Məhkəmə qərarları › İş №1(049)-111/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-111/2025

04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-111/2025 04.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 10:20 Lənkəran Rayon Məhkəməsinin hakimi: Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi: X4, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi Qəzanfər oğlunun və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, əvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Lənkəran rayonu Səpnəkəran kəndində kəndində yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2025 -ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs ilə birlikdə yaşadığı Lənkəran rayonu Səpnəkəran kəndində kəndində yerləşən fərdi yaşayış evində Zərərçəkmiş şəxs qısqanclıq səbəbindən aralarında baş vermiş şəxsi münasibətlər zəmnində mübahisə zamanı qəsdən Zərərçəkmiş şəxs üz nahiyəsinə yumruq zərbələri vuraraq sonuncunun sol göz almasına yayılmış qansızma, sol göz qapaqları - gözaltı nahiyəsində qançır ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, X2 onun arvadıdır. Əvvəllər münasibəti yaxşı olmuşdur. Bir neçə aydır ki, ailə münasibətləri zəmnində aralarında mübahisələr baş vermişdir. xx.xx.2025-ci il saat 12 radələrində Lənkəran rayonu, Səpnəkəran kəndində yerləşən yaşadığı evin qarşısında həyat yoldaşı Zərərçəkmiş şəxs onu qısqanıb təhqir edib onu evdən qovmaq istədiyi üçün ailə münasibətlərindən irəli gələn səbəblərdən mübahisə baş vermişdir. Mübahisə zamanı onun üz və bədəninin müxtəlif nahiyələrinə yumruqla bir neçə dəfə zərbə vurub yerə yıxdıqdan sonra Zərərçəkmiş şəxs qışqırıq səsinə gələn qardaşı Şahid2 və qonşuda yaşayan Məryəm adlı qadın Zərərçəkmiş şəxs onun əlindən almış və bununlada davadalaş başa çatmışdır. Dava-dalaş onların birgə yaşadığı Lənkəran rayonu Səpnəkəran kəndində kəndində yerləşən fərdi yaşayış evinin həyətində baş verməklə təxminən 3-5 dəqiqə müddətində başa çatmışdır. Etdiyi əməldən çox peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışaraq, ona dəymiş ziyanı ödəmişdir. Barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 izahatında bildirdi ki, Təqsirləndirilən şəxs onun əridir. xx.xx.2025-ci il saat 12 radələrində Lənkəran rayonu, Səpnəkəran kəndində yerləşən yaşadığı evin qarşısında Xəyal başqa bir qadınla ona xəyanət etdiyi üçün yaşadıqları evin həyətində aralarında şəxsi münasibətlərdən irəli gələn səbəblərə görə mübahisə baş vermişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs yumruq zərbələri ilə onun üz, baş və bədəninin müxtəlif nahiyələrinə yumruqla bir neçə dəfə qəsdən zərbə vurub onu yerə yıxmış, onun qışqırıq səsinə evdə olan qaynı Şahram Həmzəyev və qonşuda yaşayan Məryəm adlı qadın ora gəlib onu Təqsirləndirilən şəxs əlindən aldığını bildirmişdir. Buna görə də DİN-in 102 xidmətinə zəng vurub məlumat verdikdən sonra Lənkəran ŞRPŞ-nə ərizə ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış və ona dəymiş ziyan ödənilmişdir. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan “baxış keçirilməsi haqqında”xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə Lənkəran rayonu, Səpnəkəran kəndində yerləşən fərdi yaşayış evinin həyətində baş vermişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 253saylı rəyində göstərilmişdir ki, X1 bədəni üzərində-sol göz almasına yayılmış qansızma, sol göz qapaqları-gözaltı nahiyyəsində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən bir neçə saat əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qisa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Həmzəyev X5 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə cəzadan azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İş materiallarında olan Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli 371 saylı İş materiallarında olan məlum olur ki, Lənkəran rayonu Səpnəkəran kəndində qeydiyyatda olmaqla orada yaşayan Həmzəyev X5 Rayonlararası Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. Zərəçəkmiş şəxs X2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur və ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Belə ki, CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunanları, həmçinin təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödənilməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində CM-nin 128-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.1.2 və 300.1.7 və 305-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilsin. Qərardan elan olduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar