Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-117/2025 11.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 2002-ci il tarixdə Lənkəran rayonu, Yuxarı-Nüvədi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, Lənkəran rayonu, Yuxarı-Nüvədi kəndində qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 128-ci maddəsi ilə cinayət əməli törətməsi haqqında məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə məhkəmənin hazırlıq iclasını açıq məhkəmə iclasında keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Lənkəran şəhəri, H.Aslanov parkı ərazisində, bir neçə gün əvvəl “PUBG” onlayn oyun platformasında tanış olduğu Zərərçəkmiş şəxs ilə qarşılaşmış, “PUBG” onlayn oyun platformasında tanış olduğu şəxsin Zərərçəkmiş şəxs olduğunu dəqiqləşdirmiş, sonuncunun xx.xx.2025-ci il tarixdə onunla görüşməyəcəyi təqdirdə söyüş söymüş, aralarında söyüşə görə baş vermiş mübahisə zamanı, yumruqla Zərərçəkmiş şəxs sağ gözaltı nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq ona sağ göz almasına yayılmış qan sızma, sağ göz altı nahiyəsində qançırla nəticələnən qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmənin hazırlıq iclasında əməli törətmiş şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, elan edilmiş ittiham üzrə özünü təqsirli bilir, zərər çəkmiş şəxslə barışmış, ona vurulmuş ziyanı tamamilə ödəmişdir. Buna görə də onun cinayət məsuliyyətindən azad edilməsi, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat mateiallarına xitam verilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, halhazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş ziyan tam olaraq ödənilmiş, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Buna gördə cinayət işinə xitam verilməsini xahiş etmiş, eyni məzmunda yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan: 13 may 2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə Lənkəran şəhərində yerləşən Həzi Aslanov parkında baş vermişdir. Məhkəmə-tibbi ekspertizasının 13 may 2025-ci il tarixli, 268 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zaman onun bədəni üzərində - sağ göz almasına yayılmış qansızma, sağ gözaltı nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşynın təsirindən törənmişdir, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Lənkəran şəhər Psixiatriya Xəstəxanası PHŞ-nin 16 may 2025-ci il tarixli, 611 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-04.06.202-ci il tarixlərdə Lənkəran SHXÇDX-nın göstərişi ilə Lənkəran şəhər Psixiatriyan Xəstəxanasında stasionar müayinə olunub və “Hal-hazırda psixi xəstəlik əlamətləri aşkar edilmir diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Səpnəkəran kənd Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 19 may 2025-ci il tarixli, 12/31/174 saylı arayışından görünür ki, Əkbərov X2 rayonu, Yuxarı-Nüvədi kəndində yaşayır, qeydiyyatdadır və atası - X1, anası – X4 və X3 olmaqla ailə üzvləri vardır. Azərbaycan Respublikası Lənkəran Şəhər İcra hakimiyyəti başçısının Səpnəkəran kənd Ərazi Dairəsi üzrə Nümayəndəliyinin verdiyi 19 may 2025-ci il tarixli, 12/31/76 saylı xasiyyətnamədən görünür ki, Əkbərov X2 rayonu, Yuxarı Nüvədi kəndində yaşadığı müddət ərzində kənddə həmişə özünü sakit aparmış, qonşularla münasibəti normaldır. Onun haqqında Səpnəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət (ərizə) daxil olmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməlidir. Belə ki, CM-nin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Qeyd olunanları, həmçinin cinayət əməlini törətmiş şəxsin zərər çəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödənilməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində CM-nin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2, 305 və 373 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 305.1-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilsin. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddianın olmaması nəzərə alınsın. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-117/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-117/2025
11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver