Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(049)-125/2025 11.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkumluğu olmayan, Lənkəran rayonu, Xarxatan kəndində qeydiyyatda olmaqla Lənkəran rayonu, Separadi kəndində yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, xx.xx.2025-ci il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs Lənkəran rayonu, Separadi kəndində yerləşən evinin həyətində həmkəndlisi Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində, yəni Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadə işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən əli ilə sonuncunun sinə nahiyəsindən itələyib yerə yıxaraq, yerdə olan zaman sinə nahiyəsinə təpiklə vurmaqla ona - döş qəfəsi nahiyəsindəki yumşaq toxumaların əzilməsi-hematoması ilə nəticələnən xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə baxışında cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla ailəsinin dolanışığını təmin edir. O, evlərdə elektrik və santexnik işlərini düzəltməyi bacarır. Zərərçəkmiş şəxs onun həmkəndlisidir. xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs onunla telefon əlaqəsi saxlayaraq Lənkəran rayonu, Separadi kəndində yerləşən fərdi yaşayış evində su və elektrik xətti çəkməyini istəmiş, o da Xalidə Lənkəran rayonu, Separadi kəndində yerləşən fərdi yaşayış evinə su və elektrik xətti çəkəcəyi halda ondan 200 manat pul alacağını bildirmiş, Zərərçəkmiş şəxs də onunla razılaşmışdır. xx.xx.2025-ci il tarixdə, günorta saatlarından Zərərçəkmiş şəxs Lənkəran rayonu, Separadi kəndində yerləşən fərdi yaşayış evində su və elektrik xəttini çəkməyə başlamış və günün sonunda işi Zərərçəkmiş şəxs təhvil vermişdir. Zərərçəkmiş şəxs ona 100 manat pul verərək, qalan 100 manat puluda 2-3 gün ərzində verəcəyini bildirdiyindən və Zərərçəkmiş şəxs evinin çöl tərəfində iki ədəd elektrik xəttinin çəkilməsi vacib olduğundan o, Zərərçəkmiş şəxs həmin elektrik xəttini 2-3 gün ərzində çəkəcəyini bildirmiş və Zərərçəkmiş şəxs də onunla razılaşmışdır. Lakin həmin gündən bir gün sonra xalası Zərifə dünyasını dəyişdiyi üçün o, Zərərçəkmiş şəxs evinə gedə bilməmişdir. xx.xx.2025-ci il tarixdə, saat 13 radələrində o, Zərərçəkmiş şəxs Lənkəran rayonu, Separadi kəndində yerləşən fərdi yaşayış evinə getdikdə, Zərərçəkmiş şəxs həyətində olan elektrik xəttini başqa ustanın çəkdiyini görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs fərdi yaşayış evinin həyətində tək olmuş və Zərərçəkmiş şəxs onu gördükdən sonra ona elektrik xəttini başqa ustaya çəkdirdiyini bildirmişdir. O, Xalidə “yaxşı eləmisən, onda mənim qalan 100 manat pulumu ver” dedikdə, Xalid ona hal-hazırda pulunun olmadığını və həmin pulu ona hissəhissə verəcəyini bildirmişdir. O da Zərərçəkmiş şəxs bu sözünə əsəbləşərək, Zərərçəkmiş şəxslə mübahisə etmiş və pulunu verməsini bildirmişdir. Zərərçəkmiş şəxs mübahisə zamanı ona nalayiq ifadə işlətdiyi üçün o, əli ilə Zərərçəkmiş şəxs sinə nahiyəsindən itələmiş və Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Sonra Zərərçəkmiş şəxs yerdə olduqda o, təpiklə Zərərçəkmiş şəxs sinə nahiyəsinə iki zərbə vurmuş və oradan uzaqlaşmışdır. Onlar arasında baş vermiş münaqişə təxminən 3-4 dəqiqə davam etmişdir. Onlar arasında baş vermiş münaqişə zamanı orada heç kim olmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin sonunda, əməlindən peşmançılıq hissi keçirdiyini, iş üzrə zərər çəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı ödədiyini, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alınaraq, cinayət məsuliyyətindən azad olunmasını və barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla ailəsinin dolanışığını təmin edir. Təqsirləndirilən şəxs onun həmkəndlisidir. O, Lənkəran rayonu, Separadi kəndində yerləşən fərdi yaşayış evində təmir işləri apardığı üçün həmin evdə su və elektrik xətlərinin çəkilməsi məqsədi ilə xx.xx.2025-ci il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış, Təqsirləndirilən şəxs ilə danışıq zamanı Təqsirləndirilən şəxs ona evinin su və elektrik xəttini çəkəcəyi halda ondan 200 manat pul alacağını bildirmiş, o da Təqsirləndirilən şəxs ilə razılaşmışdır. Təqsirləndirilən şəxs həmin gün günorta saatlarından etibarən onun yaşadığı evdə işləməyə başlamış və günün sonunda işlərini bitirmişdir. Lakin evinin çöl tərəfində olan iki ədəd elektrik xəttini bir gün sonra gəlib çəkəcəyini bildirmişdir. O da Təqsirləndirilən şəxs 100 manat pul vermiş və qalan 100 manat pulu da həmin iki ədəd elektrik xəttini çəkdikdən sonra verəcəyini bildirmişdir. Lakin həmin gündən bir neçə gün keçməsinə baxmayaraq Təqsirləndirilən şəxsla əlaqə saxlaya bilmədiyindən başqa usta vasitəsilə həmin elektrik xətlərini çəkdirmişdir. xx.xx.2025-ci il tarixdə, saat 13 radələrində Lənkəran rayonu, Separadi kəndində yerləşən fərdi yaşayış evinin həyətində olan zaman Təqsirləndirilən şəxs onun fərdi yaşayış evinin həyətinə gəlmiş, Təqsirləndirilən şəxs ilə bir qədər söhbət etdikdən sonra o, Təqsirləndirilən şəxs onunla əlaqə saxlaya bilmədiyi üçün elektrik xəttini başqa ustaya çəkdirdiyini bildirmişdir. Mikayıl isə ona “yaxşı eləmisən, mənim 100 manat pulumu ver” dedikdə, o, Təqsirləndirilən şəxs hazırda pulunun olmadığını, həmin pulu ona hissə-hissə verəcəyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs əsəbi formada israrla ondan pulunu istədikdə o, əsəbiləşib Mikayılın ünvanına nalayiq ifadə işlətmişdir. Təqsirləndirilən şəxs isə onun üzərinə gələrək əli ilə onun sinə nahiyəsindən itələmiş və o, müvazinətini itirib yerə yıxılmışdır. O, yerdə olan zaman Təqsirləndirilən şəxs təpiklə onun sinə nahiyəsinə iki zərbə vurmuş və qaçaraq oradan uzaqlaşmışdır. Onlar arasında baş vermiş münaqişə təxminən 3-4 dəqiqə davam etmişdir. Onlar arasında baş vermiş münaqişə zamanı orada heç kəs olmamışdır. Zərər çəkmiş şəxs Əliyev X7 Mikayıl Əli oğlu ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığı üçün işə xitam verilməsini xahiş etdi. Qeyd edilən məzmunda ərizəsini məhkəməyə təqdim etdi. İş materialında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş 12 iyun 2025-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə Lənkəran rayonu, Separadi kəndində həyətyanı sahədə baş vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli, 374 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - döş qəfəsi nahiyəsindəki yumşaq toxumaların əzilməsi-hematoması aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən bir neçə saat əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilməklə elan edilmiş Lənkəran Şəhər Psixiatriya X9 Şəxsinin xx.xx.2025-ci il tarixli, 472 saylı arayışından görünür ki, Lənkəran rayonu Separadi kəndində yaşayan Təqsirləndirilən şəxs X1 qeydiyyatda deyildir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Məmmədov X8 rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 1800 manat cərimə cəzasına məhkum edilmiş və Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 44.4-cü maddəsinə əsasən təyin edilmiş cərimə cəzası 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Məhkumluğu ödənilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Lənkəran şəhər İHB-nın Separadi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Məmmədov X8 rayonu, Separadi kəndində arvadı X2, uşaqları – 2001-ci il təvəllüdlü X3, 2005-ci il təvəllüdlü X4 və 2020-ci il təvəllüdlü X6 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə cinayət işi üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad olunan cinayət əməli tam sübuta yetirmişdir və onun əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Lakin, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, aşağıdakılara əsasən cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Belə ki, Cinayət Məcəllənin 73.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəlləsinin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və (ya) ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, eyni zamanda zərər çəkmiş şəxslə barışmış və dəymiş ziyanı ödəmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.2-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunanları, həmçinin təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı ödəməsini nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.2, 43.3 və 373 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3 və 43.1.2-ci maddələrinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərarda apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №1(049)-125/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №1(049)-125/2025
11.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver