Məhkəmə qərarları › İş №1(049)-123/2025

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-123/2025

07.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-123/2025 07.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 15.30 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs və mülki iddiaçı: Azərbaycan Respublikası Ekologioya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə xx.xx.1962-ci ildə Lənkəran şəhərində doğulmuş, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Lənkəran şəhəri, Üzeyir Hacıbəyov küçəsi, ev 49-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xeyli miqdarda maddi ziyan vurmaqla qanunsuz balıq tutmuşdur. Belə ki, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının ovunun Qaydalan”-na əlavə edilmiş "balıq və digər su bioresurslarının idman və həvəskar ovuna tələblər”in 2-ci maddəsində nəzərdə tutulmuş “hər bir ov alətində qarmaqların sayı 3 ədəddən, qarmaqların ümumi sayı 7 ədəddən çox olmamaq şərtilə tilov, lövbərciklə ağırlaşdırılmış balıqcıqlar (metaldan) ilə, tilov ipinin uzunluğu 30 m-dən, diametri 0,7 mm-dən artıq, qarmağın ölçüsü 12 nömrədən çox olan tilovlar, bir nəfərin istifadəsi üçün diametri 0,5 mdən kiçik 1 ədəd domça və ya xərçəng toplayan ov alətlərindən istifadə olunması tələblərini pozaraq qanunsuz balıq tutmaq məqsədi ilə xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Lənkəran çayının Lənkəran rayonun Darquba kəndindən keçən hissəsinə gələrək orada özünə məxsus ümumi uzunluğu 3,60 metr, torun bağlandığı hissə dəmir materialından olmaqla qövsvari formalı uzunluğu 59 sm., eni 56 sm., diametri 60 sm, toru kapron sapdan toxunmaqla ilgəklərinin daxili ölçüsü 22x22 mm., 3 qatlı kapron sapdan toxunan 1 ədəd domça balıqovlama vasitəsindən istifadə etməklə xx.xx.2025-ci il tarixdə saat 18 radələrinədək olan müddətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli, 146 saylı qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna görə cərimələr”də qeyd olunmuş cədvələ əsasən 58 (əlli səkkiz) ədəd qarasol balığı üçün 58 ədəd x 11.00 manat = 638,00 manat, 15 (on beş) ədəd şamayı balığı üçün, 15 ədəd x 33.00 manat = 495,00 manat olmaqla ümumilikdə təbiətə xeyli miqdar təşkil edən 1133 (min yüz otuz üç) manat məbləğində ziyan vurmaqla həmin balıqları qanunsuz tutmuşdur. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Lənkəran çayının Lənkəran rayonun Darquba kəndindən keçən hissəsində ailəsini dolandırmaq məqsədilə domça vasitəsi ilə balıq ovu ilə məşğul olur. Həmin domçanı özü düzəltmiş və onunla balıq tutmaqla məşğul olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Lənkəran çayının Lənkəran rayonun Darquba kəndindən keçən hissəsinə gələrək orada domçanı suya atıb balıq tutmağa başlamışdır. xx.xx.2025ci il tarixdə saat 18 radələrində ona bir neçə nəfər yaxınlaşaraq özlərini X3 İdarəsinin X5 Şöbəsinin əməkdaşları kimi təqdim etmişlər. Onlar ona bu ərazidə balıq ovlamağa dair rəsmi sənədinin olub- olmaması barədə maraqlanmışlar. O da hər hansı bir sənədinin olmadığını bildirmişdir. Polis əməkdaşları onlarla birlikdə Lənkəran XPŞ-nə getməli olduğunu bildirdikdə etiraz etməmişdir. Polis əməkdaşları onun ovladıqları balıqları və ovda istifadə etdiyi 1 ədəd domçası ilə birlikdə X5 Şöbəsinə gətirmişlər. Yoxlama zamanı polis əməkdaşları ona məxsus 1 ədəd domçanı, Lənkəran çayının Lənkəran rayonun Darquba kəndindən keçən hissəsində tutduğu balıqları aşkar etmişlər. Lənkəran XPŞ- də videokamera vasitəsi ilə baxış zamanı müəyyən olunmuşdur ki, tutduğu balıqlar 58 ədəd qarasol və 15 ədəd şamayı balıqlarıdır. Polis əməkdaşları ona məxsus olan domçasını və Lənkəran çayının Lənkəran rayonun Darquba kəndindən keçən hissəsində icazəsiz tutduğu 58 ədəd qarasol və 15 ədəd şamayı balıqlarını maddi sübut kimi götürmüşlər. Baxışın nəticəsi olaraq protokol tərtib edilmiş və imza etmişlər. Hazırda qanunsuz olaraq balıq tutduğu üçün əməlindən peşmandır, mülki iddianı qəbul edir, məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs və mülki iddiaçının nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, ETSN-nin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində su hövzələrində bioresursların nəzarət qrupunun baş mütəxəssis vəzifəsində işləyir. 26 may 2025-ci il tarixdə X5 Şöbəsində qəbul edilmiş qərar əsasında zərərçəkmiş şəxs qismində ETSN- nin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tanınmış, 30 may 2025-ci il tarixdə zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmış, nümayəndə kimi bütün hüquq və vəzifələri izah olunmuş və işdə iştirak edən şəxslər barədə məlumat almış və heç kimə etirazı olmadığını bildirmişdir. xx.xx.2025-ci il tarixdə saat 18 radələrində X3 İdarəsinin X5 Şöbəsinin əməkdaşlarının ekoloji cinayətləri törədənlərə qarşı keçirdiyi tədbirlər zamanı şəxsiyyəti sonradan müəyyən edilmiş Lənkəran şəhəri, Üzeyir Hacıbəyov küçəsi, ev 49-da qeydiyyatda olmaqla yaşayan Əsədov X1 çayının Lənkəran rayonun Darquba kəndindən keçən hissəsində 1 ədəd domça balıqovlama vasitəsi ilə qanunsuz 58 ədəd qarasol və 15 ədəd şamayı balıqlarını tutmuş, Lənkəran çayının Lənkəran rayonun Darquba kəndindən keçən hissəsində X3 İdarəsinin X5 Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli, 146 saylı qərarı ilə təsdiq edilmiş cədvələ əsasən dəymiş ziyan yaşından, ölçüsündən və çəkisindən asılı olmayaraq 1 ədəd qarasol balığına görə ziyanın məbləği 11,00 manat (58x11=638), 1 ədəd şamayı balığına görə ziyanın məbləği 33,00 manat (15x33=495) olduğundan ümumilikdə dəymiş ziyan 1133 manat təşkil edir. Lənkəran şəhəri, Üzeyir Hacıbəyov küçəsi, ev 49- da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs dövlət balıq ehtiyatlarına 1133 manat ziyan vurmuşdur. Həmin ziyandan 300 manat ödəniş etmişdir. Mülki iddianın təmin edilməsini, lakin təqsirləndirilən şəxsin yaşını nəzərə alaraq yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, X3 İdarəsinin X5 Şöbəsində polis nəfəri vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə saat 18 radələrində X3 idarəsinin X5 Şöbəsinin əməkdaşı ilə birlikdə Lənkəran çayının Lənkəran rayonun Darquba kəndindən keçən hissəsində ekoloji cinayətləri törədənlərə qarşı keçirdikləri tədbirlər zamanı şəxsiyyəti sonradan müəyyən edilmiş Lənkəran şəhəri, Üzeyir Hacıbəyov küçəsi, ev 49-da qeydiyyatda olmaqla yaşayan Əsədov X1 çayının Lənkəran rayonun Darquba kəndindən keçən hissəsində qanunsuz balıq tutarkən saxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs 1 ədəd domça ov vasitəsi, həmin domça ilə ovladığı 58 ədəd qarasol və 15 ədəd şamayı balıqları aşkar edilib götürülərək sənədləşdirilməsi üçün X3 İdarəsinin X5 Şöbəsinə gətirilmişdir. X5 Şöbəsində yoxlama zamanı Təqsirləndirilən şəxs məxsus 1 ədəd domça, 58 ədəd qarasol və 15 ədəd şamayı balıqları aşkar edilmişdir. Əsədov X1 çayının Lənkəran rayonun Darquba kəndindən keçən hissəsində 1 ədəd domça balıqovlama vasitəsi ilə 58 ədəd qarasol və 15 ədəd şamayı balıqlarını balıqovlama bileti olmadan, yəni balıq ovu etməsi üçün heç bir rəsmi icazəsi olmadan qanunsuz tutduğunu bildirmişdir. Lənkəran XPŞ-də baş vermiş hadisə ilə əlaqədar olaraq videokamera vasitəsi ilə qanunsuz tutulmuş balıqlara və balıqovlama vasitəsi olan 1 ədəd domçaya baxış keçirilib müvafiq protokol tərtib edilməklə iştirakçılar tərəfindən protokolun doğruluğu imzalanmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, X3 İdarəsinin X5 Şöbəsində polis nəfəri vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə saat 18 radələrində X3 idarəsinin X5 Şöbəsinin əməkdaşı ilə birlikdə Lənkəran çayının Lənkəran rayonun Darquba kəndindən keçən hissəsində ekoloji cinayətləri törədənlərə qarşı keçirdikləri tədbirlər zamanı şəxsiyyəti sonradan müəyyən edilmiş Lənkəran şəhəri, Üzeyir Hacıbəyov küçəsi, ev 49-da qeydiyyatda olmaqla yaşayan Əsədov X1 çayının Lənkəran rayonun Darquba kəndindən keçən hissəsində qanunsuz balıq tutarkən saxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs 1 ədəd domça ov vasitəsi, həmin domça ilə ovladığı 58 ədəd qarasol və 15 ədəd şamayı balıqları aşkar edilib götürülərək sənədləşdirilməsi üçün X3 İdarəsinin X5 Şöbəsinə gətirilmişdir. X5 Şöbəsində yoxlama zamanı Təqsirləndirilən şəxs məxsus 1 ədəd domça, 58 ədəd qarasol və 15 ədəd şamayı balıqları aşkar edilmişdir. Əsədov X1 çayının Lənkəran rayonun Darquba kəndindən keçən hissəsində 1 ədəd domça balıqovlama vasitəsi ilə 58 ədəd qarasol və 15 ədəd şamayı balıqlarını balıqovlama bileti olmadan, yəni balıq ovu etməsi üçün heç bir rəsmi icazəsi olmadan qanunsuz tutduğunu bildirmişdir. Lənkəran XPŞ-də baş vermiş hadisə ilə əlaqədar olaraq videokamera vasitəsi ilə qanunsuz tutulmuş balıqlara və balıqovlama vasitəsi olan 1 ədəd domçaya baxış keçirilib müvafiq protokol tərtib edilməklə iştirakçılar tərəfindən protokolun doğruluğu imzalanmışdır. Cinayət işinin 16-17-ci vərəqlərində olan və məhkəmədə elan olunaraq araşdırılmış xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs 58 ədəd qarasol və 15 ədəd şamayı balıqları aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 22 aprel 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, X5 Şöbəsi əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə Lənkəran çayının Lənkəran rayonun Darquba kəndindən keçən hissəsində saxlanılan Lənkəran şəhəri, Üzeyir Hacıbəyov küçəsi, ev 49-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs götürülmüş 58 ədəd qarasol və 15 ədəd şamayı balıqlarına baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən 58 ədəd qarasol və 15 ədəd şamayı balıqları tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 1999-cu il tarixli 146 saylı qərarı ilə təsdiq edilmiş cədvələ əsasən dəymiş ziyan yaşından, ölçüsündən və çəkisindən asılı olmayaraq 1 (bir) ədəd balıq su heyvanı və onurğazısa vurulmuş ziyan aşağıdakı məbləğdə manatla müəyyən edilir. Təqsirləndirilən şəxs tərəfindən balıq ehtiyyatlarına vurulan ziyanın məbləği aşağıdakı kimi hesablanır. 58 (əlli səkkiz) ədəd qarasol balığı üçün 58 ədəd x 11.00 manat = 638,00 manat, 15 (on beş) ədəd şamayı balığına üçün 15 ədəd x 33.00 manat = 495,00 manatdır. Təbiətə vurulan ziyanın ümumi məbləği 1133 (min yüz otuz üç) manat təşkil edir. Cinayət işinin 9,14, 54-55-ci vərəqlərində olan və məhkəmədə elan olunaraq araşdırılmış qəbzlər və maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, aparılmış araşdırma zamanı xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs götürülmüş ümumi uzunluğu 3,60 metr, torun bağlandığı hissə dəmir materialından olmaqla qövsvari formalı uzunluğu 59 sm., eni 56 sm., diametri 60 sm, toru kapron sapdan toxunmaqla ilgəklərinin daxili ölçüsü 22x22 mm., 3 qatlı kapron sapdan toxunan 1 ədəd domça, 58 ədəd qarasol və 15 ədəd şamayı balıqları maddi sübut kimi tanınmış, aşkar edilərək götürülmüş 58 ədəd qarasol və 15 ədəd şamayı balıqlarının tez xarab olan ərzaq malı hesab edildiyi üçün xx.xx.2025-ci il tarixli qəbzi ilə "xxxx" MMC-nə təhvil verilməsi və balıqovlama vasitəsi hesab edilən 1 ədəd domça isə Su NPİ-nin Lənkəran XPŞ-nin məsul növbətçisi, polis mayoru İlkin Əliyev tərəfindən qəbul edilərək Lənkəran XPŞ-də saxlanılması nəzərə alınmışdır. Cinayət işinin 31-32-ci vərəqlərində olan və məhkəmədə elan olunaraq araşdırılmış xx.xx.2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz balıq ovu etdiyi ərazi Lənkəran çayının Lənkəran rayonun Darquba kəndindən keçən hissəsidir. Cinayət işinin 57-ci vərəqlərində olan və məhkəmədə elan olunaraq araşdırılmış qəbzlərdən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Lənkəran çayının Lənkəran rayonun Darquba kəndindən keçən hissəsində qanunsuz balıq ovu edərək təbiətə vurmuş olduğu 1133 manat ziyandan xx.xx.2025-ci il tarixdə 200 manatını ödəmişdir. Cinayət işinin 58-59-cu vərəqlərində olan və məhkəmədə elan olunaraq araşdırılmış Lənkəran RİHB-nın Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran şəhəri Üzeyir Hacıbəyov küçəsi, ev 49-da yaşayır, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 36-cı vərəqində olan və məhkəmədə elan olunaraq araşdırılmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Məhkəməyə təqdim edilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs balıq ovu edərək təbiətə vurmuş olduğu 1133 manat ziyandan xx.xx.2025-ci il tarixdə 100 manatını ödəmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin ifadəsi işin məhkəmədə müəyyən olunan halları ilə tam təsdiq olunduğuna görə, təqsirləndirilən şəxsin həmin ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü olduğundan məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 126.6-cı maddəsinə əsasən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını və sənədləri CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Balıq və digər su bioresursları ovunun Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 nömrəli qərarından görünür ki, 1 may-30 iyun aralığında Xəzər dənizində (gölündə) və dənizə axan bütün çaylarda balıq və digər su bioresurslarının idman və həvəskar ovu qadağandır. Azərbaycan Respublikasında balıqçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 sentyabr 1999-cu il tarixli, 146 nömrəli qərarından görünür ki, naxa, durna balığı, kefal, çapaq, külmə, qarasoy, xramulya, dabanbalığı, xanı balığı, ilanbalığı və siyənəyin digər növlərinin ölçüsündən və çəkisindən asılı olmayaraq bir ədəd balıq, su heyvanı və onurğasıza vurulmuş ziyan 11 manat müəyyən edilmişdir. CM-nin 256.1-ci maddəsinə əsasən, balıq və digər su bioresurslarının qanunsuz tutulması xeyli miqdarda ziyan vurduqda —iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz iyirmi saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. Həmin maddənin qeydinə əsasən, bu Məcəllənin 256.1-ci maddəsində “xeyli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, 256.2.1-ci maddəsində “külli miqdar” dedikdə isə yeddi min manatdan artıq olan məbləğ başa düşülür. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs qanunsuz olaraq tutduğu balığın ümumlikdə qiyməti 1133 manat təşkil etmişdir ki, qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 256.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. CM-nin 59.1.14-cü mədəsinə əsasən Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın qismən ödəməsi, yaşayış yerindən müsbət xarakterizə olunmasını, cinayəti etiraf edərək səmimi peşman olması, islah yönündəki davranışları onun cəzasını yüngülləşdirən haldır. CM-nin 61-ci mədəsinə əsasən isə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, habelə əldə olunmuş yaşını, həyat tərzini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 256.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Lənkəran Rayon İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia təmin edilməli və Təqsirləndirilən şəxs dəymiş ziyana görə ödənilməmiş qalan 833 manat alınıb Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinə köçürülməlidir. CM-in 99-1.1-ci maddəsinə Təqsirləndirilən şəxs cinayət törədərkən istifadə etdiyi iş üzrə maddi sübut kimi tanınmış və X5 Şöbəsində saxlanılan ümumi uzunluğu 3,60 metr, torun bağlandığı hissə dəmir materialından olmaqla qövsvari formalı uzunluğu 59 sm., eni 56 sm., diametri 60 sm, toru kapron sapdan toxunmaqla ilgəklərinin daxili ölçüsü 22x22 mm., 3 qatlı kapron sapdan toxunan 1 ədəd domça CPM-nin 132.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə edilməklə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinə təhvil verilməli, 1 ədəd CD disk CPM-nin 132.1-ci maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 58 ədəd qarasol və 15 ədəd şamayı balıqların müvəqqəti saxlanılması üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə təhvil verilməsi nəzərə alınmalı, CPM-nin 131.2-ci maddəsinə əsasən həmin balıqların satışından əldə edilmiş pul vəsaiti dövlət nəfinə keçirilməli və bu vəzifə "xxxx" MMC-nin üzərinə qoyulmalıdır. İş üzrə üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Mülki iddia təmin edilsin, Təqsirləndirilən şəxs dəymiş ziyana görə ödənilməmiş qalan 833 manat alınıb Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinə köçürülsün. Maddi sübut kimi tanınmış və X5 Şöbəsində saxlanılan ümumi uzunluğu 3,60 metr, torun bağlandığı hissə dəmir materialından olmaqla qövsvari formalı uzunluğu 59 sm., eni 56 sm., diametri 60 sm, toru kapron sapdan toxunmaqla ilgəklərinin daxili ölçüsü 22x22 mm., 3 qatlı kapron sapdan toxunan 1 ədəd domça xüsusi müsadirə edilməklə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinə təhvil verilsin, 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Maddi sübut kimi tanınmış 58 ədəd qarasol və 15 ədəd şamayı balıqların müvəqqəti saxlanılması üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə təhvil verilməsi nəzərə alınsın, həmin balıqların satışından əldə edilmiş pul vəsaiti dövlət nəfinə keçirilsin və bu vəzifə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulsun. İş üzrə məhkəmə xərcinin olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar