Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-123/2023 13.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 16.30 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1995-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma cinayət əməllərini törətmişdir. Belə ki, o, 2022-ci ilin okytabr ayının ortalarında Lənkəran şəhərində müəyyən edilməmiş dəqiq vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 1,763 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, satışını realizə etmək üçün həmin narkotik vasitə heroini 0,449 qr, 0,411 qr, 0,196 qr; 0,238 qr, 0,261 qr, 0,208 qr olan hissələrə ayıraraq, ümumilikdə 6 ədəd sellofan kəsiklərinə büküb, üzərində saxlayaraq daşımış, 17 oktyabr 2022-ci il tarixdə qeyd olunan narkotik vasitə heroinin 3 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,238 qr, 0,261 qr, 0,208 qr olmaqla, ümumi təmiz çəkisi 0,707 qram olan hissəsini 50 manat pul müqabilində Lənkəran şəhəri, “Ləvəngi dairəsi” adlanan ərazidə Lənkəran şəhər sakini digər şəxsə satmış, qalan 3 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,449 qr, 0,411 qr, 0,196 qr olmaqla, ümumi təmiz çəkisi 1,056 qram narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq üzərində saxlayaraq daşımış, bu barədə əməliyyat məlumatları almış Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşlarının 17 oktyabr 2022-ci il tarixdə Lənkəran şəhərində keçirdikləri əməliyyat tədbirləri zamanı digər şəxs Lənkəran şəhəri ərazisində saxlanılaraq rayon polis şöbəsinin ünvan 2 ünvanında yerləşən inzibati binasına gətirilib, üzərində şəxsi axtarış keçirilərkən ondan aldığı çəkilərdə və bükümlərdə narkotik vasitə heroinlər sellofan kəsiklərinə bükülmüş halda digər şəxsin əynindəki şalvarın sağ yan cibindən aşkar edilib qablaşdırılaraq götürülmüş, 21 oktyabr 2022-ci il tarixdə saat 15:45 radələrində növbəti əməliyyat tədbirləri nəticəsində Ağazadə X2 şəhəri, Ş.Xiyabanı küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilib, üzərində şəxsi axtarış keçirilərkən əynində olmuş şalvarın sol yan cibindən qalan 3 bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,449 qr, 0,411 qr, 0,196 qr olmaqla, ümumi təmiz çəkisi 1,056 qram narkotik vasitə heroin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onu polis əməkdaşı Raqif adlı şəxs hədələmiş və o, da məcbur olub yazılanlara imza etmişdir. İttiham aktında qeyd edilən narkotik vasitə və elektron tərəzi ona məxsus deyil və üzərindən aşkar edilməmişdir. O, narkotik vasitə istifadəçisi olsa da, heç vaxt satışı ilə məşğul olmamışdır. Şahid4 onun qonşusudur, lakin ona heç vaxt narkotik vasitə satmamışdır. O, narkotik vasitə istifadəçisi olduğu üçün anası onun barəsində polisə şikayət etmişdir. Məhkəmədə verdiyi ifadəsindən fərqli olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmə iclasına elan edilməklə araşdırılmış cinayət işinin 62-65-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, “ailəlidir, ünvan 4-də ailəsi ilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmuşdur. 4-5 ilə yaxındır ki, “Kakos” kimi bilinən narkotik vasitə olan heroindən istifadə edirmiş. Narkotik vasitə heroini tüstü yolu ilə qəbul edirmiş. Narkotik vasitəni Lənkəran şəhərinin müxtəlif yerlərində tanımadığı şəxslərdən alırmış. Çox vaxt Lənkəran şəhəri “Böyük Bazar” ərazisində üzdən tanımadığı şəxsdən alırmış. Sonuncu dəfə 21 oktyabr 2022-ci il tarixdə saat 15-16 radələrində Lənkəran şəhəri Ləvəngi dairəsi ərazisinə getmişdir. Orada əvvəllər bir neçə dəfə narkotik vasitə aldığı şəxsi görüb ona yaxınlaşmış və narkotik vasitə olub-olmadığını soruşmuşdur. Həmin şəxs də narkotik vasitə olduğunu demişdir. Ondan şəxsi istifadəsi üçün 15 manat qarşılığında 3 bükümdə narkotik vasitə istifadəçiləri arasında “kakos” kimi tanınan heroin almışdır. Üç ədəd bükümdə olan narkotik vasitəni üzərində saxlamışdır ki, ağrıları olan zaman qəbul etsin. Bir müddət orada qaldıqdan sonra yaşadığı ev istiqamətində hərəkət etməyə başlamışdır. Lənkəran şəhəri Ş.Xiyabanı küçəsində yolun kənarı ilə piyada hərəkətdə olan zaman mülki geyimdə olan üç şəxs ona yaxınlaşmışdır. Onlar özlərini Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşı kimi təqdim etmişlər və ona narkotik vasitələrin qanunsuz saxlanılması və satışı ilə məşğul olmağı barədə məlumatları olduğunu deyib onu Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmişlər. İnzibati binaya gətirilənə kimi yolda və üzərində axtarış aparılanadək polis əməkdaşlarının nəzarəti altında olmuşdur və üzərində olan bükümləri harasa atmaq imkanı olmamışdır. İnzibati binada ona şübhəli şəxs qismində tutulduğunu elan edib hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət etmişlər. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş müşayiəti ilə üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarışdan əvvəl ondan üzərində hər hansı bir qanunsuz əşya, yaxud predmet olubolmadığı soruşulmuş, olduğu halda təqdim etməyi təklif edilmişdir. O da əynində olan şalvarının sol yan cibində olan 3 ədəd bükümdə narkotik vasitə olan heroini təqdim etmişdir. Həmin narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmişdir, şəxsi axtarışdan zamanı üzərindən hər hansı bir qanunsuz əşya, yaxud predmet aşkar edilməmişdir. Polis əməkdaşı ona satış məqsədi olub-olmadığını soruşmuş, o da satış məqsədi olmadığını, sadəcə şəxsi istifadəsi üçün aldığını demişdir. Üzərində aşkar edilmiş 3 bükümdə heroin elektron tərəzidə çəkildikdə çəkisi 1,23 qram olmuşdur. Sonra 3 bükümdə olan heroin ekspertizaya təqdim olunması üçün zərfə qoyulub möhürlənmişdir. Zərfin üstünə o və müdafiəçisi İntiqam Hüseynov imza etmişdir. Üzərində aparılan axtarış videoçəkiliş ilə müşayiət olunmuş, sonda tərtib edilən protokol iştirakçılara ucadan oxunaraq, o və müdafiəçisi tərəfindən imzalanmışdır. Üzərində aşkar edilən narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə etmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Lənkəran şəhəri, Ləvəngi dairəsində Elxan adlı şəxsə istifadə etməsi üçün narkotik vasitə vermişdir”. Məhkəmə iclasında dindirilmiş Şahid1 оğlu ifаdəsində göstərdi ki, Lənkəran Şəhər- Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. İcraatına Təqsirləndirilən şəxs qanunsuz olaraq, narkotik vasitələri qəbul etməsi və əldə edib üzərində saxlaması, satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. İcraatına daxil olmuş əməliyyat məlumatları icra olunmasından əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərliyi özü etmiş, onunla birlikdə əməliyyat qrupunun tərkibində polis nəfərləri, Şahid3 və Şahid2 olmuşdur. 21 oktyabr 2022-ci il tarixdə, saat 16:30 radələrində Təqsirləndirilən şəxs Ş.Xiyabanı küçəsinə saxlayaraq, özlərini təqdim etdikdən sonra, şöbəyə dəvət etmişlər. Polis şöbəsinə gətiriləndən sonra müdafiəçinin və onların iştirakı ilə, videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da əynində olan şalvarının sol yan cibindən 3 ədəd sellofan kəsiyi bükümü çıxarıb stolun üzərinə qoymuşdur. Sellofan kəsiyi bükümündə narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra götürülmüş kütlə ekspertizaya göndərilməsi məqsədilə zərfə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxsə tutularkən, tutulduqdan sonra hər hansı psixi, fiziki zor tətbiq edilməmiş, nə onun tərəfindən, nə də onun yanında hər hansı şəxs tərəfindən nəyəsə imza etməyə məcbur edilməmişdir. Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisi olmaqla yanaşı satışı ilə də məşğuldur. Məhkəmə iclasında dindirilmiş Şahid2 оğlu ifаdəsində göstərdi ki, Lənkəran Şəhər- Rayon Polis Şöbəsinin polis nəfəri vəzifəsində işləyir. 21 oktyabr 2022-ci il tarixdə, saat 16:30 radələrində Təqsirləndirilən şəxs Ş.Xiyabanı küçəsinə saxlayaraq, özlərini təqdim etdikdən sonra, şöbəyə dəvət etmişlər. Polis şöbəsinə gətiriləndən sonra müdafiəçinin və onların iştirakı ilə, videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da əynində olan şalvarının sol yan cibindən 3 ədəd sellofan kəsiyi bükümü çıxarıb stolun üzərinə qoymuşdur. Sellofan kəsiyi bükümündə narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra götürülmüş kütlə ekspertizaya göndərilməsi məqsədilə zərfə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxsə tutularkən, tutulduqdan sonra hər hansı psixi, fiziki zor tətbiq edilməmiş, nə onun tərəfindən, nə də onun yanında hər hansı şəxs tərəfindən nəyəsə imza etməyə məcbur edilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış Şahid3 cinayət işinin 121-124cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin polis nəfəri vəzifəsində işləyir. 21 oktyabr 2022-ci il tarixdə, saat 16:30 radələrində Təqsirləndirilən şəxs Ş.Xiyabanı küçəsinə saxlayaraq, özlərini təqdim etdikdən sonra, şöbəyə dəvət etmişlər. Polis şöbəsinə gətiriləndən sonra müdafiəçinin və onların iştirakı ilə, videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da əynində olan şalvarının sol yan cibindən 3 ədəd sellofan kəsiyi bükümü çıxarıb stolun üzərinə qoymuşdur. Sellofan kəsiyi bükümündə narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra götürülmüş kütlə ekspertizaya göndərilməsi məqsədilə zərfə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxsə tutularkən, tutulduqdan sonra hər hansı psixi, fiziki zor tətbiq edilməmiş, nə onun tərəfindən, nə də onun yanında hər hansı şəxs tərəfindən nəyəsə imza etməyə məcbur edilməmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid4 оğlu ifаdəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşusudur, eyni zamanda sonuncu ilə eyni cəzaçəkmə müəssiəsində cəza çəkmişlər. 17 oktyabr 2022-ci il tarixdə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən tutulmuşdur. Təqsirləndirilən şəxs ona heç vaxt narkotik vasitə satmamış, verməmişdir. İbtidai istintaq zamanı ifadəsinə oxumadan imza etmişdir. Məhkəmə iclasında verdiyi ifadəsindən fərqli olaraq Şahid4 ibtidai istintaq zamanı verdiyi cinayət işinin 89-cu vərəqində olan ifadəsində göstərmişdir ki ünvan 3 ünvanında atasına məxsus evdə ailəsi ilə birlikdə yaşayır. Əvvəllər evli olmuş, narkotik vasitə istifadə etdiyi səbəbilə həyat yoldaşından ayrılmışdır. Heç bir yerdə işləmir. Əvvəllər dəfələrlə məhkum olunmuşdur. 20 ilə yaxındır ki, narkotik vasitə istifadə edir. Sonuncu dəfə 2021-ci ilin aprel ayında azadlığa çıxmışdır. Azadlığa çıxdıqdan sonra yenidən narkotik vasitə istifadə etməyə başlamışdır. Narkotik vasitəni Lənkəran şəhərində tanımadığı şəxslərdən alırmış. Sonuncu dəfə 17 oktyabr 2022-ci il tarixində təxminən səhər saat 11 radələrində Lənkəran şəhəri Ləvəngi dairəsi ərazisində olarkən orada Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs 3 bükümdə heroin almışdır. Aldığı bükümləri çəkidə onu aldatmaması üçün üzərində olan elektron tərəzi ilə çəkmişdir. Təqsirləndirilən şəxs həmin bükümlər qarşılığında 50 manat pul vermişdir. Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində yaşadığını bildirmişdir. Cinayət işinin 34-35-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 21 oktyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs 21 oktyabr 2022-ci il tarixdə, saat 17:00 radələrində Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri Ş.Xiyabanı küçəsində olan zaman saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra müdafiəçinin iştirakı ilə üzərində keçirilən şəxsi axtarış zamanı onun şalvarının sol yan cibində olan 3 ədəd bükümdə narkotik vasitə olan heroin aşkar edilmişdir. Heroin elektron tərəzidə çəkildikdə ümumi çəkisi 1,23 qram olmuşdur. Həmin kütlə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Şəxsi axtarış zamanı heç bir vəsatət və şikayət daxil olmamış, bununla bağlı protokol tərtib olunaraq imzalarla təsdiq olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə narkotik vasitə heroindir. Həmin kütləni Ləvəngi ərazisində tanımadığı şəxsdən 15 manat qarşılığında almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Məhkəmədə cinayət prosesi tərəflərinin iştirakları ilə tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması barədə” protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs 21 oktyabr 2022-ci il tarixdə, saat 17:00 radələrində Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri Ş.Xiyabanı küçəsində olan zaman saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra müdafiəçinin iştirakı ilə üzərində keçirilən şəxsi axtarış zamanı onun şalvarının sol yan cibində olan 3 ədəd bükümdə narkotik vasitə olan heroin aşkar edilmişdir. Heroin elektron tərəzidə çəkildikdə ümumi çəkisi 1,23 qram olmuşdur. Həmin kütlə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Şəxsi axtarış zamanı heç bir vəsatət və şikayət daxil olmamış, bununla bağlı protokol tərtib olunaraq imzalarla təsdiq olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə narkotik vasitə heroindir. Həmin kütləni Ləvəngi ərazisində tanımadığı şəxsdən 15 manat qarşılığında almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Cinayət işinin 69-70-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 17 oktyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, vətəndaş Şahid4 17 oktyabr 2022-ci il tarixdə, saat 14:40 radələrində Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri Ş.Xiyabanı küçəsində olan zaman saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra müdafiəçinin iştirakı ilə üzərində keçirilən şəxsi axtarış zamanı onun şalvarının sağ yan cibində olan 3 ədəd bükümdə narkotik vasitə olan heroin, şalvarının sol yan cibindən 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Heroin elektron tərəzidə çəkildikdə ümumi çəkisi 0,79 qram olmuşdur. Həmin kütlə və elektron tərəzi zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Şəxsi axtarış zamanı heç bir vəsatət və şikayət daxil olmamış, bununla bağlı protokol tərtib olunaraq imzalarla təsdiq olunmuşdur. Şifahi sorğu zamanı Şahid4 bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə narkotik vasitə heroindir. Həmin kütləni Ləvəngi ərazisində Qulu adlı şəxsdən 50 manat qarşılığında almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Cinayət işinin 47-49-cu vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 22 oktyabr 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 3 ədəd bükümdə, təmiz çəkiləri- 0,449 qram, 0,411 qram, 0,196 qram; ümumi təmiz çəkisi-1,056 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Cinayət işinin 75-79-cu vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 17 oktyabr 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şahid4 üzərindən aşkar olunmuş kütlələr.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 3 ədəd bükümdə, təmiz çəkiləri- 0,238 qr, 0,261 qr, 0,208 qram; ümumi təmiz çəkisi-0,707 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə birbiriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş, üzərində “Şahid4 üzərindən aşkar olunmuş elektron tərəzi .....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğuna görə çəkisini və tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmadı. Cinayət işinin 132-134-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 28 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 3 ədəd bükümdə heroinlə, üzərində Şahid4 üzərindən aşkar olunmuş 3 ədəd bükümdə olan heroin xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Cinayət işinin 95-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının 24 oktyabr 2022-ci il tarixli, 1095 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında 2019-cü ildən “Opium Narkamanlığı” diaqnozu ilə qeydiyyata durur. Cinayət işinin 147-148-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “Əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında” 28 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus 6 (altı) ədəd sellofan kəsiyi bükümündə, eyni tərkibli ümumi təmiz çəkisi 1,763 qram olan olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertizadan qaytarılmış 1,363 qram qalığı və şəxsi axtarış istintaq hərəkətinin qeydə alındığı videogörüntü özündə əks etdirən 01 (iki) ədəd DVD diskdə olan videogörüntü iş üzrə maddi sübut hesab edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə, təqsirləndirilən şəxsin üzərindən 6 ədəd bükümdə narkotik vasitə heroin aşkar edilməsini, narkotik vasitəni digər şəxsə satmasını, digər şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin eyni tərkibli olmasını nəzərə alaraq və yuxarıda qeyd olunan Plenum qərarının müddəalarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə, polis əməkdaşları tərəfindən fiziki zora məruz qaldığına görə sənədlərə imza etməsinə dair ifadəsini aşağıdakı səbəblərə görə qanunvericilik baxımından sübut növü kimi qəbul etmir. İlk öncə məhkəmə qeyd edir ki, məhkəmədə proses iştirakçılarının iştirakı ilə tədqiq edilmiş şəxsin şəxsi axtarışı zamanı lentə alınmış videogörüntüdən də görünür ki, istintaq hərəkəti zamanı müdafiəçi ona eyni məzmunlu sual vermiş və Təqsirləndirilən şəxs ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Bunlardan başqa, cinayət işinin 92-93-cü vərəqlərində olan məhkəmə tibbi ekspertizasının 24 oktyabr 2022-ci il tarixli, 1070 nömrəli rəyindən də görünür ki, Təqsirləndirilən şəxs oğunun bədəni üzərində hər hansı bir xəsarət izi yoxdur. Eləcə də, məhkəmə araşdırması zamanı Şahid1 tərəflərin iştirakı ilə dindirilərək təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi zor tətbiq etmədiyini bildirmişdir. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran Rayon Prokurorluğunun 13 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs fiziki zora məruz qalması ilə bağlı cinayət işinin başlanması CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Göstərilənlərə əsasən, habelə təqsirləndirilən şəxsin 21 oktyabr 2022-ci il tarixdə tutulmasını və 24 oktyabr 2022-ci il tarixdə, yəni təxminən 72 saat ərzində tibbi ekspertizadan keçirilməsini və həmin ekspertiza rəyinə əsasən bədəni üzərində xəsarət aşkar edilməməsini, eləcə də həmin xüsusatla bağlı şahid ifadələrini, habelə qeyd olunan fakt üzrə cinayət işinin başlanmasının rədd edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədəki ifadəsi gələcəkdə ona təyin edilə biləcək cəzadan yaxa qurtarmağa yönəlmiş cəhdidir. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsi subyektiv yanaşma kimi qiymətləndirirərək həmin ifadəni sübut növü kimi qəbul etmir. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaqın bütün gedişi zamanı üzərindən narkotik vasitə aşkar edilməsini etiraf etməsini, yalnız satış niyyətinin olmamasını bildirməsini, məhkəmə araşdırması zamanı isə ümumiyyətlə üzərində heç bir narkotik vasitə olmamasına dair ifadələrini müqayisəli şəkildə araşdıraraq həmin ifadələri onun qeyrisəmimiliyinin göstəricisi kimi qəbul edir. Məhkəmə, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin üzərindən narkotik vasitə heroin aşkar edilməsinə dair hissəsini digər sübutlarla tam olaraq üst-üstə düşdüyünə görə və törədilmiş cinayət haqqında bütün əlamətləri tam əks etdirdiyinə görə sübut növü kimi qəbul edir. Göstərilənlərdən başqa, məhkəmə iş üzrə şahid qismində dindirilmiş Şahid4 məhkəmədə verdiyi ifadəsini iş üzrə məhkəmədə müəyyən olunmuş işin faktiki halları ilə üstüstə düşmədiyinə görə sübut kimi qəbul etmir. Məhkəmə, Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini digər sübutlarla tam olaraq üstüstə düşdüyünə görə və törədilmiş cinayət haqqında bütün əlamətləri tam əks etdirdiyinə görə sübut növü kimi qəbul edir. Məhkəmə, Şahid4 barəsində hazırda oxşar ittiham üzrə məhkəmə araşdırması getməsini, barəsində həbs qətimkan tədbiri seçilməsini, habelə təqsirləndirilən şəxslə qonuşu olmaqla, eyni cəzaçəkmə müəssiəsində cəza çəkməsini nəzərə alaraq hesab edir ki, şahidin məhkəmədə verdiyi ifadəsi təqsirləndirilən şəxsi qorumağa yönəlmiş cəhdi kimi qiymətləndirilməlidir. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət işinin 18-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 21 oktyabr 2022-ci il tarixli “tutulma” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 84-88-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 23 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 21 oktyabr 2022-ci il tarixdən hesab edilmişdir. Cinayət işinin 127-128-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının 19 dekabr 2022-ci il tarixli, 3393 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müəyyən edilən nevrasteniya əlamətləri o dərəcədə ifadə olunmamışdır ki, ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Buna görə də Təqsirləndirilən şəxs oan ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 104-105-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş tələbnamədən görünür ki, Ağazadə X2 rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 02 dekabr 2021ci il tarixli Amnistiya aktının tətbiq edilməsi barədə qərarına əsasən Təqsirləndirilən şəxs 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 2.4 və 36-cı bəndlərində uyğun olaraq cəzadan azad edilməsi barəsində olan narkomaniyadan məcburi mülaicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 107-108-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 111-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 12 saylı cəzaçəkmə müəsisəsinin rəisinin 02 dekabr 2021-ci il tarixli amnistiya aktının tətbiq edilməsi barədə qərarına əsasən Təqsirləndirilən şəxs 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndində əsasən cəzadan azad edilmişdir. Cinayət işinin materiallarında olan Bakı Şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(002)-884/2021 nömrəli görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. Amnistiya qərarının 7-ci bəndinə əsasən və CM-nin 83-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işinin 125-126-cı vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş arayış, arayış və xasiyyətnamədən görünür ki, Ağazadə X2 şəhəri, Ş.Xiyabanı küçəsi, ev 46/10, mənzil 8 ünvanında anası və xx.xx.2015-ci il təvəllüdlü qızı ilə birlikdə yaşayır, yaşadığı müddətdə onun barəsində şikayət daxil olmamışdır. Məhkəmədə, CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzər alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun, təqsirləndirilən şəxsə əvvəllər təyin edilmiş cəza, qanunda göstərilən cəzanın məqsədlərinə nail olunmasında effektiv olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla, yəni müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 21 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qənatinə gəldiyindən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə narkoloji ekspertizasının 24 oktyabr 2022-ci il tarixli, 1095 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və onun, ərazi narkoloji dispanserində 2019-cu il tarixdən qeydiyyatda olması nəzərə alınmalıdır. Maddi sübut - Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış heroinin 1,363 qram qalığı CPMnin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarışi zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd DVD disk CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 65 manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 21 oktyabr 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq ona narkomaniyadan məcburi müalicə təyin olunsun və onun ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın. Maddi sübut Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə heroinin 1.363 qram qalığı məhv edilsin, şəxsi axtarışi zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi 65 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №1(049)-123/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-123/2023
13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver