Məhkəmə qərarları › İş №1(049)-126/2024

Lənkəran Rayon Məhkəməsi Hökm — İş №1(049)-126/2024

16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(049)-126/2024 16.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 16.45 Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi: X8, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs: X7, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 01 avqust 1965-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan Lənkəran şəhəri, M.M.Axund küçəsi ev 132 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 29 dekabr 2023-cü il tarixdə Lənkəran şəhəri M.M.Axund küçəsində məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, bir ədəd bağlamada təmiz çəkisi 461 (dörd yüz altmış bir) qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla daşımış və həmin tarixdə Lənkəran ŞRŞP-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı 16:50-də Lənləran şəhəri M.M.Axund küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinin T.İmayılov küçəsi 26 ünvanında yerləşən inzibati binasına gətirildikdən sonra üzərində şəxsi axtarış aparılan zaman sağ əlində daşıdığı göy rəngli sellofan bağlamanın içərisindən qeyd edilən çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs X7 özünü təqsirli bilərək ifadəsində göstərdi ki, uzun müddətdir narkotik vasitədən istifadə edir və hazırda da istifadə etməyə davam edir. Demək olar ki, hər gün marixuana qəbul edir. xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində Lənkəran şəhəri M.M.Axund küçəsində piyada üzü “Şiləvar dor yolu” adlanan əraziyə doğru gədərkən kolluqda bir ədəd göy rəngli sellofan torba görmüşdür. Torbanı götürüb içərisini açıb baxdıqda içərisində nəşə, yəni qurudulmuş marixuana olduğunu görüb, özü ilə götürmüşdür. Sellofanı əlində tutub yaşadığı evə yaxınlaşan zaman yanında avtomobil saxlamış, avtomobildən bir neçə mülki geyimdə şəxs düşərək ona yaxınlaşmış, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Ona üzərində narkotik vasitə olması şübhəsi olduğunu bildirib şöbədə xidməti otaqların birində, videoçəkiliş vasitəsi ilə, müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Ona üzərində qanunla qadağan olunmuş hər hansı predmet və ya maddə varsa təqdim etməyi təklif olunmuşdur. O, da əlində saxladığı sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuananı, mobil telefonunu və üzərində olan digər əşyaları polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra üzərindən aşkar edilən marixuana polis əməkdaşları tərəfindən götürülmüş, daha sonra qablaşdırılmış, o və vəkili tərəfindən zərfin üzəri imzalanmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis mayoru vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan 1965- ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması, daşıması və qəbulu icraatına əməliyyat məlumatı daxil olmuşdur. Qəhraman Məmmədovun cinayət əməllərinin ifşa olunması məqsədilə əməliyyat-axtarış efirlərinin keçirilməsi üçün qərar qəbul olunaraq əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qurupunun tərkibində onunla birlikdə polis əməkdaşları Şahid2 və X10 iştirak etmişdir. 29 dekabr 2023-cü il tarixdə, saat 16:50-də Lənkəran şəhəri M. M.Axund küçəsində Təqsirləndirilən şəxs müşahidəyə götürülmüş və keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində 5 saylı orta məktəbin yaxınlığında, küçədə piyada hərəkətdə olarkən İclanılmışdır.Həmin yerdə insanların və avtomobillərin intensiv hərəkətini nəzərə alaraq larəman Məmmədovun üzərində şəxsi axtarış aparılmasından ötrü Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması üçün tərəfindən raport tərtib edilmişdir. Lənkəran ŞRPŞ-nin xidməti otaqlarının birində, video çəkiliş vasitəsilə dəvət olunmuş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində olan bəzi əşyalarla birlikdə bir ədəd Samsung markalı mobil telefonu və sağ əlində tutduğu göy rəngli, üzərində “levis” sözləri yazılan sellofan torbanı təqdim edərək, torbanın içərisində qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükülüdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə müəyyən edilmişdir. Həmin bükülü qablaşdırılaraq üzəri möhürlə möhürlənmiş və üzərində müvafiq qeydlər aparılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərində aşkar edilmiş kütlə marixuanadır, özünə məxsusdur, saxlanılmamışdan bir qədər əvvəl Lənkəran rayonu ərazisində yerdən tapmış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Məhkəmədə dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 29 dekabr 2023-cü il tarixdə, saat 16:50-də Lənkəran şəhəri M. M.Axund küçəsində Təqsirləndirilən şəxs müşahidəyə götürülmüş və keçirilən əməliyyat- axtarış tədbirləri nəticəsində 5 saylı orta məktəbin yaxınlığında, küçədə piyada hərəkətdə olarkən İclanılmışdır.Həmin yerdə insanların və avtomobillərin intensiv hərəkətini nəzərə alaraq larəman Məmmədovun üzərində şəxsi axtarış aparılmasından ötrü Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması üçün tərəfindən raport tərtib edilmişdir. Lənkəran ŞRPŞnin xidməti otaqlarının birində, video çəkiliş vasitəsilə dəvət olunmuş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində olan bəzi əşyalarla birlikdə bir ədəd Samsung markalı mobil telefonu və sağ əlində tutduğu göy rəngli, üzərində “levis” sözləri yazılan sellofan torbanı təqdim edərək, torbanın içərisində qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükülüdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə müəyyən edilmişdir. Həmin bükülü qablaşdırılaraq üzəri möhürlə möhürlənmiş və üzərində müvafiq qeydlər aparılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərində aşkar edilmiş kütlə marixuanadır, özünə məxsusdur, saxlanılmamışdan bir qədər əvvəl Lənkəran rayonu ərazisində yerdən tapmış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Məhkəmə iclasında ifadəsi elan edilərək araşdırılmış Şahid3 ifadəsində göstərdi ki, Lənkəran ŞRPŞ-nin əməliyyat müvəkkili,vəzifəsində işləyir. 29 dekabr 2023-cü il tarixdə, saat 16:50-də Lənkəran şəhəri M. M.Axund küçəsində Təqsirləndirilən şəxs müşahidəyə götürülmüş və keçirilən əməliyyat- axtarış tədbirləri nəticəsində 5 saylı orta məktəbin yaxınlığında, küçədə piyada hərəkətdə olarkən İclanılmışdır.Həmin yerdə insanların və avtomobillərin intensiv hərəkətini nəzərə alaraq larəman Məmmədovun üzərində şəxsi axtarış aparılmasından ötrü Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması üçün tərəfindən raport tərtib edilmişdir. Lənkəran ŞRPŞ-nin xidməti otaqlarının birində, video çəkiliş vasitəsilə dəvət olunmuş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində olan bəzi əşyalarla birlikdə bir ədəd Samsung markalı mobil telefonu və sağ əlində tutduğu göy rəngli, üzərində “levis” sözləri yazılan sellofan torbanı təqdim edərək, torbanın içərisində qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükülüdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə müəyyən edilmişdir. Həmin bükülü qablaşdırılaraq üzəri möhürlə möhürlənmiş və üzərində müvafiq qeydlər aparılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs aparılan şifahi sorğu zamanı bildirmişdir ki, üzərində aşkar edilmiş kütlə marixuanadır, özünə məxsusdur, saxlanılmamışdan bir qədər əvvəl Lənkəran rayonu ərazisində yerdən tapmış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Cinayət işinin 32-33-cü vərəqlərində olan və məhkəmədə elan edilməklə araşdırılmış 29 dekabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və protokola əlavə olunmuş DVD-R diskdə olan video görüntüdən görünür ki, X4 əlindəki çantadan bir bükümdə 465 qram narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, o, həmin narkotik vasitənin özünə məxsus olduğunu göstərmişdir. Cinayət işinin 46-cı vərəqlərində olan və məhkəmədə elan edilməklə araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 30 dekabr 2023-cü il tarixli, 19/1078 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “M.Qəhrəmanın üzərindən aşkar edilmiş bir ədəd bükümdə kütlə...” sözlər və imzalar olan bir ədəd bağlamadakı, təmiz çəkisi: -461,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqatdan sonra 460.9 qram qalıq qalmış, ekspertizanın dəyəri 65 manatdır. Cinayət işinin 48-cü vərəqində olan və məhkəmədə elan edilməklə araşdırılmış ambulator məhkəmə-narkoloji ekspertizasının 30 dekabr 2023-cü il tarixli, 1125 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 15-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş “şübhəli şəxsin tutulması” 29 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, X7 həmin tarixdə, saat 16.50-də saxlanılmış, həmin tarixdə, saat 17.25-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 75-ci vərəqində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 31 dekabr 2023-cü il tarixli qərardan görünür ki, X4 barəsində polisin nəzarəti altına qətimkan tədbiri seçilməklə həmin gün, saat 12.00-da tutulduğu Lənkəran ŞRPŞ MSY-dən azad edilmişdir. Cinayət işinin 82-83-cü vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş təlabnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdə Lənkəran rayon məhkəməsinin hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli amnistiya qərarının 3-cü bəndinə əsasən cəzası 06 ay azaldılaraq üzərində 01 il 06 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2014cü il tarixdə cəzasının sonu ilə azad olunmuş və məhkumluğu ödənilmişdir. Cinayət işinin 112-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş arayış və xasiyyətnamədən görünür ki, X1 şəhəri , Lənkəran şəhəri, M.M.Axund küçəsi ev 132 ünvanında qeydiyyatda olmaqla yaşayan və yaşadığı müddətə ictimai işlərdə köməklik göstərmiş, məhəllədə keçirilən tədbirlərdə iştirak etmişdir. Cinayət işinin 113-118-ci vərəqlərində olan və məhkəmədə elan edilərək tədqiq edilmiş 18 mart 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X3 aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞ-də saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 461 qram qalıq çəkisi olan narkotik vasitə olan qurudulmuş marixuananın və 01 ədəd CD disk iş materiallarında saxlanılmaqla maddi sübut kimi tanınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X7 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş və 21 noyabr 2023-cü il tarixdə edilmil dəyişliyə əsasən “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahının İ siyahının 91.1-ci sırasına əsasən 10 qram narkotik vasitə marixuana xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs X4 üzərindən aşkar edilmiş narkotik vasiitə qurudulmuş marixuananın miqdarı 461 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar X4 cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, təqsirləndirilən şəxs X4 əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, X5 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxs X4 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə, təqsirləndirilən şəxs X4 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, X5 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, sadalanan normaları rəhbər tutaraq və təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyətini, əldə edilməklə saxlanılmış narkotik vasitənin miqdarını, narkomaniyadan əziyyət çəkməsini, mütəmadi olarq hər gün narkotik vasitə əldə edərək istifadə etməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs azadlıqdan məhrum edilərək cəmiyyətdən təcrid olunmalıdır. Buna görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sankisyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla yenidən tərbiyə və islah oluna bilər. CM-nin 56.1.2-ci maddəsinə əsasən X7 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-nin 158.2 və 158.6-cı maddəsinə əsasən X4 cəzaçəkmə müddətinin başlanğıcı 16 may 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində 29 dekabr 2023-cü il tarixdən 31 dekabr 2023-cü il tarixədək tutulduğu 2 gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin etmək qərarına gəldiyindən hesab edir ki, təqsirləndirilən şəxs X7 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilməklə, o, məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs X5 narkomaniyadan məcburi müalicə təyin edilmiş və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübut - təqsirləndirilən şəxs X3 aşkar edilib götürülmüş, hazırda Lənkəran ŞRPŞdə saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 460.9 qram qalıq çəkisi olan narkotik vasitə qurudulmuş marixuana CPM-nin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 65 manat məbləğində pul vəsaiti CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən X3 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X4 CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən X4 şübhəli şəxs qismində 29 dekabr 2023-cü il tarixdən 31 dekabr 2023-cü il tarixədək tutulduğu 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 il 8 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 16 may 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında həbsə alınsın, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X5 narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata olması nəzərə alınsın. Maddi sübut - Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 460.9 qram qalıq çəkisi olan narkotik vasitə marixuana məhv edilsin, 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Məhkəmə məsrəfi 65 manat məbləğində pul vəsaiti X3 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar