Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-120/2025 29.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X3 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci ildə Cəlilabad rayonu Mikayıllı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, deməsinə görə ağ ciyər xəstəsi olduğu üçün işləməyən, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, xx.xx.2024-cü ildə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmış, məhkumluğu götürülməmiş və ödənilməmiş, Cəlilabad rayonu Mikayıllı kəndində qeydiyyatda olmaqla Cəlilabad şəhəri, R.Nəsirov küçəsi, nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq, narkotik vasitə qurudulmuş marixuananı xeyli miqdarda əldə edərək saxlamaqla daşımışdır. Belə ki, o, 16 mart 2025-ci il tarixdə, Lənkəran şəhəri Nizami küçəsində yerləşən Lənkəran rayon Mərkəzi Xəstəxanasının qarşısında satış məqsədi olmadan, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən öz istifadəsi üçün, bir ədəd bağlamada təmiz çəkisi 101,336 qram olub xeyli miqdar təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla daşıyaraq Lənkəran şəhəri, 21 -ci Məhəllə adlanan ərazidə piyada hərəkətdə olarkən bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının 16 mart 2025-ci il tarixdə, saat 22:44 radələrində qeyd olunan ərazidə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq, saxlanıldığı yerdə üstü yoxlanılarkən xeyli miqdarda olan həmin bir ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuana əynində olan qolsuz gödəkçəsinin içərisində aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı o, göstərmişdir ki, 2019-cu ildən narkotik vasitə marixuanadan siqaret kimi çəkib istifadə edir. Əvvəllər bir dəfə CM-nin 234.2-ci maddəsi ilə məhkum olunmuş, 06 iyul 2023-cü il tarixdə şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Subaydır, xəstə valideyinləri ilə birlikdə yaşayır. 16 mart 2025-ci il tarixdə, saat təxminən 17-18 radələrində Cəlilabad şəhərindən tanımadığı və nömrəsinə baxmadığı yol maşını ilə 6 manata Lənkəran şəhərinə gəlib Ləvəngi adlanan yerdə avtomobildən düşmüşdür. Lənkəran şəhərinə gəzmək məqsədilə gəlmiş, belə ki, uşaqlıqdan Lənkəran şəhərinə futbol oynamağa gəlib şəhərdə gəzmişdir. Avtomobildən düşdükdən sonra piyada şəhər ərazisində gəzişərkən Lənkəran rayon Mərkəzi Xəstəxanasının qarşı tərəfində üzdən tanıdığı və adını bilmədiyi şəxsi görüb ona yaxınlaşıb hal-əhval etmişdir. Həmin şəxslə söhbət zamanı ona üzərində narkotik vasitə olan marixuana olduğunu, satdığını bildirmiş, həmin şəxsə narkotik vasitə istifadəçisi olduğunu demişdir. Həmin şəxsdən narkotik vasitəni hansı qiymətə satacağını soruşduqda ona 50 manata satacağını demişdir. Hava artıq qaralmış, təxminən 22-23 radələri olmuşdur. Həmin şəxsə 1 karobka istədiyini demiş, həmin şəxs ona bir ədəd bağlamanı vermişdir. Həmin bağlamanı alıb 50 manat pul vermişdir. Əslində 50 manat verərkən 1 kibrit qutusu (karobka) narkotik maddə alacağını düşünmüşdür. Lakin həmin şəxsin ona verdiyi bükümün böyük olduğunu görüb səsini çıxarmamışdır. Həmin bükülünü əynində olan qolsuz gödəkçəsinin iç hissəsinə qoymuşdur. Bundan sonra sağollaşıb uzaqlaşmış, ara küçə ilə üzü Ləvəngi dairəsinə doğru piyada qayıdarkən ağ rəngdə VAZ-2107 markalı avtomobil ona yaxınlaşıb dayanmış və avtomobildən düşən mülki geyimli şəxslər özlərinin polis əməkdaşları olduqlarını deyib ona narkotik vasitə daşımağında şübhəli olduğunu bildirib üstünü yoxlamışlar. Ona üzərində qanunla qadağan olunan hər hansı əşya, predmet olub-olmamasını, varsa təqdim etməsi soruşulmuşdur. Bu təklifdən sonra əynində olan qolsuz gödəkçənin iç hissəsində saxlamaqla daşıdığı 1 ədəd bağlamanı və həmin gödəkçənin sağ yan cibindən bir ədəd Magna markalı siqaret qutusunu və bir ədəd alışqanı polis əməkdaşlarina təqdim edib bildirmişdir ki, təqdim etdiyi bağlamanın içərisində narkotik vasitə marixuana vardır. Həmin bağlamanın içərisinə baxıldıqda içərisində narkotik vasitə marixuana olması aşkar edilmişdir. Bundan sonra həmin bağlama elektron tərəzidə çəkildikdən sonra zərfə qoyulub qablaşdırılmış, möhürlənmiş, üzərində qeydlər aparıldıqdan sonra imzalamışlar. Polis əməkdaşlarına həmin narkotik vasitəni Lənkəran RMX-nin qarşı hissəsində tanımadığım şəxsdən 50 manata aldığını demişdir. Daha sonra onu Lənkəran ŞRPŞ-nə gətirmiş, polis şöbəsində otaqların birində ona hüquq və vəzifələrim izah olunmuş, həmçinin təqdim olunan əşyaya baxış keçirilmişdir. Bundan sonra ona müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulmuşdur. Özü narkotik vasitə istifadəçisidir. Narkotik vasitələrin satışı ilə məşğul olmur. Üzərindən aşkar edilmiş narkotik maddə marixuana onun özünə məxsusdur və istifadəsi üçün üzərində saxlamışdır. Narkotik vasitələrin satışı ilə məşğul deyil. Üzərində aşkar edilmiş narkotik maddəni istifadə etmək məqsədilə əldə etmişdir. İfadəsində qeyd etdiyi şəxsdən 1 karobka nəşə istəmiş, həmin şəxs ona göstərilən bağlamanı vermiş, qaranlıq olduğu üçün bağlamaya baxmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən, polis şöbəsinə gətiriiərke və polis şöbəsində ona hər hansı bir zorakılıq hərəkətləri olmamışdır. Narkotik maddə onun özünə məxsusdur. Polis əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 23 radələrində Lənkəran RMX-nın Ləvəngi dairəsi istiqamətində ara küçə ilə piyada hərəkətdə olarkən saxlanılmışdır. Lənkəran sakini olmadığından həmin küçənin adını bilmir. Üzərində aşkar olunmuş narkotik vasitəni xx.xx.2025-ci il tarixdə, saat 22-23 radələrində Lənkəran RMX-nin qarşı hissəsində üzdən tanıdığı, adını və soyadını bilmədiyi şəxsdən 50 manata almışdır. Narkotik maddəni yenicə alıb hərəkət etmişdir ki, polis əməkdaşları onu saxlamışlar. 2020ci ildən bəri mobil telefon istifadə etmir. Buna görə də mobil nömrəsi yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi, özünün etirafedici ifadəsi, şahid ifadələri, əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokol, təqdim olunmuş əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında protokol və həmin istintaq hərəkətlərinin qeydə alındığı CD disklərdə olan videogörüntülər, götürülmüş maddi sübut, əməliyyat tapşırığına verilmiş cavab, məhkəmə-bioloji, məhkəmə-tibbi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, işin digər halları və işə aid mötəbər sübutların məcmusu ilə sübuta yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nın əməliyyat müvəkkil Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirib göstərmişdir ki, icraatına Cəlilabad rayonu Mikayıllı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması və daşıması ilə bağlı etimad doğuran, məlum və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması və digər zəruri tədbirlərin görülməsi üçün əməliyyat qrupunun yaradılması və təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün raportla rəhbərliyə müraciət edib icazə almış və təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul etmişdir. Həmin qərar şöbə rəisi tərəfindən təsdiq edilmiş və rəhbərliyi ilə qrup üzvləri Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 və şöbənin CAB-nin əməliyyat müvəkkili Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs olduğu yeri müəyyən edib idarə etdiyi VAZ-21074 markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edib 16 mart 2025-ci il tarixdə, saat 22:44 radələrində Lənkəran şəhəri, 21-ci Məhəllə adlanan ərazidə tək piyada hərəkət etdiyini görüb Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan saxlanıldığı izah edilmiş və üstünün yoxlanılmasının zəruri olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs təklif etmişlər ki, üstündə qanunsuz əşya və maddə varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qolsuz gödəkçənin iç hissəsindən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər 1 ədəd sellofan bağlamanı, həmçinin gödəkçəsinin sağ yan cibindən 01 ədəd Magna markalı siqaret və 01 ədəd alışqanı təqdim edib sellofan bağlamanın içərisində narkotik vasitə marixuana olduğunu, az bir müddət öncə Lənkəran rayon Mərkəzi Xəstəxanası yaxınlığında üzdən tanıdığı şəxsdən istifadə etmək məqsədilə əldə etdiyini demişdir. Həmin bir ədəd sellofan bağlamaya baxış keçirildikdə içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olması aşkar edilmişdir. Həmin bağlama elektron tərəzi ilə çəkilmiş və ümumi çəkisi 105,8 qram olmuşdur. Həmin bağlama ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, üzərində qeydlər aparılaraq imzalanmış və üstü möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxdıqda üstündə başqa cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Şübhəli şəxsin üstünün yoxlanılması videoçəkilişdən istifadə edilməklə aparılmış, videoçəkiliş əməliyyat müvəkkili Şahid2 tərəfindən aparılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs və ondan götürülərək qablaşdırılmış narkotik vasitə marixuanaya bənzər kütləni Lənkəran ŞRPŞ-nə gətirmişlər və göstərilənlərlə bağlı protokol tərtib olunaraq imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs və ondan götürülərək qablaşdırılmış kütlə təhqiqatçıya təqdim edilmiş və sonuncu tərəfindən Təqsirləndirilən şəxs götürülərək qablaşdırılmış əşyaya videoçəkilişlə baxış keçirilmiş və protokol tərtib olunaraq imzalanmışdır. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəni hansı mənbədən əldə etməsini bilmir. Təqsirləndirilən şəxs istifadə etmək məqsədilə narkotik vasitə əldə edib üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olmamışdır. Elektron tərəzinini qoyduqları avtomobilin mühərrik örtüyünün mailli olması, ölçülən bağlamanın həcminin elektron tərəziyə nisbətən böyük olması, həmçinin çəkiliş zamanı havanın küləkli olması səbəbindən ölçülən predmetin 105 qramın hissəsinin rəqəmləri sabit qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nın CAB-nin əməliyyat müvəkkili Şahid2 da Şahid1 ifadəsinə uyğun olaraq eyni məzmunlu ifadə vermişdir. İşdə olan 16 mart 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 22:44 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Lənkəran şəhəri 21-ci Məhəllədə piyada hərəkət etdiyi zaman saxlanılmış, saxlamanın səbəbi Təqsirləndirilən şəxs izah edildikdən sonra ona üstünün yoxlanılacağı, üstündə qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet, maddə olduğu təqdirdə könüllü təqdim etməsi bildirilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qolsuz gödəkçənin iç hissəsindən içərisində marixuanaya bənzər 1 ədəd sellofana bükülmüş bağlama, gödəkçənin sağ yan cibindən 1 ədəd Magna markalı siqaret və 1 ədəd alışqan çıxarıb təqdim etməsi, təqdim etdiyi bağlamanın içərisində narkotik vasitə marixuanaya bənzər kütlənin olmasını bildirməsi və həmin kütlənin elektron tərəzidə çəkilərək çəkisinin 105,8 qram olması, həmin bağlamanın qablaşdırılaraq üstünün möhürlənməsi müəyyən edilmişdir. Baxış videoçəkilişdən istifadə edilməklə aparılmış və diskə köçürülərək protokola əlavə edilmişdir. İşdə olan 16 mart 2025-ci il tarixli “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün xx.xx.2025-ci il tarixdə, saat 22:44-də Lənkəran ŞRPŞ-nin keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri, 21-ci Məhəllədə piyada hərəkətdə olarkən saxlanılaraq üstü yoxlanılmış, üzərindən 1 ədəd bağlamada ümumi çəkisi 105,8 qram olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüş və qablaşdırılmış, raportla aidiyyəti üzrə təqdim olunmuşdur. Təqdim olunmuş bir ədəd zərfə və bir ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs 1 ədəd bağlamada içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin aşkar olunması müəyyən olunmuşdur. Baxış videoçəkilişdən istifadə edilməklə aparılmış və diskə köçürülərək protokola əlavə edilmişdir. İşdə olan məhkəmə-bioloji ekspertizasının 17 mart 2025-ci il tarixli, 19/117 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş marixuanaya bənzər kütlə” sözlər və imzalar olan bir ədəd bağlamadakı, bir ədəd bükülüdə təmiz çəkisi 101,366 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqatdan sonra qalıq çəkisi 101,266 qram olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 65 manatdır. İşdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 148 nömrəli məhkəmə- narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan istintaq zamanı əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarını əldə etməsi, üzərində daşıması, istifadəsi ilə məğul olması barədə əməliyyat məlumatları daxil olmuş və keçirilmiş digər tədbirlərlə göstərilənlər təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması ilə bağlı heç bir əməliyyat məlumat əldə olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı öz bildirdiyinə görə Lənkəran şəhərinin Nizami küçəsində yerləşən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının qarşısında ərazisində tanımadığı şəxsdən əldə etdiyini bildirsə də, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyi şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. İşdə olan “Sübutların qiymətləndirlməsi haqqında” Qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd bükülüdə qalıq çəkisi 101,266 qram olan narkotik vasitə-qurudulmuş marixuana maddi sübut qismində tanınmış, Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasında saxlanılır, 02 ədəd CD diskdə olan videogörüntülər cinayət işinə əlavə olunmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSlİ-nin tələbnaməsi, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü və Salyan Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.1 -ci maddəsi ilə təqsirli bilinib 100 manat cərimə cəzasına, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir.xx.xx.2024-cü ildə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs alə üzvləri ilə birlikldə Cəlilabad şəhərində yaşamaqla bir neçə dəfə istintaqa düşmüş və həbs olunmuşdur. İşdə olan tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 22.44-də şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilməklə o, saat 18.00-də MSY-dən azad olunmuşdur. Məhkəmə İşdə olan sübutları araşdırıb, təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini dinləyib, onları məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir, o, göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini etiraf edib peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivi cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildiyi xx.xx.2023-cü il tarixdən haziki iş üzrə cinayət əməli törədildiyi xx.xx.2025-ci il tarixədək iki il müddət keçməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs əməlində cinayətin residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslar və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Qeyd oluna Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə, sadalanman normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən onun əvvəllər məhkum olunmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, cəzasını çəkib qurtardıqdan, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə əvvəllər təyin edilmiş cəza, qanunda göstərilən cəzanın məqsədlərinə nail olunmasında effektiv olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla, yəni müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi üç il nəzərdə tutulduğundan Təqsirləndirilən şəxs müəyyən olunacaq cəza üç ilin yarısından az ola bilməz. Məhkəmə yuxarıda qeyd olunanaları, nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.3-cü maddəsinin tələblərinə əsasən, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş ”başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli, o, məhkəmə iclas zalında həbs edilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs cəza müddətində narkomaniyadan müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran RPŞ-də saxlanılan qalıq çəkisi 101,266 qram olan lan narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməli, 02 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə məsrəfi olan ekspertiza xərcini təşkil edən 65 manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 351-353-cü və 356cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 29 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ”başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza müddətində Təqsirləndirilən şəxs narkomaniyadan müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ saxlanılan qalıq çəkisi 101,266 qram olan narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin, 02 ədəd CD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinin aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************,SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Muradağa Qasımov
Məhkəmə qərarları › İş №1(049)-120/2025
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-120/2025
29.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver