Məhkəmə qərarları › İş №1(049)-126/2023

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-126/2023

14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-126/2023 14.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X4 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi, Lənkəran Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1995-ci ildə Lənkəran rayonu Mamusta kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Lənkəran rayonu Mamusta kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri ilə seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 14 fevral 2023-cü il tarix, saat 11:25-də Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, saxlanc yerinə qanunsuz olaraq daxil olmaqla özgənin əmlakını gizli olaraq talama cinayəti əməlini törətmişdir. Belə ki, o, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində Lənkəran rayonu Mamusta kənd sakini Zərərçəkmiş şəxs məxsus evin hasarını aşmaqla həyətdə olan fərdi yaşayış evinə yaxınlaşaraq evin birinci mərtəbəsində olan pəncərəni təkanla itələyib açmaqla evə qanunsuz daxil olub, evin yataq otağında asılqandan asılmış çantanın içərisindən 250 manat qiymətində bir ədəd sadə, tək qaşlı, qırmızı rəngli, 3 qram çəkidə, 583 əyarlı qızıl materialdan hazırlanmış üzüyü, 250 manat qiymətində bir ədəd sadə, tək qaşlı, ağ rəngli, 3 qram çəkidə, 583 əyarlı qızıl materialdan hazırlanmış üzüyü və digər çantadan 1.000 manat pulu - Zərərçəkmiş şəxs məxsus ümumilikdə 1500 manat qiymətində özgənin əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs onun çəpər qonşusudur. xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində yaşadığı evdə yemək yeyib bir az spirtli içki qəbul etmişdir. Yeməyini yedikdən sonra Qəşənqızın ərinin Rusiya Federasiyasında yaşadığını, özünün isə evində olmadığını bilib başqa bir şəsxə olan borcunu ödəmək məqsədilə onun evindən oğurluq etmək qərarına gəlmişdir. Həmin vaxtı kənddə işıqlar sönmüş və o, onunla Qəşənqızın həyətləri arasında olan hasarı aşıb evə daxil olub oranı axtarmışdır. Bunbdan sonra evin ikinci mərtəbəsinə qalxıb yataq otağında asılqandan asılmış əl çantasından iki ədəd qızıl üzük və 1000 manat pulu oğurlamışdır. Evdən çıxmaq üçün aşağı düşərkən evin işıqları yanmışdır. Buna görə də, onu görə biləcəklərini düşünüb tez evi gəldiyi yolla tərk etmişdir. Pulları faizə pul götürdüyü Ceyhuna vermişdir. Qızılları isə 2 gün sonra Lənkəran şəhəri mərkəzi bazarında qızıl-zinyət əşyaları satılan mağazaların birində 300 manata satmışdır. Həmin qızıllar qədimi qızıllar olmuşdur. O, həmin şəxsə qızılların özünə aid olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində kənddə olarkən onu polis əməkdaşları onu saxlamış və oğurluq etməyində şübhəli olduğunu bildirib polis şöbəsinə gətirmişlər. Yolda o, Zərərçəkmiş şəxs evindən oğurluq etdiyini etiraf etmişdir. Hazırda etdiyi əməldən peşmandır. Təqsirləndirlən şəxs əlavə olaraq bildirmişdir ki, zərəçəkmiş şəxsə vurduğu ziyanı tam olaraq ödəmişdir. Buna görə də barəsində yüngül cəzanın verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin cinayət əməli, öz etirafı ilə yanaşı məhkəmə istintaqında digər sübutlarla da təsdiq olunmuşdur. Məhkəmədə Zərərçəkmiş şəxs göstərmişdir ki, Lənkəran rayonu Mamusta kəndində əri Tarifə məxsus fərdi yaşayış evində yaşayır. O, ailəsi ilə çox vaxtı Rusiya Federasiyasının Moskva şəhərində kirayədə yaşayırmış, lakin il ərzində təxminən iki dəfə vətənə, yaşadıqları Mamusta kəndində olan evinə gəlini Aysel və nəvələri ilə birlikdə gəlib bir neçə ay qalıb yenidən Rusiya Federasiyasına qayıdırmış, Rusiyaya gedəndə Mamusta kəndində olan evini onunla bir kənddə yaşayan bacısı Rəfiqəyə tapşırmışdır. Sonuncu dəfə 2022-ci ilin may ayının 28-də gəlini Aysel və nəvələri ilə birlikdə Azərbaycana, Lənkəran rayonu Mamusta kəndində olan evinə qayıtmışdır. Həmin, vaxtdan bəri burada o, kənddə yaşamışdır. Lakin gəlini Aysel nəvəsi ilə birlikdə avqust ayında Rusiya Federasiyasına qayıtmışdır. Kənddə olduqları müddətdə qonşuları və qohumları evinə gəlib gedirmişlər. 24 iyun 2022-ci il tarixdə, saat 20 radələrində yaşadığı kənddə qardaşı Əzizəlinin nəvəsinin doğum günü olduğu üçün gəlini və nəvəsi ilə birlikdə qapı və pəncərələri bağlayıb evdən çıxıb piyada qardaşının evinə getmişlər. Qardaşının evində təxminən iki saata kimi vaxtı keçirdikdən sonra gecə saat 22 radələrində evdən çıxıb piyada evinə qayıtmışlar. Həyətə girəndən sonra həyətdə, evinin aşağı mərtəbəsində olan dəhliz otağının pəncərəsinin bir layının açıq vəziyyətdə olduğunu, pəncərə üzərində olan milçək torunun kənara qoyulduğunu görüb evinə naməlum şəxslərin girməsindən şübhələnmişdir. Çünki biz qapı pəncərələri bağlayıb getmişlər. Evin dəmir qapısını açarla açıb evə daxil olduqda və evə nəzər yetirdikdə yuxarı mərtəbədə olan yataq otağında olan asılqanda asılmış onun ağ rəngli çantasının ağzının açıq olduğunu görüb, çantanın içində olan qırmızı rəngli əl çantasına baxdıqda həmin əl çantasında olan 1000 manat pulunun yerində olmadığını görüb başa düşmüşdür ki, evdə olmadıqları müddətdə kim isə evə girib ona aid 1000 manat pulunu oğurlamışdır. Buna görə ərizə ilə Lənkəran ŞRPŞ-nə müraciət etmişdir. Sonra evinə polis əməkdaşları gəlib baxış keçirmişlər. Baxış zamanı müəyyən etmişdir ki, həmin asılqandan asılmış digər əl çantasının içərisindən də ona məxsus iki ədəd qızıl üzüklər oğurlanmışdır. Ona məxsus yataq otağında olan asılqandan çantasının içərisindən 1000 manat pul, bundan başqa, həmin asılqanda ayrıca çantanın içində iki ədəd qızıl üzüyü yəni biri qırmızı qaşlı, digəri isə ağ qaşlı üzüyü oğurlanmışdır. Qızıllarla birlikdə ümumilikdə ona 1500 manat zərər dəymişdir. Belə ki, həmin qızıl üzüklərin hər birini o, bir neçə il bundan qabaq 250 manata almışdım. Həmin qızıllar 583 əyarlı olmaqla hər biri 3 qram çəkidə olmuşdur. Sonda Zərərçəkmiş şəxs bildirmişdir ki, təqsirləndirlən şəxs tərəfindən ona vurulmuş zərər tam olaraq ödənilmiş və barışmışlar. Buna görə də təqsirləndirlən şəxsə yüngül cəza verilməsini və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində Şahid lazımı qaydada məlumat verilsə də, o, Rusiya Federasiyasına getdiyindən üzrlü səbəbdən məhkəmə iclasında iştirak etməmişdir. Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Mamusta kəndində özünə məxsus evdə ailəsi ilə birlikdə yaşayır. Yaşadığı kənddə ərzaq mağazalarının birini çalışdırır. Lənkəran rayonu Mamusta kənd sakini Təqsirləndirilən şəxs tanıyır. Münasibətləri həmişə normal olmuşdur. Təqsirləndirilən şəxs ilə qərəzli münasibəti olmamışdır. 2022-ci ilin may ayında xatırlamadığı tarixdə Vahid ondan 200 manat borc pul istəmiş və pulu bir ay müddətində geri qaytaracağını demişdir. Vahidin ona ilk dəfə ağız açıb borc pul istədiyini görüb Vahidin sözünün yerə düşməməsi üçün 200 manat borca pul vermişdir. İyun ayının sonlarında Vahid kənddə onu görüb ona olan 200 manat borcunu geri qaytarıb təşəkkürünü bildirmişdir. O, da Vahiddən öz pulunu almışdır. O, daha Vahidin həmin pulu haradan tapmasını soruşmamışdır. O, Vahidə cəmi bir dəfə 200 manat pul borc vermiş, lakin pulu faizə verməmişdir. Vahidin qaytardığı pulu oğurluqdan əldə etdiyini bilməmişdir. İşdə olan “Hadisə yerinin baxışının keçirilməsi haqqında” 24 iyun 2022-ci il tarixli protokoldan görünür ki, baxışın keçirildiyi yer Lənkəran rayonu Mamusta kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus iki mərtəbəli fərdi yaşayış evidir. Ünvana giriş qapısı iki laylı dəmir darvazadandır. Evin aşağı hissəsi suvaqlanmış, aşağı mərtəbədə dəhlizə açılan plastik materialdan olan pəncərələrin birində pəncərə layı açıq vəziyyətdədir, tor çərçivəsi isə çıxarılaraq yerə qoyulmuşdur. Evin dəmirdən olan giriş qapısı üzərində hər hansı sındırma və dağıtma izləri yoxdur. Evin birinci mərtəbəsində hər hansı səliqəsəhman pozulmamışdır. Hadisə yerini təqdim edən Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 20 radələrindən 22 radələrinədək evdə olmadıqları müddətdə naməlum şəxs və ya şəxslər evə pəncərədən qanunsuz daxil olub ikinci mərtəbədə, yataq otağındakı asılqandan asılmış əl çantasından 2 ədəd qızıl üzük və 1000 manat pulu oğurlanmışlar. Hadisə yerində fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, təsvir edilmiş, bir ədəd qırmızı rəngli, tək qaşlı, 3qram çəkidə, 583 əyarlı qızıl üzüyün qiyməti 250 manat, bir ədəd ağ rəngli, tək qaşlı, 3qram çəkidə, 583 əyarlı qızıl üzüyün qiyməti 250 manat civarındadır. İşdə olan zərərçəkmiş şəxsin xx.xx.2022-ci il tarixli və işə əlavə edilmiş, imzası notarial qaydada təsdiqlənmiş ərizələrdən görünür ki, ona dəymiş maddi ziyan təqsirləndirlən şəxs tərəfindən tam olaraq ödənilmiş, buna görə də Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. İş materillarında olan tələbnamədən görünür ki, Bakı Hərbi Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib 03 ay 2N gün intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində şikayət daxil olmamışdır. İş materiallarında olan tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Lənkəran rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində “həbs” qismində qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Lənkəran rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz və o, həbsdən azad edilmişdir. Məhkəmə işdəki sübutları araşdırıb, təqsirləndirilən şəxsi dinləyib, onları məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, o, göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və içtimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərinə əsasən, təqsirləndirilən şəxsin cəzasını cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında çəkməsi daha məqsədə uyğundur. Məhkəmə Təqsirləndirilən şəxsna cəza təyin edərkən onun şəxsiyyətlərini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxsna təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin 27 oktyabr 2022-ci il tarixdən 14 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, həbs və ev dustaqlığında saxlanıldığı 03 (üç) ay 18 (on səkkiz) gün, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 07 (yeddi) ay 06 (altı) gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan başqa CM-nin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, məhkumun islah olunmasına kömək edən digər əlavə vəzifələr müəyyən edə bilər. CM-nin 52-1.4-cü maddəsində göstərilmişdir ki, azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir, məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində secilmiş “ev dustaqlığı ”qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri ilə əvəz edilməklə hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə üçün əsaslar yoxdur. İş üzrə mülki iddi, maddi sübut və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Göstərilənlərə əsasən və Azərbaycan CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 oktyabr 2022-ci il tarixdən 14 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, həbs və ev dustaqlığında saxlanıldığı 03 (üç) ay 18 (on səkkiz) gün, bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 07 (yeddi) ay 06 (altı) gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəzaçəkmə müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 20:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində secilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri ilə əvəz edilsin. “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar