Məhkəmə qərarları › İş №1(049)-113/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-113/2023

27.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-113/2023 27.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ saat: 12:15 Lənkəran Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1975-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 10(on) il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 01 ay 26 gün şərti olaraq vaxtından əvvəl cəzadan azad edilmiş, xx.xx.20221ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmış və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin oktyabr ayının sonlarında, Lənkəran şəhərində satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, 2 ədəd bükümdə, ayrıayrılıqda təmiz çəkilər -0,314qr, -0,321 qram, ümumi təmiz çəkisi 0,635 qram təşkil edən, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə eyni olan, tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 27 oktyabr 2022-ci il tarixdə saat 17:10-da radələrində Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri Qalayçılar küçəsində saxlanılaraq Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirildikdən sonra üzərinə keçirilmiş şəxsi axtarış zamanı, həmin narkotik vasitə heroin əynində olan qara rəngli gödəkcəsinin sol yan cibində, pul qabının içərisində olan 2 ədəd sellofan bükümlərinin içərisindən aşkar edilərək götürlmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 2021-ci ilin avqust ayında həbsdən azad edildikdən sonra sonra bir müddət narkotik vasitə qəbul etməsə də bədənində olan ağrılara görə yenidən narkotik vasitə qəbul etməyə başlamışdır. Narkotik vasitəni qızdırıb tüstüsünü çəkməkə qəbul edir. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində yaşadığı evin yaxınlığında küçədə piyada gedərkən mülki geyimdə 3 nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra onların polis əməkdaşları olduğunu bilmişdir. Polis əməkdaşlarından biri ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyərək polis şöbəsinə gətirilmişdir. O polis əməkdaşlarına üzərində heç bir narkotik vasitənin olmadığını bildirmişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq, ona şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş və sonra vəkil ilə təmin edilmişdir. Sonra xidməti otağa əvvəllər tanımadığı iki nəfər şəxs dəvət olunmuşdur. Təhqiqatçı tərəfindən polis əməkdaşlarının və müdafiəçisinin və həmin iki nəfər tanımadığı şəxslərin iştirakları ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl onun üzərinə 2 büküm narkotik vasitə qoyulmuşdur. Daha sonra şəxsi axtarış keçirilən zaman gödəkcəsinin sol yan cibindən özünə məxsus olan pul qabı, 17 manat pulu, siqaret qutusu, alışqan və sağ cibindən isə bir ədəd nokia markalı mobil telefonu, şəxsiyyət vəsiqəsi və telefonun adapteri aşkar edilmişdir. Pul qabının içərisinə onun iştirakı ilə baxıldıqda polis əməkdaşları tərəfindən üzərinə qoyulmuş həmin iki ədəd sellofan bükümlər aşkar edilmişdir. Təhqiqatçı aşkar olunmuş bükümə baxış keçirib həmin büküm elektron tərəzidə çəkildikdə onların çəkisi 0,70 qram olmuşdur. Onunla bu barədə sorğu sual edildikdə təhqiqatçıya həmin büküm ona məxsus olmadığını bildirmişdir. Üzərində aşkar olunmuş həmin heroin zərfə qoyularaq qablaşdırılmışdır. Zərf möhürlənərək o və iştirakçılarla birlikdə zərfin üzərinə imzaları qeyd etmişlıər. Sonra təhqiqatçı tərəfindən protokol tərtib edilərək ona və iştirakçılara oxunmuşdur. Narkotik vasitələr ona məxsus olmadığından şəxsi axtarış protokolunu imza etməkdən imtina etmişdir. Özü narkotik vaitə qəbul etsə də, çox vaxtda tramal adlı dərmadan istifadə edir. Polis əməkdaşları tərəfindən döyülmüş, lakin qorxduğu üçün bu barədə tibbi ekspertə bildirməmişdir. Bundan başqa barəsində həbs qətimkan tədbiri seçildikdən sonra Bakı İstintaq Təcridxanasına aparıldıqdan sonra da heç bir orqana şikayət etməmişdir. Təqsirləndirilən şəxs son sözündə bildirmişdir ki, məhkəmə baxışından özünü təqsirli bilməsə də, hazırda özünü təqsirli bilir, tutduğu əməlindən peşmandır, buna görə də ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında Şahid1 Baləddin oğlu ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi, çox vaxt üzərində narkotik vasitələri saxlaması və gəzdirməsi barədə qərəzsiz mənbədən məlumat əldə etmişdir. Həmin məlumatın daxil olması barədə şöbənin rəhbərliyinə məruzə etmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü 28 oktyabr 2022-ci il tarixdə şöbənin rəisindən müvafiq razılıq alındıqdan sonra əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri X6, X4 və polis nəfəri X5 da cəlb edilmişdir. Polis şöbəsinin rəhbərliyi tərəfindən müvafiq qaydada təlimat aldıqdan sonra həmin gün saat 16 radələrində onun ola biləcəyi ərazilər tərəflərindən müşahidəyə götürülmüşdür. Təxminən 10-15 dəqiqə sonra, saat 17 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri Füzuli küçəsi ilə piyada getdiyini görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs özlərini təqdim edib ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğu üçün birlikdə polis şöbəsinə getməyi bildirilmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşıb birlikdə polis şöbəsinə gəlmişdir. Bu barədə tərəfindən raportla şöbənin rəhbərliyinə məruzə etmişdir. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilərək, vəkillə təmin edilmişdir. Bundan sonra xidməti otağa dəvət olunmuş iki nəfər hal şahidləri Şahid3 və Saleh Rəhimovun iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarış keçirilmişdir. Şəxsi-axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə və yaxud qanunsuz bir maddə vardırsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs isə heç bir şey təqdim etməyəcəyini bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxi axtarış keçirildikdə, onun üzərində olan gödəkcəsinin sol yan cibindən pul qabı, 17 manat pul, siqaret qutusu, alışqan və sağ cibindən isə bir ədəd nokia markalı mobil telefon, şəxsiyyət vəsiqəsi və telefonun adapteri aşkar edilmişdir. Pul qabının içərisinə təhqiqatçı tərəfindən onun iştirakı ilə baxıldıqda pul qabının içərisində iki ədəd sellofan büküm aşkar edilmişdir. Təhqiqatçı aşkar olunmuş bükümə baxış keçirib həmin bükümlərin içərisində heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin bükümlər elektron tərəzidə çəkildikdə çəkisi 0,70 qram olmuşdur. Təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokolun məzmunu ucadan iştirakçılara və Təqsirləndirilən şəxs oxunsa da, Təqsirləndirilən şəxs protokola imza etməkdə imtina etmişdir. Şəxsi-axtarış zamanı əməliyyat müvəkkli Mahir Tahirli tərəfindən aparılmış foto çəkiliş zamanı əldə olunmuş fotoşəkillər şəkillər protokola əlavə olunmuşdur. Təqsirləndirilən şəxs qarşı hər hansı bir qanuna zidd hərəkətlərə yol verilməmişdir. Özü tərəfindən Təqsirləndirilən şəxs hər hansı təzyiq və təsir olmamış, polis əməkdaşlarının da ona təzyiq və təsir etməsini görməmişdir. Onun üzərinə kimsə narkotik vasitə qoymamışdır. Məhkəmə istintaqında Şahid3 ifadəsində göstərmişdir ki, 27 oktyabr 2022-ci il tarixdə saat 17 radələrinə dostu Salehlə birlikdə Lənkəran şəhər polis şöbəsinin yaxınlığında olarkən, polis əməkdaşlarından biri onlara yaxınlaşaraq narkotik vasitələrin üstündə gəzdirməsində şübhəli olan bir şəxsi polis şöbəsinə gətirdiklərini və həmin şəxsin üstünə baxış keçirilməsində hal şahidi qismində iştirak etmələrini onlara təklif etmişdir. Buna razılıq verərək polis əməkdaşı ilə birlikdə şöbənin inzibati binasına gəlmişlər. Orada xidməti otaqların birində onlara təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edildikdən sonra otağa özünü Lənkəran şəhər sakini, Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs gətirilmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla arasında heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs üzərinə onların, polis əməkdaşların və Mehmanın vəkilinin iştirakı ilə onun şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində əgər narkotik vasitə və ya kriminal xarakterli əşya vardırsa təqdim etməsini bildirdikdə, Təqsirləndirilən şəxs heç bir əşya təqdim etməyəcəyini bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxi axtarış keçirildikdə, onun üzərində olan gödəkcəsinin sol yan cibindən pul qabı, 17 manat pul, siqaret qutusu, alışqan və sağ cibindən isə bir ədəd nokia markalı mobil telefon, şəxsiyyət vəsiqəsi və telefonun adapteri aşkar edilmişdir. Pul qabının içərisinə təhqiqatçı tərəfindən onun iştirakı ilə baxıldıqda pul qabının içərisində iki ədəd sellofan büküm aşkar edilmişdir. Onunla bu barədə sorğu sual edildikdə təhqiqatçıya həmin büküm ona məxsus olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş həmin heroin zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərindən başqa cinayət xarakterli digər əşya aşkar edilməmişdir. Buna görə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokolun məzmunu ucadan iştirakçılara və Təqsirləndirilən şəxs oxunsa da, Təqsirləndirilən şəxs protokola imza etməkdə imtina etmişdir. Aşkar edilmiş narkotik vasitənin polis əməkdaşları və ya digər şəxslərin Təqsirləndirilən şəxs üzərinə qoyması, habelə ona qarşı hər hansı şəxs tərəfindən təzyiq və təsirlərin edilməsi və Təqsirləndirilən şəxs döyülməsini şahidi olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 27 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. «Şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan və foto şəkillərdən görünür ki, 27 oktyabr 2022-ci il tarixdə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 2 bükümdə narkotik vasitə olan heroinəbənzər maddə aşkar edilərək götürülmüşdür. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 28 oktyabr 2022-ci il tarixli 19/130 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki bükümlər... ” sözlər və imzalar olan bir ədəd zərfdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,314 qram; -0,321 qram ümumi təmiz çəkisi -0,635 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Ekspertiza tədqiqatı üçün 0,1 qram heroin istifadə edilmiş, 0,535 qram qalıq qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 31 oktyabr 2022-ci il tarixli, 1130 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburu müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Lənkəran Rayon Məhkəməsinin 4(049)-344/2022 saylı, 29 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilmişdir. Həmin qərardan görünür ki, təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilmiş, aşkar edilmiş narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. Lənkəran rayon məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə» 24 oktyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabına verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Qasımov X2 Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2011-ci il tarixli hökmünə əsasən CM-nin 206.2, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 01 ay 26 gün vaxtından əvvəl cəzadan şərti azad edilmiş, xx.xx.20221-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. CMnin 18.1 və 83.3.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 2 ədəd bükümdə ümumi təmiz çəkisi 0,635 qram narkotik vasitə heroin maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,535 qram narkotik vasitə heroin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Lənkəran ŞİHB-nın 1 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə və arayışından görünür ki, Qasımov X3 şəhəri, Qalayçılar küçəsi ev 6 ünvanında qeydiyyatda olmaqla yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi şahid ifadələri, ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Məhkəmə Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə narkotik vasitələrin onun üzərində olmaması, polis əməkdaşları tərəfindən döyülməsi, ona qarşı təzyiq və təsir göstərilməsi iş materiallarında olan və yuxarıda qeyd olunan sübutlarla təkzib olduğundan həmin ifadələr özünü müdafiə xarakterli daşınmaqla ona bəraət verilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində heç bir xəsarət aşkar edilməmiş, Meman Qasımovun heç bir şikayəti olmamışdır. Digər tərəfdən təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilən zaman sonuncu polis əməkdaşları tərəfindən döyülməsini, ona qarşı zor tətbiq edilməsini bildirməmiş, əksinə üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmasını, polis əməkdaşları tərəfindən üzərinə qoyulmasını şəxsi axtarış protokollarına və digər sənədlərə imza etməməsinin səbəbini həbs edilməkdən yaxa qurtarmaq kimi izah etmişdir. Məhz buna görə də məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəni özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmiş, əməlində cinayətin residivinin olmasını isə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxsun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, CM-nin 65.2-ci maddəsinin (CM-nin 65.2-ci maddəsinin tələbinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.) tələbi baxımından ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin yarısından aşağı olmayan cəzanın təyin edilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 27 oktyabr 2022-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan 0,535 qram çəkidə iki bükümdə narkotik vasitə heroin məhv edilməlidir. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 65 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 1(bir) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəzaçəkmə müddətinin başlanğıcı 27 oktyabr 2022-ci il tarixdən hesablanmaqla cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan 0,535 qram çəkidə 2 bükümdə narkotik vasitə heroin məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 65 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X1, KOD 210005 VÖEN **********1 Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar