Məhkəmə qərarları › İş №1(049)-124/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-124/2024

29.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-124/2024 29.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 12.50 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X2 qızı, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1997-ci il tarixdə Lənkəran rayonu, Girdəni kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, Lənkəran Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 03 ay 26 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhər Qaradağ Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Aminstiya Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, 28 yanvar 2022-ci ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Lənkəran rayonu, Girdəni kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı əldə edib, saxlamaqla daşımış və gəzdirmişdir. Belə ki, o, xx.xx.2024-cü il tarixədək olan müddətdə, Lənkəran rayonu ərazisində, məlum olmayan mənbədən, qanunsuz olaraq 1 ədəd nömrəsi silinmiş, 5,45 mm kalibrli, zavod üsulu ilə istehsal edilmiş, atəş açmaq üçün yararlı, zavod konstruksiyası və ballistik xüsusiyyətləri dəyişdirilməmiş, Kalaşnikov konstruksiyalı, AK-74 modelli döyüş təyinatlı, yivli-odlu avtomat silahı, 06 ədəd 5,45 mm kalibrli, həmin kalibrə malik "AK-74”, “AKS-74”, "AKS-74U" modelli avtomatlarda “RPK-74” əl pulemyotlarda və s, uyğun kalibrli yivli odlu silahlarda istifadə etmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, istifadəyə (atəşə) yararlı, döyüş sursatı hesab edilən patronları, 01 ədəd "Kalaşnikov” konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 30 ədəd 5,45 mm kalibrli partron tutumuna malik, zavod üsulu ilə hazırlanmış, istifadəyə yararlı, sandıqçanı (darağı) əldə edib üzərində saxlayaraq daşımış və gəzdirmiş, bu barədə əməliyyat məlumatı əldə etmiş Lənkəran ŞRPŞ-nin əməkdaşlarının 11 yanvar 2024-cü il tarixdə, saat 11:00-da keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı Lənkəran rayonu, Girdəni kəndi ərazisində saxlanılaraq Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirildikdən sonra üzərinə keçirilmiş şəxsi axtarış zamanı, həmin yivli- odlu silah Ak-74 modelli avtomat, həmin odlu silaha məxsus olan komplekt hissəsi olan sandıqça (daraq) və 6 ədəd patron sağ əlində tutduğu ağ rəngli kisənin içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun üzərində silah olmamış, silahı ona əvvəllər də onun məhkum edilməsində iştirak etmiş Lənkəran ŞRPŞ-nin əməkdaşı Şahid1 qoymuşdur. Şahid1 onun hədələdiyi üçün o, da məcbur olub yazılanlara imza etmişdir. Onu, yaşadığı evdən tutmuşlar. O, mobil nömrə işlətmir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında verdiyi ifadədən fərqli olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismidə verdiyi və cinayət işinin 59- 60 və 117-118-ci vərəqlərində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş ifadələrində göstərmişdir ki, « ona Azərbaycan Respubliaksı CM-nin 228.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilir. Lənkəran rayonun Girdəni kəndində valideynləri ilə birlikdə fərdi yaşayış evində yaşayır. Subaydır. Əvəllər 2021-ci il tarixdə narkotik vasitə qəbul etdiyinə görə CM-nin 234.1-ci maddəsi ilə məhkum edilmişdir. 2022ci ilin yanvar ayında həbsdən azad edilmişdir. Həbsdən çıxdıqdan sonra bir daha narktoik vasitə qəbul etməmişdir. Heç yerdə işləmir. Bildirir ki, tutulmamışdan 4 gün öncə yaşadığı Lənkəran rayonun Girdəni kəndindən keçən Bakı-Ələt-Astara avtomaqistral yolunun kənarı ilə piyada tək gedəkrən orda kisənin içərisindən bir ədəd avtomat, bir ədəd daraq və 6 ədəd patron tapmışdır. O həmin silahı evə gətirib ailə üzvlərindən gizli olaraq evin həyətində gizlətmişdir. Lakin sonradan həmin silahı kənd qəbirstanlıqda basdırmaq qərarına gəlmişdir. Bunun üçün xx.xx.2024-cü il tarixdə saat 11 radələrində silahı götürüb kənd qəbirstanlığına tərəf gedərkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini ona təqdim etmişlər. Onlarla birlikdə polis şöbəsinə getməyi təklif etdikdə o da buna razılığıbı bildirmiş və birlikdə polis şöbəsinə getmişdir. Orada təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Təhqiqatçı tərəfindən ona şübhəli şəxsin hüquq və vəzifələri izah edilərək, vəkillə təmin edilmişdir. Bunan sonra polis əməkdaşlarının və müdafiəçisinin işitrakı ilə üzərinə videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən ona üzərində qanunla qadağan olunmuş hər hansı bir maddə vardırsa təqdim etməyi bildirildikdə o da, həmin vaxt əlində olan kisəni təqim edərək kisənin içərisində avtomat olduğunu demişdir. Təhqiqatçı həmin kisəni açıb içərisində bir ədəd avtomat, bir ədəd daraq və 6 ədəd patron aşkar edilmişdir. Onunl aparılan sorğu zaman təhqiqatçıya avtomatın, daraq və patronların ona məxsus olduğunu, onları 4 gün öncə yaşadığı kənddə ipək yolunun kənarında tapdığını, onu kənd qəbirstanlığında basdırıb gizlətmək üçün apranda polis əməkdaşları tərəfindən saxlanıldığını demişdir. Təqdim etdiyi silah, patron və darağı ilə birlikdə qablaşdırılmış və üzərinə müdafiəçisinin, polis əməkdaşları ilə birlikdə imza etmişlər. Bundan başqa təhqiqatçı tərəfindən bu barədə protokol tərtib edilmişdir. Protokol ona oxunmuş və protokola imza etmişdir. O həmin silahı, yaşadığı kənddə yol kənarından tapmışdır, həmin silahı heç kəsə satmaq kimi fikri olmamışdır. O həmin silahdan istifadə etməmişdir. O silahı taparkən tək olmuşdur. Bu barədə heç kəsə bildirməmişdir. Hətta ailə üzvlərinin də bundan xəbəri olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qaraşı heç bir qanunsuz hərəkətlər edilməmişdir. Onun heç bir ciddi və psixi xəstəliyi yoxdur.» Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Lənkəran rayonun Girdəni kənd sakini Təqsirləndirilən şəxs odlu silah üzərində saxlaması və gəzdirməsi barədə qərəzsiz mənbədən məlumat əldə etmişdir. Həmin məlumatın daxil olması barədə şöbənin rəisinə məruzə etmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün əməliyyat tədbirləri həyata keçirilmək üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna şöbənin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 cəlb edilmişlər. Təlimat aldıqdan sonra Təqsirləndirilən şəxs ola biləcəyi ərazilər tərəflərindən müşahidəyə götürülmüşdür. Həmin gün saat 11:00-da Təqsirləndirilən şəxs Lənkəran rayonu, Girdəni kəndində yol kənarında piyada hərəkətdə olarkən tərəflərindən saxlanılmış və polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, vəkillə təmin edilmişdir. Video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan un kisəsinə bükülmüş bir ədəd kalaşnikov avtomatına bənzər silahı, bir ədəd daraq və 6 ədəd patronu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi silaha, darağa və patronlara baxış keçirdikdə onların üzərində heç bir nömrə olmamışdır. Təqsirləndirilən şəxs avtomatın, darağı və 6 ədəd patronu 4 gün öncə Lənkəran rayonun Girdəni kəndində keçən İpək yolunun kənarında tapdığını, onu kəndin qəbirstanlığında basdırmaq üçün gedəndə polis əməkdaşları tərəfindən saxlanıldığnı bildirdi. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş silah, daraq və 6 ədəd patron ekspertizaya göndərilməsindən ötrü zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Lənkəran rayonun Girdəni kənd sakini Təqsirləndirilən şəxs odlu silah üzərində saxlaması və gəzdirməsi barədə şöbənin əməliyyat müvəkkili Şahid1 məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün əməliyyat tədbirləri həyata keçirilmək üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna o, da cəlb edilmişdir. Təlimat aldıqdan sonra Təqsirləndirilən şəxs ola biləcəyi ərazilər tərəflərindən müşahidəyə götürülmüşdür. Həmin gün saat 11:00-da Təqsirləndirilən şəxs Lənkəran rayonu, Girdəni kəndində yol kənarında piyada hərəkətdə olarkən tərəflərindən saxlanılmış və polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, vəkillə təmin edilmişdir. Video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan un kisəsinə bükülmüş bir ədəd kalaşnikov avtomatına bənzər silahı, bir ədəd daraq və 6 ədəd patronu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi silaha, darağa və patronlara baxış keçirdikdə onların üzərində heç bir nömrə olmamışdır. Təqsirləndirilən şəxs avtomatın, darağı və 6 ədəd patronu 4 gün öncə Lənkəran rayonun Girdəni kəndində keçən İpək yolunun kənarında tapdığını, onu kəndin qəbirstanlığında basdırmaq üçün gedəndə polis əməkdaşları tərəfindən saxlanıldığnı bildirdi. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş silah, daraq və 6 ədəd patron ekspertizaya göndərilməsindən ötrü zərfə qoyularaq qablaşdırılmışdır. Cinayət işinin 30-32-ci vərəqlərində olan və məhkəmə baxışında tədqiq edilmiş şəxsiaxtarışın keçirilməsi haqqında protokoldan və həmçinin şəxsi axtarışın keçirilərkən aparılmış video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs sağ əlində tutduğu un kisəsini təqdim edərək içərisində silah olduğunu bildirir, sonra kisənin içərisinə baxış keçirildikdə kisədən Kalaşnikov odlu silaha, bir ədəd daraq və 6 ədəd patronu aşkar edilərək götürülür. Təqsirləndirilən şəxs həmin avtomat, daraq və 6 ədəd patronların ona məxsus olduğunu və onu tutulmamışdan dörd gün əvvəl yaşadığı kənddə ipək yolunun kənarından tapdığını etiraf etmişdir. Cinayət işinin 38-44-cü vərəqlərində olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 24/71 saylı ekspertiza rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır, atəş açmaq üçün yararlıdır. Silahın hissə və mexanizimlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli partronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağdır, döyüş sursatı hesab edilmir, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Təqdim edilmiş 06 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdır və atəş üçün yararlıdırlar. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİNnin KTİ-də yerləşən «güllə-giliz» kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerində götürülmüş güllə-gilizlərlə müqayisə edib nəticə haqqında Sizə əlavə məlumat veriləcəkdir. Cinayət işinin 102-105-ci vərəqlərində olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbayacan Respublikası Ədliyyə Nazirliyinin, məhkəmə- ballistik ekspertizasının 07 mart 2024-cü il tarixli 3-16-16/2-3/285 saylı ekspertiza rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah 5,45 mm kalibrli olmaqla, Kalaşnikov konstruksiyalı, ‘AK-74’’ modelli zavod üsulu ilə istehsal edilmiş, döyüş təyinatlı yivli-odlu avtomat silahıdır, atəş açmaq üçün yararlıdır, zavod konstruksiyası və ballisitik xüsusiyytələri dəyişdirilməmişdir. Təqdim edilmiş 03 ədəd patron, 5,45 mm kalibrli olmaqla, həmin kalibrə malik “AK-74” “AKS-74”, “AKS-74U” modelli avtomatlarda "RPK-74”, əl pulemyotlarda və s. uyğun kalibrli yivli odlu silahlarda istifadə etmək üçün nəzərədə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş patronlardır, döyüş sursatı hesab edilir, istifadəyə (atəşə) yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd predmet “Kalaşnikov” konstruksiyalı silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 30 ədəd 5,45 mm kalibrli partron tutumuna malik, zavod üsulu ilə hazırlanmış sandıqçadır (daraqdır) istifadəyə yararlıdır. Cinayət işinin 101-ci vərəqində olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Kirmlaistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, 01 ədəd nömrəsi silinmiş silah 5,45 mm kalibrli olmaqla, Kalaşnikov konstruksiyalı, “AK-74” modelli avtomatdan ekperimental qaydada atılmış güllə giliz nümunələri idarənin «Güllə- Giliz» kartotekasında olan «Arsenal» avtomatlaşdırılmış ballistik eyniləşdirmək sistemi vasitəsi yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Cinayət işinin 92-ci vərəqində olan və məhkəmə baxışında tədqiq edilmiş İstintaq zamanı Lənkəran şəhər Narkoloji xəstəxanasına edilmiş sorğu nəticəsində Rzayev X1 şəhər Narkoloji xəstəxanasında 2021-ci ildən «Opium narkomanlığı» diqanozu ilə qeydiyyatda olması müəyyən edilmişdir. Cinayət işinin 88-89-cu vərəqlərində olan və məhkəmə baxışında tədqiq edilmiş tələbnamədən görünür ki, Rzayev X1 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə 01 il 03 ay 26 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Aminstiya Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmışdır. xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 13-14-cü vərəqlərində olan və məhkəmə baxışında tədqiq edilmiş protokoldan görünür ki, 11 yanvar 2024-cü il tarixdə, saat 11:20-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 66-71-ci vərəqlərində olan və məhkəmə baxışında tədqiq edilmiş 12 yanvar 2024-cü il tarixli Lənkəran Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 82-83-cü vərəqlərində olan və məhkəmə baxışında tədqiq edilmiş arayış və xasiyyətnamə ilə Rzayev X1 rayonun Girdəni kəndində yaşamaqla qeydiyyatda olmaqla yaşayış yeri üzrə mənfi xarakterizə olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə, polis əməkdaşları tərəfindən fiziki zora məruz qaldığına görə sənədlərə imza etməsinə dair ifadəsini aşağıdakı səbəblərə görə qanunvericilik baxımından sübut növü kimi qəbul etmir. İlk öncə məhkəmə qeyd edir ki, məhkəmədə proses iştirakçılarının iştirakı ilə tədqiq edilmiş şəxsin şəxsi axtarışı zamanı lentə alınmış videogörüntüdən də görünür ki, istintaq hərəkəti zamanı müdafiəçi ona eyni məzmunlu sual vermiş və təqsirləndirilən şəxs ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Eləcə də, məhkəmə araşdırması zamanı Şahid1 tərəflərin iştirakı ilə dindirilərək təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi zor tətbiq etmədiyini bildirmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədəki ifadəsi gələcəkdə ona təyin edilə biləcək cəzadan yaxa qurtarmağa yönəlmiş cəhdidir. Bu baxımdan məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədəki ifadəsini subyektiv yanaşma kimi qiymətləndirirərək həmin ifadəni sübut növü kimi qəbul etmir. Məhkəmə, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin digər sübutlarla tam olaraq üst-üstə düşdüyünə görə və törədilmiş cinayət haqqında bütün əlamətləri tam əks etdirdiyinə görə sübut növü kimi qəbul edir. CM-in 228.1-ci maddəsinə əsasən Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1, 3, 5 və 6-cı bəndlərinə əsasən silah - canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır; soyuq silah - konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır; Həmin Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi, ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi, xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır; Həmin Qanunun 21-ci maddəsinin İİİ hissəsinə əsasən mülki silah sahibi bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli, bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməlidir; Həmin Qanunun 24-cü maddəsinə əsasən bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət işinin materialları ilə müəyyən edilir ki, Rzayev X1 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş və Bakı Şəhər Qaradağ Rayon Məhkəməsinin 17.12. 2021-ci il tarixli qərarı ilə 6 ay azaldılmış cəzasını çəkib qurtardığı tarixdən, yəni xx.xx.2022-ci ildən iki il keçməmiş xx.xx.2024-cü il tarixdə hazırkı cinayət əməlini törətdiyindən o, CM-nin 18 və 83-cü maddələrinə əsasən məhkumluğu olan şəxsdir və törətdiyi əməli cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun belə nəticəsi ondan irəli gəlir ki, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. Məhkəmə, sadalanman normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən onun əvvəllər məhkum olunmaqla azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, cəzasını çəkib qurtrardıqdan az müddət keçməmiş yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə əvvəllər təyin edilmiş cəza, qanunda göstərilən cəzanın məqsədlərinə nail olunmasında effektiv olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla, yəni müəyyən müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər. Məhkəmə, CM-in 56.1.3-cü maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərindən götürülmüş ballistik eskpertiza nəticələrində qalıq qalmış 2 ədəd 5X45 kalibrli patronlar, 1 ədəd giliz (qalan 3 ədəd giliz isə DİN-nin «Güllə-Giliz» kartotekasında olan «Arsenal» avtomatlaşdırılmış ballistik eyniləşdirmək sistemi vasitəsi yoxlanılması üçün götürülsədə geri qaytarılmamışdır.) və 1 ədəd AK-74 markalı avtomat odlu silah hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 11 yanvar 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Təqsirləndirilən şəxs üzərindən götürülmüş ballistik eskpertiza nəticələrində qalıq qalmış 2 ədəd 5X45 kalibrli patronlar, 1 ədəd giliz və 1 ədəd AK-74 markalı avtomat odlu silah hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasını Daxili İşlər Nazirliyinin Silah-Sursat anbarına təhvil verilsin. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar