Məhkəmə qərarları › İş №1(049)-125/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-125/2023

07.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-125/2023 07.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 12:15 Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs : xx.xx.1976-cı il tarixdə Lənkəran rayonunda anadan olmuş, Lənkəran rayonu Qumbaşı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, evli, orta təhsilli, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2022-ci ilin oktyabr ayında Lənkəran rayonunda istintaqla dəqiq müəyyən edilməyən vaxtda və mənbədən 05 (beş) bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,213 qram, 0,221 qram, 0,163 qram, 0,186 qram, 0,139 qram, ümumi təmiz çəkisi 0,922 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş və üzərində daşımaqla saxlamış, bu barədə əməliyyat məlumatları almış Lənkəran ŞRPŞ-nin Liman PB-nin əməkdaşları tərəfindən 23 oktyabr 2022-ci il tarixdə, saat 17:20 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu Lənkəran rayonu, Qumbaşı kəndində saxlanılaraq polis bölməsinə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan gödəkçənin sağ döş cibindən həmin bükümdə və çəkidə narkotik vasitə olan heroin, gödəkçənin sol yan cibindən üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmir və məhkəmə iclasında ifadə verərək göstərdi ki, əvvəllər narkotik vasitələrdən istifadə etsə də, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. xx.xx.2022-ci il tarixdə yaşadığı Lənkəran rayonu Qumbaşı kəndində olarkən əvvəllər tanıdığı bir neçə polis əməkdaşının ona tərəf gəldiklərini uzaqdan görmüşdür. Həmin vaxt üzərində heç bir narkotik vasitə olmamışdır. Əgər üzərində narkotik vasitə olsaydı, polis əməkdaşları ilə aralarındakı məsafənin uzaqlığından istifadə edib qaçmaq və yaxud narkotik vasitəni özündən kənarlaşdırmaq imkanı olmuşdur. Lakin üzərində heç bir narkotik vasitə olmadığından uzaqlaşmağa cəhd etməmiş və polis əməkdaşlarının tələbi ilə polis bölməsinə getmişdir. Polis bölməsində narkotik vasitə və elektron tərəzi ilə bağlı sənədlərə imza etməsi üçün ona təzyiq və təsir edilmişdir. O, üzərində heç bir narkotik vasitə və tərəzi olmadığını bildirib əvvəlcə sənədlərə imza etməkdən boyün qaçırsa da, sonra ona qarşı edilən təzyiqlərə və fiziki təsirlərə dözə bilməyib polis əməkdaşlarının dediklərini olduğu kimi təsdiq etmiş və müvafiq sənədlərə imza etmişdir. Lakin iş materiallarında olan protokolların bir qismini o imzalamamışdır. Həmin vaxt onun üzərində heç bir narkotik vasitə və ya elektron tərəzi olmamış, həmin narkotik vasitəni və elektron tərəzini onun üzərinə Şahid1 adlı polis əməkdaşı qoymuşdur. Təqsirləndirilən şəxs son sözündə ədalətli hökm çıxarılmasını və ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı əsasında elan edilməklə tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 3 ildən çoxdur narkotik vasitələrdən istifadə edir. İstifadə etdiyi narkotik vasitələri Lənkəran şəhəri ərazisində üzdən tanıdığı şəxslərdən alır. 23 oktyabr 2022-ci il tarixdə səhər saatlarında yenə narkotik vasitə əldə etmək məqsədilə Lənkəran şəhərində yerləşən böyük bazar tərəfə getmişdir. Orada üzdən tanıdığı narkotik vasitə satıcısı olan şəxslə rastlaşmış və ondan 30 manata beş bükümdə narkotik vasitə olan heroin almış və üzərində saxlamışdır. O narktotik vasitə olan heroini istifadə etmək məqsədi ilə almış, satışı ilə məşğul olmamışdır. Həmin gün, yəni, 23 oktyabr 2022-ci il tarixdə, saat 17:20 radələrində yaşadığı Lənkəran rayonu, Qumbaşı kəndində piyada hərəkətdə olarkən bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərinin polis əməkdaşı olduğunu demiş və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirərək Liman polis bölməsinə dəvət etmişlər. O üzərində narkotik vasitə olduğu üçün polis şöbəsinə getməkdən imtina etmiş, lakin polis əməkdaşları onu saxlayıb polis şöbəsinə gətirmişdirlər. Şöbənin inzibati binasında, xidməti otaqlardan birində polis əməkdaşları tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün dövlət hesabına öz istəyi əsasında vəkil təyin edilmiş, daha sonra vəkil Ədalət Muradovun iştirakı və videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə təqdim etməyi ona bildirilmişdir. O da əynindəki gödəkçənin sağ döş cibindən içində narkotik vasitə olan heroin olan beş ədəd sellofan bükümü və gödəkçənin sol yan cibindən bir ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Polis əməkdaşları tərəfindən təqdim etdiyi beş ədəd sellofan bükümlərə baxış keçirilmiş və içərisində narkotik vasitə olan heroin olması müəyyən edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilmiş və başqa qanunsuz əşya aşkar edilməmişdir. Polis əməkdaşlarının onunla keçirdiyi şifahi sorğu-sual zamanı bildirmiş ki, həmin narkotik vasitə olan heroin özünə məxsusdur və həmin kütlələri Lənkəran şəhərində tanımadığı şəxsdən öz istifadəsi üçün almışdır, elektron tərəzini isə narkotik vasitə alarkən çəkisini bilmək üçün isifadə etmişdir. Təqdim etdiyi kütlələr zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, daha sonra bu barədə protokol tərtib edilmişdir. Mən də protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir.Üzərində elektron tərəzi saxlamaqda məqsədi narkotik vasitəni ölçərək çəkisini bilmək olmuşdur. Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda təqsirli bilməsə də, onun törətdiyi cinayət əməli yəni, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə edib satma cinayətini törətməsi, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin ifadələri, iş materiallarında olan, məhkəmə baxışı iclasında tədqiq edilmiş ekspertiza rəyləri və digər sübutlarla da təsdiq edilir. Şahid Lənkəran şəhər-rayon X3 Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Lənkəran rayonu, Qumbaşı kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və satışı ilə məşğul olması barədə icraatına daxil olmuş əməliyyat məlumatının doğruluğu yoxlanıldıqdan sonra tərəfindən raportla şöbə rəisinə məruzə edilmiş, bundan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilərək əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri özü olmuş, polis nəfərləri Şahid2 və Şahid3 Rəfail oğlu tədbirin keçirilməsində iştirak etmişlər. 23 oktyabr 2022-ci il tarixdə axşam saat 17 radələrində tərəflərindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Cavadov X2 rayonu, Qumbaşı kəndində piyada hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Şöbədə, xidməti otaqlarının birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş, özünün istəyi əsasında hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Bundan sonra videoçəkilişlə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan edilmiş əşya və predmet olduğu təqdirdə təqdim etməsi bildirildikdə Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ ön cibindən beş ədəd sellofana bükülmüş kütlələr, şalvarın sol yan cibindən isə bir ədəd elektron tərəzini təqdim etmişdir. Həmin bükümlərin içərisinə baxış keçirildikdə içərisində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş beş ədəd bükümdə olan heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmişdir. Narkotik vasitə heroinə bənzər bükümlərin çəkisinin 1,10 qram olması müəyyən edilmiş və həmin bükümlər ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs ilə apardıqları şifahi sorğu zamanı bildirmişdir ki, üzərində aşkar edilmiş kütlələr narkotik vasitə heroindir, ona məxsusdur. Həmin bükümləri 22 oktyabr 2022-ci il tarixdə Lənkəran şəhərində tanımadığı şəxsdən almış və özü həmin kütlələrdən istifadə etmişdir. Elektron tərəzini isə aldığı narkotik vasitənin çəkisini bilmək üçün üzərində saxlamışdır. Bundan sonra şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs onunla keçirilən şifahi sorğu zamanı üzərindən aşkar edilmiş heroini Lənkəran şəhərində tanımadığı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs heroini satın aldığı mənbə barədə bir sıra əməliyyat-axtarış tədbirləri keçirilsə də, müsbət nəticə əldə etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. O, narkotik vasitələrə sərf etdiyi maddi xərcləri qarşılamaqdan ötrü narkotik vasitə və psixotrop maddələrin satışı ilə də məşğul olmuşdur. İş üzrə şahid qismində dindirilmiş Lənkəran şəhər-rayon X3 Polis Bölməsinin polis nəfərləri Şahid2 və Şahid3 Şahid1 ifadəsinin məzmununa uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş şəxsi axtarış və götürmə” barədə xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş 1 ədəd CD diskdə olan videogörüntülərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilmiş, onun üzərində keçirilən şəxsi axtarış zamanı gödəkçənin sağ döş cibindən 05 ədəd bükümlərdə narkotik vasitə olan heroin və gödəkçənin sol yan cibindən 01 ədəd elektron tərəzi aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Narkotik vasitə heroinə bənzər bükümlərin çəkisi 1,10 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar edilmiş kütlələr narkotik vasitə heroindir, ona məxsusdur. Həmin bükümləri xx.xx.2022-ci il tarixdə Lənkəran şəhərində tanımadığı şəxsdən almışdır, özü həmin kütlələrdən istifadə etmişdir. Elektron tərəzini isə aldığı narkotik vasitənin çəkisini bilmək üçün üzərində saxlamışdır. Qeyd olunan hərəkətlər barədə polis əməkdaşlarının və vəkilin iştirakı ilə protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs özü və onun vəkili də protokola imza etmişlər. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-X1 regional bölməsinin xx.xx.2022-ci il tarixli 19/1109 nömrəli rəyi və həmin tarixli aktla müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 5 bükümdə heroinə bənzər kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,213 qram, 0,221 qram, 0,163 qram, 0,186 qram, 0,139 qram, ümumi təmiz çəkisi 0,922 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Tədqiqat obyektlərinin hər birindən 0,04 qram - cəmi 0,2 qramdan ibarət hissələri tədqiqata istifadə olunduqdan sonra cəmi 0,722 qram çəkidə qalan narkotik vasitə olan heroin bağlamaya qoyularaq möhürlənmiş və geri qaytarılmışdır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd elektron tərəzi.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroin izləri vardır. Heroin iz şəkilində olduğuna görə onun dəqiq çəkisini, həmçinin tədqiqata təqdim olunmuş heroinlə müqayisəli tədqiqat (eynillik) aparmaq mümkün olmamışdır. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir). Məhkəmə istintaqının gedişində müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-daktiloskopik ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş və iş materiallarına əlavə edilərək məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2023-cü il tarixli 3/666 nömrəli rəydən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş elektron tərəzinin səthində papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdiriməsi üçün yararsızdır. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 61,29 manat təşkil edir). Məhkəmə istintaqının gedişində müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-xəttşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş və iş materiallarına əlavə edilərək məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2023-cü il tarixli 4/644 nömrəli rəydən müəyyən edilir ki, ekspertizaya təqdim edilmiş, 1(049)-125/2023 nömrəli cinayət işinin 1ci cildinin 14-cü vərəqində olan xx.xx.2022-ci il tarixli tutma protokolunda “Tutulmuş şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 15-ci vərəqində olan xx.xx.2022-ci il tarixli “şübhəli şəxsə tutulması barədə qərarın və protokolun surətinin təqdim edilməsi haqqında” protokolda “Şübhəli şəxs: tanış etmə haqqında protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 1(049)-125/2023 nömrəli cinayət işinin 1-ci cildinin 14-cü vərəqində olan xx.xx.2022-ci il tarixli tutma protokolunda “Tutulmuş şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 15-ci vərəqində olan xx.xx.2022-ci il tarixli “şübhəli şəxsə tutulması barədə qərarın və protokolun surətinin təqdim edilməsi haqqında” protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 17-18-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsə CPM-nin 91 maddəsində nəzərdə tutulan hüquq və vəzifələri barədə” bildirişin 1ci vərəqinin aşağı sol hissəsindəki imza və 2-ci vərəqində “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 19-20-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin hüquq və vəzifələrinin izah edilməsi haqqında” protokolun 1-ci vərəqinin aşağı sol hissəsindəki imza və 2ci vərəqində “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 21-ci vərəqində olan xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin hüquq və vəzifələrinin izah edilməsi bildirişin surətinin verilməsi haqqında” protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 22-ci vərəqində olan xx.xx.2022-ci il tarixli ərizədə “İmza: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 24cü vərəqində olan xx.xx.2022-ci il tarixli “müdafiəçilərin adlı siyahısının təqdim etmə haqqında” protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 29-cu vərəqində olan xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsə müdafiəçi təqdim etmə haqqında” protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 30-31-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə barədə” protokolun 1-ci vərəqində “4” rəqəmi qarşısındakı imza və 2-ci vərəqində “4. Təqsirləndirilən şəxs” qrafasındakı imza, 32-ci vərəqində olan xx.xx.2022-ci il tarixli izahatda “İmza: Təqsirləndirilən şəxs” qrafalanndakı imzalar, 34-cü vərəqində olan xx.xx.2022-ci il tarixli “məhkəmə kimyəvi ekspertizası təyin edilməsi haqqında qərarla şübhəli şəxsi tanış etmək haqqında” protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 37-ci vərəqində olan xx.xx.2022-ci il tarixli “məhkəmə norkoloji ekspertizası təyin edilməsi haqqında qərarla şübhəli şəxsi tanış etmək haqqında” protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 40-cı vərəqində olan xx.xx.2022-ci il tarixli “məhkəmə-tibbi ekspertizası təyin edilməsi haqqında qərarla şübhəli şəxsi tanış etmək haqqında” protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza ilə 1(049)-125/2023 nömrəli cinayət işinin 1-ci cildinin 47-ci vərəqində olan xx.xx.2022-ci il tarixli “Cinayət prosesində etiraz edilə bilən şəxslərin siyahısının şübhəli şəxsə elan edilməsi haqqında” protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imzanın, 48-ci vərəqində olan xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin ekspert rəyi ilə tanış etmə haqqında” protokolda “Şübhəli şəxs: .Təqsirləndirilən şəxs” qrafasındakı imzanın, 49-50-51-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin dindirilməsi haqqında” protokolun 1-ci vərəqində “İmza: Təqsirləndirilən şəxs” qrafalanndakı imzaların, 2-ci vərəqin aşağı sol hissəsindəki imzanın, 3-cü vərəqində “Təqsirləndirilən şəxs” yazıları önündəki imzanın, 52-53-cü vərəqlərində olan “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında" qərarda “Təqsirləndirilən şəxs” qrafasındakı imzanın, 55-56-57-ci vərəqlərində olan xx.xx.2022ci il tarixli “təqsirləndirilən şəxsin hüquq və vəzifələri haqqında” bildirişin 1-ci vərəqinin aşağı sol hissəsindəki imzanın, 2-ci vərəqinin aşağı sol hissəsindəki imza, 3-cü vərəqində “Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imzanın, 58-ci vərəqində olan xx.xx.2022-ci il tarixli “ittihamın elan edilməsi, təqsirləndirilən şəxsə onun hüquq və vəzifələrinin izah edilməsi və qərarın surətinin verilməsi haqqında” protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imzanın, 60-61-62-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsi dindirmə haqqında” protokolun 1-ci vərəqində “İmza:” qrafasındakı imzanın, 2-ci vərəqində “İmza:” qrafalarındakı imzaların və aşağı sol hissəsindəki imzanın, 3-cü vərəqində “İmza: Təqsirləndirilən şəxs” qrafasındakı imzanın, 65-ci vərəqində olan xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsi həbsə alma üçün cinayət prosesini həyata keçirən orqanın məhkəməyə təqdim etdiyi materiallarla tanış olması haqqında” protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imzanın, 72-ci vərəqində olan xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında” Təqsirləndirilən şəxs” qrafasındakı imza, 17-18-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsə CPM-nin 91 maddəsində nəzərdə tutulan hüquq və vəzifələrrri barədə” bildirişin 1-ci vərəqinin aşağı sol hissəsindəki imza və 2-ci vərəqində “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 19-20-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin hüquq və vəzifələrinin izah edilməsi haqqında” protokolun 1-ci vərəqinin aşağı sol hissəsindəki imza və 2-ci vərəqində “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 21-ci vərəqində olan xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin hüquq və vəzifələrinin izah edilməsi bildirişin surətinin verilməsi haqqında” protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 22-ci vərəqində olan xx.xx.2022-ci il tarixli ərizədə “İmza: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 24-cü vərəqində olan xx.xx.2022-ci il tarixli “müdafiəçilərin adlı siyahısının təqdim etmə haqqında” protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 29-cu vərəqində olan xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsə müdafiəçi təqdim etmə haqqında” protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 30-31-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə barədə” protokolun 1-ci vərəqində “4” rəqəmi qarşısındakı imza və 2-ci vərəqində "4. Təqsirləndirilən şəxs” qrafasındakı imza, 32-ci vərəqində olan xx.xx.2022-ci İİ tarixli izahatda “İmza: Təqsirləndirilən şəxs” qrafalarındakı imzalar, 34-cü vərəqində olan xx.xx.2022-ci il tarixli “məhkəmə kimyəvi ekspertizası təyin edilməsi haqqında qərarla şübhəli şəxsi tanış etmək haqqında” protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 37-ci vərəqində olan xx.xx.2022-ci il tarixli “məhkəmə norkoloji ekspertizası təyin edilməsi haqqında qərarla şübhəli şəxsi tanış etmək haqqında” protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 40-cı vərəqində olan xx.xx.2022-ci il tarixli “məhkəmə-tibbi ekspertizası təyin edilməsi haqqında qərarla şübhəli şəxsi tanış etmək haqqında” protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza eyni bir şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 1(049)-125/2023 nömrəli cinayət işinin 1-ci cildinin 47-ci vərəqində olan xx.xx.2022-ci il tarixli “Cinayət prosesində etiraz edilə bilən şəxslərin siyahısının şübhəli şəxsə elan edilməsi haqqında” protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 48-ci vərəqində olan xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin ekspert rəyi ilə tanış etmə haqqında” protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 49-50- 51-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin dindirilməsi haqqında” protokolun 1-ci vərəqində “İmza: Təqsirləndirilən şəxs” qrafalarındakı imzalar, 2-ci vərəqin aşağı sol hissəsindəki imza, 3-cü vərəqində “Təqsirləndirilən şəxs” yazıları önündəki imza, 52-53cü'vərəqlərində olan “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 55-56-57-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsin hüquq və vəzifələri haqqında” bildirişin 1-ci vərəqinin aşağı sol hissəsindəki imza, 2-ci vərəqinin aşağı sol hissəsindəki imza, 3-cü vərəqində “Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 58-ci vərəqində olan xx.xx.2022-ci il tarixli “ittihamın elan edilməsi, təqsirləndirilən şəxsə onun hüquq və vəzifələrinin izah edilməsi və qərarın surətinin verilməsi haqqında” protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 60- 61-62-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsi dindirmə haqqında” protokolun 1-ci vərəqində “İmza:” qrafasındakı imza, 2-ci vərəqində “İmza:” qrafalarındakı imzalar və aşağı sol hissəsindəki imza, 3-cü vərəqində “İmza: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 65-ci vərəqində olan xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsi həbsə alma üçün cinayət prosesini həyata keçirən orqanın məhkəməyə təqdim etdiyi materiallarla tanış olması haqqında” protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 72-ci vərəqində olan xx.xx.2022-ci il tarixə “təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında” protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 75-ci vərəqində olan xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında” protokolda “Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs” qrafasındakı imza, 113-cü vərəqində olan xx.xx.2022-ci il tarixli ərizədə “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 113-cü vərəqində olan xx.xx.2022-ci il tarixli ərizədə “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 114-cü vərəqində olan “Təqsirləndirilən şəxsi cinayət işinin materialları ilə protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imzanın, 75-ci vərəqində olan xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında” protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imzanın, 113-cü vərəqində olan xx.xx.2022-ci il tarixli ərizədə “Təqsirləndirilən şəxs” qrafasındakı imzanın, 114-cü vərəqində olan “Təqsirləndirilən şəxsi cinayət işinin materialları ilə tanış etmə haqqında” protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imzanın - eyni bir şəxs tərəfindən və ya müxtəlif şəxslər tərəfindən icra olunub olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 112 manat təşkil edir). Məhkəmə-xəttşünaslıq ekspertizası üzrə əlavə tədqiqat materialları ekspertizaya göndərildikdən sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş və iş materiallarına əlavə edilərək məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2023-cü il tarixli 4/1359 nömrəli rəydən müəyyən edilir ki, ekspertizaya təqdim edilmiş, 1(049)-125/2023 nömrəli cinayət işinin 1-ci cildinin 14-cü vərəqində olan xx.xx.2022-ci il tarixli tutma protokolunda “Tutulmuş şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 15-ci vərəqində olan xx.xx.2022-ci il tarixli “şübhəli şəxsə tutulması barədə qərarın və protokolun surətinin təqdim edilməsi haqqında” protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 17-18-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsə CPM-nin 91-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri barədə bildirişin 1-ci vərəqinin aşağı sol hissəsindəki imza və 2 ci vərəqində “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 19-20-ci vərəqlərində olanxx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin hüquq və vəzifələrinin izah edilməsi haqqında” protokolun 1-ci vərəqinin aşağı sol hissəsindəki imza və 2ci vərəqində “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 21-ci vərəqində olan xx.xx.2022-ci il tarixli“Şübhəli şəxsin hüquq və vəzifələrinin izah edilməsi bildirişin surətinin verilməsi haqqında” protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 22-ci vərəqində olan xx.xx.2022-ci il tarixli ərizədə “İmza: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 24cü vərəqində olan xx.xx.2022-ci il tarixli “müdafiəçilərin adlı siyahısının təqdim etmə haqqında” protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 29-cu vərəqində olan xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsə müdafiəçi təqdim etmə haqqında” protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 30-31-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə barədə” protokolun 1- ci vərəqində “4” rəqəmi qarşısındakı imza və 2ci vərəqində “4. Təqsirləndirilən şəxs" qrafasındakı imza, 32-ci vərəqində olan xx.xx.2022-ci il tarixli izahatda “İmza: Təqsirləndirilən şəxs” qrafalarındakı imzalar, 34-cü vərəqində olan xx.xx.2022-ci il tarixli “məhkəmə kimyəvi ekspertizası təyin edilməsi haqqında qərarla şübhəli şəxsi tanış etmək haqqında” protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 37-ci vərəqində olan xx.xx.2022-ci il tarixli “məhkəmə narkoloji ekspertizası təyin edilməsi haqqında qərarla şübhəli şəxsi tanış etmək haqqında” protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 40-cı vərəqində olan xx.xx.2022-ci il tarixli “məhkəmə-tibbi ekspertizası təyin edilməsi haqqında qərarla şübhəli şəxsi tanış etmək haqqında” protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 47-ci vərəqində olan xx.xx.2022-ci il tarixli “Cinayət prosesində etiraz edilə bilən şəxslərin siyahısının şübhəli şəxsə elan edilməsi haqqında” protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 48-ci vərəqində olan xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin ekspert rəyi ilə tanış etmə haqqında” protokolda “Şübhəli şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 49-50-51-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin dindirilməsi haqqında” protokolun 1-ci vərəqində “İmza: Təqsirləndirilən şəxs” qrafalarındakı imzalar, 2-ci vərəqin aşağı sol hissəsindəki imza, 3-cü vərəqində “Təqsirləndirilən şəxs” yazıları önündəki imza, 52-53-cü vərəqlərində olan xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarın 2-ci vərəqəsində “Təqsirləndirilən şəxs" qrafasındakı imza, 55-56-57-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsin hüquq və vəzifələri haqqında” bildirişin 1-ci vərəqinin aşağı sol hissəsindəki imza, 2-ci vərəqinin aşağı sol hissəsindəki imza, 3-cü vərəqində “Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 58-ci vərəqində olan xx.xx.2022-ci il tarixli “ittihamın elan edilməsi, təqsirləndirilən şəxsə onun hüquq və vəzifələrinin izah edilməsi və qərarın surətinin verilməsi haqqında” protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 60-61-62-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsi dindirmə haqqında” protokolun 1-ci vərəqində “İmza:” qrafasındakı imza, 2-ci vərəqində “İmza:” qrafalarındakı imzalar və aşağı sol hissəsindəki imza, 3-cü vərəqində “İmza: Təqsirləndirilən şəxs” qrafasındakı imza, 65-ci vərəqində olan xx.xx.2022ci il tarixli “təqsirləndirilən şəxsi həbsə alma üçün cinayət prosesini həyata keçirən orqanın məhkəməyə təqdim etdiyi materiallarla tanış olması haqqında” protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 72-ci vərəqində olan xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında” protokolda “Təqsirləndirilən şəxs" qrafasındakı imza, 75-ci vərəqində olan xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında” protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 113-cü vərəqində olan xx.xx.2022-ci il tarixli ərizədə “Təqsirləndirilən şəxs” qrafasındakı imza, 114-cü vərəqində olaq “Təqsirləndirilən şəxsi cinayət işinin materialları ilə tanış etmə haqqında” protokolda “Təqsirləndirilən şəxs” qrafasındakı imza – eyni şəxs Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur (Aparılmış ekspertiza tədqiqatının dəyəri 110 manat təşkil edir). İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1067 nömrəli rəyindən görünür ki, 1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş maddi sübut kimi tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 5 ədəd bükümdə, ümumi təmiz çəkisi 0,922 qram olan narkotik vasitə heroin, şəxsi axtarış həyata keçirilən zaman aşkar edilmiş 1 ədəd elektron tərəzi və həmin vaxt qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd CD disk maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra geri qaytarılmış 5 ədəd bükümdə, ümumi təmiz çəkisi 0,722 qram olan narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi saxlanılması üçün Lənkəran şəhərrayon Polis Şöbəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, 1 ədəd CD disk cinayət işinin materillarında saxlanılmışdır. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş Lənkəran şəhər narkoloji xəstəxanasının ambulator məcburi narkoloji tibbi yoxlamanın nəticələrinə dair xx.xx.2023-cü il tarixli 1096 nömrəli rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sendromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında 2019-cu ildən “Həşiş narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş şübhəli şəxsin tutulması barədə xx.xx.2023-cü il tarixli qərardan və həmin tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17:20-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(049)-334/2022 nömrəli qərarından müəyyən edilir ki, məhkəmənin həmin qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətində “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli onun şübhəli şəxs qismində tutulduğu andan - xx.xx.2023cü il tarixdə saat 17:20-dən hesablanmışdır. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən müəyyən edilir ki, Cavadov X2 rayonu, Qumbaşı kəndində qeydiyyatdadır, evlidir, iki övladı var, bir dəfə həbs olunmuşdur, narkotik vasitələrin aludəçisidir, onun barəsində yaşadığı yer üzrə ərazi nümayəndəliyinə hər hansı ərizə və ya şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 -ci maddəsi ilə təqsirli bilinib qəti cəza olaraq 1 il 03 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixdə cəzadan azad edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(049)-92/2021 nömrəli hökmündən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin cəza Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş və çəkilməmiş qalan 10 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzası iki günə bir gün hesabı ilə 5 ay 7 gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq və həmin cəzaya qismən birləşdirilərək Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş amnsitiya aktının tətbiq edilməsi barədə xx.xx.2021-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixdə cəzadan azad edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilmiş HMK-nın xx.xx.2021-ci il tarixli rəyindən müəyyən edilir ki, məhkum Təqsirləndirilən şəxs hazırda narkotik və psixotrop maddələrdən psixi və fiziki asılılıq əlamətləri yoxdur. Cəzasının sonuna az müddət qaldığı üçün, bu müddət ərzində onun məcburi müalicəsini tamamlamaq mümkün deyildir. Qeyd edilənlərə əsasən, məhkum Təqsirləndirilən şəxs azad olunduqdan sonra onun narkomaniyadan məcburi müalicəsinin Səhiyyə Nazirliyinin nəzdində olan ixtisaslaşdırılmış tibb müəssisəsində davam etdirilməsi və tamamlanması məqsədə uyğun hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.11-ci maddəsində göstərilir ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cü bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1-145.2-ci maddələrinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarını təhlil edərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkumun ittiham olunduğu cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə bəraət verilməsi barədə müdafiə tərəfinin çıxışlarının dəlilləri əsassızdır. İş materiallarında olan sübutlarla onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin əmələ görə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ifadəsinin və müdafiəçisinin çıxışlarının aşkar olunmuş narkotik vasitə heroinin və elektron tərəzinin ona məxsus olmaması barədə dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər özünü müdafiə xarakterlidir və cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş, təqsirləndirilən şəxsin üzərinə baxışın həyata keçirilməsi barədə protokolla təkzib olunur. Məhkəmə təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən psixi və fiziki zor tətbiq edilməsi ilə bağlı ifadəsinə, həmçinin bu barədə dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər də iş materiallarında olan sənədlərlə və məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə təkzib olunur. Həmçinin, iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və ona bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə hazırki cinayət işi üzrə məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün həmin sübutların kifayət etməsi qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 7-ci bəndinə əsasən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxs olmaqla, xx.xx.2021-ci il tarixli amnistiya qərarının qeyd olunan müddəasına əsasən onun üzərindən məhkumluq götürülmüşdür. Ona görə də Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir. Məhkəmə Təqsirləndirilən şəxs iki övladının olmasını, ailənin qazanc gətirən şəxsi olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu, buna görə indiyədək iki dəfə məhkum edildiyini onun şəxsiyyətini səciyyələndirilən hal kimi nəzərə alır. Məhkəmə cinayət qanunvericiliyinin qeyd edilən maddələrinə əsasən Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən onun törətdiyi cinayət əməlində cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq təqsirləndirilən şəxsə törətdiyi cinayət əməlinə görə təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu andan - xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1-ci maddələrinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs 2019-cu ildən “Həşiş narkomanlığı” diaqnozu ilə ərazi narkoloji xəstəxanada qeydiyyatda olduğuna görə onun ərazi narkoloji xəstəxanasında qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan cəmi 0,722 qram çəkidə narkotik vasitə olan heroin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman video çəkiliş aparılmasına dair 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə cəmi 343,29 manat ekspertiza xərci Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu andan - xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan cəmi 0,722 qram çəkidə narkotik vasitə olan heroin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman video çəkiliş aparılmasına dair 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə cəmi 343,29 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə mülki iddia tələbinin olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində, həbsdə saxlanılan şəxs tərəfindən isə hökmün ona verildiyi andan 20 gün müddətində həmin hökmdən Lənkəran Rayon Məhkəməsi vasitəsilə, bilavasitə və ya həbsdə saxlanılma yeri vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 gün keçdikdə qüvvəyə minir. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar