Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-119/2024 14.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X10 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Lənkəran rayonu Ürgə kəndində anadan olmuş, evli, üç azyaşlı uşağı olan, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmamış, işləməyən, Lənkəran rayonu Ürgə kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə Lənkəran Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında videokonfrans əlaqə sistemi vasitəsilə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Belə ki, o, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində əvvəlcədən arvadı X2 ilə aralarında yaranmış münaqişələrə görə sonuncunun uşaqları ilə birlikdə yaşadıqları evi tərk edib qaynatası Şahid5 evinə gedib orada qalmasına görə yaşadığı evdən götürdüyü ümumi uzunluğu 260 mm olan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilməyən, təsərrüfatməişət təyinatlı mətbəx bıçağı ilə atası Şahid5 Lənkəran rayonu Ürgə kəndində yerləşən evinin həyətinə gedərək həmin bıçaqla özünü öldürəcəyi ilə arvadını qorxudaraq sonuncunun evinə gəlməsini tələb etməklə səs-küy yaratdığına görə, arvadı Mətanət Hüseynovanın həmin günü saat 21:40-da qaynanası Şahid6 istifadəsində olan 050-546- 72-81 saylı mobil nömrə ilə Lənkəran şəhər-rayon X14 Polis bölməsinin növbətçi hissəsinin 025-25-2-17-02 saylı mobil nömrəsinə zəng edərək Təqsirləndirilən şəxs bıçaqla onu və uşaqlarını öldürməklə hədələməsi barədə verdiyi məlumat əsasında, saat 22 radələrində növbədə olan istintaq-əməliyyat qrupunun üzvləri Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Şahid1, Liman PB-nin sahə rəisi, polis kapitanı Zərərçəkmiş şəxs, Liman PB-nin sürücü polis nəfəri, polis serjantı Şahid2, Liman PB-nin polis nəfəri, polis kiçik serjantı Şahid3 fərdi yaşayış evinin həyətinə gələrək Şahid5 Telman oğlunun fərdi yaşayış evində yaşayan şəxslərin təhlükəsizliyini təmin etmək və onun tərəfindən törədilə biləcək hüquqazidd əməllərin qarşısını almaq məqsədilə dəfələrlə əlindəki bıçağı və sonradan əlinə götürdüyü taxta parçasını yerə atmağı bildirərək, nizam-intizama dəvət etsələr də, o, bıçaq və taxta parçası ilə yaxınlaşan şəxsi vuracağı ilə hədələyərək hakimiyyət nümayəndələri olan polis əməkdaşlarının qanuni tələblərini icra etmədiyindən, polis əməkdaşı Zərərçəkmiş şəxs onun tərəfindən hər hansı cinayətin törədilməsinin qarşısını almaq üçün zərərsizləşdirmək məqsədilə fiziki güc tətbiq etməklə sonunucunun hər iki qolundan tutduqda o, polis əməkdaşına xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmək qərarına gələrək sağ əlində olan bıçaqla Zərərçəkmiş şəxs sol yan nahiyəsindən bir dəfə vuraraq sol sarğı nahiyəsində kəsilmiş-deşilmiş yara ilə müşayiət olunan sağlamlığa Yüngül zərərvurmaya aid xəsarət yetirməklə hakimiyyət nümayəndəsi olan Lənkəran ŞRPŞ-nin Liman PB-nin sahə rəisi, polis kapitanı Zərərçəkmiş şəxs xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Etdiyi əməldən səmimi peşmandır. Hadisə zamanı çox içkili vəziyyətdə olmuş və bir çox şeyləri xatırlamır. Həmin gün arvadı onun valideynlərinin evində olmuş, öz evlərinə qayıtmaq istəmədiyi üçün ona hədə qorxu gəlmək üçün əlinə bıçaq götürmüşdür. Özü günəmuzd fəhləlik edir. Ailəsi ilə barışmışdır. Zərəçəkmiş şəxsdən üzr istəyərək onu bağışlamasını və himayəsində üç uşağın olmasını nəzərə almasını xahiş edir. İbtidai istintaq zamanı o, göstərmişdir ki, 2014-cü ildə X4 ilə ailə qurmuş və birgə nikahlarından 2016-cı il təvəllüdlü Fatimə, 2018-ci il təvəllüdlü Zəhra, 2021 -ci il təvəllüdlü Hüseyn adlı övladları vardır. O, arvadı və övladları ilə birlikdə Ürgə kəndində atasına məxsus fərdi yaşayış evində yaşamışdır. Atası Adil, anası Nığabəyim, bibisi Rəyi, bacısı Sevinc sonuncunun əri Pərvaz və iki azyaşlı övladı ondan ayrı atasına məxsus digər evdə yaşayırlar. Onun yaşadığı evlə atasının yaşadığı ev arasında 100- 200 metr məsafə vardır. O, müxtəlif yerlərdə fəhlə kimi işləyib pul qazanaraq ailəsinin dolanışığını təmin etmişdir. Arvadı isə evdar qadındır. Onun əvvəllər məhkumluğu olmamış, hər hansı psixi xəstəliyi yoxdur, bununla bağlı tibb müəssisəsində qeydiyyatda olmamış, habelə narkotik və digər psixotrop maddələr qəbul etməmiş və bu kimi zərərli vərdişləri yoxdur. Lakin davamlı olaraq alkoqol içkilərin aludəçisidir. O, arvadı ilə mütamadi olaraq söz-söhbətlər etdiyi üçün tez-tez mübahisələr etmişlər. Lakin aralarında olan mübahisələri həll etdikləri üçün ailədaxili münaqişə böyüməmişdir. Son dövrlərdə kənd sakinlərindən eşitmişdir ki, bacısının əri Pərvazın uşaqları ilə birlikdə atasıgildə qalması kənd sakinləri tərəfindən müsbət qarşılanmır. Yeznəsi Pərvazın atası Adilin evində yaşaması, ayrı evə köçməməsi kənd sakinləri tərəfindən birgəyaşayış qaydalarına uyğun olmayan hadisə kimi qiymətləndirildiyindən ona mənfi təsir etmişdir. O da 2024-cü ilin əvvəllərində bir neçə dəfə alkoqol içki qəbul edərək içkili halda atasının yaşadığı evə gedib anası ilə söhbət edərək yeznəsini və bacısını uşaqları ilə birlikdə evdən çıxartmasını, sonuncuların ayrı evə köçməsinin zəruri olduğunu, kənd əhalisi içərisində rüsvay olduğunu bildirmişdir. Lakin anası ona hər dəfə əsəbiləşərək öz ailə işləri ilə məşğul olmasını və özgəsinin ailə problemləri ilə maraqlanmamağını bildirmişdir. 06 yanvar 2024-cü il tarixdə axşam saat 17 radələrində evə gəlib bir litr miqdarda araq qəbul etdikdən sonra arvadı ilə əsassız yerə mübahisə etməyə başlamışdır. Belə ki, son dövrlərdə işləyərək qazandığı pullarla özünə spirtli içki alıb evdə təkbaşına qəbul etmiş və bundan sonra arvadı ilə tez-tez mübahisələr etmişdir. 06 yanvar 2024-cü il tarixdə mübahisə edərkən də arvadı ilə yalnız sözlə mübahisə etmiş sonuncunu döyməmişdir. 07 yanvar 2024-cü il tarixdə də eyni qaydada bir litr miqdarda arağı mağazadan alıb evdə təkbaşına içdikdən sonra evdə yatmışdır. Axşam saatlarında oyandıqda arvadının və uşaqlarının evdə olmadıqlarını görmüşdür. O, arvad və uşaqlarının atasıgilə getdiklərini düşünmüş və onların arxasıyca getmişdir. Atası Adilin evinə çatdıqda arvadının və uşaqlarının evə qayıtmasını tələb etsə də, arvadı onunla birgə gəlməyəcəklərini bildirmişdir. O, atasının evinin həyətində səs-küy salsa da, atası onun evə getməyini xahiş etmişdir. O da atasına əsəbiləşərək arvadını, uşağını geri qaytarmağını bildirmişdir. O, nə qədər əsəbi şəkildə atası ilə, daha sonra anası ilə danışıb arvad uşağını geri istəsə də, onlar onun hər gün alkoqol içki qəbul etdiyini və spirtli içkinin qəbulunu tərgitdiyi zaman arvad və uşağını ona qaytaracaqlarını və onu evə buraxmayacaqlarını bildirmişlər. Bundan sonra o, evə girə bilməyəcəyini görüb axşam saatlarında piyada şəkildə yaşadığı evə geri qayıtmışdır. 08 yanvar 2023-cü il tarixdə də heç bir yerdə işləməmiş, gününü evdə keçirtmiş və evdə yalnız təkbaşına spirtli içki qəbul etmişdir. Səhəri günü, yəni 09 yanvar 2024-cü il tarixdə arvadı səhər saatlarında evə gələrək uşaqlarının əşyalarını götürmək istədikdə arvadına əşyaları götürməyə icazə verməmişdir. Arvadı ilə sözlə mübahisə edərək sonuncuya onu ataraq evi tərk etdiyinin yalnış olduğunu bildirmişdir. Arvadı onunla mübahisə etdikdən sonra əliboş atasının evinə qayıtmışdır. Həmin günü axşam saatlarında evdə olan yeməklə bir litr miqdarında araq qəbul etmişdir. Araq içdikdən bir qədər sonra əsəbiləşərək atasıgilə gedib arvad və uşağını geri gətirmək qərarına gəlmişdir. Belə ki, bir gün əvvəl atası arvadını və uşaqlarını geri vermədiyi üçün qərara gəlmişdir ki, evdə olan bıçaqla oraya gedib onları qorxutsun. O, saat 21 radələrində evdən mətbəx bıçağını götürüb jaketinin içində gizlədib piyada atasıgilə getmişdir. Həyətin qapısı açıq olduğu üçün rahat şəkildə həyətə daxil olub evin qapısını döymüşdür. Lakin arvadı onun gəldiyini görüb evin giriş qapısını açmamışdır. Həmin günü qonşuluqda Azadgildə də xeyir məclisi keçirilmişdir. Atası, anası, bacısı və yeznəsi həmin məclisdə olmuşlar. O, həyətdə arvadını qorxutmaq məqsədilə nə qədər səs-küy yaratsa da, arvadı evin qapısını açmamışdır. Bir qədər sonra atası, anası və bacısı evə gəlmişlər. Atası çöldə qalmış, anası və bacısı evə keçmişlər. Atası onunla söhbətləşərək spirtli içkini tərgitməyini, arvad və uşaqlarını geri qaytaracağını, lakin içkili vəziyyətdə onunla gəlməyəcəklərini bildirmişdir. Bir neçə dəqiqə sonra yeznəsi Pərvaz qonşusu Azadla çəpərdən adlayıb evin həyətinə gəlmişlər. Pərvaz evə keçmişdir. Azad da, Adillə çöldə dayanaraq onun sakitləşməyini xahiş etmişlər. O, hər hansı əmlaka ziyan vurmasa da, əlindəki bıçağı yerə atmamışdır. O, atasından və anasından arvad və uşağını geri tələb etsə də, arvadı da onlara baxıb ona narazılıq edərək onunla evə gəlməyəcəyini içkili vəziyyətdə olduğunu və bundan bezdiyini bildirmişdir. O, arvadının və uşaqlarının evə gəlmədiyi təqdirdə özünü bıçaqlayacağını deyərək onları qorxutmağa çalışmışdır. Lakin o, nə pəncərəyə yaxınlaşmış, nə də qapını qırmağa çalışmışdır. O, uca səslə qışqıraraq arvadının və uşağının evinə qayıtmasını tələb etmişdir. O, səs küy salsa da, həyətə qonşular toplaşmamışlar. O, atasına məxsus fərdi yaşayış evində hər hansı əmlaka ziyan vurmamış, qonşulara qarşı heç bir hörmətsizlik etməmiş, belə bir niyyəti olmamışdır. O, içkili vəziyyətdə olduğu üçün dayanmadan uca səslə danışmışdır. Lakin ona kimsə müdaxilə etməmişdir. Bundan sonra polis əməkdaşlarının da evin həyətinə daxil olduqlarını görmüşdür. O, polis əməkdaşlarının gəldiklərini gördükdə yerdən bir taxta parçası götürüb həyətin giriş qapısı tərəfə qaçmışdır. Saylarını dəqiq bilmədiyi bir neçə polis əməkdaşı ətrafına dairə şəklində səpələnərək onu sakitləşdirməyə çalışmışlar. O, polis əməkdaşlarının da atasının evinə gəldiyini görüb daha da əsəbiləşmişdir. Arvadının və valideynlərinin üzərinə polis göndərdiklərinə görə əsəbiləşmiş və onu rüsvay etdiklərini düşünmüşdür. Həmin vəziyyətdə olduğu üçün adı sonradan ona məlum olan Əzim adlı polis əməkdaşı ona dəfələrlə xəbərdarlıq edərək polis əməkdaşı olduğunu, hətta xidməti vəsiqəsini də göstərərək sakit olmağını bildirsə də, o, spirtli içkinin təsiri altında əsəbi olduğu üçün kənara çəkilərək ona yaxınlaşmamasını bildirmişdir. Həmin vaxtı polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmişdir. O, polislərin ona yaxın gəlməməsi üçün əlində olan bıçağı sağ əlində sağa sola qabağa-geriyə doğru tərpədərək, eləcə də, taxta parçasını sol əlində tərpədərək polis əməkdaşlarını özündən uzaqlaşdırmağa çalışmışdır. Polis əməkdaşlarından biri onun dayanmayacağını görüb evin həyətində olan balıq torunu götürüb üzərinə gəlməyə başlamışdır. Daha sonra toru üzərinə atdıqdan sonra o, nə edəcəyini bilməmiş və həmin an Əzim onu qucalayaraq zərərsizləşdirməyə çalışmışdır. O da həmin an əsəbi olduğu üçün Əzimi özündən uzaqlaşdırmaq məqsədilə sağ əlində olan bıçaqla Əzimin sol bud nahiyəsinə bir dəfə zərbə endirmişdir. Bundan sonra digər polis əməkdaşları dərhal bıçağı və taxta parçasını əlindən almışlar və onu zərərsizləşdirmişlər. O, həmin müddətdə müqavimət göstərdiyi üçün onun qollarından tutub yerə yıxarkən sol üz nahiyəsi yerə dəydiyi üçün xəsarət almışdır. Bundan sonra o, polis əməkdaşları tərəfindən saxlanılmış və polis şöbəsinə gətirilmişdir. O, arvadını və uşaqlarını və ya digər ailə üzvlərini bıçaqla öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələməmişdir. O, fərdi yaşayış evinin qapısını sındırmamışdır. Onun arvadını öldürmək və ya sağlamlığına ağır zərər yetirmək niyyəti olsa idi, evin pəncərəsini sındırıb evə daxil olardı. Lakin o, sərxoş olduğu üçün evin həyətindən arvadına səslənmişdir. O daha sonra onları qorxutmaq üçün özünü bıçaqla öldürəcəyini bildirmişdir. Onu zərərsizləşdirən şəxslərin polis əməkdaşları olduqlarını dərk etmişdir. Polis əməkdaşlarının hər birinin üzərində xidməti forma olmuşdur. Bundan başqa post patrul avtomobilinin də çöldə xəbərdaredici siqanalını və işıqlarını görmüşdür. Hətta sonradan adı ona məlum olan polis əməkdaşı Əzim xidməti vəsiqəsini də ona təqdim edərək polisə müqavimət göstərməməsini və əlində olan bıçaqla kənarda toplaşan şəxslərə xəsarət yetirə biləcəyini dəfələrlə ona deyərək yerə atmağını bildirmişdir. Lakin o, spirtli içkinin də təsirində olduğu üçün əsəbiləşərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayacağını özündə qətişləşdirmiş və arvadına da göstərmək istəmişdir ki, arvadı polis əməkdaşlarını onun üzərinə çağırsa da, onu dayandıra bilməzlər. Polis əməkdaşlarından biri onun sakitləşməyəcəyini görüb evin həyətində olan toru götürüb üzərinə atdıqdan sonra digər polis əməkdaşı Əzim üzərinə gəlib hər iki əli ilə onun qollarından tutub özünə tərəf sıxaraq zərərsizləşdirmək istədikdə o da ani olaraq Əzimi özündən uzaqlaşdırmaq üçün bıçaqla sonuncunun sol bud nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Daha sonra digər polis əməkdaşları da onu tutub bıçağı əlindən almışlar və onu zərərsizləşdirmişlər. Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 33 saylı rəyində göstərilən sol qulaq seyvanı, sol gözaltı nahiyələrində aşkar edilmiş qançırlar polis əməkdaşları onu zərərsizləşdirən zaman yaranmışdır. Polis əməkdaşlarının tələblərinə tabe olmadığı üçün əlindən taxta parçasını və bıçağı buraxmadığı üçün onları əlindən alarkən o, üzü üstə yerə dəymişdir. Həmin an xəsarət almışdır. Lakin heç bir polis əməkdaşı onu döyməmiş, ona fiziki və ya psixi zorakılıq tətbiq etməmişdir. Təqsirləndirilən şəxs sön sözündə ibtidai istintaqda verdiyi ifadəsini inkar edərək, polislər tərəfindən döyüldüyünü və buna görə də ibtidai istintaqda elə ifadə verdiyini bildirmişdir. Onun müdafiəçisi isə, müdafiə nitqində təqsirləndirlən şəxsin döyüldüyünü, təqsirləndirlən şəxsin qəsdən olaraq polis zabitinə xəsarət yetirmədiyini bildirib, təqsirləndirlən şəxsin əməlini başqa maddəyə tövsüf edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs sonda özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməsə də, onun törətdiyi cinayət əməli iş üzrə toplanmış sübutlarla, o cümlədən, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər dəlillərlə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin Liman PB-nin polis sahə rəisi Zərərçəkmiş şəxs göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, əvvəllər təqsirləndirlmiş şəxsi tanımamışdır. O, təqsirləndirilən şəxsdən şikayətçidir. 09 yanvar 2024-cü il tarixdə təqsirləndirlən şəxsin arvadı bölməyə zəng vuraraq Ürgə kəndində əri Təqsirləndirilən şəxs bıçaqla onu və uşaqlarını öldürməklə hədələdiyinə dair məlumat vermişdir. Buna görə də istintaqəməliyyat qrupunun üzvləri ilə hadisə yerinə gedib təqsirləndirlən şəxsin atası Adil Hüseynzadənin fərdi yaşayış evinin həyətinə daxil olmuşlar. O və digər polis əməkdaşları həyətin giriş qapısından içəri daxil olduqda kənd sakini Şahid9 və Şahid5 evin həyətində olmuşlar və başqa kimsə həyətdə olmamışdır. Şahid5 oğlu Elçini sakitləşdirmək istəmişdir. O və digər polis əməkdaşları rəsmi geyim formasında olmuş və hər biri Elçinə yaxınlaşaraq sakit olmasını bildirmişlər. Elçin əlində tutduğu bıçaqla və sonradan yerdən götürdüyü taxta parçası ilə evin həyətində uca səslə qışqıraraq ona yaxınlaşmamasını, yaxınlaşan adamı bıçaqlayacağını demişdir. Onlar Elçinlə danışaraq onu sakitləşdirmək istəmişlər. Elçin bütün deyilən sözlərə məhəl qoymayaraq əlindəki bıçağı sağa sola, önə və arxaya doğru hərəkət etdirərək arvadının və uşağının evinə dönməsini, əks təqdirdə ona yaxınlaşanı vuracağını bildirmişdir. Bir neçə dəqiqə ərzində Elçinin ailə üzvlərinin narahatçılıq keçirdiyinin, Elçinin ailə üzvlərinin qorxduqlarını, Elçinin əlindəki bıçaqla özünə və ya kənarda şəxslərə xəsarət yetirə biləcəyi üçün ona bir daha polis əməkdaşı olduqlarını bildirərək hətta xidməti vəsiqəsini də göstərib bıçağı yerə atmasını tələb etmişdir. Elçin yenə də eyni hərəkətlərinə davam etmişdir. Elçin yaxınlaşanı vuracağını bildirdiyi və ətrafdakı şəxslərə təhlükə mənbəyi olduğu üçün onu zərərsizləşdirmək qərarına gəlmişdir. Polis serjantı Şahin evin həyətində yerdən götürdüyü toru Elçinin üzərinə atmışdır ki, sonuncu hərəkətsiz qalsın və o da dərhal Elçini tutub bıçağı və taxta parçasını əlindən alsın. Şahin toru Elçinin üzərinə atan zaman Elçin bıçaqla toru deşməyə cəhd etmişdir. O, Elçinin hər iki qolundan tutub özünə tərəf sıxıb bıçağı əlindən almaq istəyən zaman Elçin əlindəki bıçaqla onun sol bud nahiyəsindən bir dəfə zərbə vurmuşdur. Bu an digər polis əməkdaşları Şahin, Samir, Bəhruz Elçini zərərsizləşdirərək bıçağı onun əlindən almışlar. Hadisə günü də Elçin sərxoş vəziyyətdə olmuşdur. Elçinə qarşı polis əməkdaşları tərəfindən heç bir psixi və ya fiziki zorakılıq törədilməmişdir. Elçin zərərsizləşdirilərkən üz nahiyəsi yerə dəydiyi üçün sonuncu xəsarət almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin Liman PB-nin TB-nin təhqiqatçısı Şahid1 və Lənkəran ŞRPŞ-nin Liman PB-nin polis nəfəri Şahid3 ayrıayrılıqda Zərərçəkmiş şəxs göstərdiyinə uyğun ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təqsirləndirlən şəxs onun əridir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Belə ki, o, əri ilə bərabər qaynatasına məxsus evdə yaşayır. Qaynatası Elçin üçün ayrıca ev tikdirmişdir. Lakin buna baxmayaraq Elçin son bir il ərzində qazandığı pulla özünə spirtli içkilər alaraq hər gün sərxoş vəziyyətdə evə gəlmiş, onunla mübahisələr etmiş, ailənin dolanışığını təmin etməmiş, azyaşlı övladlarının hər gün evdə qorxu içində yaşamasına səbəb olmuşdur. Son bir il ərzində Elçinin mütamadi olaraq spirtli içki qəbul edərək sərxoş vəziyyətdə evə gəlməsini onun qaynatası, qaynanası da şahid olmuşlar. Belə ki, onların yaşadıqları ev qaynatasının yaşadığı evdən 100-150 metr aralıda yerləşir. Ailənin dolanışığını qaynatası təmin etmişdir. 2024-cü ilin yanvar ayından etibarən Elçin hər gün spirtli içki qəbul edərək evdə onun üzərinə qışqıraraq, evdə səs- küy salaraq onun və uşaqlarının evdə normal yaşamasına maneçilik törətməyə başlamış və onları evdən qovmuşdur. Elçinin hər gün mütamadi olaraq çox miqdarda spirtli içki qəbul edərək evdə söz-söhbətlər yaratması nəticəsində bezərək 07 yanvar 2024-cü il tarixdə, axşam saatlarında üç azyaşlı övladını götürüb qaynatasıgilə gəlmişdir. Qaynatası onu və uşaqlarını evdə yerləşdirmişdir. Onun baldızı, sonuncunun əri və uşaqları qaynatasıgildə müvəqqəti yaşasalar da, qaynatası onu və övladlarını da qəbul edərək evdə onlar üçün şərait yaratmışdır. Bundan sonra həmin günü saat 23 radələrində Elçin içkili vəziyyətdə qaynatasının evinin həyətinə gələrək səs-küy salıb onu və övladlarını geri istəmişdir. O, çölə çıxmamış və əri Elçinlə söhbətləşməmişdir. Qaynatası Elçinə nə qədər evə getməsini bildirsə də, Elçin alkoqol təsiri altında olduğu üçün sözlərinə qulaq asmamışdır. Ona görə 08 yanvar 2024-cü il tarixdə axşam saat 00:08 radələrində qaynatası istifadəsində olan mobil nömrə ilə DİN- nin “102” xidmətinə zəng edərək Elçinin evdə münaqişə yaratmasını bildirmişdir. Bundan sonra Elçin evin həyətindən çıxıb yaşadığı evə getmişdir. Həmin günü şikayət əsasında polis əməkdaşları qaynatasının evinə gəlmiş və ondan ərizə almışlar. Lakin həmin günü polis əməkdaşları gələn zaman Elçin artıq öz yaşadığı evdə olmuşdur. O da ərizə ilə müraciət edərək Elçinin spirtli içki qəbul etdiyini və münaqişə yaratdığını bildirmişdir. 09 yanvar 2024-cü il tarixdə qızı Fatimə saat 13 radələrində Ürgə kənd məktəbinə dərsə getməli idi. O da qaynatasıgilə uşaqlarla birgə gedərkən evdən heç nə götürməmişdi. Ona görə 09 yanvar 2024-cü il tarixdə səhər saat 08 radələrində zəruri əşyaları götürmək üçün Elçinin yaşadığı evə getmişdir. Evdən zəruri əşyaları götürmək istəsə də, Elçin əşyaları onun əlindən alaraq onu evdən qovmuşdur. Qaynatası Adil onun evə əliboş döndüyünü gördükdən sonra evdə yenidən Elçinin onunla mübahisə etdiyini və evdən qovulduğunu öyrəndikdən sonra saat 08:57-də istifadəsində olan mobil nömrə ilə “102” xidmətinə yenidən zəng edərək Elçin barəsində tədbir görülməsini əks təqdirdə Elçinin arvadını döyəcəyini bildirmişdir. Həmin şikayət əsasında qaynatası Liman polis bölməsinə dəvət edilmişdir. Orada qaynatası ərizə ilə müraciət edərək 09 yanvar 2024-cü il tarixdə Elçinin onu döyməyə cəhd etdiyini və Elçin barəsində tədbir görülməsini xahiş etmişdir. Həmin günü o, günorta saatlarında qızları Fatimə və Zəhranı Ürgə kənd məktəbinə dərsə apardıqdan sonra evə gəlmişdir. Saat 16 radələrində qaynanası Nığabəyim uşaqlarını dərsdən evə gətirmişdir. Qaynatası isə polis bölməsindən çıxdıqdan sonra mal-qaranı otlağa aparmış və 17 radələrində evə gəlmişdir. Həmin günü saat 19 radələrində qaynatası və qaynanası birlikdə qonşuluqda yaşayan Azadın evinə gedərək sonuncunun oğlunun həqiqi hərbi xidmətdən gəlməsi ilə bağlı keçirilən məclisdə iştirak etmişlər. O, övladları, baldızının uşaqları, yataq xəstəsi olan qaynatasının bacısı Rəhimbəyim evdə olmuşlar. Belə ki, qaynanası, qaynatası, baldızı məclisdə iştirak etdikdən sonra saat 21 radələrində evə qayıtdıqda Elçinin əlində bıçaqla evin həyətində olduğunu görmüşlər. Evin həyəti açıq olduğu üçün Elçin həyətə daxil olub evin giriş qapısını döysə də, o, pəncərədən Elçinin olduğunu görüb qapını açmamışdır. Elçin uca səslə ona səslənərək qapını açmağı tələb etsə də, o, qapını açmamış və evin pəncərəsindən Elçinin hərəkətlərini izləmişdir. Elçinin əlində bıçaq olsa da, sonuncu həmin bıçaqla nə pəncərəni sındırmış, nə də evin qapısına zərbə vurmuşdur. Qaynanası, qaynatası, baldızı evə gəldikdən sonra qaynanası və baldızı evə daxil olmuş və özü də qapını klidləmişdir. Daha sonra baldızının əri Pərvaz qonşu Azadla birlikdə həyətə gəldikdə Pərvaz söz-söhbətin böyüməməsi üçün evə daxil olmuşdur. Qaynatası və qonşusu Azad isə çöldə qalaraq Elçinə dəfələrlə sakitləşməsini və evinə getməsini bildirsələr də, Elçin heç bir yerə getməyəcəyini onun və uşaqlarının evinə dönməsini bildirmişdir. Belə olan halda o, qaynanasının razılığı ilə sonuncuya məxsus mobil nömrə ilə Lənkəran rayon Liman Polis bölməsinə zəng edərək Elçinin bıçaqla onu və uşaqlarını hədələdiyini bildirmişdir. O, Elçinin bıçaqla özünə və ya kiməsə qarşı xəta törədə biləcəyindən qorxaraq şikayət etmişdir. Bir neçə dəqiqə gözlədikdən sonra polis əməkdaşları xidməti avtomobillə evin həyətinə yaxınlaşmışlar. Elçin isə əlindəki bıçaqla evin həyətində giriş qapısının kənarına getmiş və yerdən taxta parçası götürmüşdür. Bir neçə polis əməkdaşı həyətə girdikdən sonra Elçinin kənarda dayandığını görüb ondan bıçağı və taxtanı yerə atmasını tələb etmişlər. Həmin vaxt o, qaynanası və digər ailə üzvləri evdə olmuşlar. Qaynatası və Azad həyətdə olmuşlar. Polis əməkdaşları bir neçə dəfə xidməti formada özlərini təqdim edərək Elçindən əlindəki bıçağı yerə atmasını tələb etmişlər. Lakin Elçin içkili vəziyyətdə olduğu üçün bıçağı yerə atmayacağını ona yaxın gəlməmələrini bildirmiş və geri getmişdir. Həyətdə Elçin səs-küy etsə də, heç bir qonşuya narahatçılıq törədilməmişdir. Polis əməkdaşlarından biri Elçinin əlindən bıçağı atmayacağını görüb evin həyətində olan üzərində yırtıqlar olan balıq torunu onun üzərinə atmışdır. Toru atmaqda məqsədləri dərhal Elçinin qollarını tutub bıçağı əlindən almaq olmuşdur. Orada sonradan adı ona məlum olan Əzim adlı polis əməkdaşı Elçinə yaxınlaşıb zərərsizləşdirmək istədikdə Elçin onun sol bud nahiyəsindən bıçaqla zərbə endirmiş və dərhal digər polis əməkdaşları bıçağı Elçinin əlindən almışlar. Bundan sonra polis əməkdaşları Elçini saxlayaraq polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, təqsirləndirlən şəxs onun oğludur və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Belə ki, oğlu Elçin kənddə müxtəlif evlərdə, obyektlərdə fəhlə kimi işləmişdir. Elçin arvadı və uşaqları ilə birlikdə yaşadığı evdən təqribən 100-150 metr aralıda yerləşən və ona məxsus olan fərdi yaşayış evində yaşamışdır. Gəlini Mətanət evdar qadındır və oğlu ilə həmişə yaxşı yola getmişdir. Oğlu Elçin son bir il ərzində mütamadi olaraq artıq miqdarda spirtli içki qəbul etməyə başlamış və evində arvadı ilə söz-söhbətlər edərək sözlə mübahisələr yaratmışdır. Belə ki, Elçin fəhlə kimi qazandığı pulları spirtli içkilərə vermiş və ailəsinin dolanışığını o, təmin etmişdir. Oğlu Elçin axşam saatlarında yaşadığı evdə və evdən kənarda spirtli içki qəbul edərək arvadı ilə mübahisələr yaratmış, azyaşlı uşaqlarının evdə qorxmasına narahatçılıq keçirməsinə səbəb olmuşdur. Lakin Elçin evdə səs-küylə mübahisələr etsə də, arvadını və uşaqlarını döyməmişdir. Ona görə gəlini dəfələrlə evinə gəlib Elçinin spirtli içki tərgitməsinə köməklik göstərməyini xahiş etmişdir. O, dəfərlərlə oğlu Elçinlə söhbətlər edərək spirtli içkini tərgitməsini bildirsə də, bir faydası olmamışdır. Belə ki, hər ay o və arvadı Nığabəyim bazarlıq edərək oğlunun yaşadığı evə getmişlər. Oğlu Elçin 2024-cü ilin yanvar ayından etibarən hər gün spirtli içki qəbul edərək evdə arvadının üzərinə qışqıraraq, evdə səs-küy salaraq gəlini Mətanətin və nəvələrinin evdə normal yaşamasına maneçilik törətməyə başlamışdır. Elçinin hər gün mütamadi olaraq çox miqdarda spirtli içki qəbul edərək evdə söz-söhbətlər yaratması nəticəsində gəlini Mətanət bezərək 07 yanvar 2024-cü il tarixdə bazar günü axşam saatlarında üç azyaşlı övladını götürüb onun evinə gəlmişdir. O, nəvələrini və gəlinini evində yerləşdirmişdir. Bundan sonra saat 23 radələrində Elçin sərxoş vəziyyətdə evinin həyətinə gələrək səs-küy salıb arvadını və uşaqlarını ondan geri istəmişdir. O, Elçinə nə qədər evə getməsini bildirsə də, Elçin alkoqol vasitənin təsiri altında olduğu üçün onun sözlərinə qulaq asmamışdır. Ona görə axşam saat 00:08 radələrində istifadəsində olan mobil nömrə ilə DİN-nin “102” xidmətinə zəng edərək Elçinin evdə münaqişə yaratmasını bildirmişdir. Bundan sonra Elçin evinin həyətindən çıxıb yaşadığı evə getmişdir. Həmin günü şikayətləri əsasında polis əməkdaşları evinə gəlmiş və gəlini Mətanətdən ərizə almışlar. Lakin həmin günü polis əməkdaşları evinə gələn zaman Elçin artıq öz evində olmuşdur. Gəlini də ərizə ilə müraciət edərək Elçinin spirtli içki qəbul etdiyini və münaqişə yaratdığını bildirmişdir. 09 yanvar 2024-cü il tarixdə nəvəsi Fatimə saat 13 radələrində Ürgə kənd məktəbinə dərsə getməli idi. Gəlini nəvələrini gətirərkən evdən uşaqların pal-paltarını, dərs ləvazimatlarını götürməmişdi. Ona görə 09 yanvar 2024-cü il tarixdə səhər saat 08 radələrində gəlini zəruri əşyaları götürmək üçün Elçinin yaşadığı evə getmişdir. Gəlini evdən zəruri əşyaları götürmək istəsə də, Elçin əşyaları onun əlindən alaraq Mətanəti evdən qovmuşdur. Gəlini Mətanətin evə əliboş döndüyünü gördükdən sonra evdə yenidən Elçinin Mətanətlə mübahisə etdiyini və sonuncunun evdən qovulduğunu öyrəndikdən sonra saat 08:57-də istifadəsində olan mobil nömrə ilə “102” xidmətinə yenidən zəng edərək Elçin barəsində tədbir görülməsini əks təqdirdə Elçinin arvadını döyəcəyini bildirmişdir. Həmin şikayəti əsasında onu Liman polis bölməsinə dəvət etmişlər. Orada ərizə ilə müraciət edərək 09 yanvar 2024-cü il tarixdə oğlu Elçinin arvadı Mətanəti döyməyə cəhd etdiyini və oğlu barəsində tədbir görülməsini xahiş etmişdir. Həmin günü gəlini günorta saatlarında nəvələri Fatimə və Zəhranı Ürgə kənd məktəbinə dərsə aparmış və evə gəlmişdir. Saat 16 radələrində arvadı Nığabəyim nəvələrini dərsdən evə gətirmişdir. O isə polis bölməsindən çıxdıqdan sonra mal-qaranı otlağa aparmış və saat 17 radələrində evə gəlmişdir. Həmin günü saat 19 radələrində arvadı və qızı ilə birlikdə qonşusu Azadın evinə gedərək sonuncunun oğlunun həqiqi hərbi xidmətdən gəlməsi ilə bağlı keçirilən məclisdə iştirak etməyə getmişdir. Gəlini, nəvələri, qızı Sevinc, yataq xəstəsi olan bacısı Rəhimbəyim evdə olmuşlar. Belə ki, həmin məclisdə iştirak etdikdən sonra saat 21 radələrində arvadı ilə birlikdə evinə qayıtdıqda evin həyətində Elçinin əlində bıçaqla arvad və uşaqlarını evinə gəlməsini tələb etdiyini görmüşdür. Arvadı evə keçdikdən sonra evin giriş qapısını bağlamışdır. Gəlini, arvadı evin pəncərəsindən həyətə Elçinin hərəkətlərinə baxmışlar. Daha sonra qonşusu Azad Pərvazla birlikdə çəpərdən atlayıb həyətə daxil olmuşlar. O, dəfələrlə Elçinə evinə getməsini bildirsə də, Elçin evə dönməyəcəyini bildirdiyi və azyaşlı nəvələri qorxduğu üçün gəlini arvadının telefonu ilə Lənkəran rayon Liman Polis bölməsinə zəng edərək Elçinin bıçaqla onları hədələdiyini bildirmişdir. Bir neçə dəqiqə gözlədikdən sonra polis əməkdaşları xidməti avtomobillə evin həyətinə yaxınlaşmışlar. Oğlu isə əlindəki bıçaqla evin həyətində giriş qapısının kənarına getmişdir. Bir neçə polis əməkdaşı həyətə girdikdən sonra Elçinin kənarda dayandığını görüb ondan bıçağı yerə atmasını tələb etmişlər. Elçin sonradan digər əlinə yerdən taxta parçası da götürüb ona yaxınlaşmamalarını bildirmişdir. Həmin vaxt arvadı, gəlini və digər ailə üzvləri evdə olmuşlar. O, həyətdə olmuş və hadisənin şahidi olmuşdur. Polis əməkdaşları bir neçə dəfə xidməti formada özlərini təqdim edərək Elçindən əlindəki bıçağı və taxta parçasını yerə atmasını tələb etmişlər. Lakin Elçin içkili vəziyyətdə olduğu üçün bıçağı yerə atmayacağını ona yaxın gəlməmələrini bildirmiş və geri hərəkət etmişdir. Evin həyətində Azaddan başqa qonşu olmamışdır. Azad da Pərvazın istəyi ilə evin həyətinə gəlmişdir. Polis əməkdaşlarından biri Elçinin əlindən bıçağı atmayacağını görüb evin həyətində olan üzərində yırtıqlar olan balıq torunu onun üzərinə atmışlar. Toru atmaqda məqsədləri dərhal Elçinin qollarını tutub bıçağı əlindən almaq olmuşdur. Orada sonradan adı ona məlum olan Əzim adlı polis əməkdaşı Elçinə yaxınlaşıb sonuncunu zərərsizləşdirmək istədikdə Elçin Əzimin sol bud nahiyəsindən bıçaqla zərbə endirmiş və dərhal digər polis əməkdaşları bıçağı Elçinin əlindən almışlar. Bundan sonra polis əməkdaşları Elçini saxlayaraq polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Şahid5la eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, təqsirləndirlən şəxs onun qardaşıdır və ibtidai iastintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Belə ki, o, əri Şahid7la müvəqqəti olaraq atası Şahid5 məxsus fərdi yaşayış evində atası Adil, anası Nığabəyim, bibisi Rəyi və öz ailə üzvləri ilə birlikdə yaşayır. Onun kimləsə adavəti və ya düşmənçiliyi olmamışdır. Qardaşı Təqsirləndirilən şəxs kənddə müxtəlif evlərdə, obyektlərdə fəhlə kimi işləmişdir. X17 üçün ayrıca ev tikdirmişdi. Lakin buna baxmayaraq Elçin son bir il ərzində qazandığı pulla özünə spirtli içkilər alaraq hər gün sərxoş vəziyyətdə evinə gələrək arvadı ilə mübahisələr etmiş, ailənin dolanışığını təmin etməmiş, azyaşlı övladlarının hər gün evdə qorxu içində yaşamasına səbəb olmuşdur. Son bir il ərzində Elçinin mütamadi olaraq spirtli içki qəbul etmişdir. Elçinin ailəsinin dolanışığını atası Adil təmin etmişdir. Elçinin hər gün mütamadi olaraq çox miqdarda spirtli içki qəbul edərək evdə söz-söhbətlər yaratması nəticəsində Mətanət bezərək 07 yanvar 2024-cü il tarixdə bazar günü axşam saatlarında üç azyaşlı övladını götürüb atası Adilin evinə gəlmişdir. X15 və uşaqlarını evdə yerləşdirmişdir. Baxmayaraq ki, o, əri və uşaqları həmin evdə müvəqqəti yaşayırlar, X15 və övladlarını evdə yerbəyer etdikdən sonra onlara baxacağını bildirmişdir. Bundan sonra saat 23 radələrində Elçin içkili vəziyyətdə atasının evinin həyətinə gələrək səs-küy salıb Mətanəti və uşaqları geri istəmişdir. X16 nə qədər evə getməsini bildirsə də, Elçin alkoqol vasitənin təsiri altında sərxoş vəziyyətdə olduğu üçün sözlərinə qulaq asmamışdır. Ona görə axşam saat 00:08 radələrində atası istifadəsində olan mobil nömrə ilə DİN-nin “102” xidmətinə zəng edərək Elçinin evdə münaqişə yaratmasını bildirmişdir. Bundan sonra Elçin evin həyətindən çıxıb yaşadığı evə getmişdir. Həmin günü şikayət əsasında polis əməkdaşları atasının evinə gəlmiş və sonuncudan ərizə almışlar. Lakin həmin günü polis əməkdaşları gələn zaman Elçin artıq öz yaşadığı evdə olmuşdur. Mətanət də ərizə ilə müraciət edərək Elçinin spirtli içki qəbul etdiyini və münaqişə yaratdığını bildirmişdir. 09 yanvar 2024-cü il tarixdə səhər saat 08 radələrində də Mətanət öz evinə getdikdə Elçin arvadı ilə mübahisə yaratdığı üçün həmin günü saat 08:57-də atası istifadəsində olan mobil nömrə ilə “102” xidmətinə yenidən zəng edərək Elçin barəsində tədbir görülməsini əks təqdirdə Elçinin arvadını döyəcəyini bildirmişdir. Həmin şikayət əsasında atasını Liman polis bölməsinə dəvət etmişlər. 09 yanvar 2024-cü il tarixdə atası polis bölməsinə gedib ərizə ilə müraciət edərək Elçinin Mətanəti döyməyə cəhd etdiyini və Elçin barəsində tədbir görülməsini xahiş etmişdir. 09 yanvar 2024-cü il tarixdə əri səhər saatlarından saat 17 radələrindək kənddə fəhlə kimi işləmiş, o isə Mətanətlə birlikdə evdə ev işləri ilə məşğul olmuşdur. Həmin günü saat 19 radələrində atası və anası ilə birlikdə qonşuluqda yaşayan Azadın evinə gedərək sonuncunun oğlunun həqiqi hərbi xidmətdən gəlməsi ilə bağlı keçirilən məclisdə iştirak etmişdir. Əri isə daha sonra həmin məclisə gəlmişdir. Uşaqlara isə evdə Mətanət baxmışdır. Mətanət üç azyaşı övladı, onun iki azyaşlı övladı və bibisi Rəyi evdə qalmışlar. Rəyi yataq xəstəsi olduğundan çölə çıxmır. Belə ki, məclisdə iştirak etdikdən sonra saat 21 radələrində anası, atası ilə birlikdə evə qayıtdıqda evin həyətində Elçinin əlində bıçaqla arvad və uşaqlarını evinə gəlməsini tələb etdiyini görmüşdür. Ərim isə bizdən sonra evə qayıtmışdır. Evin həyəti açıq olduğu üçün Elçin həyətə daxil olmuş, evin giriş qapısını döysə də, pəncərədən Elçinin olduğunu görüb qapını açmamışlar. Elçin uca səslə Mətanətə qışqıraraq qapını açmağı tələb etsə də, qapını açmamış və evin pəncərəsindən Elçinin hərəkətlərini izləmişdir. Elçinin əlində bıçaq olsa da sonuncu həmin bıçaqla nə pəncərəni sındırmış, nə də evin qapısına zərbə vurmuşdur. O və əri evə daxil olub uşaqlarını başqa otağa aparmışdır. Atası da onun çölə çıxmamağını xahiş etmiş və özünün oğlu ilə danışıb məsələni yoluna qoyacağını bildirmişdir. Anası və Mətanət isə pəncərədən çölə baxmışlar. Atası çöldə qalaraq Elçinə dəfələrlə sakitləşməsini və evinə getməsini bildirsə də, Elçin heç bir yerə getməyəcəyini bildirmişdir. Belə olan halda Mətanət evdə qaynanasının razılığı ilə sonuncuya məxsus mobil nömrə ilə Lənkəran rayon Liman Polis bölməsinə zəng edərək Elçinin bıçaqla onu və uşaqlarını hədələdiyini bildirmişdir. Mətanət Elçinin bıçaqla özünə və ya kiməsə qarşı xəta törədə biləcəyindən qorxaraq şikayət etmişdir. Bir neçə dəqiqə gözlədikdən sonra polis əməkdaşları xidməti avtomobillə evin həyətinə yaxınlaşmışlar. Lakin o və əri evdə başqa otaqda uşaqlarının yanında olduqları üçün hadisənin necə və hansı şəraitdə olmasını görməmişlər. Belə ki, övladları ağladığı üçün onları sakitləşdirmək üçün əri ilə birlikdə digər otaqda olmuşlar. Polis əməkdaşları Elçini zərərsizləşdirdikdən sonra atasından eşitmişdir ki, Elçin sərxoş vəziyyətdə olduğu üçün əsəbiləşərək polis əməkdaşına əlindəki bıçaqla zərbə vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 Şahid8 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiklərini təsdiq etmişdir. Əlavə olaraq göstərmişdir ki, təqsirləndirlən şəxs qayınıdır və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Belə ki, kimləsə ədavəti və ya düşmənçiliyi yoxdur. O, Ürgə kəndində təqsirləndirlən şəxsin atası Şahid5la qonşuluqda yaşayır. Onun fərdi yaşayış evini Şahid5 yaşayış evindən çəpər ayırır. Şahid5 zəhmətkeş adamdır və kimləsə ədavəti və ya düşmənçiliyi yoxdur. Adilin oğlu Elçin atasından ayrı arvadı və uşaqları ilə birlikdə yaşamışdır. Elçin kənddə fəhlə kimi müxtəlif yerlərdə işləmişdir. Elçinlə onun çox ünsiyyəti olmamışdır. Elçinin arvadı ilə ailədaxili mübahisələrinin olub-olmaması barədə məlumatı olmamışdır. X8 08 yanvar 2024-cü il tarixdə həqiqi hərbi xidməti başa vuraraq təxris olunması münasibəti ilə 09 yanvar 2024cü il tarixdə evində və həyətində məclis qurmuşdur. Həmin məclisə qohumları və ona yaxın şəxsləri dəvət etmişdir. Belə ki, qonşusu Adil, onun arvadı Nığabəyim, Pərvaz və onun arvadı Sevinc də həmin məclisə gəlmişlər. Məclis səhər saatlarında başlamış axşam saat 21 radələrinədək davam etmişdir. Belə ki, fərdi yaşayış evində təşkil etdiyi məclisdən heç kimin narazılığı olmamış, məclisdə hər hansı mübahisə, söz-söhbət olmamışdır. Məclisin keçirilməsinə mane ola biləcək hər hansı hadisə olmamışdır. Məclis dağıldıqdan sonra hər kəs öz evinə getmişdir. Həmin günü saat 21 radələrində qonaqları yola salarkən Pərvaz onu kənara çəkərək evə ötürməyini xahiş etmişdir. O, Pərvazdan nə baş verdiyini soruşduqda ona qaynı Elçinin evin həyətinə gəldiyini və orada sözsöhbət yaratdığını, onunla dalaşa biləcəyini düşündüyünü bildirmişdir. O da Pərvazla birlikdə çəpəri keçib Adilgilin həyətinə daxil olmuşdur. Həyətə daxil olduqda Elçinin bir əlində bıçaq, bir əlində uzuluğu təqribən 30-40 sm olan taxta parçası ilə həyətin giriş qapısından hamam tərəfə qaçdığını görmüşdür. Evin həyətində xidməti formada dörd polis əməkdaşı Elçinin ətrafında onu sakitləşdirməyə çalışmışlar. O da Elçinə tərəf gedib onu sakitləşmək istəmişdir. Lakin Elçin əsəbi şəkildə yaxın durmamağı bildirmişdir. Evin həyətində Adil də Elçini sakitləşdirməyə çalışmışdır. Polis əməkdaşları dəfələrlə Elçini nizam-intizama dəvət etsələr də, Elçin sakitləşməmiş, hər bir əlində tutduğu bıçaq və taxta parçası ilə yaxınlaşanı vuracağını bildirmişdir. Bu zaman adını bilmədiyi polis əməkdaşı evin həyətində olan balıq torunu Elçinin üzərinə ataraq onun hərəkətlərini yavaşıtmaq istəmişdir. Bundan sonra sonradan adı ona məlum olan Əzim adlı polis əməkdaşı Elçinin hər iki əlini tutaraq onun əlində bıçağı və taxtanı almaq istədikdə Elçin sağ əlindəki bıçaqla polis əməkdaşı Əzimin sol bud nahiyəsinə xəsarət yetirmişdir. Lakin digər polis əməkdaşlarının çevik müdaxiləsi nəticəsində Elçin zərərsizləşdirilərək bıçaq və taxta əlindən alınmışdır. Bundan sonra Elçin polis əməkdaşları tərəfindən tutularaq polis şöbəsinə aparılmışdır. Əzim evin həyətində su ilə sol bud nahiyəsində yaranı yuyarkən həmin nahiyəsində qan axdığını görmüşdür. Bundan sonra o, evimə getmişdir. Təqsirləndirilən şəxs 09 yanvar 2024-cü il tarixdə arvadı Mətanəti və uşaqlarını bıçaqla hədələməmişdir. Elçin həmin günü əsəbi olduğu üçün polis əməkdaşına müqavimət göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 qonşusu Şahid10 da Şahid9lə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 qonşusu Şahid11 ifadəsində hadisə baş verən günü ailə üzvləri ilə Bakı şəhərində olduğunu, hadisə barədə məlumatlı olmadığını göstərmişdir. İşdə olan raportdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə polis bölməsinə gətirilərək ora təhvil verilmişdir. İşdə olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərarından görünür ki, əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. polis bölməsinə gətirilərək ora təhvil verilmişdir. İşdə olan Lənkəran ŞRPŞ-nin Liman PB-də 2024-cü ilin yanvar ayı ərzində istintaqəməliyyat qrupunun növbətçilik cədvəlinə baxış protokolundan görünür ki, 09 yanvar 2024-cü il tarixdə təhqiqatçı polis kapitanı Şahid1, Liman PB-nin sürücü polis nəfəri, polis serjantı Şahid2, Liman PB-nin polis nəfəri, polis kiçik serjantı Şahid3, Liman PB-nin sahə rəisi, polis kapitanı Zərərçəkmiş şəxs istintaq-əməliyyat qrupunun üzvü olmuşlar. İşdə olan xx.xx.2024-cü il tarixli telefon məlumatından görünür ki, xx.xx.2024-cü il tarixdə saat 21:40-da Lənkəran rayonu Ürgə kənd sakini Şahid4 ***-***-**-** saylı mobil nömrə ilə Liman PB-nin növbətçi hissəsində olan 025-25-2-17-02 saylı nömrəyə zəng edərək həyat yoldaşı Təqsirləndirilən şəxs bıçaqla onu və uşaqlarını öldürməklə hədələdiyini, polis əməkdaşlarının ünvana yaxınlaşmasını və onlara köməklik göstərməsini xahiş etmişdir. İşdə olan Lənkəran ŞRPŞ-dən xx.xx.2024-cü il tarixli məktubla daxil olmuş materialdan görünür ki, Şahid5 Telman oğlu ***-***-**-** saylı mobil nömrə ilə DİN-nin “102” xidmətinə zəng edərək oğlu Təqsirləndirilən şəxs evdə münaqişə yaratması barədə məlumat vermişdir. Şahid4 xx.xx.2024-cü il tarixdə Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs hər gün spirtli içki qəbul etdiyini və evə gəldikdə onlarla münaqişə yaratdığını, barəsində tədbir görülməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə Şahid5 Telman oğlu DİN-nin “102” xidmətinə zəng edərə oğlu Elçinin gəlinini döyməsi barədə məlumat vermişdir. Həmin tarixdə Hüseynov X9 polis bölməsinə ərizə ilə müraciət edərək oğlu Təqsirləndirilən şəxs 09 yanvar 2024cü il tarixdə səbət saatlarında arvadını döymək istədiyini, oğlu barəsində tədbir görülməsini xahiş etmişdir. İşdə olan sərxoşluğa dair tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 000069 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. İşdə olan məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 34 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - sol sarğı nahiyəsində kəsilmiş- deşilmiş yara aşkar edilmişdir. Qeyd olunan xəsarət iti kənarlı və ya uclu alətin ola bilsin ki, bıçağın təsirindən törənmişdir, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni xx.xx.2024-cü ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. İşdə olan məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 33 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol qulaq seyvanı, sol gözaltı nahiyələrinizdə qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər və müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər oduqları üçün dərəcələri təyin edilmir. İşdə olan məhkəmə-ballistik, trasoloji ekspertizasının 16 fevral 2024-cü il tarixli 3- 16-16/2- 3; 3/90 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və üzərində onun təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş şalvarın səthində təyin tədqiqi hissəsində saylı göstərilməklə təsvir edilən zədə vardır. Təqdim edilmiş şalvarın səthində olan zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan bir ədəd predmetin, (bıçaq) təsiri nəticəsində yaranmağa xarakterik deşilib-kəsilmə zədəsidir. Belə predmetə tiyəsi (tiyənin ölçüləri əsasında) həmin xassəyə malik olan bıçaqlar da aiddir. Ümumi əlamələrinə əsasən şalvarın səthində olan zədənin tədqiqata təqdim edilmiş bir ədəd bıçağın təsirindən yaranması mümkündür. Lakin təqdim edilmiş şalvarın səthində olan zədədə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədənin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş şalvarın material xüsusiyyətlərindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyasının səthində olan deşilib-kəsilmə zədəsinin yaranma mexanizmini təyin etmək mümkün olmadı. Həmin rəyə əlavə edilmiş bildirşdən görünür ki, ekapertiza tədqiqatının dəyəri 128 manat təşkil edir. İşdə olan məhkəmə bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 132/2024 - mtbş saylı rəyinə əsasən bir ədəd bıçağın tiyəsinin üzərində və Zərərçəkmiş şəxs məxsus bir ədəd şalvar üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız H antigeni alındı. Belə olan halda bu qan ləkələri O alfa, beta (İ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Bir ədəd bıçağın dəstəyinin üzərində qana şübhəli ləkələr aşkar olunmadı. İşdə olan kompleks məhkəmə psixoloji və psixiatrik ekspertizasının 19.02,2024-cü il tarixli 435 saylı rəyinə Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə və hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmur, o, cinayət törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs oglu hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır. O, törətdiyi əməl barəsində anlaqlı hesab edilmişdir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Onun əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ilə istintaq hərəkətlərinin aparılması mümkündür. Onun əqli-intellektual imkanları normaya uyğundur, eqosentrizm, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik, inadkarlıq, nümayişkaranəlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəində göstərilən hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. O, cinayət əməlini törədərkən pisixi-emosional vəziyyətində emosional oyanıqlıq yaranmışdır. Onun keçirdiyi emosional halın yaranması adi alkoqol sərxoşluğu ilə şərtlənmişdir. O, cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. İşdə olan xasiyyətnamə və yaşayış yerindən arayışdan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və himayəsində xx.xx.2016-cı il təvəllüdlü qızı Fatimə, xx.xx.2018-ci il təvəllüdlü qızı Zəhra və xx.xx.2021-ci il təvəllüdü oğlu Elçin adlı üç azyaşlı övladı vardır. İşdə olan Respublika Baş Prokurorluğunun xx.xx.2024-cü il tarixli 2-2-438/2- 009763/2024 saylı cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan “Sübutların qiymətləndirilməsi haqqında” Qərardan görünür ki, cinayətin aləti olan bir ədəd bıçaq və Zərərçəkmiş şəxs məxsus bir ədəd şalvar maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Lənkəran rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir. Məhkəmə işdəki sübutları araşdırıb, onlara hüquqi qiymət verərək, təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini dinləyib, onları məcmusu üzrə qiymətləndirərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan CM-nin 315-ci maddəsi ilə tövsif edilmişdir, o, göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqların olmasını, 59.2-ci maddələrinə əsasən etdiyi əmələ görə zərəçəkmiş şəxsdən üzr istəməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Hadisə günü təqsirləndirlən şəxsin aldığı xəsarətlərələ bağlı məhkəmə qeyd edir ki, məhkəmə iclasında şahidlərin ifadələrindən müəyyən olunmuşdur ki, təqsirləndirlən şəxs zərərsizləşdirilərkən üz nahiyəsi yerə dəydiyi üçün sonuncu həmin xəsarətlərini almışdır. Bu hal polis əməkdaşları tərəfindən ona qarşı fiziki zorakılıq törədilməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə yuxarıda qeyd olunanaları, eləcə də təqsirləndirlən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmşinin hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran rayon prokurorluğunda saxlanılan cinayətin aləti olan bir ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməli, Zərərçəkmiş şəxs məxsus bir ədəd şalvar hökm qanuni qüvvəsini aldıqdan sonra ona qaytarılmalıdır. Təqsirləndirilən şəxs 128 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 315-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 09 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Lənkəran rayon prokurorluğunda saxlanılan bir ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin, Zərərçəkmiş şəxs məxsus bir ədəd şalvar hökm qanuni qüvvəsini aldıqdan sonra ona qaytarılsın. Təqsirləndirilən şəxs 128 manat ekspertiza xərci tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, təqsirləndirlən şəxsə isə təqdim edildiyi andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X13
Məhkəmə qərarları › İş №1(049)-119/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-119/2024
14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver