Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-124/2023 13.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ saat 11:05 Lənkəran Rayon Məhkəməsinin hakimi Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilə şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1984-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Aşağı Nüvədi kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 22:00-da yaşadığı Lənkəran rayonu Aşağı Nüvədi kəndində oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə, həmkəndlisi Zərərçəkmiş şəxs evində heç kimin olmamasından istifadə edərək, qanunsuz olaraq evin həyətinə çəpərdən keçib, iki mərtəbəli evin birinci mərtəbəsində pəncərə qoyulması üçün nəzərdə tutulmuş açıq yerdən evə daxil olub, birinci mərtəbədə olan qıfılı olmayan otaqdan bir ədəd 60 manat dəyərində aliminium materialdan olan qazanı, evin ikinci mərtəbəsindəki otağa pəncərə şüşəsini çıxartma yolu ilə otağa daxil olub oradan bir ədəd elektriklə işləyən qiyməti 500 manat olan paltartikən maşını, iki ədəd 5 litirlik hər birinin qiyməti 300 manat olan, cəmi qiyməti 600 manat qiymətində samovarları və bir ədəd 150 manat qiymətində çuqun materialdan olan qazanı, Zərərçəkmiş şəxs məxsus olan ümumilikdə 1310 manat qiymətində özgənin əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlarla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2018-ci il tarixdən spirtli içkilər istifadə etməyə başlamışdır. 2021-ci ilin aprel ayının son günlərinədək spirtli içkilərdən istifadə etmişdir. Zərərçəkmiş şəxs həmkəndlisi olmaqla yanaşı həm də qonşusudur. Zərxanım ailəsi ilə Sumqayıt şəhərində yaşayır. Zərxanım adətən yay fəslində Sumqayıt şəhərindən Lənkəran rayon Aşağı Nüvədi kəndində yerləşən evinə baş çəkməyə gəlir. Onun Zərxanım ilə heç bir düşmənçiliyi və qərəzçiliyi yoxdur. Spirtli içkilərin alüdəçisi olduğu üçün spirtli içkilərə pul tapa bilməmiş və qonşusu Zərxamınım nəzarətsiz qalmış evinə girib oradan oğurluq etməyi qərarlaşdırmışdır. 2021-ci ilin aprel ayının 15-də təxminən saat 22 radələrində o, qonşusu Zərərçəkmiş şəxs həyətinə dəmir tor çəpərdən girmişdir. Oğurluğa gedən vaxtı evdən mıx çıxardan alətidə özü ilə götürmüş ki, qapı və pəncərə açmağa ona lazım ola bilər. Sonra evin qarşısına getmişdir. Evin qarşısında birinci mərtəbədən pəncərə olmayan pəncərə yerindən evə daxil olmuşdur. Evin birinci mərtəbəsində olan qıfılsız qapını əli ilə açıb otağa daxil olmuşdur. Alışqanın işiğını yandırmış və həmin otağa baxanda bir ədəd aliminium materialdan olan qazanı götürmüşdür. Daha sonra evin ikinci mərtəbəsinə pilləkən ilə çıxmışdır. Dəhlizdən bir otağın təmir olunduğunu görmüşdür. Digər otaqların qapısı və döşəməsi olmamışdır. Daha sonra təmir olunan otağın qapısını əli ilə açmaq istəyən zaman qapının bağlı olduğunu görmüş və pəncərəyə baxmışdır. Pəncərənin şüşəsinin ortadan çartdadığını görmüş, özü ilə gətirdiyi mıxçıxardan ilə pəncərə şüşəsindən kiçik mıxları çıxartmış və otağa daxil olmuşdur. Həmin otaqdan pəncərənin qarşısında qoyulmuş bir ədəd əl ilə işləyən qara rəngli paltar tikən maşını və həmin pəncərənin divarına söykədilmiş bir ədəd 5 litirlik samovarı götürmüşdür. Otaqdan pəncərədən də çıxıb birinci mərtəbəyə düşmüş və oğurladığı paltartikən maşını, samovarı və bir ədəd qazanı götürüb həyətə girdiyi yerdən həyətdən çıxmışdır. Oğurladığı əşyaları yaşadığı evin həyətinə gətirib bağda apelsin ağacının dibində gizlətmişdir. 16 aprel 2022-ci il tarixdə səhər saat 9 radələrində anası Tamara həmin əşyaları həyətdə görüb bu barədə ondan soruşanda anasına heç bir söz deməmiş, anası Tamara başa düşmüş ki, o hardansa oğurluq etmişdir. Ona görə də, anası onu evdən qovmuşdur. Oğurladığı əşyaları götürüb dəniz kənarına getmiş və dəniz kənarında gizlətmişdir. Həmin gün oğurladığı əşyaları dəniz kənarında tanımadığı bir şəxsə 80 manata satmışdır. Oğurluq yolu ilə əldə etdiyi pulla özünə spirtli içkilər alıb qəbul etmişdir. 21 aprel 2021-ci il tarixdə qonşusu Şahid2 kəndin balıq satılan küçəsinə gəlib orada ona hansısa şərəfsizlər Zərxanımın evini oğur etdiyini bildirdikdə Şahid2 ilə birlikdə Zərxanımın evinin həyətinə getmişdir. Həmin vaxt Şahid2 evin birinci mərtəbəsinin açıq olan pəncərəsini bağlamış, həyətin dəmir tor çəpərini onunla birlikdə düzəltmiş və sonra o həmin həyətdən çıxıb getmişdir. Bir neçə dəqiqədən sonra polis əməkdaşları hadisə yerinə gəlib orada sənədləşmələr aparmışlar. Polis əməkdaşlarının hadisə yerinə gəldiyi zaman o yenidən oğurluq hadisəsi etdiyi evin küçə qapısına gəlmişdir. Həbs olunmağından qorxduğuna görə Rusiya Federasiyasına getmişdir. Təqsirləndirilən şəxs son sözündə bildirmişdir ki, evlidir və himayəsində iki azyaşlı övladı vardır. Əvvəllər məhkum edilməmişdir. Əməlindən səmimi peşimandır, vurulmuş ziyanı tamamilə ödəmiş, zərərçəkmiş şəxslə barışmışdır. Bütün bunları nəzərə alaraq, ona həbslə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, onun oğlu Şahid1 oğu məhkəməyə teleqram vuraraq, anası Qulyieva Zərxanımın xəstəliyi ilə bağlı məhkəmədə iştirak edə bilmir. Anası MDS leykoz xəstəliyi olduğundan yalnız həkim müayinəsinə evdən çıxa bilir. İşlədiyi üçün yalnız anasını həkimə aparmaq üçün icazə ilə çıxa bilir. Cavabdehlə barışmışlar, üzrlü hesab edilməsini, məhkəmənin onların iştrakı olmadan keçirilməsini xahiş etmişdir. Dövlət itihamçısının vəsatəti əsasında və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, 49-cu məhəllədə həyət evində yaşayır. Sumqayıt bazarında meyvə-tərəvəz satışı ilə məşğul olur. Lənkəran rayon Aşağı Nüvədi kəndində özünə məxsus fərdi yaşayış evi vardır. Həmin evdə hazırda heç kim yaşamır. O, 2020-ci ilin sentyabr ayında Sumqayıt şəhərindən Lənkəran rayon Aşağı Nüvədi kəndində yerləşən evinə baş çəkməyə gəlmişdir. Həmin vaxt evdə olan əşyaları yerində olmuşdur. O, 2020-ci ilin sentyabr ayında yenidən Sumqayıt şəhərinə qayıtmışdır. Evin qapı və pəncərələrini bağlamışdır. 21 aprel 2021-ci il tarixdə Sumqayıt şəhərindən Lənkəran rayon Aşağı Nüvədi kəndində yerləşən evinə qayıtmışdır. Həmin vaxt evə daxil olmaq istəyən zaman evin plastik pəncərəsinin açıq olduğunu görmüş və bilmiş ki, evə kimsə girib. Bundan sonra evə daxil olmuş və 1-ci mərtəbəsinin giriş qapısının sağ tərəfindəki otaqdan bir ədəd 60 manat dəyərində aliminium materialdan olan qazanın, evin ikinci mərtəbəsindəki otaqdan bir ədəd elktriklə işləyən qiyməti 500 manat qiymətində paltartikən maşını, iki ədəd 5 litirlik hər birinin qiyməti 300 manat olmaqla mis materialdan olan samovarları və bir ədəd qiyməti 150 manat olan çuqun materialdan qazanı oğurlanmışdır. Ona ümumən 1310 manat miqdarında maddi ziyan vurulduğunu bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 oğu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur. O, ailəsi ilə birlikdə Sumqayıt şəhərində yaşayır. Zərərçəkmiş şəxs sonuncu dəfə 2020-ci ilin sentyabr ayında Sumqayıt şəhərindən Lənkəran rayon Aşağı Nüvədi kəndində yerləşən evinə baş çəkməyə gəlmişlər. Həmin vaxt o, evində hər hansı bir əşyanın oğurlanmasını bildirməmişdir. Zərərçəkmiş şəxs yenidən Sumqayıt şəhərinə getmiş və evini və həyətini ona tapşırmışdır. Ümumiyyətlə Zərxanımın həyətinə arada o, nəzarət etmişdir. Həyətə mal-qara, qoyun-quzu və sairə ev heyvanları girəndə o, gedib həyətdən həmin heyvanları çıxartmışdır. Zərərçəkmiş şəxs 21 aprel 2021-ci il tarixdə Sumqayıt şəhərindən Lənkəran rayon Aşağı Nüvədi kəndində yerləşən evlərinə qayıtmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs onu evinə çağırıb demiş ki, evində oğurluq hadisəsi baş verib. O da, həmin gün bilmiş ki, Zərərçəkmiş şəxs evində oğurluq hadisəsi baş verib. Daha sonra bu barədə DİN-in 102 xidməti zəng mərkəzinə məlumat vermişlər. Polis əməkdaşları hadisə yerinə gəlmişlər. O da polis əməkdaşları ilə birlikdə Zərərçəkmiş şəxs evinə girmişdir. Polis əməkdaşlarına köməklik etmişdir. Həmin vaxat polis əməkdaşları tərəfindən əl-barmaq izləri hadisə yerindən götürülərkən bilmədən o, pəncərə şüşəsinə əlini vurmuşdur. Ona görədə onun barmaq izi də həmin şüşədən çıxa biləcəyini bildirmişdir. Dövlət itihamçısının vəsatəti əsasında və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Şahid1 oğunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, anası Zərərçəkmiş şəxs və digər ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, 49-cu məhəllədə həyət evində yaşayır. Lənkəran rayon Aşağı Nüvədi kəndində anasına məxsus fərdi yaşayış evi vardır. Həmin evdə hazırda heç kim yaşamır. Anası ilə birlikdə 2020-ci ilin sentyabr ayında Sumqayıt şəhərindən Lənkəran rayon Aşağı Nüvədi kəndində yerləşən evinə baş çəkməyə gəlmişdir. Həmin vaxt evdə olan əşyaları yerində olmuşdur. Onlar 2020-ci ilin sentyabr ayında yenidən Sumqayıt şəhərinə qayıtmışdır. Evin qapı və pəncərələrini bağlamışlar. 21 aprel 2021-ci il tarixdə Sumqayıt şəhərindən Lənkəran rayon Aşağı Nüvədi kəndində yerləşən evinə qayıtmışlar. Həmin vaxt evə daxil olmaq istəyən zaman evin plastik pəncərəsinin açıq olduğunu görmüş və bilmişlər ki, evə kimsə girib. Bundan sonra evə daxil olmuş və 1-ci mərtəbəsinin giriş qapısının sağ tərəfindəki otaqdan bir ədəd 60 manat dəyərində aliminium materialdan olan qazanın, evin ikinci mərtəbəsindəki otaqdan bir ədəd elktriklə işləyən qiyməti 500 manat qiymətində paltartikən maşını, iki ədəd 5 litirlik hər birinin qiyməti 300 manat olmaqla mis materialdan olan samovarları və bir ədəd qiyməti 150 manat olan çuqun materialdan qazanı oğurlanmışdır. Onlara ümumən 1310 manat miqdarında maddi ziyan vurulduğunu bildirmişdir. Dövlət itihamçısının vəsatəti əsasında və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, qeyd etdiyi ünvanda oğlu Təqsirləndirilən şəxs, gəlini Fidan Əlili, nəvələri Cahid Əlili və Dəyanət Əlili ilə birlikdə yaşayır. X5 təxminən doqquz il bundan əvvəl vəfat etmişdir. O, Adil ilə birlikdə Lənkəran bazarında balıq satmaqla məşğul olurlar. Təxminən 2018-ci ildən Adil spirtli içkilərə qurşanmışdır. 16 aprel 2022-ci il tarixdə səhər saat 9 radələrində həyətə düşmüş və meyvə bağına baxanda görmüş ki, meyvə ağacının dibində qara rəngli paltartikan maşın, qazan və samovar vardır. Adildən bu barədə soruşanda Adil ona heç bir söz deməmiş, o da başa düşmüş ki, Adil hardansa oğurluq etmişdir. Adildən haradan oğurluq etməsini soruşmuş, lakin Adil ona cavab verməmiş və o da Adili evdən qovmuşdur. Təxminən 2021-ci ilin aprel ayının 25-də Adil evə zəng etmiş və qazanc etmək üçün Rusiya dövlətinə getdiyini bildirmişdir. Daha sonra Adil Rusiyadan gələndən sonra ona məlum olmuş ki, Adil qonşusu Zərərçəkmiş şəxs evindən oğurluq hadisəsi etmişdir. O, Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı ödəmiş, Zərərçəkmiş şəxs oğlu Adili bağışlamış, hazırda onlar barışmışlar. Dövlət itihamçısının vəsatəti əsasında və müdafiə tərəfinin razılığı ilə elan edilməklə tədqiq olunmuş Şahid3 oğunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Lənkəran ŞRPŞ-nin CAB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Polis leytenantıdır. Lənkəran rayon Aşağı Nüvədi kəndi onun xidmət etdiyi inzibati ərazisinə daxildir. 21 aprel 2021-ci il tarixdə Lənkəran rayonu Ağağı Nüvədi kənd sakini Quliyeva X1 ŞRPŞ-nə ərizə ilə müraciət edərək Lənkəran rayonu Aşağı Nüvədi kəndində yaşayış olmayan evindən 2020-ci ilin sentyabr ayından 2021-ci ilin aprel ayınadək olan müddət ərzində naməlum şəxslərin onun evindən 60 manat dəyərində aliminium materialdan olan qazanın, evin ikinci mərtəbəsindəki otaqdan bir ədəd elktriklə işləyən qiyməti 500 manat qiymətində paltartikən maşının, iki ədəd 5 litirlik hər birinin qiyməti 300 manat olmaqla mis materialdan olan samovarların və bir ədəd qiyməti 150 manat olan çuqun materialdan qazanın oğurlandığını bildirmiş və bu barədə tədbir görülməsini xahiş etmişdir. Həmin müraciət əsasında Lənkəran rayonu Aşağı Nüvədi kəndinə gedib hadisə yerinə baxış keçirtmişlər. Bundan sonra hadisəni törədən şəxslərin aşkar olunması istiqamətində sahə rəisi polis kapitanı Bəşir Ağa ilə birlikdə əməliyyat tədbirləri keçirtməyə başlamışlar. Keçirilən əməliyyat tədbirləri zamanı daxil olmuş məlumatda Zərərçəkmiş şəxs evindən oğurluq edən şəxs Lənkəran rayon Aşağı Nüvədi kənd sakini olan həmkəndlisi Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hadisəni törətdikdən sonra Azərbaycan Respublikası ərazisini tərk etmiş, lakin ölkəyə qayıtdıqdan sonra o, Lənkəran ŞRPŞ-nə dəvət olunmuş, şöbədə onunla keçirilən şifahi sorğu-sual zaman səmimi olaraq 15 aprel 2021-ci il tarixdə Lənkəran rayonu Aşağı Nüvədi kəndində yerləşən Zərərçəkmiş şəxs evindən oğurluq etdiyini etiraf etmişdir. Təqsirləndirilən şəxs bildirmiş ki, 15 aprel 2022-ci il tarixdə Lənkəran rayonu Aşağı Nüvədi kəndindən gecə saat 22 radələrində həmin kənddə yerləşən yaşadığı evinə piyada gedən zaman pula ehtiyacı olduğu üçün həmkəndlisi Zərərçəkmiş şəxs yaşayış olmayan evindən aliminium materialdan olan qazanı, bir ədəd elktriklə işləyən paltartikən maşını, iki ədəd 5 litirlik mis materialdan olan samovarları və bir ədəd çuqun materialdan olan qazanı oğurlamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş: Tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 07 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Qətimkan tədbirini seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. xx.xx.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, qeyd olunmuş 10 litr həmimli bir ədəd aliminium materialdan olan qazanın qiyməti 60 manatdır. - Qeyd olunmuş bir ədəd elektriklə işləyən Almaniya istehsalı olan paltartikən maşının qiyməti 500 manatdır. - Qeyd olunmuş mis materialdan olan, beş litr həcmli, hər birinin qiyməti 300 manat olmaqla, iki ədəd samovarın cəmi qiyməti 600 manatdır. Qeyd olunmuş 15 litr həcimli bir ədəd çuqaun materialdan olan qazanın qiyməti 150 manatdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, müqayisəli tədqiqat nəticəsində əl izlərindən 04 ədədi xx.xx.1984-cü il tarixdə Lənkəran rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin orta, adsız, sağ əlinin isə şəhadət və orta barmaqlarının əksi ilə eynilik təşkil etmişdir. İfadənin yerində yoxlanılması barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini əyani şəkildə göstərərək törətdiyi oğurluğu təsdiq etmişdir. Əşyaya baxış keçirilməsi və götürülməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd mıxçıxaran alətə baxış keçirilmiş və götürülmüşdür. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əl-barmaq izləri və bir ədəd mıx çıxaran alət maddi sübut qismində tanınmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Lənkəran şəhər İHB-nın Lənkəran rayon Aşağı Nüvədi qəsəbə İƏD nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs anası, arvadı və övladları - xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X2 ilə birlikdə Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxs Quliyeva X1 ŞRPŞ-nə ünvanladığı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Barışmışlar. Ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı məhkəmə cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməllərini törətmələri ilə bağlı ibtidai araşdırma orqanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxslərin qeyd olunan cinayət əməlinin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxsin həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, bunu tamamlayan məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş zərər çəkmiş şəxs və şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş istintaq hərəkətlərin dair digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir: CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü, Zərərçəkmiş şəxs ilə barışmasını CM-nin 59.1.12-ci, ona dəymiş ziyanı tamamilə ödənilməsini CM-nin 59.1.13-cü, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı dövründə təqsirini etiraf etməsi və əməlindən səmimi peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. CM-nin 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini (vurulmuş ziyanın məbləğini), Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdən halları və cəzanı ağırlaşdıran halların olmamasını, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, onun cəmiyyətdən təcrid olunmadan da islah olunması qənaətinə gələrək hesab edir ki, ona CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin 07 noyabr 2022-ci il tarixdən 08 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət (həbsdə saxlanılmanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla) azadlığın məhdudlaşdırılması cəzasının 4 gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxsə qəti cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası üzrə onun üzərinə vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-2.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli və cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut – Təqsirləndirilən şəxs əl-barmaq izləri iş materiallarında saxlanılmalı, bir ədəd mıx çıxaran alət isə qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 2(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 noyabr 2022-ci il tarixdən 08 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2(iki) gün müddət, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 4(dörd) gününə bərabər tutulub ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1(bir) il 11(on bir) ay 26(iyirmi altı) gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı vəzifələri qoyulsun; - yaşadığı Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsində yerləşən fərdi yaşayış evini təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 07:00-dək tərk etməmək; - Lənkəran rayonunun ərazi hüdudlarını tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; - cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Maddi sübut – Təqsirləndirilən şəxs əl-barmaq izləri iş materiallarında saxlanılmalı, bir ədəd mıx çıxaran alət isə qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Hökmdən, onun elan olunduğu andan 20(iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №1(049)-124/2023
Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-124/2023
13.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver