Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-118/2023 28.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ saat 17:00 Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 23 yanvar 1984-cü il tarixdə Lənkəran rayonu Port-İliç şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, himayəsində 1(bir) azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitənin satışı məqsədi ilə 27 oktyabr 2022-ci il tarixdə saat 11 radələrində Lənkəran şəhəri Şəhidlər Xiyabanı küçəsində yerləşən «Kiçik bazar» adlanan ərazidə 50 manat müqabilində 10 ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri -0,103 qram, -0,120 qram, -0,121 qram, -0,080 qram, -0,110 qram, -0,122 qram, -0,101 qram, -0,077 qram, -0,118 qram, - 0,138 qram olmaqla ümumi təmiz çəkisi 1,09 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edərək, üzərində saxlamaqla, daşımış və Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinin əməkdaşlarının 27 oktyabr 2022-ci il tarixdə, saat 18 radələrində keçirdikləri əməliyyat tədbirləri nəticəsində, həmin günü saat 17:50 dəqiqədə Liman şəhəri, H.Aslanov küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq Liman polis bölməsinin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman qeyd olunan çəkilərdə narkotik vasitə olan heroin 10 (on) ədəd səffaf sellofan kəsiyinə bükülmüş halda əynindəki boz rəngli şalvarının sol yan cibində olan siqaret qutusunun içərisindən, narkotik vasitə olan heroinin satışında vasitə kimi istifadə etdiyi üzərində heroin izləri olan elektron tərəzi isə həmin şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitə olan heroin qəbul etmiş, son bir ildir ki, narkotik vasitələrdən istifadə etmir. 27 oktyabr 2022-ci il tarixdə saat 18 radələrində evdən küçəyə çıxarkən polis əməkdaşları ona yaxınlaşmış, onu Liman polis bölməsinə aparmışlar. Polis bölməsində onun üzərinə axtarış keçirilmiş axtarış zamanı üzərindən hər hansı qadağan olunmuş əşya çıxmamışdır. Polis əməkdaşları tərəfindən onun üzərinə 10 büküm narkotik vasitə olan heroin və elektron tərəzi qoyulmuşdur. Ona müdafiəçi gələrkən və videoçəkiliş zamanı həmin narkotik vasitələrin və elektron tərəzinin ona məxsus olmasını bildirilməsini demişlər. O da buna etiraz etdikdə ona qarşı fiziki və psixi zor tətbiq etmiş, onu döymüşlər. Daha sonra əgər qəbul etməyəcəyi təqdirdə daha ağır cinayətə görə onu həbs edəcəklərini, üzərinə və evinə küllü miqdarda narkotik vasitə qoyacaqlarını bildirmişlər. O da məcbur olub videoçəkiliş zamanı heroinin və elektron tərəzinin ona məxsus olduğunu bildirmişdir. Lakin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətə baxılarkən məhkəmədə narkotik vasitənin və elektron tərəzinin ona məxsus olmadığını, ona qarşı fiziki və psixi zor tətbiq edildiyini bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə özünü qismən, yəni CM-nin 234.1-ci maddasində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bildiyini deyərək, əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini və ona aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Dövlət ittihamçısının vəsatəti ilə müdafiə tərəfinin razılığı ilə ifadəsi elan olunmaqla tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ailə üzvülərilə birlikdə ünvan 2 ünvanında yaşayır.O, heç bir yerdə işləmir.O, təxminən 5 ildir ki, hərdən bir narkotik vasitə olan heroindən istifadə edir.O, istifadə etdiyi "kakos" deyilən narkotik vasitə olan heroini Lənkəran şəhərində yerləşən "Kiçik bazar" deyilən ərazidə üzdən tanıdığı,amma adını bilmədiyi şəxsdən almışdır.Heroin aldığı şəxs çəkidə onu aldatmasın deyə, üzərində elektron tərəzi gəzdirmişdir.O, 27 oktyabr 2022-ci il tarixdə, saat 11 radələrində yaşadığı evdən çıxıb heroin almaq üçün avtobusa əyləşmiş və Lənkəran şəhərinə getmişdir.Lənkəran şəhərində avtobusdan düşüb piyada "Kiçik bazar" deyilən əraziyə getmiş və həmişə ona heroin satan şəxsdən 50 manata 10 ədəd sellofan bükümlərində heroin almışdır.Sonra isə avtobusla Liman şəhərinə qayıtmış və yaşadığı evə getmişdir. Həmin günü, yəni 27 oktyabr 2022-ci il tarixdə saat 18 radələrində evdən küçəyə çıxmış və üzərində olan heroindən istifadə etmək üçün münasib yer axtarmağa başlamışdır.Həmin vaxtı Liman şəhəri H.Aslanov küçəsində piyada gəzdiyi zaman yanında bir maşın dayanmış və həmin maşından bir neçə nəfər şəxs yerə düşərək ona yaxınlaşmışlar.Həmin şəxslərdən biri ona polis işçiləri olduqlarını bildirmiş və onu maşına əyləşdirib Liman polis bölməsinə gətirmişlər.Polis işçisi ona müdafiəçi qismində təqdim olunmuş vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində axtarış aparmışdır. Axtarış aparılmazdan əvvəl polis işçisi, üzərində axtarışın video çəkilişlə aparılacağı barədə ona məlumat vermişdir.Bundan sonra adını bilmədiyi polis işçisi mobil telefonun video kamerası ilə çəkiliş aparmağa başlamışdır.Polis işçisi, ona hüquq və vəzifələrini izah etmişdir. Polis işçisi ona təklif etmişdir ki, əgər üzərində qanunla saxlanması qadağan olunmuş hər hansı bir əşya və maddə varsa təqdim etsin.O da əynindəki boz rəngli şalvarının sol yan cibində gizlətdiyi içərisində 10 ədəd şəffaf sellofan kəsiyi bükümlərində narkotik vasitə heroin olan bir ədəd siqaret qutusunu və şalvarının sağ yan cibində olan bir ədəd elektron tərəzini çıxardıb masanın üzərinə qoymuşdur.Polis işçisi həmin siqaret qutusunun içərisində nə olduğunu ondan soruşmuşdur.O da həmin siqaret qutusunun içərisində 10 bükümdə "kakos" deyilən heroin olduğunu bildirmişdir.Polis işçisi elektron tərəzini nə üçün cibində saxladığını ondan soruşmuşdur.O da heroin alarkən, narkotika satan şəxsin onu aldatmaması üçün çəkisini dəqiqləşdirmək məqsədilə həmin elektron tərəzidən istifadə etdiyini bildirmişdir.Polis işçisi siqaret qutusunun qapağını açmış və onun siqaret qutusunun içərisinə qoyduğu 10 bükümdə olan heroini çıxardıb masanın üzərinə qoymuşdur.Bundan sonra, polis işçisi onun üzərində axtarış aparmış,amma təqdim etdiyi 10 bükümdə olan heroindən və bir ədəd elektron tərəzidən başqa üzərindən heç nə aşkar olunmamışdır.Polis işçisi həmin 10 ədəd bükümdə olan heroini kimdən, haradan və hansı məqsədə aldığını ondan soruşmuşdur.O da həmin 10 bükümdə olan heroini 27 oktyabr 2022-ci il tarixdə, səhər saatlarında Lənkəran şəhərində yerləşən "Kiçik bazar" deyilən ərazidə 50 manata üzdən tanıdığı, amma adını bilmədiyi şəxsdən özü istifadə etmək üçün aldığını bildirmişdir.Bundan sonra, polis işçisi içərisində heroin olan 10 ədəd bükülünü elektron tərəzidə çəkmiş və o, elektron tərəzinin ekranına baxan zaman içərisində heroin olan 10 ədəd bükülünün cəmi çəkisinin 1,40 qram olduğunu görmüşdür.Polis işçisi içərisində heroin olan 10 ədəd bükülünü bir zərfə qoymuş və həmin zərfin üzərinə möhür vurmuşdur.Sonra isə polis işçisi elektron tərəzini də bir ədəd zərfə qoymuş və zərfin üzərinə möhür vurmuşdur.O, vəkil Müdafiəçi ilə birlikdə həmin 2 ədəd zərfin üzərinə imza etmişdir.Bundan sonra videoçəkiliş dayandırılmışdır.Polis işçisi protokol tərtib etmiş və o da, vəkil Müdafiəçi ilə birlikdə həmin protokola imza etmişdir.Ona həmişə heroin satmış şəxsin adını və harada yaşadığını bilmir.Amma həmin şəxs orta bədən quruluşlu, qarabuğdayı, boyu 170-175 sm olan 35-40 yaşlarında kişidir.Onun mobil telefonu yoxdur və mobil telefon nömrəsindən də istifadə etmir.O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 27 oktyabr 2022-ci il tarixdən etibarən tanıyır. Təqsirləndirilən şəxsla qohumluğu yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır. 27 oktyabr 2022-ci il tarixdə icraatına Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi, üzərində saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bu barədə tərəfindən Liman polis bölməsinin rəhbərliyinə raportla məruzə edildikdən sonra Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədi ilə təxirəsalınmadan ətrafında əməliyyat tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir. Onun rəhbərliyi altında, Liman polis bölməsinin polis nəfərləri, polis serjantı Şahid3 və polis serjantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 27 oktyabr 2022-ci il tarixdə, saat 17:50 dəqiqədə Liman şəhəri H.Aslanov küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq Liman polis bölməsinə gətirilmişdir. Sonra isə Təqsirləndirilən şəxs baş təhqiqatçı, polis mayoru Mircan Quliyevin xidməti otağına aparmışlar. Mircan Quliyev tərəfindən, onun, Şahid3, Şahid2 və müdafiəçisi Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs təklif etmişdir ki, əgər üzərində qanunla saxlanması qadağan olunmuş hər hansı bir əşya və maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs da əynində olan boz rəngli cins şalvarının sol yan cibindən bir ədəd siqaret qutusunu, sağ yan cibindən isə bir ədəd elektron tərəzini çıxardıb masanın üzərinə qoymuş, həmin siqaret qutusunun içərisinə baxış keçirildikdə 10 ədəd bükümün içərisində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs da heroin alarkən və heroindən istifadə edərkən çəkisini dəqiqləşdirmək məqsədilə həmin elektron tərəzidən istifadə etdiyini, həmin 10 bükümdə olan heroini 27 oktyabr 2022-ci il tarixdə, səhər saatlarında Lənkəran şəhərində yerləşən «Kiçik bazar» deyilən ərazidə 50 manata özü istifadə etmək üçün üzdən tanıdığı, amma adını bilmədiyi şəxsdən aldığını bildirmişdir. Şübhəli şəxs kimi tutularkən, polis bölməsinə gətirilərkən və polis bölməsinin inzibati binasında Təqsirləndirilən şəxs onun tərəfindən hər hansı fiziki və psixi zor tətbiq edilməyib, onu döyməmiş, ona hərt hansı işgəncə verməmiş, başqa polis əməkdaşlarının və şəxslərin təqsirləndirilən şəxsə qarşı bu kimi hərəkətlərin edilməsini şahidi olmamışdır. Məhkəmə istintaqında Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, yalnız onun barəsində əməliyyat axtarış tədbirləri həyata keçirilən zamanı onu tanımışdır. Təqsirləndirilən şəxsla qohumluğu yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır. 27 oktyabr 2022-ci il tarixdə əməliyyat müvəkkili Şahid1 icraatına Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi, üzərində saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, Şahid1 rəhbərliyi ilə Liman polis bölməsinin polis nəfərləri, polis serjantı Şahid3 və onun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs 27 oktyabr 2022-ci il tarixdə, saat 17:50 dəqiqədə Liman şəhəri H.Aslanov küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq Liman polis bölməsinə gətirilmiş, sonra isə onu təhqiqatçı Mircan Quliyevin xidməti otağına aparmışlar. Mircan Quliyev tərəfindən, Şahid1 onun və Şahid3, həmçinin müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sol yan cibindən bir ədəd siqaret qutusunu, sağ yan cibindən isə bir ədəd elektron tərəzini çıxardıb masanın üzərinə qoymuş, həmin siqaret qutusunun içərisinə baxış keçirildikdə 10 ədəd bükümün içərisində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs da heroin alarkən və heroindən istifadə edərkən çəkisini dəqiqləşdirmək məqsədilə həmin elektron tərəzidən istifadə etdiyini, həmin 10 bükümdə olan heroini 27 oktyabr 2022-ci il tarixdə, səhər saatlarında Lənkəran şəhərində yerləşən «Kiçik bazar» deyilən ərazidə 50 manata özü istifadə etmək üçün üzdən tanıdığı, amma adını bilmədiyi şəxsdən aldığını bildirmişdir. Şübhəli şəxs kimi tutularkən, polis bölməsinə gətirilərkən və polis bölməsinin inzibati binasında Təqsirləndirilən şəxs onun tərəfindən hər hansı fiziki və psixi zor tətbiq edilməyib, onu döyməmiş, ona hərt hansı işgəncə verməmiş, başqa polis əməkdaşlarının və şəxslərin təqsirləndirilən şəxsə qarşı bu kimi hərəkətlərin edilməsini şahidi olmamışdır. Məhkəmə istintaqında Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, yalnız onun barəsində əməliyyat axtarış tədbirləri həyata keçirilən zamanı onu tanımışdır. Təqsirləndirilən şəxsla qohumluğu yoxdur, ədavəti və ziddiyyəti də olmamışdır. 27 oktyabr 2022-ci il tarixdə əməliyyat müvəkkili Şahid1 icraatına Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi, üzərində saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, Şahid1 rəhbərliyi ilə Liman polis bölməsinin polis nəfərləri, polis serjantı Şahid2 və onun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs 27 oktyabr 2022-ci il tarixdə, saat 17:50 dəqiqədə Liman şəhəri H.Aslanov küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq Liman polis bölməsinə gətirilmiş, sonra isə onu təhqiqatçı Mircan Quliyevin xidməti otağına aparmışlar. Mircan Quliyev tərəfindən, Şahid1, Şahid2, onun və Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sol yan cibindən bir ədəd siqaret qutusunu, sağ yan cibindən isə bir ədəd elektron tərəzini çıxardıb masanın üzərinə qoymuş, həmin siqaret qutusunun içərisinə baxış keçirildikdə 10 ədəd bükümün içərisində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs da heroin alarkən və heroindən istifadə edərkən çəkisini dəqiqləşdirmək məqsədilə həmin elektron tərəzidən istifadə etdiyini, həmin 10 bükümdə olan heroini 27 oktyabr 2022-ci il tarixdə, səhər saatlarında Lənkəran şəhərində yerləşən «Kiçik bazar» deyilən ərazidə 50 manata özü istifadə etmək üçün üzdən tanıdığı, amma adını bilmədiyi şəxsdən aldığını bildirmişdir. Şübhəli şəxs kimi tutularkən, polis bölməsinə gətirilərkən və polis bölməsinin inzibati binasında Təqsirləndirilən şəxs onun tərəfindən hər hansı fiziki və psixi zor tətbiq edilməyib, onu döyməmiş, ona hərt hansı işgəncə verməmiş, başqa polis əməkdaşlarının və şəxslərin təqsirləndirilən şəxsə qarşı bu kimi hərəkətlərin edilməsini şahidi olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 27 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış və götürmə aparılması haqqında 27 oktyabr 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş DVD diskdə olan videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarının sol yan cibindəki siqaret qutusunun içərisindən 10(on) ədəd bükülüdə narkotik vasitə olan heroin və həmin şalvarının sağ yan cibindən 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülür və Təqsirləndirilən şəxs həmin 10(on) ədəd bükülüdə narkotik vasitə olan heroin və 1(bir) ədəd elektron tərəzinin özünə məxsus olduğunu və şəxsi istifdəsi üçün əldə etdiyini bildirmişdir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 28 oktyabr 2022-ci il tarixli, 19/1128 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 10 ədəd bükümlərdə kütlələr ....." sözlər və imzalar olan bir ədəd zərfdəki, 10 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,103 qram, -0,120 qram, -0,121 qram, - 0,080 qram, -0,110 qram, -0,122 qram, -0,101 qram, -0,077 qram, -0,118 qram, - 0,138 qram, ümumi təmiz çəkisi-1,09 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər. Heroindən tədqiqata 0,3 qr (hər ob -0,03 qr) istifadə edilmiş, 0,79 qram qalıq qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 65 manat müəyyən edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 31 oktyabr 2022-ci il tarixli, 1127 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə heroin, 10 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,103 qram, -0,120 qram, -0,121 qram, -0,080 qram, -0,110 qram, -0,122 qram, -0,101 qram, -0,077 qram, -0,118 qram, - 0,138 qram, ümumi təmiz çəkisi-1,09 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, elektron tərəzi və 1 ədəd DVD diski iş üzrə maddi sübut kimi tanınmış, tərəzi və narkotik vasitə heroinin ekspertizadan sonra qalıq qalmış 0,079 qram hissəsi Lənkəran şəhər-rayon polis şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş, şəxsi axtarışın DVD diskinin isə iş materiallarında saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 27 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Lənkəran şəhər, İHB-nın rayonu Liman şəhər inzibati ərazi dairəsi üzrə 21 noyabr 2022-ci il tarixli Xasiyyətnamə, Arayışlar və şəxsiyyət vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs anası, X4, arvadı X3, övladları – 2006-cı il təvəllüdlü X5 və 2013-cü il təvəllüdlü X6 ilə birlikdə ünvan 2 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə-tibbi ekspertizasının 31 oktyabr 2022-ci il tarixli 1096 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Lənkəran rayon prokuroru Zöhrab Verdiyevin 232-C-2022 saylı material üzrə 27 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi zamanı döyüldüyü, ona işgəncə verildiyini məhz buna görə də ona istinad edilən narkotik vasitələrin və elektron tərəzinin onun üzərində çıxdığını bildirməsi ilə bağlı araşdırma aparılmış və bu xüsusatlarla bağlı cinayət işinin başlanması CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməli, 10 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,103 qr;-0,120 qr;-0,121 qr;-0,080 qr;- 0,110 qr;-0,122 qr;-0,101 qr;-0,077 qr;-0,118 qr;-0,138 qram; ümumi təmiz çəkisi-1,09 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək, üzərində saxlamaqla daşıması şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, məhkəmə-kimyəvi ekspertizasının 27 oktyabr 2022-ci il tarixli rəyi, maddi sübutlar, «şəxsi axtarışın keçirilməsi» barədə protokol və əlavə edilmiş DVD disk, həmçinin iş materiallarında olan istinaq hərəkətlərinə dair digər protokollarla tam təsdiq olunur. CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.10-cu maddəsində qeyd olunur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cü bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin «polis əməkdaşları tərəfindən onun üzərinə 10 büküm narkotik vasitə olan heroin və elektron tərəzi qoyulması, ona müdafiəçisi gələrkən və videoçəkiliş zamanı həmin narkotik vasitələrin və elektron tərəzinin ona məxsus olmasını bildirilməsini deməsi, o da buna etiraz etdikdə ona qarşı fiziki və psixi zor tətbiq etmələri, onu döymələri, daha sonra əgər qəbul etməyəcəyi təqdirdə daha ağır cinayətə görə onu həbs edəcəklərini deməsi, üzərinə və evinə küllü miqdarda narkotik vasitə qoyacaqlarını bildirməsi, onun da məcbur olub videoçəkiliş zamanı heroinin və elektron tərəzinin ona məxsus olduğunu bildirməsi» ifadəsi işin digər sübutları ilə təkzib olunduğundan həmin ifadələri inandırıcı hesab etmir. Belə ki, təqsirləndirilən şəxs Liman polis bölməsinə gətirildikdən sonra döyülərək üzərinə narkotik vasitə və elektron tərəzinin olduğunu bildirsə də, xx.xx.2022-ci il tarixdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsindən sonra xx.xx.2022-ci il tarixdə məhkəmə-tibbi ekspertizasının müayinəsindən keçirilmiş və müayinə zamanı hər hansı xəsarətin aşkar edilmədiyi müəyyən olunmuşdur. Bundan başqa ekspert rəyinin əsaslandırıcı hissəsində müayinə olunan Təqsirləndirilən şəxs hər hansı şikayətinin olmadığı qeyd edilmişdir. Digər tərəfdən təqsirləndirilən şəxs onun barəsində həbs qətimkan tədbirinin seçilməsi zamanı döyüldüyü, ona işgəncə verildiyini məhz buna görə də ona istinad edilən narkotik vasitələrin və elektron tərəzinin onun üzərində çıxdığını bildirməsi ilə bağlı Lənkəran rayon prokurorluğu tərəfindən müvafiq araşdırma aparılmış, 232-C-2022 saylı material üzrə Lənkəran rayon prokuroru Zöhrab Verdiyevin 27 dekabr 2022-ci il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı formada işgəcə verilməsi və hər hansı qanunsuz hərəkətlər olunması, eləcə də hədə-qorxu gəlinməsi halları təsdiqini tapmadığından cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Həmçinin həmin qərardan görünür ki, təqsirləndirilən şəxsin saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının Lənkəran rayon prokurorluğuna ünvanlanmış xx.xx.2022-ci il tarixli xx/xx-7850 saylı məlumatda «Təqsirləndirilən şəxs bədəni üzərinə Bakı İstintaq Təcridxanasının tibbisanitar hissəsində baxış keçirilən zamanı sol bazunun ön tərəfində və sağ budun içəri tərəfində qançır izləri aşkar edildiyi, Təqsirləndirilən şəxs həmin xəsarətləri həbs olunmamışdan əvvəl aldığını bildirdiyi» qeyd olunmuşdur. Məhz qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqında özünü təqsirli bilməməsi ilə bağlı ifadəsini inandırıcı hesab etmir. Məhkəmə hesab edir ki, sadalanan sübutlar Təqsirləndirilən şəxs istinad olunmuş əməlin törədilməsinə aidiyyatının və təqsirliliyinin təsdiqinə kifayətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiam üzrə Təqsirləndirilən şəxs bəraət verilməsi barədə müdafiə tərəfinin çıxışlarının dəlilləri əsassızdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə ona bəraət verilməsini təsdiq edən heç bir hal yoxdur və iş materiallarında olan sübutlarlar onun CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. Belə ki, CPM-nin 42.1.1-42.1.4-cü maddələrinə əsasən məhkəmə istintaqı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü-cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyatı olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə və sair hallar olduqda çıxarılır. Göründüyü kimi qeyd olunan maddələrin mənasına görə hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs o halda bəraət hökmü çıxarıla bilər ki, onun əməlində CM-nin 234.2ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmasın; həmin əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olsun; onun təqsirləndirildiyi cinayətləri törədilməsinə aidiyyatı olmaması sübuta yetirilsin; onun təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmasın və ya toplanmış sübutlar onun təqsirliliyini təsdiq etməsin və sair. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, onun əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini (aşkar edilmiş narkotik vasitənin miqdarını), Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin edilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 27 oktyabr 2022-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o ərazi narkoloji xəstəxanada qeydiyyata alınmalıdır. Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan - 10 bükümdə ümumi təmiz çəkisi 0,79 qram olan narkotik vasitə heroin və elektron tərəzi məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd DVD disk isə iş materiallarına saxlanılmalıdır. Məhkəmə məhkəmə məsfərləri ilə əlaqədar qeyd edir ki, ekspertiza tədqiqatının dəyəri 65 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində 3(üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 27 oktyabr 2022-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan – 10 bükümdə ümumi təmiz çəkisi 0,79 qram olan narkotik vasitə heroin və elektron tərəzi məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №1(049)-118/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-118/2023
28.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver