Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-122/2025 11.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Saat 11:20 xx xxxxx 1985-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Biləsuvar Rayon Məhkəməsinin 1(022)-112/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddələri ilə üzərində 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)- 427/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 03 ay 24 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmış və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 17 mart 2025-ci il tarixdə Lənkəran şəhəri ərazisində istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi -0,579 qram ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlayaraq daşımış, bu barədə əməliyyat məlumatları almış Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən 17 mart 2025-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 23:00-da Lənkəran şəhəri, 21-ci məhəllə ərazisində piyada hərəkətdə olarkən saxlanılaraq, üstü yoxlanılan zaman əynində olan şalvarın sağ yan cibindən “Prima” markalı siqaret qutusunun içərisində həmin 0,579 qram çəkidə xeyli miqdarda psixotrop maddə metmafetamin 1 ədəd salfet kəsiyi bükümündə aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə iki dəfə məhkum edilmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)-427/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən 03 ay 24 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmişdir. Subaydır, himayəsində olan yaşlı və xəstə anası ilə birlikdə yaşayır. 17 mart 2025-ci il tarixdə saat 23 radələrində Lənkəran şəhəri, 21-ci məhəllə adlanan ərazidə piyada hərəkətdə olarkən üç nəfər mülki geyimdə olan şəxs maşından düşərək ona yaxınlaşıb özlərinin Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Avtomobilə dəvət edildiyi üçün maşına əyləşmişdir. Maşında üzəri axtarılmış, lakin narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. Həmin əməkdaşlardan Rahid adlı polis işçisi ona “cəlilabadlı Amil” deyir ki, ondan aşkar edilmiş 500 qram “nəşə”ni Rüfətdən almışam. O isə “cəlilabadlı Amil” adlı şəxsi tanımadığını bildirmişdir. Rahid adlı polis işçisi ona büküm təqdim edərək ona öz üzərini götürməsini, üzərinə götürməyəcəyi təqdirdə isə 500 qram “nəşə” satmağa görə ona ittiham veriləcəyini bildirmişdir. O, “cəlilabadlı Amil” adlı şəxsi tanımadığını və heç kimə narkotik vasitə satmadığını bildirsə də, Rahid və onunla birlikdə olan polis işçiləri onun etirazına məhəl qoymamış, əksinə ona psixi təzyiq göstərmişlər. Əməliyyat tədbirinin keçirilməsinə dair videoçəkiliş onun etirazına görə 3 dəfə baş tutmuş, nəhayət o, üçüncü çəkilişdə polis əməkdaşlarının dedikləri ilə razılaşaraq ona verilən bükümü özününki kimi təqdim etmişdir. Daha sonra polis əməkdaşları onu Lənkəran şəhər rayon polis şöbəsinə gətirmişlər. Təhqiqatçı tərəfindən üzərindən aşkar edilmiş əşyalara və buna aid videogörüntiıyə baxış keçirildi. Sonra təhqiqatçı tərəfindən zərfdə olan metamfetamin bükümünün ona məxsus olub-olmaması soruşulmuş, o da aşkar edilən bükümün ona məxsus olduğunu bildirmişdir. Bununla bağlı protokol tərtib olunmuş, o da protokolu imza etmişdir. O, saxlanılan zaman üzərində heç bir psixotrop maddə olmamışdır. Təqsirləndirilən şəxs son sözündə özünü ona qarşı elan edilmiş ittihamla təqsirli bilməyərək barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında ifadəsi elan edilməklə tədqiq olunmuş Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ona elan olunmuş ittihamla özünü təqsirli hesab edir. O, ailə üzvləri ilə birlikdə Lənkəran şəhəri, K.Kazımov küçəsi ev 11-də qeydiyyatda olmaqa yaşayır. Əvvəllər narkotik vasitələrdən qanunsuz istifadə etdiyinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2025-ci il tarixdə saat 21 radələrində Lənkəran şəhərində yerləşən yaşadığı fərdi yaşayış evindən çıxmışdır. Bu zaman şəhər ərazisinin piyada şəkildə dövr edib, Lənkəran şəhəri, 20 Yanvar küçəsi ilə “Pullu Pulsuz” çayxanası istiqamətində hərəkət etməyə başlamışdır. Sonra köhnə Ələt- Astara yolunun Lənkəran rayonu Şilavar kəndində yerləşən “Bravo” marketə daxil olmuşdur. Oradan özü üçün alışqan almışdır. Daha sonra yolu keçib Lənkəran şəhəri, 21-ci məhəllə ilə üzü həmin yolda yerləşən “Bazar Store” marketinin yerləşdiyi istiqamətində hərəkət etməyə başlamışdır. Bu zaman qaranlıq yerdə bir yolun üstündə “Prima” markalı siqaret qutusunun olduğunu görmüş, həmin qutunun içərsində siqaret olar deyə qutusunu götürüb içərisinə baxdıqda içində bir ədəd ağ kağız bükümdə metamfetaminə bənzər kütlə olduğunu görüb götürmüş və siqaret qutusunun içərisinə baxdıqda içində bir ədəd ağ kağız bükümdə metamfetaminə bənzər kütlə olduğunu görmüşdür. Hərəkətini davam edib Lənkəran şəhəri 21-ci məhəllə istiqamətində hərəkət etməyə başlamışdır. 17 mart 2025-ci il tarixdə saat 23 radələrində Lənkəran şəhəri 22-ci məhəllə ilə hərəkət etməyə başlayanda üç nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Ona narkotik maddələrin qanunsuz saxlanılması ilə məşğul olmağı barədə məlumatları olduğunu deyib, vidoçəkiliş vasitəsilə üstünün yoxlanılmalı olduğunu bildirmişlər. Bu zaman ona hüquqlarının müdafiəsi üçün vəkil-müdafiəçinin olub-olmadığı, dəvət edilibedilməməsi barədə verilən suala cavab olaraq vəkilsiz üstünün yoxlanılmasına etirazının olmadığını, ona polis şöbəsində vəkillə təmin ediləcəyi bildirilmişdir. Bu zaman ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmetin olub-olmadığı sualına əynində olan şalvarın sağ yan cibindən bir ədəd “Prima” markalı siqaret qutusunu, sol yan cibindən isə “İphone” markalı mobil telefonu təqdim etmişdir. “Prima” markalı siqaret qutusunun içərisində bir ədəd bükümdə şüşə, yəni psixotrop maddə metamfetamin bükümü olduğunu bildirmişdir. Üzərindən başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Ona verilən şifahi suallara cavab olaraq metamfetamin bükümünü “Bravo” maktektin yaxınlığında tapdığını bildirmişdir. Həmin büküm elektron elekton tərəzidə çəkilərək çəkisinin 0.80 qram olması məlum olmuş, sonra metamfetamin bükümü zərfə qoyularaq qabalşdırılmış, o və başqa iştirakçılar tərəfindən imzalarala təsdiq olunmuşdur. Üzərindən aşkar edilmiş mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra polis əməkdaşları onu Lənkəran şəhər-rayon polis şöbəsinə gətirmişlər. Təhqiqatçı tərəfindən üzərindən aşkar edilmiş əşyalara və buna aid videogörüntiıyə baxış keçirilmişdir. Sonra təhqiqatçı tərəfindən zərfdə olan metamfetamin bükümünün ona məxsus olub-olmaması, polis əməkdaşları tərəfindən saxlanılan zaman fiziki zor və ya psixi təsirə məruz qalıb-qalmamağı barədə verdiyi suallara cavab olaraq o, üzərindən aşkar edilmiş metamfetamin bükümünün ona məxsus olduğunu və polis tərəfindən saxlanılan zaman fiziki zor və ya işgəncəyə məruz qalmadığını bildirmişdir. Bununla bağlı protokol tərtib olunmuş, o və polis əməkdaşları tərəfindən imzalarla təsdiq olunmuşdur. Narkotik vasitələrin və ya psixotrop madddələrin satışı ilə məşğul olmadığını, üzərindən aşkar edilmiş metamfetamini Köhnə Ələt-Astara yolunun Lənkəran şəhəri “Bravo” marketdən çıxdıqdan sonra üzbəüz yolu keçdikdən sonra qaranlıq bir yerdə siqaret qutusunu içərisindən tapdığını, polis əməkdaşları tərəfindən tutulan zaman hər hansı bir zorakı hərəkətlərə, qeyri-insanı rəftara və ya igəncəyə məruz qalmadığını göstərmişdir. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki, Lənkəran şəhər rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Polis mayoru rütbəsindədir. Lənkəran şəhəri, K.Kazımov küçəsi ev 11-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələri və onların prekursorların əldə etməsi, üzərində saxlaması, daşıması və qəbulu barədə etimad doğruran mənbədən əməliyyat məlumatları daxil olmuşdur. İcraatına daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən rayon şəhər polis şöbəsinin rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyataxtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək, o, şöbənin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 və baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik etmək ona həvalə edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qərəzli münasibətləri də olmamışdır. 17 mart 2025-ci il tarixdə saat 23 radələrində rəhbərliyi altında Lənkəran şəhəri, 21-ci məhəllə adlanan ərazidə çıxıb müşahidələr aparmağa başlamış və qısa bir müddət sonra Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmışlar. Bu zaman baş əməliyyat müvəkkili Şahid3 tərəfindən mobil telefon vasitəsilə videoçəkiliş aparılmağa başlanılmışdır. Özünü polis şöbəsinin əməkdaşı kimi təqdim edib, baş əməliyyat müvəkkili Şahid2, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olduğunu, bu səbəbdən də üzərinin yoxlanılmalı olduğunu bildirmişdir. O da narazılıq etməmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olduğu halda könüllü şəkildə təqdim etməsini təklif edildikdə, o, əynində olan şalvarın sağ yan cibindən bir ədəd “Prima” markalı siqaret, sol yan cibində isə “İphone” markalı mobil telefonu təqdim etmişdir. “Prima” markalı siqaret qutusunun içərisinə baxıldıqda içərisində bir ədəd ağ kağıza bükülmüş büküm aşkar olunmuşdur. Ağ kağızın içərisinə baxıldıqda metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Sonra üzərində başqa qanunsuz predmet və ya əşya aşkar olunmamışdır. Metmfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 0,80 qram olmuşdur. Sonra həmin kütlə zərfə qoyulub qablaşdırılaraq üzəri möhürlənmiş və tərəfindən imzalanmışdır. Mobil telefon da əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq o, psixotrop maddə metamfetamini Lənkəran şəhərində yerləşən “Bravo” marketdən çıxdıqdan sonra hərəkətdə olarkən yolda tapdığı siqaret qutusunu içərisindən tapdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-yə gətirilib bu barədə raport yazıb növbətçi təhqiqatçıya təhvil verilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyalara və buna dair videogörüntüyə baxış keçirilmiş, zərfdə olan psixotrop metamfetaminin ona məxsus olub-olmaması, saxlanılan zaman polis əməkdaşları tərəfindən fiziki zor və ya psixi təsirə məruz qalıb-qalmamağı barədə verdiyi suallara cavab olaraq üzərindən aşkar edilmiş metamfetamin bükümün ona məxsus olduğunu və saxlanılan zaman qanundankənar təsirə məruz qalmadığını bildirmişdir. Keçirilmiş tədbirlər nəticəsində onun psixotrop maddə metamfetamini yerdən tapdığını bildirsə də, onun həmin maddəni konkret olaraq kimdən və ya hardan əldə etdiyini müəyyən etmək mümkün olmamış, eləcə də, onun psixotrop maddə metamfetamini istifadə məqsədilə əldə etdiyi müəyyən edilmiş, satışla bağlı hər hansı bir məlumat, yaxud fakt aşkar edilmə mişdir. Məhkəmə istintaqında şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə verdilər. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: 17 mart 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı əynində olmuş şalvarın sağ yan cibindən 1 ədəd “Prima” markalı siqaret qutusunun içərisindən bir bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddəni təqdim etmiş və şifahi verilən suallara cavab olaraq təqdim etdiyi bükümün psixotrop maddə metamfetamini olduğunu, xx.xx.2025-ci il tarixdə Lənkəran rayonu, Şilavar kəndində yerləşən “Bravo” marketdən çıxdıqdan sonra yerdə “Prima” markalı siqaret qutusu tapdığını və yerdən götürüb içərisinə baxıdıqda bir bükümdə posixtrop maddə metamfetamin olduğunu görmüşdür. Daha sonra həmin büküm elektron tərəzidə çəkilib zərfə qoyulub möhürlənərək qablaşdırılmışdır. 17 mart 2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxson üzərindən aşkar edilərək zərfə qablaşdırılmış bir ədəd bükümdə psixotrop maddə metamfetamin və bir ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı zərfin içərisindən bir ədəd bükümdə psixotrop maddə metamfetamin və DVD diskdə isə Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetaminin aşkar olunmasının əks olunduğu videogörüntüsü qeydə alınmışdır. Tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 17 mart 2025-ci il tarixdə saat 23:00-da saxlanılmış, həmin gün saat 23:50-də şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə kimyəvi ekspertizasının 17 mart 2025- ci il tarixli 19/120 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ vət. Təqsirləndirilən şəxs aşkarlanmış 1 ədəd büküm....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: 0,579 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. Ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. “Şübhəli şəxs qismində tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbiri seçmək haqqında” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 mart 2025-ci il tarixdə saat 21:00-da tutmadan azad edilmiş və onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 20 mart 2025-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki aslılıq olmadan narkotik vasitə istifadə halları istisna olunmur. Məcburi müəalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. İstintaq zamanı əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, təqsirləndirilən şəxs - ünvan 1-də qeydiyyatda olan və yaşayan - Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin istifadəçisi, daşınması ilə məşğul olması barədə əməliyyat aparatına əməliyyat məlumatları daxil olsa da, onun həmin maddələrin satışı ilə məşğul olması barədə məlumatları daxil olmamışdır. Aşkar edilmiş psixotrop maddə metamfetamini Lənkəran şəhəri, 21-ci məhəllə ərazisində piyada hərəkətdə olarkən yerdən “Prima” markalı siqaret qutusu görüb götürdüyünü və içərisindən psixotrop maddə metamfetamini tapdığını bildirsədə, keçirilmiş tədbirlər zamanı həmin maddəni yerdən tapması və ya əldə etdiyi şəxsin kimliyini müəyyən etmək mümkün olmamışdır. Bu istiqamətdə əməliyyataxtarış tədbirləri davam etdirildiyi göstərilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun xx.xx.2025-ci il tarixli cavabından görünür ki, xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 3 ay 24 gün vatından şərti azad edilmişdir. Məhkumluğu ödənilməmişdir. Biləsuvar Rayon Məhkəməsinin 1(022)-112/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 təqsirli bilinərək 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsi ilə üzərində qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)-427/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 03 ay 24 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli, 100 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs cəzasının 03 ay 24 gün şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə bağlı nəzarət işinin müddəti bitdiyi üçün xx.xx.2024-cü il tarixdə icra qurumunun qeydiyyatından çıxarılmışdır. xx.xx.2025-ci il tarixli, 384 nömrəli Lənkəran Şəhər Psixiatriya xəstəxanasının arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada hər hansı bir diaqnozla qeydiyyatda deyildir. Lənkəran ŞİHB-nin Lənkəran şəhər 1 nömrəli sahəi inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla anası X1 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. “Maddi sübut hesab edilməsi barədə” 15 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,579 qram (qalıq-0,479 qram) psixotrop maddə metamfetamin və iki ədəd DVD diskdə olan videogörüntülər maddi sübut hesab edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,479 qram psixotrop maddə metamfetamin Lənkəran ŞRPŞ-nin saxlama kamerasına verilmiş, videogörüntülərin qeydə alındığı 2 ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinin və müdafiə tərəfinin çıxışının «təqsirləndirilən şəxsin saxlanılarkən üzərində hər hansı psixotrop maddə olmaması, onun polis əməkdaşları tərəfindən psixoloji təzyiqlərə məruz qalaraq ona verilmiş psixotrop maddə metamfetamini öz üzərinə götürməyə məcbur olması» barədə ifadə və çıxışlarına qiymət verərək hesab edir ki, həmin ifadələr özünümüdafiə xarakterli olmaqla təqsirləndirilən şəxsə bəraət verilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və Təqsirləndirilən şəxs satış məqsədi olmadan psixotrop maddə metamfetamini əldə etməsi, üzərində saxlamaqla daşıması cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında” və “şəxsi axtarış və götürmə aparılması haqqında” protokollar və həmin protokollara əlavə edilmiş videoçəkilişlər, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi təsdiqedici ifadələr ilə yanaşı, şahidlərin ifadələri, habelə məhkəmə-kimyəvi, məhkəmə-narkoloji və işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, o, ibtidai istintaq zaman daha inandırıcı ifadələr vermiş, məhkəmə istintaqı zamanı isə cinayət məsuliyyətindən yayınmaq məqsədilə həqiqətə uyğun olmayan ifadə verir. Beləliklə, məhkəmə hesab edir ki, sadalanan sübutlar Təqsirləndirilən şəxs istinad olunmuş əməlin törədilməsinə aidiyyətinin və təqsirliliyinin təsdiqinə kifayətdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin tələbinə görə bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə ona bəraət verilməsi barədə müdafiə tərəfinin çıxışlarının dəlilləri əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və yaxud həmin maddə ilə ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin cinayətə görə məhkumluğu ödənilməmiş və götürülməmiş Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs yaşayış yeri müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş əməllərin törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1 və 65.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs residivə görə cəza təyin edilməli və bu cəzanın müddəti onun təqsirli bilindiyi maddədə nəzərdə tutulan daha ciddi cəzanın son həddinin yarısından az olmamalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək və törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, CM-nin 18.1 və 65.2-ci maddəsinin tələbi baxımından ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yarısından aşağı olmayan cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 17 mart 2025-ci il tarixdən 19 mart 2025-ci il tarixədək 2 gün şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət ona təyin olunacaq cəzadan çıxarılaraq qəti cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin etmək qərarına gəldiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilməklə, o, məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən saxlanılmalı və Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 11 avqust 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə müvafiq olaraq iş üzrə Lənkəran ŞRPŞ-də saxlanılan maddi sübut olan və ekspertiza tədqiqatından sonra qalan 1 ədəd bükümdə 0,479 qram psixotrop maddə metamfetamin məhv edilməli, həmin Məcəllənin 132.0.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı videoçəkilişə dair 2 ədəd DVD disk maddi sübut kimi iş materiallarında saxlanılmalıdır. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 65 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin müvafiq hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 mart 2025-ci il tarixdən 19 mart 2025-ci il tarixədək 2 gün şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət, ona təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində 01(bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 11 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1 ədəd bükümdə 0,479 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işininin materiallarına əlavə edilmiş 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 65 manat pul tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən, onun elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-122/2025
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-122/2025
11.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver