Məhkəmə qərarları › İş №1(049)-122/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-122/2024

22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-122/2024 22.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 17:00 Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1997-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Lənkəran rayonu, Bala Şürük kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 134-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, 05 may 2023-cü il tarixdə saat 23 radələrində yaşadığı Lənkəran rayonu, Bala Şürük kəndində yerləşən evdə 2005-ci ildə vəfat etmiş atasından anasına miras pul qaldığını güman edərək anası Zərərçəkmiş şəxs pul istəyərkən anasının bunu inkar etməsi səbəbindən aralarında baş vermiş mübahisədən əsəbiləşərək yaşadığı evin giriş qapısını bağlayıb anasına daha evdən çıxmayacağını tapşırmasından sonra anası Zərərçəkmiş şəxs ona qarşı qeyri-qanuni hərəkət edilə biləcəyindən qorxaraq qohumu vasitəsi ilə 06 may 2023-cü il tarixdə gecə saat 02:30 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102 Xidməti Zəng Mərkəzi”nə mobil telefon vasitəsi ilə verdiyi məlumat əsasında həmin gecə saat 03 radələrində Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşlarının onun yaşadığı evin həyətinə gəldiklərini görüb, onlardan anası Zərərçəkmiş şəxs şikayət etməsi barədə məlumat aldıqdan sonra anasının evdə olmadığını bildirsə də, sonuncunun evdən polis əməkdaşlarına işarə verdiyini yəqin edib, polis əməkdaşları ondan qapını açmasını tələb etmələrinə əhəmiyyət verməyərək, anası Zərərçəkmiş şəxs ondan şikayət etməsindən qəzəblənib, yaşadığı evin mətbəxindən götürdüyü dəstəyinin uzunluğu 115 mm, tiyəsinin uzunluğu 130 mm, eni 20 mm və qalınlığı 1,4 mm olan zavod üsulu ilə istehsal olunmuş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, təsərrüfat-məişət təyinatlı, soyuq silah hesab edilməyən qatlanmayan mətbəx bıçağını anası Zərərçəkmiş şəxs doğru tutaraq, onu evin ikinci mərtəbəsinə aparıb, orada əsəbi halda qışqıraraq anasından şikayətini geri götürməsini tələb edərək, polis əməkdaşlarının onun həyətindən getməyəcəyi təqdirdə anasını bıçaqla öldürəcəyi kimi ifadələr işlətməklə, hədəsinin real olduğu və bunu icra etməsi üçün heç bir maneənin olmadığı, yəni hədənin icra ediləcəyi üçün real əsaslar olduğu şəraitdə əlində tutduğu bıçağın tiyəsini qəsdən anasının boğaz nahiyəsinə dirəyərək, anası Zərərçəkmiş şəxs öldürməklə hədələmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 134-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Həmin əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü madəsi ilə ittiham elan edilmişdir. İşin məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər anası Zərərçəkmiş şəxs ilə münasibəti normal olmuşdur. X1 fərdi yaşayış evinə gətirdikdən sonra anası Lalazar onu dolandırmamış, evliliklərinə qarşı çıxmış və narazılıqlar etmişdir. Mütəmadi olaraq evdə o, və arvadı Nuranə ilə mübahisə və münaqişələr yaratmışdır. Bundan başqa heç bir yerdə işləmədiyi üçün atası Əkrəm Qasımzadədən ona miras qalmış pulların olmasını güman edib anası Zərərçəkmiş şəxs özü və ailəsinə baxmaq üçün pul verməsini tələb etmişdir. Anası Zərərçəkmiş şəxs isə atası Əkrəm Qasımovdan ondan hər hansı bir məbləğdə pulun olmadığını bildirmişdir. Bu mövzuda da onunla mübahisələri düşmüşdür. Sonuncu dəfə 05 may 2024-cü il tarixdə saat 15-16 radələrində anası Zərərçəkmiş şəxs birgə yaşadığı evə gəlmişdir. Bu zaman onun yanına gedib nə üçün evdən tez-tez çıxıb getdiyini, evdən xəbərinin olmadığını, ona ailəsini dolanmaq pul vermədiyini və onu tez-tez polisə verdiyini irad bildirmişdir. Bu zaman anası Laləzar ona pulunun olmadığını bildirmişdir. Bundan sonra həmin tarixdə saat 23 radələrində əsəbləşib evin birinci mərtəbəsinin giriş qapısını qıfıllamışdır ki, evdən çıxıb harasa getməsin. Həmin ərəfələrdə anası Zərərçəkmiş şəxs özünə məxsus otağa daxil olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 03 radələrində yaşadığı evdə yatdığı zaman küçə darvazasının açıldığını və səs-küy gəldiyini eşitmişdir. Bu zaman yataq otağın pəncərəsindən həyətə baxdıqda bir neçə polis əməkdaşının həyətə daxil olduqlarını və çağırdıqlarını eşitmişdir. O, yaşadığı evin ikinci mərtəbəsinin yataq otağının pəncərəsindən onlar ilə söhbət edib nə üçün gəlmələrinin səbəbini soruşmuşdur. Polis əməkdaşları ona bu ünvandan Zərərçəkmiş şəxs adlı şəxsin DİN-nin 102 xidmətinə müraciət etdiyini bildirmişdir. O, anası Zərərçəkmiş şəxs yenidən ondan əsassız yerə şikayət etdiyini bilib, evdə olduğu halda qəsdən evdə olmadığını polislərə bildirmişdir. Evin birinci mərtəbəsinə düşmüş anası Zərərçəkmiş şəxs səs etdiyinə görə polis əməkdaşları onun evdə olduğunu bilmişdir. Ona ərizə alınması məqsədi ilə evin giriş qapısının kilidini açmalarını xahiş etsələr də, o, polisin tələblərinə tabe olmayaraq qapının kilidini açmamışdır. Anası Zərərçəkmiş şəxs haqqında etdiyi əsasasız şikayətlərinə görə polislərin onu, polis şöbəsinə aparacağına və barəsində hər hansı bir tədbir görəcəyindən əsəbləşib evin birinci mərtəbəsinə düşmüş, mətbəxdən gümüşü rəngdə olan dəmir mətbəx bıçağını əlinə alaraq anası Zərərçəkmiş şəxs üzərinə getmişdir. Onun saçından tutub bıçağı üzərinə doğru istiqmətləndirərək evin ikinci mərtəbəsinə qaldırmışdır. Sonra anası Zərərçəkmiş şəxs qorxutmaq üçün əlində olan mətbəx bıçağının iti hissəsini onun boğaz nahiyəsinə dirənmiş tutaraq yataq otağının pəncərəsindən polis əməkdaşlarına tərəf səslənərək həyətindən getməyəcəyi təqdirdə onu bıçaqla öldürəcəyini bildirmişdir. X16 təkrar DİN-in 102 xidmətinə zəng edərək, ondan etdiyi şikayəti geri götürməsini tələb etmişdir. Anası Zərərçəkmiş şəxs da onun dediyi kimi edib telefonu ilə təkrar DİN-nin 102 xidmətinə müraciət etmiş və həmçinin polis əməkdşalarına həyətdən çıxıb getmələrini bildirmişdir. Həmin ərəfələrdə evin qapısının kilidini açmadığına görə polis əməkdaşları hadisə yerinə FHN-nin əməkdaşlarını dəvət etmişlər. Polis əməkdaşlarının onunla danışmasından istifadə edən anası Zərərçəkmiş şəxs yataq otağını tərk edərək evin ikinci mərtəbəsinin dəhlizindəki pəncərdən özünü yerə atmışdır. Həmin zaman polis əməkdaşları onun yanına gedib onu ayağa qaldırıb hadisə yerinə X28 çağırmışdılar. Həyətinə gələn X28 əməkdaşları anası Zərərçəkmiş şəxs xidməti avtomobilə yerləşdirərək, onu Lənkəran RMX-na aparmışlar. Dəfələrlə anası ilə barışmağa cəhd göstərmiş, lakin anası onu bağışlamamışdır. Məhkəmədən onun barəsində yüngül cəza etməsini xahiş etdi. İşin məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs Məhrəli qızı ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs 2017-ci ildə Neftçala rayon X2 ilə evlənmişdir. Təqsirləndirilən şəxs evləndikdən sonra onunla olan münasibətləri korlanmışdır. Dəfələrlə onu yaşadığı evdən qovmuşdur. Əkbər və Şahid1lər mütəmadi olaraq onunla mübahisələr edərək, münaqişələr yaratmışdır. Dəfələrlə Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-ya müraciət etsə də, bir müddət sonra yenidən onunla münaqişlər yaratmışdır. Sonuncu dəfə 05 may 2024-cü il tarixdə saat 15 radələrində yaşadığı evdə olan zaman Təqsirləndirilən şəxs ondan pul istəmişdir. O, da oğlu Təqsirləndirilən şəxs verməyə pulunun olmadığını bildirdikdə Təqsirləndirilən şəxs ona mərhum atasından qalmış puldan ona verməyini tələb etmişdir. Təqsirləndirilən şəxs atasının 20 ilə yaxındır ki, öldüyünü və o vaxtdan bəri onda pul olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs təkrar-təkrar pulunun harada olduğunu bidirməsini, verməyəcəyi təqdirdə onu öldürəcəyini bildirmişdir. 06 may 2023-cü il tarixdə saat 23 radələrində oğlu Təqsirləndirilən şəxs yalvararaq ondan əl çəkməsini və özünü yaxşı hiss etmədiyi üçün yatmaq istədiyini bildirib öz yataq otağına girmişdir. Əkbər və Nuranənin də otaqlarına girib yatdıqlarını görüb, öz otağında gizlətdiyi və Təqsirləndirilən şəxs xəbəri olmadığı mobil telefonunu əlinə götürüb, Bakı şəhərində yaşayan xalası nəvəsi X4 zəng etmişdir. Bu zaman danışıq konturunun olmadığını görmüşdür. Bir neçə dəqiqə sonra ona qısa zəng çatdığına görə Sədiqə Məmmədovanın ona zəng etdiyini görüb zənginə cavab vermişdir. Bu zaman qohumu Sədiqə Məmmədova mobil telefonda oğlu Təqsirləndirilən şəxs onu öldürmək istədiyini və təcili DİN-in 102 xidmətinə zəng edib bu barədə məlumat verməsini xahiş edib mobil telefonunu söndürmüş və otağında qalıb polisin gəlməsini gözləmişdir. Sonra gizlincə evin birinci mərtəbəsinə doğru qaçıb evin dəmirdən olan seyf qapısını açmaq istədikdə qapının bağlı olduğunu görmüşdür. Təxminən həmin ərəfələrdə polis əməkdaşlarının yaşadığı evin həyətinə gəlməsini görmüşdür. Bu zaman onlar Əkbəri çağırmışlar. Həmin vaxt səs çıxan Təqsirləndirilən şəxs pəncərədən polislərə onun evdə olmadığını bildirmişdir. Həmin zaman o, evin birinci mərtəbəsinin çölə baxan pəncərəsindən polislərə əl ilə işarəsi edərək, burada olduğunu bildirmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs qapının kilidini ərizə alınması məqsədi ilə açmalarını xahiş etsələr də o, polisin tələbinə tabe olmayaraq qapının kilidini açmaqdan imtina etmişdir. Sonra Təqsirləndirilən şəxs yanına gəlib əsəbi halda ona nə üçün şikayət etdiyini irad bildirib bir əli ilə saçından tutub digər əli ilə mətbəxdən gətirdiyi gümüşü rəngli bıçağın tiyə hissəsini boğazına dirəyib onu öldürücəyini bildirib, onu evin ikinci mərətbəsinə zorla aparmışdır. Əkbər evin ikici mərtəbəsinin pəncərəsindən həytədə durmuş polis əməkdaşlarına doğru əlində olan bıçağın tiyəsini boğazına dirənmiş halda tutaraq polis əməkdaşlarına ondan şikayətinin olmaması və həyətdən çıxıb getmələri barədə deməsini ondan tələb edərək, əks təqdirdə onu öldürəcəyi ilə hədələmişdir. O, da Təqsirləndirilən şəxs onun əlində tutduğu bıçaqla öldürcəyindən qorxub dediyini etmək üçün həyətinə gələn polislərə çıxıb getmələrini, Təqsirləndirilən şəxs hər hansı bir şikayətinin olmadığını məcburən demişdir. Sonra öz mobil telefonu ilə DİN-nin 102 xidmətinə müraciət edərək polisin yaşadığı evdən getməsini bildirmişdir. Həmin vaxt Əkbər Qasızmadənin ona qarşı hər hansı bir hərəkət etməsinin qarşısını almaq üçün polis əməkdaşları onunla profilaktiki söhbətər aparmağa davam edib, əlindəki bıçağı yerə qoymalarını tələb etmişdir. Həmin zaman Təqsirləndirilən şəxs polis əməkdaşları ilə söhbət etdiyini və başı qarışıq olduğundan istifadə edərək yataq otağını tərk edib evin ikinci mərtəbəsinin dəhlizdəki pəncərədən özünü yerə atmışdır. Bu zaman bel və qol nahiyələrindən xəsarət almışdır. Yerdə yıxılmış vəziyyətdə olan zaman ona hadisə yerində olan əməkdaşlar tərəfindən ilkin yardım göstərilmişdir. Daha sonra polis əmədaşları dərhal hadisə yerinə həkim çağırmışlar və ona tibbi yardım göstərilmişdir. Təqsirləndirilən şəxs ona dəfələrlə bu kimi rəhmsiz davranışlar etdiyini bildirib Təqsirləndirilən şəxs oğlu olmasına baxmayaraq onunla barışmadığını və onu bağışlamadığını bildirərək, Təqsirləndirilən şəxs barəsində ciddi cəza tədbirinin görülməsini məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2018-ci il tarixdə Lənkəran rayonu, Bala Şürük kəndində yaşayan Təqsirləndirilən şəxs ilə nikaha daxil olmuşdur. Bu evlilikdən iki azyaşlı övlad vardır. Təqsirləndirilən şəxs ilə evləndikdən sonra Lənkəran rayonu, Bala Şürük kəndində onun anası Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində yaşamağa başlamışdır. Təqsirləndirilən şəxs ilə evlilikdən sonra qaynanası Zərərçəkmiş şəxs onun evliliyinə qarşı çıxmış və bu səbəbdən onlar arasında daimi münaqişələr yaranmışdır. Əri Təqsirləndirilən şəxs heç bir yerdə işləmədiyi üçün anası Laləzardan maddi tələbatlarını ödəmək üçün pul tələb edir, Zərərçəkmiş şəxs da ondan pulunun olmadığını bildirmişdir. Bu səbəbdən də aralarında mübahisələr düşmüşdür. 05 may 2023-cü il tarixdə saat 15-16 radələrində qaynanası Zərərçəkmiş şəxs yaşadığı ünvana gəldiyinə görə Təqsirləndirilən şəxs anasına nə üçün evdən tez-tez çıxıb getdiyini, evdən xəbərinin olmadığını, ona pul vermədiyini bildirib onunla mübahisə etməyə başlamışdır. Bu zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs pulunun olmadığını bildirdikdə, anası Zərərçəkmiş şəxs nə üçün qardaşı Xanlara 5000 manat borca pul verdiyini və pensiya aldığını soruşduqda o, şəxsi pulunu qardaşı Xanlara verdiyini və ona bu məsələnin aid olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs evin qapısını bağlayaraq anası Laləzarın evdən çıxmayacağını və heç bir yerə getməyəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat 03 radələrində yataq otaqğında olduğu zaman küçə darvazasının açıldığını, bir neçə polis əməkdaşının həyətə daxil olduğunu və əri Təqsirləndirilən şəxs çağırdıqlarını eşitmişdir. Təqsirləndirilən şəxs evin ikinci mərtəbəsində yerləşən yataq otağının pəncərəsindən polis əməkdaşları ilə söhbət edib onlardan nə səbəbə gəlmələrini soruşmuşduqda, ona Zərərçəkmiş şəxs adlı qadının şikayəti əsasında gəldiyini bildimişlər. Təqsirləndirilən şəxs də polis əməkdaşlarına anası Laləzarın evdə olmadığını bildirmişdir. Həmin zaman evin birinci mərtəbəsində olan Zərərçəkmiş şəxs səs küy saldığına görə polis əməkdaşları onun evdə olduğunu bilmişlər. Polis əməkdaşları evin giriş qapısının açmasını Təqsirləndirilən şəxs xahiş etsələrdə, sonuncu qapını açmaqdan qorxduğuna görə imtina etdiyini və mətbəxdən bıçaq götürüb evin birinci mərtəbəsinə düşərək anasının üzərinə getmişdir. Lalazar Qasımovaya yaşadığı evin ikinci mərtəbəsinə qaldırıb məcburi şəkildə Din-in 102 xidmətinə zəng edib şikayətini geri götürəyini tələb etmişdir. Sonra Təqsirləndirilən şəxs anası Laləzarın boğaz nahiyəsinə əlinə götürdüyü mətbəx bıçağını dirəyib polis əməkdaşlarına tərəf səslənərək, evdən getməyəcəyi təqdirdə onu öldürməklə hədələmişdir. Həmin zaman aranın qarışdığından istifadə edən Zərərçəkmiş şəxs özünü evin ikinci mərtəbəsində yerləşən dəhlizdən özünü yerə atmışdır. Hadisə yerinə çağırlan X28 avtomobili onu xəstəxanaya aparmışdır. İşin məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun bacısıdır. Onunla münasibəti yaxşı olmuşdur. O, ailəsi ilə birlikdə Lənkəran rayonu, Bala Şürük kəndində yaşayır. 2017-ci ildə Zərərçəkmiş şəxs oğlu Təqsirləndirilən şəxs evləndikdən sonra onlar arasında ailədaxili münaqişələr başlamışdır. Bacısı Zərərçəkmiş şəxs tez-tez ona oğlu Təqsirləndirilən şəxs ondan pul istəməsi, evdən qovması barədə şikayətlər etmişdir. O da bununla bağlı Təqsirləndirilən şəxs dəfələrlə tərbiyəvi xarakterdə söhbətlər aparsa da Təqsirləndirilən şəxs onun sözərinə də əhəmiyyət verməmişdir. 2022-ci il tarixdə Təqsirləndirilən şəxs dəfələrlə şikayət etmişdir. Bacısı Zərərçəkmiş şəxs tez-tez evdən qovması nəticəsində o və başqa qohumlarının evində qalmışdır. xx.xx.2023-cü il tarixdə saat 04 radələrində Təqsirləndirilən şəxs ona məxsus mobil telefona zəng edərək, ona “sənin bacın özünü pəncərədən aşağı atdı” deyə bildirmişdir. O da Təqsirləndirilən şəxs ilkin olaraq sözlərinə ciddi əhəmiyyət verməyib, onu əsəbləşdirmək üçün bu sözləri dediyini zənn etmiş, sonradan narahat olduğuna görə X26 məxsus mobil telefonuna zəng edib Təqsirləndirilən şəxs ona zəng edib-etmədiyini soruşmuşdur. X26 da Əkbərin ona zəng etdiyini və bacısı Zərərçəkmiş şəxs yaşadığı evin pəncərəsindən özünü yerə atdığını bildirmişdir. O da saat təxminən 6-7 radələrində Lənkəran RMX-ya getmişdir. Orada təcili yardım şöbəsinin otaqlarının birində Zərərçəkmiş şəxs uzandığını və ona ilkin tibbi yardım göstərildiyini görmüşdür. Ondan nə baş verdiyini soruşduqda, o 06 may 2023-cü il tarixdə saat 04 radələrində oğlu Təqsirləndirilən şəxs onula yaranmış mübahisə zamanı polisə şikayət etdiyini, polis əməkdaşlarının onun yaşadığı ünvana gəldiyini gördükdən sonra Təqsirləndirilən şəxs onu evin ikinci mərtəbəsində mətbəx bıçağını onun boğazına dirəyərək onu öldürməklə hədələdiyini, sonra oğlu Əkbərin polis əməkdaşları ilə başının qarışlığından istifadə edib evin ikinci mərtəbəsinin pəncərəsindən özünü yerə atdığını bildirmişdir. İşin məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Lənkəran ŞRPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı vəzifəsində xidmət edir. Polis kapitanı rütbəsindədir. 05 may 2023-cü il saat 09:00-dan 06 may 2023-cü il tarix Lənkəran ŞRPŞnın əməliyyat-istintaq qrupunun üzvü olmuşdur. Həmin tarixdə, gecə saat 02:32-də DİNnin 102 xidmətindən Lənkəran rayonu, Bala Şürük kəndində Zərərçəkmiş şəxs oğlu Əkbər tərəfindən əl-qolunun bağlanılaraq balta ilə hədələndiyi barədə məlumat daxil olmuşdur. O, digər polis əməkdaşları ilə birgə dərhal xidməti avtomobillə hadisə yerinə yollanmışlar. Bir müddət sonra hadisə yerini tapmışlar və həmin ünvanın həyətinə daxil olmuşlar. Sonradan adı məlum olan Təqsirləndirilən şəxs ikinci mərtəbənin pəncərəsindən çıxmış və gəlmələrinin səbəbini soruşmuşdur. Onlar Təqsirləndirilən şəxs bu ünvandan Laləzar Qasıma adlı şəxsin DİN-nin 102 xidmətinə müraciət etdiyini bildirmişlər. Təqsirləndirilən şəxs də Zərərçəkmiş şəxs evdə ola-ola evdə olmadığını bildirmişdir. Evin birinci mərtəbəsində olan Laləzar Qaımova səs etdiyinə görə onlar Zərərçəkmiş şəxs evdə olduğunu bilmişlər. Əkbərə ərizə alınmaması məqsədilə qapının kilidini açmağını xahiş etsələr də, Təqsirləndirilən şəxs onların tələblərinə tabe olmayaraq qapının kildini açmamışdır. Daha sonra evin 1-ci mərtəbəsinə düşmüş, anası Zərərçəkmiş şəxs evin 2-i mərtəbəsinə qaldırmış, əlinə tutduğu bıçağı boğazına dirəyərək öldürməklə hədələmiş və məcburi şəkildə anasını DİN-nin 102 xidmətinə zəng etdirərək şikayətçi olmamasını tələb etmişdir. Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs dediyini etmiş və təkrar DİN-nin 102 xidmətinə müraciət etmiş və polis əməkdaşlarına həyətdən getməsini bildirmişdir. Həmin zaman qapının açılması üçün FHN-nə məlumat verilmişdir. Təqsirləndirilən şəxs onlar tərəfindən soruğu suala tutularaq onlar tərəfindən profilaktiki söhbətlər apardığı zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əlindən qurtulmuş, yataq otağını tərk edərək dəhlizdəki pəncərədən özünü yerə atmışdır. Onlar dərhal 103 xidmətinə zəng edərək hadisə yerinə TTYS-nin əməkdaşlarını dəvət etmişlər. TTYX-nin əməkdaşları tərəfindən Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərildikdən sonra xidməti avtomobilə yerləşdirilərək Lənkəran RMX-na aparmışlar. Daha sonra isə hadisə yerinə cəlb olunan FHN-nin və TTYX-nin əməkdaşları oranı tərk etmişlər. B aş vermiş hadisə təxminən 2 saat yarım davam etmişdir. Həmin vaxt orada polis, fövqəladə və tibbi yardımın əməkdaşlarından başqa kənar şəxslər olmamışdır. Mübahisə zamanı hər hansı bir predmet və yaxud əşyaya ziyan vurulmamışdır. İşin məhkəmə baxışı zamanı dindirilmiş şahid X10 ifadəsində Şahid3 ifadəsində göstərdiyi xüsusatlara uyğun ifadə vermişdir. İşin məhkəmə baxışı zamanı ifadəsi elan olunmaqla tədqiq olunmuş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2022-ci ildən Fövqəladə Hallar Nazirliyinin Lənkəran şəhərində X17 Xüsusi Xilasetmə Hissəsinin növbə rəisi vəzifəsində xidmət edir. Leytenant rütbəsindədir. Hər üç gündən bir xidmət etdiyi mərkəzdə Xüsusi Xilasetmə Hissəsinində növbə rəisi olaraq növbədə olur. Növbə rəisi ilə birgə xüsusi xilasetmə hissəsinin 7 nəfər xilasedici əməkdaşları da bir sutka növbədə olur. 06 may 2024-cü il tarixdə saat 03:45-də Fövqəaladə Hallar Nazirliyinin X8ması İdarəsindən Cənub Regional Mərkəzinin operativ məlumat şöbəsinə daxil olan məlumatda Lənkəran rayonu, Bala Şürük kəndində oğul anasını bıçaqlamaq istədiyini, hər ikisinin evin daxilində olduqlarını, evin pəncərələri dəmir çərçivəli olmasını, polis əməkdaşları qapını açmaq üçün köməklik istədiklərini bildirmişlər. Daxil olmuş məlumata dərhal reaksiya verərək, Xüsusi Xilasetmə Hissəsinin onula birgə 8 nəfərdən ibarət olan şəxsiyyəti hazırlıq vəziyyətinə gələrək 03:47-də “Mersedes Sprinter” markalı ximəti avtomobillə qeyd olunan hadisə yerinə yollanmışlar. Həmin günü rəhbəri olduğu xilasedici qrup saat 03:54-də hadisə yeri olan Lənkəran rayonu, Bala Şürük kəndində çatmışdır. Hadisə yerində ilkin kəşfiyyat işləri aparılmış və 1963-cü il təvəllüdlü Lənkəran rayonu, Bala Şürük kənd sakini Zərərçəkmiş şəxs yaşadığı evin 2-ci mərtəbəsinin pəncərəsindən tullanaraq yerə yıxılmış vəziyyətdə aşkar etmişlər. Xilasediclər tərəfindən Zərərçəkmiş şəxs ilkin yardım göstərilərək hadisə yerinə çağırılmış X11 Yardım əməkdaşlarına təhvil verilmişdir. Xilasetmə əməliyyat saat 04:38-də bitmişdir. O, xilasedicilər birgə hadisə yerinə çatdıqda Zərərçəkmiş şəxs artıq yerdə yıxılmış vəziyyətdə olduğunu görmüş və onun oğlu tərəfindən bıçaqla hədələndiyinin şahidi olmadığını göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş 03 noyabr 2023-cü il tarixli “baxış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, baxış Təqsirləndirilən şəxs iştirakı ilə Lənkəran rayonu, Bala Şürük kəndində yerləşən anası X7 birgə yaşadığı, iki mərtəbəli fərdi yaşayış evində keçirilmişdir. Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi və cinayətin aləti olan mətbəx bıçağını təqdim edərək, xx.xx.2023-cü il tarixdə saat 03 radələrində anası Zərərçəkmiş şəxs ölümlə hədələdiyini bildirmişdir. Baxış zamanı cinayətin aləti olmuş mətbəx bıçağı götürülmüşdür. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən “məhkəmə ballistik ekspertiza” üzrə verilmiş 24 iyun 2023-cü il tarixli 3/975 nömrəli rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal olunmuş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat tayınatlı mətbəx bıçağıdır, üzərində düzəlişlər edilməmişdir və soyuq silah hesab edilmir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” PHŞ-in Ambulator Məhkəmə Psixatrik Ekspertizasının 06 oktaybr 2023-cü il tarixli, 2808 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, X9 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunduğu təqdirdə törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqidarındadır.Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nın 21-ci maddəsinin təsiri altına düşmür və hazırkı pisixi vəziyyətinə görə psixatrik müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş Lənkəran ŞRPŞ-nın dəftəxraxanasına edilmiş sorğunun cavabından görünür ki, xx.xx.2018-ci il və xx.xx.2023-cü il tarixlərdə Zərərçəkmiş şəxs ilə oğlu Təqsirləndirilən şəxs arasında ailə münasibətləri zəminində baş vermiş mübahisələrlə bağlı Lənkəran ŞRPŞ-ya müraciətləri daxil olmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş xx.xx.2024-cü il tarixlı “baxış və götürmə” keçirilməsi haddında protokoldan görünür ki, Lənkəran ŞRPŞ-nın 1 №-li “Törədilmiş və ya Hazırlanan Cinayətlər Barədə Məlumatların Qeydiyyatı” kitabına baxış keçirilirkən həmin kitabda olan kitabın 1617 sıra nömrəsində yerləşən qrafalarda - xx.xx.2023-cü il tarixdə saat 02:32-də Lənkəran rayonu Bala Şürük kəndində yaşayan X3 ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək, qohumu Zərərçəkmiş şəxs oğlu Əkbərin əl-qolunu bağlaması, balta ilə onu öldürməklə hədələməsini bildirərək gəlməsini istədi” məlumatı qeyd olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin xx.xx.2022-ci il tarixli, ********** nömrə ilə qeydiyyata alınmış çıxarışından görünür ki, Zərərçəkmiş şəxs qıznının xüsusi mülkiyyətində Lənkəran rayonu, Bala Şürük kəndində yerləşən, sahəsi 220.6 kv.m olan daşınmaz əmlak (fərdi yaşayış evi) və oğlu Təqsirləndirilən şəxs ilə birgə 0.14 ha torpaq sahəsi xüsusi mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının Kosalar kənd inzibati ərazi dairəsindən təqdim edilmiş yaşayış yerindən arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayonu, Bala-şürük kəndində yaşayır, ailə üzvləri – arvadı Şahid1, övladları - X19, X12 və anası Zərərçəkmiş şəxs ibarətdir və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimka tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, bir ədəd mətbəx bıçağı iş üzrə maddi sübut kimi tanınaraq, saxlanması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134-cü maddəsi nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134-cü maddəsinin məzmununda qeyd edilmişdir ki, öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda—min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə, iş üzrə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, hədənin məzmununu, ifadə üsulunu, formasını, şəraitini, hədəni həyata keçirməyə imkan verən predmeti, təqsirin formasını, təqsirləndirilən və zərərçəkmiş şəxs arasında əvvəllər də mövcud olan münasibətləri, yəni Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs saçından tutub evin ikinci mərtəbəsinə qaldırmasını, kəsici deşici xassəyə malik mətbəx bıçağının ucu iti hissəsini anasının boğaz nahiyəsinə dirəyərək sonuncunu öldürməklə hədələməsini, təqsirkarın hadisədən agah olmuş polis əməkdaşlarının qanuni çağrışlarına məhəl qoymayaraq hərəkətlərinə davam etməsini, sonda Təqsirləndirilən şəxs qeyri-insanı davranışlarından bezərək əlacsız qalan Laləzar Qasımzadənin evin ikinci mərtəbəsinin dəhlizindəki pəncərdən özünü yerə ataraq xəsarət almasına rəvac verən anasına qarşı rəhmsiz davranışlarını, zərərçəkmiş şəxsin əvvəllər də təqsirləndirilən şəxs tərəfindən bu kimi qəddar davranışlarına görə rayon polis şöbəsinə etdiyi şikayətlərdən oğlunun nəticə çıxarmaq əvəzinə daha da azğınlaşıb bu kimi təkrar hərəkətlərə yol verməsini, zərərçəkmiş şəxsin məhkəmə prosesinin əvvəlindən sonuna qədər barışmayaraq təqsirləndirilən şəxslə sərt cəza verilməsini tələb etməsini və işin digər faktiki hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası çərçivəsində azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki övladının olması cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbirinə dəyişdirilməli və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclas zalında həbsə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd, soyuq silah hesab edilməmiş Lənkəran Şəhər Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan bıçaq hökm qanuni qüvvəyə mindindən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 134-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 22 may 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, hazırkı hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsə alınsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd, soyuq silah hesab edilməmiş Lənkəran Şəhər Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan bıçaq məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən 20 gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar