Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-110/2024 12.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 16:30 Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı Qızılağac Milli Parkının nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Lənkəran rayonu, Port-iliç şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 233-1.1, 256.2.2 və 256.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 23 oktyabr 2023-cü il tarixdə saat 11 radələrində özü ilə gətirdiyi 01 (bir) ədəd aliminium qayıqdan, 01 (bir) ədəd avardan, əlamətlərinə görə “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanunun 20-ci bəndində nəzərdə tutulmuş keçirici naqillərlə birləşdirilmiş elektrik siqnal generatoru və akkumulyatordan (batareya) ibarət, balıq və digər su bioresurslarını elektrik cərəyanı vasitəsilə ovlamaq üçün istifadə edilən balıqtutan cihazlara aid edilən uzunluğu 4 (dörd) metr olan taxta parçasının ucuna bərkidilmiş metal halqaya kətan sapdan toxunmuş, gözlərinin ölçüsü 25x25 mm olan tor bağlanmış, 01 (bir) ədəd “Domça” adlandırılan balıqovlama vasitəsindən, 01 (bir) ədəd akkumlyatordan, həmçinin balıq və digər su bioresurslarının kütləvi məhvinə səbəb olan vasitə sayılan, 01 (bir) ədəd elektrik cərəyanını artıran cihazı istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edərək, saxlayıb, üzərində gəzdirməklə, Qızılağac Milli Parkınadək daşıyaraq ondan istifadə etməklə Qoruq ərazisi sayılan Qızılağac Milli Parkının kiçik körfəz su sahəsində 32 (otuz iki) ədəd hər biri 11 (on bir) manat olmaqla ümumilikdə 352 (üç yüz əlli iki) manat dəyərində dabanbalığı balıqları qanunsuz tutmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cü il tarixli 146 saylı qərarı ilə təsdiq edilmiş cədvələ əsasən qoruq ərazisində balıqların qanunsuz tutulmasına görə ümumi ziyan 352 (üç yüz əlli iki) manat məbləğin 3 (üç) qata vurulma qaydasına əsasən balıq ehtiyyatlarına xeyli miqdarda, yəni 1056 (min min əlli altı) manat məbləğində ziyan dəymiş və həmin tarixdə X9 İdarəsinin Lənkəran xətt polis şöbəsinin və “Qızılağac” Milli Parkının əməkdaşları tərəfindən saxlanılarkən, ondan 01 (bir) ədəd aliminium qayıq, 01 (bir) ədəd avar, uzunluğu 4 (dörd) metr olan taxta parçasının ucuna bərkidilmiş metal halqaya kətan sapdan toxunmuş, gözlərinin ölçüsü 25x25 mm olan tor bağlanmış 01 (bir) ədəd “Domça” adlandırılan balıqovlama vasitəsi, 01 (bir) ədəd akkumlyator, 32 (otuz iki) ədəd dabanbalığı balıqları aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Həmin əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-1.1, 256.2.2 və 256.2.3-cü maddələri ilə ittiham elan edilmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək və ona qarşı qaldırılmış mülki iddianı qismən qəbul edərək bildirdi ki, maddi vəziyyəti çətin olduğuna görə özünə məxsus balıq ovlama vasitələri olan 1 ədəd aliminium materialından olan qayıq, 1 ədəd taxta avar, 1 ədəd akkumulyator, 1 ədəd elektrik cərəyanını artıran cihaz, 1 ədəd üzərində elektrik naqili olan domcadan istifadə edərək Qızılağac Milli Parkın ərazisindən balıq tutmaqla ailəsini dolandırır. 23 oktyabr 2023-cü il tarixdə təxminən saat 11 radələrində balıq tutmaq məqsədi ilə Qızılağac Milli Parkın Kiçik Körfəz su sahəsinə gəlmişdir. Orada özü ilə gətirdiyi 1 ədəd akkumlyator, 1 ədəd elektrik cəryanını atrıran cihaz, 1 ədəd üzərində elektrik naqili olan domcadan istifadə edərək domcanı suya salıb cəryana qoşmaq vasitəsi ilə təxminən saat 12 radələrinədək Qızılağac Milli Parkın Kiçik Körfəz su sahəsindən 32 ədəd dabanbalığı balıqlarını tutub su sahəsindən sahilə çıxarkən Su NPİ-nin Lənkəran XPŞ-nin və Qızılağac Milli Parkın əməkdaşları onu saxlamışlar. Sorğu zamanı polis əməkdaşları ondan Qızılağac Milli Parkın ərazisindən balıq tutmaq üçün rəsmi icazənin və balıqovlama biletinin olub olmadığını soruşmuşlar. O, polis əməkdaşlarına Qızılağac Milli Parkın ərazisindən balıq tutmaq üçün rəsmi icazəsinin, yəni balıqovlama biletinin olmadığını həmin qayıq və balıqovlama vasitələrinin vəfat etmiş dayısına məxsus olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Lənkəran şəhərində Şəhidlər xiyabanı-170 ünvanında yerləşən Su NPi-nin Lənkəran Xətt polis şöbəsinin inzibati binasına gətirmişlər. Polis əməkdaşları ona məxsus balıq ovlama vasitələri olan 1 ədəd taxta qayıq, 1 ədəd taxta avar, 1 ədəd akkumulyator, 1 ədəd elektrik cəryanını artıran cihaz, 1 ədəd üzərində elektrik naqili olan domca və həmin balıqovlama vasitəsi ilə Qızılağac Milli Parkın kiçik körfəz su sahəsindən tutduğu 32 ədəd dabanbalığı balıqları videoçəkilişdən istifadə edilməklə götürülmüş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Etdiyi əməldən çox peşmandır. Etdiyi əməli törətməsi maddi imkansızlığı ilə əlaqadar olmuşdur. Həmin əməli ilk dəfə törətmişdir. Himayəsində bir azyaşlı övladı vardır. Maddi ziyandan 50 manat ödəyə bilmişdir. Qeyd edilənləri nəzərə alaraq ona ittiham olunduğu maddələrin sansiyasında nəzərdə tutulmuş ən yüngül cəzanın verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında zərəçəkmiş şəxs və mülki iddiaçı Qızılağac Milli Parkının nümayəndəsi Nümayəndə ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs 23 oktyabr 2023cü il tarixdə təxminən saat 11.00 radələrində balıq tutmaq məqsədi ilə Qızılağac Milli Parkın Kiçik Körfəz su sahəsinə gəlmişdir. Orada özü ilə gətirdiyi 1 ədəd akkumlyator, 1 ədəd elektrik cəryanını atrıran cihaz, 1 ədəd üzərində elektrik naqili olan domcadan istifadə edərək domcanı suya salıb cəryana qoşmaq vasitəsi ilə təxminən saat 12:00 radələrinədək Qızılağac Milli Parkın Kiçik Körfəz su sahəsindən 32 ədəd dabanbalığı balıqlarını tutub su sahəsindən sahilə çıxarkən Su NPİ-nin Lənkəran XPŞ-nin və Qızılağac Milli Parkın əməkdaşları onu saxlamışlar. Qızılağac Milli Parkının verdiyi iddia ərizəsində göstərilmiş 1.056 (bir min əlli altı) manat ziyandan təqsirləndirilən şəxs 50 (əlli) manat ödədiyindən 1.006 (bir min altı) manat ziyana görə mülki iddianı müdafiə edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Su NPİ-nin Lənkəran XPŞ-nin polis nəfəri polis serjantı Şahid2 ifadəsində göstərmişdir ki, 23 oktyabr 2023-cü il tarixdə saat 11 radələrində X9 idarəsinin Lənkəran Xətt polis şöbəsinin polis nəfəri Şahid1 və Qızılağac Milli Parkının mühafizə yegeri Şahid3 ilə birlikdə Qızılağac Milli Parkının Kiçik Körfəz su sahəsində ekoloji cinayətləri törədənlərə qarşı keçirdikləri tədbir zamanı şəxsiyyəti sonradan müəyyən edilmiş xx.xx.1983-cü il tarixdə anadan olmuş, Lənkəran rayonu Liman şəhər sakini Təqsirləndirilən şəxs balıqların kütləvi məhvinə səbəb olan elektrik cərəyanı artıran cihaz vasitəsilə balıq tutarkən saxlanılmışdır. Yoxlama zamanı videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs 1 ədəd taxta qayıq, 1 ədəd taxta avar, 1 ədəd akkumlyator, 1 ədəd elektrik cərəyanını artıran cihaz, 1 ədəd üzərində elektrik naqili olan domca və 32 ədəd dabanbalığı balıqları aşkar edilərək maddi sübut kimi götürülmüş və sənədləşmə aparılması məqsədilə Su NPİ-nin Lənkəran XPŞ-nin inzibati binasına gətirilmişdir. Bu barədə müvafiq protokol tərtib edilmişdir. O da digər iştirakçılar kimi protokolla tamnış olduqdan sonra imzalamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Su NPİ-nin Lənkəran XPŞ-nin polis nəfəri polis serjantı Şahid1 və Qızılağac Milli Parkının mühafizə yegeri Şahid3, Şahid2 verdiyi ifadəyə uyğun oxşar məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: “Sübutların qiymətləndirilməsi haqqında” 16 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd aliminium materialından olan qayıq, 01 ədəd taxta avar, 01 ədəd akkumlyator, 01 ədəd elektrik cərəyanını artıran cihaz, 01 ədəd üzərində elektrik naqili olan domca və 32 ədəd dabanbalığı balıqları 03 dekabr 2023cü il tarixdə tərəfimdən maddi sübut kimi tanınmış, balıqların tez xarab olan ərzaq malı hesab edildiyi üçün xx.xx.2023-cü il tarixdə müvafiq qaiməyə əsasən "xxxx" MMC-yə və həmçinin götürülmüş 01 ədəd aliminium materialından olan qayıq, 01 ədəd taxta avar, 01 ədəd akkumlyator, 01 ədəd elektrik cərəyanını artıran cihaz, 01 ədəd üzərində elektrik naqili olan domca isə Su NPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin xx.xx.2023-cü il tarixli 3-14-21/2-820/2023 saylı məktubundan görünür ki, X1 xidməti tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. Təqsirləndirilən şəxs götürülmüş balıqovlama vasitələrinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz balıq tutarkən istifadə etdiyi 01 ədəd aliminium materialından olan qayıq, 01 ədəd taxta avar, 01 ədəd akkumlyator, 01 ədəd elektrik cərəyanını artıran cihaz, 01 ədəd üzərində elektrik naqili olan domcadan ibarətdir. Bundan başqa mütəxəssisin iştirakı ilə baxış zamanı müəyyən edilmişdir ki, 01 ədəd akkumlyator, 01 ədəd elektrik cərəyanını artıran cihaz, 01 ədəd üzərində elektrik naqili olan domca işlək vəziyyətdədir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qızılağac Milli Parkının xx.xx.2023-cü il tarixli balıq ehtiyatlarına vurulmuş ziyan barədə mütəxəssis rəyindən görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən 32 ədəd dabanbalığı balıqlarının qanunsuz tutması nəticəsində balıq ehtiyatlarına (11x32=352) 352 manat məbləğində hesablanmış, Milli Parkda və ya Xüsusi Mühafizə olunan təbiət ərazisində balıq ovu baş verdiyindən vurulmuş ziyan 3 qat hesablanmaqla (352x3=1056) 1056 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli 146 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni balıq ovuna cərimələr” barədə qaydaların 10-cu bəndində göstərilmişdir ki, ölçüsündən və çəkisindən asılı olmayaraq bir ədəd çəki və karp balığına vurulmuş ziyan minimum əmək haqqının 20 mislinə, dabanbalığı balığına vurulmuş ziyan minimum əmək haqqının 10 mislinə vurulması vurulması yolu ilə müəyyən edilir. Dövlət qoruqlarında və digər xüsusi mühafizə olunan ərazilərdə qanunsuz ovlanmış və ya məhv edilmiş balıq, su heyvanı və onurğasızlar üçün cərimələr üç qatına tutulur. xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokola və iş üzrə maddi sübut kimi iş materiallarına əlavə edilmiş “CD” diskin yaddaşında olan video görüntüyə məhkəmə iclasında baxış keçirilməklə tədqiq edilən zaman müəyyən edildi ki, bir nəfər şəxsin qanunsuz balıq tutduğuna görə saxlanılması, həmin şəxsdən götürülmüş balıqlara və balıqovlama vasitələrinə baxış keçirilməsi, saxlanılan şəxslərin balıqları Qızılağac Milli Parkının Kiçik Körfəz su sahəsindən tutmasını bildirməsi, həmçinin saxlanılan şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. “Lənkəran şəhər Psixiatriya Xəstəxanası”nın xx.xx.2023-cü il tarixli, 10697 saylı məktubundan görünür ki, xx.xx.2023-cü il təvəllüdlü, Lənkəran rayonu Liman şəhəri H.Aslanov küçəsi ev 260A-da yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə adı qeyd olunan xəstəxanada müalicə olmayıblar. Lənkəran şəhər İHB-nın Liman şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında həyat yoldaşı X4 və xx.xx.2011-ci il təvəllüdlü qızı X2 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsinin tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Füzuli-Qubadlı hərbi məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il müddətinə azdlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2009-cu il tarixli amnistiya qərarının 2.5-ci bəndinə əsasən xx.xx.2009-cu il tarixdə azad edimişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İş materiallarında olan balıq qəbulu haqqında 23 oktyabr 2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 32 ədəd dabanbalığı balıqları "xxxx" MMC-yə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bank qəbzinin surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın 50 (əlli) manatı ödənilmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 233-1.1, 256.2.2 və 256.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin maddələrdə nəzərdə tutulmuş əməli törətməsi onun özünün etirafı, bunu tamamlayan zərərçəkmiş şəxsin nümayəndəsi və şahid ifadələri, habelə işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübuta yetirilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda Təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini 59.1.14-cü maddəsinə, əməlindən səmimi peşman olmasını, törətdiyi cinayət əməlini etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. CM-nin 233-1.1-ci maddəsinə görə; 233-1.1. Qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma - beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, Keçirici naqillərlə birləşdirilmiş elektrik siqnal generatoru və akkumulyatordan (batareya) ibarət, balıq və digər su bioresurslarını elektrik cərəyanı vasitəsilə ovlamaq üçün istifadə edilən balıqtutan cihazlar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına daxil edilmişdir. CM-nin 256.2 və 256.2-ci maddələrinə görə; 256.1. Balıq və digər su bioresurslarının qanunsuz tutulması xeyli miqdarda ziyan vurduqda iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz iyirmi saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. 256.2. Eyni əməllər: 256.2.1. külli miqdarda ziyan vurulmaqla törədildikdə; 256.2.2. özüyeriyən və özüüzən nəqliyyat vasitəsindən və ya partlayıcı və ya kimyəvi maddələrdən və ya balıq və digər su bioresurslarının kütləvi məhvinə səbəb olan vasitələrdən istifadə etməklə törədildikdə; 256.2.3. qoruqların ərazisində və ya fövqəladə yaxud təhlükəli ekoloji vəziyyət zonasında törədildikdə - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. Ona görə də məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda göstərilən halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın fərdiləşdirməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, həmçinin onun əmlak vəziyyətini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalı və CM-nin 66.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. İş materiallarından göründüyü kimi mülki iddiaçı Qızılağac Milli Parkı mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı 1056 manat məbləğində ziyanın tutulmasına dair iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona qarşı qaldırılmış mülki iddianı qismən etiraf edərək həmin məbləğin 50 manatını artıq ödədiyini, bu səbəbdən mülki iddianın qismən təmin olunmasını xahiş etdi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 181-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 179.2-ci maddəsinə görə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs iddianı qismən etiraf etməsi və ziyanın müəyyən hissəsinin ödənilməsi nəzərə alınmaqla mülki iddia qismən, yəni 1.006 (bir min altı) manat məbləğində təmin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd aliminium materialından olan qayıq, 01 ədəd taxta avar, 01 ədəd akkumlyator, 01 ədəd elektrik cərəyanını artıran cihaz və 01 ədəd üzərində elektrik naqili olan domca Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X8 Resursların Artırılması və Mühafizəsi Departamentinə təhvil verilməli, 32 ədəd dabanbalığı balıqlarının satışından əldə edilmiş pul vəsaitinin dövlət nəfinə keçirilməsi vəzifəsi balıqların təhvil verildiyi "xxxx" MMC-nin üzərinə qoyulmalı, həmçinin 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 233-1.1, 256.2.2 və 256.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 233-1.1-ci maddəsi ilə 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 256.2.2 və 256.2.3-cü maddələri ilə 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 12 iyun 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbiri dəyişdirilərək məhkəmə iclası zalında həbsə alınsın. Maddi sübut kimi tanınmış 01 ədəd aliminium materialından olan qayıq, 01 ədəd taxta avar, 01 ədəd akkumlyator, 01 ədəd elektrik cərəyanını artıran cihaz və 01 ədəd üzərində elektrik naqili olan domca Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X8 Resursların Artırılması və Mühafizəsi Departamentinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq tutulmuş 32 ədəd dabanbalığı balıqlarının "xxxx" MMC-yə təhvil verilməsi nəzərə alınsın, həmin balıqların satışından əldə edilmiş pul vəsaiti dövlət nəfinə keçirilsin və bu vəzifə "xxxx" MMC-nin üzərinə qoyulsun. İş üzrə verilmiş mülki iddia qismən təmin edilsin və Təqsirləndirilən şəxs dəymiş maddi ziyana görə 1.006 (bir min altı) manat məbləğində pul vəsaiti alınıb Qızılağac Milli Parkının hesabına köçürülsün. İş üzrə məhkəmə xərcinin olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən 20 gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №1(049)-110/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-110/2024
12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver