Məhkəmə qərarları › İş №1(049)-113/2025

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-113/2025

11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-113/2025 11.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 09:30 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə, 27 avqust 1981-ci ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında tibb qardaşı işləyən, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs - qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, xx.xx.2025-ci il tarixdə, saat 23 radələrində Lənkəran rayonu, Digah kəndində avtomobil yolunun kənarında tanışı həmin kənd sakini Zərərçəkmiş şəxs onun barəsində nalayiq ifadələr işlətməsi səbəbindən şəxsi münasibətlər zəmnində aralarında baş vermiş mübahisə zamanı yerdən götürdüyü daşla qəsdən Zərərçəkmiş şəxs sağ qulaqarxası nahiyəsinə zərbə vuraraq ona sağ qulaqarxası nahiyəsində əzilmiş yara ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs 15 ildir ki,tanıyır. O,onun ailəvi dostudur. O, Zərərçəkmiş şəxslə mütamadi olaraq Lənkəran şəhəri ərazisində yerləşən çayxanalarda damino oynayır. xx.xx.2025-ci il tarixdə o və dostu Səxavət 21 radələrində Lənkəran rayonu Düşbərə kafesində çörək yeməyə getmişdir. Çörək yeyən zaman bir neçə gün qabaq birlikdə oynadığı dominonu müzakirə etməyə başlamışdır. Bu zaman Səxavət ona bildirmişdir ki, onunla damino oynayan zaman həmişə onu aldatmışdır. Onun bu sözü ona çox pis təsir etdiyini bildirmişdir. Onlar çörək yeməyi yekunlaşdırmışdır. Təxminən saat 23 radələrinə o, Səxavəti Lənkəran şəhəri, H.Abdullayev küçəsində yerləşən heç kimin olmadığı yerə tikilinin arxasına aparmışdır. Bu zaman ona niyə yalançı deməsini və düzgün olmadığın sübut etməsini bildirmişdir. Səxavət ondan üzr istəmək əvəzinə onunla söz münaqişəsi edərək onun barəsində xoşagəlməz ifadələr işlətməyə başlamışdır. O, ona düzgün danışmağı səbrli olmağını bildirmişdir. O,isə yenidən onun barəsində xoşagəlməz ifadələr işlətmişdir. Onun üzərinə gələrək ona fiziki müqavimət göstərmək istəyən zaman o, yerdən daş parçası götürərək onun baş nahiyəsinə bir dəfə qəsdən zərbə endirmişdir. Səxavət aldığı zərbədən yerə yıxılmışdır. Onun yerə yıxılıb xəsarət almasından qorxaraq hadisə yerini tərk etmişdir. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun yaxın dostudur. Onunla 15 ildir ki, ailəvi dostluq edir. Xəzayıl ailəvi dostu olduğu üçün onunla mütamadi olaraq Lənkəran rayonu ərazisində fəaliyyət göstərən çayxanlarda damino oynayır. xx.xx.2025-ci il tarixdə Xəzayillə çörək yemək məqsədi ilə Lənkəran rayonu Digah kəndi ilə Lənkəran şəhəri H.Abdullayev küçəsinin kəsişməsində yerləşən Düşbərə kafesində görüşmüşdür.Təxminən saat 23 radələrində Xəzayıl ona bildirmişdir ki, bir neçə gün bundan qabaq çayxanada damino oynayan zaman ona qarşı hörmətsizlik etmişdir. O da ona bildirmişdir ki, heç bir hörmətsizlik etməmişdir. Sadəcə onun xətrinə dəyərək onu əsəbiləşdirmişdir. Onunla aralarında söz münaqişə böyüməyə başlamışdır. O, da Düşbərə kafesində onları tanıyan insanlar olduğu üçün ona bildirmişdir ki, gəl çıxaq çölə aralarında baş verən məsələni heç kimin olmadığı yerdə çözəcəyini bildirmişdir. O da onunla razılaşmışdır. Onlar onunla Lənkəran rayonu Digah kəndində yolun kənarında yerləşən iaşə obyektinin sağ yan hissəsində heç kimin olmadığı yerə daxil olmuşdur. Ora da aralarında söz münaqişəsi davam etməyə başlamışdır. O da onu sakitləşdərmək istəs də onu dominoda yalançı olaraq ittiham etməyə başlamışdır. O da onun sözlərindən bezərək ona onun yanından uzaqlaşmasını bildirmişdir. Bu zaman onu təhqir etmişdir. O yerdən daş parçası götürərək onun baş nahiyəsinin sağ qulağının üzərinə qəsdən zərbə endirmişdir. Nəticədə onun baş nahiyəsini sağ qulaq hissəsinin üzərindən qan axmağa başlamışdır. O, əsəbiləşərək Lənkəran ŞRPŞ-yə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, dəymiş ziyanın ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə ərizə təqdim etmişdir. İş materiallarının 15-16-cı vərəqlərində olan və məhkəmə baxışında tədqiq edilən xx.xx.2025 -ci il tarixli baxış protokolundan görünür ki, hadisə Lənkəran rayonu Digah kəndində yolun kənarında yerləşən iaşə obyektinin sağ yan hissəsində baş vermişdir. İş materiallarının 17-18-ci vərəqlərində olan və məhkəmə baxışında tədqiq edilən məhkəmə-tibb ekspertizasının 13 may 2025 -ci il tarixli, 267 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində- sağ qulaqarxası nahiyəsində əzilmiş yara aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşynın(əşyaların) təsirindən törənmişdir, müddəti tibbi sənəddə göstərilən tarixə xx.xx.2025-ci ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən cinayət işinin 33-cü vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş ziyan ona ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirilir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və dəymiş ziyan ödənildiyindən, sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-nin 15.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 40.3cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş üzrə maddi sübut, xüsusi müsadirə olunmalı əmlak, mülki iddia, məhkəmə məsrəfi yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40.3, .43, 321, 344-345, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilsin. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə məsrəfinin olmaması nəzərə alınsın. Qərardan elan olduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar