Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-119/2023 11.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, saat 10:00 xx.xx.1976-cı il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi : Təqsirləndirilən şəxs, 2022-ci ilin oktyabr ayında Lənkəran rayonunda istintaqla müəyyən edilməmiş dəqiq tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq, beş bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,269 qram, -0,195 qram, -0,174 qram, -0,250 qram və -0,209 qram; ümumi təmiz çəkisi -1,097 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək, həmin narkotik vasitə heroini satış məqsədilə qanunsuz olaraq üzərində saxlayaraq daşımış, bu barədə məlumat almış Lənkəran şəhərrayon polis şöbəsinin əməkdaşlarının 25 oktyabr 2022-ci il tarixdə, saat 17:20-də Lənkəran şəhəri, Qalayçılar küçəsində keçirdikləri əməliyyat tədbirləri nəticəsində piyada hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirildikdən sonra barəsində şəxsi axtarış keçirilərkən əynində olmuş gödəkçənin sağ yan cibindən qeyd olunan çəkidə və bükümlərdə narkotik vasitə heroin, sol yan cibindən isə üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona qarşı elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, subaydır. Uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitəni istifadə etməyəndə bədənində ağrılar olur. 25 oktyabr 2022ci il tarixdə səhər saatlarında Lənkəran şəhəri, “böyük bazar” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 25 manat pulun müqabilində 05 ədəd bükümdə narkotik vasitə olan heroin almışdır. Sözügedən 05 ədəd bükümdə narkotik vasitə gödəkçənin sol yan cibinə qoymuşdur. Həmin gün, yəni 25 oktyabr 2022-ci il Lənkəran şəhəri, Qalayçılar küçəsi ilə piyada hərəkətdə olan zaman Lənkəran ŞRPŞ-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, gəlişlərinin səbəbini izah edərək ona üzərində narkotik vasitə gəzdirməyində şübhəli olduğunu bildirib və onu polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində polis əməkdaşları tərəfindən onu psixoloji təzyiq göstərilmiş, elektron tərəzini ona verərək şəxsi axtarış zamanı narkotiklə yanaşı, elektron tərəzinin də ona məxsus olması barədə izahat verməyə onu məcbur etmişlər. O da polis əməkdaşlarından qorxduğu üçün müdafiəçinin iştirakı ilə aparılmış şəxsi axtarış zamanı elektron tərəzinin də ona məxsus olduğunu bildirmişdir. Onun heç vaxt narkotik vasitələri satmaq niyyəti olmamış, heç kimə narkotik satmamışdır. Sonda tərtib edilmiş protokol o da daxil olmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs son sözündə özünü Azərbaycan Respublikasının CM-nin 234.1ci maddəsi ilə təqsirli bildiyini, CM-nin 234.2-ci maddəsi ilə ona edilmiş ittiham üzrə əməlin CM-nin 234.1-ci maddəsinə tövsif edilərək, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini özü etiraf etməsə də, onun təqsiri şahidlərin ifadələri, ekspertiza rəyləri və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışında Şahid1 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin CABnin X1 əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis mayoru rütbəsindədir. İcraatına Lənkəran şəhəri, Qalayçılar küçəsi, ev 16-da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. İcraatına daxil olmuş əməliyyat məlumatı icra olunmasından ötrü tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən adı qeyd olunan şəxsin cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərliyi özü edirmiş, şöbənin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 isə qrupun üzvləri olmuşdur. Belə ki, həmin şəxsi əvvəllər tanımamış, onunla heç bir qərəzli münasibətləri olmamışdır. 25 oktyabr 2022-ci il tarixdə, saat 17 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Qalayçılar küçəsində olmasını müşahidə etmiş və sonra ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan üzərinə şəxsi axtarış keçirilməsi üçün polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə gəldikdən sonra ilk olaraq xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra, təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet olduğu təqdirdə təqdim etməyi təklif olunmuş, onun əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 05 ədəd şəffaf sellofana bükülmüş büküm və gödəkçənin sol yan cibindən 01 ədəd elektron tərəzi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində heroin olduğunu bildirmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs aşkar edilmiş 05 ədəd bükümlərdə olan kütlələr elektron tərəzidə çəkilmiş və həmin bükümlərin çəkiləri 1,30 qram olmuşdur. Daha sonra götürülmüş kütlələr ekspertizaya göndərilməsi məqsədilə zərflərə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı keçirilmiş şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 05 bükümdə narkotik vasitə olan heroini 25 oktyabr 2022-ci il tarixində səhər saatlarında Lənkəran şəhəri, “böyük bazar” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 25 manat pulun müqabilində almışdır. Bundan başqa icraatına Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması, narkotik vasitə satması barədə əməliyyat məlumatları daxil olmuş, lakin onun narkotik vasitələri satan şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələri haradan və ya kimdən əldə etməsi barədə heç bir məlumat əldə etmək mükün olmamışdır. Bundan başqa icraatına daxil olmuş əməliyyat məlumatlarına görə Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələtin bir hissəsini istifadə etmək məqsədilə, digər bir hissəsini isə satıb əvəzində pul əldə etmək üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroinin satışı ilə məşğul olması barədə məlumatlar əldə etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri satdığı şəxs və ya şəxslərin dairəsini müəyyən etmək istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilsədə, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs heç bir fiziki və psixoloji təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında dövlət itthamçısının vəsatəti əsasında elan edilməklə tədqiq olunmuş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran ŞRPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Polis kapitanı rütbəsindədir. Lənkəran ŞRPŞ-nin CAB-yə Lənkəran şəhəri, Qalayçılar küçəsi, ev 16-da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı icra olunmasından ötrü Lənkəran ŞRPŞ-nin CAB-nin X1 əməliyyat müvəkkili Şahid1 tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən adı qeyd olunan şəxsin cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərliyi Şahid1 etmiş, şöbənin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və o özü isə qrupun üzvləri olmuşdur. 25 oktyabr 2022-ci il tarixdə, saat 17:20 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Qalayçılar küçəsində olmasını müşahidə etmişlər və sonra ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan üzərinə şəxsi axtarış keçirilməsi üçün polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə gəldikdən sonra ilk olaraq xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra, təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet olduğu təqdirdə təqdim etməyi təklif olunmuş, onun əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 05 ədəd şəffaf sellofana bükülmüş büküm və gödəkçənin sol yan cibindən 01 ədəd elektron tərəzi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində heroin olduğunu bildirmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs aşkar edilmiş 05 ədəd bükümlərdə olan kütlələr elektron tərəzidə çəkilmiş və həmin bükümlərin çəkiləri 1,30 qram olmuşdur. Daha sonra götürülmüş kütlələr ekspertizaya göndərilməsi məqsədilə zərflərə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı keçirilmiş şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 05 bükümdə narkotik vasitə olan heroini 25 oktyabr 2022-ci il tarixində səhər saatlarında Lənkəran şəhəri, “böyük bazar” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 25 manat pulun müqabilində almışdır. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 25 oktyabr 2022-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 25 oktyabr 2022 il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs beş bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,269 qram, - 0,195 qram, -0,174 qram, -0,250 qram və -0,209 qram; ümumi təmiz çəkisi -1,097 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar edilmiş kütlə heroindir, həmin kütlə ona məxsusdur. Yusif Həmin kütləni Lənkəran şəhəri, “böyük bazar” adlanan ərazidə tanımadığı şəxsdən 25 manat pulun müqabilində 05 bükümdə almışdır. Elektron tərəzidən isə narkotik vasitə alarkən aldadılmaması üçün istifadə etdiyini bildirmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 26 oktyabr 2022-ci il tarixli 19/1124 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlər....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 05 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -0,269 qram, -0,195 qram, -0,174 qram, -0,250 qram və - 0,209 qram; ümumi təmiz çəkisi -1,097 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş elektron tərəzi...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroin izləri vardır. Heroin iz şəklində olduğundan çəkisini və tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmadı. Ekspertiza tədqiqatının dəyəri 65 manatdır. Məhkəmə-narkoloji ekspertizasının 27 oktyabr 2022-ci il tarixli, 1115 saylı rəyin nəticə hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Lənkəran Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 4(049)-341/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə «həbs» qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 25 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.4 və 234.1-ci maddələrii ilə təqsirli bilinib 1 il 9 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmişdir. Lənkəran rayonlararası MTE və PA Zona Mərkəzinin xx.xx.2022-ci il tarixli, 1083 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. 23 dekabr 2022-ci il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 05 ədəd bükümdə, ümumi təmiz çəkisi - 1,097 qram narkotik vasitə heroin, 01 ədəd elektron tərəzi və şəxsi axtarış aparılarkən qeydə alınmış videogörüntünün olduğu 01 ədəd DVD disk maddi sübut qismində tanınmış, ekspertizadan qaytarılmış 05 ədəd bükümdə, ümumi təmiz çəkisi -0,897 qram narkotik vasitə heroin, 01 ədəd elektron tərəzi Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş və 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Psixiatriya Xəstəxanasının 02 noyabr 2022-ci il tarixli, 889 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Lənkəran şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyildir. Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı Fuad Fətəliyev tərəfindən verilmiş arayış-xassiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs subaydır, Lənkəran şəhəri, Qalayçılar küçəsi ev 16 ünvanında anası ilə birgə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamla təqsirli bilməsə də, onun törətdiyi cinayət əməli yəni, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama və daşıma cinayətini törətməsini məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək narkotik vasitələrin satışı ilə məşğul olmadığını və üzərindən aşkar olunaraq götürülmüş beş bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,269 qram, -0,195 qram, -0,174 qram, -0,250 qram və -0,209 qram; ümumi təmiz çəkisi -1,097 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün əldə etdiyini, polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən psixoloji təzyiqə məruz qaldığı üçün ona təqdim edilmiş elektron tərəzinin də ona məxsus olması barədə izahat verməyə məcbur olması barədə göstərdikləri məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, tədqiq edilmiş sübutlar və iş materialları ilə sübuta yetmədiyindən həmin xüsusatlar təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə verir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarın 8-ci və 9cu maddələrində məhkəmələrə izah edilir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotik istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası Cinayət Məcəlləsi 59 və 61ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsas yoxdur. CM-nin 234.2-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Yuxarıda qeyd olunan qanun normalarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı 25 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut Lənkəran ŞRPŞ-də saxlanılan ekspert tədqiqatından sonra qalmış beş ədəd bükümdə ümumi təmiz çəkisi 0,897 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə şəxsi axtarış istintaq hərəkətlərini özündə əks etdirən 01 ədəd DVD diskdə olan videogörüntülər iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi ziyan, mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 354, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 25 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan beş ədəd bükümdə ümumi təmiz çəkisi 0,897 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı aparılmış videoçəkilişin yazısı olan 1 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X2, KOD 210005 VÖEN **********1 Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-119/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-119/2023
11.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver