Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-120/2023 12.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ saat 11:30 Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1981-ci il tarixdə Lənkəran rayonu, Port-İliç şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin oktyabr ayında Lənkəran rayonunda satış məqsədi ilə qanunsuz olaraq, beş bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,135 qr, -0,065 qr, -0,125 qr, -0,099 qr, -0,114 qram; ümumi təmiz çəkisi – 0,538 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək, həmin narkotik vasitə heroini satış məqsədilə qanunsuz olaraq üzərində saxlayaraq daşımış, bu barədə məlumat almış Lənkəran şəhər rayon polis şöbəsinin X8 əməkdaşlarının 25 oktyabr 2022-ci il tarixdə saat 16:50-da Lənkəran rayonu Liman şəhəri S.Vurğun küçəsində keçirdikləri əməliyyat tədbirləri nəticəsində həmin küçədə piyada hərəkətdə olarkən saxlanılaraq polis bölməsinin inzibati binasına gətirildikdən sonra barəsində şəxsi axtarış keçirilərkən qeyd olunan çəkidə və bükümlərdə narkotik vasitə heroin gümüşü rəngli kağız kəsiklərinə bükülmüş halda əynində olmuş şalvarın sağ yan cibindən və şalvarın sol yan cibindən üzərində narkotik vasitə heroin izləri olan işlək vəziyyətdə bir ədəd elektron tərəzi aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 3 ildir ki, narkotik vasitə heroindən qəbul edir. Bu səbəbdən bədənində şiddətli ağrılar olur. Ağrılarının qarşısını almaq üçün bir neçə müddətdir ki, narkotik vasitə heroindən zərdə çəkmək yolu ilə qəbul edir. Təxminən 6 ay öncə istifadəsi üçün narkotik vasitələri aldığı zaman çəkilərini dəqiq bilmək və aldanmamaq üçün Lənkəran mərkəzi bazarından elektron tərəzi almışdır. 25 oktyabr 2022-ci il tarixdə səhər saat 13 radələrində narkotik vasitə heroin almaqdan ötrü Lənkəran rayonu Liman şəhərində yerləşən yaşadığı evdən çıxıb piyada Lənkəran şəhəri Böyük Bazar ərazisinə getmişdir. Orada əvvəllər də narkotik vasitə heroin aldığı üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsi görmüşdür. Bu zaman ona küçədə görüb yaxınlaşıb ondan narkotik vasitə heroin olub-olmadığını soruşmuş və olduğu təqdirdə ona satmasını istəmişdir. Həmin şəxs də onu bir qədər kənara çəkib, cibindən 0,5 qramdan çox beş bükümdə narkotik vasitəsinin olduğunu və 15 manata satdığını demişdir. O da həmin şəxsə üzərində olan puldan 15 manat pulu verib, heroin bükümlərini ondan alıb, oradan uzaqlaşıb yaşadığı Lənkəran rayonu Liman şəhərinə gəlmişdir. 25 oktyabr 2022-ci il tarixdə saat 16:50 yaşadığı küçədə aldığı narkotik vasitə heroini çəkmək üçün sakit yer axtaran zaman ki, mülki geyimdə olan üç nəfər şəxs ona yaxınlaşmış, özlərini təqdim edib, Lənkəran Şəhər Rayon X10 əməkdaşları olduqlarını bildirmişlər. Onlara narkotik maddələrin qanunsuz saxlanılması və satışı ilə məşğul olmağı barədə məlumatları olduğunu deyib, onu Lənkəran şəhər rayon X10 Polis Bölməsinə gətirmişlər. Lənkəran şəhər rayon polis şöbəsinin X8 inzibati binasında üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı həmin bükümləri əynindəki boz rəngli şalvarının sağ yan cibindən elektron tərəzini isə sol yan cibimdən çıxarıb, polis əməkdaşlarına təqdim etmişdir. Elektron tərəzini aldığın narkotik vasitələri qəbul edən zaman çəkilərini dəqiq bilməyi üçün üzərində gəzdirmişdir. Saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq edilməmiş, ona qarşı hansısa qanunsuzluq edilməmişdir. Narkotik vasitə olan heroini satmaq məqsədilə deyil, özü istifadə etmək üçün əldə etmişdir. Təqsirləndirilən şəxs son sözündə özünü qismən, yəni CM-nin 234.1-ci maddasində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bildiyini deyərək, əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini və ona aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, o, Lənkəran şəhər rayon polis şöbəsinin X8 sahə müvəkkili vəzifəsində xidmət edir. Lənkəran şəhər rayon polis şöbəsinin X8 əməliyyat müvəkkili Şahid1 icraatına Lənkəran rayonu, Liman şəhəri S.Vurğun küçəsi ev 25-da qeydiyyatda olan yaşayan Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması, gəzdirməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü Şahid1 tərəfindən bölmə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmiş, rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əmrlə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik etmək Şahid1 həvalə edilmişdir. 25 oktyabr 2022-ci il tarixdə, saat 16:50 dəqiqədə Təqsirləndirilən şəxs Lənkəran rayonu, Liman şəhəri, S.Vurğun küçəsində piyada hərəkət etdiyini görüb onu nəzarətə götürmüş, ona yaxınlaşaraq özünü təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini bildirib və onu X11 dəvət etmişlər. Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. Polis bölməsində üzərinə şəxsi axtarış keçirilərkən üzərində qanusuz predmet əşya varsa təqdim edilməsi təklif edilmişdir.O da bu təklifdən sonra əynində olan boz şalvarın sağ yan cibindən 5 ədəd şəffaf rəngli selofana bükülmüş bükümdə narkotik vasitə olan heroinə bənzər kütlələri və sol yan cibindən isə elektron tərəzini təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinə bənzər bükümləri 25 oktyabr 2022-ci il tarixdə səhər saatlarında Lənkəran şəhərində olan zaman adını bilmədiyi şəxsdən 15 manat şəxsi istifadə etmək məqsədilə aldığını, üzərində gəzdirdiyi elektron tərəzini isə aldığı narkotik vasitələri çəkmək üçün istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı məşğul olması barədə əməliyyat məlumatları daxil olsa da, onun həmin maddələri satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Nə polis əməkdaşları, nə də başqa şəxslər tərəfindən Bəhruz Əliyevə qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilməmişdir. Məhkəmə istintaqında şahid X7 Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Lənkəran şəhər rayon polis şöbəsinin X8 cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Polis baş leytenantı rütbəsindəydir. İcraatına Lənkəran rayonu, Liman şəhəri S.Vurğun küçəsi ev 25-da qeydiyyatda olan yaşayan Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması, gəzdirməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Belə ki, icraatına daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfimdən bölmə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əmrlə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik etmək ona həvalə edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qərəzli münasibətləri də, olmamışdır. İşin mahiyyəti üzrə bildirmişdir ki, 25 oktyabr 2022-ci il tarixdə, saat 16:50 dəqiqədə Təqsirləndirilən şəxs Lənkəran rayonu, Liman şəhəri S.Vurğun küçəsində piyada hərəkət etdiyini görüb onu nəzarətə götürmüş, ona yaxınlaşaraq özünü təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini bildirib və onu X11 dəvət etmişlər. Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. Polis bölməsində üzərinə şəxsi axtarış keçirilərkən üzərində qanusuz predmet əşya varsa təqdim edilməsi təklif edilmişdir.O da bu təklifdən sonra əynində olan boz şalvarın sağ yan cibindən 05 (dörd) ədəd şəffaf rəngli selofana bükülmüş bükümdə narkotik vasitə olan heroinə bənzər kütlələri və sol yan cibindən isə elektron tərəzini təqdim etmişdir. Götürülmüş 05 ədəd şəffaf rəngli selofana bükülmüş heroinə bənzər bükümlər elektron tərəzidə çəkilmiş və çəkisi 0,75 qram olmuşdur. Şəxsi axtarış zamanı Natiq Əsədullayevin üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra götürülmüş kütlələr və elekrton tərəzi ekspertizaya göndərilməsi məqsədilə zərflərə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinə bənzər bükümləri 25 oktyabr 2022-ci il tarixdə səhər saatlarında Lənkəran şəhərində olan zaman adını bilmədiyi şəxsdən 15 manat şəxsi istifadə etmək məqsədilə aldığını, üzərində gəzdirdiyi elektron tərəzini isə aldığı narkotik vasitələri çəkmək üçün istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı məşğul olması barədə əməliyyat məlumatları daxil olsa da, onun həmin maddələri satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 25 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış və götürmə aparılması haqqında 25 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sağ yan cibindən beş ədəd şəffaf rəngli büküm, sol yan cibindən bir ədəd elektron tərəzi aşkar edilmiş və şifahi verilən suallara cavab olaraq təqdim etdiyi həmin beş ədəd bükümlərin içərisində narkotik vasitə heroin, olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı onun üzərindən cinayət xarakterli digər predmet, əşya və sair aşkar olunmamış və götürülməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 5 bükümdə narkotik vasitə heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və üzərindən aşkar edilmiş elektron tərəzi ilə birlikdə zərflə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitələri qəbul etmək üçün 25 oktyabr 2022-ci il tarixdə Lənkəran şəhəri ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını, lakin satışı ilə də məşğul olmadığını, üzərində aşkar edilmiş elektron tərəzini isə narkotik vasitələrin çəkisini bilmək üçün istifadə etdiyini bildirmişdir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 26 oktyabr 2022-ci il tarixli 19/1121 nömrəli rəyindən görünür ki, - Tədqiqata təqdim edilmiş üzərində "vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 5 ədəd bükümlərdə maddələr....” sözlər və imzalar olan zərfdəki 5 ədəd bükümlərdə ayrı-ayrılıqda təmzi çəkilər -0,135 qr; -0,065 qr; -0,125 qr; -0,099 qr; - 0,114 qr: ümumi təmiz çəkisi -0,538 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər. heroinddən tədqiqata 0,2 qr (hər ob -0,04 qr) istifadə edilmiş, 0,338 qram qalıq qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 60 manat müəyyən edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 26 oktyabr 2022-ci il tarixli məhkəmə-narkoloji ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Maddi sübut qismində tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə heroin, beş bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,135 qr, -0,065 qr, -0,125 qr, -0,099 qr, -0,114 qram; ümumi təmiz çəkisi – 0,538 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, elektron tərəzi, 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış, tərəzi və narkotik vasitə heroin ekspertizadan sonra qalıq qalmış 0,338 qram hissəsi Lənkəran şəhər-rayon polis şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş, şəxsi axtarışın DVD diskinin isə iş materiallarında saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabına verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Lənkəran Rayon Məhkəməsinin 4(049)-342/2022 №-li, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 25 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Lənkəran ŞİH-nin Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 07 dekabr 2022-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs, anası X3, həyat yoldaşı X4, övladları xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X6 ilə birlikdə ünvan 1 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməli, 5 ədəd bükümlərdə ayrı-ayrılıqda təmzi çəkilər -0,135 qr; -0,065 qr; -0,125 qr; -0,099 qr; -0,114 qr: ümumi təmiz çəkisi -0,538 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək, üzərində saxlamaqla daşıması şahidlər X7, Şahid3 ifadələri, məhkəmə-kimyəvi ekspertizasının 26 oktyabr 2022-ci il tarixli rəyi, maddi sübutlar, «şəxsi axtarışın keçirilməsi» barədə protokol və əlavə edilmiş DVD disk, həmçinin iş materiallarında olan istinaq hərəkətlərinə dair digər protokollarla tam təsdiq olunur. CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.10-cu maddəsində qeyd olunur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cü bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, sadalanan sübutlar Təqsirləndirilən şəxs istinad olunmuş əməlin törədilməsinə aidiyyatının və təqsirliliyinin təsdiqinə kifayətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi barədə müdafiə tərəfinin çıxışlarının dəlilləri əsassızdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə onun əməlinin CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci madddəsinə tövsif edilməsini təsdiq edən heç bir hal yoxdur və iş materiallarında olan sübutlarlar onun CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi, onun əməlinin CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini (aşkar edilmiş narkotik vasitənin miqdarını), Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona CMnin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 25 oktyabr 2022-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o ərazi narkoloji xəstəxanada qeydiyyata alınmalıdır. Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan - 5 bükümdə ümumi təmiz çəkisi 0,338 qram olan narkotik vasitə heroin və elektron tərəzi məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd DVD diski isə iş materiallarına saxlanılmalıdır. Məhkəmə məhkəmə məsfərləri ilə əlaqədar qeyd edir ki, ekspertiza tədqiqatının dəyəri 60 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində 3(üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 25 oktyabr 2022-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut ekspertiza tədqiqatından sonra qalıq qalan – 5 bükümdə ümumi təmiz çəkisi 0,338 qram olan narkotik vasitə heroin və elektron tərəzi məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin Az.MEM, VÖEN **********, AZ34CTRE ********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün surətinin ona verilidiyi andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №1(049)-120/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-120/2023
12.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver