Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-119/2025 29.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi: Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1968-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixli Suraxanı rayon məhkəməsinin Qərarı ilə 10 ay 02 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2024-cü ildə qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, Lənkəran rayonu, Girdəni kəndində qeydiyyatda olmaqla, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Lənkəran Penitensiar kompleksində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edərək saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, Bakı şəhərində olarkən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, bir ədəd bükümdə təmiz çəkisi 1,698 (bir tam mində altı yüz doxsan səkkiz) qram olan ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən 19 mart 2025-ci il tarixdə keçirilmiş əməliyyat tədbiri nəticəsində saat 14:05-də Lənkəran rayonu Girdəni kəndində Masallı-Boradigah-Lənkəran avtomobil yolunun kənarında küçədə piyada hərəkətdə olarkən saxlanılaraq orada üstünün yoxlanılması zamanı əynində olan gödəkcəsinin sağ yan cibindən “Prima” markalı siqaret qutusunun içərisində saxladığı bir ədəd sellofan bükümdə, 1,698 qram çəkidə olan xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 mart 2025-ci ildə tutulan zaman üzərində üzərində psixotrop maddə onda metamfetamin olsa da, lakin ittihamda qeyd olunan həcmdə olmamışdır. Bakı şəhəri ərazindən Qəmlo ləqəbli şəxsdən aldığı psixotrop maddə metafetamini yarısı istifadə etmiş və tutulan zaman yarısı üzərində qalmışdır. Qalmış metamfetaminin yarısı polis əməkdaşları tərəfindən aşkar edilmişdir. Həmin maddənin üzərinə polis əməkdaşları özləri əlavə psixotrop maddə qoyaraq çəkisi artırmışlar. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə dindirilərkən məhkəmədə verdiyi ifadəsində fərqli olaraq göstərmişdir ki, Lənkəran rayonu Girdəni kəndində özünə məxsus evdə arvadı Nahidə ilə birlikdə yaşamışdır. Bəzən arvadı ilə birlikdə Bakı şəhərində qızının yanma gedib bir neçə gün orada qalır. Bakı şəhərində Nəsimi rayonu 28 may adlanan ərazidə, bazarda tərəvəz satışı ilə məşğul olur. Əvvəllər Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təxminən 5 ildir ki, psixotrop maddə olan metamfetamini yandırıb tüstüsünü udmaqla istifadə etmişdir. Metamfetamini Lənkəran rayonu və Bakı şəhəri ərazisində üzdən tanıdığı şəxslərdən almışdır. Psixi və ya nevroloji dispanser qeydiyyatında deyil. xx.xx.2025-ci il tarixdə, axşam saatlarında Bakı şəhəri 28 may ərazisində yerləşən bazarda olarkən, orada üzdən tanıdığı, adını bilmədiyi şəxslə söhbət əsnasında həmin şəxs onda şüşə, yəni metamfetamin olduğunu demişdir. Həmin şəxs şüşəni ona sata biləcəyini demişdir. O, da şüşədən istifadə etdiyindən 40 manat həmin şəxsə verib bir bükümdə təxminən 2 qrama yaxın metamfetamini ondan almışdır. Aldığı metamfetamini üzərində saxlamışdır ki, istifadə edər. Həmin gün, axşam saatlarında Lənkəran rayonuna qayıtmışdır. xx.xx.2025-ci il tarixdə, günorta saatlarında Girdəni kəndində piyada yolun kənarı ilə gedərkən Bakı şəhərində 40 manata aldığı şüşə də əynində olan gödəkcənin sağ yan cibində olmuşdur. Saat təxminən 14 radələrində Girdəni kəndində piyada hərəkətdə olarkən yolun kənarında dayanmış avtomobildən bir neçə mülki geyimli şəxs düşərək ona yaxınlaşıb özlərini Lənkəran ŞRPŞ-nin işçiləri kimi təqdim etmişlər və ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməyində şübhələri olduğu üçün üzərinə baxış keçirəcəklərini bildirmişlər. Polis işçiləridən biri videokamera ilə onları görüntüyə alırmış. Həmin vaxt o, polisin onu nəyə görə saxladığını başa düşüb polis əməkdaşlarına qarşı çıxmamışdır. Baxış zamanı Rahid adlı polis işçisi tərəfindən ona üstündə qanunsuz əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuşdur. O, da əynində olan gödəkcənin sağ yan cibində, siqaret qutusunun içərisində saxladığı bir büküm psixotrop maddə metamfetamini, 2 ədəd mobil telefonu, alışqan və açarları çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Üzərindən aşkarlanmış bükümün ona məxsus olduğunu, bükümün içində “şüşə” deyilən metamfetamin olduğunu, həmin bükümü bir gün qabaq Bakı şəhəri ərazisində tanımadığı şəxsdən 40 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Aşkarlanmış sellofan bükümdə olan metamfetamin iştirakı ilə elektron tərəzidə çəkilmiş və çəkisi l,72qram olmuşdur. Üzərindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Sonra götürülmüş büküm ekspertizaya göndərilməsindən ötrü zərfdə qablaşdırılaraq möhürlənmişdir. Zərfin üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Üzərindən aşkarlanmış açarlar, alışqan və siqaret qutusu isə ona geri qaytarılmışdır. Sonra onu Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmişlər. Orada protokol tərtib edilmiş, o, da protokolu oxuyub imza etmişdir. Polis şöbəsində otaqların birində təhqiqatçı Bəhruz adlı şəxs tərəfindən üzərindən aşkarlanmış bir bükümün qoyulduğu zərfə və mobil telefonlarına videoçəkiliş vasitəsilə baxış keçirilmişdir. Sonra protokol tərtib edilmiş və o, protokolla tanış olub imza etmişdir. Təhqiqatçı Bəhruz adlı şəxs tərəfindən ona hüquq və vəzifələri izah olunmuş, ona müdafiəçilərin siyahısı təqdim edilmiş və o, həmin siyahıdan özünə İntiqam Hüseynovu hüquqlarını müdafiə etməsi üçün seçmişdir. Müdafiəçi ona təqdim edildikdən sonra təhqiqatçının təyin etdiyi ekspertizalar barədə qərarlarla tanış olub izahat vermişdir. Üzərindən aşkar edilən bir bükümdə olan psixotrop maddə metamfetamini xx.xx.2025-ci il tarixdə, axşam saatlarında Bakı şəhəri 28 may ərazisində yerləşən bazarda üzdən tanıdığı şəxsdən öz istifadəsi üçün 40 manata almışdır. O, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrdən istifadə edir. O, narkotik vasitələri Lənkəran rayonu və Bakı şəhəri ərazisində tanımadığı şəxslərdən əldə edir, həmin şəxslərin adlarını bilmir. Bundan başqa narkotik vasitələrin satışını həyata keçirmir, tapan zaman özü istifadə edir. Üzərindən aşkarlanmış metamfetamini əldə etdiyi şəxsi “Qəmlo” kimi çağırırmışlar, adını, telefon nömrəsini və yaşadığı ünvanı bilmir, həmin şəxs, orta yaşlı, arıq, sarışın, orta boylu birisi olmuşdur, başqa heç bir məlumatı yoxdur. Saxlanılarkən, üstü yoxlanılarkən və ya polis şöbəsində olarkən ona qarşı heç bir formada təzyiq olmamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib ifadəsində göstərdi ki, 19 mart 2025-ci il tarixdə Lənkəran rayonu Girdəni kəndində qeydiyyatda olmaqla yaşayan 1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması, daşıması və qəbulu ilə məşğul olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat tərəfindən raportla şöbə rəisinə məruzə olunmuş, məlumatın yoxlanılması şöbənin rəhbərliyi tərəfindən ona həvalə edilmişdir. Məlumatın yoxlanılmasını təmin etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün tərəfindən qərar qəbul olunmuş və qərar təsdiq olunduqdan sonra rəhbərliyin göstərişinə əsasən əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində onunla birlikdə polis əməkdaşları Şahid2 və Şahid3 iştirak etmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs ola biləcəyi yerlər müəyyən edilərək Lənkəran rayonu Girdəni kəndində müşahidəyə götürülmüş və saat 14:05-də həmin kənddə yolun kənarı ilə piyada hərəkətdə olarkən saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlama səbəbi izah olunduqdan sonra videoçəkiliş vasitəsi ilə ilk olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, daha sonra üstünün yoxlanılmasına başlanılmışdır. Üstünün yoxlanılmasına başlanmazdan əvvəl Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sağ yan cibindən bir ədəd “Prima” markalı siqaret qutusunun içərisindən bir ədəd bükümü çıxarıb təqdim edərək bükümün içərisində “şüşə” olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs cibindən açar, alışqan, 2 ədəd “Homor” və “İtel” markalı mobil telefonları çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər kütlənin olması müəyyən edilmişdir. Həmin kütlənin çəkisi elektron tərəzidə çəkilərək təxmini 1,72 qram olması müəyyən edilmiş, kütlə götürülərək ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq zərfin üstü möhürlə möhürlənmişdir. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs üstü Şahid2 tərəfindən yoxlanılmış, lakin yoxlama zamanı üzərindən başqa hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş kütlə metamfetamindir, özünə məxsusdur, psixotrop maddə qəbul edir, təqdim etdiyi metamfetamini Bakı şəhərində tanımadığı şəxsdən özü qəbul etmək üçün 40 manata almış, satışı ilə məşğul olmur, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmiş, zor tətbiq olunmamış, bu barədə heç bir şikayət və tələbi yoxdur. Sonda açarlar, alışqan və siqaret Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Mobil telefonlar isə iş üçün əhəmiyyət kəsb edə biləcəyindən Şahid2 tərəfindən götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ- nin inzibati binasına gətirilmiş, şöbəyə gətirildikdən sonra Təqsirləndirilən şəxs üstünün yoxlanılmasına dair tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, Təqsirləndirilən şəxs də heç bir təzyiq altında olmadan tərtib olunmuş protokolla tanış olub imzası ilə təsdiq etmişdir. Həmçinin Təqsirləndirilən şəxs barəsində müvafiq qərar qəbul edilməsindən ötrü tərəfindən raport tərtib edilmişdir. Polis əməkdaşı Şahid3 qeydə aldığı videogörüntünü bir ədəd diskə köçürərək ona təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd zərfdə olan bir bükümdə metamfetamin, mobil telefonlar və bir ədəd CD disk tərəfindən təhqiqatçı Bəhruz Qurbanova təqdim edilərək təhqiqatçı tərəfindən həmin əşyalara baxış keçirilmişdir. Şöbədə Təqsirləndirilən şəxs vəkil siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs həmin siyahıdan özünə hüquqlarını müdafiə etməsi üçün vəkil İntiqam Hüseynovu seçmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə psixotrop maddə metamfetamini öz istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə icraatına heç bir əməliyyat məlumatı daxil olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddəni əldə etdiyi şəxsi ifşa etməmək üçün tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Həmin şəxsin müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat tədbirləri həyata keçirilsə də müsbət nəticə əldə edilməmişdir. Məhkəmə istintaqında dindirilmiş Şahid2 Baladadaş oğlu ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib ifadəsində göstərdi ki, 19 mart 2025-ci il tarixdə Lənkəran rayonu Girdəni kəndində qeydiyyatda olmaqla yaşayan 1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması, daşıması və qəbulu ilə məşğul olması barədə əməliyyat müvəkkili Şahid1 icraatına əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat raportla şöbə rəisinə məruzə olunmuş, məlumatın yoxlanılması şöbənin rəhbərliyi tərəfindən Şahid1 həvalə edilmişdir. Məlumatın yoxlanılmasını təmin etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş və qərar təsdiq olunduqdan sonra rəhbərliyin göstərişinə əsasən əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində onunla birlikdə polis əməkdaşları Şahid1 və Şahid3 iştirak etmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs ola biləcəyi yerlər müəyyən edilərək Lənkəran rayonu Girdəni kəndində müşahidəyə götürülmüş və saat 14:05-də həmin kənddə yolun kənarı ilə piyada hərəkətdə olarkən saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlama səbəbi izah olunduqdan sonra videoçəkiliş vasitəsi ilə ilk olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, daha sonra üstünün yoxlanılmasına başlanılmışdır. Üstünün yoxlanılmasına başlanmazdan əvvəl o, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sağ yan cibindən bir ədəd “Prima” markalı siqaret qutusunun içərisindən bir ədəd bükümü çıxarıb təqdim edərək bükümün içərisində “şüşə” olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs cibindən açar, alışqan, 2 ədəd “Homor” və “İtel” markalı mobil telefonları çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər kütlənin olması müəyyən edilmişdir. Həmin kütlənin çəkisi elektron tərəzidə çəkilərək təxmini 1,72 qram olması müəyyən edilmiş, kütlə götürülərək ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq zərfin üstü möhürlə möhürlənmişdir. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs üstünü yoxlanılmış, lakin yoxlama zamanı üzərindən başqa hər hansı bir əşya və ya predmet aşkar etməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş kütlə metamfetamindir, özünə məxsusdur, psixotrop maddə qəbul edir, təqdim etdiyi metamfetamini Bakı şəhərində tanımadığı şəxsdən özü qəbul etmək üçün 40 manata almış, satışı ilə məşğul olmur, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmiş, zor tətbiq olunmamış, bu barədə heç bir şikayət və tələbi yoxdur. Sonda açarlar, alışqan və siqaret Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Mobil telefonlar isə iş üçün əhəmiyyət kəsb edə biləcəyindən tərəfindən götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ- nin inzibati binasına gətirilmiş, şöbəyə gətirildikdən sonra Təqsirləndirilən şəxs üstünün yoxlanılmasına dair tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, Təqsirləndirilən şəxs də heç bir təzyiq altında olmadan tərtib olunmuş protokolla tanış olub imzası ilə təsdiq etmişdir. Həmçinin Təqsirləndirilən şəxs barəsində müvafiq qərar qəbul edilməsindən ötrü əməliyyat müəkkili Şahid1 raport tərtib etmişdir. Polis əməkdaşı Şahid3 qeydə aldığı videogörüntünü bir ədəd diskə köçürərək Nəvaiyə təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd zərfdə olan bir bükümdə metamfetamin, mobil telefonlar və bir ədəd CD disk tərəfindən təhqiqatçı Bəhruz Qurbanova təqdim edilərək təhqiqatçı tərəfindən həmin əşyalara baxış keçirilmişdir. Şöbədə Təqsirləndirilən şəxs vəkil siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs həmin siyahıdan özünə hüquqlarını müdafiə etməsi üçün vəkil İntiqam Hüseynovu seçmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq olunmuş Şahid3 ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o 19 mart 2025-ci il tarixdə Lənkəran rayonu Girdəni kəndində qeydiyyatda olmaqla yaşayan 1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması, daşıması və qəbulu ilə məşğul olması barədə əməliyyat müvəkkili Şahid1 icraatına əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat raportla şöbə rəisinə məruzə olunmuş, məlumatın yoxlanılması şöbənin rəhbərliyi tərəfindən Şahid1 həvalə edilmişdir. Məlumatın yoxlanılmasını təmin etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul olunmuş və qərar təsdiq olunduqdan sonra rəhbərliyin göstərişinə əsasən əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində onunla birlikdə polis əməkdaşları Şahid1 və Şahid2 Baladadaş oğlu iştirak etmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs ola biləcəyi yerlər müəyyən edilərək Lənkəran rayonu Girdəni kəndində müşahidəyə götürülmüş və saat 14:05-də həmin kənddə yolun kənarı ilə piyada hərəkətdə olarkən saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlama səbəbi izah olunduqdan sonra videoçəkiliş vasitəsi ilə ilk olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, daha sonra üstünün yoxlanılmasına başlanılmışdır. Üstünün yoxlanılmasına başlanmazdan əvvəl o, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sağ yan cibindən bir ədəd “Prima” markalı siqaret qutusunun içərisindən bir ədəd bükümü çıxarıb təqdim edərək bükümün içərisində “şüşə” olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs cibindən açar, alışqan, 2 ədəd “Homor” və “İtel” markalı mobil telefonları çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər kütlənin olması müəyyən edilmişdir. Həmin kütlənin çəkisi elektron tərəzidə çəkilərək təxmini 1,72 qram olması müəyyən edilmiş, kütlə götürülərək ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq zərfin üstü möhürlə möhürlənmişdir. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs üstünü yoxlanılmış, lakin yoxlama zamanı üzərindən başqa hər hansı bir əşya və ya predmet aşkar etməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş kütlə metamfetamindir, özünə məxsusdur, psixotrop maddə qəbul edir, təqdim etdiyi metamfetamini Bakı şəhərində tanımadığı şəxsdən özü qəbul etmək üçün 40 manata almış, satışı ilə məşğul olmur, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmiş, zor tətbiq olunmamış, bu barədə heç bir şikayət və tələbi yoxdur. Sonda açarlar, alışqan və siqaret Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Mobil telefonlar isə iş üçün əhəmiyyət kəsb edə biləcəyindən tərəfindən götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ- nin inzibati binasına gətirilmiş, şöbəyə gətirildikdən sonra Təqsirləndirilən şəxs üstünün yoxlanılmasına dair tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, Təqsirləndirilən şəxs də heç bir təzyiq altında olmadan tərtib olunmuş protokolla tanış olub imzası ilə təsdiq etmişdir. Həmçinin Təqsirləndirilən şəxs barəsində müvafiq qərar qəbul edilməsindən ötrü əməliyyat müəkkili Şahid1 raport tərtib etmişdir. Mən qeydə aldığım videogörüntünü bir ədəd diskə köçürərək Nəvaiyə təqdim etmişəm. Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd zərfdə olan bir bükümdə metamfetamin, mobil telefonlar və bir ədəd CD disk tərəfindən təhqiqatçı Bəhruz Qurbanova təqdim edilərək təhqiqatçı tərəfindən həmin əşyalara baxış keçirilmişdir. Şöbədə Təqsirləndirilən şəxs vəkil siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs həmin siyahıdan özünə hüquqlarını müdafiə etməsi üçün vəkil İntiqam Hüseynovu seçmişdir. Cinayət işinin 12-14-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 19 mart 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, Lənkəran ŞRPŞnin əməkdaşlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olan Lənkəran rayonu Girdəni kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs həmin tarixdə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 14:05-də rayonun Girdəni kəndində,magistral avtomobil yolunun kənarında piyada hərəkətdə olarkən saxlanılaraq, həmin yerdə videoçəkiliş vasitəsilə üstünün yoxlanılması zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkcənin sağ yan cibindəki “prima” markalı siqaret qutusunun içərisindən bir ədəd sellofan bükümdə l,72qram çəkidə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar edilmiş bir bükümdə kütlənin “şüşə” deyilən psixotrop maddə metamfetamin olduğunu, özünə məxsus olduğunu, həmin bükümü axşam saatlarında Bakı şəhərində tanımadığı şəxsdən özü qəbul etmək üçün 40 manata aldığını, narkotik vasitənin istifadəçisi olduğunu, satışı ilə məşğul olmadığını bildirmişdir. Cinayət işinin 16-18-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 19 mart 2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin gün, saat 14:05-də Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə rayonun Girdəni kəndində saxlanılaraq Lənkəran ŞRPŞ-nə gətirilən və təhqiqat bölməsinə təqdim olunan Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun üzərindən aşkar edilərək bir ədəd zərfdə qablaşıdırılmış psixotrop maddə metamfetaminə bənzər kütləyə və Təqsirləndirilən şəxs üstü yoxlanılarkən qeydə alınmış bir ədəd CD diskdə olan videogörüntüyə təhqiqatçı Bəhruz Qurbanov tərəfindən baxış keçirilmişdir. Cinayət işinin 44-46-cı vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 19 mart 2025-ci il tarixli 19/123 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs aşkarlanmış 1 ədəd büküm ...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 1,698 qram olan ağ rəngli krsitallardan ibarət maddə metamfetamindir. Ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Cinayət işinin 54-ci vərəqində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan ambulator məhkəmə-narkoloji ekspertizasının 20 mart 2025-ci il tarixli, 159 saylı rəyinə görə müayinə zamanı Təqsirləndirilən şəxs METAMFETAMİNİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (TOKSİKOMASİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 78-82-ci vərəqində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Lənkəran rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən sonuncu qapalı məhkəmə iclasında əvvəllər də narkotik vasitələrin satışı ilə əlaqədar azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini, bədənində ağrılar olduğu üçün 2 ildir ki, ağrıkəsici kimi psixotrop maddə metamfetamindən tüstü yolu ilə istifadə etdiyini, psixotrop maddədən 2-3 gündən bir mütəmadi olaraq istifadə etdiyini, xx.xx.2025-ci il tarixdə polis əməkdaşları onu küçədə hərəkətdə olarkən saxlayarkən üzərində olan bir bükümdə metamfetamini cibindən çıxarıb polis əməkdaşlarına təqdim etdiyini, həmin metamfetamini Bakı şəhərində tanımadığı şəxsdən 40 manat pula öz istifadəsi üçün alaraq cibində saxladığını, polis əməkdaşları tərəfindən saxlanılarkən və sonradan ona qarşı heç bir təzyiq göstərilmədiyini, fiziki və mənəvi təsirə məruz qalmadığını bildirərək barəsində olan təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin 129-131-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, iş üzrə “Azerfon MMC”-dən 30 aprel 2025-ci il tarixli, 2866/25 saylı məktubla Lənkəran ŞRPŞ-nə daxil olmuş bir ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı diskdə cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** sayh mobil nömrə barədə məlumatların olduğu müəyyən edilmişdir. Anten məlumatlarına baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin xx.xx.2025-ci il tarixdə, saat 09:14-dən etibarən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu, saat 10:47dən etibarən Bakı şəhəri, Xəzər rayonu, H.Əlyev adma beynəlxalq aeroport, saat 12:14dən etibarən Bakı şəhəri, Nizami rayonu, Əzizbəyov stansiyası, H.Əliyev prospekti, saat 18:50-dən saat 23:20-dək olan müddət ərzində Lənkəran rayonu Girdəni kəndi anten dairələrində aktiv olması müəyyən edilmişdir. Cinayət işinin 126-128-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, iş üzrə “Azercell MMC”-dən 16 aprel 2025-ci il tarixli, 7415 saylı məktubla Lənkəran ŞRPŞ-nə daxil olmuş bir ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı diskdə ********* sayh cinayət işi üzrə Təqsirləndirilən şəxs adma olan ***-***-**-** sayh mobil nömrə barədə məlumatların olduğu müəyyən edilmişdir. Anten məlumatlarına baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** sayh mobil nömrənin xx.xx.2025-ci il tarixdə, saat 10:53-də Abşeron, Binə qəsəbəsi anten dairəsində, xx.xx.2025-ci il tarixdə, saat 10:53-də Lənkəran rayonu Girdəni kəndi anten dairələrində aktiv olması müəyyən edilmişdir. Cinayət işinin 110-cu vərəqində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan əməliyyat tapşırığından görünür ki, narkotik vasitələrin aludəçisi olan, Lənkəran rayonu Girdəni kənd sakini Təqsirləndirilən şəxs məlum olmayan mənbədən, şəxsi istifadəsi üçün bir ədəd bükümdə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamışdır. xx.xx.2025-ci il tarixdə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu Girdəni kəndində saxlanılıb həmin yerdə üstündən bir bükümdə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat əldə edilməmişdir. Cinayət işinin 19-cı vərəqində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 19 mart 2025-ci il tarixdə saat 14:05-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 78-82-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Lənkəran Rayon Məhkəməsinin 21 mart 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 19 mart 2025-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 135-140-cı vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “Sübutların qiymətləndirilməsi haqqında” 20 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1,698 qram psixotrop maddə metamfetamin, üstünün yoxlanılması zamanı qeydə alınaraq bir ədəd CD diskə köçürülmüş videogörüntü, həmçinin təqdim olunmuş əşyaya baxış keçirilərkən qeydə alınaraq bir ədəd CD diskə köçürülmüş videogörüntü maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd kağız paketdə, ümumi təmiz çəkisi 1.698 qram psixotrop maddə olan metamfetaminin ekspertizadan qaytarılmış hissəsi istintaqın yekunlaşmasından sonra məhkəməyədək saxlanılmasından ötrü Lənkəran ŞRPŞ-nin saxlama kamerasına təhvil verilmiş, 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmışdır. Cinayət işinin 123-124-cü vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Lənkəran ŞİHB-nın Girdəni kənd inzibati ərazi dairəsi üzrənümayəndəliyi tərəfindən təqdim edilmiş xasiyyətnamə və arayışdan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayonu Girdəni kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Cinayət işinin 101-102-ci vərəqlərində olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə xx.xx.2021-ci il tarixli Lənkəran rayon Məhkəməsinin hökmü ilə CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixli Suraxanı rayon məhkəməsinin Qərarı ilə 10 ay 02 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2024-cü ildə qeydiyyatdan çıxarılmışdır. Məhkəmə təqsirləndirilən şəxsin « üzərində metamfetamin olsa da, lakin ittihamda qeyd olunan həcmdə olmaması, polis əməkdaşları tərəfindən metamfetaminin çəkisini artıraraq üzərinə ittihamda qeyd olunan həcmdə metamfetamin qoymaları» barədə ifadəsinə qiymət verərək hesab edir ki, həmin ifadə özünümüdafiə xarakterli olmaqla təqsirləndirilən şəxsə bəraət verilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və Fikrət Hadıyevin satış məqsədi olmadan narkotik vasitə heroini əldə etməsi, üzərində saxlamaqla daşıması cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol və ona əlavə edilmiş videoçəkiliş, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi təsdiqedici ifadə ilə yanaşı, şahidlərin ifadələri, habelə məhkəmə-kimyəvi, məhkəmə-narkoloji və məhkəmə tibb ekpertiza rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə, Fikrət Hadıyevin məhkəmə baxışı zamanı verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, o, ibtidai istintaq zaman daha inandırıcı ifadə vermiş, məhkəmə istintaqı zamanı isə cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə verir. Təqsirləndirilən şəxsin ifadəsi işin məhkəmədə müəyyən olunan halları ilə tam təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin həmin ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü olduğundan məhkəmə, CPM-nin 126.6-cı maddəsinəəsasən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanıəldə edilmiş sübutları, təqsirləndirilən şəxsin vəşahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəyini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinəəsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarışəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminəəsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş“Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 118-ci qrafasına əsasən 0,15 qram psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi işüzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin miqdarı 1.698 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara vəəşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinəəsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansıüsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla vəəşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı“Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinəəsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Qərarının 5-ci bəndinə əsasən, üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) iləəlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı iləəks etdirilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 234.1-ci maddəsinəəsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi və bəraət verilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27-ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmişşəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. CM-nin 83.4-1-ci maddəsinə əsasən əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası üzrə xx.xx.2023-cü ildə şərti olaraq vaxtından əvvəl azad edildiyindən məhkumluğu ödənilməmişdir. Buna görə də, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməyən şəxs hesab edilməlidir. Azərbaycan RespublikasıCM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görəəvvəllər məhkum olunmuşşəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə, CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinəəsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun belə nəticəsi ondan irəli gəlir ki, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, sadalanan normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən onun əvvəllər məhkum olunmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, cəzasını çəkib qurtardıqdan sonra məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, əvvəlki məhkumluğunun da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsəəvvəllər təyin edilmiş cəza, qanunda göstərilən cəzanın məqsədlərinə nail olunmasında effektiv olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla, yəni müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.3-cü maddəsinəəsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuşşəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. CPM-nin 158.2 və 158.6-cı maddəsinəəsasən «təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır. Tutulduğu, həbsdə və ya ev dustaqlığında saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxil edilir. Cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 19 mart 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin etmək qərarına gəldiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir. “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydasının 3.2-ci bəndinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş əlilliyi olan şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. Odur ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Narkoloji Xəstəxanası tərəfindən təqdim edilmiş 12 sentyabr 2024-cü il tarixli, 692 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.598 qram qalıq çəkisi olan psixotrop maddə metamfetamin CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 60 (altmış) manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İşüzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının vəəsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 14 iyun 2024-cü il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 19 mart 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilmədən qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1.598 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin və 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №1(049)-119/2025
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-119/2025
29.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver