməsi, psixiatr tərəfindən müalicə olunması qeyd edilməmişdir. Təqsirləndirilən şəxs primitiv şəxsdə xasiyyətin aksentuasiyası qeyd edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 -ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik müəyyən olunmur. Təqsirləndirilən şəxs primitiv şəxsdə xasiyyətin aksentuasiyası aşkar edilir. Təqsirləndirilən şəxs simulyasiya hərəkətləri müşahidə olunmur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı verdiyi mülki iddiadan görünür ki, o, cinayət əməli nəticəsində ona vurulmuş 1031 manat məbləğində maddi ziyanın Təqsirləndirilən şəxs tutularaq ona verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı məhkəmə cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi ilə bağlı ibtidai araşdırma orqanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlinin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittihamla təqsirli bilməsə də, onun törətdiyi cinayət əməli yəni, Zərərçəkmiş şəxs 1031 manat nağd pulunu gizli olaraq talayıb oğurluq etməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş və şahidlərin ifadələri, üzləşdirmə və ifadənin yerində yoxlanılması protokolları və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, Zərərçəkmiş şəxs məxsus 1031 manat nağd pulu oğurlamadığını, polis əməkdaşlarının onun savadsızlığından istifadə edərək ondan cinayət işinin istintaqı zamanı etirafedici ifadələr alaraq, müvafiq sənədlərə alaraq imza etdirdikləri barədə göstərdikləri məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş sübutlar və iş materialları ilə sübuta yetmədiyindən həmin xüsusatlar təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, ibtidai istintaq zaman daha inandırıcı ifadələr vermiş, məhkəmə istintaqı zamanı isə o, cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə verir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə bəraət verilməsi barədə müdafiə tərəfinin çıxışlarının dəlilləri əsassızdır. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini (vurulmuş ziyanın məbləğini), Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdən halları və cəzanı ağırlaşdıran halların olmamasını, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, onun cəmiyyətdən təcrid olunmadan da islah olunması qənaətinə gələrək hesab edir ki, ona CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası üzrə onun üzərinə vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-2.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli və cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq digər əsaslarla yanaşı iddianın tam və ya qismən təmin edilməsi barədə qərar çıxarılır. Göstərilənlərlə əsasən məhkəmə hesab edir ki, iş üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə (mülki iddiaçı) dəymiş 1031 manat pul Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İş üzrə ekspertiza xərci və maddi sübutun olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı Lənkəran rayonu, Boladi kəndində yerləşən fərdi yaşayış evini təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilsin, törədilmiş cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə (mülki iddiaçı) dəymiş ziyan - 1031 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilsin. İş üzrə ekspertiza xərci və maddi sübutun olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-110/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-110/2023
12.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver