Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-114/2023 26.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X9 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçınınin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs, Onun müdafiəçisi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Təqsirləndirilən şəxs: xx.xx.1976-cı il tarixdə Lənkəran rayonu Sütəmurdov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu Sütəmurdov kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 26 sentyabr 2023-cü il tarixdə Lənkəran rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla israf etmiş, yəni talamışdır. Belə ki, o, xx.xx.2019-cu il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən dövlət qeydiyyatına alınmış Zərərçəkmiş şəxs QSC-nin ünvan 1 ünvanında 25 yanvar 2021-ci il tarixdən 26 iyul 2022-ci il tarixədək satıcı-anbardar vəzifəsində işləyərkən, həmin cəmiyyətlə arasında bağlanmış 25 yanvar 2021-ci il tarixli əmək və tam maddi məsuliyyət haqqında müqavilələrə əsasən qulluq mövqeyinə görə ona etibar edilmiş əmlakın qorunması, saxlanması, satışı ilə əlaqədar əməliyyatların aparılması zamanı işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı cəmiyyətə vurulmuş ziyana münasibətdə maddi məsuliyyət daşımaq, qeyd olunan öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədar ona etibar edilmiş əmlakın tam qeydinə qalmaqla əmlakın təhlükəsizliyi barədə məlumat vermək, cəmiyyətə maddi ziyan vurmadan dəqiq uçot aparmaq, sayım zamanı əskik gələn satış məhsullarına görə məsuliyyət daşımaq və digər səlahiyyətlərə malik maddi məsul şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını israf etməklə talamaq məqsədilə Cəmiyyət tərəfindən xx.xx.2021-ci il tarixli iki ədəd AT00-002394 və AT00-002394 saylı təhvil-təslim aktlarına əsasən ona etibar edilmiş 19630 manat dəyərində müxtəlif gübrə məhsullarını həmin ilin mart-aprel ayları ərzində istintaqla müəyyən edilməyən şəxslərə satışını həyata keçirib əldə edilməli olan gəliri Cəmiyyətin hesabına köçürməli olduğu halda, Zərərçəkmiş şəxs QSC-yə məxsus olmaqla ona etibar edilmiş cəmi 19630 manat dəyərində əmlakı öz qulluq mövqeyindən istifadə edərək vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla israf edərək talamışdır. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli və ibtidai istintaq zamanı verdiyi ifadəsini qismən təsdiq etdiyini, Cəmiyyətə 19.630 manat deyil 12.720 manat məbləğində ziyan vurduğunu bildirərək ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Zərərçəkmiş şəxs QSC-də əlavə iş yeri kimi satıcı-anbardar vəzifəsində işləmişdir. xx.xx.2022-ci il tarixdə Əmək Məcələsinin 70-ci maddəsinin ç bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Satıcı anbardar kimi vəzifələri malların anbara qəbul olunması, saxlanılması və yerləşdirilməsini, sifarişlərin vaxtı-vaxtında toplanması və təhvil verilməsini təmin etmək, həyata keçirilmiş əməliyyatların (satış, anbarlararası yerdəyişmə və s.) real vaxt rejimində Cəmiyyətin proqram təminatı sisteminə düzgün şəkildə daxil etmək, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmaq, müəyyən edilmiş qaydada hesabat tərtib edib tələb olunan yerlərə təqdim etmək və sairdən ibarət olmuşdur. Bundan əlavə ona inzibati idarə heyyəti tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanmasına görə tam maddi məsuliyyət daşımışdır. Maddi sərvətlər dedikdə tutduğu vəzifədən asılı olaraq ona təhvil verilmiş mallar, həmçinin həmin malların satışından əldə edilmiş vəsait və sair başa düşülür. 2021-ci ilin yanvar ayının əvvəllərində o, 15 saylı Ərazi Məşğulluq idarəsində aparıcı məsləhətçi vəzifəsində çalışan vaxt, həmin idarənin həmin vaxtkı müdiri X2 ona Bakı şəhərində iki övlad oxutduğunu, indiki dövrdə onları oxutmağın çətin olduğunu deyərək iş təklif etmişdi. Belə ki, Əlzamin ona gübrə satışı ilə məşğul olan bir şirkət olduğunu, həmin şirkətin Lənkəran rayon ərazisində satıcı-anbardar vəzifəsində işləməsini təklif etmişdir. O, Əlzamindən gəlirinin nə qədər olduğunu soruşduqda ona hər kisə satışına görə şirkət tərəfindən bonus kimi bir manat veriləcəyini, bundan da əlavə əmək haqqı alacağını bildirmişdir. O, Əlizaminlə razılaşmış və Zərərçəkmiş şəxs QSC-nin satış təmsilçisi Şahid2 Lənkəran rayonu ərazisində onunla sənədləşmə işlərini aparmışdır. Onunla şirkət arasında xx.xx.2021-ci il tarixdə bir ay müddətinə əmək müqaviləsi və elə həmin tarixdə də tam məsuliyyət haqqında müqavilə bağlanmışdır. Əmək müqaviləsinə əsasən 15 saylı Ərazi Məşğulluq idarəsində aparıcı məsləhətçi vəzifəsi əsas iş yeri, Zərərçəkmiş şəxsndəki iş yeri isə əlavə iş yeri kimi müəyyən edilmişdir. Bir müddət anbarı olmamış, mart ayının əvvəllərində Əlzamin ona tezliklə Bakı şəhərindən gübrə gətiriləcəyini və həmin gübrələri yerləşdirmək üçün anbar tapmaq lazım olduğunu bildirmişdir. O da ünvan 1 ərazisində dükanlardan birini icarəyə götürərək oranı anbar kimi istifadə etmişdir. xx.xx.2021ci il tarixdə anbara “Ammofos” adlı gübrə (40 kisə hər birinin çəkisi 50 kq), “Ammonium Nitrat” adlı gübrə (300 kisə hər birinin çəkisi 50 kq), “Nitroammofos” adlı gübrə (60 kisə hər birinin çəkisi 50 kq) və “Karbamid” adlı gübrə (50 kisə hər birinin çəkisi 40 kq) məhsulları gətirilmişdi. Anbara məhsulları gətirən avtomobil şirkətə məxsus avtomobil olmuşdur. Bunu avtomobilin üzərində gübrə şəkilləri olmasından bilmişdir. Lakin avtomobilin dövlət qeydiyyat nişanını xatırlamır. Məhsulları gətirən şirkətin üç nəfər fəhləsi və bir nəfər sürücüsü olmuşdur. Lakin onların adlarını hazırda xatırlamır. O, həmin məhsulların sayını aparıb anbarda yerləşdirmiş və təhvil təslim aktlarına imza etmişdir. Bundan təxminən bir həftə sonra Şahid2 işlədiyi yerə gələrək ona kassa aparatı və ödəniş terminalı verərək gübrələrin satışı zamanı onunla əlaqə saxlamasını və Cavidin ona həmin vaxt kassa aparatından və ödəniş terminalından necə istifadə edəcəyini demişdir. 2021-ci ilin mart ayının axırlarında (bayramdan sonra) dəqiq gününü xatırlamdığı vaxtda Əlzamin ona bildirmişdi ki, həmin malların yarısını Cəlilabad rayonunun Alar kəndinə göndərsin. O, anbarda olan dörd növ gübrənin hər birinin yarısını Cəlilabad rayonuna göndərmiş, lakin hazırda kimin vasitəsi ilə göndərdiyini xatırlamır. Əlzaminin ona bildirməsinə görə həmin malları Cəlilabad rayonu, Alar kənd sakini Qurban adlı şəxs qəbul edəcəkdir. Qurban Əlzaminin qohumu olmuşdur. Sonradan bildiyinə görə Qurban da həmin şirkətin içisi olmuşdur. O, gübrələrin daşınması üçün avtomobil və iki nəfər fəhlə tapmış, gübrələri avtomobilə yükləyərək Cəlilabad rayonuna yola salmışdır. Birinci dəfə yola salanda Qurbanla da həmin vaxt mobil telefon vasitəsi ilə danışıb malları ona göndərdiyini bildirmişdir. Lakin buna görə ona heç bir ödəniş edilməmişdir. Əlzamindən ödənişlərin nə üçün edilmədiyini soruşduqda ona bildirmişdi ki, fermerlərin kartına ödənişlər edildikdən sonra həmin kartlar vasitəsi ilə gübrələrin pulu ödəniləcəkdir. Bu da, 3-4 gün vaxt alacaqdır. 2021-ci ilin aprel ayının əvvəllərində dəqiq gününü xatırlamadığı vaxtda Əlizamin yenidən ona zəng edərək yerdə qalan gübrələri də Cəlilabad rayonu, Alar kəndinə göndərmək lazım olduğunu bildirmişdi. O da həmin malları yenidən həmin ünvana göndərmişdir. Qurbanla danışıb malları qəbul etməsini ona bildirmişdir. Bu zaman da ona heç bir məbləğdə pul ödənişi edilməmişdi. O, satış həyata keçirsə də, ona ödəniş edilmədiyi üçün Şahid2 heç bir məlumat verməmiş və beləliklə də, kassa aparatı və ödəniş terminalından istifadə etməmişdir. Bundan əlavə şirkətin 1C mühasibatlıq proqramından da istifadə etməmişdir. Çünki ona heç bir ödəniş edilməmişdi. Bundan sonra Əlzaminlə dəfələrlə mobil telefonda danışıb, ödənişi tələb etmiş, Əlzamin tezliklə ödənişin ediləcəyini ona bildirsə də, heç bir ödəniş edilməmişdi. O, Əlzamin tərəfindən aldadıldığını hesab edir. Zərərçəkmiş şəxs QSC-dən xx.xx.2021-ci il tarixdə yaşadığı ünvana məktub göndərilərək satılmış maddi nemətlərin (gübrələrin) dəyərini cəmiyyətə ödəməməklə Tam maddi məsuliyyət haqqında fərdi müqavilənin tələblərini pozaraq cəmiyyətə 14740 manat məbləğdə ziyan vurması barədə məlumat verilmişdi. O isə şirkətə Əlzamin tərəfindən aldadıldığını bildirmişdir. Ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs QSC-də satıcı-anbardar işlədiyi dövrdə bir dəfə xx.xx.2021ci il tarixdə malları qəbul etmiş, həmin mallar bildiyi qədəri ilə Cəmiyyətin Bakı şəhərində yerləşən anbarından gətirilirdi. Gübrələr şirkətə məxsus avtomobillə gətirilirdi. Onları qəbul edərkən təhvil təslim aktı tərtib edilir, həmin akt onun və digər iştirakçıların imzaları ilə təsdiq edilirdi. Zərərçəkmiş şəxs QSC-də satıcı-anbardar işlədiyi dövrdə malları iki dəfə Cəlilabad rayonuna göndərmişdir. Hər birində də avtomobil sifariş verib yükləyib göndərmişdir. Əlzaminin ona bildirməsinə görə dövlət fermerlərin kartlarına subsidiyalar yüklədikdən sonra həmin kartları anbara gətirəcək və ona Cəmiyyət tərəfindən verilmiş terminalda kartlarla ödəniş ediləcəkdir. Lakin heç bir ödəniş edilməmişdi. O, malları Cəlilabad rayonu, Alar kəndinə göndərən zaman heç bir sənədləşmə işləri (təhvil-təslim və sair) aparmamışdır. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AT/214 saylı icazə əsasında fəaliyyət göstərən "xxxx" MMC-nin onun fəaliyyətinin audit yoxlamasının nəticələri barədə Auditor hesabtında onun tərəfindən maddi məsuliyyətində qalan mallar üzrə yekunda 22000,00 kq – yəni cari satış qiymətlərinə uyğun olaraq 19630,00 manat çatışmazlıq-əskikgəlmə, yəni kənarlaşma-mənimsəmə yaranması ilə bağlı göstərilənlərlə razı olmamış, belə ki, həmin şirkət tərəfindən ona verilmiş xx.xx.2021-ci il tarixli məktubda Cəmiyyətə 14740 manat məbləğdə ziyan vurması göstərilmişdir. Audit yoxlaması qərəzli aparılmış və həmin yoxlamada gübrələrin yoxlama zamanı olan qiymətləri əsas götürülmüşdür. Həmin gübrələr xx.xx.2021-ci il tarixdə ona təhvil verilərkən onların ümumi dəyəri aşağı, yəni 14740 manat məbləğində olmuşdur. Zərərçəkmiş şəxs QSC ilə onun arasında bağlanmış 25 yanvar 2021-ci il tarixli əmək müqaviləsinin surəti, həmin tarixli Zərərçəkmiş şəxs QSC ilə onun arasında bağlanmış tam maddi məsuliyyət haqqında fərdi müqavilənin surətlərində adının qarşısında, xx.xx.2021-ci il tarixli iki ədəd AT00-002393 və AT00-002394 saylı “Təhvil Təslim” aktlarında “təhvil aldı/anbardar” yazılarının qarşısında olan imzalar, xx.xx.2022-ci il tarixli iki ədəd “Üzləşmə” aktları, həmin tarixli “Anbar qalıqlarının sayımın nəticələri haqqında” aktlarda adının qarşısında olan imzalar ona məxsusdur, onun tərəfindən icra olunmuşdur. O, həmin sənədləri oxuyub dərk edərək imzalamışdır. Cəmiyyət tərəfindən ona təhvil verilmiş malların satışından heç bir xeyir, gəlir və mənfəət əldə etməmişdir. Onun tərəfindən Cəmiyyətə 19630,00 manat məbləğində deyil, 14740 manat məbləğində ziyan vurulmuşdur. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs ifadəsində, eyni zamanda, göstərdi ki, ona elan edilmiş ittihamda nəzərdə cinayət əməllərini törətdiyini könüllü etiraf edib həmin əməllərin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əməllərə görə məsuliyyətini dərk edərək əməlindən səmimi peşman olmuşdur. Həmin əməllər nəticəsində dəymiş və Məhkəmə Ekspertiza Mərkəzinin rəyində öz əksini tapmış 12.720 (on iki min yeddi yüz iyirmi) manat miqdarında maddi ziyan məbləğini tamamilə ödəməklə zərərçəkmiş hüquqi şəxslə barışıq əldə edilmişdir. Hazırda zərərçəkmiş hüquqi şəxsin ondan heç bir şikayət və tələbi yoxdur və verdikləri mülki iddianın baxılmamış saxlanılmaqla geri qaytarılmasını xahiş etmişlər. Eyni zamanda, o, dəymiş ziyanın iyirmi beş faizi miqdarında vəsaiti dövlət büdcəsinə ödəniş etmişdir. Ona görə də barəsində olan iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs cinayət əməli törətməsi onun etirafı ilə yanaşı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspertiza rəyi, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş hüququ şəxsin (mülki iddiaçının) nümayəndəsi Nümayəndə ibtidai istintaq zamanı verdiyi ifadəsini tam təsdiq edərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdən Zərərçəkmiş şəxs QSC-nin hüquqşünası vəzifəsində işləyir. Vəzifəsi adı çəkilən QSC-nin hüquqi işlərini görməkdən ibarətdir. Həmçinin, Cəmiyyət tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 0738 saylı Etibarnamə ilə bütün digər dövlət və qeyri-dövlət orqanlarında Zərərçəkmiş şəxs QSC-ni təmsil etmək hüququ vardır. Zərərçəkmiş şəxs QSCxx.xx.2019-cu il tarixdən fəaliyyətə başlamış, həmin tarixdə də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən ********** saylı Şəhadətnamə (VÖEN) ilə qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs xx.xx.2021-cı il tarixdən xx.xx.2022-ci il tarixədək Zərərçəkmiş şəxs QSC-də satıcıanbardar vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs vəzifəyə təyin olunduğu tarixdən onunla cəmiyyətin rəhbərliyi arasında qanunamüvafiq qaydada “Əmək müqaviləsi” və “Tam maddi-məsuliyyət haqqında” müqavilələr bağlanmışdır. Bu müqavilələr hər iki tərəfin imzaları ilə imzalanmış və Cəmiyyətin möhürü ilə təsdiqlənmişdir. Əmək müqaviləsi üzrə vəzifə təlimatına əsasən Təqsirləndirilən şəxs satışdan nağd vəsait əldə olunarsa həmin vəsaiti Zərərçəkmiş şəxs QSC-nin bank hesabına köçürməli, dövlət tərəfindən verilən subsidiya kartlarından isə həmin şəxsə təhkim olunan post terminal vasitəsi ilə əldə olunmalı idi. 2022ci ilin fevral ayında Təqsirləndirilən şəxs fəaliyyət dövrü şirkətin daxili auditi vasitəsilə yoxlanılmış, işlədiyi dövr üzrə aparılmış audit zamanı Zərərçəkmiş şəxs QSC-nin satıcıanbardarına təhvil verilmiş malların sayımı zamanı çatışmazlıqlar aşkar olunmuş və malların yerində olmadığı müəyyən edilmişdir. Lakin Təqsirləndirilən şəxs şirkətə heç bir məbləğdə ödəniş etməmişdir. Bunun nəticəsində tərəflərindən Təqsirləndirilən şəxs fəaliyyət dövrünün araşdırılması üçün Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilən xx.xx.2020-ci il tarixli, AT/214 saylı icazəyə əsasən fəaliyyət göstərən "xxxx" MMC kənar auditor kimi dəvət edilmiş və yoxlama açılmışdır. "xxxx" MMC-nin audit yoxlamasının yekun nəticəsi olaraq Təqsirləndirilən şəxs işlədiyi müddət ərzində Zərərçəkmiş şəxs QSC-yə ümumilikdə 19630 manat məbləğində maddi ziyan vurduğu müəyyən edilmişdir. Beləliklə, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tutduğu vəzifə etibarı ilə Zərərçəkmiş şəxs QSC tərəfindən ona etibar edilmiş əmlakı satmış və əldə olunan vəsaiti şirkətə təhvil verməmişdir. Buna görə də şirkət rəhbərliyi Təqsirləndirilən şəxs əməlinə qiymət verilməsi üçün müvafiq sənədləri toplayaraq Azərbaycan Respublikası Baş prokurorluğuna göndərmişdir. Ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, şirkət olaraq şikayət və tələbləri Təqsirləndirilən şəxs şirkətə vurduğu ziyanı tamamilə ödəməsi, ödəməyəcəyi təqdirdə cinayət məsuliyyətinə cəlb edilməsidir. Təqsirləndirilən şəxs Cəmiyyət tərfindən xx.xx.2021-ci il tarixdə “Ammofos” adlı gübrə (40 kisə hər birinin çəkisi 50 kq), “Ammonium Nitrat” adlı gübrə (300 kisə hər birinin çəkisi 50 kq), “Nitroammofos” adlı gübrə (60 kisə hər birinin çəkisi 50 kq) və “Karbamid” adlı gübrə (50 kisə hər birinin çəkisi 40 kq) məhsulları verilmiş, həmin məhsullar ona təhvil-təslim aktları əsasında verilmiş, həmin təhvil-təslim aktları Təqsirləndirilən şəxs imzası ilə də təsdiqlənmişdir. Təqsirləndirilən şəxs verilmiş mallara görə şirkətə pul ödənişləri etməmişdir. Təqsirləndirilən şəxs satıcı-anbardar kimi ona etibar edilmiş malları satarkən fermerlərlə onlar arasında alqı-satqı müqaviləsi və ya başqa hər hansı bir sənədləşmə işləri aparılmır. Həmçinin həmin fermerlərin VÖEN-ni olmadığı üçün fermerlərlə satıcı-anbardar arasında alqı-satqı qaimə faktura əsasında həyata keçirilmir. Mallar satılan zaman bu barədə “1 C” mühasibatlıq proqramında Təqsirləndirilən şəxs onun adına açılmış istifadəçi adı ilə məlumatları yerləşdirməli idi. Lakin Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə ona təhvil verilmiş yuxarıda qeyd edilən malları satdıqdan sonra sistemdə bu barədə məlumatları yerləşdirməmişdir. Təqsirləndirilən şəxs qeyd etdiyi müxtəlif sayda, həcmdə və çeşiddə gübrə məhsulları verilərkən onların ümumi dəyəri 14740 manat təşkil etsə də, qiymətlər sonradan qalxdığından və Təqsirləndirilən şəxs malları satması barədə Cəmiyyətə gec məlumat verdiyindən audit yoxlaması qiymət artımı ilə aparılmışdır. Zərərçəkmiş hüququ şəxsin nümayəndəsi ifadəsində eyni zamanda göstərdi ki, Zərərçəkmiş şəxs QSC-nə dəymiş və ekspert rəyi ilə müəyyən edilmiş 12720 manat miqdarında maddi ziyan məbləği Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmiş və təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxslə barışıq əldə etmişdir. Hazırda zərərçəkmiş hüquqi şəxsin təqsirləndirilən şəxsdən heç bir şikayət və ya tələbi yoxdur və olmayacaqdır. Qeyd etdiklərinə əsasən Təqsirləndirilən şəxs barəsində iş üzrə icraata xitam verilməsini, eləcə də mülki iddianın baxılmamış saxlanılmaqla geri qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. xx.xx.2023-cü il tarixdə məhkəmə iclasinda əlavə şahid qismində dindirilmiş və auditor rəyini vermiş "xxxx" MMC-nin direktoru və eyni zamanda da auditoru olan X11 cinayət işindəki sənədlərə baxaraq göstərmişdir ki, 2021-ci ilin mart aprel aylarında təqsirləndirlən şəxsin vurduğu ziyan 12000 manat civarında olmuşdur. Lakin o, auditi 2022-ci ilin may ayında aparmış və 2022-ci iln may ayının qiymətlərinə uyğun olaraq vurulmuş ziyanın məbləğini müəyyən etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs QSC-nin xx.xx.2021-cı il tarixli, əmək müqaviləsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-cı il tarixdən 01 ay müddətinə Cəmiyyətdə əlavə iş yeri kimi satıcı anbardar vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC ilə həmin Cəmiyyətdə satıcı-anbardar vəzifəsində işləmiş Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin üçüncü hissəsində göstərilmişdir ki, işçi aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götürür: Malların anbara qəbul olunması, saxlanması və yerləşdirilməsi, sifarişlərin vaxtlı vaxtında toplanması və təhvil verilməsi, təhkim olunmuş post terminal və kassa aparatları vasitəsi ilə Cəmiyyətə aid olmayan əməliyyatların aparılmaması, həyata keçirilmiş əməliyyatların (satış, anbarlararası yerdəyişmə və s.) real vaxt rejimində Cəmiyyətin proqram təminatı sisteminə düzgün şəkildə daxil edilməsi, alıcılar haqqında məlumatın Cəmiyyətin proqram təminatı sisteminə düzgün şəkildə daxil edilməsi, həyata keçirilən satışlara uyğun olaraq, əməliyyatın sonunda faktiki mal qalığının Cəmiyyətin proqram təminatı sistemində göstərilən miqdarla eynilik təşkil etməsinə cavabdehlikləri, kontragent (müştəri) yaradarkən adını, FİN və kart nömrəsini düzgün qeyd etmək, satış həyata keçirilən vaxtda realizasiya sənədini (MOBİS) üzərindən yaratmaq. Hər hansı problem yaranarsa ən geci saat 23:59:59-dək sistemə daxil etmək, realizasiya sənədi əsasında kassa mədaxil sənədini yaratmaq. Hər hansı problem yaranarsa ən geci saat 23:59:59-dək sistemə daxil etmək, POS terminala (70%) və PKO (30%) vurulmalı məbləğlər düzgün olmalı, müştərinin borcu qalmamasına əməl etmək, gün ərzində satıcı xəzinadar tərəfindən aparılmış əməliyyatlara nəzarət edir, günün sonunda xəzinəni sayaraq qəbul edir və şirkətin bank hesabına mədaxil edilməsini təmin etmək, heç bir halda Banka məxsus ödəniş terminalı, kassa aparatı və 1C proqramının kodlarını başqa şəxslərə verməmək, anbar təhlükəsizliyi tədbirlərinə əməl etmək və müvafiq təhlükəsizlik tədbirlərini görmək və mühafizə siqnalizasiyalarını işlək vəziyyətdə saxlamaq, mal-materialların saxlanmasını, mühafizə rejiminə əməl edilməsini, əməliyyatların hesabının aparılmasını təmin etmək, anbarda qorunub saxlanılan materialların hərəkəti ilə əlaqədar hesabat sənədlərinin və onların uçotunu aparmaq, müştərilərin sifarişlərinə görə malları dəstlərə komplektləşdirmək, rəsmiləşdirmə qaydalarına və mədaxil-məxaric sənədlərinin təhvilinə riayət edilməsininin təmin edilməsi, anbarda olan mal-materialların sayımının çevik həyata keçirlməsi üçün malların çeşidlər xüsusiyyətlər üzrə yığımını təmin etmək, anbar işçilərinin təlimatlandırılması təlimatlarına əməl etmək, anbara kənar şəxslərin girişini qadağan etmək. İş materiallarında olan Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC ilə həmin Cəmiyyətdə satıcı-anbardar vəzifəsində işləmiş Təqsirləndirilən şəxs arasında bağlanmış xx.xx.2021-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilədə göstərilmişdir ki, işçi Təqsirləndirilən şəxs ona inzibati idarə heyyəti tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür və aşağıdakı vəzifələrə əməl etməyə borcludur. Ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmalıdır, eyni zamanda idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamalıdır və ziyankarlığa qarşı mübariz olmalıdır. Maddi sərvətlər dedikdə aşağıdakılar nəzərdə tutulur: Maddi məsul şəxsin istifadəsində olan kompyuter və aksesuarlar, maddi məsul şəxsin istifadəsində olan telefon aparatı, printer və digər avadanlıqlar, maddi məsul şəxsin tutduğu vəzifədən asılı olaraq ona təhvil verilmiş mallar və həmin malların satışından əldə edilmiş vəsait, maddi məsul şəxsin tutduğu vəzifədən asılı olmayaraq malik olduğu istənilən növ informasiya, maddi məsul şəxsin malik olduğu kommersiya sirri, maddi məsul şəxsin yeni adda məsul və ya yeni layihələrlə bağlı malik olduğu məlumatlar, maddi məsul şəxsin istifadəsində olan şirkətə məxsus texnikalar/avtonəqliyyat vasitələri. Müəssisənin, idarənin, təşkilatın rəhbərliyinə vaxtlıvaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat verməli və lazım gəldikdə qorxulu vəziyyətin səbəblərini aydınlaşdırmalıdır. Ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib tələb olunan yerlərə təqdim etməlidir. Ona etibar edilmiş maddi sərvətlərin inventarizasiyasında iştirak etməlidir. Həmin müqavilənin 5-ci bəndinə əsasən müqavilə maddi məsul şəxsin işlədiyi və ona etibar edilmiş maddi sərvətlərin saxlandığı bütün dövr ərzində etibarlıdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli AT00-002393 saylı təhvil təslim aktından görünür ki, Təqsirləndirilən şəxs Cəmiyyət tərəfindən “Ammonium Nitrat” adlı gübrə (300 kisə hər birinin çəkisi 50 kq), “Nitroammofos” adlı gübrə (60 kisə hər birinin çəkisi 50 kq) və “Ammofos” adlı gübrə (40 kisə hər birinin çəkisi 50 kq) məhsulları təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli AT00-002394 saylı təhvil təslim aktından görünür ki, Təqsirləndirilən şəxs Cəmiyyət tərəfindən “Karbamid” adlı gübrə (50 kisə hər birinin çəkisi 40 kq) məhsulu təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli iki ədəd üzləşdirmə aktlarından görünür ki, Təqsirləndirilən şəxs aşağıda qeyd edilən həcmdə, sayda malları xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasında təhvil aldığını öz imzası ilə təsdiq etmişdir. -Evroxim şirkətinə məxsus olan “Ammofos” adlı gübrə, ümumilikdə 2000 kq. -Evroxim şirkətinə məxsus “Ammonium Nitrat” adlı gübrə, ümumilikdə 15000 kq. -Socar şirkətinə məxsus “Karbamid” adlı gübrə, ümumilikdə 2000 kq. -Minudobreniya şirkətinə məxsus “Nitroammofos” adlı gübrə, ümumilikdə 3000 kq. İş materiallarında olan xx.xx.2022-ci il tarixli anbar qalıqlarının sayımın nəticələri haqqında aktdan görünür ki, Zərərçəkmiş şəxs QSC Lənkəran rayonunda yerləşən anbarında mal qalıqlarının düzgünlüyünün yoxlanılması məqsədi ilə sözügedən anbar üzrə məsul şəxs olan Təqsirləndirilən şəxs iştirakı ilə sayım keçirilmişdir. Sayımın nəticələrinə əsasən anbarda “Evroxim” şirkətinə məxsus olan “Ammofos” adlı gübrə üzrə 2000 kq, Evroxim şirkətinə məxsus “Ammonium Nitrat” adlı gübrə üzrə 15000 kq, Socar şirkətinə məxsus “Karbamid” adlı gübrə üzrə 2000 kq və Minudobreniya şirkətinə məxsus “Nitroammofos” adlı gübrə üzrə 3000 kq fərq yaranmışdır. İş materiallarında olan 18 may 2022-ci il tarixli audit rəyindən görünür ki, Təqsirləndirilən şəxs hesabında 19630 manat məbləğində çatışmazlıq-əskikgəlmə, kənarlaşma yaranmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs QSC-nin xx.xx.2022-ci il tarixli, xxxxxxx0004X0 saylı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xitam verilmişdir. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 26 sentyabr 2022-ci il tarixli, 9/6083 nömrəli rəyində göstərilmişdir ki, iş materiallarında olan təhvil-təslim aktları, qarşılıqlı üzləşmə aktları, anbar sayım nəticələri haqqında akt və xx.xx.2022-ci il tarixli auditor rəyini tədqiq edərək qeyd olunan sənədlərin düzgünlüyü nəzərə alınmaqla Təqsirləndirilən şəxs hesabı üzrə 19,630,00 manat çatışmazlıq müəyyən olunur. Qeyd olunur ki, gübrələrin qiymətləndirilməsi məhkəmə-mühasibat ekspertizasının predmeti olmadığından hazrkı tədqiqatla audit rəyində göstərilən qiymətləndirmənin düzgünlüyünə istintaq orqanı tərəfindən nəzərə alınmalıdır. Həmçinin qeyd olunur ki, Zərərçəkmiş şəxs QSC-nin hesabında yaranmış çatışmazlığa görə maddi məsuliyyət məsələsi hüququ xarakterli olduğundan istintaq orqanı tərəfindən qiymət verilməlidir. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 26 sentyabr 2022-ci il tarixli rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza xərci 100 manat təşkil eləyir. İş materiallarında olan məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 4/1539 saylı rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş xx.xx.2021-ci il tarixli iki ədəd AT00-002393 və AT00-002394 nömrəli Təhvil-Təslim aktlarında “təhvil verdi/istehsalçı” qrafaları qarşısındakı imzalar – Şahid3 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş xx.xx.2021-ci il tarixli iki ədəd AT00-002393 və AT00-002394 nömrəli Təhvil-Təslim aktlarında “təhvil verdi/istehsalçı” qrafaları qarşısındakı imzalar ilə xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin kserosurətinin 1-5-ci vərəqələrinin sonundakı və 6-cı vərəqində “İmzası”, “Şahid3” yazıları qarşısında əks olunmuş imzalar, xx.xx.2021-ci il tarixli AT002633 nömrəli və xx.xx.2021-ci il tarixli AT00-002640 nömrəlli təhvil-təslim aktlarının kserosurətlərində “təhvilverdi/istehsalçı” qrafaları qarşısında əks olunmuş imzalar – müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin kserosurətinin 1-5-ci vərəqələrinin sonundakı və 6cı vərəqində “İmzası”, “Şahid3” yazıları qarşısında əks olunmuş imzalarda, xx.xx.2021-ci il tarixli AT002633 nömrəli və xx.xx.2021-ci il tarixli AT00-002640 nömrəlli təhvil-təslim aktlarının kserosurətlərində “təhvilverdi/istehsalçı” qrafaları qarşısında əks olunmuş imzalarda – imzaların qəsdən dəyişdirilmiş xətlə icra olunmasını xarakterizə edən əlamətlər müşahidə olunmadı. Ekspertizaya təqdim edilmiş xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin kserosurətinin 1-5-ci vərəqələrinin sonundakı və 6-cı vərəqində “İmzası”, “Şahid3” yazıları qarşısında əks olunmuş imzalarda, xx.xx.2021-ci il tarixli AT002633 nömrəli və xx.xx.2021-ci il tarixli AT00-002640 nömrəlli təhvil-təslim aktlarının kserosurətlərində “təhvilverdi/istehsalçı” qrafaları qarşısında əks olunmuş imzaların – Şahid3 həqiqi imzalarına oxşadılmaqla icra olunma əlamətləri müəyyən edilmədi. Ekspertizaya təqdim edilmiş xx.xx.2021-ci il tarixli iki ədəd AT00-002393 və AT00-002394 nömrəli Təhvil-Təslim aktlarında “təhvil verdi/istehsalçı” qrafaları qarşısındakı imzaların – Şahid3 həqiqi imzalarına oxşadılmaqla icra olunma əlamətləri müəyyən edildi. İş materiallarında olan məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 4/1539 saylı rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirşdən görünür ki, ekspertiza xərci 112 manat təşkil eləyir. İş materiallarında olan Zərərçəkmiş şəxs QSC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Şahid1 xx.xx.2022-ci il tarixdən etibarən bu günədək Zərərçəkmiş şəxs QSC-də maliyə nəzarəti üzrə mütəxəssis vəzifəsində işləyir. Bundan əlavə X2 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Zərərçəkmiş şəxs QSC-də satıcı-anbardar vəzifəsində işləmişdir. X2 ilə Təqsirləndirilən şəxs arasında hər hansı bir tabeçilik münasibətləri olmamışdır. Hər iki əməkdaş eyni vəzifədə, yəni satıcı-anbardar kimi fəaliyyət göstərmişlər. Şahid3 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Zərərçəkmiş şəxs QSC-də anbardar vəzifəsində işləmişdir. Həmçinin, X8 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Zərərçəkmiş şəxs QSC-də satış təmsilçisi vəzifəsində işləmişdir. İş materiallarında olan Lənkəran ŞRPŞ-dən xx.xx.2022-ci il tarixdə daxil olmuş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs hadisədən əvvəl normal həyat keçirmiş, ailə üzvləri və başqa şəxslərlə aralarında narazılıq və ya dava-dalaş olmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2021-xx.xx.2022-ci illər ərzində Zərərçəkmiş şəxs QSC-nin Lənkəran rayonu, Sütəmurdov kəndi, H.Əliyev prospektində yerləşən anbarında satıcı-anbardar vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs qeyd edilən vəzifədə işlədiyi müddət ərzində Cəmiyyət tərəfindən bir dəfə 2021-ci ilin mart ayı ərzində müxtəlif sayda və çeşiddə gübrə məhsulları verilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən vəzifədə işləyərkən qəbul etdiyi gübrə məhsullarını satış məqsədi ilə Cəlilabad rayonuna göndərməsi müəyyən edildi. Təqsirləndirilən şəxs həmin gübrə məhsullarını kim(lər)ə satmasını müəyyən etmək mümkün olmadı. Təqsirləndirilən şəxs qeyd edilən vəzifədə işləyərkən qəbul etdiyi gübrə məhsullarını satış məqsədi ilə Cəlilabad rayonuna kimin və nəyin vasitəsi ilə göndərməsini müəyyən etmək mümkün olmadı. Vaxtı ilə Zərərçəkmiş şəxs QSC-də müxtəlif vəzifələrdə işləmiş Cəlilabad rayon sakini X3, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 12-ci döngə, ev 112-də qeydiyyatda olan X4 və Şirvan şəhər sakini X5 yerlərini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs barəsində Lənkəran ŞRPŞ-də şikayət ərizəsi və ya təqsirləndirici material olması aşkar edilmədi. Qeyd olunan cinayət əməllərini törətməkdə Təqsirləndirilən şəxs kömək edən, yəni cinayətin digər iştirakçıları (təhrikçi, köməkçi, təşkilatçı və digər icraçı) olması müəyyən edilmədi. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-nin Lənkəran RQİ və TBŞdən daxil olmuş xx.xx.2022-ci il tarixli, 314-7996-1222 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2013-cü il tarixdə “Hyunday Tucson” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmış və xx.xx.2016-cı il tarixdə qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 10 saylı Lənkəran Ərazi İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, **********60 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs adına Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən 0,0282 ha. paylı (2/4 hissə) mülkiyyətdə olan həyətyanı torpaq sahəsi dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan arayışı və xasiyyətnamədən görünür ki, Şükürov X7 rayonu, Sütəmurdov kəndində qeydiyyatda olmaqla yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 21 iyul 2023-cü il tarixli, 9/4825 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ekspertizaya təqdim edilmiş iş materiallarında olan təhvil-təslim aktları, qarşılıqlı üzləşmə aktları, anbar sayım nəticələri haqqında akt və xx.xx.2022-ci il tarixli auditor rəyi və xx.xx.2022-ci il tarixli arayışında göstərilənlər tədqiq edilərək, qeyd olunan sənədlərin düzgünlüyü nəzərə alınmaqla Təqsirləndirilən şəxs hesabı üzrə Zərərçəkmiş şəxs QSC-nə 2021-ci ilin mart-aprel ayları üzrə yaranmış çatışmazlığın məbləği 12720 manat məbləğində müəyyən olunur. Qeyd edilir ki, ilkin olaraq Zərərçəkmiş şəxs QSC-nin təqsirləndirilən şəxsə göndərdiyi xx.xx.2021-ci il tarixli xəbərdarlığında onlara dəymiş ziyanın məbləğinin 14.700,00 manat göstərilməsinin səbəbi hazırki tədqiqatla müəyyən edilmir, lakin 9/1726 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyində həmin məbləğin 14700 manat göstərilməsi çatışmayan malların cari satış qiymətlərinə uyğun olaraq auditor hesabatında göstərilən qiymətlərlə hesablanmasıdır. İş materiallarında əlavə edilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 21 iyul 2023-cü il tarixli rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirşdən görünür ki, ekspertiza xərci 100 manat təşkil eləyir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan müəyyən edilir ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş “Sübutların qiymətləndiriləsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, təhvil-təslim aktları, üzləşdirmə aktları, anbar qalıqlarının sayımının nəticələrinə dair akt, Zərərçəkmiş şəxs QSC-nin direktoru ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 21 yanvar 2021-ci il tarixli əmək və tam maddi məsuliyyət haqqında müqavilələr sübut növü kimi qiymətləndirilərək cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli mədaxil qəbzlərindən görünür ki, müvafiq olaraq 12700 və 20 manat olmaqla Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş 12720 manat miqdarında maddi ziyan məbləğini tamamilə ödəmiş, eyni zamanda, dəymiş ziyanın iyirmi beş faizi miqdarında, yəni 3180 manat miqdarında vəsaiti də dövlət büdcəsinə ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş, Lənkəran Rayon Məhkəməsinə ünvanlanmış Zərərçəkmiş şəxs QSC-nin direktoru Tofiq Niftəliyev tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli, 0287/23 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs QSC-ə vurduğu ziyanı ödəmiş, şirkət onunla barışmış, ona qarşı şikayətləri və hər hansı tələbləri yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs QSC-nin nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs 12.720 manat məbləğində ziyanı tam olaraq Zərərçəkmiş şəxs QSC-nə ödəmiş, şirkət onunla barışmış, ona qarşı şikayətləri və hər hansı tələbləri yoxdur və gələcəkdə də olmayacaqdır, Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərəçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs QSC-nin direktoru təqsirləndirlən şəxsə qarşı mülki iddia verərək sonuncudan törətdiyi cinayət əməli nəticəsində vurulmuş maddi ziyanın əvəzi olaraq Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 19.630 manat məbləğində vurulmuş maddi ziyanın, 500 manat məbləğində sərbəst auditor xidmətləri xərclərinin, 149 manat məbləğində məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun, cəmi 20.279 manat məbləğində vəsaitin tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs QSC-nin nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs QSC-i Təqsirləndirilən şəxs ilə barışdığından və tam olaraq razılıığa gəldiklərindən mülki iddianın geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs QSC-də 25 yanvar 2021-ci il tarixdən 26 iyul 2022-ci il tarixədək satıcı-anbardar vəzifəsində işləyərkən, vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla israf etmiş, yəni talamışdır. Məhkəmə işdəki sübutları araşdırıb, təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələrini dinləyib, onları məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, təqsirləndirlən şəxsin əməli istintaq orqanı tərəfindən düzgün olaraq, Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə tövsif edilsə də, zərəçəkmiş hüquqi şəxsə cinayət əməlinin törədildiyi zaman vurulduğu ziyanın məbləğini düzgün hesablamamışdır. Belə ki, cinayət işinin 30-cu vərəqəsindəki Zərərçəkmiş şəxs QSC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, təqsirləndirlən şəxsin Zərərçəkmiş şəxs QSC-də işlədiyi zaman, xx.xx.2020-xx.xx.2021-ci illər arası “Ammofos/Evroxim(12:52 NP)” markalı kübrənin 1kg. satış qiyməti – 0.93 manat, xx.xx.2021-xx.xx.2021-ci illər arası “Ammonium Nitrat/Evroxim (34.4% AN)” markalı kübrənin 1 kg. satış qiyməti – 0.53 manat,xx.xx.2020xx.xx.2021-ci illər arası “Nitroammofos/Minudobreniya (NPK 16-16-16)” markalı kübrənin 1 kg. satış qiyməti -0,72 manat, xx.xx.2020-xx.xx.2022-ci illər arası “Karbamid Marka B/SOCAR” markalı kübrənin 1 kg. satış qiyməti -0.49 manat olmuşdur. Cinayət işindəki sənədlərdən müəyyən edilir ki, təqsirləndirlən şəxs 2000 kg. “Ammofos/Evroxim(12:52 NP)” markalı,15000 kg. “Ammonium Nitrat/Evroxim (34.4% AN)” markalı, 2000 kg. “Nitroammofos/Minudobreniya (NPK 16-16-16)” markalı və 3000 kg. “Karbamid Marka B/SOCAR” markalı kübrələri, ümumilikdə 12.720 manat dəyərində malın israf edilərək talamışdir. Qeyd olunan faktı məhkəmə iclasinda əlavə şahid qismində dindirilmiş və auditor rəyini vermiş "xxxx" MMC-nin direktoru və eyni zamanda da auditoru olan X11 təsdiq etmiş, həmin fakt öz əksinin təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 21 iyul 2023-cü il tarixli, 9/4825 nömrəli rəyində də tapmışdır. Məhkəmə qeyd edir ki, cinayət işi üzrə əvvəl keçirilmiş məhkəmə-mühasibat ekspertizasının 26 sentyabr 2022-ci il tarixli, 9/6083 nömrəli rəyində göstərilmişdir ki, iş materiallarında olan təhvil-təslim aktları, qarşılıqlı üzləşmə aktları, anbar sayım nəticələri haqqında akt və xx.xx.2022-ci il tarixli auditor rəyini tədqiq edərək qeyd olunan sənədlərin düzgünlüyü nəzərə alınmaqla Təqsirləndirilən şəxs hesabı üzrə 19,630 manat çatışmazlıq müəyyən olunur. Qeyd olunur ki, gübrələrin qiymətləndirilməsi məhkəmə-mühasibat ekspertizasının predmeti olmadığından hazırkı tədqiqatla audit rəyində göstərilən qiymətləndirmənin düzgünlüyünə istintaq orqanı tərəfindən nəzərə alınmalıdır. Həmçinin qeyd olunur ki, Zərərçəkmiş şəxs QSC-nin hesabında yaranmış çatışmazlığa görə maddi məsuliyyət məsələsi hüququ xarakterli olduğundan istintaq orqanı tərəfindən qiymət verilməlidir. Məhkəmə qeyd olunan ekspert rəyi ilə bağlı qeyd edir ki, ekspert iş materiallarında olan təhvil-təslim aktları, qarşılıqlı üzləşmə aktları, anbar sayım nəticələri haqqında aktlarla yanaşı, xx.xx.2022-ci il tarixli auditor rəyinə də istinad etdiyini göstərmişdir. Lakin ekspert nəzərə almamışdır ki, iş materiallarından müəyyən olunur ki, AT00-002394 və AT00-002394 saylı təhvil-təslim aktlarına əsasən təqsirləndirlən şəxs gübrə məhsullarını 2021-ci ilin martaprel aylarında satmışdır. Auditor yoxlaması isə bundan bir ildən da artıq müddət keçdikdən sonra, 2022-ci ilin may ayında keçirilmişdir. Təqsirləndirlən şəxsin əməlinə hüquqi qiymət vermək üçün əslində auditor yoxlamanın aparıldığı dövrə görə deyil, həmin kübrələrin satışı həyata keçirilən dövrün qiymətlərinə uyğun olaraq ziyan məbləği müəyyən etməli idi. Auditor yoxlaması nəticəsində müəyyən olunmuş ziyan, mülki qaydada iddia vermək üçün əsaslardan biridir. Təqsirləndirlən şəxsin vurduğu ziyan isə cinayətin törədildiyi vaxt ilə üst-üstə düşməlidir. Məhkəmə-mühasibatlıq ekspertizasının rəyini vermiş ekspert də əsasən auditor rəyinə istinad edərək ziyanın məbləğini müəyyən etmişdir. (i.v.77) Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 10.2-ci maddəsinə əsasən ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Göründüyü kimi, CM-nin 10.2-ci maddəsinin tələblərinə əsasən hazırki cinayət işi üzrə vurulmuş ziyanın məbləği cinayət əməlinin törədilmə vaxtı, yəni 2021-ci ilin mart-aprel aylarına aid vaxt üçün hesablanmalı olduğu halda, məhkəmə-mühasibat ekspertizasının 26 sentyabr 2022-ci il tarixli rəyi cinayət hadisəsinin törədilməsi vaxtı nəzərə alınmadan, cinayət işinin 30-cü vərəqəsində olan qiymət cədvəlinə əsaslanmadan, əsasən də auditor rəyinə istinad edilməklə həyata keçirilmişdir. Bunula bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Qeyd olunan Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə iş materiallarına əlavə edilmiş materialları, auditor və məhkəmə-mühasibatlıq ekspertizasının rəylərini və təqsirləndirilə şəxsin və zərəçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadələrini nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, zərəçəkmiş hüquqi şəxsə vurulmuş ziyanın məbləği ilə bağlı əsaslı şübhələr olmuşdur, həmin hal üzrə ittihamın sübut olunmasında yaranan şübhəni digər sübutlarla aradan qaldırmaq mümkün olmadığından təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək dəymiş ziyan 2021ci ilin mart-aprel aylarının satış qiymətləri nəzərə alınmaqla müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayət məsuliyyətindən Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən azad edilməklə ona qarşı olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12.720 manat miqdarında maddi ziyan məbləğini tamamilə ödəməklə zərərçəkmiş hüquqi şəxslə barışıq əldə etmiş, eyni zamanda, o, dəymiş ziyanın iyirmi beş faizi miqdarında, yəni 3180 manat miqdarında vəsaiti də dövlət büdcəsinə ödəniş etmişdir. Təqsirləndirilən şəxs da özünü ona elan edilmiş maddələrlə təqsirli bilmiş, cinayət nəticəsində dəymiş maddi ziyan məbləğini tamamilə ödəyərək zərərçəkmiş hüquqi şəxslə barışıq əldə etmiş, eyni zamanda, dəymiş ziyanın iyirmi beş faizi miqdarında vəsaiti də dövlət büdcəsinə ödəniş etməklə hazırda barəsində olan iş üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş edir. Məhkəmə qərara gəlir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə olan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən xitam verilməli və o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış təhvil-təslim aktları, üzləşdirmə aktları, anbar qalıqlarının sayımının nəticələrinə dair akt, Zərərçəkmiş şəxs QSC-nin direktoru ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 21 yanvar 2021-ci il tarixli əmək və tam maddi məsuliyyət haqqında müqavilələr hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs QSC-nə qaytarılmalıdır. Məhkəmə zərəçəkmiş hüquqi şəxsin iddia ərizəsini baxılmamış saxlanılmaqla geri qaytarılmasını xahiş etməsini, eləcə də mülki cavabdehin işin mahiyyəti üzrə həll olunmasını tələb etməməsini nəzərə alaraq hesab edir ki, Zərərçəkmiş şəxs QSC-nin Təqsirləndirilən şəxs qarşı «Cinayət əməli nəticəsində dəymiş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi qaytarılmaqla baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, mülki iddiaçı mülki tələblə məhkəməyə müraciət etmək üçün 149 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsi qaytarıldığına görə mülki iddiaçı tərəfindən ödənilmiş 149 manat dövlət rüsumu ona qaytarılmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə-mühasibatlıq ekspertizasının 26 sentyabr 2022-ci il tarixli rəyi ilə təqsirləndirlən şəxsin vurduğu ziyan düzgün hesablanmadığından, ekspertiza xərci olan 100 manat dövlətə aid edilməlidir. Məhkəmə eləcə də hesab edir ki, məhkəmə-xətşünaslıq ekspertizasının ekspertiza xərci olan 112 manat və təkrar məhkəmə-mühasibatlıq ekspertizasının xərci 100 manat, cəmi 212 manat təqsirləndirlən şəxsdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 41, 43, 321.2.1, 346, 347, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin, onun barəsində Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə olan cinayət işinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış təhvil-təslim aktları, üzləşdirmə aktları, anbar qalıqlarının sayımının nəticələrinə dair akt, Zərərçəkmiş şəxs QSC-nin direktoru ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 21 yanvar 2021-ci il tarixli əmək və tam maddi məsuliyyət haqqında müqavilələr hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs QSC-nə qaytarılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs QSC-nin Təqsirləndirilən şəxs qarşı «Cinayət əməli nəticəsində dəymiş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi qaytarılmaqla baxılmamış saxlanılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs QSC tərəfindən iddianın verilməsi üçün ödənilmiş 149 manat dövlət rüsumu ona geri qaytarılsın. Məhkəmə-mühasibatlıq ekspertizasının 26 sentyabr 2022-ci il tarixli ekspertiza xərci olan 100 manat dövlətə aid edilsin. Məhkəmə-xətşünaslıq ekspertizasının ekspertiza xərci olan 112 manat və təkrar məhkəmə-mühasibatlıq ekspertizasının xərci 100 manat, cəmi 212 manat təqsirləndirlən şəxsdən tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319,büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************,SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində qərardan Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. X10
Məhkəmə qərarları › İş №1(049)-114/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-114/2023
26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver