Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-116/2023 08.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 11.30 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 02 avqust 1970-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən Lənkəran Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış, məhkumluğu ödənilməmiş, Lənkəran şəhəri B.Mirsalayev küçəsi ev 33-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə edib, üzərində saxlamаqlа dаşımışdır. Bеlə ki, о, 2022-ci ilin oktyabr ayında, Lənkəran şəhərində, məlum olmayan mənbədən və şəraitdə, satış məqsədilə qanunsuz olaraq 1 ədəd şəffaf sellofan bükümündə, təmiz çəkisi 0,506 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 2 ədəd eyni tərkibli, qəhvəyi rəngli, dairəvi formalı, həblərin təsiredici maddəsinin ümumi miqdarı- 0,08 qram( bir həbdə 0,04 qram) olan metadon həblərini və üzərində narkotik vasitə heroin izləri olan 1 ədəd elektron tərəzini üzərində saxlamaqla daşımış, 27 oktyabr 2022-ci il tarixdə, saat 16:20 dəqiqədə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində piyada hərəkətdə olan zaman saxlanılaraq polis şöbəsinin ünvan 1 ünvanında yerləşən inzibati binasına gətirilmiş və polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sol yan cibindən qeyd edilən bükümdə və çəkidə narkotik vasitə olan heroin, kəsilmiş listdə 2 ədəd metadon həb, əynindəki gödəkçənin sağ yan cibindən üzərində heroin izləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ona qarşı Faiq adlı polis əməkdaşı tərəfindən zor tətbiq edimişdir. Onun üzərində sadəcə 2 ədəd metadon olmuşdur. İttiham aktında qeyd edilən narkotik vasitə və elektron tərəzi ona məxsus deyil və üzərindən aşkar edilməmişdir. O, narkotik vasitə istifadəçisi olsa da, heç vaxt satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları onu döydüyü üçün o, da məcbur olub yazılanlara imza etmişdir. Məhkəmədə verdiyi ifadəsindən fərqli olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmə iclasına elan edilməklə araşdırılmış cinayət işinin 49-50 və 59-61-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, “o, ailəlidir, 1 övladı vardır. ünvan 2-də ailəsi ilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmuşdur. 10-15 ilə yaxındır ki, narkotik vasitə heroindən istifadə edir. Narkotik vasitə heroini tüstü yolu ilə qəbul edirmiş. Narkotik vasitəni Lənkəran şəhərinin müxtəlif yerlərində tanımadığı şəxslərdən alırmış. Sonuncu dəfə 27 oktyabr 2022-ci il tarixdə saat 14-15 radələrində Lənkəran şəhəri B.Bazar ərazisinə getmişdir. Orada əvvəllər bir neçə dəfə narkotik vasitə aldığı şəxsi görüb ona yaxınlaşmışdır və narkotik vasitə olub-olmadığını soruşmuşdur. Həmin şəxs də narkotik vasitə olduğunu demişdir. Ondan şəxsi istifadəsi üçün 20 manat qarşılığında 1 bükümdə narkotik vasitə istifadəçiləri arasında “kakos” kimi tanınan heroin və 20 manata 2 ədəd metadon həbi almışdır və əynindəki şalvarın sol yan cibinə qoymuşdur. Həmçinin narkotik vasitə alan zaman əynindəki gödəkçənin sağ yan cibində elektron tərəzi olmuşdur. Narkotik vasitəni və metadon həblərini üzərində saxlamışdır ki, ağrıları olan zaman qəbul etsin. Bir müddət orada qaldıqdan sonra yaşadığı ev istiqamətində hərəkət etməyə başlamışdır. Lənkəran şəhəri B.Mirsalayev küçəsində yolun kənarı ilə piyada hərəkətdə olan zaman mülki geyimdə olan üç şəxs ona yaxınlaşmışdır. Onlar özlərini Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşı kimi təqdim etmişlər və ona narkotik vasitələrin qanunsuz saxlanılması və satışı ilə məşğul olmağı barədə məlumatları olduğunu deyib onu Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmişlər. İnzibati binaya gətirilənə kimi yolda və üzərində axtarış aparılanadək polis əməkdaşlarının nəzarəti altında olmuşdur və üzərində olan bükümləri harasa atmaq imkanı olmamışdır. İnzibati binada ona şübhəli şəxs qismində tutulduğunu elan edib hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət etmişlər. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş müşayiəti ilə üzərinə baxış keçirilmişdir. Baxışdan əvvəl ondan üzərində hər hansı bir qanunsuz əşya, yaxud predmet olubolmadığı soruşulmuş, olduğu halda təqdim etməyi təklif edilmişdir. O da əynində olan şalvarının sol yan cibində olan 1 ədəd bükümdə narkotik vasitə olan heroini, 2 ədəd metodon həbini və əynindəki gödəkçənin sağ yan cibində olan 1 ədəd elektron tərəzini təqdim etmişdir. Həmin narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən hər hansı bir qanunsuz əşya, yaxud predmet aşkar edilməmişdir. Polis əməkdaşı ona satış məqsədi olub-olmadığını soruşmuş, o da satış məqsədi olmadığını, sadəcə şəxsi istifadəsi üçün aldığını demişdir. Üzərində aşkar edilmiş 1 bükümdə heroin elektron tərəzidə çəkildikdə çəkisi 0,54 qram olmuşdur. Sonra 1 bükümdə olan heroin, 2 ədəd metadon həbini və 1 ədəd elektron tərəzi ekspertizaya təqdim olunması üçün zərfə qoyulub möhürlənmişdir. Zərfin üstünə o və müdafiəçisi İntiqam Hüseynov imza etmişdir. Üzərində aparılan axtarış videoçəkiliş ilə müşayiət olunmuş, sonda tərtib edilən protokol iştirakçılara ucadan oxunaraq, o və müdafiəçisi tərəfindən imzalanmışdır. Üzərində aşkar edilən narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə etmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir”. Məhkəmə iclasında dindirilmiş Şahid1 оğlu ifаdəsində göstərdi ki, Lənkəran Şəhər- Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. İcraatına Lənkəran şəhəri, B.Mirsalayev küçəsi ev 33-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitələr əldə etməsi ilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. Tərəfindən həmin məlumatların mötəbərliyi yoxlanıldıqdan sonra əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərliyi özü etmiş, qrupun tərkibində əməliyyat müvəkkili Şahid2 və polis nəfəri Şahid3 olmuşdur. 27 oktyabr 2022-ci il tarixdə, təxminən saat 16 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri B.Mirsalayev küçəsində piyada hərəkət etdiyini görüb yaxınlaşaraq, özlərini polis əməkdaşı kimi təqdim etdikdən sonra Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-ya dəvət etmişlər. Polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkiliş müşayiəti altında şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa, təqdim etməyi təklif olunmuş, Təqsirləndirilən şəxs də əynindəki şalvarının sol yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş büküm, kəsilmiş listdə 2 ədəd həb və əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd elektron tərəzi çıxarıb təqdim etmişdir. 1 ədəd şəffaf sellofan bükümün içərisində narkotik vasitə heroin, kəsilmiş listlərdə isə metadon həblərinin olduğunu bildirmişdir. Daha sonra götürülmüş kütlə ekspertizaya göndərilməsi məqsədilə zərfə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxsə tutularkən, tutulduqdan sonra hər hansı psixi, fiziki zor tətbiq edilməmiş, nə onun tərəfindən, nə də onun yanında hər hansı şəxs tərəfindən nəyəsə imza etməyə məcbur edilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış Şahid2 cinayət işinin 68-70-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Əməliyyat müvəkkili Şahid1 icraatına Lənkəran şəhəri, B.Mirsalayev küçəsi ev 33-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitələr əldə etməsi ilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. Həmin məlumatların mötəbərliyi yoxlanıldıqdan sonra əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərliyi Şahid1 etmiş, qrupun tərkibində o, və polis nəfəri Şahid3 olmuşdur. 27 oktyabr 2022-ci il tarixdə, təxminən saat 16 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri B.Mirsalayev küçəsində piyada hərəkət etdiyini görüb yaxınlaşaraq, özlərini polis əməkdaşı kimi təqdim etdikdən sonra Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-ya dəvət etmişlər. Polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkiliş müşayiəti altında şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa, təqdim etməyi təklif olunmuş, Təqsirləndirilən şəxs də əynindəki şalvarının sol yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş büküm, kəsilmiş listdə 2 ədəd həb və əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd elektron tərəzi çıxarıb təqdim etmişdir. 1 ədəd şəffaf sellofan bükümün içərisində narkotik vasitə heroin, kəsilmiş listlərdə isə metadon həblərinin olduğunu bildirmişdir. Daha sonra götürülmüş kütlə ekspertizaya göndərilməsi məqsədilə zərfə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında ifadəsi eelan olunaraq araşdırılmış Şahid3 cinayət işinin 82-84cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Əməliyyat müvəkkili Şahid1 icraatına Lənkəran şəhəri, B.Mirsalayev küçəsi ev 33-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitələr əldə etməsi ilə bağlı əməliyyat məlumatları daxil olmuşdur. Həmin məlumatların mötəbərliyi yoxlanıldıqdan sonra əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərliyi Şahid1 etmiş, qrupun tərkibində o, və əməliyyat müvəkkili Şahid2 olmuşdur. 27 oktyabr 2022-ci il tarixdə, təxminən saat 16 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri B.Mirsalayev küçəsində piyada hərəkət etdiyini görüb yaxınlaşaraq, özlərini polis əməkdaşı kimi təqdim etdikdən sonra Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-ya dəvət etmişlər. Polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkiliş müşayiəti altında şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa, təqdim etməyi təklif olunmuş, Təqsirləndirilən şəxs də əynindəki şalvarının sol yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş büküm, kəsilmiş listdə 2 ədəd həb və əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd elektron tərəzi çıxarıb təqdim etmişdir. 1 ədəd şəffaf sellofan bükümün içərisində narkotik vasitə heroin, kəsilmiş listlərdə isə metadon həblərinin olduğunu bildirmişdir. Daha sonra götürülmüş kütlə ekspertizaya göndərilməsi məqsədilə zərfə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Cinayət işinin 30-31-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 27 oktyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs 27 oktyabr 2022-ci il tarixdə, saat 16:20 radələrində Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri B.Mirsalayev küçəsində olan zaman saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra müdafiəçinin iştirakı ilə üzərində keçirilən şəxsi axtarış zamanı onun şalvarının sol yan cibində olan 1 ədəd bükümdə narkotik vasitə olan heroini, 2 ədəd metodon həbini və əynindəki gödəkçənin sağ yan cibində olan 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Heroin elektron tərəzidə çəkildikdə ümumi çəkisi 0,54 qram olmuşdur. Həmin kütlə və elektron tərəzi zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Şəxsi axtarış zamanı heç bir vəsatət və şikayət daxil olmamış, bununla bağlı protokol tərtib olunaraq imzalarla təsdiq olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə narkotik vasitə heroin və metadon həbidir. Həmin kütləni böyük bazar ərazisində tanımadığı şəxsdən almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Məhkəmədə cinayət prosesi tərəflərinin iştirakları ilə tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması barədə” 27 oktyabr 2022-ci il tarixli protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs 27 oktyabr 2022-ci il tarixdə, saat 16:20 radələrində Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri B.Mirsalayev küçəsində olan zaman saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra müdafiəçinin iştirakı ilə üzərində keçirilən şəxsi axtarış zamanı onun şalvarının sol yan cibində olan 1 ədəd bükümdə narkotik vasitə olan heroini, 2 ədəd metodon həbini və əynindəki gödəkçənin sağ yan cibində olan 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Heroin elektron tərəzidə çəkildikdə ümumi çəkisi 0,54 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə narkotik vasitə heroin və metadon həbidir. Həmin kütləni böyük bazar ərazisində tanımadığı şəxsdən almış və şəxsi istifadəsi üşün üzərində saxlamışdır. Cinayət işinin 42-43-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 28 oktyabr 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə, təmiz çəkisi 0,506 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, və 01 ədəd konvalyutda ümumi sayı 2 ədəd olan qəhvəyi rəngli, dairəvi formalı həblər metadondurlar, həblərin təsiredici maddəsinin ümumi miqdarı:- 0,08 qramdır( bir həbdə 0,04 qr). Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş elektron tərəzi .....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğuna görə çəkisini və tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmadı. Ekspertiza tədqiqatının dəyəri 65 manatdır. Cinayət işinin 72-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 31 oktyabr 2022-ci il tarixli, 1128 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında 2014-cü ildən “Opium Narkamanlığı” diaqnozu ilə qeydiyyatadır. Cinayət işinin 93-94-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında” 05 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə, ümumi təmiz çəkisi 0,506 qram olan narkotik vasitə heroinin ekspertizadan qaytarılmış 0,456 qram qalığı, 2 ədəd metadon həbinin ekspertizadan qaytarılmış 1 ədədi, bir ədəd elektron tərəzi və “şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 ədəd DVD diskdə olan videogörüntü maddi sübut hesab edilmişdir. DVD disk cinayət işinin materiallarında saxlanılmış, heroinin ekspertizadan qaytarılmış 0,456 qram qalığı, 2 ədəd metadon həbinin ekspertizadan qaytarılmış 1 ədədi, 1 ədəd elektron tərəzi Lənkəran ŞRPŞ-nın saxlama otağına təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli qərarından qeyd edilir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 5(049)-397/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin barədə qərar ibtidai istintaq zamanı məhkəmə nəzarəti qaydasında yoxlanılaraq qanuni hesab edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə, təqsirləndirilən şəxsin narkotik vasitə heroin və metadon ilə yanaşı elektron tərəzi əldə edərək daşımasını və elektron tərəzi üzərində heroin izlərinin aşkar edilməsini nəzərə alaraq və yuxarıda qeyd olunan Plenum qərarının müddəalarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə, polis əməkdaşları tərəfindən fiziki zora məruz qaldığına görə sənədlərə imza etməsinə dair ifadəsini aşağıdakı səbəblərə görə qanunvericilik baxımından sübut növü kimi qəbul etmir. İlk öncə məhkəmə qeyd edir ki, məhkəmədə proses iştirakçılarının iştirakı ilə tədqiq edilmiş şəxsin şəxsi axtarışı zamanı lentə alınmış videogörüntüdən də görünür ki, istintaq hərəkəti zamanı müdafiəçi ona eyni məzmunlu sual vermiş və Təqsirləndirilən şəxs ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Bunlardan başqa, cinayət işinin 69-70-ci vərəqlərində olan məhkəmə tibbi ekspertizasının 31 oktyabr 2022-ci il tarixli, 1094 nömrəli rəyindən də görünür ki, Təqsirləndirilən şəxs oğunun bədəni üzərində hər hansı bir xəsarət izi yoxdur. Eləcə də, məhkəmə araşdırması zamanı Şahid1 tərəflərin iştirakı ilə dindirilərək təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi zor tətbiq etmədiyini bildirmişdir. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran Rayon Prokurorluğunun 28 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs fiziki zora məruz qalması ilə bağlı cinayət işinin başlanması CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Göstərilənlərə əsasən, habelə təqsirləndirilən şəxsin 27 oktyabr 2022-ci il tarixdə tutulmasını və 31 oktyabr 2022-ci il tarixdə, yəni təxminən 72 saat ərzində tibbi ekspertizadan keçirilməsini və həmin ekspertiza rəyinə əsasən bədəni üzərində xəsarət aşkar edilməməsini, eləcə də həmin xüsusatla bağlı şahid ifadələrini , habelə qeyd olunan fakt üzrə cinayət işinin başlanmasının rədd edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədəki ifadəsi gələcəkdə ona təyin edilə biləcək cəzadan yaxa qurtarmağa yönəlmiş cəhdidir. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsi subyektiv yanaşma kimi qiymətləndirirərək həmin ifadəni sübut növü kimi qəbul etmir. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaqın bütün gedişi zamanı üzərindən narkotik vasitə və elektron tərəzi aşkar edilməsini etiraf etməsini, yalnız satış niyyətinin olmamasını bildirməsini, məhkəmə araşdırması zamanı isə ümumiyyətlə üzərində heç bir narkotik vasitə və elektron tərəzi olmamasına dair ifadələrini müqayisəli şəkildə araşdıraraq həmin ifadələri onun qeyri-səmimiliyinin göstəricisi kimi qəbul edir. Məhkəmə, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin üzərindən narkotik vasitə heroin və elektron tərəzi aşkar edilməsinə dair hissəsini digər sübutlarla tam olaraq üst-üstə düşdüyünə görə və törədilmiş cinayət haqqında bütün əlamətləri tam əks etdirdiyinə görə sübut növü kimi qəbul edir. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət işinin 16-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 27 oktyabr 2022-ci il tarixli “tutulma” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 16.45-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 67-68-cu vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 29 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 27 oktyabr 2022-ci il tarixdən hesab edilmişdir. Cinayət işinin 76-78-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş tələbnamə ilə müəyyən edilmişdir ki, Əliyev X2 Rayon Xalq Məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmünə əsasən CM-nin 227-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib 3 il azadlıqdan məhrum etmə cəzasına, Lənkəran Rayon Xalq Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmünə əsasən CM-nin 227-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib 2 il azadlıqdan məhrum etmə cəzasına, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 20 noyabr 2000-ci il tarixli hökmünə əsasən CM-nin 227-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib 3 il azadlıqdan məhrum etmə cəzasına, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən CM-nin 234.1, 234.2-ci maddələri ilə təqsirli bilinib 6 il azadlıqdan məhrum etmə cəzasına, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 4 il azadlıqdan məhrum etmə cəzasına, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 3 ay azadlıqdan məhrum etmə cəzasına, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 8 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 99-101-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 8 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 102-103-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmışdır. Cinayət işinin 88-89-cu vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş arayış, arayış və xasiyyətnamədən görünür ki, Əliyev X2 şəhəri, B.Mirsalayev küçəsi, ev 33 ünvanında arvadı və xx.xx.2007-ci il təvəllüdlü qızı ilə birlikdə yaşayır, dəfərlərlə məhkum edilmişdir, yaşadığı müddətdə onun barəsində şikayət daxil olmamışdır. CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət işinin materialları ilə müəyyən edilir ki, Əliyev X2 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş və Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qərarı ilə 6 ay azaldılmış cəzasını çəkib qurtardığı tarixdən, iki il keçməmiş 27 oktyabr 2022-ci il tarixdə hazırkı cinayət əməlini törətdiyindən o, CM-nin 18 və 83-cü maddələrinə əsasən məhkumluğu olan şəxsdir və törətdiyi əməli cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun belə nəticəsi ondan irəli gəlir ki, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. Məhkəmə, sadalanman normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən onun əvvəllər məhkum olunmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, cəzasını çəkib qurtrardıqdan az müddət keçməmiş yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə əvvəllər təyin edilmiş cəza, qanunda göstərilən cəzanın məqsədlərinə nail olunmasında effektiv olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla, yəni müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 27 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənatinə gəldiyindən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə narkoloji ekspertizasının 31 oktyabr 2022-ci il tarixli, 1128 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və onun, ərazi narkoloji dispanserində 2014-cü il tarixdən qeydiyyatda olması nəzərə alınmalıdır. Maddi sübut - Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə heroinin 0,456 qram qalığı, 1 ədəd metadon həbi, bir ədəd elektron tərəzi CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarışi zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd DVD disk CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 65 manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 27 oktyabr 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq ona narkomaniyadan məcburi müalicə təyin olunsun və onun ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın. Maddi sübut Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə heroinin 0,456 qram qalığı, 1 ədəd metadon həbi, bir ədəd elektron tərəzi məhv edilsin, məli şəxsi axtarışi zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi 65 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №1(049)-116/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-116/2023
08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver