Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-121/2024 13.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi istirakları ilə, saat 15:35 xx.xx.1984-cü ildə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkum olunmamış, Salyan şəhəri, Ə.Quliyev küçəsi, ev 9, mənzil 32-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 2023-cü ilin dekabr ayında, Salyan rayonu ərazisində, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, bir ədəd bükümdə təmiz çəkisi 6,266 qram olan, bitki mənşəli kütlə, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, 25 dekabr 2023-cü il tarixdə saat 20:20-də Baş Narkotiklərlə Mübarizə İdarəsinin X1 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan şəhəri, Ə.Quliyev küçəsində yerləşən kafenin yaxınlığında saxlanılaraq CBRŞ-nin yerləşdiyi ünvan 1 ünvanında yerləşən inzibati binasına gətirildikdən sonra şübhəli şəxs qismində tutulmuş, üstündə şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə qurudulmuş marixuana əynində olan gödəkçəsinin sol yan cibindən 1 ədəd sellofan bükümün içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Salyan şəhəri, Ə.Quliyev küçəsi ev 9, mənzil 32-də ailəsi ilə birlikdə yaşayır. Evlidir. Fəhlə işləməklə ailəsini dolandırır, ailəsində yeganə qazanc gətirən şəxsdir. Marixuanadan başqa heç bir növdə narkotik vasitə qəbul etməmişdir. 25 dekabr 2023-cü il tarixdə saat 20 radələrində Salyan şəhəri, Ə.Quliyev küçəsində yerləşən kafenin yaxınlığında küçədə tanışı Şahid4la birlikdə olarkən mülki geyimdə 3 nəfər şəxs onlara yaxınlaşmışlar. Həmin şəxslər özlərini təqdim etdikən sonra onların polis əməkdaşı olduğunu bilmişdir. Sonra polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirmişlər. Sonra polis əməkdaşları onu Şahid4la birlikdə Lənkəran şəhərində yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin X1 Şöbəsinə gətirmişlər. Regional şöbədə təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq ona vəkil təqdim edilmişdir. Şübhəli şəxsin hüquq və vəzifələri ona izah edildikdən sonra üzərinə videoçəkilişlə axtarış keçirilməyə başlanılmışdır. Təhqiqatçı tərəfindən polis əməkdaşlarının və müdafiəçisinin və tanışı Şahid4un iştirakı ilə üzərinə videoçəkiliş ilə şəxsi axtarış keçirilmişdir. Şəxs axtarış zamanı təhqiqatçı ona üzərində hər hansı qanunla qadağan edilmiş əşya və maddə olduğu təqdirdə təqdim etməsini təklif etdikdə əynindəki gödəkçəsinin sol yan cibində saxladığı bir ədəd sellofan bükümdə olan marixuananı, «Poco» markalı mobil telefonunu, gödəkçəsinin sol iç cibindən ümumlikdə 16 manat olan kağız və qəpiklərdən ibarət olan pulunu çıxarıb təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirlmiş, lakin üzərində hər hansı bir qanunsuz əşya və digər narkotik maddə aşkar olunmamışdır. Təqdim etdiyi həmin bükümə baxış keçirilmiş və bükümün içərisində marixuana aşkar edilmişdir. Onunla bu barədə sorğu-sual edildikdə təqdim etdiyi bükümün içərisində marixuana olduğunu, özünə məxsus olmasını, iki gün əvvəl Neftçala şəhərində keçirilən toy mərasimində adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 25 manata aldığını demişdir. Üzərində aşkar olunmuş həmin marixuana elektron tərəzidə çəkildikdən sonra zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənərək o və iştirakçılarla birlikdə zərfin üzərinə imzalarını qeyd etmişlər. Sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, o da daxil olmaqla iştirakçılar protokola imza etmişlər. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir qanunsuz hərəkətlər edilməmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu, himayəsində dörd nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alıb ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN BNMİnin X1 Şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərdi ki, Salyan şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi, çox vaxt üzərində narkotik vasitələri saxlaması, gəzdirməsi barədə qərəzsiz mənbədən əldə etdiyi məlumat barədə şöbənin rəisinə məruzə etmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün onun ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü 25 dekabr 2023-cü il tarixdə şöbə rəisindən müvafiq razılıq alındıqdan sonra tərəfindən əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna şöbənin polis nəfərləri Zaur Talıbov və Kamil Rəhimov da cəlb edilmişdir. Polis şöbəsinin rəisi tərəfindən müvafiq qaydada təlimat aldıqdan sonra Salyan şəhərinə yollanıb orada Təqsirləndirilən şəxs ola biləcəyi ərazilər tərəflərindən müşahidəyə götürülmüşdür. Həmin gün saat 20 radələrində Təqsirləndirilən şəxs Salyan şəhəri, Ə.Quliyev küçəsinə yerləşən kafenin yaxınlığında tərəflərindən saxlanılmışdır. Ona özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən onun yanında Şahid4 olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğu tərəflərindən ona bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs tanışı Şahid4la bilrikdə polis şöbəsinə gətirilmişdir. Bu barədə tərəfindən raportla şöbə rəisinə məruzə etmişdir. Təqsirləndirilən şəxs CBRŞ-nin təhqiqatçısı, polis mayoru Famil Həsənov tərəfindən şübhəli şəxs qismində tutulmuş, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah edilərək, vəkillə təmin edilmişdir. Bundan sonra əməliyyat müvəkkili Kamil Rəhimov tərəfindən aparılan videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə və yaxud qanunsuz maddə olduğu halda təqdim etməsi təklif olunduqda Təqsirləndirilən şəxs əynindəki gödəkçəsinin sol yan cibindən bir ədəd sarı rəngli selofan bükümü, «Poco» markalı mobil telefonunu, gödəkçəsinin sol iç cibindən ümumlikdə 16 manat olan kağız və qəpiklərdən ibarət olan pulunu çıxarıb təqdim edərək sellofanın içərisində marixuana olduğunu bildirmişdir. Təhqiqatçı tərəfindən həmin bükümə baxış keçirildikdə, bükümün içərisində narkotik vasitə olan qrudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin içərisində qurudulmuş marixuanaya bənzər maddə olan büküm elektron tərəzidə çəkilərək müvafiq qaydada qablaşdırılmışdır. Təqsirləndirilən şəxslə bu barədə sorğu-sual edildikdə, o təqdim etdiyi bükümün içərisində aşkar olunmuş kütlənin marixuana olduğunu və həmin marixuananı tutulduğu gündən iki gün öncə Neftçala şəhərində toyda olarkən tanımadığı şəxsdən 25 manata alaraq qəbul etmək üçün üzərində saxladığını, həmin marixuanadan bir dəfə tək özünün, bir dəfə də toydan Salyana qayıdarkən tanımadığı şəxslə birlikdə qəbul etdiyini bildirmişdir. Təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, o da daxil olmaqla iştirakçılar protokola imza etmişlər. Təqsirləndirilən şəxs əldə etdiyi marixuananın mənbəsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o ailəsi ilə birlikdə Salyan şəhəri, Ə.Quliyev küçəsi, ev 8 mənzil 45-də yaşayır. Evlidir. Heç yerdə işləmir. Təqsirləndirilən şəxs onunla qonşu binada yaşayır. Onunla münasibəti yaxşıdır. 25 dekabr 2023-cü il tarixdə axşam saat təxminən 20 radələrində Əli ilə kafedə yeyib-içdikdən sonra kafedən çölə çıxmışlar. Birlikdə söhbət edərkən mülki geyimdə 3 nəfər şəxs onlara yaxınlaşmışlar. Həmin şəxslər özlərini təqdim etdikdən sonra onların polis əməkdaşları olduğunu bilmişlər. Polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib onları birlikdə Lənkəran şəhərində yerləşən DİN BNMİ-nin X1 Polis Şöbəsinə gətirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs CBRŞ-nin təhqiqatçısı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah edilərək, vəkillə təmin edilmişdir. Bundan sonra videoçəkilişlə onun, vəkilin və polis əməkdaşları iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə və yaxud qanunsuz bir maddə olduğu təqdirdə təqdim etməsi təklif olunduqda, Təqsirləndirilən şəxs əynindəki gödəkçəsinin sol yan cibindən bir ədəd sarı rəngli sellofan bükümü, «Poco» markalı mobil telefonunu, gödəkçəsinin sol iç cibindən ümumilikdə 16 manat olan kağız və qəpiklərdən ibarət olan pulunu çıxarıb təqdim edərək sellofanın içərisində marixuana olduğunu bildirmişdir. Təhqiqatçı tərəfindən həmin bükümə baxış keçirildikdə, bükümün içərisində narkotik vasitə olan qrudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin bükümün içərisində qurudulmuş marixuanaya bənzər maddə olan büküm elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxslə bu barədə sorğu-sual edildikdə, o təqdim etdiyi bükümün içərisində aşkar olumuş kütlənin marixuana olduğunu və həmin marixuananı tutulduğu gündən iki gün öncə Neftçala şəhərində toyda olarkən tanımadığı şəxsdən 25 manata alaraq qəbul etmək üçün üzərində saxladığını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş həmin kütlə ekspertizaya göndərilməsindən ötrü zərfə qoyularaq qablaşdırılmışdır. Polis əməkdaşları tərəfindən ona və Təqsirləndirilən şəxs qarşı hər hansı bir qanuna zidd hərəkətlərə yol verilməmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə qurudulmuş marixuana olmasından xəbəri olmamışdır. O, özü heç vaxt narkotik vasitə qəbul etməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs aşkar olunaraq götürlmüş həmin marixuananı harada və kimdən əldə etməsi barədə heç bir məlumatı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 25 dekabr 2023-cü il tarixdə, saat 21:20-də şübhəli şəxs qismində tutulmuşdur. 25 dekabr 2023-cü il tarixli şəxsi-axtarışın keçirilməsi haqqında protokoldan və həmçinin şəxsi axtarışın keçirilərkən aparılmış video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sol yan cibindən 1 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddəni çıxardıb təqdim edərək götürülmüş, Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu və həmin marixuananı şəxsi istifadəsi üçün üzərində saxladığını etiraf etmişdir. Məhkəmə-bioloji ekspertizasının 26 dekabr 2023-cü il tarixli 19/1068 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırldı və möhürləndi...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi -6,266 qram olan bitki mənşəlli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır Ekspertiza tədqiqatının dəyəri 65 manatdır. Ambulator məhkəmə-narkoloji ekspertizasının 26 dekabr 2023-cü il tarixli, 1112 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburu müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəmə tibbi ekspertizasının 27 dekabr 2023-cü il tarixli 1266 rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Salyan Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 04 mart 2024-cü il tarixli, 18- 1-68/2-571/2024 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs psixitariya xəstəxanasında qeydiyyatda deyildir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Lənkəran Rayon Məhkəməsinin 4(049)-333/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 27 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 27 dekabr 2023-cü il tarixdə, saat 19:00-da saxlanıldığı Lənkəran ŞRPŞ-nin MSY–dən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 09 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd kağız paketdəki 6,266 qram narkotik vasitə qurudulmuş marixuana və şəxsi axtarışın videogörüntüləri olan 1 ədəd DVD disk maddi sübut qismində tanınmış, qalıq çəkisi 6,166 qram narkorik vasitə qurudulmuş marixuananın saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsi və 1 ədəd DVD diskin iş materiallarında saxlanılması qərara alınmışdır. Salyan RİH Salyan Mənzil-İstismar Təmir Tikinti X2 Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Əliyev X4 şəhəri, Ə.Quliyev küçəsi, 9 saylı evin, 32 saylı mənzilində arvadı 1989-cu il təvəllüdlü X3, uşaqları - 2007-ci il təvəllüdlü X5, 2009-cu il təvəllüdlü X6, 2018-ci il təvəllüdlü X8 və 2020-ci il təvəllüdlü X7 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlinin istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edildiyi qənaətinə gəlir. Məhkəmə istintaqı zamanı şahidlərin tədqiq edilmiş ifadəsinə, ekspertiza rəylərinə və işin digər materallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs istinad olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham elan olunan əmələ görə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, törətdiyi cinayət əməlini səmimi etiraf edib peşman olması, yaşayış yerindən müsbət xarakterizə olunması və ailənin yeganə gəlir gətirən şəxsi olmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən onun onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətdikdən sonrakı davranışını nəzərə alıb ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 25 dekabr 2023-cü il tarixdə saat 21:20-dən, 27 dekabr 2023-cü il saat tarixdə 19:00-dək 2 gün həbsdə olduğu müddət - bir günə iki gün hesablanmaqla, dörd gün müddət ona təyin olunacaq cəzadan çıxarılaraq qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublilası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının xərci olan 65 manat pul tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan 6.166 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 dekabr 2023-cü il tarixdən 27 dekabr 2023-cü il saat tarixədək iki gün həbsdə olduğu müddət bir günə iki gün hesabı ilə hesablanmaqla, 4 gün cəza müddətindən çıxılmaqla onun üzərində qəti olaraq 01 il 02 ay 26 gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirlmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı Salyan şəhəri, Ə.Quliyev küçəsi, ev 9, mənzil 32-də yaşadığı evi təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; - kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış – 6.166 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materillarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 65 manat pul tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmün Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin icrası yaşayış yeri üzrə Salyan Rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-121/2024
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-121/2024
13.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver