Məhkəmə qərarları › İş №1(049)-121/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-121/2023

10.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-121/2023 10.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X5 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1967-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, bir azyaşlı uşağı olan, orta təhsilli, İİ qrup Çernobıl əlili, işləməyən, məhkumluğu ödənilən, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsi binasında 10 mart 2023-cü il tarixdə, saat 11.25-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq, narkotik maddəni əldə edərək saxlamaqla daşımışdır. Belə ki, o, 2022-ci ilin oktyabr ayının Lənkəran rayonunda, istintaqla müəyyən edilməmiş dəqiq tarix və mənbədən, satış məqsədilə qanunsuz olaraq, dörd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,147 qram, 0,136 qram, 0, 171 qram , 0,133 qram, ümumi təmiz çəkisi 0,587 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış və xx.xx.2022-ci il tarixdə Lənkəran ŞRPŞ-nin Liman PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı saat 15:50-də Lənkəran rayonu, Liman şəhəri M.Ə.Rəsulzadə küçəsində olarkən saxlanılaraq şəhər-rayon polis şöbəsinə gətirildikdən sonra üzərində şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçənin sol yan cibindən həmin bükümdə və çəkidə narkotik vasitə olan heroin, və əynində olan gödəkçənin sağ yan cibindən üzərində narkotik vasitən heroinin izləri olan işlək vəziyyətdə bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli, yəni narkotik vasitəni satmaq üçün üzərində gəzdirmədiyini bildirərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdi edir. Uzun müddətdir ki, onkoloji xəstəlikdən əziyyətr çəkir. Ağrılarının qarşısını almaq iiçün bir neçə müddətdir ki, narkotik vasitə heroindən istiufadə edir. 25 oktyabr 2022-ci il tarixdə, saat 11 radələrində Lənkəran şəhəri Bazar ərazisinə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən dörd bükümdə heroin almışdır. Həmin gün, saat 15 radələrində yaşadığı küçədə heroini çəkmək üçün sakit yer axtardığı zaman polislər onu X6 aparmışlar. Orada müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla üstündə şəxsi axtarış aparılmış, bu zaman üzərində saxladığı 4 büküm heroini polis əməkdaşlarına təqdim etmişdir. Lakin üzərində elektron tərəzi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin Liman PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdi edir. İcraatına Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması, gəzdirməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat qrupu yaradılmış, həmin qrupun tərkinində Liman PB-nin sahə poli nəfərləri X3 və X4 daxil olmuş, əməliyyat qrupuna rəhbərlik etmək ona həvalə edilmişdir. 25 oktyabr 2022-ci il tarixdə, saat 15 raadələrində birlikdə Təqsirləndirilən şəxs Lənkəran rayonu, Liman şəhəri M.Ə.Rəsulzadə küçəsində piyada hərəkət etdiyini görüb onu bölməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs hüquq əzifələrini izah etdikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs 04 ədəd şəffaf rəngli selofana bükülmüş bükümdə narkotik vasitə heroinə bənzər kütlələri və elektron tərəzini təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan bükümləri 25 oktyabr 2022-ci il tarixdə, səhər saatlarında Lənkəran şəhərində adını bilmədiyi şəxsdən 15 manata şəxsi istifadə etmək məqsədilə aldığını, üzərində gəzdirdiyi elektron tərəzini isə aldığı narkotik vasitələri çəkmək üçün istifadə etdiyini bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, icraatına Təqsirləndirilən şəxs narkotik vasitələr istifadə etməsi, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur, lakin həmin maddələri satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmədə ifadəsi elan edilmiş Lənkəran ŞRPŞ-nin Liman PB-nin sahə polis nəfəri X3 ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ -nın Liman PB-nın cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 icraatına Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması, gəzdirməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü bölmə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əmrlə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik etmək Şahid1 həvalə edilmişdir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibətləri də, olmayıb. İşin mahiyyəti üzrə bildirir ki, 25 oktyabr 2022-ci iltarixdə, saat 15:50 dəqiqədə Təqsirləndirilən şəxs Lənkəran rayonu, Liman şəhəri M.Ə.Rəsulzadə klüçəsində piyada hərəkət etdiyini görüb onu nəzarətə götürmüşlər. Ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini bildirərək və onu şöbəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı və video çəçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuş, o da, bu təklifdən sonra əynində olan şalvarın sol yan cibindən 04 ədəd şəffaf rəngli selofana bükülmüş bükümdə vasitə olan heroinə bənzər kütlələri və sol yan cibindən isə elektron tərəzini təqdim etmiş, ondan götürülmüş 04 ədəd şəffaf rəngli selofana bükülmüş heroinə bənzər bükümlər elektron tərəzidə çəkilmiş və çəkisi 0,74 qram olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra götürülmüş kütlələr və elekrton tərəzi ekspertizaya göndərilməsi məqsədilə zərflərə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinə bənzər bükümləri 25 oktyabr 2022-ci il tarixdə səhər saatlarında Lənkəran şəhərində olan adını bilmədiyi şəxsdən 15 manat şəxsi istifadə etmək məqsədilə aldığını, üzərində gəzdirdiyi elektron tərəzini isə aldığı narkotik vasitələri çəkmək üçün istifadə etdiyini bildirmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Lənkəran ŞRPŞ-nin Liman PB-nin sahə polis nəfəri X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması, gəzdirməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna Şahid1 rəhbərlik edtmişdir. 25 oktyabr 2022-ci il tarixdə, saat 15:50 dəqiqədə Təqsirləndirilən şəxs Lənkəran rayonu, Liman şəhəri M.Ə.Rəsulzadə küçəsində piyada hərəkət etdiyini görüb onu nəzarətə götürmüş, daha sonra ona yaxınlaşaraq özlərini təqdim edib bölməyə dəvət etmişlər. Orada təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs 04 ədəd selofana bükülmüş bükümdə narkotik vasitə heroinə bənzər kütlələri və elektron tərəzini təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan bükümləri 25 oktyabr 2022-ci il tarixdə, səhər saatlarında Lənkəran şəhərində adını bilmədiyi şəxsdən şəxsi istifadə etmək məqsədilə aldığını, üzərində gəzdirdiyi elektron tərəzini isə aldığı narkotik vasitələri çəkmək üçün istifadə etdiyini bildirmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış keçirilməsi haqqında” protokoldan görünür ki, təqsirləndirlən şəxsin üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan qara rəngli gödəkcənin sol cibindən 4 ədəd büküm, sağ yan cibindən isə elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar edilmiş bükümlərdə heroin olduğunu, ankoloji xəstə olduğundan özünün istifadəısi üçün Lənbkəran şəhərində tanımadığı şəxsdən aldığını, elektron tərəzini isə aldığı narkotik vasitəni çəkisini bilmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə fiziki-kimyəvi ekspertizanın xx.xx.2022-ci il tarixli, 19/1121 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 4 ədəd bükümlər...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 4 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -0,147 qram, 0,136 qram, 0,171 qram qr: -0,335 qr; ümumi təmiz çəkisi: -0,587 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, xarici görünüşlərinə və kimyəvi komponentlərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd elektron tərəzi...” sözlər və imzalar olan bir ədəd zərfdəki 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğuna görə, çəkisini və tədqiqata təqdim edilmişheroinlərə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmamışdır. Tədqiqatdan sonra heroinin qalığı 0,387 qram olmuşdur. İşdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1113 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin ƏƏSMN-nin yanında DSMF-nun təqdim etdiyi **********9 nömrəli arayışa əsasən İİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi olmaqla satışı ilə məşğul olur. İşdə olan şübhəli şəxs qismində tutulma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxsxx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qismində qətimkan tədbiri seçilmişdir. İşdə olan arayış və vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müddətsiz olaraq 2-ci qrup Çernobıl əlilidir. İşdə olan ayarış, doğum haqqında şəhadətnamələrin surətləri və xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evli olmaqla, himayəsində xx.xx.2007-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan və xx.xx.2012-ci il təvəllüdlü azyaşlı uşaqları vardır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 1993-cü ildən başlayaraq 3 dəfə məhkum olunmuş, sonuncu dəfə Lənkəran Rayon Xalq Məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmü ilə CM-nin 83-cü maddənin 4-cü hissəsi, 15, 83-cü maddənin 4-cü hissəsi ilə təqsirli bilinib əmlakı müsadirə olunmaqla 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2007-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin məhklumluğu ödənilmişdir. Belə ki, CM-nin 83.3.5-ci maddəsinə əsasən hətta ən ağır cinayət hesab edilən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirlən şəxsin cəzanı çəkib qurtardığı gündən isə 16 il keçmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxsin özünün etirafı ilə yanaşı, şahid ifadələri və işin məhkəmə iclasında araşdırılmış materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik maddə əldə edib özündə saxlaması kifayət qədər sübuta yetmişdir. Belə ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.10-cu maddəsində qeyd olunur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməli, yəni satış məqsədi ilə dörd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,147 qram, 0,136 qram, 0, 171 qram , 0,133 qram, ümumi təmiz çəkisi 0,587 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması Şahid1 məhkəmə iclasında verdiyi təsdiqedici ifadəsi və məhkəmə iclasında şahidlər X3 ilə X2 elan edilmiş ifadələri, məhkəmə-kimyəvi ekspertizasının rəyi, maddi sübutlar, xx.xx.2022-ci il tarixli «şəxsi axtarışın keçirilməsi» barədə protokol, həmçinin iş materiallarında olan istinaq hərəkətlərinə dair digər protokollarla tam təsdiq olunur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsinin aşkar olunmuş narkotik vasitə heroinin və elektron tərəzinin ona məxsus olmaması barədə dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarışın həyata keçirilməsi barədə protokol və DVD diskdə olan videogörüntülərlə təkzib olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cü bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror və hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə sonuncunun üzərində narkotik vasitənin və elektron tərəzinin olmaması barədə dəlilləri əsassızdır. İş materiallarında olan sübutlarlar onun CMnin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, yəni məhkumluğu ödənilsə də əvvələr 3 dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə CM-nin 59.1.4-cü maddəsində əsasən Təqsirləndirilən şəxs himayəsəndə bir azyaşlı uşağının olmasını, CM-nin 59.2-ci maddəsinə əsasən İİ qrup əlil olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan ağırlaşdırıcı hallar müəyyən etmədi. Məhkəmə yuxarıda qeyd olunanaları, eləcə də təqsirləndirlən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-cı maddəsinin tələblərinə əsasən, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə eləcə də hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran RPŞ-də saxlanılan ümumi qalıq çəkisi 0,387 qram olan narkotik vasitə olan heroin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməli, şəxsi axtarışın videogörüntüləri olan DVD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ekspertiza dəyərini təşkil edən 60 manat tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-də saxlanılan ümumi qalıq çəkisi 0,387 qram olan narkotik vasitə olan heroin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin, şəxsi axtarışın videogörüntüləri olan DVD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 60 (altmış) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinin aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319,büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************,SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar