Məhkəmə qərarları › İş №1(049)-12/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-12/2024

19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-12/2024 19.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat: 11:45 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 iştirakları ilə xx xxxx 1993-cü il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2; 185.2.2; 326.2; 185.1-ci maddələri ilə təqsirli bilinərək 10 il müddətində azadlıqdan məhrum edilmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 may 2018-ci il tarixli qərarı ilə əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2; 177.2.3, 177.2.4-cü maddələrinə tövsif olunaraq üzərində qəti 05 il 06 ay azadlıqdan məhrumetmə cəzası saxlanılmış, 21 yanvar 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını təkrarən, yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurlamışdır. Belə ki, o, 18 iyun 2021-ci tarixdə, saat 21 radələrində Lənkəran rayonu, Kənarmeşə kəndindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə hərəkət edərək həmin kənddə yerləşən, Zərərçəkmiş şəxs2 məxsus olan fərdi yaşayış evinə qapının daxili kilidinə müdaxilə edib açmaq yolu ilə qanunsuz daxil olaraq evin ikinci mərtəbəsindəki yataq otağında yerləşən güzgülü şkafın siyirməsində olan 1 ədəd 1200 manat qiymətində ümumi çəkisi 20.0 qram, 585 əyarlı qızıl boyunbağı, 1 ədəd 700 manat qiymətində, ümumi çəkisi 12.0 qram, 585 əyarlı brilyant qaşlı qızıl üzük, 1 ədəd 350 manat qiymətində ümumi çəkisi 5.8 qram, 585 əyarlı sadə qızıl üzük, 1 cütünün qiyməti 375 manat olmaqla, 2 cüt 750 manat qiymətində ümumi çəkisi 10.5 qram, 750 əyarlı qızıl sırğalar, həmin tarixə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun 510 manatla ifadə olunan(1 ABŞ dolları= 1.70 AZN) 300 ABŞ dolları, digər yataq otağında olan televizor altlığının üstündə olan 100 manat pul olmaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 3610 (üç min altı yüz on) manat qiymətində əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan əlavə o, təkrar olaraq 02 may 2022-ci tarixdə, saat 22 radələrində Lənkəran rayonu, Kənarmeşə kəndindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə hərəkət edərək həmin kənddə yerləşən, Zərərçəkmiş şəxs3 məxsus olan fərdi yaşayış evinə pəncərənin daxili kilidinə müdaxilə edib açmaq yolu ilə qanunsuz daxil olaraq evin ikinci mərtəbəsindəki yataq otağında yerləşən güzgülü şkafın üzərində olan 1 cüt 200 manat qiymətində ümumi çəkisi 2 qram, 585 əyarlı qızıl sırğa və həmin otaqdakı paltar dolabında qoyulmuş əl çantasında olan 3800 manat pul olmaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 4000 (dörd min) manat qiymətində əmlakını təkrar yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan əlavə o, təkrar olaraq 10 iyun 2022-ci tarixdə, saat 12 radələrində ünvan 1 ünvanından oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə hərəkət edərək həmin ünvanda yerləşən, Zərərçəkmiş şəxs4 məxsus olan fərdi yaşayış evinə qapının kilidini sındırmaq yolu ilə qanunsuz daxil olaraq evin yataq otağında yerləşən paltar dolabının yuxarı gözündə qoyulmuş əl çantasında olan 830 manat pul, həmin paltar dolabındakı Zərərçəkmiş şəxs4 məxsus paltonun cibindən 1 ədəd 240 manat qiymətində ümumi çəkisi 4.0 qram, 585 əyarlı qızıl üzük, 1 ədəd 200 manat qiymətində ümumi çəkisi 3.0 qram, 585 əyarlı fantaziya qızıl üzük, 1 ədəd 200 manat qiymətində ümumi çəkisi 3.0 qram, 585 əyarlı qaşlı qızıl üzük, 1 ədəd 650 manat qiymətində ümumi çəkisi 10.0 qram, 585 əyarlı reket qızıl boyunbağı, 1 ədəd 200 manat qiymətində ümumi çəkisi 4.0 qram, 585 əyarlı qızıl boyunbağı, 1 ədəd 400 manat qiymətində ümumi çəkisi 4.2 qram, 888 əyarlı 5-lik qızıl kulon olmaqla Zərərçəkmiş şəxs4 ümumilikdə 2720 (iki min yeddi yüz iyirmi) manat qiymətində əmlakını təkrar yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan əlavə o, təkrar olaraq 13 oktyabr 2022-ci tarixdə, saat 17 radələrində Lənkəran şəhəri, M.Nəsirli küçəsi 7 ünvanında yerləşən “Səda” otelin 13 nömrəli otağından oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq məqsədilə hərəkət edərək həmin tarixdə Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan Bakı şəhər sakini Zərərçəkmiş şəxs1 ilə birlikdə ünvan 2 ünvanında yerləşən “Səda” otelinin 13 nömrəli otağında yerləşmiş, daha sonra Zərərçəkmiş şəxs1 hamam otağında olmağından istifadə edərək, həmin otaqda stolun üzərində sonuncuya məxsus 1 ədəd 890 manat qiymətində “Redmi Note 9 Pro” markalı mobil telefon, 1 ədəd 820 manat qiymətində “Samsung A21S” markalı mobil telefon, içərisində 220 manat olan pul qabı, “Redmi Note 9 Pro” markalı mobil telefonun arxa qabındakı 50 manat pul olmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 1980 (min doqquz yüz səksən) manat qiymətində əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 13 oktyabr 2022-ci il tarixdə Lənkəran şəhərində yerləşən “Səda” oteldə baş vermiş oğurluq hadisəsi onun tərəfindən törədilmişdir. İttiham aktında qeyd edilmiş digər üç oğurluq isə onun tərəfindən törədilməmişdir. İbtidai istintaq zamanı o, polis əməkdaşları tərəfindən döyülmüşdür və ona göstərilən həmin fiziki təzyiqlər nəticəsində ondan etirafedici ifadələr alınmışdır. Məhkəmədə verdiyi ifadəsindən fərqli olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmə iclasına elan edilməklə araşdırılmış ifadəsində göstərmişdir ki, “Bakı şəhəri, Hövsan qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Bir müddət maşın təmiri ilə məşğul olmuşdur. Tutulanadək heç bir yerdə işləməmişdir. Narkotik vasitədən bir müddət istifadə etmişdir. Əvvəllər oğurluq əməli törətdiyi üçün məhkum olunmuşdur. Sonuncu dəfə 2021-ci ilin yanvar ayında azadlığa çıxmışdır. 2021-ci ildə yanvar ayında həbsdən çıxdıqdan sonra Lənkəran rayonu Kənarmeşə kəndində gəlin olan bacıslgilə və digər qohumlarıgilə gəlmişdir. Masallı rayonunda olduğu müddətdə özünə məxsus avtomobil ilə Lənkəran rayonuna gəlirmiş. Lənkəranda olarkən şəhərdə və kənddə olan evlərə nəzər keçirib, oğurluq etmək üçün fürsət axtarırmış. Belə fürsətlərdən biri 2021-ci ilin iyun ayının ortalarında əlinə keçmişdir. Lənkəran rayonu Kənərameşə kəndində yerləşən fərdi yaşayış evlərindən birini nəzərində saxlayaraq ev sahiblərinin evdən çıxmalarını gözləyirmiş. Belə ki həmin gün saat 18-19 radələrində ev sahiblərinin evdən çıxdıqlarını görüb, havanın qaralmasını gözləmişdir. Hava qaraldıqdan sonra saat 21 radələrində hasardan qalxaraq həyətə keçmişdir. Oğurluq etdiyi yerlərdə əl-barmaq izlərinin qalmasından ehtiyyat etdiyi üçün fəhlə əlcəyindən istifadə edirmiş. Həmin evin birinci mərətəbəsinin qapısının açıq olmasından istifadə edib yuxarı qalxmış. Yuxarıdakı eyvanın qapısını özü ilə götürdüyü dəmir parçası ilə açaraq zala daxil olmuşdur. Dərhal üzbəüz otağa daxil olaraq otaqdakı güzgünün siyirməsini açmış, orada sayı yadında qalmayan qədər qızıl boyunbağı, qızıl üzük və sırğa götürmüşdür. Daha sonra orada olan 300 ABŞ dollarını götürmüşdür. Həmin otaqda digər qiymətli əşyaların olmadığını düşünərək zala keçmişdir. O, ev sahiblərinin hər an qayıda biləcəyini düşünüb evdə çox axtarış aparmamışdır. Belə ki, digər otağa keçib ümumi otağı nəzərindən keçirdikdən sonra otaqdakı televizor altlığının üstündə olan 100 manat pulu götürüb tez-tələsik həmin evdən çıxmışdır. Belə ki, oğurladığı qızıl-zinət əşyalarından bir qismini Lənkəran şəhərində yerləşən bir qızıl mağazasına, digər qismini isə Bakı şəhərində yerləşən tanımadığı qızıl mağazalarına satmışdır. Həmin puların bir qismini narkotik vasitəyə, digər qismini isə şəxsi ehtiyacları üçün sərf etmişdir. Bu oğurluq hadisəsindən sonra uzun müddət Lənkəran şəhərinə gəlməmişdir. Bakı şəhərində yaşadığı müddətdə heç bir yerdə işləmədiyindən maddi vəziyyəti pis olmuşdur. Bu səbəbdən yenidən oğurluq etmək qərarına gəlmişdir. Bu niyyətlə 2022-ci ilin aprel ayının sonlarında Masallı rayonuna gəlmişdir. Ata evində bir-iki gün qaldıqdan sonra Lənkəran şəhərinə gəlmişdir. Belə ki, sonuncu dəfə Lənkəran rayonu, Kənarmeşə kəndindən oğurluq etdiyi üçün yenidən həmin kənddən oğurluq etmək fikrinə düşmüşdür. Belə ki, gündüz vaxtları həmin kəndə gedib yaşayış evlərini nəzərdən keçirməyə başlamışdır. Belə ki, əsasən dəbdəbəli evlərə baxıb oradan qiymətli əşyalar və ya pul oğurlayacağını fikirləşmişdir. Belə evlərdən birini nəzərində saxladıqdan sonra bir müddət həmin ev ətrafında maşınla fırlanmağa başlamış, oğurluq üçün münbit şərait axtarmışdır. Belə ki, həmin ev sahiblərinin evdən çıxmaqlarını güdürmüş. Dəqiq tarixini bilmədiyi vaxtlarda təxminən may ayının əvvəllərində saat gündüz 11-12 radələrində həmin ev sahiblərinin evdən çıxdıqlarını müşahidə etmişdir. Evdə digər adamların olacağından ehtiyyat etdiyi üçün bir müddət gözləmişdir. Axşam saat 22 radələrində həmin evə girib oğurluq etməyə qərar vermişdir. Həmin evin darvazası çox hündür olduğundan onun yanındakı yardımçı tikilinin yanındakı elektrik dirəyinin köməyi ilə tikilinin üzərindən həyətə daxil olmuşdur. Digər oğurluqda olduğu kimi bu oğurluq əməlini edən zaman da əlcəkdən və qapıpəncərini açmaq üçün dəmir parçasından istifadə etmişdir. Həmin evin giriş qapısı dəmir olduğu üçün ona hər hansı bir müdaxilə edə bilməmişdir. Aşağı mərtəbədəki pəncərələrindən birini özü ilə götürdüyü dəmir parçası ilə açıb birinci mərtəbəyə daxil olduqdan sonra pəncərəni bağlamışdır. Daha sonra birinci mərtəbədə axtarış aparmadan dərhal yuxarı qalxmış, əvvəllər də oğurluq əməlləri etdiyi üçün və həbsdə olduğu üçün bu işi yaxşı mənimsəmişdir. Daxil olduğu evdəki qiymətli əşyaların və ya pulun ikinci mərtəbədə olduğunu ehtimal etdiyindən yuxarı qalxmışdır. Yuxarıda olan zaman evin yataq otağını tapıb ora girmişdir. Həmin otağa girən kimi güzgünün qarşısında 1 cüt sırğa görüb dərhal cibinə qoymuşdur. Daha sonra otaqdakı şifoneri axtararkən orada dağınıqlıq yaratmışdır. Daha sonra şifonerin digər qapısını açdıqda orada əl çantası və plastik qutu görmüş, əl çantasını və plastik qutunu götürüb içinə baxdıqda orada pulun olduğunu görüb götürmüşdür. Daha sonra nəsə səs eşitmişdir. Ev sahiblərinin gəldiyindən şübhələnib həmin otaqdakı pəncərini açıb aşağı düşmüş və dərhal həyətdən çıxıb uzaqlaşaraq maşınını saxladığı yerə gedib həmin kənddən çıxmışdır. Dərhal Bakı şəhərinə getmişdir. Həmin qızıl sırğanı Bakı şəhərində yerləşən qızıl mağazasına satıb digər oğurladığı pullarla birlikdə şəxsi istifadəsi üçün sərf etmişdir. Həmin evdən oğurladığı pul 3800 manat olmuşdur.Bundan əlavə 2022-ci ilin iyun ayının əvvəllərində yenidən Lənkəran şəhərində olarkən fərdi yaşayış evlərindən birini nəzərdən keçirib yenə də oğurluq etmək fikrinə düşmüşdür. Həmin evi müşahidə etdikdən sonra orada yaşlı ər-arvadın yaşadığını görüb onlar evdən çıxdıqdan sonra rahat şəkildə girib evdən oğurluq edə biləcəyini düşünmüşdür. Belə ki, 2-3 gün ərzində həmin evi nəzarətdə saxladıqdan sonra yaşlı qadının səhərlər evdən çıxdığını görürmüş. Evdəki digər yaşlı kişinin də evdən çıxdığını gözləyirmiş. Belə ki, günlərin birində evdəki yaşlı kişinin də evdən çıxdığını gördükdən sonra evə daxil olmağa qərar vermişdir. O, həmin evi 2-3 gün ərzində müşahidə etdikdə yaşlı qadın və kişidən başqa evdə heç kimin yaşamadığına onda əminlik yaranmışdır. Gündüz vaxtı saat 12 radələrində küçədə heç kimin olmadığını görüb dərhal hasardan həyətə daxil olmuşdur. Həmişəki kimi əlində əlcək və dəmir parçası da olmuşdur. Yaşayış evinin qapısının köhnə olduğunu və ona vurulmuş qıfılı rahatlıqla əlimdəki dəmir parçası ilə qıra biləcəyini düşünərək qıfılı sındıraraq evə daxil olmuşdur. Ev kiçik olduğundan evdə olan pulu və ya digər qiymətli əşyaları axtarmaq üçün yataq otağına keçmişdir. Orada paltar dolabını axtarmağa başlamışdır. Belə ki, orada əl çantası görüb onu açmış və içərisində olan pulu götürmüşdür. Daha sonra paltar dolabının digər qapısını açıb asılmış paltarların ciblərini axtarmağa başladım. Oradakı paltoların birinin cibindən 3 ədəd qızıl üzük, 2 ədəd qızıl boyunbağı və 1 ədəd kulon götürdüm və başqa qiymətli əşyaların olmadığını və hər an ev sahiblərinin və gələcəyini ehtimal edib dərhal oradan uzaqlaşmışdır. Həmin qızıl-zinət əşyalarını Bakı şəhərində tanımadığı qızıl mağazalarına satmışdır. Oğurladığı pul isə 830 manat olmuşdur. Pulu şəxsi istifadəsi üçün sərf etmişdir.” Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, Lənkəran rayonu Sütəmurdov kəndində qeydiyyatda olmaqla, Lənkəran rayonu Kənarmeşə kəndində əri Novruzəli Babayevlə birlikdə yaşayır. 2019-cu ilin mart ayında özünə Lənkəran şəhəri Mərkəzi bazarında yerləşən “İmperial” qızıl mağasında qızıl-zinət əşyaları almışdır. Həmin qızıl-zinət əşyalarını yaşadığı evin 2-ci mərtəbəsində yerləşən yataq otağındakı termonun altındakı siyirmədə saxlamışdır. 18 iyun 2021-ci il tarixdə, saat 18 radələrində əri Novruzəli ilə birlikdə Novruzəliyə məxsus avtomobillə Lənkəran şəhəri Qala Xiyabanı ərazisində mağazadan özünə paltar almaq üçün getmişdir. Evdən çıxanda yataq otağındakı taxta qapını açarla bağlamışdır. Daha sonra isə eyvanın və birinci mərtəbənin qapılarını örtsə də, lakin açarla bağlamamışdır. Həmçinin həyət qapısını bağlamışdır. Əri Novruzəli ondan qabaqda evdən çıxmışdır. Küçədə avtomobilə əyləşmiş və Lənkəran şəhərinə gəlmişdir. Lənkəran şəhərində işlərini bitirib daha sonra Lənkəran rayonu Sütəmurdov kəndinə atası Hüccətin evinə gedib ona baş çəkmişdir. Atası evdə olmadığından orada qalmayıb Kənarmeşə kəndinə getmişlər. Saat 19 radələrində Kənarmeşə kəndində Novruzəlinin qardaşı Şərafət Babayevin evinə getmiş və orada bir-iki saat, yəni saat 22 radələrinə kimi qalmışlar. X8 ilə birlikdə evə qayıtmışdır. Evə qayıtdıqdan sonra həyət qapısını açıb həyətə daxil olmuşdur. Daha sonra evin birinci mərtəbəsindən ikinci mərtəbəyə qalxmışdır. İlk növbədə eyvana daxil olmuş, açarla bağladığı otağın taxta qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. Bunu görən kimi şübhələnmiş, qorxduğundan otağa daxil olmayıb, ərini çağırmışdır. Novruzəli otağa girən zaman arxasınca o daxil olmuşdur. Otağa baxdıqda otaqda heç bir dağınıqlığın olmadığını termonun altındakı siyirmənin açıq olduğunu görmüşdür. Orada gündəlik istifadə üçün qoyduğu 1 ədəd 1200 manat qiymətində 20 qramlıq, 585 əyarlı qızıl boyunbağı, 1 ədəd 700 manat qiymətində 12 qramlıq, 585 əyarlı birliant qaşlı qızıl üzük, 1 ədəd 350 manat qiymətində 5.8 qramlıq, 585 əyarlı sadə qızıl üzük, hər cütün qiyməti 375 manat olmaqla 750 əyarlı ümumi çəkisi 10,5 qramlıq, 2 cüt ümumi 750 manat qiymətində qızıl sırğalar oğurlanmışdır. Oğurluq zamanı taxta qapının arasına dəmir əşya salıb qapını açıb içəri daxil olduqlarına onda ehtimal yaranmışdır. Həmin qızılların yanında bujiteriyalar, saat olsa da, onları götürülməmişdir. Həmin siyirmədə 300 ABŞ dolları da oğurlanmışdır. Daha sonra otaqları axtarmış və görmüşdür ki, digər yataq otağında televizor altlığının üstündə qoyduğu 100 manat da oğurlanmışdır. Ona ümumilikdə 3100 manat və 300 ABŞ dolları ziyan vurulmuşdur. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirdi ki, arvadı Zenfirə Babayevə ilə birlikdə Kənarmeşə kəndində yaşayır. Arvadı Zenfirə də evdar qadındır. Yaşadığı ev iki mərtəbəlidir. Evin hər iki mərtəbəsində yaşayış vardır. 02 may 2022-ci il tarixdə saat 11 radələrində evin qapı və pəncərələrini bağlayıb Zenfirə ilə birlikdə Bakı şəhərinə getmişdir. Həyətyanı torpaq sahələri dəmir şiferlərlə hasara alınmışdır. Həyət qapısı isə hündür dəmirdən hazırlanmışdır. 03 may 2022-ci il tarixdə Zenfirə ilə birlikdə Bakı şəhərindən çıxıb Lənkərana yaşadıqları evə gəlmişlər. Saat 23 radələrində evə çatmış, həyətə daxil olub, daha sonra evin birinci mərtəbəsinin qapısını açıb evə girmışlər. Evin birinci mərtəbəsində təxminən yarım saat qaldıqdan sonra evin ikinci mərtəbəsinə qalxıb yataq otağına keçmişdir. Yataq otağına keçib otağın pəncərəsinin açıq olduğunu görmüşdür. Zenfiradan pəncərəni onun açıq saxladığını soruşduqda Zenfirə pəncərəni açıq saxlamadığını bildirmişdir. Otağa kiminsə daxil olduğunu ehtimal etmişlər. Onlar otağa nəzər keçirtdikdə otağın azca dağınıq vəziyyətdə olduğunu görmüşlər. Həmin otaqda olan şifanerin qapısının açıq olduğunu görmüşdür. Şifanerdə olan, Zenfirənin əl çantasında və ayrıca bir plastik qutuda saxladığı ümumi olaraq 3800 manat pulun oğurlandığını bilmişlər. Daha sonra həmin otaqda olan güzgünün qarşısında qoyduğu 1 cüt 2 qramlıq, 585 əyarlı qızıl sırğa da oğurlanmışdır. Qızıl sırğanın qiyməti 200 manat olmuşdur. Baş vermiş hadisə ilə bağlı DİN 102 xidmətinə zəng edərək məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gəlib baxış keçirmiş, bu barədə ərizə yazmış və izahat vermişdir. Evindən oğurluq edən şəxs və ya şəxslərin evin arxa tərəfindən pəncərənin aşağı hissəsinə taxta dayayıb oradan qalxıb pəncərəni sıxıb açaraq otağa daxil olduğunu ehtimal etmişdir. Oğurluq nəticəsində ona 4000 manat ziyan dəymişdir. Məhkəmədə ifadəsi elan olunaraq dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, hazırda əri Şahid3 ilə birlikdə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. 10 iyun 2022-ci il tarixdə saat 07 radələrində əri Şair evdən çıxıb Lənkəran rayonu Yuxarı-Nüvədi kəndinə avtomobil mühərriki təmir etmək məqsədilə getmişdir. Daha sonra saat 08 radələrində isə o evdən çıxıb uşaq baxçasına işə getmişdir. Təxminən saat 13 radələrində işdən evə qayıtdıqda evin giriş qapısı üzərindəki asma qıfılın açıq vəziyyətdə olduğunu görmüşdür. O, evdən çıxdıqda asma qıfılı bağladığı üçün onun açıq vəziyyətdə olması onu şübhələndirmişdir. Ona görə də dərhal qapını açıb evə daxil olmuşdur. Evin yataq otağındakı paltar dolabında paltarların aşağısında qoyduqları kiçik pul çantasında ona məxsus 830 manat məbləğində pul və həmin paltar dolabındakı ona məxsus paltonun cibində qoyduğu 240 manat qiymətində 1 ədəd qızıl nişan üzüyünün, 200 manat qiymətində 1 fantaziya qızıl üzüyünün, 200 manat qiymətində 1 ədəd qaşlı qızıl üzüyünün, 650 manat qiymətində 1 ədəd reket qızıl boyunbağı, 200 manat qiymətində 1 ədəd sadə qızıl boyunbağı və 400 manat qiymətində 1 ədəd 5-lik qızıl kulonunun yerində olmadığını və oğurlandığını bilmişdir. Dərhal əri Şairə zəng edib, evdən oğurluq edilməsini xəbər vermişdir. Bir qədər sonra Şair evə gəlmiş və vəziyyətlə tanış olduqdan sonra polisin 102 xidmətinə zəng edib, oğurluq barədə məlumat vermişdir. Baş vermiş oğurluq nəticəsində ümumilikdə ona 2720 manat maddi ziyan dəymişdir. Məhkəmədə ifadəsi elan olunarq araşdırılmış Zərərçəkmiş şəxs1 ifadısində göstərmişdir ki, Bakı şəhərində yerləşən “Omeqa” taksi şirkətində işləyir. 13 oktyabr 2022ci il tarixində saat 13 radələrində Bakı şəhərində olarkən sifariş qəbul etmişdir. Sifariş Bakı-Lənkəran və Lənkəran-Bakı marşurutu üzrə olmuşdur. Bakı şəhəri, Lökbatan dairəsinə gedib müştərini qəbul etmişdir. Müştəri 25-30 yaşlarında kişi olmuşdur. Müştəri maşına oturduqdan sonra belində çanta olmuşdur. O, çantada narkotik və ya silah olacağından şübhələndiyi üçün həmin şəxsdən çantada nə olduğunu soruşmuşdur. Müştəri də ona narahat olmamasını çantada başqa şey olmadığını bildirmişdir. O əli ilə çantaya toxunub əmin olduqdan sonra yola davam etmişdir. Yolda olarkən həmin şəxs özünün sədərək bazarında işlədiyini, orada yerləşən 11 mağazaya rəhbərlik etdiyini bildirmişdir. Daha sonra ondan işlərinin necə olduğunu soruşmuşdur. Bu minvalla onlar yolda söhbət edərək yola davam etmişlər. Həmin şəxs Lənkəran şəhrində “Heydər Əliyev” parkının yaxınlığında yerləşən “Səda” otelə gedəcəklərini ona bildirmişdir. Ora kiminsə gələcəyini, işləri ilə əlaqədar olaraq hesabat götürəcəyini bildirmişdir. Daha sonra biz “Səda” otelinə çatdıqdan sonra orada həmin şəxs özünü çox səmimi apararaq orada olan işçilərlə səmimi danışır, əvvəllər də həmin otelə gəldiyini onlara bildirmişdir. Daha sonra qeydiyyat şöbəsinə yaxınlaşdıqdan sonra orada ondan şəxsiyyət vəsiqəsini təqdim etməyini istəmişlər. O da oteldə qalmayacağını, qısa bir müddət ərzində yenidən gətirdiyi müştərini aparacağını bildirmişdir. Daha sonra otel işçisi də ondan şəxsiyyət vəsiqəsini istəmişdir. Həmin gətirdiyi şəxs yuxarı qalxmaqlarını, yemək yedikdən sonra hesabat gətirəcək şəxs gəldikdən sonra oteldən gedəcəklərini bildirmişdir. Daha sonra o maşınını çöldə saxladığı üçün dəfələrlə otel müdriyyətindən və işçilərdən kameraların işlədiyini soruşmuş, onlar da oteldə dəfələrlə kamerların işlədiyini ona bildirmişlər. O, yuxarıda olarkən əllərini yumaq üçün digər otağa getmişdir. O, otaqda olarkən özünə məxsus olan içində 220 manat pul olan pul qabını, daha sonra 890 manat dəyərində “Redmi Note 9 Pro” və 820 manat dəyərində “Samsung A21S” markalı telefonu və Redmi markalı telefonunun arxa telefon qabında 50 manat pulu orada qoymuşdur. Otağa girib əllərini yuduqdan sonra otağa qayıtdıqda sadaladığı əşyaların orada olmadığını görmüşdür. Dərhal aşağı qeydiyyat şöbəsinə düşüb həmin şəxslə bağlı maraqlanmışdır. Qeydiyyat şöbəsində həmin şəxsin buralarda olduğunu, yemək yeməyə gedəcəyini bildirmişlər. Otel işçiləri ona oteldə oğurluq hadisəsinin ola bilməyəcəyini, belə ki, qısa müddət ərzində həmin şəxsin ora geri qayıdacağını bildirmişlər. Həmçinin o, aşağı düşdükdən sonra orada otel işçisi olan xanımın da olmadığını görmüşdür. O, 20-25 dəqiqə sonra çölə çıxıb yoldan keçənlərin birinin telefonu ilə DİN-in 102 xidmətinə zəng etmişdir. Polis əməkdaşları hadisə yerinə gəlmişlər. Oğurluq nəticəsində ona ümumlikdə 1980 manat maddi ziyan dəymişdir. Məhkəmədə dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Həyat yoldaşı Zərərçəkmiş şəxs4 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Həyat yoldaşı Rəsmiyyə evlərinin yaxınlığında yerləşən Lənkəran şəhəri 11 saylı uşaq baxçasında aşbaz işləyir və hər gün səhər saat 08 radələrində evdən çıxıb işə gedib, saat 13 radələrində işdən çıxıb evə qayıdır. O isə maşın təmiri ilə məşğuldur. 10 iyun 2022-ci il tarixdə saat 07 radələrində evdən çıxıb Lənkəran rayonu Yuxarı-Nüvədi kəndinə avtomobil mühərriki təmir etmək məqsədilə getmışdır. Təxminən saat 13 radələrində arvadı Rəsmiyyə mobil telefonla ona zəng edərək, evə gedib-getmədiyini soruşmuşdur. O, evə qayıtmadığını dedikdən sonra Rəsmiyyə ona evin giriş qapısının üzərindəki asma qıfılın sındırılaraq, qapının açıldığını və evin yataq otağındakı paltar dolabında kiçik əl çantasında qoyduqları 830 manat pulun və qızıl-zinət əşyalarının oğurlandığını bildirmişdir. Arvadı evdən oğurluq edilməsi barədə ona xəbər verdikdən sonra o, dərhal Lənkəran şəhərinə evinə gəlmişdir. Evə gəldikdən sonra evindən 830 manat məbləğində pulun və yataq otağında olan paltar dolabındakı arvadı Rəsmiyyəyə məxsus paltonun cibində qoyduğu 240 manat qiymətində 4 qram çəkidə qızıl nişan üzüyün, 200 manat qiymətində 3 qram çəkidə fantaziya qızıl üzüyün, 200 manat qiymətində 3 qram çəkidə qaşlı qızıl üzüyün, 650 manat qimyətində 10 qram çəkidə reket qızıl sepin, 200 manat qiymətində sadə qızıl sepin və 400 manat qiymətində 5-lik qızıl kulon oğurlandığını görmüşdür. Baş vermiş oğurluq barədə 102 xidmətinə zəng edib, məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları yaşadığı ünvana gəlmişlər, baş vermiş oğurluq hadisəsi ilə əlaqədar yaşadığı evə baxış keçirilmiş, araşdırma aparılmışdır. Məhkəmədə dindirilmiş Şahid1 Bahaddin qızı ifadəsində bildirdi ki, 12 ilə yaxındır ki, “Səda” otelin qeydiyyat-məlumat şöbəsində işləyir. Oteldə oğurluq hadisəsi baş verən günü, yəni 13 oktyabr 2022-ci il tarixində oteldə olmuşdur. Həmin günü saat 17 radələrində Təqsirləndirilən şəxs adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 ilə otelə gəlmişlər. İlk olaraq o, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 ödəniş etmələrini və oteldə qeydiyyatdan keçmələrini istəmişdir. Lakin Təqsirləndirilən şəxs, yanlarına 3-cü şəxsin də gələcəyindən sonra oteldə qeydiyyatdan keçərək, ödəniş edəcəklərini bildirmişdir. Təqsirləndirilən şəxs əvvəllər də oteldə qaldığı üçün ona inanmışdır. O, 09:00-dan 18:00-dək iş rejimində işlədiyi üçün saat 18:00-da oteldən çıxmışdır. Yolda evinə gedərkən otel müdiri Mehman Əliyev ona zəng edərək, oteldə oğurluq hadisəsinin baş verdiyini bildirmişdir. O, dərhal otelə qayıtmışdır. 12 ildir ki, həmin oteldə işlədiyindən ilk dəfə belə bir hadisə ilə qarşılaşmışdır. Zərərçəkmiş şəxs1 telefonlarının oğurlandığını bildirdikdə o, belə bir hadisənin ola bilməyəcəyini Zərərçəkmiş şəxs1 bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs1 çölə çıxaraq DİN-in 102 xidmətinə bu haqda məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gəlmişlər. Hadisə yerinə baxış keçirilmiş, həmin şəxsin qaldığı otağın fotoşəkilləri çəkilmişdir. Məhkəmədə dindirilmiş Şahid2 Alahverdi oğlu ifadəsində bildirdi ki, 5 ilə yaxındır ki, “Səda” oteldə nəzarətçi kimi işləyir. Saat 18:00-dan 09:00-dək iş rejimində işləyir. 13 oktyabr 2022-ci il tarixində oteldə oğurluq hadisəsinin baş verməsindən məlumatı vardır. 11 oktyabr 2022-ci il tarixində özünü X2 təqdim edən şəxs, şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirmiş, bu səbəbdən sürücülük vəsiqəsi verərək qeydiyyatdan keçmişdir. Sonradan adını dəqiq olaraq Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin qeydiyyatını o aparmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi sürücülük vəsiqəsinə baxıb adını qeyd etmişdir. Həmin şəxs 2 gün ərzində oteldə qalmışdır. Həmin vaxt ərzində onun hər hansı şübhəli hərəkətini müşahidə etməmişdir. 13 oktyabr 2022-ci il tarixində saat 17 radələrində işə gəlmişdir. Həmin zaman otelin işçisi Şahid1 otelin foyesində oturan 2 şəxsi ona göstərərək həmin şəxslərin digər bir şəxsi gözlədiklərini bildirmiş və qeydiyyatdan keçəcəklərini ona demişdir. Həmin şəxslərdən biri 2 gün ərzində oteldə qalan Təqsirləndirilən şəxs olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs otağa qalxmaq istədiyini, gözlədikləri 3-cü şəxs gəldikdən sonra aşağı düşüb ödəniş edəcəklərini və qeydiyyatdan keçəcəklərini bildirmişdir. O da həmin iki şəxsi 13 nömrəli otağa qaldırıb, onlara qalacaqları yeri göstərmiş və dərhal aşağı düşmüşdür. O, aşağı düşükdən təqribən 5-10 dəqiqə sonra, sonradan adının Zərərçəkmiş şəxs1 olduğunu bildiyi şəxs aşağı düşərək telefonlarının oğurlandığını bildirmişdir. O da həmin şəxsin 1-2 gündür ki, oteldə qaldığını, yanlış anlaşılma olduğunu, onun geri qayıdacağını Zərərçəkmiş şəxs1 demişdir. O, isə telefonlarının oğurlandığını bildirərək DİN-in 102 xidmətinə zəng edəcəyini bildirmişdir. O, dərhal otel müdiri Mehman Əliyevə bu haqda məlumat vermişdir. Daha sonra Zərərçəkmiş şəxs1 çölə çıxaraq DİN-in 102 xidmətinə bu haqda məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gəlmiş, hadisə yerinə baxış keçirilmiş, həmin şəxsin qaldığı otağın fotoşəkilləri çəkilmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid4 ifadəsində bildirdi ki, Lənkəran şəhəri, M.Nəsirli və İ.Qayıbov küçəsləri və Lənkəran rayonu Kənarmeşə kəndi ona təhkim edilmiş inzibati ərazi hüdudlarındadır. 13 oktyabr 2022-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu, A.Ş.Mehdiyev küçəsi, ev 109-da yaşayan Zərərçəkmiş şəxs1 DİN-in 102 xidmətinə zəng edərək Lənkəran şəhəri, M.Nəsirli küçəsində yerləşən “Səda” otelində naməlum şəkildə ona məxsus 2 ədəd mobil smartfonunun və pul qabındakı pulunun oğurlanması barədə məlumat vermişdir. İnzibati ərazinin əməliyyat müvəkkili kimi ŞRPŞ-nin polis sahə rəisi Rafail Quluzadə ilə birlikdə cinayətin tez bir zamanda açılması, əməli törədən şəxsin tutulması üçün tədbirlər görməyə başlamışdır. Zərərçəkmiş şəxs1 təhqiqat bölməsinə izahat verməzdən əvvəl onunla şifahi olaraq sorğu keçirtmiş, Zərərçəkmiş şəxs1 şübhələndiyi şəxs və ya şəxslərin olub-olmadığını soruşmuşdur. O da Bakı şəhərindən müştəri kimi gətirdiyi şəxsdən şübhələndiyini bildirmişdir. Bu istiqamətdə əməliyyat-axtarış tədbirlərini davam etdirərək oğurluğu törətməkdə şübhəli bilinən şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Təqsirləndirilən şəxs ətrafında aparılmış əməliyyat tədbirlərindən sonra onun 18 iyun 2021-ci il tarixdə Lənkəran rayonu Kənarmeşə kəndində yaşayan Zərərçəkmiş şəxs2 Lənkəran rayonu Kənarmeşə kəndində yerləşən fərdi yaşayış evindən 3000 manat dəyərində qızıl-zinət əşyalarının, 300 ABŞ dollarının və 100 manatlıq pul əskinasının oğurlaması, 02 may 2022-ci il tarixində Lənkəran rayonu Kənarmeşə kəndində yaşayan Zərərçəkmiş şəxs3 Lənkəran rayonu Kənarmeşə kəndində yerləşən fərdi yaşayış evindən 3800 manat pulunun və 1 cüt qızıl sırğanın və ünvan 5 ünvanında yaşayan Zərərçəkmiş şəxs4 şəhəri, İ.Qayıbov küçəsi, ev 8A ünvanında yerləşən fərdi yaşayış evindən 1890 manat dəyərində qızıl-zinət əşyalarının, və 830 manat pulunun oğurlaması müəyyən edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, hazırda işləmir, 2023-cü ilə kimi qızıl alveri ilə məşğul olmuşdur. Gün ərzində müxtəlif şəxslərdən qızıl alıb satmışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 2021-ci ilin iyun ayında Təqsirləndirilən şəxs 250 manat bir cüt qızıl sırğa və 200 manata 1 ədəd qızıl üzük almışdır. O, Təqsirləndirilən şəxs aldığı qızılların oğurluq olduğunu bilməmişdir, sonuncu ona qızılların ailəsinə məxsus olduğunu demişdir. Həmin qızılları alarkən hər hansı qeyd aparmamış və həmin qızılları sonradan tanımadığı şəxslərə satmışdır. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan iş materiallarında olan 18 iyun 2021-ci il tarixində hadisə yerinə baxış keçirilərkən hadisənin Lənkəran rayonu Kənarmeşə kəndində X1 məxsus fərdi yaşayış evində baş verdiyi müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan iş materiallarında olan 05 may 2022-ci il tarixində hadisə yerinə baxış keçirilərkən hadisənin Lənkəran rayonu Kənarmeşə kəndində Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evində baş verdiyi müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan iş materiallarında olan 10 iyun 2022-ci il tarixində hadisə yerinə baxış keçirilərkən hadisənin ünvan 5 ünvanında Şahid3 məxsus fərdi yaşayış evində baş verdiyi müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan iş materiallarında olan 14 oktyabr 2022-ci il tarixində hadisə yerinə baxış keçirilərkən hadisənin Lənkəran şəhəri, M.Nəsirli küçəsi 7 ünvanında yerləşən “Səda” otelində, 13 nömrəli otaqda baş verdiyi müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan iş materiallarında olan 12 fevral 2023-cü il-ci il tarixli “ifadələrin yerində yoxlanılması haqqında” haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, təqsirləndirilən Əliyev X3 rayonu Kənarmeşə kənd sakini X1 məxsus olan fərdi yaşayış evinin ikinci mərtəbəsindəki yataq otağından etdiyi oğurluq əməllərinin baş vermə ardıcıllığını və mexanizmini göstərmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan iş materiallarında olan 12 fevral 2023-cü il-ci il tarixli “ifadələrin yerində yoxlanılması haqqında” haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, təqsirləndirilən Əliyev X3 rayonu Kənarmeşə kənd sakini Zərərçəkmiş şəxs3 məxsus olan fərdi yaşayış evinin ikinci mərtəbəsindəki yataq otağından etdiyi oğurluq əməllərinin baş vermə ardıcıllığını və mexanizmini göstərmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan iş materiallarında olan 12 fevral 2023-cü il-ci il tarixli “ifadələrin yerində yoxlanılması haqqında” haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, təqsirləndirilən Əliyev X3 şəhəri, İ.Qayıbov küçəsi, ev 8A-da yaşayan Şahid3 məxsus olan fərdi yaşayış evinin yataq otağından etdiyi oğurluq əməlinin baş vermə ardıcıllığını və mexanizmini göstərmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan iş materiallarında olan 12 fevral 2023-cü il-ci il tarixli “ifadələrin yerində yoxlanılması haqqında” haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, təqsirləndirilən Əliyev X3 şəhəri, M.Nəsirli küçəsi, 7 ünvanında “Səda” otelində, 13 nömrəli otağından etdiyi oğurluq əməllərinin baş vermə ardıcıllığını və mexanizmini göstərmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan iş materiallarında olan 12 fevral 2023-cü il-ci il tarixli “ifadələrin yerində yoxlanılması haqqında” haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs oğurladığı qızıl-zinət əşyalarından bir qismini satdığı Şahid5 məxsus Lənkəran şəhəri, Böyük bazar ərazisində yerləşən qızıl mağazasının yerləşdiyi yeri təqdim etmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan iş materiallarında olan 17 mart 2023-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 1 ədəd ümumi çəkisi 4.0 qram, 585 əyarlı qızıl üzüyün qiyməti 240 manatdır. 1 ədəd ümumi çəkisi 3.0 qram, 585 əyarlı fantaziya qızıl üzüyün qiyməti 180 manatdır. 1 ədəd ümumi çəkisi 3.0 qram, 585 əyarlı qaşlı qızıl üzüyün qiyməti 180 manatdır. 1 ədəd ümumi çəkisi 10.0 qram, 585 əyarlı reket qızıl boyunbağının qiyməti 600 manatdır. 1 ədəd ümumi çəkisi 4.0 qram, 585 əyarlı qızıl boyunbağının qiyməti 240 manatdır. 1 ədəd ümumi çəkisi 4.2 qram, 888 əyarlı rus çarının dövründə buraxılmış 5 (rubl)qızıl sikkənin(kulon) qiyməti 400 manatdır. 1 ədəd ümumi çəkisi 20.0 qram, 585 əyarlı qızıl boyunbağının qiyməti 1200 manatdır. 1 ədəd ümumi çəkisi 12.0 qram, 585 əyarlı brilyant qaşlı qızıl üzüyün qiyməti 720 manatdır. 1 ədəd ümumi çəkisi 5.8 qram, 585 əyarlı sadə qızıl üzüyün qiyməti 348 manatdır. 2 cüt ümumi çəkisi 10.5 qram, 750 əyarlı qızıl sırğaların 1 cütünün qiyməti 375 manat olmaqla cəmi qiyməti qiyməti 750 manatdır. 18 iyun 2021-ci il tarixinə məzənnəsi 1 manat 70 qəpik olan 300 ABŞ dolları 510 manatdır. 1 cüt ümumi çəkisi 2 qram, 585 əyarlı qızıl sırğaların 1 cütünün qiyməti 200 manatdır. 1 ədəd “Redmi Note 9 Pro” markalı mobil telefonun bazar qiyməti 800 manatdır. 1 ədəd “Samsung A21S” markalı mobil telefonun bazar qiyməti 750 manatdır. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan iş materiallarında olan 24 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə Lənkəran şəhəri “Səda” oteldə Zərərçəkmiş şəxs1 qaldığı otaqda baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri müqaisəli tədqiqat edilmiş və nəticədə müəyyən edilmişdir ki, əl izlərindən bir ədədi xx.xx.1993-cü il təvəllüdlü Masallı rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin adsız barmağının əksi ilə eynilik təşkil etmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan iş materiallarında olan tələbnamədən görünür ki, Əliyev X3 Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 177.3.2, 185.2.2, 326.2, 185.1-ci maddələri ilə təqsirli bilinərək 10 il müddətində zadlıqdan məhrum edilmiş, Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 14 may 2018-ci il tarixli qərarı ilə təqsirli bilindiyi əməl Azərbaycan Respublikasının CM-in 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrinə tövsif olunaraq, üzərində qəti 05 il 06 ay azadlıqdan məhrumetmə cəzası saxlanılmış, 21 yanvar 2021-ci il tarixində cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan iş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 25 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və işgəncə verilməsi öz təsdiqini tapmadığından araşdırma materialı üzrə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan iş materiallarında olan Axtarışda olan şəxsin tutulması haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs 09 fevral 2023-cü il tarixdə saat 17:10-da tutularaq Lənkəran ŞRPŞ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan iş materiallarında olan Lənkəran rayon məhkəməsinin 11 fevral 2023-cü il tarixli qərarında görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 09 fevral 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan iş materiallarında olan Əşyanın maddi sübut qismində tanınması haqqında 04 mart 2023-cü il tarixli qərardan görünür ki, İstintaq zamanı – Lənkəran şəhəri, M.Nəsirli küçəsi 7 ünvanında yerləşən “Səda” oteldə, Zərərçəkmiş şəxs1 qaldığı otaqda baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş əl-barmaq izlərinin Təqsirləndirilən şəxs məxsus 01 ədədi iş üzrə 04 mart 2023-cü il tarixli qərarla maddi sübut qismində tanınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 19, 20 və 22-ci bəndlərində göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Həmçinin CM-nin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.2 və 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 177.2.2 və 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq təkrar talama - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə (zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 münasibətdə), polis əməkdaşları tərəfindən fiziki zora məruz qaldığına görə sənədlərə imza etməsinə dair ifadəsini aşağıdakı səbəblərə görə qanunvericilik baxımından sübut növü kimi qəbul etmir. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran Rayon Prokurorluğunun qərarından görünür ki, Təqsirləndirilən şəxs fiziki zora məruz qalması ilə bağlı cinayət işinin başlanması CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Göstərilənlərə əsasən, qeyd olunan fakt üzrə cinayət işinin başlanmasının rədd edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədəki ifadəsi gələcəkdə ona təyin edilə biləcək cəzadan yaxa qurtarmağa yönəlmiş cəhdidir. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsi subyektiv yanaşma kimi qiymətləndirirərək həmin ifadəni sübut növü kimi qəbul etmir. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaqın bütün gedişi zamanı üzərindən cinayətini törətməsini etiraf etməsini, məhkəmə araşdırması zamanı isə ziddiyyətli ifadələrini müqayisəli şəkildə araşdıraraq həmin ifadələri onun qeyrisəmimiliyinin göstəricisi kimi qəbul edir. Məhkəmə, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin digər sübutlarla tam olaraq üst-üstə düşdüyünə görə və törədilmiş cinayət haqqında bütün əlamətləri tam əks etdirdiyinə görə sübut növü kimi qəbul edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət işinin materialları ilə müəyyən edilir ki, Əliyev X3 Ağır Cinayətlər Məhkəməsinin hökmü və Bakı Şəhər Qaradağ Rayon Məhkəməsinin qərarına əsasən təyin edilmiş cəzasını çəkib qurtardığı tarixdən, iki il keçməmiş hazırkı cinayət əməlini törətdiyindən o, CM-nin 18 və 83-cü maddələrinə əsasən məhkumluğu olan şəxsdir və törətdiyi əməli cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamasını CM-nin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun belə nəticəsi ondan irəli gəlir ki, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. Məhkəmə, sadalanan normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən onun əvvəllər məhkum olunmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, cəzasını çəkib qurtardıqdan az müddət keçməmiş yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə əvvəllər təyin edilmiş cəza, qanunda göstərilən cəzanın məqsədlərinə nail olunmasında effektiv olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla, yəni müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 09 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd əl-barmaq izi məhv edilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə məsrəfi əmlak yoxdur. CPM-nin 180.2-ci maddəsinə görə şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Zərərçəkmiş şəxslər tərəfindən vurulmuş ziyana görə mülki iddia vermədiyindən ona vurulmuş ziyanın ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 09 fevral 2023-cü ildən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd əl-barmaq izi məhv edilsin. Zərərçəkmiş şəxslərə vurulmuş ziyana dair mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə cavabdehin olduğu yer üzrə məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar