Məhkəmə qərarları › İş №1(049)-120/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-120/2024

29.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-120/2024 29.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 17.55 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X2, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1994-cü il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Lənkəran Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli hökmünə əsasən qəti olaraq 2 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 04 noyabr 2022-ci il tarixdə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs o, satış məqsədi olmadan qanunsuz olaraq, xeyli miqdarda psixotrop maddəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, 09 yanvar 2024-cü il tarixdə, saat 11 radələrində Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində yerləşən "Kiçik bazar" adlanan ərazidə məlum olmayan şəxsdən 15 manat müqabilində satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda 1 (bir) ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi-1,052 qram ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamini əldə edərək, üzərində saxlamaqla, daşımış və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının 09 yanvar 2024-cü il tarixdə, saat 16 radələrində keçirdikləri əməliyyat tədbirləri nəticəsində, həmin gün, saat 16:40 dəqiqədə Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman qeyd olunan çəkidə psixotrop maddə olan metamfetamin 1 (bir) ədəd sellofan kəsiyinə bükülmüş halda əynindəki qara rəngli şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, narkomaniya xəstəliyindən narkomaniya xəstəliyindən əziyyət çəkir. Əvvəllər məhkum edilmiş, barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, lakin anlaşmazlığa görə cəzası azadlıqdan məhrum etmə ilə əvəz edilmişdir. O, musiqi aranjımanı ilə məşğul olur və hazırda Sumqayıt şəhərində özünə məxsus studiyası var və meyxana aranjımanları edir. Cəzasını çəkib qurtardıqdan sonra resept əsasında metadon həbi qəbul etmiş, lakin metadon tapmadığı müddətdə heroin qəbul etmişdir. Hazırkı iş üzrə məhkəmə araşdırması davam edərkən də narkotik vasotə qəbul etmiş, sonuncu dəfə isə məhkəmənin son iclasından 1 ay 17 gün əvvəl heroin qəbul etmişdir. 09 yanvar 2024-cü il tarixdə, saat 16 radələrində onu polis əməkdaşları Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən Fədək marketin yaxınlığından tutmuşlar. Tutulan zaman onun üzərində hər hansı psixotrop maddə və narkotik vasitə olmamışdır. Həmin gün o, psixotrop maddə qəbul etmiş, lakin tutulan zaman üzərində heç nə olmamışdır. Valideynin dəfni ilə bağlı bacısı ilə mübahisəsi olmuş və buna görə bacısı ondan polisə şikayət etmişdir. Tutulan gün o, küçədə hərəkətdə olarkən polis əməkdaşları 3-4 dəfə onu təqib etmişlər və o, bundan şübhələnmişdir. X3 adlı polis əməkdaşı onu yumruqla vurmuşdur. O, da qorxub bütün yazılanlara imza etmişdir. Bu yaxınlarda yenidən evlənmək istəyir və buna görə də barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, cinayət işinin 64-65-ci vərəqlərində olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında yaşayır. O, Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə məhkum olunmuşdur. O, uzun müddət narkotik vasitələrdən istifadə etmişdir. O, istifadə etdiyi narkotik vasitələri həmişə Lənkəran şəhərində yerləşən "Kiçik Bazar" deyilən ərazidə üzdən tanıdığı,amma adını bilmədiyi şəxsdən almışdır. O, 09 yanvar 2024-cü il tarixdə, saat 11 radələrində evdən çıxıb istifadə etmək üçün metamfetamin almaq məqsədilə piyada Lənkəran şəhərində yerləşən "Kiçik bazar" deyilən əraziyə getmiş və üzdən tanıdığı, amma adını bilmədiyi şəxsdən 15 manata bir bükümdə metamfetamin ahb cibində gizlətmişdir.O, 09 yanvar 2024-cü il tarixdə, saat 17 radələrində Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsində piyada hərəkət etdiyi zaman bir maşın onun yanında dayanmış və həmin maşından bir neçə nəfər şəxs yerə düşərək ona yaxınlaşmışlar. Həmin şəxslərdən biri ona polis işçiləri olduqlarını bildirmiş və onu maşına əyləşdirib Lənkəran polis şöbəsinə gətirmişlər. Polis şöbəsində onu bir otağa aparmışlar və polis işçisi, ona Lənkəran rayon vəkillərinin siyahısını təqdim etmiş və özü seçdiyi vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində axtarış aparmışdır.Axtarış aparılmazdan əvvəl polis işçisi, üzərində axtarışın video çəkilişlə aparılacağı barədə ona məlumat vermişdir. Bundan sonra adını bilmədiyi polis işçisi mobil telefonunun video kamerası ilə çəkiliş aparmağa başlamışdır. Polis işçisi, ona hüquq və vəzifələrini izah etmişdir.Polis işçisi,ona təklif etmişdir ki, əgər üzərində qanunla saxlanması qadağan olunmuş hər hansı bir əşya və maddə varsa təqdim etsin.O da əynində olan qara rəngli şalvarının sol yan cibində gizlətdiyi bir bükümdə olan metamfetamini və sağ yan cibindən 30 manat pulu, bir ədəd köhnə "Nokia" markalı mobil telefonunu çıxardıb masanın üzərinə qoymuşdur.Polis işçisi həmin bükülünün içərisində nə olduğunu ondan soruşmuşdur. O da həmin bükülünün içərisində metamfetamin olduğunu və özü istifadə etmək üçün tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra, polis işçisi, üzərində başqa narkotik vasitə və qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmamasını ondan soruşmuşdur. O da təqdim etdiyi bir bükümdə olan metamfetamindən başqa üzərində heç nə olmadığını bildirmişdir. Bundan sonra, polis işçisi, onun üzərində axtarış aparmış və üzərindən heç nə aşkar olunmamışdır. Polis işçisi, içərisində metamfetamin olan həmin bir ədəd bükülünü elektron tərəzidə çəkmiş və o, elektron tərəzinin ekranına baxan zaman çəkisinin 1,22 qram olduğunu görmüşdür.Bundan sonra, polis işçisi, içərisində metamfetamin olan 1 ədəd bükülünü bir zərfə qoymuş və həmin bir ədəd zərfin üzərinə möhür vurmuşdur. O, vəkil Müdafiəçi ilə birlikdə həmin 1 ədəd zərfin üzərinə imza etmişdir. Bundan sonra videoçəkiliş dayandırılmışdır. Polis işçisi 30 manat pulunu ona qaytarmışdır. Polis işçisi protokol tərtib etmiş və o da, vəkil Müdafiəçi ilə birlikdə həmin protokola imza etmişdir.Ona həmişə metamfetamin satmış şəxsin adını və harada yaşadığını bilmir. O, əldə etdiyi həmin 1 bükümdə olan metamfetamini özü istifadə etmək üçün almışdır.Nokia markalı mobil telefonunda 050- ***-**-** telefon nömrəsini işlədir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin NMQ-nın əməliyyat müvəkkili işləyir. 09 yanvar 2024-cü il tarixdə icraatına Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə və onların prekursorlarım əldə etməsində, üzərində saxlamasında və daşımasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə tərəfindən dərhal şöbə rəhbərliyinə raportla məruzə edildikdən sonra onun rəhbərliyi altında,ŞRPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili Şahid2 və ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 09 yanvar 2024-cü il tarixdə, saat 16:40 dəqiqədə Lənkəran şəhəri H.Z.Tağıyev küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq, Lənkəran şəhər-rayon polis şöbəsinin inzibati binasına gətirilmişdir. Polis Şöbəsində onların və vəkilin iştirakı ilə videoçəkiliş vasitəsi ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bir ədəd sellofan bükülünü, sağ yan cibindən 2 ədəd 5 manatlıq və 1 ədəd 20 manatlıqdan ibarət cəmi 30 manat pul, bir ədəd köhnə "Nokia" markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs də həmin bükülünün içərisində metamfetamin olduğunu bildirmişdir. Metamfetaminə bənzər kütlə olan bir ədəd sellofan bükülünü zərfə qoymuş və həmin zərfin imza etmişlər. 30 manat pul Təqsirləndirilən şəxs qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş metamfetaminin özünə məxsus olduğunu və həmin metamfetamini 15 manata 09 yanvar 2024- cü il tarixdə, səhər saatlarında Lənkəran şəhəri "Kiçik bazar" deyilən ərazidə tanımadığı şəxsdən özü istifadə etmək üçün aldığını bildirmişdir. Daha sonra protokol tərtib etmiş və o, digər iştirakçılarla birlikdə həmin protokola imza etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı nə onun tərəfindən, nə də onun yanında hər hansı şəxs tərəfindən fiziki və ya psixi zorakılıq edilməmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin CAB-nın baş əməliyyat müvəkkilidir. 09 yanvar 2024-cü il tarixdə Lənkəran ŞRPŞ-nin əməliyyat müvəkkili Şahid1 icraatına Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə və onların prekursorlarım əldə etməsində, üzərində saxlamasında və daşımasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə sonuncunun rəhbərliyi altında, onun və ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 09 yanvar 2024-cü il tarixdə, saat 16:40 dəqiqədə Lənkəran şəhəri H.Z.Tağıyev küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq, Lənkəran şəhər-rayon polis şöbəsinin inzibati binasına gətirilmişdir. Polis Şöbəsində onların və vəkilin iştirakı ilə videoçəkiliş vasitəsi ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bir ədəd sellofan bükülünü, sağ yan cibindən 2 ədəd 5 manatlıq və 1 ədəd 20 manatlıqdan ibarət cəmi 30 manat pul, bir ədəd köhnə "Nokia" markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs də həmin bükülünün içərisində metamfetamin olduğunu bildirmişdir. Metamfetaminə bənzər kütlə olan bir ədəd sellofan bükülünü zərfə qoymuş və həmin zərfin imza etmişlər. 30 manat pul Təqsirləndirilən şəxs qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş metamfetaminin özünə məxsus olduğunu və həmin metamfetamini 15 manata 09 yanvar 2024- cü il tarixdə, səhər saatlarında Lənkəran şəhəri "Kiçik bazar" deyilən ərazidə tanımadığı şəxsdən özü istifadə etmək üçün aldığını bildirmişdir. Daha sonra protokol tərtib etmiş və o, digər iştirakçılarla birlikdə həmin protokola imza etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı nə onun tərəfindən, nə də onun yanında hər hansı şəxs tərəfindən fiziki və ya psixi zorakılıq edilməmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid3 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin CAB-nın baş əməliyyat müvəkkilidir. 09 yanvar 2024-cü il tarixdə Lənkəran ŞRPŞ-nin əməliyyat müvəkkili Şahid1 icraatına Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə və onların prekursorlarım əldə etməsində, üzərində saxlamasında və daşımasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə sonuncunun rəhbərliyi altında, onun və ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 09 yanvar 2024-cü il tarixdə, saat 16:40 dəqiqədə Lənkəran şəhəri H.Z.Tağıyev küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq, Lənkəran şəhər-rayon polis şöbəsinin inzibati binasına gətirilmişdir. Polis Şöbəsində onların və vəkilin iştirakı ilə videoçəkiliş vasitəsi ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bir ədəd sellofan bükülünü, sağ yan cibindən 2 ədəd 5 manatlıq və 1 ədəd 20 manatlıqdan ibarət cəmi 30 manat pul, bir ədəd köhnə "Nokia" markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs də həmin bükülünün içərisində metamfetamin olduğunu bildirmişdir. Metamfetaminə bənzər kütlə olan bir ədəd sellofan bükülünü zərfə qoymuş və həmin zərfin imza etmişlər. 30 manat pul Təqsirləndirilən şəxs qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş metamfetaminin özünə məxsus olduğunu və həmin metamfetamini 15 manata 09 yanvar 2024- cü il tarixdə, səhər saatlarında Lənkəran şəhəri "Kiçik bazar" deyilən ərazidə tanımadığı şəxsdən özü istifadə etmək üçün aldığını bildirmişdir. Daha sonra protokol tərtib etmiş və o, digər iştirakçılarla birlikdə həmin protokola imza etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı nə onun tərəfindən, nə də onun yanında hər hansı şəxs tərəfindən fiziki və ya psixi zorakılıq edilməmişdir. Cinayət işinin 27-29-cu vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 09 yanvar 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sol yan cibindən 1 (bir) ədəd bükülüdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülür və Təqsirləndirilən şəxs həmin 1 (bir) ədəd bükülüdə psixotrop maddə olan metamfetaminin özünə məxsus olduğunu təsdiq edir. Məhkəmədə cinayət prosesi tərəflərinin iştirakları ilə tədqiq edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sol yan cibindən 1 (bir) ədəd bükülüdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülür və Təqsirləndirilən şəxs həmin 1 (bir) ədəd bükülüdə psixotrop maddə olan metamfetaminin özünə məxsus olduğunu təsdiq edir. Cinayət işinin 44-47-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 10 yanvar 2024-cü il tarixli, 19/21 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində " Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilən bir bükümdə metamfetaminə bənzər kütlə " sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi:-1,052 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Ekspertiza tədqiqatının dəyəri 60 manatdır. Qalıq 1.002 qram qalmışdır. Cinayət işinin 52-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 09 yanvar 2024-cü il tarixli, 14 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 53-54-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 10 yanvar 2024-cü il tarixli, 30 nömrəli rəyindən görünür ki, Vət.Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar edilmədi. Cinayət işinin 103-105-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 09 mart 2024-cü il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.002 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin saxlama kamerasına təhvil verilmiş və 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmışdıır. Cinayət işinin 25-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “tutulma” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 09 yanvar 2024-cü il tarixdə, saat 16.40-da saxlanılmış, həmin tarixdə, saat 17.20-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 69-70-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 11 yanvar 2024-cü il tarixli qətimkan tədbiri haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə 11 yanvar 2024-cü il tarixdə, saat 16.10-da tutulduğu Lənkəran ŞRPŞ MSY-dən azad edilmişdir. Cinayət işinin 79-cu vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 11 yanvar 2024-cü il tarixl qəbzdən görünür ki, Nokia markalı mobil telefon Təqsirləndirilən şəxs təhvil verilmişdir. Cinayət işinin 79-cu vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 12 fevral 2024-cü il tarixli, 75 nömrəli məktubundan görünür ki, Əlizadə X1 rayon Hərbi Komissarlığının göndərişi əsasında xx.xx.2013-cü ildən xx.xx.2023-cü ilə qədər Lənkəran şəhər Psixiatriya xəstəxanasında müayinə olunmuş və "Hal hazırkı dövrdə psixi cəhətdən sağlam" diaqnozu qoyulmuşdur. Cinayət işinin 80-84-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş tələbnamə və hökmlə müəyyən edilmişdir ki, Əlizadə X1 Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Lənkəran Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli qərarı ilə CM-nin 52-1.5-ci maddəsinə əsasən Lənkəran Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli hökmü dəyişdirilərək ona 03 ay 20 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Cinayət işinin 91-2-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, Əlizadə X1 şəhəri Koroğlu küçəsi ev 26 ünvanında qeydiyyatda olmaqla yaşayır və yaşadığı müddətdə onun barəsində şikayət daxil olmamışdır. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il təvəllüdlü bir nəfər azyaşlı uşağı vardır. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs nun polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə xüsusat təsdiqini tapmadığından CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə dair ifadələrini cinayət işi üzrə məhkəmədə müəyyən olunan sübutlara əsasən hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadələr iş üzrə məhkəmədə müəyyən olunan hallarla üst-üstə düşmədiyinə iş üzrə sübut kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi obyektiv həqiqəti müəyyən etməyə imkan verdiyi üçün məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı da verdiyi ifadəsini daha mötəbər sübut qismində qəbul edərək ittihamın həll edilməsi üçün kifayət edən sübut kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin polis tərəfindən hədə-qorxuya məruz qalmasına dair məhkəmə bildirir ki, təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı həbslə əlaqəli olmayan qətimkan tədbiri (polisin nəzarəti altına vermə) seçilmiş, ibtidai istintaq 10 yanvar 2024-cü il tarixdən 12 mart 2024-cü il tarixədək, yəni üç ay davam etmişdir və bu müddət ərzində təqsirləndirilən şəxs sərbəst hərəkət etmək imkanına malik şəxs kimi ona qarşı edilmiş hüquq pozuntusu, indiki halda polis tərəfindən psixi və fiziki təsirə məruz qalması ilə bağlı hər hansı ərizə və ya şikayətlə heç bir orqana şikayət etməmişdir. İş materiallarından müəyyən olunur ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, lakin həmin cəzanın çəkilməsi qaydalarını pozduğu üçün cəza azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Göstərilənlərə baxımından, yəni təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı sərbəst hərəkət edə bilmək imkanının olması, əvvəllər də məhkumluq həyatı yaşadığından şikayət etmək kimi hüququnun olması barədə məlumatlı olan şəxs kimi belə hərəkətlər etməməsi məhkəmə tərəfindən hüquqdan sui istifadə kimi qəbul edilməklə, hazırda təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı hədə qorxuya məruz qalması ilə bağlı bildirdikləri inandırıcı olmamaqla yanaşı ağlabatan da hesab olunmur. Məhkəmə, müdafiəçinin şəxsi axtarış və götürmə zamanı protokola etdiyi qeyd, yəni şəxsin konfidesial görüş zamanı fiziki zora məruz qalması göstəriklərinə münasinbətdə də qeyd edir ki, məhkəmədə tərəflərin iştirakı ilə tədqiq edilmiş videogörüntüdə də görünür ki, müdafiəçi fiziki zora məruz qalması ilə bağlı təqsirləndirilən şəxsə təkrar-təkrar sual verir, hətta əynində olan paltarları da soyundurub müayinə də edir. Təqsirləndirilən şəxs isə fiziki zorakılığa məruz qalmadığını bildirir. Məhkəmədə təqsirləndirilən şəxsə daha sonra niyə fiziki zorakılıq barədə şikayət etməməsinə də ağlabatan cavab verməmişdir. Bundan başqa, məhkəmədə proses iştirakçılarının iştirakı ilə tədqiq edilmiş şəxsin şəxsi axtarışı zamanı lentə alınmış videogörüntüdən də görünür ki, istintaq hərəkəti zamanı müdafiəçi ona eyni məzmunlu sual vermiş və Təqsirləndirilən şəxs ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı Şahid2 tərəflərin iştirakı ilə dindirilərək təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi zor tətbiq etmədiyini bildirmişdir. Eləcə də, yuxarıda şərh olunan məktubdan da görünür ki, Təqsirləndirilən şəxs fiziki zora məruz qalması ilə bağlı cinayət işinin başlanması CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Göstərilənlərə əsasən, habelə təqsirləndirilən şəxsin 09 yanvar 2024-cü il tarixdə tutulmasını və 10 yanvar 2024-cü il tarixdə, yəni təxminən 24 saat ərzində tibbi ekspertizadan keçirilməsini və həmin ekspertiza rəyinə əsasən bədəni üzərində xəsarət aşkar edilməməsini, eləcə də həmin xüsusatla bağlı şahid ifadələrini, habelə qeyd olunan fakt üzrə cinayət işinin başlanmasının rədd edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədəki ifadəsi gələcəkdə ona təyin edilə biləcək cəzadan yaxa qurtarmağa yönəlmiş cəhdidir. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs fiziki zora məruz qalması ilə bağlı ifadəsini subyektiv yanaşma kimi qiymətləndirirərək həmin ifadəni sübut növü kimi qəbul etmir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında 26 aprel 2022-ci il tarixli Qanuna əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində “şəxsi istehlak miqdarından artıq” sözləri “xeyli” sözü ilə əvəz edilmişdir. Qeyd olunan dəyişiklik 13 dekabr 2023-cü il tarixdə qüvvəyə minmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 118-ci qrafasına əsasən 0,15 qram psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin miqdarı 1.052 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Qərarının 5-ci bəndinə əsasən, üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27-ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 1 nəfər azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, sadalanan normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyətini, əldə edilməklə saxlanılmış psixotorp maddənin miqdarını, narkomaniyadan əziyyət çəkməsini, əvvəllər də eynicinsli əmələ görə məhkum edilməsini, həmin əmələ görə məhkumluğunun ödənilməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs azadlıqdan məhrum edilərək cəmiyyətdən təcrid olunmalıdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində 09 yanvar 2024-cü il tarixdən 11 yanvar 2024-cü il tarixədək tutulduğu 2 gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 29 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin etmək qərarına gəldiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilməklə, o, məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə narkoloji ekspertizasının 09 yanvar 2024-cü il tarixli, 14 saylı qərarında qeyd edildiyi kimi Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.002 qram qalıq çəkisi olan psixotrop maddə metamfetamin CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 60 manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 14 iyun 2024-cü il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 09 yanvar 2024-cü il tarixdən 11 yanvar 2024-cü il tarixədək tutulduğu 2 gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 il 5 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumu rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 29 avqust 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında həbsə alınsın, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Barəsində polinarkomaniyadan məcburi müalicə təyin olunsun və onun ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.002 qram qalıq çəkisi olan psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd DVD iş materiallarında saxlanılsın. Məhkəmə məsrəfi 60 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar