Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-113/2024 23.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X6 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, X1, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 15 avqust 1968-ci ildə Türkiyə Respublikasında anadan olmuş, Türkiyə Respublikası vətəndaşı, Ali təhsilli, ailəli, bir azyaşlı uşağı olan, hal-hazırda Şəmkir rayonu Düzqışlaq kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında 23 aprel 2024-cü il tarixdə, saat 17.34-də baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, o, 05 yanvar 2024-cü ildə, saat 12:30 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Volkswagen Amarok” minik markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomobillə, köhnə Ələt-Astara-İran sərhədi avtomobil yolunun Lənkəran rayon Bürcəli kəndi ərazisindən keçən 213,9-cu km/də Astara rayon istiqamətdə hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, eyni istiqamətdə yolun hərəkət hissəsinin sağından sola doğru arxa-arxaya keçmək istəyən piyada Zərərçəkmiş şəxs avtomaşının qabaq hissəsi ilə vurmuş, nəticədə ehtiyyatsızliqdan piyada Zərərçəkmiş şəxs başın təpə sümüyünün xətti sınığı, sağ beyin yarımkürəsinin təpə payında kəskin subdural hematoma, İİ bel fəqərə cisminin sınığı, sağ qalça sümüyü qanadının qəlpəli sınığı, alın nahiyyəsində əzilmiş yara, sağ sağrı nahiyyəsində qançır kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, 05 yanvar 2024-cü ildə saat 12:30 radələrində idarə etdiyi “Volkswagen Amarok” minik markalı avtomaşınla Lənkəran rayon Bürcəli kəndi ərazisindən keçən zaman, Astara rayon istiqamətdə saatda 50-60 km sürətlə hərəkətdə olmuşdur. Yolun Bürcəli kəndi ərazisindən keçdikdə sonradan adını sonradan bildiyi Ulduz yolun sağından soluna doğru arxa-arxaya piyada keçmək istədiyini görmüş, bu zaman avtomaşının əyləcini basmaqla sükanı sola doğru istiqamətləndirmişdir. Həmin vaxtda məsafə yaxın olduğundan idarə etdiyi avtomaşının qabaq hissəsi piyadaya dəymişdir. Hadisədən sonra yaralı piyadaya yardım etməklə onu Lənkəran RMX-na aparmışdır. Təqsirləndirilən şəxs cinayət əməli, özünün etirafı ilə yanaşı iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, hadisə yerinə baxış protokolu, hadisə yerinin sxemi, fotoşəkillər, məhkəmə tibbi və məhkəmə yol-nəqliyyat ekspertizalarının rəyləri ilə sübuta yetirilir. Belə ki, məhkəmədə Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxsı əvvəllər tanımamışdır. 05 yanvar 2024-cü ildə, saat 12 radələrində köhnə Ələt-Astara-İran sərhədi yolunun Lənkəran rayon Bürcəli kəndi ərazisindən , yol kənarı ilə piyada hərəkətdə olduğu zaman, sahibsiz it üzərinə hürmüş, bu zaman geri addımlar atmaqla yolun digər tərəfinə keçmək istəmişdir. Həmin anda Astara rayon istiqamətdə hərəkətdə olan “Volkswagen Amarok” minik markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomaşın tərəfindən vurulmuşdur. Sonradan heç nəyi xatırlamır. Daha sonra o, məhkəməyə ərizəsini təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, Təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödədiyini, ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını göstərərək təqsirləndirlən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşdə olan Lənkəran rayonlararası narkoloji dispanserin 05 yanvar 2024-cü il tarixli 000006 nömrəli aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. İşdə olan Lənkəran rayon “MTE və PA” şöbəsinin 25 yanvar 2024-cü il tarixli 69 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - başın təpə sümüyünün xətti sınığı, sağ beyin yarımkürəsinin təpə payında kəskin subdural hematoma, İİ bel fəqərə cisminin sınığı, sağ qalça sümüyü qanadının qəlpəli sınığı, alın nahiyyəsində əzilmiş yara, sağ sağrı nahiyyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt travma nəticəsində törənmişdir, o, cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 05 yanvar 2024-cü ildə hərəkətdə olan minik avtomaşının qabarıq hissələri ilə piyadanın vurulması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlikəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. İşdə olan məhkəmə yol nəqliyyat hadisələri eksprertizasının 16 yanvar 2024-cü il tarixli 3- 16-16/2-8/56 nömrəli rəyindən görünür ki, “Volkswagen Amarok” minik markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomabilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza xərci 85 manat təşkil eləyir. BDYPİ-in Qİİ-nin 22 yanvar 2024-cü il tarixli 3-13-16/2-10019/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə BC 709799 nömrəli “B C D1” kateqorialı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. İşdə olan “Sübutların qiymətləndirilməsi barədə” Qərardan görünür ki, “Volkswagen Amarok” minik markalı ** AD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi maddi sübut kimi tanınaraq saxlanılması üçün təqsirləndirlən şəxsə qaytarılması qərara alınmışdır. İşdə olan qəbzlərdən görünür ki, xx.xx.2024-cü il tarixlərdə “Volkswagen Amarok” minik markalı ** AD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi təqsirləndirlən şəxsə təhvil verilmişdir. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, təqsirləndirlən şəxsin xx.xx.2013-cü il təvəllüdlü Hatice adlı azyaşlı qızı vardır. İşdə olan DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, təqsirləndirlən şəxs əvvəllər məhkum olunmamışdır. Qətimkan tədbinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda— iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 263.1-1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda – üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin «Qeyd» hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin(bundan sonra mətndə CPM-nin) 43.1 və 43.1.2-ci maddəsinə görə məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunanları, həmçinin cinayət əməlini törətmiş şəxsin zərər çəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı ödəməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət işinə xitam verməklə yanaşı bu əməlin inzibati xəta tərkibinin əlamətləri olduqda onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməlidir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin «hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu» tələbini pozmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə hesab edir ki, hazırkı halda cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar Təqsirləndirilən şəxsnun Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Lənkəran ŞRPŞ-nin X8 Şöbəsinə göndərilməlidir. CPM-nin 346.1.19-cu maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında maddi sübutlar məsələsinin necə həll edilməli olduğu məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar aşağıdakıları qeyd edir: CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, «“Volkswagen Amarok” minik markalı ** AD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. CPM-nin 346.1.21-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə məhkəmə məsrəflərinin tutulması ilə əlaqədar aşağıdakılar qeyd edir: CPM-nin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid edilmişdir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 85 manat Təqsirləndirilən şəxsndan tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.3 və 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin «Qeyd» hissəsinin 2-сi bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri ləğv edilsin. Maddi sübut - “Volkswagen Amarok minik” markalı ** AD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Təqsirləndirilən şəxs, qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 85 manat məbləğində pul Təqsirləndirilən şəxsndan tutulub X3 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Təqsirləndirilən şəxs Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X8 Şöbəsinə göndərilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X7
Məhkəmə qərarları › İş №1(049)-113/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-113/2024
23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver